Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Məsihdə İnkişaf

    Bizi Allahın övladları edən mənəvi dəyişikliklər Muqəddəs Kitabda göylərdən doğulma adlanır. Bu həm də səpinçinin səpdiyi xeyirxah toxumun cucərməsi ilə müqayisə edilir. Məsihə yenicə gəlmiş insanlar da “anadan təzə olmuş korpələr” kimi “Məsihə doğru hər cəhətdən boy ataq” (1 Peter 2:2; Efeslilərə 4:15). Onlar tarlaya səpilmiş xeyirxah toxumlar kimi boy ataraq, bəhrələr gətirməlidirlər. Yeşaya peyğəmbər deyir ki, onlar “Rəbbin şöhrətini aşkar etmək üçün onlara Rəbbin əkdiyi salehlik palıdları deyiləcək.” (Yeşaya 61:3). Təbiət aləmindən gətirilən bu misallar ruhi həyatın sirli təzahürlərini daha yaxşı başa düşməkdə bizə kömək edir.AAY 58.1

    Ən xırdaca bir varlığa belə həyat vermək üçün, insan müdrikliyi və biliyi kifayət deyildir. Bitkilər və heyvanlar yalnız Allahın onlara verdiyi gücün sayəsində mövcuddurlar. Və ruhi həyat insanlara yalnız Allahdan gələ bilər. Əgər insan “yenidən doğulmasa”, Məsihin bu dünyaya gətirdiyi həyatda iştirak edə bilməz (Yəhya 3:3).AAY 58.2

    İnkişaf barəsində də bunu demək olar. Tumurcuq Allahın quvvəsi ilə çiçəklənir və bar gətirir. Allah toxuma “əvvəl otu, sonra sünbülü, daha sonra isə sünbüldə dolu dəni verir” (Mark 4:28). Huşə peyğəmbər deyir ki, İsrail “zanbaq kimi çiçək açacaq ”, orada “buğda kimi cücərəcək, meynə kimi tumurcuqlayacaqlar” (Huşə 14:5,7). Məsih isə bizə təklif edir: “Zanbağların necə böyüdüklərinə baxın” (Luka 12:27). Bitkilər və güllər öz gücləri ilə öz-özlərinə boy atmırlar, onlar Allahdan həyat üçün vacib olan hər şeyi aldıqlarına görə inkişaf edirlər. Uşaq nə qədər çalışsa da, özü öz boyunu artıra bilməz. Beləcə də siz öz qüvvəniz və səylərinizlə ruhi inkişafa nail ola bilməzsiniz. Bitkilər də, uşaq da onun sayəsində boy atırlar ki, ətraf mühitdən həyat üçün vacib olan hər şeyi — havanı, günəş işığını və qidanı alırlar. Təbiətin bu bəxşləri heyvanlara və bitkilərə necə lazimdirsa, Məsih də Ona möhtac olanlara elə lazimdir. O onlar üçün “əbədi işıq”, “günəşdir, sipərdir” (Yeşaya 60:19; Zəbur 84:11).O, “israilin şehi” olacaqdır (Huşə 14:5), “biçilən çəmənə yağış kimi yağaraq, quru torpağa leysan kimi suvararaq” (Zəbur 72:6). O, həyat suyu, “Allahın çörəyi göydən enən və dünyaya həyat verəndir” (Yəhya 6:33).AAY 58.3

    Öz Oğlunun simasında dünyaya bənzərsiz bəxşiş göndərən Allah dünyanı hava atmosferi kimi real olan lütfkarlıq atmosferi ilə bürüdü. Bu həyatverici atmosferdə olmağa can atan hər bir kəs Məsih İsada tam inkişafa qədər yaşayacaq və tərəqqi edəcəkdir.AAY 59.1

    Günəşin parlaq şualarından forma kamilliyi və gözəllik alaraq günəşə can atan çiçək kimi, biz də Salehlik Günəşinə can atmalıyıq ki, səmavi işıq bizi ziyalandırsın və bizim xasiyyətimiz Məsihin xasiyyətinə getdikcə daha çox bənzəsin.AAY 59.2

    Məsih də bunları bizə öyrədərək demişdir: “Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz. Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz.” (Yəhya 15:4,5). Budaq gövdədən ayrı boy ataraq bar verə bilmədiyi kimi, siz də Məsihdə olmadan müqəddəs həyatla yaşaya bilməzsiniz. Ondan ayrılıqda siz həyata malik deyilsiniz. Sizdə nə şirnikləndirmələrə qarşı güc, nə də lütfdə və müqəddəslikdə inkişaf etmək üçün qüvvə vardır. Onda olmaqla siz tam mənalı həyatla yaşaya bilərsiniz. Ondan həyat qüvvəsi almaqla, gümrahlıqdan məhrum olmayacaqsınız və bəhrəsiz qalmayacaqsınız. Siz su mənbəyi üstündə əkilən ağaca bənzəyəcəksiniz.AAY 59.3

    Çoxları belə hesab edirlər ki, bu işin bir hissəsini müstəqil etmək lazımdır. Günahların bağışlanmasında onlar Məsihə arxalanırdılar, indi isə yalnız öz qüvvələri ilə düzgün həyat keçirməyə çalışırlar. Lakin bu cür səylər müvəffəqiyyətlə nəticələnmir. İsa deyir: “Mənsiz heç bir şey edə bilməzsiniz”. Bizim lütfdə inkişafımız, sevincimiz və faydalılığımız - hamısı Məsihlə vahidləşməkdən asılıdır. Yalnız Onunla hər gün, hər saat ünsiyyətdə olaraq lütfdə inkişaf edə bilərik. O bizin imanımızım nəinki Əvvəlidir, həm də Yekunudur. Məsih - ilk və axırıncıdır, əbədidir. O bizim yolumuzun yalnız əvvəlində və axırında deyil, hər bir addımında bizimlə olmalıdır. Davud deyir: “Rəbbə əbədilik üz tutmuşam, Sağımda olduğu üçün sarsılmaram” (Zəbur 16:8).AAY 60.1

    Siz soruşursunuz: “Mən necə Məsihdə olum?” Əvvəldə, Onu qəbul etdiyiniz vaxtda olduğu kimi. “Buna görə Rəbb Məsih İsanı qəbul etdiyiniz kimi Onda həyat sürün” (Kolosselilərə 2:6). “Amma saleh adamım imanla yaşayacaq” (İbranilərə 10:38). Siz özünüzü Allaha vermişsiniz ki, tamamilə Ona məxsus olasınız, Ona qulluq və itaət edəsiniz. Siz Məsihi öz Xilaskarınız kimi qəbul etmisiniz. Siz günahlarınızı öz xidmətlərinizlə yuya bilmədiniz və yaxud qəlbinizi dəyişə bilmədiniz. Lakin özünüzü Allaha verərək əmin oldunuz ki, O, Məsihin xətrinə bütün bunların hamısını sizin üçün etmişdir. Siz imanla Məsihə məxsus olmusunuz və imanla da verərək və qəbul edərək Onda inkişaf etməlisiniz. Siz hər şeyi verməlisiniz: qəlbinizi, iradənizi, qulluğunuzu; özünüzü tam Ona verməlisiniz ki, Onun əmrlərini yerinə yetirəsiniz. Və siz hər şeyi qəbul etməlisiniz; Məsihin simasında xeyir - duanı bütünlüklə qəbul etməlisiniz ki, O sizdə olsun, sizin gücünüz və salehliyiniz olsun və sizə itaətkar olmağınızda kömək etsin.AAY 60.2

    Özünüzü hər səhər Allaha həsr edin. Qoy bu sizin birinci işiniz olsun. Bələ dua edin: “Ya Rəbb, mən tamamilə Sənə məxsusam. Mən bütün planlarımı Sənin ayaqlarının altına döşəyirəm. Sənə qulluq üçün bu gün məndən istifadə et. Mənimlə ol ki, mənim bütün zəhmətlərim Səndə yerinə yetsin”. Bunu һәr gün etmək vacibdir. Hər səhər özünüzü bütün gün üçün Allaha həsr edin. Bütün planlarınızı Ona tabe edin. Onun sizə necə göstərəcəyindən asılı alaraq, onları yerinə yetirməyə və onlardan imtina etməyə hazır olun. Bu qayda ilə siz günbəgün öz həyatınızı Allaha həsr edə bilərsiniz və sizin həyatınız Məsihin həyatına getdikcə daha çox bənzəyəcəkdir.AAY 61.1

    Məsihdə həyat - rahatlıq həyatıdır. Məsihci həyacanlı hislər keçirməyə də bilər, ancaq o həmişə daxili sakitliyə və rahatlığa malik olacaqdır. Siz özünüzə deyil, Məsihə arxalanın. Sizin zəifliyiniz Onun gücü ilə, sizin dərrakəsizliyiniz Onun müdrikliyi ilə, sizin gücsüzlüyünüz Onun qüdrəti ilə birləşəcəkdir. Sizin özünüzə baxmağınız, diqqətinizi öz şəxsiyyətinizdə cəmləməniz lazım deyildir. Məsihə nəzər yetirin! Onun məhəbbəti haqqında, Onun xasiyyətinin gözəlliyi və kamilliyi haqqında düşünün; Məsih və Onun fədakarlığı, Məsih və Onun alçaldılması, Məsihin paklığı və müqəddəsliyi, Onun müqaisə edilməz, misilsiz məhəbbəti - bunlar düşünməyə layiq mövzulardır. Siz Ona yalnız o vaxt oxşaya bilərsiniz ki, Onu sevəsiniz, Ona oxşamağa çalışasınız və Ona arxalanasınız.AAY 61.2

    İsa deyir: “Məndə olun”. Bu sözlərdə daimlik, inamlılıq, rahatlıq ideyaları təcəssüm olunur. O yenidən dəvət edir: “Mənim yanıma gəlin və sizə Mən rahatlıq verərəm” (Matta 11:28). Həmin fikri Zəbur oxuyan da deyir: “Rəbbin hüzurunda sükut et, Onu səbirlə gözlə. Yolunda uğur qazanan hiyləgər insan üçün narahat olma” (Zəbur 37:7). Yeşaya peyğəmbər isə deyir: “Xudavənd Rəbb, İsrailin Müqəddəsi belə deyir: Mənə tərəf dönüb rahathq tapanda xilas olarsınız, sakitləşib inanmaqla qüdrətli olarsınız...” (Yeşaya 30:15). Bu rahatlıq fəaliyyətsizliyə məruz qoymur, çünki Xilaskarın dəvəti yalnız təntənəli vəddən ibarət deyildir, həm də zəhmətə çağırışdır: “Boyunduruğumu üzərinizə götürün...və canlarınıza rahatlıq taparsınız” (Matta 11:29). Məsihə bütünlüklə ümid bəsləyənlər Onun zəmisində ən fəal və həssas zəhmətkeşlər olacaqlar.AAY 62.1

    Nə vaxt ki,insan diqqətini oz “mən”inə cəmləyir, onda o, Məsihdən - həyat və güc mənbəyindən - dönür. Bax elə buna görə də iblis hər zaman insanların diqqətini Xilaskardan yayındırmağa çalışır və bununla da onların Məsihlə ünsiyyətinə və vahidləşməsinə mane olmaq istəyir. O sizin fikrinizi dünya ləzzətlərinə, məişət qayğılarına və çatışmazlıqlarına, başqa insanların nöqsanlarına, sizin qeyri - kamilliyinizə yönəltməyə çalışır. Fikirimizi özümüzdə cəmləyərək qorxuya və xilasımızın haqqındakı həyacanlı fikirlərə uymaq lazım deyildir. Bütün bunlar bizi güc mənbəyindən uzaqlaşdırır. Öz həyatınızı Allaha etibar edin və Ona etimad göstərin. Isa haqqında danışın və düşünün. Sizin “mən”iniz Onda əriməlidir. Bütün şübhələri və qorxuları atın. Həvari Pavel ilə bir yerdə deyin: “Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram” (Qalatiyalılara 2:20). Rahatlığı Allahda axtarın. O sizin Ona etibar etdiyiniz şeyləri qorumağa qadirdir. Əgər siz Onun əlində olsanız, onda sizi sevən Allahın qüvvəsi ilə hər sınaqdan çıxacaqsınız.AAY 62.2

    Məsih insan təbiətini qəbul edərək, məhəbbətin qırılmaz telləri ilə Özünü bəşəriyyətə bağladı. Əgər insan özü istəməsə, heç bir qüvvə bu telləri qıra bilməz. Iblis hər vaxt bizi şirnikləndirəcəkdir ki, bu telləri qıraraq Məsihsiz yaşamaq qərarına gələk. Bax buna görə də həmişə dua edib, səy göstərmək lazımdır ki, heç bir fitnə bizi özümüzə başqa sahib seçməyə məcbur edə bilməsin. Axı bizim həmişə seçmək hüququmuz vardir. Diqqətimizi həmişə Məsihə yönəldək ki, O bizi qorusun. Nə qədər ki, bizim nəzərimiz Məsihdədir, biz təhlükəsizlikdəyik. Heç nə bizi Onun əllərindən ala bilməz. Daima Ona baxanda, biz “Biz hamımız niqabsız üzdə Rəbbin ehtişamını əks etdirərək Rəbbin surətində dəyişilirik. Ruh olan Rəbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayır” (2 Korinflilərə 3:18).AAY 63.1

    İlk şagirdlər əziz Xilaskarımızla oxşarhğa məhz belə nail olmuşdular. Bu şagirdlər İsanın səsini eşidən kimi hiss etdilər ki, onlar üçün məhz O çatışmır. Onlar Onu axtarırdılar, Onu tapdılar və arxasınca getdilər. Şagirdləri Onunla evdə, masa arxasında, tənha güşələrdə, təbiətdə bir yerdə olurdular. Ondan Onun müqəddəs həqiqət dərslərini dinləyərək, hər gün Ondan öyrənirdilər. Öz vəzifələrini başa düşmək üçün, Ona qulluqçular öz sahiblərinə baxan kimi baxırdılar. Bu şagirdlər hər şeydə bizə oxşayırdılar. Onlar da bizim kimi günahla mübarizə apararaq, müqəddəs həyatla yaşamaq üçün lütfdə ehtiyac duyurdular.AAY 64.1

    Hətta hamıdan çox Xilaskara bənzəyən sevimli şagirdi Yəhya da bu cür xasiyyəti təbiətdən almamısdır. O nəinki şöhrətpərəst və özündən razı idi, həm də çılğın və etirazlara qarşı dözümsüz idi. Lakin Məsihin İlahi xasiyyəti ona açılanda, o öz nöqsanlarını gördü və itaətkar oldu. Hər zaman günbəgün Allah Oğlunda gördüyü güc və səbir, qüdrət və zəriflik, əzəmət və həlimlik onu heyrət və məhəbbətlə doldururdu. Yəhya hər gün Məsihə daha çox cəlb olunurdu və Rəbbə məhəbbət onun qəlbindən özünə olan məhəbbəti sıxışdırıb çıxartdı. O, Məsihə icazə vermişdi ki, onun inciyən və şöhrətpərəst xasiyyətini dəyişdirsin. Müqəddəs Ruhun dirçəldiyi qüvvəsi Yəhyanın qəlbini dəyişdirdi. Məsihin məhəbbətinin təsiri altında onun xasiyyətində əhəmiyyətli dəyişikliklər baş verdi. Məsihlə ittifaq mütləq bu cür nəticələrə gətirib çıxaracaqdır. Məsih qəlbdə yaşayırsa, insan tamamilə dəyişir. Məsihin Ruhu, Onun məhəbbəti qəlbi yumşaldaraq itaətə gətirir, niyyətləri və arzuları Allaha, əbədi olan və ötəri olmayan şeylərə yönəldir.AAY 64.2

    Məsih göylərə qalxdıqdan sonra da, Onun ardıcılları Onun hüzurunu hiss edirdilər. O, məhəbbət və işıqla dolu olaraq şəxsən onlarla idi. İsa - gəzən, danışan, dua edən, razılıq verən və təsəlli yetirən Xilaskar - göylərə qaldırılanda da Onun dodaqlarında sülh müjdəsi səslənirdi. Mələklərin buludu Onu əhatə edəndə, Onun şagirdlərinin qulaqlarında hələ də bu sözlər səslənirdi: “Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm” (Matta 28:20). O, göylərə insan sürətində qalxdı. Onun şagirdləri bilirdilər ki, O, Allahın taxtı önündə də onların Dostu və Xilaskarı olaraq qalır, Onun məhəbbəti onlara qarşı dəyişməmişdir, O yenə də, həminki kimi, iztirab çəkib bəşəriyyətin qayğısına qalır. Məsih Öz xidmətlərini, Öz qiymətli qanını, Öz mismar sancılmış əllərini və ayaqlarını Allaha göstərərək xatırladır ki, insanların əfvi necə baha başa gəlmişdir. Onlar bilirdilər ki, O onlara yer hazırlamaq üçün göylərə qalxmışdır və O yenidən gəlib onları Öz yanına aparacaqdır.AAY 65.1

    Məsihin göylərə qalxmasından sonra bir yerə yığışan şagirdləri Səmavi Ataya, İsa naminə, öz xahişlərini çatdırmaq arzusu ilə alışırdılar. Onlar ciddi tərzdə zərifliklə dizlərini qatlayaraq dua edirdilər və onlara verilən bu vədi təkrarlayırdılar: “Atadan hər nə istərsinizsə, Mənim ismimlə onu sizə verəcəkdir... istəyin və alarsınız ki, sevinciniz tamam olsun” (Үəһуа 16:23,24). Onlar öz imanlarının əllərini getdikcə daha yüksəklərə qaldıraraq, danılmaz həqiqət olan bu sözləri söyləyirdilər: “Məhkum edən kimdir? Ölmüş, üstəlik dirilmiş Məsih İsa həm Allahın sağındadır, həm də bizim üçün vəsatətçilik edir” (Romalılar 8:34). Və Pentikost günündə Yardımçı onların yanına endi. Məsih Onun haqqında belə demişdir: “Çünki sizinlə qalır və daxilinizdə olacaqdır”. Və bununla yanaşı, O qeyd etmişdir: “Bununla belə, Mən sizə həqiqəti söyləyirəm: Mənim getməyim sizin xeyrinizədir. Çünki getməsəm, Vəsatətçi yanınıza gəlməz, amma getsəm, Onu sizə göndərəcəyəm” (Yəhya 14:17; 16:7). Məsih bundan sonra Öz Ruhu vasitəsilə daim Öz övladlarının qəlbində olmalı idi. İndi onlar Məsihə Onun yerdə olduğu vaxtdakındandaha yaxın idilər. Onlardan qəlblərində yaşayan Məsihin gücü, məhəbbəti və nuru saçılırdı. Onları görən insanlar “heyrətə düşdülər, amma tanıdılar ki, onlar İsa ilə birgə olmuşdular” (Həvarilərin işləri 4:13).AAY 65.2

    Öz ilk şagirdləri üçün etdiyi bütün şeyləri Məsih bü gün Öz övladları üçün də etmək istəyir. İsa axırıncı dəfə yalnız Öz şagirdləri ilə birlikdə dua edərkən demişdir: “Yalnız onlar üçün deyil, onların sözü ilə Mənə iman edənlər üçün də xahiş edirəm ki...” (Yəhya 17:20).AAY 66.1

    İsa dua edirdi ki, Onun Ata ilə bir olduğu kimi, biz də Onunla bir olaq. Necə də böyük ittifaqdır! Xilaskar Özü haqqında demişdir: “Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz “(Yəhya 5:19). “Sizə söylədiyim sözləri Özümdən söyləmirəm, Məndə olan Ata Öz işlərini görür” (Yəhya 14:10). Deməli, Məsih bizim qəlbimizdə yaşayırsa, “O bizdə Öz iltifatına görə istək və hərəkəti hasil edən, Allahdır” (Filipiylilərə 2:13). Biz də, O çalışdığı kimi çalışacağıq. Bizdə də həmin ruh yaranır. Onun məhəbbətində olarkən, biz Ona bənzəyərək “başçı olan Məsihə doğru һәr cəhətdən boy ataq” (Efeslilərə 4:15).AAY 66.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents