Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    3-cü fəsil
    ТАМАН VƏ GÜNAHA BATMA

    (Bu fəsil Yaradılış kitabının 3-cü fəslinə əsaslanır)

    Səmada üsyan alovlandırmaq imkanından məhrum olmuş iblis öz Allaha qarşı düşmənçilik planını həyata keçirmək üçün yeni fəaliyyət sahəsi tapdı; insan nəslini məhv etmək qərarına gəldi. Məsum cütün Edendəki ülvi xoşbəxtliyi ona əbədi olaraq itirdiyi bəxtiyarlığını xatırladırdı. Nifrətdən alışaraq o qərara gəldi ki, Adəm və Həvvanı itaətsizliyə təhrik etsin və onlan bu günahlarına görə cəzaya məruz qoysun, onda onların Rəbbə olan məhəbbəti anlaşılmazlığa, vəsf nəğmələri Yaradana qarşı şikayətə çevrilə bilərdi. Bu yolla iblis yalnız məsum varlıqlan özünün düşdüyü iztirab uçurumuna sürükləməyi düşünmürdü, həm də Allahın şərəfinə qəsd edərək Səmanı dərin kədərə düçar etmək istəyirdi.AP 23.1

    Bizim əcdadlarımız onları hədələyən təhlükə barədə xəbərdar edilmişdilər. Səma mücdəçiləri onları iblisin günaha batma tarixi ilə tanış etmişdilər, iblisin onları məhv etmək üçün məkrli planları haqqında onları xəbərbar etmişdilər və iblisin devirmək istədiyi İlahi idarənin təbiətini onların qarşısında tam açmışdılar. Allahın ədalətli tələblərinə itaətsizlik - bu idi iblisi və onun tərəfdarlarını gunaha sövq edən. Buna görə də Adəm və Həvvanın qayda və ədalətin yeganə meyarı olan Allah Qanununa itaət etməsi bu qədər vacib idi.AP 23.2

    Allahın Qanunu Özü kimi müqəddəsdir. Bu Qanun Onun iradəsinin təzahürüdür, Onun mahiyyətinin təcəssümüdür, İlahi məhəbbətin və müdrikliyin ifadəsidir. Bütün məxluqların ahəngdarlığı dünyada mövcud olan hər şeyin Yaradıcısının qoyduğu qanuna tam tabe olmaqdan asılıdır. Allahın qoyduğu qanunlar yalnız canlı varlıqları deyil, təbiətdə baş verən bütün prosesləri idarə edir. Hər şey dəyişməz qanuna tabedir. Yer üzündə mövcud olan hər şey təbiət qanunlarına tabe olduqları halda, insan həm də mənəvi qanunlara riayət edilməsinə məsuliyyət daşıyır. İnsan məxluqların tacıdır, Allah ona Öz tələblərini, Öz qanununun ədalət və mərhəmətliliyini dərk etmək qabiliyyəti bəxş etmişdir və ondan şərtsiz olaraq itaət etməsini gözləyir. Edenin sakinləri mələklər kimi sınağa məruz qalmışdılar: onlar Yaradanın qanununa riayət etmək şərti ilə xoşbəxt ola bibrdilər. Onlar itaət edərək yaşaya və itaət etməyərək isə məhv ola bibrdilər. Allah onları Öz zəngin xeyir-dualarnın mirasçısı etdi, lakin Onun iradəsini pozanlara O rəhm etməyəcəkdir, necə ki günah edən mələklərə rəhm etməmişdi. Günah İlahi xeyir-dualara olan haqdan məhrum edirdi və iztirablara, ölümə düçar edirdi.AP 23.3

    Mələklər Adəm və Həvvanı olduqca ehtiyatlı olmağa çağırırdılar, çünki iblis bütün gücü ib onları yoldan çıxartmağa çalışacaqdı. Lakin nə qədər ki onlar Allaha sadiq qalacaqlar, yoldan çıxaran onlara bir zərər toxundura bilməyəcəkdir, çünki lazım olarsa bütün Səma məbkbri onlara köməyə gələcəkdibr. Əgər Adəm və Həvva şeytanın şirnikbndirməbrinə mərdiklə dözsələr, onda onlar səma elçibri kimi təhlükəsizlikdə olacaqlar. Lakin yalnız bircə dəfə də olsa tamaha uysalar, onda onların günahla yoluxan təbiəti şeytana müqavimət göstərmək gücünü və istəyini itirəcəkdir.AP 24.1

    Xeyirlə şəri bilmə ağacının köməyi ilə onların Allaha olan imanı və məhəbbəti sınandı. Bağda çoxlu ağaçlar boy atırdı, Rəbb isə bunlardan yalnız birinin meyvəsini dadmağı qadağan etməyi lazım bilərək xəbərdar etdi ki, əgər onlar Onun iradəsini pozsalar, onda cinayətin günahını daşıyacaqlar. Adəm və Həvva hər yerdə şeytandan təcrid edilmişdibr, şeytan onlara öz şirnikbndirmələri ilə yalnız qadağan olunmuş ağacın yanında yaxınlaşa bilərdi və onlar tanıma ağacına yaxınlaşmaq üçün etdikləri birinci cəhddən yoldan çıxaranın hiyləsinə məruz qaldılar. Mələklər onlara tövsiyə edirdibr ki, Allahın xəbərdarlıqlarına xüsusi diqqət yetirsinbr və Onun etməyi lazım bildiyi məsləhətlərinə əməl etsinlər.AP 24.2

    Öz qarşısına qoyduğu məqsədə nəzərə çarpmadan nail olmaq üçün şeytan öz məkrli niyyətinin həyata keçirilməsinə ən yaxşı maska olacaq ilandan vasitə kimi istifadə etmək qərarına gəldi. O zaman ilan yerdəki ən müdrik və gözəl heyvanlardan biri idi. Onun heyrətli dərəcədə gözəl olan qanadları uçuş zamanı qızıl kimi parıldayırdı. O, qadağan olunmuş ağacın meyvələrinin ağırlığından əyilən budaqlannda yerini rahatladı və bu gözəl meyvələrdən ləzzətlə yeyərək diqqətləri özünə cəlb etməyə çalışırdı. Bu sakit bağda beləcə gizlənərək yalançı öz ovunu izləyirdi.AP 25.1

    Mələklər Həvvanı xəbərdar edirdilər ki, bağdakı gündəlik məşğuliyyətləri zamanı ərindən aynlmasın, çünki Adəmlə birlikdə onu təhlükə az hədələyirdi. Lakin bir dəfə o, xəyal içində özü də hiss etmədən Adəmdən ayrı düşdü. Həvva tək qaldığını görəndə, onun qəlbini hansısa yaxınlaşan təhlükənin vahiməsi bürüdü, lakin o, tezliklə bu qorxu hissini özündən uzaqlaşdırdı və qərara gəldi ki, şəri ayırmaq və ona qarşı durmaq üçün kifayət qədər ağıllı və güclüdür. O, mələklərin xəbərdarlıqlarını unutdu və tezliklə qadağan olunmuş ağacın yanında olduğunu gördü, heyrət və maraq qarışıq hisslərlə ona tamaşa etdi. Ağacdan sallanan meyvələr çox gözəl idibr və Həvva anlamırdı ki, nə üçün Allah onları dərməyi qadağan etmişdir. Tamahlandıncı üçün münasib an çatmışdı. Özünü eb göstərdi ki, guya onu narahat edən suallardan xəbərdardır və ondan soruşdu: “Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?” İlanın sözbrindən heyrətə düşmüş və qorxmuş Həvva, eb bil ki, öz düşüncəbrinin əks-sədasını eşidirdi. Lakin ilan xoş ahəngli səslə öz nitqini davam etdirərək məharətlə onun qeyri-adi gözəlliyini tərif edirdi. Həvva onu heç də həvəssiz dinləmirdi. Oradan qaçmaq əvəzinə, o heyrətlə ilanın sözbrini dinləyərək ləngiyirdi. Əgər Həvva bu cür nitqbri mələyə bənzəyən bir varlıqdan eşitsəydi, ola bilsin ki, o qorxardı, lakin onun heç ağlına da gəlmirdi ki, bu cür füsunkar ilan günaha batmış düşmənin vasitəçisi ola bilər.AP 25.2

    O, ilanın azdırıcı sözbrinə cavab verdi: “Bağdakı ağaclarının bəhrələrindən yeyə bibrik. Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Yox, əsla ölməzsiniz. Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözbriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız”.AP 25.3

    İlan deyirdi ki, bu ağacın meyvəsindən dadmaqla onlar varlığın ali səviyyələrinə çata bilərlər və daha çox biliklər əldə edə bilərlər. Sonra, sanki öz sözlərini təsdiq edirmiş kimi, qeyd etdi ki, o da qadağan olunmuş meyvələrin dadına baxmışdır və bunun sayəsində ona nitq bəxş edilmişdir. O hiss olunmadan Həvvaya təlqin edirdi ki, Allah qısqanclıqdan bu ağacın meyvələrini onlara qadağan edibdir ki, onlar Ona bərabər olmasınlar. Allah yalnız ona görə bu meyvələri nəinki yeməyi, hətta onlara toxunmağı da onlara qadağan etmişdi ki, bu meyvələr müdriklik və güc vermək kimi heyrətamiz xüsusiyyətə malikdirlər. Yoldan çıxardan sanki ötəri olaraq qeyd etdi ki, Rəbb Öz hədəsini yerinə yetirməyəcəkdir, O yalnız onları qorxumaq istəmişdir. Necə ola bilər ki, onlar ölsünlər? Məgər onlar həyat ağacının meyvəsindən yeməmişdirlərmi? Allah sadəcə olaraq onlann daha yüksək inkişaf səviyyəsinə çatmalarına və daha böyük xoşbəxtlik əldə etmələrinə mane olmaq istəmişdir.AP 26.1

    Adəmin günlərindən indiki vaxta qədər şeytan beləcə fəaliyyət göstərir və onun səyləri böyük müvəffəqiyyət qazanır. O, insanları Allahın məhəbbətinə etibarsız yanaşmağa tamahlandırır və Onun müdrikliyini şübhəyə məruz qoymağı öyrədir. O daim insanlarda yersiz maraq ruhu oyatmağa, İlahi müdrikliyin və gücün sirlərinə daxil olmaq üçün narahat və üzücü istək yaratmağa çalışır; çoxları Allahın gizli saxlamağı lazım bildiyi şeyləri dərk etməyə can atmaqla Onun onlann xilası üçün açdığı həqiqətlərə etinasızlıq göstərirlər. İnsanları itaətsizliyə şirnikləndirməklə şeytan onlara bu fıkri təlqin etməyə çalışır ki, onlar bununla heyrətamiz dərk etmə sahəsinə daxil olurlar. Lakin bunlar hamısı yalandır. öz keçici müvəffəqiyyətlərindən sehrlənən insanlar İlahi qanunları tapdalamaqla onlan cırlaşmaya və ölümə aparan yola qədəm qoyurlar.AP 26.2

    Çoxları özünü geniş dünyagörüşünə və azad fəaliyyətə malik insan hesab edərək Allah iradəsinə itaət edənlərin məhdudluqlarını söyləyirlər. Bu, Edendə danışan səsin əks-sədası deyilmi: “Dadacağınız gün” (İlahi qanunlardan kənara çıxacağsınız), “Allah kimi olacaqsınız”. Şeytan təsdiq edirdi ki, guya qadağan olunmuş meyvələrdən yeməklə çox şey əldə etmişdir, lakin Allah iradəsini pozduğu üçün qovulduğunu hər cəhdlə gizlədirdi. O, günahın əvəzsiz ziyan gətirdiyinə əmin olmuşdusa da, öz acınacaqlı vəziyyətini gizlədirdi ki, başqalarını da uçuruma sürükləsin. Bizim günlərdə olduğu kimi, qanunu pozub öz həqiqi varlığını gizlətməyə çalışaraq müqəddəs görünə bilsə də, bu onu daha təhlükəli azdırıcı edir. O, Allah Qanunu pozan və başqalannı da buna məcbur edərək onları əbədi ölümə sürükləyən şeytanla əlbirdir. Həvva şeytanın sözlərinə səmimi-qəlbən inandı, lakin bu inam onu qazandığı cəzadan xilas etmədi. O, Allahın sözlərinə şübhə etdi və bu onun günaha batmasına səbəb oldu. Məhkəmədə insanlar ona görə mühakimə olunmayacaqlar ki, səmimi-qəlbdən yalana inanmışlar; yox, ona görə mühakimə olunacağlar ki, həqiqətə inanmamışlar və onu dərk etmək imkanına etinasızlıq göstərmişlər. Şeytanın ziddiyyətli dəlilərinə baxmayaraq, Allah iradəsinə itaətsizlik həmişə faciəvi nəticələrə gətirib çıxarır. Biz bütün qəlbimizlə həqiqəti dərk etməıyə çalışmalıyıq. Rəbbin Sözündə olan tövsiyələr bizə xəbərdarlıq və məsləhət kimi verilmişdir. Onlar bizə yanılmalardan xilas olmaq üçün verilmişdir. Onlara etinasızlıq göstərməklə biz özümüzü ölümə məruz qoyuruq. Heç bir şübhə yoxdur ki, Allah Sözünə zidd olan hər şey şeytandan gəlir.AP 26.3

    İlan qadağan olunmuş ağacın meyvəsini dərərək, demək olar ki, heç bir müqavimət göstərməyən Həvvanın ovcuna qoydu. Sonra o, Allahın bu meyvələrə toxunmağı ölüm hədəsi ilə qadağan etdiyini xatırlatdı. Artıq indi, meyvə Həvvanın əlində olarkən, şeytan ona təlqin etməyə çalışırdı ki, bu meyvəni yemək ona toxunmaq kimi zərərsizdir. Həvva görəndə ki, ona qorxulu heç bir şey olmamışdır, cəsarətləndi. O görəndə ki, “ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə o həmin meyvədən dərib yedi”. O, meyvələri yeyəndə ona elə gəldi ki, ona nəsə canlandırıcı bir qüvvə axır və o varlığın yüksək səviyyəsinə daxil olur. Həvva qorxusuz olaraq meyvələri dərdi və yedi. Beləliklə, günah etmiş Həvva onun ərini məhv etmək istəyən şeytanın əlində silaha çevrildi. Özündə nəsə qeyri-təbii qəribə oyanış hiss edən Həvva qadağan olunmuş ağacın meyvələrindən yığaraq, ərini axtarmağa getdi. Onu tapdıqda, baş verən hadisə haqqında ona hər şeyi danışdı.AP 27.1

    Adəmin sifəti tutqunlaşdı. O, sanki, sarsıldı və həyacanlandı. O, Həvvaya cavab verib dedi ki, bu, yəqin ki, onlara xəbərdarlıq edilən həmin düşməndir və indi, Allah hökmünə əsasən, o ölməlidir. Həvva cavab əvəzinə öz gətirdiyi meyvələri təkidlə ona təklif edirdi və ilanın sözlərini təkrar edərək deyirdi ki, ölüm onları hədələmir. Öz keçirdiyi hisslər haqqında danışaraq Həvva, nəhayət, onu inandırırdı ki, Allah narazılığının heç bir təzahürünü hiss etməmişdir, əksinə, onun bütün varlığına yayılan yüksək dərəcədə xoş gümrahlıq hiss etmişdir; onun güman etdiyinə görə, bu cür hissləri səma elçiləri də keçirirlər.AP 27.2

    Adəm başa düşdü ki, onun həyat yoldaşı sədaqət və məhəbbət sınağının onlar üçün mövcud olan yeganə qadağasını pozmuşdur. Onun qəlbində dəhşətli mübarizə gedirdi. O, Həvvaya özündən uzaqlaşmağa icazə verdiyi üçün çox sarsılmışdı. Lakin, artıq olan olmuşdu və indi o ona bu qədər sevinc gətirən ömür yoldaşından ayrılmalı idi. Bununla necə barışmalı? Adəm Allahla və müqəddəs mələklərlə ünsiyyətdən sevinirdi. O, Yaradanın şöhrətini seyr edirdi. O başa düşürdü ki, Allaha sadiq qalsaydılar, bəşəriyyətin gələcəyi necə də xoşbəxt olardı. Lakin onun nəzərində hər şeydən qiymətli olan bəxşi itirmək qorxusu Adəmi yuxarıda sadalanan xeyir-dualara etinasızlıq göstərməyə sövq etdi. Yaradana olan məhəbbəti kölgədə qoydu. Həvva onun özünün bir hisssəsi idi və onunla aynlığı Adəm heç ağlına da gətirmirdi. O başa düşmədi ki, onu torpaqdan Yaradan və məhəbbətlə hərəkət edən Hədsiz Qüvvə həyat dostunu ona necə vermişdirsə, eləcə də ona başqa ömür yoldaşı verə bilər. Adəm Həvvanın müqəddəratına şərik olmağı qərara aldı: əgər Həvva ölməlidirsə, onlar birlikdə öləcəklər. Ən nəhayət, o mühakimə edirdi ki, bəlkə müdrik ilan həqiqəti demişdir? Onun qarşısında duran Həvva gözəl idi və zahirən əvvəlki kimi məsum idi. Onun Adəmə olan məhəbbəti daha hərarətli olmuşdu. Adəm onda heç bir ölüm əlaməti görmürdü və nəhayət qərara gəldi - meyvəni götürdü və tezcə onu yedi.AP 28.1

    Bundan sonra Adəmə elə gəldi ki, o da varlığın daha yüksək səviyyəsinə daxil olur, lakin tezliklə baş vermiş cinayət haqqında fıkir onun qəlbini dəhşətlə doldurdu. Günahkar cütə elə gəlirdi ki, hətta, hava da dəyişmişdir: əvvəlcə dəyişməz mülayim olsa da, o, soyuq və tutqun olmuşdu. Əvvəllər onların qəlbini dolduran məhəbbət və sülh günahkarlıq, gələcək üçün qoru hissləri və qəlb boşluğu ilə əvəz olundu. Onları bürüyən parlaq işıq itdi və onlar öz bədənlərini örtmək üçün nəsə axtarmağa məcbur oldular. Onlar Rəbbin və müqəddəs mələklərin gözləri önündə çılpaq dura bilməzdilər ki!AP 28.2

    Baş vermiş hadisənin əsl mənasını onlar getdikcə dərk etməyə başlayırdılar. Adəm Həvvanı danlayırdı ki, o, Adəmi tərk edərək ilanın hiyləsinə uymuşdur. Onların hər ikisi özlərini sakitləşdirməyə çalışırdılar ki, öz məhəbbətinin sübutlarını onlara bu qədər Bəxş Edən onların bu yeganə günahını bağışlayacaqdır və onlar bu qədər qorxduqları dəhşətli cəzaya məruz qalmayacaqlar.AP 28.3

    İblis sevincindən şənlənirdi. O, qadını yoldan çıxararaq onda Allahın məhəbbətinə, müdrikliyinə şübhə yaratdı və onu Allahın qanununu pozmağa təhrik etdi, sonra da onun vasitəsi ilə Adəmi günah etməyə sövq etdi.AP 29.1

    Lakin Böyük Qanunverici itaətsizliklərinin nəticələrini Adəmə və Həvvaya göstərməyə hazırlaşmışdı. İlahi hüzur bağda göründü. Əvvəllər, məsum və müqəddəs olduqları vaxt, onlar öz Yaradanını sevinclə salamlayırdılar, lakin indi dəhşət içində Ondan qaçaraq bağın dərinliyində gizləndilər. “Rəbb Allah, Adəmi səsləyib ona dedi: “Haradasan?” O cavab verdi: “Bağda səsini eşitdim və çılpaq olduğum üçün qorxdum, ona görə də gizlənmişəm”. Allah dedi: “Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?”AP 29.2

    Adəm nə inkar edə bilirdi, nə də öz günahına haqq qazandıra bilirdi, lakin tövbə etmək əvəzinə, o, təqsiri arvadının üstünə, bununla isə Allahın özünün üstünə yıxmağa cəhd edirdi: “Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim”. Həvvaya məhəbbəti üzündən Allahın xeyir-dualarından, öz vətəni və cənnətdən, əbədi sevincdən könüllü olaraq məhrum olmağı üstün tutan Adəm indi, günaha batmağından sonra, baş vermiş cinayətin məsuliyyətini öz arvadının və hətta, Yaradanın özünün üstünə qoymağa cəhd edirdi. Günahın gücü bu qədər dəhşətlidir.AP 29.3

    Allah qadından soruşanda: “Sən niyə belə etdin?”, o cavab verdi: “İlan məni yoldan çıxartdı, mən də yedim”. Bu cavabda şikayət gizlənirdi: “Sən nə üçün ilanı yaratdın? Nə üçün ona Edenə girməyə icazə verdin”. Bu öz günahına haqq qazandırmaq cəhdi idi. Beləliklə, Adəm kimi, Həvva da öz cinayətinin məsuliyyətini Allahın üzərinə qoymağa cəhd edirdi. özünə haqq qazandırma ruhu öz başlanğıcını yalanın atasından götürür. Günah edən kimi, əcdadlarımızda bir anda özünü göstərən bu cür ruh Adəmin hər bir oğul və qızlarında da görünür. Günahlarını səmimi etiraf etmək əvəzinə, təqsiri öz yaxınlarırın, şəraitin və hətta, Rəbbin xeyir-dualarını şikayət üçün əsasa çevirərək, Onun üzərinə yıxmaqla onlar özlərini təmizə çıxarmağa çalışırlar. Onda Allah hökmünü ilana söylədi: “Sən bunu etdiyin üçün bütün ev heyvanları və çöl heyvanları arasında lənət qazanırsan. Qamın üstündə sürünəcəksən, bütün ömrün boyu torpaq yeyəcəksən”. İlan şeytanın vasitəçisi olduğuna görə İlahi cəzam çəkməli idi. O, füsunkar və qeyri-adi dərəcədə gözəl məxluqdan ən murdar sürünənlərdən birinə çevrildi və həm insanda, həm də heyvanlarda özünə qarşı qorxu və nifrət oyatdı. Bunun ardınca ilana deyilən sözlər bilavasitə şeytana aid idi və onun gələcəkdəki tam məğlubiyyətini və ölümünü göstərirdi: “Mən səninlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başmdan vuracaq, sən də onu dabanından sancacaqsan”.AP 29.4

    Həvvaya deyildi ki, bundan sonra onun qisməti iztirab və kədər olacaqdır. Allah dedi: “Hamilə olanda sənə çox əziyyət verəcəyəm, uşaqlannı ağrı içində doğacaqsan. Ərinə ehtiyacın olacaq, o sənə ağalıq edəcək”. Allah yaratdığı zaman Həvvanı Adəmə bərabər yaratmışdı. Əgər onlar Allahın böyük məhəbbət qanunu ilə ahəngdarlıqda yaşayaraq Onun iradəsinə itaətkar qalsa idilər, onlar bir-birləri ilə də ahəngdarlıqda olardılar; lakin günah ayrılıq saldı və indi onların ittifaqı, artıq, bərabər hüquqluların ittifaqı ola bilməzdi: Həvva birinci olaraq günah etdi, Allahın əmrinə zidd olaraq öz ərindən uzaq düşməsi sayəsində o, tamaha uydu. Adəmi günaha təhrik etdiyi üçün Həvva indi ona tabe olmalı idi. Əgər günaha batmış insan nəsli Allah Qanununda həkk olunan prinsipləri əsas tutsaydılar, onda hətta günahın nəticəsində meydana çıxan bu hökm həm kişilər, həm də qadınlar üçün xeyir-dua olardı. Lakin kişilər onlara verilən üstünlükdən sui-istifadə edərək çox vaxt qadınların həyatını olduqca acı və ağır edirdilər.AP 30.1

    Həwa Edendə öz ərilə tamamilə xoşbəxt idi, lakin, bizim dövrün narahat Həvvaları kimi, Allahın onun üçün müəyyən etdiyindən daha yüksək fəaliyyət dairəsinə daxil olmaq ümidi ilə özünü azdırırdı. öz tutduğu mövqedən yüksəyə qalxmağa çalışarkən, o daha aşağı səviyyəyə enmiş oldu. öz həyat vəzifələrini Allahın planına uyğun surətdə könüllü olaraq yerinə yetirmək istəməyənlərin hamısının qisməti belədir. Allah tərəfindən onlar üçün təyin edilməyən mövqeni tutmaq istərkən, bir çox qadınlar çalışdıqları zamanı öz yaxınları üçün xeyir-dua ola biləcək sahəni tərk edirlər. Öz yüksəlmək cəhdləri ilə çoxlan qadınlıq ləyaqətini, xarakter alicənablığını qurban verir və Göylər tərəfindən onların üzərinə qoyulmuş tapşırığı yerinə yetirilməmiş saxlayırlar.AP 30.2

    Allah, Adəmə dedi: “Arvadının sözünə qulaq asdığın üçün, qadağan etdiyim, “meyvəsini yemə” dediyim ağacdan yediyin üçün, sənə görə torpaq lənətlənir. Ömrün boyu zəhmətlə torpaqdan yemək əldə edəcəksən. O sənə tikan və qanqal bitirəcək, sən də çöldəki ot-ələfı yeyəcəksən. Aim tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, çünki oradan götürülmüsən; ona görə ki yerin torpağısan, torpağa da qayıdacaqsan”.AP 31.1

    Rəbb məsum cütü günahdan qorumaq niyyətində idi. O, səxavətlə onlan bütün nemətlərlə təmin etmişdi və eyni zamanda şəri onlardan gizlətmişdi. Lakin Onun əmrinə zidd olaraq onlar qadağan olunmuş meyvələri yedilər və bu vaxtdan etibarən bütün ömürləri boyu şəri tanıyaraq, ondan dadmalı idilər. Bu vaxtdan etibarən insan nəsli şeytanın şirnikləndirmələrindən iztirab çəkəcəkdilər. Əvvəllər insan üçün təyin olunmuş ağır olmayan xoş işlərin əvəzinə, indi onların qisməti qayğılar və ağır zəhmət olacaqdı. Onları məyusluq, kədər, iztirab və nəhayət ölüm gözləyirdi.AP 31.2

    Bütün təbiət günahm lənəti altında olaraq insana şəhadət etməli idi ki, Allaha qarşı çıxmaq nə deməkdir və bu nəyə gətirib çıxarır. Allah insanı yaradarkən, onu bütün yer üzünə və bütün canlılara hökmdar etdi. Nə qədər ki Adəm Göylərin prinsiplərinə sadiq idi, təbiət ona tabe edilmişdi. Lakin o, İlahi qanunu pozanda, onun hakimiyyəti altında olan heyvanlar aləmi onun hakimiyyətinə və idarə etməsinə qarşı üsyan etdi. Beləliklə, Allah Öz böyük canıyananlığı sayəsində insanlara Öz qanununun müqəddəsliyini, onun hətta xırdaca bir pozulmasınm məhvediciliyini əyani şəkildə gəstərmək istəyirdi.AP 31.3

    İnsana olan məhəbbət sayəsində ona zəhmət və qayğılarla dolu həyyat müəyyən edildi. Günaha batdığına görə vacib olan bu cür məktəb insana özünü və öz ehtiraslarını cilovlamağı, özünü ələ almaq qabiliyyətini inkişaf etdirməyi öyrətməlidir. Bu, insanın günah uçurumundan və günah bataqlığından çıxaraq dirçəlməsi üçün nəzərdə tutulan böyük Allah niyyətinin bir hissəsi idi.AP 31.4

    “Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən” (Yaradılış 2:17), o demək deyildi ki, onlar qadağan olunmuş ağacın meyvələrindən yedikləri elə həmin an öləcəklər, lakin elə həmin gün onların öləcəkləri haqqında qəti hökm çıxarıldı. Ölməzlik onlara yalnız itaətkar olmaq şərti ilə vəd edilmişdi. Qanunu pozmaqla onlar əbədi həyat hüququndan məhrum oldular. Elə həmin gün onlar ölümə məhkum edildilər.AP 32.1

    Əbədi yaşamaq üçün insan həyat ağacının meyvələrindən yeməli idi. Bu üstünlükdən məhrum olan insan həyatı tam sönənə kimi tədricən gücünü itirir. Şeytan çalışırdı ki, Adəm və Həvva itaətsizlik edərək Allahın qəzəbinə düçar olsunlar, bununla da o ümid edirdi ki, onlar əfv olunmağa macal tapmamış həyat ağacının meyvələrindən yeyəcəklər və beləliklə də iztirabları və günahı yer üzərində əbədiləşdirəcəklər. Lakin insan günaha batan kimi həyat ağacını qorumaq üçün mələklər göndərildi, bu mələkləri odlu qılınca bənzəyən parlaq işıq şüalan əhatə edirdi. Adəmin ailəsindən heç kim həyat ağacının meyvələrindən dadmaq üçün ona yaxınlaşa bilməzdi, buna görə də bütün günahkarlar fanidirlər, öləcəklər.AP 32.2

    Başlanğıcı bizim əcdadlanmızm günaha batması ilə qoyulan kədər axını çoxları üçün bu qədər kiçik günah müqabilində həddindən ağır cəza kimi görünür. İnsanlar Allahın insana qarşı ədalətliliyinə və müdrikliyinə şübhə edirdilər. Allah insanı Özünə bənzər, günahsız yaratmışdır. Yer ləyaqətcə mələklərdən lap az dərəcədə aşağı olan varlıqlarla məskunlaşmalı idi, lakin əvvəlcə onların sədaqəti sınanılmalı idi, çünki Rəbb yol verə bilməzdi ki, Onun qanununa itaət etməyənlər yerdə məskunlaşsınlar. Bununla belə, Allah öz böyük canıyananlığı sayəsində Adəmi həddindən ağır sınağa çəkmədi. Məhz qadağının çox kiçik olması günahı qeyri-adi dərəcədə böyük etmişdi. Çünki Adəm xırdaca bir tamahdan özünü saxlaya bilmədiyi üçün daha ciddi və məsuliyyətli sınaqlardan da çıxa bilməzdi.AP 32.3

    Əgər Adəm daha sərt bir sınağa məruz qalmış olsaydı, onda şər törətməyə meyilli olan adamlar özlərinə qəbahətlərinin xırdalığı ilə haqq qazandırardılar: “Belə xırda bir şeyə Rəbb fıkir verməz”. Əgər söhbət, onlann fıkrincə, az əhəmiyyətli işlərdən gedirdisə, beləliklə insanlar Allah Qanununu pozmaqda öz günahsızlıqlarını sübut edərdilər. Lakin Rəbb aydın göstərdi ki, dərəcəsində asılı olmayaraq hər bir günah Onun üçün ikraha layiqdir.AP 32.4

    Qadağan olunmuş meyvələri yeyərək Allaha itaətsizlik etməyi və ərini də yoldan çıxararaq buna təhrik etməyi Həvva ciddi qəbahət hesab etmirdi. Lakin buna baxmayaraq onların günahı dünyanı bürüyən iztirab axınlarının qapısını açdı. Həmin tamahlandırma anında bircə düzgün olmayan addımın nəticələrinin dəhşətini qabaqcadan kim görə bilərdi?AP 33.1

    Allah Qanununun insan üçün məcburi olmadığını hesab edənlərin çoxusu hesab edirlər ki, Onun bütün tələblərini yerinə yetirmək mümkün deyildir. Lakin əgər bu beb olsa idi, onda bəs nə üçün Adəm günah üçün cəza çəkdi? Bizim əcdadlarımızın günahı cinayətlərin və kədərlərin başlanğıcını qoydu; əgər Allahın rəhmdilliyi və canıyananlığı olmasa idi, onda bəşəriyyətin heç bir ümid yeri qalmazdı. Qoy heç kim özünü aldatmasın: “Günahın cəzası-ölümdür” (Romalılara 6:23). İnsan nəslinin atasına höki çıxarıldığı vaxt olduğu kimi, Allah Qanununu indi də cəzasız pozmaq mümkün deyildir.AP 33.2

    Günaha batdıqdan sonra Adəm və Həvva daha Edendə yaşaya bilməzdilər. Onlar bu paklıq və xoşbəxtlik sığınacağında qalmalarına icazə verilməsini hərarətlə xahiş edirdibr. Onlar dərk edirdibr ki, bu sevinc və sülh güşəsində yaşamaq üçün hər bir hüququ itirmişbr və and içirdibr ki, gələcəkdə Allahın iradəsini ən ciddi səylə yerinə yetirəcəklər. Lakin onlara deyildi ki, günahın pozğunlaşdırıcı təsirini hiss edərək onlar şərə qarşı müqavimət göstərmək qüvvəsini itirmişbr və şeytanın onlara təsir göstərə bilməsinə imkan açmışlar. Əgər məsum olduqları vaxt onlar tamaha uymuşdularsa, onda indi, qanunu bibrəkdən pozduqdan sonra, onlar öz şərəflərini qorumaq üçün daha az imkanlara malikdirbr.AP 33.3

    Onlar öz gözəl vətənbri ib itaət və təsveridilməz kədər içərisində vidalaşaraq oranı tərk etdibr ki, günahla lənətlənmiş yerdə yaşasmlar. Əvvəllər mülayim və sabit olan iqlim indi dəyişərək sərtbşmişdi və canıyanıcıl Rəbb onlara dəridən paltarlar düzəltdi ki, bürküdən və soyuqdan qorunsunlar.AP 33.4

    Adəm və Həvva solmuş çiçəkdə və tökübn yarpaqlarda ölümün ilk əlamətlərini görəndə, onlar bunun üçün indi insanların öz ölmüş qohumları üçün kədərbndikbrindən də çox qəmləndilər. Zərif və kövrək güllərin məhvi onlara, həqiqətən də, iztirah verirdi, lakin əzəmətli ağaclar öz six yarpaqlarını tökməyə başlayanda, gec-tez hər bir canlı varlıq üçün ölüm saatının qaçılmazlığını və reallığını onlar dərhal təsəwürlərinə gətirdilər.AP 33.5

    Eden bağı insanın onun hüdudlarından qovulmasından sonra yer üzündə hələ çox qaldı. Günaha batmış insan nəsli girişi məbklər tərəfındən qorunan müqəddəs vətənlərinə hələ uzun müddət nəzər yetirə bildilər. Xeruvimlər tərəfındən qorunan cənnət qapıları önündə Allahın şöhrəti açılırdı. Adəm və onun oğullan oraya səcdə etməyə gedirdilər. Burada, onlar pozduqları və onlarm Edəndən qovulmasma gətirib çıxaran, qanuna tabe olunmaları haqqında öz əhdlərini bərpa edirdilər. Qanunsuzluq bütün yer üzünü bürüyəndə və məhv olmağa məhkum edilənlər böyük daşqının sularında ölməli olanda, Eden bağını salan Ә1 onu yer üzündən götürdü. Lakin Yaradan “yeni səma və yeni yer” (Vəhy 21:1) yaradanda, cənnət yenidən qaytarılacaqdır, ancaq əvvəlkindən daha böyük şöhrət içərisində.AP 34.1

    Onda Allah qanununa riayət edənlər bütün əbədiyyət boyu həyat ağacanın altında ölməzlik havası ilə nəfəs alacaqlar. Günaha batmayan dünyaların sakinbri üçün bəxtiyarlıq bağı Allahın yaradıcılıq fəaliyyətinin kamillik nümunəsi olacaqdır. Əgər insan Yaradanın gözəl niyyətlərini həyata keçirsə idi, onda günah lənəti ilə bkəbnməyən yer bu cür nümunə olmalı idi.AP 34.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents