Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    23-cü fəsil
    MİSİR CƏZALARI

    (Bu fəsil Çıxış Kitabının 5-10-cü fəsillərinə əsaslanır)

    Mələklər tərəfındən göndərilən Harun neçə illərdi görmədiyi qardaşının qarşısına çıxdı və Xoriv yaxınlığında, səhranın sakitliyində, onlar görüşdülər. Onların söhbəti çox uzandı və Musa “Rəbbin bütün sözlərini və ona göstərmək üçün əmr ediyi bütün əlamətləri barədə Haruna danışdı” (Çıxış 4:28). Onlar birlikdə Misirə yola düşdülər və Goşen torpağında gələrək İsrailin bütün ağsaqqallarını topladılar. Allahın Musaya dediklərinin hamısını Harun onlara təkrar etdi və sonra Rəbbin Musaya verdiyi əlamətlər bütün xalqa göstərildi. “Xalq bunlara inandı. Onlar Rəbbin İsrail övladlarının əziyyətini görüb nəzər saldığını eşidəndə əyilib ona səcdə etdilər” (Çıxış 4:31).AP 217.1

    Musaya da padşaha aid xəbər verildi. İki qardaş padşahlar Padşahının elçiləri kimi fironun sarayına daxil oldular və Onun adından danışdılar: “İsrailin Allahı Rəbb belə deyir: “Səhrada Mənim üçün bayram keçirmək üçün xalqımı burax!””.AP 217.2

    “Rəbb kimdir ki, Onun səsinə qulaq asıb İsrail övladlarını buraxım?” Monarx tələb etdi. “Rəbb tanımıram, İsrail övladlarını də buraxmıram”.AP 217.3

    Onlar isə cavab verdilər: “İbranilərin Allahı bizə göründü. Qoy səhrada üç gün yol gedək və Allahımız Rəbbə qurban gətirək ki, bizə vəba göndərməsin, yaxud da qılıncla məhv etməsin”.AP 217.4

    Onlar haqqında və onların xalq arasında necə maraq doğurduqları haqqında şayiəbr artıq padşaha çatmışdı. Onun qəzəbi kükrədi. “Ey Musa və Harun, nə üçün xalqı işindən ayınrsınız? Gedin, işinizi görün” - o dedi. Ölkə bu naməlum şəxslərin işə qarşımasından artıq zərər çəkmişdi və bunu nəzərə alaraq o əlavə etdi: “Artıq ölkədə xalq çoxdur, siz isə onları zəhmətlərindən ayırıb istirahət verirsiniz”.AP 217.5

    İsrail xalqı köləlikdə Allah Qanunu haqda biliklərini qismən itirmişdi və Onun göstərişlərindən dönmüşdü. Şənbə, bir qayda olaraq, pozulurdu, nəzarətçilərin sərt tələbləri onu bayram etməyə, demək olar ki, imkan vermirdi. Lakin Musa xalqa izah etdi ki, Allah iradəsinə itaət etmək azadlıq əldə etməyin ən birinci şərtlərindən biridir və xalqın şənbəni bərpa etmək cəhdləri onları sıxışdıranlardan gizli qalmadı. Narahat olan padşah israillibrin ona qarşı üsyan etmək niyyətindən şübhələndi. O fikirləşirdi ki, narazılıq boşluğun nəticəsində meydana çıxmışdır və elə etmək lazımdır ki, onların qəsd haqqında düşünməyə heç boş vaxtları da olmasın. Onların işini artırmaq və beləliklə də onların müstəqillik ruhunu sındırmaq üçün o dərhal ölçülər götürdü. Elə həmin gün xalqın zəhmətini daha sərt və ağır edən qəddar qərarlar çıxanldı. O ölkədə ən geniş yayılmış tikinti materialı günəş altında qururdulmuş kərpic idi; ən gözəl tikintilərin divarları bu materialdan tikilirdi, sonra isə daşdan üzlük çəkilirdi; kərpic istehsalı çoxlu sayda qul tələb edirdi. Kərpicin çatlamaması üçün doğranmış samanı gillə qarışdırırdılar və bunun üçün saman tələb olunurdu; indi padşah göstəriş verdi ki, fəhlələrə saman gətirməsinlər, samanı özləri hazırlasınlar, kərpic hazırlama norması isə əvvəlki kimi qalırdı.AP 218.1

    Bu əmr bütün hər yerdə israillilər arasında böyük həyəcan doğurdu. Misir nəzarətçiləri ibranilərdən təhkimçi adlanan köməkçilər təyin etdilər, bu köməkçilər işə nəzarət etməli idilər və onun yerinə yetirilməsinin bütün məsuliyyəti onların üzərində idi. Padşahın əmri qüvvəyə minəndə xalq bütün ölkəyə səpələndi ki, saman əvəzinə küləş yığsın, lakin aydın oldu ki, adi iş normasını yerinə yetirmək mümkün deyil. İşbrin yerinə yetirilməməsinə görə ibrani təhkimçibri qəddarcasına döyülürdülər.AP 218.2

    Təhkimçilər fikirləşirdilər ki, bu qərarı padşah deyil, nəzarətçilər özləri çıxartmışlar və ona şikayət etməyə getdibr. Onların etirazı fıron tərəfın istehza ilə qarşılandı: “Tənbəlsiniz, tənbəl, buna görə də “gedək Rəbbə qurban gətirək” deyirsiniz”. Onlara əmr edildi ki, öz işlərinə qayıtsınlar və heç bir yüngülləşdirmə haqqında fikirləşməsinlər. Qayıdarkən onlar Musa və Harunla rastlaşdılar və deyindilər: “Qoy Rəbb sizin nə etdiyinizi görsün və sizi məhkum etsin! Siz bizi fıronla əyanlarının gözündə iyrənc etdiniz və bizi öldürmək üçün əllərinə qılınc verdiniz”. Bu iradları eşidərək Musa çox kədərləndi. Xalqın iztarabları daha ağır olmuşdu. Bütün ölkədə qocaların və cavanlann iniltisi eşidilirdi və hamı onların həyatında baş verən dəhşətli dəyişikliklərin təqsirini Musada görürdü. Musa qəlb ağrısı ilə ağlayaraq Rəbbə müraciət etdi: “Ey Xudavəna, nə üçün xalqı belə bəlaya saldın? Məni niyə göndərdin? Sənin adınla fıronla danışmaq üçün gələndən bəri o bu xalqı bəlaya salır, Sən isə onların heç azad etmirsən”. Rəbb ona cavab verdi: “Mənim firona nə edəcəyimi görəcəksən: məcbur olub onları buraxacaq, bir də məcburiyyət qarşısında onları ölkədən qovacaq”. Allahın Musanın atalan ilə bağladığı əhdi Musaya yenə xatırlatdı və onu əmin etdi ki, bu əhd yerinə yetəcəkdir.AP 218.3

    Bütün Misir köləliyi illəri ərzində israillilərin arasında elə adamlar var idi ki, Tanrıya sadiq qalmışdılar. Öz övladlarını bütpərəst murdarçılıqlarını əhatəsində və hətta yalançı allahlara pərəstiş edən görərək onlar dərin iztirab çəkirdilər. Onlar ümidsizlik içərisində Allaha yalvarırdılar ki, bütpərəstliyin pozucu təsirindən qurtulmaq üçün onları Misir köləliyindən azad etsin. Onlar öz imanlarını gizlətmirdilər, misirlilərə açıq elan edirdilər ki, göyü və yeri Yaradana -vahid əsl canlı Allaha səcdə edirlər. Onlar yaradılışdan Yaqubun günlərinə qədər Allahın varlığı və qüdrəti haqqında aydın dəlillər gətirirdibr. Beləliklə misirlilərin ibranilərin dini ilə tanış olmaq imkanları var idi, lakin qullardan öyrənməyi alçaqlıq hesab edərək onlar Allaha səcdə edənləri mükafatlar vəd etməklə yoldan çıxırtmağa çalışdırdılar, buna nail olmadıqda isə, qəddarlığa və qorxutmağa əl atırdılar.AP 219.1

    Onların atalarına veribn əhdbri və Yusifın ölümqabağı peyğəmbərlik sözbrini, onların Misirdən qurtulacağı sözbrini təkrar edərək İsrailin ağsaqqalları öz qardaşlarının zəifləyən imanlarını möhkəmbtməyə çalışırdılar. Bəzibri həvəslə dinbyir və buna inanırdılar, başqaları isə ətraflarında baş verənləri görüb ümid etməkdən imtina edirdilər. Qullarının nə müzakirə etdiklərindən xəbər tutan misirlilər onların bu ümidlərinə gülürdülər və onların Allahının qüdrətini ikrahla inkar edirdilər. Onlar söyləyirdilər ki, israillilər qul xalqdır və rişxəndlə deyirdilər: “Əgər sizin Allahınız ədalətli və mərhəmətlidirsə, Misir allahlarından çox güclüdürsə, nə üçün O sizi azad xalq etmir?” Bununla onlar öz mövqelərini göstərirdilər. İsraillilərin fıkrincə, misirlilər yalançı allahlara səcdə etsələr də, çiçəklənirdilər. Onlar deyirdibr ki, misirlilərin allahları onlara dünyanın bütün nemətlərini vermişlər və israilliləri onlara qul etmişlər. Misirlilər Tanrı tərəfdarları üzərindəki hakimiyyətləri ilə fəxr edirdilər. Firon özü lovğalıqla deyirdi ki, ibranilərin Allahı onları onun əlindən azad edə bilmir.AP 219.2

    Bu cür sözlər çox israillilərin qəlbindəki ümidi öldürürdü. Onlar elə hesab etməyə başlayırdılar ki, hər şey misirlilərin onlara təlqin etdiyi kimidir. Həqiqətən, onlar qul idilər və qəddar nəzarətçilərin işgəncələrinə dözməli idilər. Onların övladlarını təqib edirdilər və öldürürdülər, öz həyatları isə onlar üçün ağır yük idi. Lakin onlar Səmavi Allaha xidmət edirdilər. Əgər Tanrı həqiqətən bütün başqa allahlardan ucadırsa, O onları bütpərəstlərin köləliyində saxlamayacaq. Lakin Allaha sadiq qalanlar başa düşürdülər: köləlik İsrailin Allahdan dönməsinin nəticəsidir, çünki yəhudilər bütpərəstlərlə nigaha girərək bütlərə səcdə etdilər və Allah imkan verdi ki, onlar qul olsunlar. Onlar öz qardaşlarını hərarətlə əmin edirdilər ki, Rəbb tezliklə istismarçıların buxovlarını dağıdacaqdır.AP 220.1

    İbranilər fıkirləşirdibr ki, imanları hər hansı xüsusi sınaqlara çəkilmədən, iztirablarsız və məhrumiyyətlərsiz azadlığı alacaqlar. Onlar hələ azadlığa hazır deyildibr, onların Allaha imanı çox az idi və Allahın onlar üçün fəaliyyət göstərməyə dəydiyini görənə qədər çətinliklərə səbirlə dözmək istəmirdilər. Çoxları naməlum ölkəyə köçməklə bağlı olan çətinliklərə dözməkdənsə qul qalmağı üstün tuturdular; bəziləri isə misirlibrin adətbrini o qədər mənimsəmişdilər ki, Misirdə yaşamağa üstünlük verirdibr. Buna görə də Allah onları azad etməzdən əvvəl Öz qüdrətini fıronun önündə göstərdi. O, hadisələri eb yönəltdi ki, Özünü Öz xalqına açsın və fıronun despot ruhunu tam göstərsin. Nə vaxt ibranibr Onun ədalətini, gücünü, onlara Məhəbbətini görəcəklər, onda onlar Misiri tərk etməyi və özlərini Rəbbə xidmətə həsr etməyi qərara alacaqlar. Əgər israillilərin çoxusu Misir köləliyindən qurtulmağa can atsaydılar, Musanın işi bu qədər çətin olmaz idi.AP 220.2

    Allah Musaya əmr etdi ki, yenidən xalqın yanına getsin və İlahi lütfə yenidən əmin edərək azadlıq haqqındakı əhdi təkrar etsin. Ona əmr edildiyi kimi o getdi, lakin onu eşitmək istəmədilər. Müqəddəs Yazı deyir: “Ancaq onlar ruhdan düşdüklərinə və ağır əsarət çəkdiklərinə görə Musaya qulaq asmadılar”. Musaya yenidən İlahi əmr verildi: “Misir padşahı fironun yanına gedib söylə ki, İsrail övladlarını ölkəndən buraxsın!” Məyus olmuş Musa cavab verdi: İsrail övladları mənə qulaq asmadı; fıron mənə necə qulaq asacaq?” Ona tapşırıldı ki, Harunu özü ilə götürüb birlikdə fıronun yanına getsin və ona təkrar müraciət etsin ki, “İsrail övladlarını Misir torpağından çıxartsın”. AP 221.1

    Musaya məlum idi ki, öz qüdrətini xüsusi surətdə göstərərək Allah Öz cəzaları ilə Misirə gəlməyincə və İsraili köləlikdən qurtarmayınca, firon onları buraxmayacaq. Padşahın uyğun gələn seçim etmək imkanı olması üçün Musa yaxınlaşan hər bir bəlanın meydana çıxması və nəticələri haqqında danışmalı idi. Fironun məğrur qəlbi itaət edənə və o, göyü və yeri Yaradanı həqiqi və canlı Allah kimi qəbul edənə qədər hər cəzadan sonra daha sərt cəza gələcək. Allah istəyirdi ki, misirlilər Tanrınm əmrlərinə zidd getsələr, öz allahlannm gücünün necə miskin olduğunu öz gözləri ilə görsünlər. O, Misir xalqını bütpərəstliyinə görə cəzalandıracaq və öz cansız allahlarından aldıqları xeyir-dualar haqqında lovğa boşboğazlıqlan susmağa məcbur edəcəkdir. Allah Öz adını elə şöhrətləndirəcəkdir ki, başqa xalqlar Onun qüdrəti haqda eşidəcəklər və qorxacaqlar, Onun xalqı isə xilas olunacaqdır ki, bütpərəstlikdən qurtulsun və Ona müqəddəs xidməti yerinə yetirsin. Musa və Harun yenidən fıronun gözəl imarətinə gəldilər. Orada, əzəmətli sütunların və parlayan bəzəklərin, dəbdəbəli şəkillərin və bütpərəst allahlarının bütləri arasında, yer üzərində ən qüdrətli padşahlığın hökmdarı önündə qul olmuş xalqın adından iki adam durdu ki, İsrailin azad olunması haqqında Rəbbin əmrini təkrar etsinlər. Onların tapşırığınm İlahiliyinin sübutu olaraq padşah möcüzə tələb etdi. Bu cür tələb zamanı nə cür hərəkət etmək Musaya və Haruna deyilmişdi və indi Harun əsanı götürdü və onu fıronun önünə atdı - əsa ilana çevrildi. Padşah öz “müdrik adamları və cadugərlərini” çağırtdırdı, onlar da “öz sehrləri ilə belə etdilər. Hər biri öz əsasını yerə atıb ilana döndərdi, ancaq Harunun əsası onların əsalarını uddu”. Onda padşah əvvəlkindən daha inadkar olaraq dedi ki, onun kahinləri gücdə Musaya və Haruna bərabərdirlər; o onların tövsiyələrinə qorxusuz olaraq etinasızlıq edib Rəbbin xidmətçilərini yalançı adlandırdı. Lakin xəbərə xor baxsa da, o, İlahi qüvvə tərəfındən saxlanıldı və onlara heç bir zərər edə bilmədi.AP 221.2

    Musanın və Harunun fıronun önündə göstərdikləri möcüzələr Allahın əli ilə olmuşdur, insanlar buna qanşmamışlar. Bu əlamətlər və möcüzələr fironu inandırmalı idi ki, böyük “Mənəm” Musanı göndərmişdir və padşahın borcu İsraili canlı Allaha xidmət etməyə buraxmaqdır. Kahinlər də əlamətlər və möcüzələr göstərdilər, çünki onlar çox mahir idilər və həm də öz allahları şeytanın gücündən istifadə edirdilər, şeytan onlara Tanrının işini yamsılamağa kömək edirdi.AP 222.1

    Həqiqətdə isə kahinlərin əsaları heç də ilana çevrilməmişdilər, sadəcə olaraq böyük azdırıcının sehrinin köməyi ilə bu cür təəssürat yaratmaq mümkün olmuşdu. Şeytanın gücü çatmazdı ki, əsaları canlı ilana çevirsin. Şər rəisi günaha batmış mələyin bütün müdrikliyinə və qüdrətinə malik olsa da, yaratmaq, yaxud həyat vermək hakimiyyətinə malik deyildi. Bu hüquq ancaq Allaha məxsusdur. Lakin şeytan saxta təəssürat yaradaraq qadir olduğu hər şeyi etdi. İnsan nəzərində əsalar ilana çevrildilər. Onlar fırona və onun ətrafındakılara belə göründülər. Heç nə Musanın əsasının çevrildiyi ilanı onların ilanından fərqbndirmirdi. Baxmayaraq Rəbb elə etdi ki, əsl ilan saxtaları uddu, lakin fıron hətta bunu da Allah qüdrətinin təzahürü hesab etmədi, ancaq öz xidmətçilərinin sehrinin bəzi üstünlüyünün olduğunu hesab etdi.AP 222.2

    Firon İlahi əmrə qarşı öz inadkar müqavimətinə haqq qazandırmaq istəyirdi və buna görə də Allahın Musa vasitəsilə etdiyi möcüzələrə əhəmiyyət verməmək üçün bəhanə axtarırdı. Şeytan bunda da ona kömək etdi. Kahinlərin əlilə möcüzə göstərərək o, misirliləri inanmağa məcbur etdi ki, Musanın və Harunun hamıdan Uca Olana dəxli yoxdur. Beləliklə şeytan misirliləri həvəsləndirərək və fironun qəlbini Allah iradəsinə qarşı qəddarlaşdıraraq öz yalanına nail oldu. Şeytan həm də Musanın və Harunun onların missiyasının İlahi təyinatına olan inamlarını sarsıtmağa ümid edirdi. O istəmirdi ki, İsrail xalqı köblikdən azad olsun və canlı Allaha xidmət etsin.AP 222.3

    Kahinlər vasitəsilə möcüzəbr göstərərək şər rəisi daha dərin məqsəd güdürdü. O yaxşı bilirdi ki, Musa İsrail xalqının köləlik buxovunu dağıtmaqla günahın insan nəsli üzərində ağalığını sarsıtmalı olan Məsihi simvolizə edir. O bilirdi ki, Məsih gələndə Onun dünyaya Allah tərəfindən göndərildiyini sübut edən böyük möcüzələr baş verəcəkdir. Şeytan Onun gücü önündə titrəyirdi. Lakin Musa vasitəsilə fəaliyyət göstərən Rəbbi yamsılamaqla, o nəinki İsrailin azad olunmasının qarşısını almağa, həm də Məsihin möcüzələrinə inamı qırmaq üçün gələcəyə təsir göstərməyə ümid edirdi. Şeytan həmişə Məsihi yamsılamağa, öz hakimiyyətini qurmağa və öz iddiasını yerinə yetirməyə çalışır. O, insanları Məsihin möcüzələrinə insan əlinin məharəti və gücü kimi baxmağa məcbur edir. Bu yolla o, çox insanda Məsihə Allah Oğlu kimi inamı dağıtmışdır və onlan əfv məqsədilə göstərilən mərhəmətin lütfkar bəxşlərini rədd etməyə təhrik edir.AP 222.4

    Musaya və Haruna əmr edildi ki, gələn səhər padşahın adəti üzrə getdiyi çayın sahilinə getsinlər. Nil Misirə qida və sərvət mənbəyi kimi xidmət edirdi, bu çaya allah kimi səcdə edirdilər və firon hər gün bura dua etməyə gəlirdi. Burada iki qardaş yenidən Allahın əmrini təkrar etdilər və əsanı suya vurdular. Müqəddəs axının suları qana döndü, balıqlar məhv oldu və çay pis qoxu verdi. Evlərdəki və hovuzlardakı su da qana döndü. Lakin “Misir sehrbazları da öz sehrləri ilə belə etdilər” və “Firon qayıdıb öz sarayına gəldi; bu işi də ürəyinə salmadı”. Bu bəla yeddi gün davam etdi, nəticəsi olmadı.AP 223.1

    Əsa yenidən sular üzərinə qaldınldı və qurbağalar çaydan çıxıb bütün torpağa yayıldılar. Onlar evlərə, yataq otaqlarına doldular, hətta sobalara və xəmir təknələrinə girdilər. Misirlilər qurbağaları müqəddəs hesab edirdilər və onları öldürmürdülər; axırda bu sürüşkən heyvanlar dözülməz oldular. Onlar hətta fıronun sarayında qaynaşırdılar və o səbirsizliklə onlardan azad olmağın həsrətini çəkirdi. Kahinlər gəldilər ki, möcüzə etsinlər, lakin qurbağalan qova bilmədilər. Bunu görərək fıron bir qədər barışdı. O, Musa ilə Harunu çağırtdırdı və dedi: “Rəbbə yalvann ki, məndən və xalqımdan qurbağalan rədd etsin, onda Rəbbə qurban gətirmək üçün xalqı buraxaram”. Lakin padşahın əvvəlki lovğalığını xatırlayaraq ibranilər tələb etdilər ki, bəlanın qurtarması üçün onların dua etməli olduqları vaxtı o özü təyin etsin. Padşah o biri günə təyin etdi, xəlvəti ümid edirdi ki, qurbağalar özləri itər və beləliklə o, İsrailin Allahına itaət etmək kimi əzabverici alçalmadan qurtular. Lakin bəla təyin edilən vaxta qədər davam etdi, sonra Misir torpağında bütün qurbağalar öldülər, lakin onların çürüyən qalıqları havanı zəhərləyirdi.AP 223.2

    Allah bir göz qırpımında onları toza çevirə bilərdi, lakin O bunu etmədi ki, padşah və onun xalqı bunu kahinlərin işləri kimi cadugərlik və sehrbazlıq hesab etməsinbr. Ölü qurbağa yığınları qalaq-qalaq toplandı. Bu fıron və bütün Misirin boş fəlsəfəsinin dana bilməyəcəyi bir sübut oldu ki, bu, sehr deyil, Səmavi Allahın göndərdiyi cəzadır. “Ancaq firon vəziyyətin yüngülləşdiyini görəndə, Rəbbin söylədiyi kimi ürəyində inad etdi və onlara qulaq asmadı”. Allahın əmri ilə Harun əlini uzatdı və bütün Misir torpağında yerin tozu mığmığalara çevrildi. Firon kahinləri həmin şeyi etməyə çağırdı, lakin onlar bacarmadılar. Beləlikb göstərildi ki, Allahın işləri şeytanınkından üstündür. Hətta kahinlər özləri etiraf etdilər ki, “bunda Allahın əli var”. Lakin padşah əvvəlki kimi tərslik edirdi.AP 224.1

    Xahiş və xəbərdarlıqlar cavabsız qalmışdı və buna görə də başqa bəla qaçılmaz idi. Onun yerinə yetəcəyi vaxt qabaqcadan deyildi ki, onun baş verməsini təsadüfü hesab etməsinlər. Mozalanlar evləri doldurdular və hər yerdə elə qaynaşdılar ki, “mozalanların əlindən ölkə viran oldu”. Bunlar böyük, zəhərli milçəklər idilər, onların sancması həm insanlara, həm də heyvanlara çox ağrıdıcı təsir edirdi. Qabaqcadan deyildiyi kimi, bu cəza Qoşen torpağına yayılmadı. Nəhayət firon israillilərə təklif etdi ki, sitayişi Misirdə etsinlər, lakin onlar fıronun şərtini qəbul etməkdən imtina etdilər. “Belə etmək olmaz” - Musa dedi, - “Çünki bizim Allahımız Rəbbə qurban kəsməyimiz misirlibrdə ikrah hissi oyadacaq. Misirlilərin qabağında ikrah oyadan qurbanlar kəssək, onlar bizi daşqalaq etməzlərimi?” İbranibrin qurban gətirməli olduqları heyvanları misirlibr müqəddəs hesab edirdibr və onlarda bu inam o qədər böyük idi ki, onlardan birini hətta təsadüfən öldürmək, ölümlə cəzalandırılırdı. İbranibrin Misirdə qurban gətirməsi bu torpağın sakinbrini təhqir edəcəyinə görə, Musa öz xalqını səhraya üç günlük yola buraxmağı yenidən padşaha təklif etdi. O razı oldu və Allah qullarına yalvardı ki, bu bəlanın uzaqlaşması üçün dua etsinbr. Onlar bunu etməyi vəd etdilər, lakin xəbərdarlıq etdilər ki, onlan aldatmaqdan əl çəksin. Bəla dayandı, lakin fironun qəlbi daimi inadkarlıqdan qəddarlaşdı və əvvəlki kimi, güzəştə getməkdən imtina etdi.AP 224.2

    Daha dəhşətli zərbə baş verdi: misirlilərin bütün heyvanları arasında taun yayıldı. Həm müqəddəs heyvanlar, həm də yük heyvanları: inəklər, öküzlər, qoyunlar, atlar, dəvələr və eşşəklər - hamısı öldülər. Hələ bu fəlakət başlamazdan əvvəl deyilmişdi ki, bəla ibranilərin heyvanlarına toxunmayacaqdır və fıron israillilərin yanına adamlar göndərərək Musanın dediklərinin həqiqiliyinə əmin oldu. “İsrail övdladlarının heyvanlarından heç biri ölmədi”. Padşah əvvəlki kimi inadkarlıq edirdi.AP 225.1

    Sonra Musaya əmr edildi ki, kürədən kül götürüb onu “fironun gözü önündə göyə səpsin”. Bu, olduqca çoxmənalı hərəkət idi. Dörd yüz il ondan əvvəl Allah röyada İbrahimə Öz xalqının zülmünü kürə tüstüsü və atəş alovu ilə simvolizə etmişdi. O zaman O demişdi ki, zalımları cəzalandıracaq və əsirləri böyük mülkiyyətlə çıxaracaqdır. İsrail xalqı Misirdə iztirablar sobasında çox əzab çəkmişdi. Musanın bu hərəkəti onlara təsdiq edərək göstərirdi ki, Allah Öz əhdini xatırlayır və onların qurtuluş vaxtı çatmışdır.AP 225.2

    Musa külü göyə atanda onun xırdaca hissəcikləri bütün Misir torpağına yayıldı və onlar hara düşürdülərsə, orada “insanların və heyvanların” bədənində çibanlar əmələ gəlirdi. Bu vaxta qədər kahinlər və sehrbazlar fırona onun inadkarlığında tərəfdar çıxırdılar, lakin indi bəla onlara da toxunmuşdu. Xoşagəlməz, əzabverici xəstəliyə tutularaq onlar daha İsrailin Allahına qarşı mübarizə edə bilmirdilər. Bütün xalq hətta özlərini qoruya bilməyən sehrbazlara öz inamlarının ağılsızlığını görməli idi.AP 225.3

    Lakin fıronun qəlbi daha da qəddarlaşdı. Allah indi onun yanma elçi göndərib dedi: “çünki Mən bu dəfə sənin ürəyinə, əyanlarının və xalqının da üzərinə bütün bəlalarımı göndərəcəyəm. Bundan biləcəksən ki, bütün dünyada Mənə bənzər yoxdur... Ona görə səni qoruyub saxladım ki, Öz gücümü sənə göstərim”. Elə fıkirləşmək lazım deyildir ki, Allah fıronu bu məqsəd üçün yaratmışdır, lakin Onun qabaqgörənliyi hadisələri elə idarə edirdi ki, fıronun padşahlıq illəri İsrailin azad olma vaxtı ilə eyni dövrə düşürdü. Bu təkəbbürlü tiran öz cinayətləri üzündən Allah mərhəmətinə olan hüququnu itirmişdisə də, lakin onun həyatını saxlayırdılar ki, onun inadkarlığı sayəsində Rəbb Misir torpağında Öz möcüzələrini göstərə bilsin. Hadisələri Allah qabaqgörənliyi idarə edir. Allah taxta daha yumşaq qəlbli padşah qoya bilərdi ki, o, İlahi qüvvənin təzahürünə qarşı durmağa cəsarət etməzdi. Lakni bu halda Allahın niyyətləri həyata keçməzdi. O öz xalqının misirlilərin qəddarlığına məruz qalmasına imkan verdi ki, insanlar bütpərəstliyin öldürücü təsiri haqqında yanılmasınlar. Firona qarşı rəftarı ilə Rəbb bütpərəstliyə ikrahını və qəddarlığı, zorakılığı cəzalandırmağa hazır olduğunu göstərdi.AP 225.4

    Firon haqqında Allah demişdi: “Onun ürəyini inadkarlışdıracağam və o, xalqı buraxmayacaq” (Çıxış 4:21). Padşahın qəlbini qəddarlaşdırmaq üçün heç bir fövqəladə qüvvə tətbiq edilmədi. Rəbb fırona İlahi qüvvənin ən güclü dəlillərini verdi, lakin padşah inadla bu işığı qəbul etməkdən imtina etdi. Hədsiz qüdrətin hər bir təzahürünü rədd etdikcə o, Allaha qarşı üsyanda daha da möhkəmlənirdi. Birinci möcüzəni rədd edəndə onun səpdiyi qiyam toxumları öz bəhrələrini gətirdi. Nə qədər ki, o getdikcə inadkarlaşaraq öz yolunu tutmaqda davam edirdi, onu ilkinlərin soyuq ölü sifətlərinə baxmağa çağırana qədər onun qəlbi daha da qəddarlaşırdı.AP 226.1

    Allah insanlara xəbərdarlıqlar göndərərək, günahı məzəmmət edərək Öz xidmətçiləri vasitəsilə onlara müraciət edir. Səhvlər kök ataraq xarakter cizgisinə çevrilməmişdən əvvəl Allah hər kəsə öz səhvini düzəltməyə imkan verir, lakin kimsə düzəlməkdən imtina edirsə, onda İlahi qüvvə onun pis meyillərinin inkişafına mane olmur. Eyni yolla davam etmək bu cür insan üçün getdikcə asan olur. O öz qəlbini Müqəddəs Ruh önündə bağlayır. İşığın sonrakı rədd edilməsi ona gətirib çıxanr ki, hətta daha güclü təsir də lazımi dəyişikliklər edə bilmir.AP 226.2

    Bir dəfə tamaha uyan, bunu ikinci dəfə daha asanlıqla edəcəkdir. Günahın hər bir təkrar edilməsi insanın ona müqavimət göstərmək qabiliyyətini zəiflədir, gözlərini tutur və vicdan səsini boğur. Günaha güzəştin hər bir toxumu öz bəhrələrini gətirir. Onların yetişməsinə mane olmaq üçün Allah heç bir möcüzə etmir. “İnsan nəyi əkərsə, onu biçəcəkdir” (Qalatiyalılara 6:7). İlahi həqiqətə dikbaş inamsızlıq, küt biganəlik göstərək mütləq özü nə əkibsə, onu da biçəcək. Buna görə də çoxlan nə vaxtsa qəlblərinin dərinliklərinə qədər toxunan həqiqətlərə çox biganəlik göstrərirlər. Onlar həqiqətə etinasızlıq və müqavimət səpmişlər və buna görə də belə məhsul biçirlər.AP 226.3

    Öz vicdanlarını bununla sakitləşdirərək ki, istənilən vaxt günahkar həyat tərzindən əl çəkə bilərlər və lütfün mərhəmət çağınşına öz yüngül münasibətlərinə baxmayaraq onu yenə də qəbul edə bilərlər, belə insanlar məhvə aparan yola qədəm qoyurlar. Özlərini böyük araqarışdırana etibar edərək onlar fıkirləşirlər ki, onları təhlükə əhatə edəndə, son ehtiyac anında onlar rəhbərlərini dəyişəcəklər. Lakin bunu etmək o qədər də asan deyil. Tərbiyə, yaşanılmış təcrübə, günahkar arzulara uyaraq keçirilən həyat onların xarakterini o qədər əsaslı surətdə formalaşdırmışdır ki, onlar bundan sonra İsanın surətini qəbul edə bilməzlər. Əgər işıq onların yolunda nur saçmasa idi, məsələ başqa cür olardı. Lakin onların həyatı lütfün kölgəsindədir və onun bəxşlərini qəbul etmək imkanı verilmişdir, lakin bu işıq uzun müddət rədd edilir və nifrət olunur, nəhayətdə isə onu insanların əlindən alırlar.AP 227.1

    Firona dolu şəklində olan növbəti bəla haqqında xəbərdar edildi: “İndi heyvanlarını və çöldə olan hər şeyini apar, çünki tarlada qalan bütün insanlar və heyvanlar evə gətirilməsə, onların üzərinə dolu yağacaq və öləcəklər”. Yağış, yaxud dolu Misirdə tamamilə görünməmiş iş idi və haqqında deyilən tufanı orada heç kim, heç zaman görməmişdi. Bu xəbər tezcə yayıldı və Rəbbin Sözünə inananlar öz heyvanlarını topladılar, bu xəbərdarlığa etinasızlıq edənlər isə onları çöldə qoydular. Bu yolla Allah mərhəməti cəzalarda da göründü. Xalq sınandı və bu göstərdi ki, onlardan nə qədəri Allah qüdrətinin təzahürü sayəsində Allah qorxusu əldə etmişlər.AP 227.2

    Qabaqcadan deyildiyi kimi tufan qopdu, odla qarışıq şimşək, dolu başladı, “beləliklə, çox güclü bir dolu yağdı. Dolu içində od alışırdı; Misir milləti mövcud olduğu vaxtdan bəri burada belə bir dolu olmamışdı. Dolu bütün Misir torpağında insandan heyvana və tarla bitkilərinə qədər hər şeyi məhv etdi. Çöldə bitən bütün otlar və ağaclar tələf oldu”. Məhvedici mələyin yolunda hər şey viran və məhv oldu. Yalnız Qoşen torpağına rəhm edildi. Beləliklə misirlilərə göstərildi ki, dünyanı canlı Allah idarə edir və təbiət qüvvələri Onun səsinə itaət edirlər və yalnız Onun iradəsinə itaət etməklə salamat qalmaq olar. Allah cəzasmın dəhşətli axını önündə bütün Misir titrəyirdi. Firon tələsik qardaşlan çağırtdırdı və onlar gələndə qışqırdı: “Bu dəfə günah etdim. Rəbb ədalətlidir, mən və xalqım isə haqsızıq. Kifayətdir! Rəbbə yalvann ki, bu dəhşətli ildırım və dolu dayansın. Sizi azad edərəm, daha burada qalmayın”. Musa ona cavab verdi: “Şəhərdən çıxanda əlimi Rəbbə tərəf qaldıracağam, ildırım dayanacaq və daha dolu yağmayacaq. Bundan biləcəksən ki, dünya Rəbbə məxsusdur. Ancaq man bilirəm ki, sən və əyanların yenə də Allahdan qorxmursunuz”.AP 227.3

    Musa bilirdi ki, mübarizə hələ qurtarmamışdır. Fironun etirafı və vədi fikrində və ya ürəyində kəskin dəyişikliklərin nəticəsi deyildi, onu bunu etməyə məcbur edən qorxu və iztirab idi. Musa onun xahişini yerinə yetirməyi vəd etdi, çünki onun növbəti inadkarlığına bəhanə vermək istəmirdi. Fəlakətin coşqunluğundan qorxmayaraq peyğəmbər şəhərin kənarına çıxdı və fıron öz əhatəsindəkilərin hamısı ilə birlikdə gördü ki, Tanrının gücü ilə Onun elçisi necə qorundu. Musa şəhərdən çıxıb “əlini Rəbbə tərəf qaldırdı; ildırım və dolu dayandı və yerə yağış yağmadı”. Lakin padşah qorxudan sonra özünə gələn kimi, qəlbi yenidən qəddarlaşdı.AP 228.1

    Onda Allah Musaya dedi: “Fironun yanına get. Man fironun və əyanlarının ürəyini ona görə inadkar etmişəm ki, onların arasında Öz əlamətlərimi göstərim. Sən isə Misirdə nə cür işlər etdiyimi və onlara göstərdiyim əlamətləri oğluna və nəvənə nəql edərsən. Onda biləcəksizin ki, Rəbb Mənəm”. Rəbb Öz gücünü göstərdi ki, İsrailin Ona vahid həqiqi və canlı Allah kimi imanını təsdiqləsin. O istəyirdi ki, hamının önündə İsrail xalqı ilə misirlilər arasında qoyduğu şübhəsiz fərqlərə şəhadət etsin və bütün xalqları xəbərdar etsin ki, onların nifrət və zülm etdikləri ibranilər səmavi Allahın müdafıəsi altındadırlar.AP 228.2

    Musa monarxa xəbərdarlıq etdi ki, o, inadkarlıq etməkdə davam etsə, bütün torpağın üstünü doludan sonra salamat qalan yaşıllığı yeyən çəyirtkə örtəcəkdir və evlərə, hətta padşah otaqlarına dolacaqlar; belə fəlakəti, o dedi, “nə ataların, nə də babaların bu torpaqda məskən saldıqları gündən indiyə qədər görməmişdilər”.AP 228.3

    Fironun ətrafındakılar dəhşətdən dondular. Heyvanların ölümü ölkəyə böyük zərər vurmuşdu. Çox adamlar doludan ölmüşdülər. Ağaclar yıxılmışdılar, məhsul məhv olmuşdu. Misirlilər ibranilərin zəhmətləri ilə qazandıqlarının hamısını tezcə itirmişdilər. Bütün ölkəni aclıq hədələyirdi. Məsləhətçibr və saray xadimləri padşahı dövrəyə aldılar və qəzəblə tələb etdilər: “Nə vaxta qədər bu adam bizə tələ quracaq? Bu adamları burax, qoy onlar özlərinin Allahı Rəbbə ibadət etsinbr. Məgər sən hələ bilmirsən ki, Misir məhv olur?”AP 228.4

    Musanı və Harunu yenidən çağırdılar və fıron onlara dedi: “Gedin, Allahınız Rəbbə ibadət edin. Ancaq deyin görək kimlər gedəcək?”AP 229.1

    Onlar cavab verdilər: “Uşaq, qoca, oğul, qızlarımız, qoyun-keçi və mal-qaramızla birgə gedəcəyik, çünki Rəbbə bayram etməliyik”.AP 229.2

    Padşah qəzəblə doldu. “”Əgər mən sizi arvar-uşağınızla birgə buraxsam, qoy Rəbb sizə kömək olsun! Yəqin sizin pis niyyətiniz var. Belə olmaz! Siz kişilər gedin və Rəbbə ibadət edin. Məgər bunu istəmirsiniz?” Sonra fıron onları öz hüzurundan qovdu”. Firon İsraili ağır işlərlə əldən salmaq niyyətində idi, indi isə özünü elə göstərirdi ki, guya onların rifahında dərindən maraqlıdır və onların uşaqlarına zərif qayğı bəsləyir. Əslində isə o, uşaqları və qadınları kişilərin qayıtması üçün girov kimi saxlamaq istəyirdi.AP 229.3

    Musa öz əsasını yerin üzərinə qaldırdı, şərq küləyi əsdi və özü ib çəyirtkələr gətirdi. “Çəyirtkəbr Misir ölkəsinə hücum etdilər və saysız-hesabsız miqdarda bütün Misir torpağına yayıldılar. Əvvəllər beb ağır çəyirtkə hücumu olmamışdı, bundan sonra da olmayacaq”. Çəyirtkə buludları göyün üzünü örtmüşdü və yerə qaranlıq çəkmüşdü, çəyirtkələr qalan bütün yaşıllığı yedilər. Firon tələsik peyğəmbərləri çağırtdırdı və onlar gələndə onlara dedi: “Allahımz Rəbbə və sizə qarşı günah etdim, indi yenə də günahımı bağışlayın və Allahımz Rəbbə yalvann ki, ölümcül bəla məni tərk etsin”. Onlar beb də etdilər. Güclü qərb kübyi əsib çəyirtkələri Qırmızı dənizə tərəf apardı. Lakin padşah öz qərarında inadkarlıq etməkdə hələ də davam edirdi.AP 229.4

    Misirlibr ümidsizlik içərisində idilər. Onların düçar olduqları cəza dözülməz görünürdü və onlar gələcək qarşısında dəhşətlə dolmuşdular. Xalq fırona öz allahlarının nümayəndəsi kimi pərəstiş edirdi, lakin indi çoxları əmin oldular ki, o, təbiətin bütün qüwəbrini Öz iradəsinə tabe edənə müqavimət göstərmişdir. Köbbşmiş ibranibr onların naminə bu qədər möcüzələr göstərildikdən sonra öz qurtuluşlarına inanmağa başladılar. Nəzarətçibr əvvəlki kimi onları sıxışdırmağa cəsarət etmirdibr. Bütün Misir gizli qorxuya bürünmüşdü ki, əzabkeş xalq qalxıb öz intiqamını alacaqdır. Hər yerdə insanlar qorxu içərisində soruşurdular: “Sonra nə olacaq?”AP 229.5

    Birdən yeri elə qatı bir zülmət bürüdü ki, sanki qara qətran idi. İnsanlar nəinki heç nə görmürdülər, həm də hava elə qatılaşmışdı ki, nəfəs almaq çətin idi. “Üç agün heç kəs bir-birini görmədi və heç kəs yerindən tərpənə bilmədi. Bütün İsrail övladlarının yaşadıqları yerlər isə işıqlıq idi”. Misirlilər günəşə və aya səcdə edirdilər; bu sirli zülmətdə qulları qorumaq və azad etmək üçün xalqa və onun allahlarına sarsıdıcı zərbə vuran qüvvə fəaliyyət göstərirdi. Lakin bu cəza nə qədər dəhşətli olsa da, o, Rəbbin mərhəmətinə və Onun məhv etmək istəməməsinə şəhadət edirdi. Onları axınncı və ən dəhşətli bəlaya düçar etməzdən əvvəl O, insanlara düşünmək və tövbə etmək üçün vaxt vermək istəyirdi.AP 229.6

    Nəhayət qorxu fıronu sonrakı güzəştlərə getməyə məcbur etdi. Üçüncü zülmət günün axırında o, Musanı çağırdı və israilliləri bu şərtlə buraxmağa razılıq verdi ki, onlar xırda və iri heyvanlarını saxlasınlar. “Bir dırnaqlı da qalmamalıdır” - qətiyyətli ibrani cavab verdi “ancaq oraya gedib çatmamış Rəbbə nəyi qurban gətirəcəyimizi bilmirik”. Padşah daha özünü ələ ala bilməyərək qışqırdı. “Rədd ol, özünü gözlə və bir də mənim gözümə görünmə; yenə də gözümə görünsən, öləcəksən”.AP 230.1

    Musa ona cavab verdi: “Düz deyirsən; bir daha gözünə görünmərəm”. “Musa özü də Misir ölkəsində fıronun əyanlarının və xalqın gözündə çox böyük adam idi”. Misirlilər Musaya pərəstişkar qorxu ilə baxırdılar. Padşah ona pislik etməyə cəsarət etmirdi, çünki bütün xalq onda bəlaları dayandıran qüvvəyə malik olan yeganə insanı görürdü. Hamı istəyirdi ki, israillilərin Misirdən çıxmasına icazə versinlər. Yalnız padşah və kahinlər Musanın sonuncu tələblərinə müqavimət göstərdilər.AP 230.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents