Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Duanin Üstümlüyü

    Təbiət və vəhy vasitəsi ilə, Öz qayğısı vasitəsilə ilə və Öz Ruhunun təsiri vasitəsi ilə Allah bizimlə danışır. Lakin bizim Onunla rabitəmiz bununla məhdudlaşmamalıdır. Bizim hər birimizin qəlbimizi Ona açmağımız da vacibdir. Ruhi həyat və gücə malik olmaq üçün, biz Səmavi Atamızla canlı ünsiyyətdə olmalıyıq. Bizim fikirlərimiz Ona yönələ bilər; biz Onun işləri, Onun rəhmdilliyi və xeyir - duaları haqqında düşünə bilərik, lakin bu hələ sözün əsl mənasında Onunla ünsiyyətdə omaq demək deyildir. Allahla həqiqətən ünsiyyətdə olmaq üçün, biz Ona öz həyatımız, öz sevinc və dərdlərimiz haqqında danışmamalıyıq.AAY 82.1

    Dua edərkən biz qəlbimizi Allaha bir dost kimi açırıq. Onun üçün vacibdir ki, Allah bizə Onu qəbul etməyə kömək etsin. Dua Allahı bizə deyil, bizi Allaha yaxınlaşdırır.AAY 82.2

    Yerdə olarkən, İsa Öz şagirdlərinə dua etmək öyrədirdi. O onlara öz gündəlik ehtiyaclarını Allah qarşısında açmağın vacibliyindən və bütün öz qayğılarını Ona etibar etməyin vacibliyindən danışırdı. Xilaskar vəd etmişdi ki, onların duaları eşidiləcəkdir. Bu vəd həm də bizə də aiddir.AAY 82.3

    İsa Özü, insanlar arasında yaşayarkən tez-tez dua edirdi. O bizim ehtiyaclarımızı və zəifliklərimizi Öz üzərinə götürmüşdü ki, xidmət etmək və sınaqlardan çıxmaq üçün daim yeni qüvvə ehtiyatı olsun və kömək üçün Öz Səmavi Atasına müraciət edirdi. İsa hər şeydə bizə nümunədir. O bizim gücsüzlüyümüzdə bizə Qardaş oldu, O “bizim kimi imtahan edilmişdi”, lakin şərə qarşı ikrah hissi duyaraq günahsız qaldı. Günah dünyasında Xilaskar qəlbən əzab çəkərək mübarizə etdi. Dua Onun üçün zərurət və üstünlük idi. O, Öz Atası ilə ünsiyyətdən təsəlli və sevinc tapırdı. Əgər Xilaskarın, Allah Oğlunun duaya ehtiyacı var idisə, görün onda biz, günahkar, zəif, fani məxluqlar daimi duaya necə ehtiyac hiss etməliyik!AAY 83.1

    Bizim Səmavi Atamız bizi tamamilə Öz xeyir-duasını qərq etməyə hazırdır. Biz sonsuz məhəbbətin çeşməsindən daim içmək imkanına malikik. Qəribə deyildirmi ki, biz bu qədər az dua edirik! Allah Öz ən itaətkar övladlaının səmimi dualarını həvəslə dinləyir, amma biz çox vaxt öz ehtiyaclarımızı Ona açmaqda ləngiyirik. Yollarını azmış yazıq, köməksiz insanları görərkən səma mələkləri nə düşünə bilərlər? Halbuki, Allah qəlbi Öz hədsiz məhəbbəti ilə onlara xahiş edə biləcəklərindən və arzu edə biləcəklərindən də artıq verməyə hazırdır, lakin onlar o qədər az dua edirlər və o qədər az imana malikdirlər ki! Mələklər Allaha məhəbbətlə xidmət edirlər, onlar Ona yaxın olmalarından sevinc və fərəh duyurlar. Allahla ünsiyyət onlar üçün böyük sevincdir. Bununla yanaşı, yalnız Allahın verə biləcəyi köməyə ehtiyacı olan biz, yer övladları, deyəsən, onunla tam kifayətlənirik ki, Onun Ruhunun işığı olmadan və Onunla ünsiyyət etmədən ömür sürürük.AAY 83.2

    İblis duaya əhəmiyyət verməyənlərin üzərindəki zülməti daha da qatılaşdırır. Düşmənin pıçıldadığı şirnikləndirmələr onları günaha sövq edir. Və bütün bunlar ona görə baş verir ki, onlar Allahın bəxş etdiyi duanın üstünlüyünə əhəmiyyət vermirlər. Əgər dua hər şeyə Qadir Olanın hədsiz imkanlarının saxlandığı səmavı xəzinənin iman əlində olan açarıdırsa, onda bəs nə üçün Allahın oğul və qızları bu cür könülsüz dua edirlər? Yorulmadan dua etməsək, bizi azaraq həqiqət yolundan çıxmaq təhlükəsi hədələyər. Lütf taxtına aparan yolda düşmən həmişə bizə mane olur. Oz tərəfindən o hər şeyi edir ki, biz duaya və imana əhəmiyyət verməyək və tamahı dəf etmək üçün lütf və güc ala bilməyək.AAY 84.1

    Biz əmin ola bilərik ki, məlum şərtlər daxilində, Allah duaları eşidir və onlara cavab verir. Birinci şərtlərdən biri budur ki, biz Onun köməyinə olan ehtiyacımızı dərk edək. O vəd etmişdir: “Susamış torpağı sulayacağam, quru torpağa sellər axıdacağam, övladlarına Ruhumu ehsan edəcəyəm, nəslinə xeyir - duamı verəcəyəm.” (Yeşaya 44:3). Kim salehliyin həsrətini çəkirsə, kim bütün qəlbi ilə Allaha can atırsa, o əmin ola bilər ki, doyacaqdır. Allahın xeyir ~ duasını o vaxt almaq olar ki, Müqəddəs Ruhun təsiri üçün qəlb açıq olsun.AAY 84.2

    Bizim ehtiyaclarımız bizim xeyrimizə dəlalət edən ən inandırıcı amillərdir. Lakin bizim özümüz Allaha müraciət etməliyik ki, O bizim ehtiyaclarımıza cavab verə bilsin. O deyir: “Diləyin, sizə veriləcəkdir”. Və “O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?” (Matta 7:7; Romalılara 8:32).AAY 84.3

    Əgər biz öz qəlbimizdə şəri gəzdiririksə, əgər biz hər hansı bir günaha bağlıyıqsa, onda Rəbb bizim dualarımızı eşitməyəcəkdir. Lakin sarsılaraq tövbə edən qəlbin duaları həmişə eşidiləcək və qəbul ediləcəkdir. Həm də biz Allahın lütfünə yalnız öz xidmətlərimizlə heç vaxt nail ola bilmərik. Yalnız İsa Məsihin xidmətləri bizi xilas edə bilər, yalnız Onun Qanı bizi təmizləyə bilər. Lakin bütün bunlar bizim qəbul oluna biləcəyimiz şərtləri kənara qoymur.AAY 85.1

    İman müvəffəqiyyətli duanın şərtlərindən biridir. “İman olmadan Allahı razı salmaq qeyri - mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir” (İbranilərə 11:6). İsa şagirdlərinə demişdir: “Dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız və istədiyiniz sizin üçün ediləcək.” (Mark 11:24). Biz Onun sözlərinə etibar edirikmi?AAY 85.2

    Məsihin bu əhdi hüdudsuzdur. O Öz vədinə sadiqdir. Hətta, əgər biz istədiyimizi həmin vaxt almasaq da, inanmalıyıq ki, Rəbb bizi eşidir və bizim dualarımıza cavab verəcəkdir. Biz istəklərimizdə səhv etməyə o qədər meyilliyik ki, və o qədər narazı oluruq ki, bəzən bizə xoşbəxtlik gətirməyən şeylər haqqında xahiş edirik. Səmavi Ata bunu bilir və bizim dualarımıza cavab verərkən, bizə məhz o şeyləri göndərir ki, bizim xeyrimizə xidmət etsin. O bizə o şeyləri göndərir ki, göylərdən ziyalanarkən rastlaşdığımız hər şeyin həqiqi mahiyyətini dərk edərkən, özümüz üçün arzu edərdik. Hətta biz zənn edəndə ki, bizim dualarımıza cavab yoxdur, biz yenə də Allahın lütfünə arxalanmalıyıq və mütləq bu vaxtında cavab veriləcəkdir və biz hər şeydən çox ehtiyac duyduğumuz xeyir - duanı alacağıq. Lakin cavabı məhz biz isrədiyimiz vaxtda və istədiyimiz şəkildə alacağımızı təstiq etmək, özündən arxayınçılıq olardı. Allah hədsiz dərəcədə müdrik olduğu üçün, səhv edə bilməz və hədsiz dərəcədə lütfkar olduğu üçün xeyir - dua axtaranları ondan məhrum etməz. Buna görə də, hətta dualarınıza təcili cavab almasanız da, Ona etibar etməkdən qorxmayın. Onun möhkəm vədinə arxalanın: “İstəyin və sizə olacaqdır”.AAY 85.3

    Əgər biz öz şübhələrimizin və qorxularımızın təsiri altındayıqsa, yaxud bizim məhdud ağlımıza sığışmayan bütün şeyləri dərk etməyə və izah etməyə cəhd göstəririksə, onda bizim çətinliklərimiz yalnız artacaqdır. Amma əgər biz öz köməksizliyimizi və asılılığımızı dərk edərək Allaha gəliriksə, itaət və canlı imanla öz ehtiyaclarımızı Hədsiz İdraka malik olanın və yaratdıqlarında Hər Şeyi Görənin, hər şeyi Öz iradəsi və sözü ilə İdarə Edənin önündə açsaq, onda O Öz işığı ilə bizim qəlblərimizi nurlandıracaqdır. Səmimi dua edərkən, biz Hədsiz İdrakla təmasda oluruq. Həmin vaxt biz, elə bil ki, Xilaskarımızın kölgəsini öz üzərimizdə hiss edirik.AAY 86.1

    Biz Allahdan mərhəmət və xeyir-dua istəyəndə, özümüz də əfv və məhəbbət ruhu ilə dolmalıyıq. Öz yaxınlarımızı bağışlamadan, biz necə dua edə bilərik ki: “Bizə borclu olanları bağışladığımız kimi bizim borclarımızı da bağışla” (Matta 6:12). Əgər biz gözləyiriksə ki, Allah bizim dualarımızı eşitsin, onda özümüzün bağışlanmağımızı necə istəyiriksə, başqalarını da o cür bağışlamalıyıq.AAY 86.2

    Duada ardıcıllıq - istənilən bir şeyin alınması üçün vacib şərtdir. Biz imanda və ruhi təcrübədə inkişaf etmək üçün daim dua etməliyik. “Özünüzü duaya həsr edin və duada şükür edərək oyaq durun” (Kolosselilərə 4:2). Həvari Peter iman gətirənlərə tövsiyə edir: “Hər şeyin sonu yaxındır. Beləliklə, ağıllı - kamallı olun və dua etmək üçün ayıq durun” (1 Peter 4:7). Həvari Pavel nəshiət edir: “Heç nəyin qayğısını çəkməyin, amma һәr barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə - edə bildirin.” (Filipililərə 4:6).AAY 86.3

    Həvari Yahuda yazır: “Siz isə, sevimlilər, özünüzü ən müqəddəs olan imanınızın təməli üzərində inkişaf etdirin və Müqəddəs Ruhun idarəsi ilə dua edin. Rəbbimiz İsa Məsihin əbədi həyata aparan mərhəmətini gözləyərək özünüzü Allah məhəbbətində qoruyun.” (Yəhuda 1:20,21). Ardıcıl edilən dua bizim qəlbimizin Allahla pozulmaz ittifaqıdır. Bu ittifaq sayəsində Allahdan gələn həyat bizim ömrümüzə axır və biz öz həyatımızın paklığı və müqəddəsliyi ilə onu sevindiririk.AAY 87.1

    Heç bir şeyin duaya mane olmasına nail olmaq vacibdir. İsa ilə ünsiyyətin tam və sevindirici olması üçün bütün səylərinizi göstərin. Adətən, duaların Allaha yüksəldiyi yerdə olmaq üçün bütün imkanlardan istifadə edin. Allahla həqiqətən ünsiyyətdə olmaq istəyənlər dua yığıncaqlarında iştirak edəcəklər və öz vəzifələrini vicdanla yerinə yetirəcəklər. Onlar bütün vəd olunmuş xeyir-duaları almaq və səmavi işıq şualarının onları nurlandıra biləcəyi yerdə olmaq arzusu ilə dolacaqlar.AAY 87.2

    Biz ailəmizlə birlikdə dua etməliyik, lakin tənhalıqda dua etməyi də yaddan çıxarmamalıyıq, çünki qəlb həyatının sirri bundadır. Tənhalıqda dua etməyə əhəmiyyət vermədən, lütfdə inkişaf etmək və möhkəmlənmək mümkün deyildir. Yalnız ailə ilə, yaxud cəmiyyət ilə birlikdə dua etmək kifayət deyildir. Gəlin qəlbimizi hər şeyi görən Allah qarşısında acaq. Tənhalıqda edilən duanı yalnız O eşidə bilər. Gizli xahişləri Allahdan başqa heç kim eşitməməlidir. Allahla tənhalıqda olarkən, dua edən kənar təsirlərdən və boş həyəcanlardan azaddır. O, sakit, lakin böyük səylə Allahı çağıracaqdır. Gizli olan şeyləri görən və qəlbin dərinliyindən gələn duanı eşidən Tanrı daim xeyirxah təsir saçır. Tənhalıqda dua edən insan sadəlövh etibarla Allah ilə ünsiyyətdə olur və iblis ilə mübarizədə möhkəmlənmiş və arxalanmış olmaq üçün, İlahi işığın şualarını özündə cəmləyir. Bizim gücümüz Allahdadır.AAY 87.3

    Gündəlik zəhmət və qayğılar vaxtı da tənhalıqda dua edin, öz qəlbinizi teztez Allah qarşısında açın. Xanok məhz bu cür “Allahın yolu ilə gedirdi”. Bu sirli dualar xoş ətir kimi lütf taxtına tərəf yüksəlirlər. Qəlbi Allahda olan insana iblis qalib gəlməyə qadir deyildir.AAY 88.1

    İstənilən vaxt və hər yerdə Allaha dua ilə müraciət etmək olar. Səmimi dua ilə öz qəlbimizi acmağımıza heç nə mane ola bilməz. Hətta küçədəki səs-küy içərisində, camaat arasında, yaxud öz adi işimizlə məşğul olanda, Allaha müraciətlə xahiş edə bilərik ki, bizə kömək və rəhbərlik etsin, necə ki, Nehemya padşah Axaşveroş_xahiş etmişdi. Allahla sıx ünsiyyət saxlamaq hər yerdə mümkündür. Bizim qəlbimizin qapıları həmişə dəvətlə Məsihə açıq olmalıdır ki, O arzu etdiyimiz səma qonağı kimi bizim qəlbimizə girə bilsin.AAY 88.2

    Əgər bizi pozğun və çürümüş mühit əhatə edirsə, biz onun zərərli buxarları ilə nəfəs almamalıyıq, axı biz təmiz səma atmosferi ilə yaşama imkanına malikik. Biz öz qəlblərimizi səmimi dualarla Allaha yaxınlaşdırmaqla, özümüzü natəmiz və pis fikirlərdən qoruya bilərik. Qəlbləri Allahın təsiri və Onun xeyir - duası üçün açıq olan insanlar daha müqəddəs atmosferdə yaşayacaqlar və səma ilə daim ünsiyyətdə olacaqlar.AAY 88.3

    Məsihi daha yaxşı tanımaq və əbədi reallıq dəyərlərini daha tam təsəvvür etmək bizim üçün vacibdir. Müqəddəslik gözəlliyi Allah övladlarının qəlblərini doldurmalıdır. Buna nail olmaq üçün biz səmavi həqiqətlərin İlahi nurunu axtarmalıyıq.AAY 89.1

    Qoy bizim qəlbimiz Alahın bizə təklif etdiyi pak səma atmosferinə can atsın! Biz Allaha o qədər yaxın ola bilərik ki, hər bir gözlənilməz sınaqda fikrimiz, gül günəşə yönəldiyi kimi, Tanrıya yönələr.AAY 89.2

    Allah qarşısında öz ehtiyaclarınızı, sevinclərinizi və kədərlərinizi, öz qayğılarınızı və qorxularınızı açın. Siz bununla Onu yormazsınız və yükünü ağırlaşdırmazsınız. Sizin başınızda hər bir tükü saymağa Qadir Olan öz övladlarının ehtiyaclarına biganə qalmaz. “...çünki Rəbb çox rəhmli və mərhəmətlidir” (Yaqub 5:11). Bizim dərdlərimiz Onun sevən qəlbini titrədir. Biz öz dərdlərimiz haqında Ona danışarkən, O bizimlə birlikdə həyacanlanır. Sizi narahat edən hər bir şey haqda Ona müraciət edin. Heç bir yük Onun üçün ağır olmayacaqdır: axı O, dünyaları saxlayır və kainatı idarə edir. Bizim daxili aləmimizə aid olan hər bir şey Onun üçün az əhəmiyyətli ola bilməz. Bizim həyat tariximizdə elə dolaşıq bir fəsil yoxdur ki, O onu oxuya bilməsin; bizim heç bir anlaşılmazlığımız o qədər çətin ola bilməz ki, O kömək etməyə qadir olmasın. Onun övladlarından ən kiçiyinin duçar ola biləcəyi heç bir bədbəxtlik, qəlbi narahat edən heç bir həyəcan, istənilən sevinc, hər bir səmimi dua - heç nə bizim hər şeyə iştirakla cavab verən Səmavi Atamızın nəzərindən yayınmır. “O, sınıq qəlblərə şəfa verər, yaralarını sarıyar” (Zəbur 147:3). Allah ilə hər bir insan arasındakı münasibət o qədər müəyyən və tamdır ki, elə bil bu insan yer üzərində Səmavi Atanın qayğısını çəkdiyi və uğrunda Öz sevimli Oğlunu qurban verdiyi yeganə candır.AAY 89.3

    İsa demişdir: “O gün siz Mənim adımla diləyəcəksiniz. Mən sizin barənizdə Atadan bir şey xahiş edəcəyimi söyləmirəm. Axı Ata Özü sizi sevir, çünki siz Məni sevdiniz və Mənim Allahın yanından gəldiyimə inandınız”. “Siz Məni seçmədiniz, Mən sizi seçib təyin etdim ki,... Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək.” (Yəhya 16:26,27; 15:16). Lakin İsanın adı ilə dua etmək, sadəcə olaraq bu adı duanın əvvəlində və axırında xatırlatmaqdan ibarət deyildir. Bu o deməkdir ki, İsanın vədlərinə inanaraq, Onun lütfünə arxalanaraq və Onun işlərini yerinə yetirərək Onun iradəsi və ruhu ilə ahəngdarlıqda dua etmək lazımdır.AAY 90.1

    Allah tələb etmir ki, biz monax, yaxud tərkidünya bir zahid olaraq özümüzü Ona xidmətə həsr etmək məqsədilə insanlardan ayrılaq. Bizim həyatımız Məsihin həyatı kimi zəhmətdə və dua etməklə keçməlidir. Yalnız dua etməkdən başqa heç bir iş görməyən insan tezliklə dua etməyi tərgidəcəkdir, ya da onun dua etməyi adi bir vərdişə çevriləcəkdir. İnsanlar ictimai həyatdan, öz məsihçi vəzifələrindən və çarmığı daşımaqdan yayındıqda, onlar üçün yorulmadan zəhmət çəkən Rəbbə xidmətlərini dayandırmış olurlar və dua etməyə ehtiyac duymurlar, onların ziyalanmağa və xeyirxahlığa olan bütün səyləri itmiş olur. Onların bütün duaları yalnız özləri üçün olur. Onlar bəşəriyyətin ehtiyacı üçün, Məsihin Padşahlığının yaradılması üçün, onların özlərinin xidmət etmələrinə güc bəxş edilməsi üçün dua edə bilmirlər.AAY 90.2

    Allaha xidmətdə bir-birimizi möhkəmlətmək və ruhlandırmaq üçün bir yerdə olmaq imkanına əhəmiyyət vermədikdə, biz çox şeydən məhrum oluruq. Bu vaxt Onun Sözünün həqiqətləri bizim üçün öz gücünü və mənasını itirir. Onlar daha bizim qəlbimizi işıqlandırmır və biz ruhən məhv oluruq. Biz bir-birimizə acımaqda çox şey itiririk. Özünə qapanmış məsihçi Allahın ona tapşırdığı işi yerinə yetirmir. Məsihçi məhəbbəti ruhunda düzgün tərbiyə bizi başqalarına qarşı həssas və diqqətli edir, bizi Allaha xidmətdə möhkəmlədir.AAY 91.1

    Əgər məsihçilər bir yerə yığışaraq bir - biri ilə Allahın məhəbbəti və bağışlanmanın qiymətli həqiqətləri haqqında danışsaydılar, onlar özləri ruhən möhkəmlənməklə yanaşı başqalarına da xeyirxah təsir göstərərdilər. Allahın lütfündə yeni həyat təcrübəsi alaraq, biz günbəgün Səmavi Ata haqqında daha çox öyrənə bilərik, bu isə ona gətirib çıxaracaqdır ki, bizdə Onun məhəbbəti haqqında danışmaq arzusu oyanacaqdır. Və biz bu cür etdikdə qəlblərimiz isinəcək və gümrahlaşacaqdır. Əgər biz özümüzdən daha çox Məsih haqqında düşünsək və danışsaq, Onun hüzuruna daha dolğun hiss edərik.AAY 91.2

    Əgər biz Allahın bizə olan qayğısının təzahürlərini gördükdə, hər dəfə Onu yada salsaydıq, bizim fikirlərimiz daim Ona yönələrdi, biz Onun haqqında danışmaqdan və Onu vəsf etməkdən sevinc tapardıq. Biz öz dünyəvi işlərimizdən ona görə danışırıq ki, onlar bizi maraqlandırır. Biz öz dostlarımız haqqında ona görə danışırıq ki, onları sevirik və öz sevincimizi və kədərimizi onlarla bölüşdürürük. Lakin biz Allahı sevmək üçün hədsiz dərəcədə daha çox səbəblərə malikik, nəinki öz dostlarımızı sevmək üçün. Onun haqqında düşünmək, Onun lütfkarlığı haqqında danışmaq, Onun gücü haqqında söyləmək - bu bizim üçün ən vacib olmalıdır. Allah səxavətlə bəxşişləri bizə ona görə vermişdir ki, onlar bizim düşüncələrimizi udsun və qəlbimizə o dərəcədə hakim olsunlar ki, həyatımıza Hakim olanı unudaq; əksinə, bizi zənginləşdirən hər şey bizə daim Onu xatırlatmalıdır və bizi bütün nemətlərin Səmavi Bəxşedicisi ilə məhəbbət və şükranlıq tellərilə bağlamalıdır. Biz dünyəvi şeylər haqqında həddindən çox düşünürük. Gəlin nəzərlərimizi Allah şöhrəti işığının Məsihin üzündə parladığı səmavi məbədin açıq qapılarına yönəldək. “Buna görə O Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir. Çünki O onlar üçün vəsatətçilik etməkdən ötrü həmişə yaşayır.” (İbranilərə 7:25).AAY 91.3

    Gəlin Allahı “məhəbbətinə görə, bəşər övladlarına göstərdiyi xariqələrə görə” daha çox izzətləndirək (Zəbur 107:8). Bizim ruhani həyatımız yalnız xahişlər edib, onlara cavab gözləməklə məhdudlaşmamalıdır. Gəlin daim yalnız öz ehtiyaclarımız haqqında düşünməyək və aldığımız iltifatlar haqqında heç nəyi unutmayaq. Biz çox az dua edirik və təşəkkür etməyə xəsislik göstəririk. Hər gün Allahdan mərhəmət görərək, biz çox naşükürlük edirik. Bizim üçün etdikləri bütün şeylərə görə, Onu nə qədər də az izzətləndiririk!AAY 92.1

    Qədimlərdə israillilər Allaha xidmət üçün bir yerə yığışanda Allah onlara hökm etmişdi: “Orada sizə bərəkət verən Allahınız Rəbbin önündə ailələrinizlə birlikdə yemək yeyəcəksiniz. Onda hansı işə əl atacaqsınızsa, sevinc tapacaqsınız” (Qanunun Təkrarı 12:7).AAY 92.2

    Allahın şərəfinə edilən hər şey sevinclə, tərif himnləri ilə və minnətdarlıqla edilməlidir, kədər və qüssə ilə edilməməlidir.AAY 93.1

    Allahımız qayğıkeş, rəhmdil Atadır. Ona xidmət ağır və sevincsiz iş olmamalıdır. Əsl zövq - Allaha xidmət və Onun işində iştirak etməkdir. Allah istəmir ki, uğurlarında böyuk xilas işləri edilən övladları Onu tələbkar, sərt Hökmdar kimi tanısınlar. Allah - bizim ən yaxşı Dostumuzdur. Biz Allaha xidmət etməyə yığışanda, O, bizimlə olmaq, bizə xeyir-dua və təsəlli vermək, bizim qəlbimizi sevinc və məhəbbətlə doldurmaq istəyir. Rəbb istəyir ki, Ona xidmət Onun övladları üçün ağır yük olmasın, onlara zövq və təsəlli versin. O istəyir ki, Ona səcdə etməyə gələnlər Allah qayğısı və məhəbbəti haqqında qiymətli fikirlər aparsınlar, onlar bu ünsiyyətdən gündəlik əmək üçün gümrahlıq və güc alsınlar, Onun lütfünü aldıqdan sonra hər şeydə şərəfli və düzgün olsunlar.AAY 93.2

    Biz çarmıxın durduğu yerdə birləşməliyik. Çarmıxa çəkilmiş Məsih bizim düşüncələrimizin və söhbətlərimizin mövzusu olmalıdır, ən əziz və fərəhli hislərin mənbəyi olmalıdır. Biz Allahdan aldığımız hər bir xeyir-duanı yadda saxlamalıyıq. Və Onun hədsiz məhəbbətini dərk edəndə, biz hər şeyi bizim üçün çarmıxa mismarlanmış əllərə verib etibar etməyə hazır olacağıq.AAY 93.3

    Rəblə bu cür ünsiyyət nəticəsində qəlb ilham qandlarında göyə yüksəlir. Səma sakinləri nəğmə və musiqi ilə Allaha səcdə edirlər və biz qəlbimizin dərinliklərindən Ona şükür oxuduqda, bizim Allaha xidmətimiz səma ordusunun xidmətinə daha çox oxşayacaqdır. “Kim ki şükür qurbanı təqdim edir, Məni şərəfləndirir. Doğru yol tutan şəxsə Allahın xilasını göstərəcəyəm” (Zəbur 50:23). Gəlin müqəddəs sevinclə Allahın önündə dayanaq. “Vəsf və nəğmə” ilə Ona səcdə edək (Yeşaya 51:3).AAY 93.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents