Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    26-ci fəsil
    QIRMIZI DƏNİZDƏN SİNAYA

    (Bu fəsil Çıxış Kitabının 15:22-27; 16-18-ci fəsillərinə əsaslanır)

    İsraillilər Qırmızı dənizdən yenidən bulud sütununun göstərdiyi yola düşdülər. Onların gözləri önündə çox tutqun səhnə açılırdı: bitkilərdən məhrum dağlar, məhsulsuz çöllər; arxada isə sahilinə onların düşmənlərinin cəsədləri səpələnmiş dəniz səslənirdi. Lakin əldə etdikləri azadlıq hissi onların qəlblərini sevinclə doldururdu və heç kim şikayət etmirdi.AP 245.1

    Lakin üç gün ərzində onlar su tapa bilmədilər. Özləri ilə götürdükləri ehtiyatlar tükənirdi. Onlar günəşdən yanmış səhrada dolamrdılar və susuzluqlarını yatırmağa heç nə yox idi. Bu yerlər Musaya tanış idi, o, başqalarına məlum olmayan şeyi bilirdi, bilirdi ki, Marada, bulaq tapmaq mümkün olan yaxın dayanacaqda su içməyə yararsızdır. O, gərgin həyəcanla bələdçi sütunu izləyirdi. “Su! Su!” Düşərgədə yayılan bu şadlıq qışqırtısını eşidəndə onun ürəyi qopdü. İnsanlar şad səbirsizliklə bulağa cumdular, birdən yüzlərlə dodaqdan acı fəryad qopdu - su acı çıxmışdı.AP 245.2

    Onlar dəhşət və ümidsizlik içərisində Musanı danladılar ki, onlan bu yolla gətirib, onlar yaddan çıxartmışdılar ki, onlar kimi onu da sirli buluddakı İlahi hüzur yönəldir. Onların kədərindən iztirab çəkərkən Musa onların unutduqları şeyi etdi. O, Allahdan kömək xahiş edərək təkidlə Ona yalvardı “və Rəbb ona bir ağac göstərdi. Musa onu suya atdı və su şirin oldu”. Bu yerdə Rəbb İsrailə Musa vasitəsilə vəd etdi: “Əgər siz Allahınız Rəbbin səsinə qulaq asıb, Onun gözləri önündə sədaqətli olsanız, Onun əmrlərini dinləyib bütün qanunlarına riayət etsəniz, Misirlilərə verdiyim xəstəliklərin heç birini sizə verməyəcəyəm. Çünki sizə şəfa verən Rəbb Mənəm”.AP 245.3

    İsraillilər Maradan Elimə gəldilər, orada “Orada on iki su qaynağı və yetmiş xurma ağacı var idi”. Sin səhrasında getməyə başlamazdan əvvəl, onlar burada bir neçə gün dayandılar. Misirdən çıxdıqdan bir ay sonra onlar səhrada birinci dəfə idi ki, düşərgə salırdılar. Özləri ilə götürdükləri ərzaq ehtiyatları tükənirdi. Otlaqlar yoxsul idi və onların sürüləri azalmağa başlamışdı. Bəs bu qədər çoxlu xalqı necə yedizdirsinlər? Şübhələr onların qəlblərini didirdi və insanlar yenə şikayət etməyə başladılar. Hətta xalqın rəisləri və ağsaqqallan da Allah tərəfındən qoyulmuş rəhbərlərdən öz narazılıqlarını gizbtmirdibr: “Kaş ki Misir ölkəsində ət qazanlarının yanında oturanda doyunca çörək yediyimiz vaxt Rəbbin əlindən öləydik! Çünki siz bizi bu səhraya buna görə gətirdiniz ki, bütün icmanı aclıqdan öldürəsiniz”.AP 246.1

    Bu vaxta qədər onlar aclıq keçirməmişdilər; onların gündəlik ehtiyacları ödənirdi, lakin onlar gələcək üçün qorxurdular. Onlar təsəvvür edə bilmirdibr ki, bu qədər çoxlu xalqı səhrada keçən vaxtda necə yedizdirmək olar və artıq təsəwürbrində öz uşaqlarının aclıq keçirdiyini görürdübr. Rəbb imkan verirdi ki, onlar çətinlik çəksinbr, qida ehtiyatları saxlasınlar ki, onların qəlbləri Ona, əvvəlki kimi onların Xilaskarı olana yönəlsin. Əgər öz çətinliklərində onlar Onu çağırsalar, O, əvvəlki kimi Öz Məhəbbətinin və qayğısının sübutlarını onların başından yağdıracaq. Rəbb vəd etdi ki, əgər onlar Onun əhdbrini yerinə yetirsəbr, onda heç bir xəstəlik onlara yaxınlaşmayacaqdır və guya onların uşaqlarının acından öb biləcəkbrindən ehtiyat edərək Allaha bu cür etimadsızlıq göstərmək günah idi.AP 246.2

    Rəbb vəd etmişdi ki, onların Allahı olsun və onlan Öz xalqı kimi qəbul etsin və geniş xoş torpağa aparsın, lakin onlar əhd olunan torpağa aparan yolda rast gəldikləri hər bir çətinlikdən öz mətanətbrini asanca itirirdibr. O, onları Misir köbliyindən möcüzəli surətdə azad etdi ki, onlan yüksəltsin, xeyirxahlaşdırsın və dünyada ən görkəmli xalq etsin. Lakin onların bəzi çətinliklərə və məhrumiyyətlərə məruz qalmaları zəruri ıdı. Allah onları kolə dünyagörüşundən qurtarırdı və onları dərin müqəddəs həqiqətləri qəbul edərək xalqlar arasında yüksək mövqe tutmağa hazırlayırdı. Əgər onlar imana malik olsaydılar - axı O, onlar üçün çox şey etmişdi! - onda bütün narahatlıqlara, məhrumiyyətlərə və hətta əsl iztirablara ruh yüksəkliyi ilə dözərdilər; lakin onların etiban Onun, daim öz qüdrətini sübut etdiyi səviyyədə idi. Onlar özlərinin Misirdəki ağır zəhmətləri haqqında unutmuşdular. Onların köləlikdən qurtuluşu naminə göstərilən Allah mərhəmətini və gücünü unutmuşdular. Onlar unutmuşdular ki, məhvedici mələk Misirdə bütün ilkinləri öldürdüyü vaxt onlann uşaqlarına necə rəhm edilmişdi. Onlar Qırmızı dənizdə İlahi gücün əzəmətli təzahürünü unutmuşdular. Unutmuşdular ki, onlar üçün açılan yolla təhlükəsiz getdikləri vaxtda, onları təqib etməyə çalışan düşmən ordusu dənizin suları altında qalmışdı. Onlar diqqətlərini yalnız indiki narahatlıqlarına və sınaqlara cəmləmişdilər, “Allah bizim üçün böyük iş görmüşdür; biz qul idik, O isə bizi böyük xalq edir” - demək əvəzinə, öz səfərlərinin çətinliyindən danışırdılar, bu üzücü səyahətin nə vaxt başa çatacağının qayğısını çəkirdilər.AP 246.3

    İsrail xalqının həyatının səhradakı tarixi, dövrün sonuna qədər Allah İsrailinin xeyrinə yazılmışdır. Bu tarix ondan xəbər verir ki, Allah aclıq çəkən, susuzluqdan, və yorğunluqdan əldən düşərək az əzab çəkməyən sərgərdan xalqla necə rəftar etmişdir; israillilərin qurtuluşu üçün Allahın zühur edən gücünün gözəl sübutlarını təsvir edən bu tarix, bütün əsrlərdə Onun xalqı üçün xəbərdarlıq və tövsiyələrlə doludur. İbranilərin bütün yaşantılan onlar üçün məktəb oldu, bu məktəbdə onlar əhd olunmuş Kənanda yaşamaq üçün hazırlaşırdılar. Allah istəyir ki, Onun bizim dövrdə yaşayan xalqı qədim İsrailin keçdiyi sınaqlardan müəyyən dərs götürməyi itaətkar qəlb və hazırlıqla öyrənsin ki, özünü səmavi Kənan üçün hazırlasın.AP 247.1

    Çoxları İsrail xalqı haqda xatırlayarkən, onun imansızlığına və şikayətinə təəccüblənirlər, hesab edirlər ki, özləri belə naşükürlük etməzdilər. Lakin onların imanları smağa məruz qalanda, hətta lap kiçiyinə, onlar qədim İsraildən çox iman və səbir göstərmirlər. Sıxıntılı şəraitlərdə insanlar Allahın onları paklaşdırmaq üçün tətbiq etdiyi tədbirlərdən qəzəblənirlər. Onlann gündəlik təlabatlan ödənilsə də, çoxları öz gələcəklərini Allaha etibar etməkdən ehtiyat edirlər və daim həyəcan içərisində yaşayırlar ki, birdən ehtiyaca düşərlər və uşaqları iztirab çəkər. Başqaları isə daim hər hansı bir bədbəxtlik olacağı qorxusu altındadırlar, yaxud rast gəldikbri çətinlikləri şişirdirlər və buna görə də Allaha şükür etməli olduqları xeyir-dulara qarşı kordurlar. Öz yollarında maneələrə rast gələrkən onlar yeganə güc Mənbəyi olan Allahdan kömək aramırlar, əksinə, həyəcan və şikayətlə Ondan uzaqlaşırlar.AP 247.2

    Məgər bizim tərəfimizdən bu cür imansızlıq göstərmək ədalətlidirmi? Məgər bu qədər naşükür və etibarsız olmaq üçün səbəb vardırmı? İsa bizim Dostumuzdur; bütün Səma bizim əmin-amanlığımızda maraqlıdır və bizim narahatçılığımız və qorxumuz Allahın Müqəddəs Ruhunu kədərləndirir. İmkan vermək lazım deyildir ki, narahatçılıq bizə hakim olsun, - axı o, bizim smaqlara dözməyimizə kömək etmir, yalnız qəlbimizi didir və bizi üzür. Bizim qəlblərimizdə Allaha etibarsızlığa yer olmamalıdır, bu cür etibarsızlıq bizi gələcək ehtiyac hallarının qayğısına qalmağa təhrik edir və bu qayğını həyatın əsas prinsipinə çevirir, sanki bizim bütün xoşbəxtliyimiz elə bu dünyəvi nemətlərdən ibarət olur. Allah heç də istəmirdi ki, Onun xalqı qayğılardan əzilsin. Lakin Rəbbimiz təsdiq etmir ki, biz öz yolumuzda təhlükələrə rast gəlməyəcəyik. O, Öz xalqını günah və şər dünyasından götürməyi vəd etməmişdir, lakin etibarlı sığınacaq göstərmişdir. O, bütün əldən düşənləri və çaşqınları çağırır: “Ey bütün yorğunlar və yükbri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm”. Özünüz girdiyiniz həyəcan və dünyəvi illüziya xaltasını çıxarın və “boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin; zira Mən həlim və qəlbdən təvazökaram; və canlarınıza rahatlıq taparsınız” (Matta 11:28,29). Biz bütün qayğılarımızı Allaha tapşıraraq Onda rahatlıq və sülh əldə edə bibrik, çünki O, bizim qayğımıza qalır (bax 1 Peter 5:7).AP 248.1

    Həvari Pavel deyir: “Ey qardaşlar, diqqətli olun ki, sizbrdən heç birində yaşayan Allahdan uzaqlaşan yaman və imansız bir ürək olmasın” (İbranilərə 3:12). Allahın bizim üçün etdiyi hər şeyi nəzərə alaraq bizim imanımız güclü, foal və tükənməz olmalıdır. Giley və şikayətbr əvəzinə bizim qəlbimizdən bu sözlər çıxmalıdır: “Rəbbə alqış et, ey könlüm, ey bütün varlığım, Onun müqəddəs adına alqış et! Rəbbə alqış et, ey könlüm, unutma etdiyi yaxşılıqları” (Məzmur 103:1,2).AP 248.2

    Allah İsrailin ehtiyaclarını nəzərdən qaçırmadı. O, rəhbərə dedi: “Mən sizin üçün göydən çörək yağdıracağam”. Xalqa əmr edildi ki, bir günlüyə nə qədər lazımdırsa, o qədər yığsınlar, altıncı gün isə iki günlük norma yığsınlar ki, şənbə gününün müqəddəsliyini pozmasınlar.AP 249.1

    Musa insanları əmin etdi ki, onların ehtiyacları ödəniləcəkdir: “Sizə axşam yeməyə ət, səhər isə doyunca çörək verən Rəbdir” və əlavə etdi: “Axı biz kimik ki? Deyinməyiniz bizə qarşı deyil, Rəbbə qarşıdır”. Sonra Haruna əmr etdi ki, onlara desin: “Rəbbin hüzuruna yaxınlaşın, çünki O, sizin deyinməyinizi eşitmişdir”. Harun danışdığı zaman “onlar səhraya baxıb Rəbbin əzəmətinin buludda göründüyünü gördülər”. Onlanrı heç zaman görmədikləri parıltı İlahi hüzuru göstərirdi. Özünü bu cür göstərməklə Rəbb insanların şüurlanna təsir edirdi ki, onlar Allah haqda bilik əldə etsinlər. Onlar dərk etməli idilər ki, sadəcə olaraq insan - Musa deyil, Uca Tanrı onların rəhbəri idi. Onlar Allahdan qorxmağı və Onun səsinə itaət etməyi öyrənməli idilər. Toranlıqda bütün düşərgəni böyük bildirçin dəstələri əhatə etdi -hamının qidalanması üçün onlar kifayət qədər idi. Səhər isə gördülər ki, yerin üstü qırova bənzər xırda dənəciklərlə örtülmüşdür. Xalq bunu manna adlandırdı. “O görünüşcə keşniş toxumu kimi idi, rəngi də mirvari rəngində idi”. Musa dedi: “Bu Rəbbin sizə yeməyə verdiyi çörəkdir”. Xalq mannanı yığıb gördü ki, hamı üçün kifayət qədərdir. Onlar onu üyütdülər, ələdilər, qazanda bişirdilər, ondan kökələr düzəltdilər. “Onun dadı zeytun yağı ilə bişirilmiş yeməklərə oxşayırdı” (Saylar 11:8). Onlara əmr edilmişdi ki, hər gün adambaşına bir omer (3,71itr) yığsınlar və onu sabaha saxlamasınlar. Bəziləri sabaha qədər də saxlamağa cəhd etdilər, lakin o artıq qida üçün yararsız olmuşdu. Mannanı səhər bütün gün üçün yığmaq lazım idi, çünki yerdə qalanı günəşin şüaları altında əriyirdi.AP 249.2

    Mannanı yığarkən məlum oldu ki, bəziləri deyildiyindən çox, digərləri isə az yığmışlar, lakin “onlar omer ilə ölçdükləri zaman çox yığanlann artığı, az yığanların əskiyi olmadı. Hər kəs özünə lazımi miqdarda yemək yığdı”. Həvari Pavel Korinflilərə ikinci Məktubunda bu mətni izah edir və ondan hansı praktik dərslər almaq mümkün olduğunu göstərir: “Biz istəmirik ki, digərlərinə rahatlıq, sizə isə sıxıntı olsun; əksinə, istəyirik ki, bərabərlik olsun. İndi sizin bolluğunuz onların ehtiyaclarını aradan qaldırsın ki, gələcəkdə onların da bolluğu sizin ehtiyacınızı aradan qaldırsın. Və beləcə bərabərlik olsun. Necə ki, yazılmışdır: “Çox yığanların artığı, az yığanın əskiyi yoxdu” (2 Korinflilərə 8:13-15).AP 249.3

    Altıncı gün xalq adambaşına iki omer yığdı. İcma başçılan Musaya deməyə tələsirdilər ki, nə edilmişdir. O onlara cavab verdi: “Rəbb belə deyir: “Sabah Rəbb üçün təqdis olunan Şənbə - istirahət günüdür. Bu gün bişirdiyiniz hər şeyi bişirin, qaynatdığınız hər şeyi qaynadın, artığı da özünüz üçün səhərə qoyub saxlayın”. Onlar belə etdilər və gördülər ki, qalan qida xarab olmamışdır. “Bu gün o yeməyi yeyin, çünki Rəbb üçün Şənbə günüdür. Bu gün çöldə yemək tapmayacaqsınız. Siz onu altı gün ərzində yığın; yeddinci gün - Şənbə günü o yemək yox olacaq”. Allah tələb edir ki, Onun müqəddəs gününü bu gün qədim İsraildəki kimi müqəddəs tutsunlar. Bütün məsihçilər Tanrının ibranilərə etdiyi əmrlərini onlara da aid olan göstərişlər kimi qəbul etməlidirlər. Şənbə ərəfəsində bütün günü qarşıdakı müqəddəs saatlara hazırlıq kimi həsr etmək lazımdır. Bu müqəddəs vaxtda gündəlik işlərlə məşğul olmaq lazım deyildir. Allah əmr etmişdir ki, xəstələrin və əzab çəkənlərin qayğısına qalaq; onların vəziyyətlərinin yaxşılaşdırılması üçün görülən bu iş şənbənin pozulması demək deyildir, bu, xeyirxah əməldir. Lakin zəruri olmayan bütün başqa işləri təxirə salmaq lazımdır. Çoxları hazırlıq günü qurtara biləcəkləri kiçik işləri ehtiyatsızlıqla şənbənin əvvəlinə qədər saxlayırlar. Belə olmamalıdır. Şənbənin əvvəlinə qədər görülməmiş işləri şənbə qurtarana qədər təxirə salmaq lazımdır. Şənbəyə bu cür münasibət qayğısız məsihçilərə öz işlərinə altı iş günü ərzində diqqətb yanaşmaqda kömək edə bilər.AP 250.1

    İsrail xalqının uzun səfər illəri ərzində hər həftə insanlar səhrada üçqat möcüzə görürdülər, bu möcüzə onların idraklarında şənbə gününün müqəddəsliyini həkk etməli idi: altıncı gün manna ikiqat miqdarda tökülürdü; yeddinci gün manna düşmürdü və şənbə üçün zəruri olan hissə təzə və şirin qalırdı, başqa günbr isə onu çox saxlayanda o, xarab olurdu və qida üçün yaramırdı.AP 250.2

    Manna ilə bağlı olan hər şeydə biz bunun qəti sübutunu görürük ki, şənbə, çoxlarının sübut etməyə çalışdığı kimi, Sinada verilən qanunla eyni vaxtda tətbiq edilməmişdir. İsraillibr Sinaya gəlməzdən çox əvvəl artıq başa düşmüşdübr ki, şənbə onlar üçün məcburidir. Mannanın yağmayacağı şənbə gününə hazırlaşmaq üçün hər cümə ikiqat ölçüdə manna yığmaq vəzifəsi onların idraklarında istirahət gününün müqəddəs mahiyyətini həkk edirdi. Bəziləri şənbə günü manna yığmağa gedəndə isə Rəbb soruşdu: “Nə vaxta qədər əmrlərimə və təlimatlarıma itaət etməkdən boyun qaçıracaqsınız?”AP 250.3

    “İsrail övladları qırx il ərzində əhalisi olan Kənan ölkəsinin sərhədinə gələnə qədər manna yedilər”. Qırx il ərzində xalqın hər gün manna ilə möcüzəli şəkildə doyurulması onlara Allahın dəyişməz qayğısını və zərif məhəbbətini xatırladırdı. Zəbur oxuyanın sözlərinə görə Allah onlara “göylərin taxılı”nı verirdi. “İnsan mələklərin çörəyindən yedi”. “Göylərin taxılı” ilə qidalanaraq insanlar hər gün öz şəxsi təcrübələrində dərk etdilər ki, Allah əhdinə malik olmaqla, Kənanın məhsuldar düzlərində onları dalğalanan çörək zəmilərinin əhatə etdiyi kimi, bütün zəruri şeylərlə təmin olunacaqlar.AP 251.1

    İsraili doydurmaq üçün göydən düşən manna dünyaya həyat vermək üçün göndərilənin simvolu idi. İsa demişdir: “Mən Həyat çörəyiyəm. Atalarınız səhrada manna yedilər və öldülər. Göylərdən gələn çörək isə elədir ki, onu yeyən ölməz. Mən göydən enmiş olan, həyat bəxş edən çörəyəm; əgər bir adam bu Çörəkdən yeyərsə, əbədi yaşayacaqdır. Dünyanın həyatı üçün verəcəyim çörək də Öz ətimdir” (Yəhya 6:48-51). Allah xalqına əbədi həyat xeyir-duaları əhdləri arasında yazılmışdır: “Qalib gələnə gizli saxlanan manna verəcəyəm” (Vəhy 2:17).AP 251.2

    İsraillilər Sin səhrasını tərk edəndən sonra, onlar Rəfidimdə yerləşdilər. Orada su yox idi və onlar yenidən İlahi qabaqgörənliyə etibarsızlıqlarını ifadə etdilər. Öz korluqları və özlərinə arxayınçılıqları ilə onlar Musanın yanına gəlib tələb etdilər: “Bizə içməyə su verin”. Lakin onun səbri ona xəyanət etmədi. “Niyə mənimlə münaqişə edirsiniz? Nə üçün Rəbbi sınayırsınız?” Onda onlar hiddətlə qışqırdılar: “Axı niyə bizi Misirdən çıxartdın? Bu bizi, oğullarımızı və heyvanlarımızı da susuzluqdan öldürmək üçündürmü?” Rəbb onların bütün ehtiyaclarını səxavətlə ödəyəndə onlar öz imansızlıqlarını və şikayətlərini xəcalətlə xatırlayaraq, gələcəkdə həmişə Ona etibar etməyi vəd edirdilər; lakin tezliklə öz vədlərini unudurdular və elə birinci sınaqdaca imansızlıq göstərirdilər. Onları aparan bulud sütunu onlara dəhşətli sirr kimi görünürdü. “Bəs Musa - o kimdir?” - onlar soruşurdular, - “Bizi Misirdən çıxardanda o nə məqsəd güdürdü?” Onların qəlblərini şübhə və imansızlıq doldururdu və onlar dikbaşlıqla onu ittiham edirdilər ki, o, onların özlərini və uşaqlarını acından qırıb, sonra onların bütün əmlaklarına özü sahib olmaq istəyir. Qəzəbdən və hiddətdən coşaraq onlar onu daşa basmağa hazır idilər.AP 251.3

    Musa ümidsizliklə Allaha fəryad etdi: “Axı man bu xalq ilə nə edim?” Ona əmr edildi ki, İsrailin ağsaqqallarını və Misirdə möcüzələr etdiyi əsanı götürsün və xalqın qarşısına çıxsm. Rəbb ona dedi: “Orada -Xorevdəki qayanın üstündə Mən sənin önündə dayanacağam. Zərbə ilə qayaya vur və oradan xalq üçün içməli su çıxacaq”. O itaət etdi və bolluca su axdı. Musaya əsanı qaldırıb, bu murdar şikayətin üsyankar qızışdırıcılarını misirdəkilər kimi dəhşətli bəlalara düçar etməyi əmr etmək əvəzinə, Allah Öz böyük mərhəməti sayəsində əsanı onların qurtuluş vasitəsi etdi.AP 252.1

    “Çöldə qayaları yannışdı, içsinlər deyə, ümman kimi bol su çıxarmışdı. Qayadan sulan çıxarmışdı sel kimi, bu suları çaylar kimi axıtmışdı” (Məzmur 78:15,16). Musa qayaya zərbə vurdu, lakin onun yanında bulud sütununda gizlənmiş Allah Oğlu dayanmışdı, O elə elədi ki, həyatverici su axdı. Yalnız Musa və ağsaqqalar deyil, uzaqda dayananların hamısı da Rəbbin şöhrətini gördülər, lakin bulud çəkilsəydi, onlar bu buludla əhatə olunan Zatdan çıxan güclü parıltıdan ölərdilər.AP 252.2

    Xalq susuzluqdan deyinərək Allahı qəzəbləndirirdi: “Görəsən Rəbb aramızdadır, ya yox”, “əgər Allah bizi bura gətiribsə, nə üçün O, bizə çörək verdiyi kimi su da vermir?” Bu cür imansızlıq göstərmək cinayət idi və Musa ehtiyat edirdi ki, onlar Allahın cəzasma düçar olsunlar. O, bu yeri onların günah etmələrinin xatirəsi olaraq “Massa” - “qəzəb” və “Meriva” - “danlaq” adlandırdı.AP 252.3

    İndi onlan yeni təhlükə hədələyirdi. Rəbbə qarşı şikayət ona gətirib çıxardı ki, O, onları düşmənlərin hücumuna məruz qoydu. O yerlərdə yaşayan quduz, döyüşkən qəbilə olan amaleqlilər onlara qarşı çıxdılar və zəiflikdən, yorğunluqdan ləngiyərək geridə qalanları məhv etdilər. Musa bilirdi ki, xalq döyüşə hazır deyildi və Yeşua əmr etdi ki, müxtəlif soylardan cəsur döyüşçüləri seçsin və sabah o, əlində Allah əsası hündür yerdə duranda, onlarla birlikdə düşmənə hücum etsin. Sabahısı gün Musa, Harun və Xur təpəyə qalxaraq döyüş meydanına baxanda Yeşu öz adamları ilə birlikdə amaleqlilərə hücum etdi. Musa sağ əlində Allah əsasını tutaraq əllərini göyə qaldırıb dua edirdi ki, Rəbb israillilərə müvəfəqiyyət bəxş etsin. Döyüş vaxtı məlum oldu ki, Musanın əlləri yuxarıdan aşağı salan kimi amaleqlilər üstün gəlirdilər. Musa yorulanda Harun və Xur iki tərəfdən onun əllərini gün batana və düşmən qaçmağa üz qoyana kimi saxladılar.AP 252.4

    Musanın əllərini saxlamaqla Harun və Xur xalqa xatırlatdılar ki, onlann vəzifəsi - Musa Allahdan tapşınq alıb onlara çatdırana qədər çətin missiyasında ona dayaq olmaqdır. Musanın bu hərəkəti böyük mənaya malik idi, bu onu göstərirdi ki, onların taleyi Allahın əlindədir; nə qədər ki onlar Allaha arxalanacaqlar, O, onların uğrunda mübarizə edəcəkdir və onların düşmənlərini məğlub edəcəkdir; lakin öz gücbrinə güvəndikdə, onlar hətta Allahı tanımayanlardan da zəif olacaqlar və düşmənləri onlara üstün gələcək.AP 253.1

    Musanın əlləri göyə qalxmış olanda və o onlar üçün xahiş edəndə ibranilər necə qalib gəlmişdilərsə, Allah İsraili də öz imanı ilə qüdrətli Müdafıəçinin gücünə arxalananda eləcə qalib gələcəkdir. Lakin İlahi güc insan səyləri ilə möhkəmbnməlidir. Musa inanmırdı ki, əgər İsrail fəaliyyət göstərməsə, Allah onların düşmənlərinə qalib gələcəkdir. Böyük rəhbər Rəbbə yalvardığı zaman Yeşua öz cəsur döyüşçüləri ilə İsrailin və Allahın düşmənlərinin hücumlarını dəf etməyə çalışırdı.AP 253.2

    Amaleqlilərin məğlubiyyətindən sonra Allah Musaya əmr etdi: “Bunu xatirə olaraq kitaba yaz, Yəşuanın qulağına çatdır ki, Mən Amaleqin adını büsbütün yer üzərindən sibcəyəm” (Çıxış 17:14). Böyük rəhbər ölümqabağı öz xalqına təntənəli tövsiyə verdi: “Misirdən çıxanda Amaleqlilərin yolda sizə nə etdiyini yada salın. Siz yorulub əldən düşərkən onlar yolda sizə hücum etdilər, arxada qalan bütün gücsüzləri qırdılar, Allahdan qorxmadılar... Amaleqlilərin xatirəsini silin və bunu unutmayın” (Qanunun təkrarı 25:17-19). Bu allahsız xalq haqqında Rəbb demişdir ki, “Rəbbin taxtına doğru əl uzadılırdı. O, nəsildən-nəslə Amaleqlibrə qarşı döyüşəcəkdir” (Çıxış 17:16). Amaleqlibr Rəbbin qüdrəti, yaxud Onun ali hakimiyyəti haqqında xəbərsiz deyildilər, lakin onlarda Allah qorxusu yox idi, onlar Onun qüdrətinə qarşı durmağa cəsarət etmişdibr. Musanın Misirdə etdiyi möcüzəbrə amaleqlilər lağ edirdibr və onlar ətraf xalqlann qorxusuna rişxənd edirdilər. Onlar öz allahlarına and içmişdilər ki, ibranilərin hamısını məhv edəcəkbr və dikbaşlıqla bildirmişdilər ki, İsrailin Allahı onlara mane ola bilməyəcək. İsraillilər onları təhqir etməmişdilər və hücumla hədələmirdilər. İsrail xalqı sövq edildiyi döyüşün səbəbkarı deyildi. Lakin amaleqlilər Allaha və Onun xalqına nifrətlə alışaraq, Onun xalqını məhv etməyi qərara aldılar.AP 253.3

    Amaleqlilərin günahlarınm dikbaşlığı çox uzun sürmədi, onların cinayətləri qisas üçün Allaha fəryad edirdi, lakin Öz mərhəməti sayəsində Allah onları tövbəyə çağırdı, amma Amaleq adamları yorğun və müdafıəsiz adamlara hücum edəndə bu xalqın taleyi həll olundu. Allahın ən zəif övladları Onun qayğısı ilə əhatə olunmuşlar. Onlara qarşı edilən heç bir qəddar hərəkət, yaxud zorakılıq Göylərin nəzərindən qaçmır. Allahın əli, qalxan kimi, Onun sevən və Ondan qorxan hər bir kəsin üzərindədir; buna görə də insanlar bu Ələ zərbə endirməkdən ehtiyat etməlidirlər, çünki O, ədalət qılıncı tutur. İsraillilərin indi düşərgə saldıqları yerin yaxınlığında Musanın qayınatası Yetro yaşayırdı. O, ibranilərin qurtuluşu haqqında eşitmişdi və indi onları görməyə və Musanın arvadını və iki oğlunu ona qaytarmağa çıxmışdı. Böyük rəhbər onların yaxınlaşdığını bilirdi və sevinclə onları qarşılamağa çıxdı, görüşdükdən sonra onları öz çadırına apardı. İsrail xalqının Misirdən çıxması ilə bağlı olan təhlükələrlə üzləşərək Musa öz ailəsini qayınatasının yanına göndərmişdi, lakin indi o yenidən ailə ocağının istisindən həzz ala bilərdi. Musa Yetroya danışdı ki, Allah İsraili möcüzəli surətdə necə xilas etdi, bu xəbərlər ulu qəbilə başçısını çox sevindirdi və o, Rəbbə şükür etdi, Musa və ağsaqqallarla birlikdə qurban gətirdi və Allah mərhəmətinə xatirə olaraq təntənəli məclis qurdu.AP 254.1

    Düşərgədə qalarkən Yetro tezliklə gördü ki, Musanın üzərinə necə ağır vəzifələr düşür. Bu qədər çoxsaylı, nadan və özbaşına xalqın arasında-qayda-qanunu saxlamaq və onları idarə etmək həqiqətən çətin iş idi. Musa onların tanınmış rəhbəri və hakimi sayılırdı, o, yalnız xalqın maraqları və işləri ilə məşğul olmurdu - həm də müxtəlif anlaşılmazlıqlar və xoşagəlməz hadisələrə görə də onun yanına gəlirdilər. O, onları ona görə qəbul edirdi ki, bu ona onları öyrətmək imkanı verirdi, necə ki o deyirdi: “Allahın qayda-qanunlarını da onlara bildirirəm”. Lakin Yetro buna etirazını bildirib dedi: “Axı bu iş sənin üçün ağırdır, onu təkbaşına edə bilməzsən”. ” sən... üzülərsən” - o dedi və Musaya məsləhət gördü ki, layiqli adamlar seçsin və onları minbaşı, yüzbaşı və onbaşı qoysun. Onlar “bacarıqlı, Allahdan qorxan, həqiqət axtaran, haqsız qazanca nifrət edən adamlar” olmalı idilər. Onlar bütün çox çətin olmayan işləri araşdırmalı idilər, daha çətin və ciddi sualları isə Musanın baxması üçün saxlamalı idilər. Qayınatasının dediyi kimi Musa xalqın gözlərində “Allahın hüzurunda dayanan” olmalı idi və işləri Allaha təqdim etməli idi, Allahın şəriətini və qanunlarını onlara öyrətməli idi, onların getməli olduqları yolu və etməli olduqlan işləri onlara göstərməli idi. Bu məsləhət qəbul edildi və nəinki Musanın həyatını yüngülləşdirdi, həm də daha dəqiq intizam yaranmasına kömək etdi.AP 254.2

    Rəbb Musanı xüsusi fərqləndirirdi və onun əlləri ilə möcüzələr edirdi; lakin başqalarını öyrətmək üçün seçilməklə bərabər o, hesab etmirdi ki, özünün nəsihətə ehtiyacı yoxdur. İsrailin seçilmiş rəhbəri xeyirxah Midyan kahininin məsləhətlərini sevinclə qəbul etdi və onun müdrikliyini tanıdı.AP 255.1

    İsraillilər bulud sütununun arxasınca gedərək Rəfidimdən öz səfərlərini davam etdirdilər. Onların yolu günəşdən yanmış düzlərdən, hündür təpələrdən və sıldırım qayalardan keçirdi. Tez-tez onlar qumlu səhralan keçəndə dağ silsilələri nəhəng sədlər kimi onların yolunu kəsirdi və elə görünürdü ki, irəli getmək heç cür mümkün deyildir. Lakin yaxınlaşanda onlar dağ divarda qaralan yanqlar tapırdılar, bu yanqların arxasında yeni çöllər uzanırdı. İndi onlar dərin, xırda daşlar səpilmiş dərə ilə gedirdilər. Bu, əzəmətli və təəssürat doğuran səhnə idi. Hər iki tərəfdən göz işlədikcə, yüzlərlə fut yüksələn sıldırımlar arasında israillilərin dəstəsi öz heyvanları ilə canlı axın kimi uzanırdı. Qarşıda təntənəli əzəməti ilə Sina dağı yüksəlirdi. Bulud sütunu onun zirvəsində dayandı və xalq onun ətəyində öz çadırlarını qurdu. Onlar burada bir ilə qədər qaldılar. Gecə odlu sütun İlahi mühafızəyə əmin edirdi, yuxu onların gözlərini örtəndə isə yerə sakitcə səma çörəyi düşürdü.AP 255.2

    Dan ulduzu dağlann qaranlıq şırımlarına nur saçdı və dərin dərələrə sancılan parlaq günəş şüaları, bu yorğun yolçulara Allah taxt-tacından çıxan mərhəmət şüaları kimi görünürdü. Hər iki tərəfdən yüksələn nəhəng zirvə silsilələri öz tənhalıqlan və heyrətamizlikləri ilə sanki sonsuz qüdrət və əzəmətə şəhadət edirdilər. Bu cür şəraitdə şüura müqəddəs qorxu və pərəstiş daxil olurdu. Burada insan “dağları qapanla, təpələri tərəzi ilə gözlərində çəkən” Zatın hüzurunda öz nadanlığım və gücsüzlüyünü etiraf etməyə məcbur olurdu (Yeşaya 40:12). Burada İsrail insanlara nə vaxtsa Allah tərəfındən verilən vəhylərin ən möcüzəlisini almalı idi. Burada Rəbb Öz xalqını toplamışdı ki, Öz səsi ilə qanununu elan edib, onun tələblərinin müqəddəsliyini insanların şüuruna həkk etsin. Onlarda böyük əsaslı dəyişikliklər baş verməli idi - axı köləlik və uzun müddət bütpərəstlərin arasında olmaq onların qəlblərində öz izlərini salmışdı. Allah onlara Özü haqqında bilik verməklə onları yüksək mənəvi səviyyəyə qaldırmağa çalışırdı.AP 255.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents