Müqəddəs Ruh vicdanı oyadanda, siz günahın məhvediciliyini və dağıdicı gücünü görməyə başlayırsınız, və bu sizdə mənfi hislər yaradır. Günahın necə bir kədər gətirdiyini görərək, siz ona ikrahla baxırsınız, dərk edirsiniz ki, o sizi Allahdan ayıraraq qul etmişdir. Siz onunla nə qədər çox mübarizə aparırsınızsa, öz acizliyinizi, mənəvi pozğunluğunuzu və natəmizliyinizi də o qədər aydın görürsünüz. Başa düşürsünüz ki, günah və xudbinlik sizin qəlbinizdə dərin kök atmışdır. Bağışlanmanın, saflığın və azadlığın həsrətini çəkirsiniz. Siz necə Allaha ahəngdar həyata — harmoniyaya gəlib, ona bənzəyə bilərsiniz? AAY 41.1
Sizə lazım olan budur: Göylərin əfvi, mənəvi təmizlik və qəlbinizdə məhəbbət. Siz nə pul, nə ağıl, nə də heç bir insan biliyi ilə bunları əldə edə bilməzsiniz. Öz gücünüz vasitəsi ilə onu əldə etməyə çalışmağınızın heç bir mənası yoxdur. Allah onu sizə təmənnasız təklif edir, “pulsuz və gümüşsüz” (Yeşaya 55:1). O artıq sizə bəxş edilmişdir. Yalnız əlinizi uzatmaq və onu götürməyiniz lazımdır. Rəbb deyir: “Gəlin indi birgə düşünək bu an, günahlarınız qıpqırmızı parça kimi görünsə də, onlar qar kimi ağ olacaq, tünd qırmızı rəngə çalsa da, onlar ağ yun kimi bəyaz olacaq” (Yeşaya 1:18).” Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam. Köksünüzdən daş ürəyi çıxarıb sizə ətdən olan ürək verəcəyəm” (Yezekel 36:26). AAY 41.2
Siz günahlarınızı etiraf edib, onları tərk etmişsiniz. Özünüzü Allaha vermək istəyirsiniz. Indi onun yanına gedib, sizi günahlardan təmizləməsi və sizə yeni qəlb verməsini xahiş edin. İnanın ki, O bunu edəcək, çünki vəd etmişdir. Məsih yerdə yaşayarkən öyrətmişdir: biz Allahın vəd etdiyi bəxşişi alaçağımıza inanmalıyıq və o bizə məxsus olaçaqdır. İsa o vaxt xəstəliklərdən müaliçə edirdi ki, insanlar Onun güçünə dərindən inansınlar. Xilaskar göz qabağında kömək edirdir ki, hamı Onun görünməz şeyə — günahları bağışlanmağa — qadir olduğuna inam gətirsinlər. Zəifləyib tamam əldən düşmüş xəstəni müaliçə edərkən, O bu barədə aydın demişdir: “Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var” və onda iflicə dedi: “Qalx, yatağını götür və evinə get!” (Matta 9:6). Xoş Müjdəni yayan Yəhya, Məsihin möcüzələri haqda danışarkən, bu fikiri təsdiq edir: “Amma buradakılar onun üçün yazılıb ki, siz İsanın Məsih - Allahın Oğlu olduğuna inanasınız və iman edərək Onun adı ilə həyata malik olasınız.” (Үəһуа 20: 31). AAY 42.1
İsanın xəstələri sağaltması haqqinda sadə İncil izahatlandıran öyrənirik ki, Ona inanaraq biz də əfv oluna bilərik. Beythasdadakı xəstənin sağalması haqqındakı hekayəyə qayıdaq. Yazıq əzabkeş təmamilə köməksiz idi, o, otuz səkkiz il idi ki, yeriyə bilmirdi. Buna baxmayaraq İsa ona əmr etdi: “Qalx, yatağını qaldır və evinə get”. Xəstə adam deyə bilərdi: “Rəbb, əgər Sən məni sağaltsan, mən Sənin əmrini yerinə yetirərəm”. Lakin o, Məsihin sözlərinə inandı; inandı ki sağalmışdır və həmin anda qalxmağa çalışdı; yeriməyə hazır olduğunu izhar etdi və yeridi. O, Məsihin sözləri ilə hərəkət etdi və Allah ona güc verdi. Xəstə sağaldı. AAY 42.2
Sizin günahlarınız da sizi bu vəziyyətə salmışdır. Siz nə öz keçmiş günahlarınızı yumaq, nə qəlbinizi dəyişmək, nədə ki, müqəddəs ola bilirsiniz. Ancaq Allah Məsih vasitəsilə bütün bunları sizin üçün etməyi vəd edir. Onun vədinə inanın. Bunun üçün günahlarınızı etiraf edin və Allaha təslim olun. Ona qulluq etmək qərarını qəbul edin. Siz bunu edən kimi, Allah Öz vədini yerinə yetirəcək. Siz də, sağalmasına inanan anda, Məsihin yerimək bacarığı verdiyi xəstə kimi sağalacaqsınız. İnanan üçün hər şey mümkündür. AAY 43.1
Özünüzü sağlam hiss edəcəyinizi gözləmədən edin: “Mən buna ona görə inanmıram ki, özümü sağlam hiss edirəm, ona görə inanıram ki, Allah vəd edibdir”. AAY 43.2
İsa deyir: “Buna görə sizə deyirəm: dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız və istədiyiniz sizin üçün ediləcək.” (Mark 11:24). Bu vəd şərtlə verilir: biz Allaha xoş gedən şeyləri xahiş etməliyik. Allah da bizi günahdan təmizləyərək Özününkü etmək istəyir, bizə müqəddəs ömür yaşamaq üçün güc vermək istəyir. Buna görə də biz bu xeyir - dualar haqda xahiş edə bilərik, inanmalıyıq ki, onları alacayıq və Allaha şükür etməliyik ki, artıq almışıq. İsaya gələrək günahdan təmizlənib, Allah qanunu önündə xəcalətlisiniz və vicdan əzabı çəkmədən durmaq, necə böyük üstünlükdür! “Deməli, indi Məsih İsada olanlara heç bir məhkumluq yoxdur” (Romalılara 8:1). AAY 43.3
Siz ona görə özünüzə məxsus deyilsiniz ki, çox baha qiymətə alınmısınız. “Bildiyiniz kimi, siz ata-babalarınızdan irs olaraq aldığınız puç həyat tərzindən qızıl ya gümüş kimi fani şeylərlə deyil, 19 qüsursuz və ləkəsiz quzuya bənzəyən Məsihin qiymətli qanı bahasına satın alınmısınız” (1 Peter 1:18,19). Siz sadəcə olaraq Allaha inanmalısınız və Müqəddəs Ruh sizin qəlbinizə yeni həyat nəfəsi bəxş edəcəkdir. Siz indi Onun ailəsinin üzvüsünüz. O sizi Öz Oğlu kimi sevir. AAY 43.4
İndi özünüzü İsaya verdikdən sonra, geriyə dönməyin, Ondan uzaqlaşmayın, amma hər gün deyin: “Mən Məsihinəm, mən özümü Ona vermişəm”. Xaiş edin ki, O sizə Müqəddəs Ruh versin və Öz lütfkarlığı ilə sizi qorusun. Allaha etibar edərək özünüzü Ona verib, Onun övladları olduğunuz halda da, Onda yaşayın. Həvari Pavel deyir: “Buna görə Rəbb Məsih İsanı qəbul etdiyiniz kimi Onda həyat sürün. Şükürlərlə dolub-daşaraq Onda kök salıb inkişaf edin və öyrəndiyiniz kimi imanda möhkəmlənin” (Kolosselilərə 2:6,7). AAY 44.1
Bəziləri zənn edirlər ki, Rəbbin xeyir-duasını almaq üçün əvvəlcə müəyyən sınaqlardan keçib, Onu öz düzəlməklərinə inandırmaq lazımdır. Lakin Allahın xeyir - duasını almaq üçün, onların haqqı artıq indi də vardır. Əgər insanlar lütfə və onları mökəmlədən Məsih ruhuna malik olmasalar, şərə müqavimət göstərə bilməzlər. İsa istəyir ki, biz Onun yanına olduğumuz kimi gələk; bütün günahlarımız və zəifliklərimizlə birlikdə. O istəyir ki, biz Ona arxalanaq. Biz öz zəifliklərimizlə, pozğunluğumuzla, dərrakəsizliyimizlə birlikdə Onun yanina gəlib, günahlarımızdan peşman olaraq Onun ayaqlarına döşənə bilərik. Öz böyük mərhəməti sayəsində O, bizi məhəbbətlə qucaqlayaraq yaralarımızı sarıyıb bizi hər cür çirkabdan təmizləyər. AAY 44.2
Çoxları məhz burada yanılır. Onlar inanmırlar ki, İsa şəxsən onları bağışlayır. Onlar Allahın sözlərinə olduğu kimi inanmırlar. Çox təəssüf. Allahın qoyduğu şərtləri yerinə yetirən hər bir kəs, Allahın onlara bəxş etdiyi əfvi öz şəxsi təcrübələrində dərk etmək üstünlüyünə malikdilər. O, onların bütün günahlarını bagışlayır! Allahın vədlərinin sizin üçün nəzərdə tutulmadığı haqda fikirləri özünüzdən rədd edin. Onlar tövbə edən hər bir günahkara verilmişdir. Məsih mələkləri göndərir ki, onlar Onun lütfünü və gücünü hər bir inanan qəlbə çatdırsınlar. İnsanın nə dərəcədə günahkar olmasına baxmayaraq hər kəs, bütün günahkarlar üçün ölən İsada güc, təmizlik möminlik əldə edə bilər. Məsih hər bir kəsin günahla ləkələnmiş və murdarlanmış paltarını çıxardıb, ona möminliyin ağ paltarını geyindirməyə hazırdır. O, günahkara ölüm əvəzinə həyat təklif edir. AAY 45.1
Allah bizimlə, biz fani insanların bir-birilə rəftar etdikləri kimi rəftar etmir. O bizə mərhəmət, məhəbbət və həssaslıqla yanaşır: “Qoy pis adam öz yolunu, şər adam öz fikirlərini atsın. Qoy Rəbbə sarı dönsün ki, Onda mərhəmət tapsın. Qoy Allahımıza tərəf dönsün, çünki Onun əfvi boldur”, “Üsyankarlığını bulud kimi dağıtdım, günahlarını duman kimi sildim, Mənə tərəf dön, çünki Mən səni satın aldım” (Yeşaya 55:7; 44:22). AAY 45.2
“Xudavənd Rəbb bəyan edir: “Mən məhv olacaq adamın ölümündən zövq almıram. Buna görə də günahlardan dönün və yaşayın”.” (Yezekel 18:32). İblis həmişə bizdən Allahın xeyirdua sözlərini gizlətməyə çalışır. O, insanı hər bir ümid qığılcımından, hər bir işıq şuasından məhrum etmək istəyir. Lakin biz ona bunu etməyə imkan verməməliyik. Yoldan çixaranı dinləməyin, ancaq deyin: “Durub atamın yanına gedəcəyəm və ona deyəcəyəm: “Ata, mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm. Məni öz muzdlu işçilərinin biri kimi qəbul et”. O durub öz atasının yanına getdi. Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü.” (Luka 15:18-20). AAY 45.3
Hətta bu təsirli məsəl də Səmavi Atanın biz günahkarlara hədsiz acımasını tamamilə əks etdirə bilmir. Allah Öz peygəmbəri vasitəsi ilə deyir: “Rəbb uzaqdan mənə görünüb dedi: Səni əbədi bir məhəbbətlə sevdim, buna görə də sevgi ilə səni Özümə tərəf çəkdim” (Yeremya 31:3). Günahkar ata evindən uzaqda, yad ölkədə öz sərvətini dağıtdığı zaman, Ata onun üçün darıxır. Və günahkarın qəlbində yaranan hər dönmək — Allaha qayıtmaq arzusu — sevən Səmavi Ataya cəlb edən və çağıran Müqəddəs Ruhun zərif çağırışına cavabdan başqa bir şey deyildir. AAY 46.1
Bu cür Müqəddəs Kitab tövsiyələrinə malik ola-ola şübhə etmək olarmı? Fikirləşmək olarmı ki, Rəbb, qayıdaraq öz günahlarını tərk edib, Onun ayaqlarına gələrək tövbə etmək həsrətində olan yazıq günahkara sərt baxır? Belə fikirləri rədd edin! Bizim Səmavi Atamız haqda bu cür təsəvvür kimi, heç nə qəlbə zərər vurmur. O, günaha nifrət edir, lakin günahkarı sevir. Məsihin simasında O Özü - Özünü insanlara verdi ki, bütün arzu edənlər xilas olsunlar və şöhrət Padşahlığında əbədi bəxtiyarlıq əldə etsinlər. Onun peyğəmbər Yeşaya vasitəsi ilə bizə olan Öz məhəbbətinin deməsindən də güclü və təsirli demək olarmı? “Rəbb isə deyir: «Ana südəmər körpəsini heç unudarmı? Bətnindən çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini unutsa belə, Mən səni əsla unutmaram” (Yeşaya 49:15). AAY 46.2
Bütün şübhələnənlər və qəlbi tərəddüd edənlər, oyanın! Axı Məsih yaşayır ki, bizim üçün xahiş etsin. Allaha şükür edin ki, Öz sevimli Oğlunu bizə bəxş etdi və dua edin ki, Onun ölümü bizim üçün əbəs olmasın. Müqəddəs Ruh bu gün һәr bir kəsi dəvət edir. İsaya gəlin! Bunu bütün qəlbinizlə etsəniz, Onun xeyir-duasına arxalana bilərsiniz. Allahın vədlərini oxuyarkən yadda saxlayın ki, onlara Onun izhar edilməz məhəbbəti və mərhəməti əks olunur. Hədsiz sevən könül günahkara şəfqətlə doldurur. “Onun qanı vasitəsilə satınalınmaya - təqsirlərimizin bağışlanmasına malikik” (Efeslilərə 1:8). Siz yalnız inanın ki, Allah — sizin Köməkçinizdir. O, insanda Öz mənəvi görkəmini bərpa etmək istəyir. Siz Ona etiraf və tövbə ilə yanaşanda, O sizə mərhəmət və əfvlə yanaşacaq. AAY 47.1