Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    24-cü fəsil
    PASXA

    (Bu fəsil Çıxış Kitabının ll;12:l-32-ci fəsillərinə əsaslanır)

    Misir padşahına israilin azad olunması haqda tələbi birinci dəfə bildirəndə, onu həm də ən dəhşətli bəla haqda xəbərdan etmişdilər. Musaya əmr edilmişdi ki, fırona desin: “Rəbb belə deyir: İsrail Mənim oğlum, Mənim ilkimdir. Sənə dedim ki, Mənə ibadət etmək üçün oğlumu burax! Sən isə onu buraxmaqdan boyun qaçırdın. Onda mən sənin ilk oğlunu öldürəcəyəm!” (Çıxış 4:22,23). Misirlilər tərəfindən nifrət edilsələr də, İsrail xalqı Allah tərəfindən Onun qanununun qoruyucusu olmağa layiq görülmüşdü. Xüsusi iltifatdan və üstünlükdən istifadə edərək israillilər, öz qardaşları arasında ilk oğul kimi, başqa xalqlar arasında görkəmli yer tuturdular.AP 231.1

    Misirin lap əvvəldə xəbərdar edildiyi cəza sonuncu olmalı idi. Allah çoxsəbirli və çoxrəhmlidir. O Öz surətində yaradılan varlıqların qayğısına nəvazişlə qalır. Əgər heyvanların və məhsulun itkisi Misiri tövbəyə gətirsə idi, uşaqlar zərər çəkməzdilər, lakin xalq İlahi əmrə müqavimət göstərməyə inadla davam edirdi və sonuncu zərbə artıq onların üzərində çaxmağa hazır idi.AP 231.2

    Musaya ölüm hədəsi ilə yenidən fırona görünmək qadağan edilmişdi; lakin inadkar monarxa Allahın sonuncu iradəsini elan etmək lazım idi və Musa dəhşətli sözlərlə yenidən onun yanına gəldi: “Rəbb belə deyir: “Gecə yarısı Man Misirin ortasından keçəcəyəm; Misir torpağında taxtda oturan fironun oğlundan tutmuş dəyirman arxasında olan kəniz oğluna qədər hamının ilk oğulu öləcək. Hətta bütün heyvanların da ilk balaları öləcək. Bütün Misir torpağında elə böyük fəıyad qopacaq ki, indiyədək beləsi olmamışdır və bundan sonra da olmayacaq. Lakin bütün İsraillilərin arasında nə insanların, nə də heyvanların üstünə heç it də hürməyəcək. Bundan biləcəksiniz ki, Rəbb İsrail övladları ilə Misirlilər arasında fərq qoymuşdur”. Sonra bütün bu qulların yanıma gələcək və mənə təzim edib deyəcəklər: “Sən və ardınca gələn bütün xalq buradan çıxın!” Bundan sonra mən çıxacağam”.AP 231.3

    Bu hökmün yerinə yetirilməsinə qədər Allah Musa vasitəsilə İsrail xalqına Misirdən çıxış yolunu göstərməklə gələcək cəzadan necə qurtulmaq haqda xüsusi xəbərdarlıq etdi. Hər bir ailə - özü, yaxud başqa ailə ilə birlikdə - “qüsursuz” bir quzu və yaxud çəpiş kəsməli idi və “evin qapısınm hər iki yan taxtasına və dirəyinə” qan çəkməli idi ki, məhv edən mələk kecəyarısı geçərkən bu evlərə toxunmasın. Onlar gecə bişmiş quzunu mayasız çörəklə və acı otlarla Musa dediyi kimi yeməli idilər: “beliniz qurşanmış, çarıqlarınız ayağınızda və dəyənəyiniz əlinizdə olsun, onu tələsik yeyin. Bu, Rəbbin Pasxasıdır”.AP 232.1

    Rəbb dedi: “Mən isə o gecə Misir torpağından keçəcəyəm. Misir torpağında olan həm insanların bütün ilk oğullarını, həm də heyvanların bütün ilk balalarını öldürəcəyəm. Bütün Misir allahlarına da cəza verəcəyəm... Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq. Qanı görüb yanınızdan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək”.AP 232.2

    Böyük qurtuluşun xatirəsi olaraq İsrail xalqının bütün gələcək nəsilləri hər il bu günü bayram etməli idilər. “Bu gün sizin üçün xatirə günü olacaq və onu Rəbb üçün bayram edəcəksiniz”. Bütün sonrakı illərdə bu bayrama riayət etməklə onlar öz uşaqlanna, Musanın əmr etdiyi kimi, öz böyük qurtuluşlarının tarixini damşmalı idilər: “Bu Misirliləri bəlaya saldığı zaman Misirdə İsrail övladlarının evləri yanından keçib xilas edən Rəbb üçün Pasxa qurbanıdır”.AP 232.3

    Daha hər bir ilkin - həm insanlardan, həm heyvanlardan - Rəbbə məxsus olmalı idi və yalnız haqqını ödəməklə yenidən insana məxsus ola bilərdi. İsrail beləcə öz təşəkkürünü bildirirdi ki, ədalətə görə Misir ilkinlərinin qismətinə şərik olub ölməli olan İsrail ilkinləri əfvedici qurban sayəsində xilas oldular. “Bütün ilk oğlanlar Mənimdir”. Rəbb deyir. “Misir torpağında bütün ilk oğlanları məhv etdiyim gün İsraildə istər insan, istərsə heyvan - erkək doğulan bütün ilk oğlanları özüm üçün ayırdım. Onlar Mənim olacaq. Rəbb Mənəm” (Saylar 3:13). Səyyar məbəddə xidmət qaydası tətbiq edərək Allah məbəddə ilkinlərin əvəzinə xidmət etmək üçün İsrailin Levi qolunu seçdi. “Çünki İsrail övladları arasında onlar tamamilə Mənə verilmişdir”. - O dedi. “İsrail qadınlarının doğduğu bütün ilk oğlanların əvəzinə... onları Özümə götürdüm” (Saylar 8:16). Lakin bütün xalq Allah mərhəmətinə təşəkkür əlaməti olaraq əvvəlki kimi ilkin oğulları üçün haqq ödəməli idilər (bax. Saylar 18:15,16).AP 232.4

    Pasxa xalqın yalnız Misirdən azad olmasını xatırlatmırdı, həm də simvolik olaraq Məsihin Öz xalqını günahın köləliyindən azad edərək yerinə yetirdiyi böyük qurtuluşu göstərirdi. Qurban quzusu bizim yeganə xilas ümidimiz olan “Pasxa qurbanımız olan Məsih bizim üçün qurban verilmişdir” (1 Korinflilərə 5:7). Yalnız quzunu kəsmək deyil, həm də onun qanını qapıların yan taxtalarına çəkmək lazım idi. Məsih də öz qanını beləcə hər bir can üçün axıtdı. Biz inanmalıyıq ki, O yalnız bütün dünya üçün deyil, həm də bizim hər birimiz üçün ölmüşdür. Əfvedici qurban bizim hamımız üçün nəzərdə tutulmuşdur. Qan çiləmək üçün işlədilən züfa paklaşmaq simvolu idi, ondan cüzamlıların və cəsədə toxunmaqla murdar olanlann təmizlənməsi üçün istifadə edirdilər. Zəbur oxuyan öz duasında belə də deyir: “Məni züfa ilə pak et, təmiz olum, məni yu, qardan da ağ olum” (Məzmur 51:7).AP 233.1

    Quzunu bütöv hazırlamaq lazım idi, onun bir sümüyünü də qırmaq olmazdı, necə ki, bizim uğrumuzda ölən Allah Quzusunun bir sümüyü də sınmamalı idi. (bax.Yəhya 19:36). Bu, Məsihin qurbanının bütünlüyünü simvolizə edir.AP 233.2

    Quzunun əti yemək üçün nəzərdə tutulurdu. Yalnız əfv almaq üçün Məsihə inanmaq kifayət deyildir - biz daim Ondan ruhi güc və Onun sözü vasitəsilə qida almalıyıq. Məsih deyir: “İnsan Oğlunun ətini yeyib qanmı içmədikcə, daxilinizdə həyat olmaz. Mənim ətimi yeyib qanımı içənin əbədi həyatı vardır; Mən də onu son gündə dirildəcəyəm” (Yəhya 6:53,54). Bunun mənasını izah edərək O dedi: “Sizə söyləmiş olduğum sözlər ruhdur və həyatdır”. İsa Öz Atasının qanununu qəbul etmiş, Onun Ruhunu göstərmiş və bu Ruhun qəlbə xeyirli təsirini canlandırmışdır. Yəhya deyir: “Kəlam bəşər olub lütf və həqiqətlə dolu olaraq aramızda sakin oldu; biz də Onun izzətini, Atanın vahid Oğlunun izzətini gördük” (Yəhyal:14). Məsihin davamçıları bunu öz şəxsi təcrübələrində yaşamalıdırlar. Onlar Allah Sözünü eşitməli və qəbul etməlidirlər ki, O onların bütün duyğularına rəhbərlik edib həyati fəaliyyət göstərən qüvvə olsun. Onlar Məsihin qüvvəsi ilə Ona bənzəməlidirlər və özlərində İlahi keyfıyyətləri əks etdirməlidirlər. Onlar Allah Oğlunun bədənini yeməli və qanını içməlidirlər - əks halda onlarda həyat olmayacaqdır. Məsihin ruhu və həyatı Onun şagirdlərinin ruhu və həyatı olmalıdır.AP 233.3

    Misirdəki köləliyin acısı haqqında xatirə olaraq quzunu acı otlarla yemək lazım idi. Beləcə, Məsihə yaxınlaşmaq istəyərkən, günahlarımızı xatırlayaraq biz bunu qəlbimizdə peşmançılıqla etməliyik. Mayasız çörəyin qəbul edilməsi də böyük məna kəsb edir. Pasxa bayramı yarananda aydın deyilmişdi ki, bu zaman evdə heç bir qıcqırdılma olmamalıdır və bütün yəhudilər buna ciddi riayət edirdilər. Beləcə də Məsihdən həyat və qida qəbul etmək istəyənlər günahın mayasından qurtulmalıdırlar. Həvari Pavel Korinf icmasına beb yazmışdır: “Buna görə, köhnə mayanı təmizləyin ki, yeni xəmir olasınız... Zira bizim Pasxa quzumuz olan Məsih, bizim üçün qurban verilmişdir. Buna görə, nə köhnə maya ilə, nə də kin və yamanlıq mayası ilə, fəqət səmimiyyətin və həqiqətin mayasız çörəyi ilə bayram edək” (1 Korinflilərə 5:7,8).AP 234.1

    Azadlığı əldə etməzdən əvvəl kölələşmiş xalq böyük qurtuluşun yerinə yetəcəyinə öz inamını göstərməli idi. Onların evlərində qan əlaməti olmalı idi və öz ailə üzvləri ilə öz evlərinə yığışaraq misirlilərdən təcrid olunmalı idibr. Əgər israillilər verilən göstərişlərə nə iləsə etinasızlıq göstərsəydilər, əgər onlar, məsələn, öz uşaqlarını misirlilərin uşaqlarından ayırmasa idibr, quzunu öldürərək onun qanı ib qapılarının yan taxtalarını boyamasa idilər, yaxud evdən çıxmağa cəsarət etsəydibr, onlar təhlükəsizlikdə olmazdılar. Onlar bütün qəlbləri ilə inana bibrdilər ki, vacib olan hər şeyi etmişbr, lakin bu səmimiyyət onları xilas etməzdi. Allahın bütün göstərişlərini dəqiqliklə yerinə yetirməyənlərin ilkinləri məhvedicinin əli ib ölərdilər.AP 234.2

    Xalq itaətlə öz imanını göstərməli idi. Məsih qanı ilə xilas olmaq ümidində olanların hamısı başa düşməlidirlər ki, xilas almaq üçün onlar özləri səy göstərməlidirlər. Yalnız Məsihin bizi layiq olduğumuz cəzadan qurtara biləcəyinə baxmayaraq, biz Rəbbə itaət edərək özümüz günahdan qurtulmalıyıq. İnsan işi ilə deyil, imanı ilə xilas olur, lakin iman iş vasitəsilə üzə çıxmalıdır. Allah Öz Oğlunu verdi ki, O Özünü günahın bağışlanması üçün qurban gətirsin, O, dünyaya həqiqət işığı, həyat yolu göstərsin, O, insana xüsusi imkanlar, göstərişlər və üstünlüklər versin, indi isə insan bu xilasedici vasitələrdən istifadə etməlidir, Allahın onun xilası üçün nəzərdə tutduğu hər şeyi qiymətləndirməli və istifadə etməlidir, bütün İlahi tələblərə inanmalı və itaət etməlidir.AP 234.3

    Musa İsrailə onların qurtuluşu haqda Allah qərarlarını təkrar edəndə “xalq əyilib səcdə etdi”. Azadlıq əldə etməyin sevindirici ümidi, onları sıxışdıranların cəzalanmalarının yaxınlaşması haqda dəhşətli xəbər, tələsik çıxışla bağlı saysız-hesabsız qayğılar, - bütün bunlar bir müddət unuduldu və yalnız rəhmli Xilaskara dərin minnətdarlıq hissi onların qəlblərini doldurdu. Bir çox misirlilər vahid həqiqi Allah kimi ibranilərin Allahını dərk etməyə yönəlmişdilər və indi onlar yalvanrdılar ki, məhvedici mələk ölkədən keçəndə onlara israillilərin evlərində gizlənməyə icazə versinlər. Onlar sevinclə qəbul edildilər və vəd etdilər ki, daha Yaqubun Allahına xidmət edəcəklər və Misirdən Onun xalqı ilə birlikdə çıxacaqlar.AP 235.1

    İsraillilər Rəbbin əmrlərinə itaət etdilər. Onlar yola tez və gizli hazırlaşdılar. Bütün ailələr toplaşdılar, Pasxa quzusunu doğradılar və odda bişirdilər, mayasız çörək və acı otlar hazırladılar. Hər bir ata öz ailəsinin kahini kimi qapıların yan taxtalarını qanla boyadı və evin içində toplaşan ailəsinə qoşuldu. Pasxa quzusu tələsik və sükut içərisində yeyildi. Xalq pərəstişlə dua edirdi və ayıq dururdu və hər bir ilkinin, istər yetkin kişi, istərsə körpə uşaq olsun, qəlbi təsviredilməz qorxu içərisində döyünürdü. Atalar və analar həmin gecə baş verəcək dəhşətli cəza haqqında düşünərək öz əziz ilkinlərini bağırlarına basmışdılar. Lakin ölüm mələyi İsrail oğullarının heç bir mənzilinə yaxınlaşmadı. Qan - Xilaskarın müdafiə əlaməti - qapılarda idi və məhvedici onların yanına girmədi.AP 235.2

    Gecəyarısı “Misirdən böyük bir fəryad qopdu, çünki elə bir ev yox idi ki, orada ölən olmasın”, ölkədəki bütün ilkinləri, “taxta oturan fironun ilk oğlundan tutmuş zindanda olan əsirin ilk oğluna qədər hər ilk oğul, heyvanların hər ilk balası da öldü”. Bütün geniş Misir torpağında hər bir ailənin fəxrini məhv etdilər. Qəlb parçalayan fəryadlar və ağlayanların qışqırıqları havanı doldurmurşdu. Padşah və onun sarayındakılar rəngləri ağararaq və əl-ayaqları titrəyərək dəhşətdən dondular. Firon indi öz sözlərini xatırladı: “Rəbb kimdir ki, Onun səsinə qulaq asıb İsrail övladlarını buraxım? Rəbb tanımıram, İsrail övladlarını də buraxmıram”.AP 235.3

    İndi onun təkəbbürlü qüruru kül olmuşdu və o, gecə Musanı və Harunu çağırdı və onlara dedi: “Çıxın gedin! Həm özünüz, həm də bütün İsraillilər xalqımın arasından çıxın gedin, istədiyiniz kimi Rəbbə ibadət edin. Necə ki deyirdiniz, qoyun-keçinizi və mal-qaranızı da götürüb gedin, mənə də xeyir-dua verin”. Padşah əyanları və xalq israilliləri tez çıxmağa məcbur edirdilər, “ölkədən tələsik qovdular. Onlar deyirdilər: “Yoxsa hamımız öləcəyik”” (Çıxış 12:31-33).AP 236.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents