Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    27-ci fəsil
    İSRAİLƏ VERİLƏN QANUN

    (Bu fəsil Çıxış Kitabının 19-24-cü fəsillərinə əsaslanır)

    İsrail Sina yaxınlığında düşərgə salandan tezliklə sonra Allahla görüşmək üçün Musa dağa çağırıldı. O təkbaşına hündür daşlı cığırla Tanrının olduğu yeri göstərən buluda tərəf qalxdı. İndi İsrail Uca Tanrı ilə six və xüsusi münasibətlərə girməli idi ki, Allah tərəfindən idarə olunan cəmiyyət və xalq kimi Allahın təbəəsi olsun. Musa vasitəsilə Rəbb xalqa dedi:AP 257.1

    “Misirlilərə nələr etdiyimi, sizi qartal qanadlarında daşıdığım kimi yanıma gətirdiyimi siz özünüz gördünüz. İndi isə əgər sözümə diqqətlə qulaq asıb, əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız. Bütün yer üzü Mənimdir; siz isə Mənim üçün kahinlik edən müqəddəs millət olacaqsınız”.AP 257.2

    Düşərgəyə qayıdaraq və İsrailin ağsaqqalarını toplayaraq, Musa İlahi xəbərin sözlərini onlara təkrar etdi. Onlar isə ona cavab verdilər: “Rəbbin bütün söylədiklərinə əməl edəcəyik”. Beləliklə, Allahı öz hökmdarları olaraq qəbul etməyi vəd etməklə və deməli, sözün xüsusi mənasında Onun təbəələri olmaqla, onlar Allahla təntənəli əhd bağladılar.AP 257.3

    İsrail xalqının rəhbəri yenidən dağa qalxdı və Allah ona dedi: “Budur mən sənin yanına qatı buludda gəlirəm, qoy xalq səninlə danışdığımı eşidib sənə daim inansın”. İsraillilər yolda çətinliklərlə qarşılaşdıqda Musaya və Haruna qarşı gileylənməyə başladılar və onları bunda ittiham etdilər ki, israilləri məhv etmək üçün onları Misirdən çıxarmışdılar. Rəbb Musaya ehtiram göstərmək istəyirdi ki, insanlar ona və onun verməli olacağı tövsiyələrə etibar etsinlər.AP 257.4

    Allah Öz qanununu qeyri-adi şəraitdə təqdim etmək istəyirdi ki, əzəmətli təntənə bu qanunun yüksək mahiyyətinə uyğun gəlsin. Xalqın şüuruna həkk etmək zəruri idi ki, Allaha xidmətlə bağlı olan hər şeyə böyük pərəstişlə yanaşmaq lazımdır. Rəbb Musaya dedi: “Xalqın yanına get. Bu gün və sabah onları təqdis et. Qoy paltarlarını da yusunlar. Üçüncü günə hazır olsunlar, çünki üçüncü gün bütün xalqın gözü qarşısında Rəbb Sina dağı üzərinə enəcək”. Bu günlər ərzində hamı Allahın önünə çıxmaq üçün təntənəli surətdə hazırlaşmalı idi. Həm bədənləri, həm də paltarları təmiz olmalı idi. Musa onlara günahlarını göstərməli olacağı üçün onlar itaətlə, orucla və dua ilə öz qəlblərini hər cür qanunsuzluqdan təmizləməli idilər. Əmrə əsasən deyilən hazırlıqlar edildi və sonrakı əmrlərə itaət edərək Musa dağı təcrid etməyi əmr etdi ki, nə bir insan, nə də bir heyvan müqəddəs sərhədləri keçməsin. Əgər kimsə heç olmasa dağa toxunmağa cəsarət etsəydi, o an ölərdi.AP 258.1

    Üçüncü gün səhər hamının nəzəri dağa yönələndə insanlar gördülər ki, onun zirvəsi six buludla örtülmüşdür, bütün dağ qeyri-adi sirli zülmətə qərq olana qədər bu bulud getdikcə tutqunlaşdı, qatılaşdı və aşağı endi. Boru səsinə oxşar səs gələrək xalqı Allahla görüşə dəvət edəndə Musa da hamını dağın ətəyinə gətirdi. Qatı zülmətdə şimşəklər parlayırdı və yüksələn zirvələr arasında göy gurlayırdı. “Bütün Sina dağı tüstü içində idi, çünki Rəbb onun üzərinə alov içərisində enmişdi. Bütün dağ kürənin verdiyi tüstü kimi tüstülənirdi, titrəyirdi”. Yığışan bütün hamının gözləri önündə “Rəbbin şöhrəti dağın zirvəsində yandıncı oda bənzəyirdi. Boru səsi də getdikcə güclənirdi”. Allahın hüzurunun görünməsi o qədər dəhşətli idi ki, İsrail xalqı qorxudan titrəyirdi və hamı Rəbbin önündə üzü üstə düşdü. Hətta Musa nida etdi: “Mən böyük qorxu və lərzə içindəyəm” (İbranilərə 12:21).AP 258.2

    Lakin budur, gurultu sakitləşdi, boru səsi daha gəlmədi, yer titrəmədi. Təntənəli sükut hökm sürdü, sonra Allahın səsi eşidildi. Dağda mələklərin arasında dayanan Rəbb qatı qaranlığın arxasından Öz qanununu elan etdi. Musa bu səhnəni təsvir edərək deyir: “Rəbb Sina dağından... şəfəq saçdı, on minlərlə müqəddəs mələklərilə gəldi. Sağ əlində yanar atəş vardı. Ya Rəbb, həqiqətən Sən xalqları sevirsən! Sənin əlindədir müqəddəs mələklər!” (Qanunun təkrarı 33:2,3).AP 258.3

    Tanrı Özünü yalnız dəhşətli Hakim və Qanunverici əzəmətində deyil, həm də Öz xalqının məhrəmətli Himayəçisi kimi göstərdi: “Sizi Misir torpağından, əsarətdən çıxaran Allahınız Rəbb Mənəm”. Artıq onların Bələdçi və Qurtarıcı kimi tanıdıqları, onları Misirdən çıxaran və düşmənlərdən xilas edən, onların önündə dənizdən yol açan və fıronu, onun ordusunu məhv edən, Misirin bütün allahlanndan uca Kəs indi Öz qanununu elan edirdi.AP 259.1

    O zaman elan edilən qanun təkcə ibranilər üçün nəzərdə tutulmurdu. Allah onları bütün dünya üçün müqəddəs miras kimi saxlanmalı olan Öz qanunun gözətçiləri və nəzarətçiləri olmaq şərəfinə layiq gördü. On qanunun prinsipləri bütün bəşəriyyət üçün nəzərdə tutulur, onlar hamı üçün həyatda yol göstərən və rəhbər kimi verilmişdir. On qısa, hər şeyi əhatə edən və şübhəedilməz prinsip insanın Allah və yaxınları qarşısında vəzifələrini ifadə edir və onlar hamısı böyük əsas məhəbbət prinsipinə əsaslanır. “Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün qüvvətinlə və bütün düşüncənlə sev və qonşunu özün kimi sev” (Luka 10:27; bax, həm də Təsniyə 6:4,5; Levillər 19:18). Bu prinsiplər On qanunda geniş təsvir edilmişdir, onları hamı və hər kəs yerinə yetirə bilər.AP 259.2

    “Məndən başqa allahların olmasın”.AP 259.3

    Təkcə Əbədi, Əzəli, yaradılmayan, lakin Özü həyat Mənbəyi olan, hər şeyi Yaradan Tanrının ən yüksək hörmətə və səcdəyə hüququ var. Yalnız Uca Tann bəşər məhəbbətinin və yaxud xidmətinin diqqət mərkəzi ola bilər. öz qəlbimizi başqa bir şeyə verəndə biz bununla özümüzü Rəbdən ayırırıq, Ona lazımi xidmət etmirik və ilahilikdən kənar şeylər edirik.AP 259.4

    “Özün üçün heç bir yonma büt, nə yuxarıda - səmada və ya aşağıda -yerdə, nə də yerin dərinliklərinə yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. Belə şeylərə səcdə qılaraq ibadət etmə”AP 259.5

    İkinci əmr ikonalardan, yaxud başqa təsvirlərdən istifadə etməklə həqiqi Allaha səcdə etməyi qadağan edir. Bir çox bütpərəst xalqlar yəqin edirlər ki, onların təsvirləri vasitəsilə səcdə etdikləri allahın yalnız surəti, yaxud da simvoludur, lakin Allah bu cür ibadəti günah sayır. Maddi şeylər vasitəsilə Əbədini təsvir etmək cəhdbri insanın Allah haqqında təsəvvürünü alçaldır. Tanrının nəhayətsiz kamilliyindən yayınan şüur Yaradandan çox yaranana bağlanacaqdır. İnsanın Allah haqqındakı təsəvvürü alçaldıqca, insan özü də cırlaşmağa başlayacaqdır.AP 259.6

    “Mən, sənin Allahın Rəbb, qısqanc Allaham”. Allahın Öz xalqı ilə yaxın və müqəddəs əlaqəsi simvolik olaraq nikah telləri ilə təsvir edilmişdir. Bütpərəstlik mənəvi xəyanət olduğu üçün Rəbbin bu münasibətlə narazılığı da uyğun surətdə qısqanclıq adlanır.AP 260.1

    “Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm”. Övladlar öz valideynbrinin günahlarının nəticələri üzündən mütləq iztirab çəkirbr, lakin onlar öz valideynbrinin günahlarında iştirak etdikləri hallar istisna olmaqla, onları öz valideynlərinin günahları üçün cəzalandırmırlar. Lakin uşaqlar adətən valideynlərinin izləri ib gedirbr. İrsiyyət üzündən və şəxsi nümunə sayəsində oğullar öz atalarınm günahlarının iştirakçılan olurlar. Murdar vərdişlər, pozğun zövqbr, mənəviyyatsızlıq da fıziki qüsurlar və eybəcərlikbr kimi irsən atadan oğula və üçüncü, dördüncü nəslə qədər keçir. Bu dəhşətli həqiqət insanlara günahkar həyat tərzindən əl çəkməkdə kömək etməlidir.AP 260.2

    “Məni sevib əmrlərimə əməl edənbrin isə minlərlə nəslinə məhəbbət göstərərəm”. İkinci qanun yalançı allahlara səcdə etməyi qadağan etməklə həqiqi Allaha səcdənin zəruri olduğunu göstərirdi. Ona nifrət edənbrin cəzası yalnız üçüncü və dördüncü nəslə qədər vəd edilir, Ona xidmətdə sadiq olanlara mərhəməti isə üçüncü və dördüncü nəslə qədər deyil, minlərlə nəsil vəd edir.AP 260.3

    “Allahın adını boş yerə ağzına alma, çünki Rəbb Onun adını boş yerə ağzına alanı cəzasız qoymaz”.AP 260.4

    Bu qanun yalnız yalançı vədləri və insanların Allah adı ib danışdıqları adi sözbri qadağan etmir, həm də dəhşətli mənası haqqında fikirbşmədən Rəbbin adını ehtiyatsızlıqla, yaxud yüngülcəsinə çəkməyi qadağan edir. Biz düşüncəsizcəsinə Allahın adını söhbətdə yad edəndə də, hər hansı bir əhəmiyyətsiz işlərdə Onu şahid çağıranda da, tez-tez Onun adını yersiz təkrar edəndə də Allaha şərəfsizlik göstəririk. “İsmi müqəddəsdir və zəhmlidir” (Məzmur 111:9). Biz hamımız Allahın əzəməti, paklığı və müqəddəsliyi haqqında düşünməliyik ki, qəlbimizlə Onun alicənablığını dərk edək, Onun müqəddəs adını pərəstiş və təntənə ilə çəkmək lazımdır.AP 260.5

    “Şənbə gününü yadda saxlayıb təsdiq et. Altı gün çalışıb bütün işlərini gör. Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qaravaşın, heyvanların, yanında yaşayan yadellin də heç bir iş görməsin. Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı”. Şənbə burada yeni qərar kimi deyil, yaradılış zamanı təsdiq edilən gün kimi təsvir edilir. Biz bu günü yadda saxlamalıyıq və Yaradanın işlərinin xatirəsi kimi ona riayət etməliyik. Şənbə Allahı göyün və yerin Yaradıcısı göstərməklə, bizə həqiqi Allahı və bütün yalançı allahları fərqləndirməyi öyrədir. Yeddinci günə riayət edənlərin hamısı bununla sübut edirlər ki, onlar Tanrının pərəstişkarlarıdırlar. Beləliklə yer üzündə Allaha ibadət edənlər olana qədər Şənbə insanın Allaha sədaqətinin əbədi əlaməti kimi qalacaqdır. Dördüncü qanun özündə Qanunvericinin adını və titulunu saxlayan yeganə qanundur. Bu, Qanuna vurulan Allah möhürüdür, onun doğruluğunun və toxunulmazlığının zəmanətidir.AP 261.1

    Allah zəhmət üçün insana altı gün vermişdir və tələb edir ki, insanlar öz işlərini bu altı iş günündə yerinə yetirsinlər. Şənbə günü yalnız şəfqət və ehtiyacı olan işlər görülür. Xəstələrə və iztirab çəkənlərə həmişə qulluq etmək lazımdır, lakin artıq işdən çəkinmək lazımdır. “Şənbə günündə büdrəməsəniz, Müqəddəs günümdə istədiyinizi etməsəniz, Şənbə gününü “şən gün”, Rəbbin müqəddəs gününü “Şərəfli gün” adlandırsanız, öz yolunuzla getməməklə, istədiyinizi əldə etməməklə, boşboğazlıqla məşğul olmamaqla, o günü əziz tutsanız, Rəblə ünsiyyətdən zövq alacaqsınız...” (Yeşaya 58:13). Şənbə günü öz işlərini müzakirə edənlər, yaxud müxtəlif planlar cızanlar Allahın gözlərində heç də həmin gün həqiqətən işləyənlərdən yaxşı deyillər. Şənbəni müqəddəs bayram etmək üçün biz hətta fıkrən də dünyəvi şeylər üzərində dayanmamalıyıq. Bu qanun bizim evimizdə olan hər kəsə aiddir. Şənbə qurtarana qədər bütün ev əhli öz dünyəvi işlərini təxirə salmalıdırlar. Müqəddəs gündə Ona öz könüllü xidməti ilə Allahı izzətləndirmək üçün hamı bir yerdə birləşməlidir.AP 261.2

    “Ata və anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun”.AP 261.3

    Valideynlər başqa heç kimin istifadə etmədiyi məhəbbət və hörmət hüququna malikdirlər. Allah Özü onlara etibar edilən canların məsuliyyətini onların üzərinə qoymaqla müəyyən etmişdir ki, uşaqların həyatlarının ilk illərində valideynlər onlar üçün Allah əvəzi olsun. Öz valideynlərinin qanuni nüfuzunu inkar edən Allahın nüfuzunu inkar edər. Valideynlərə yalnız hörmət və itaət deyil, həm də onlara məhəbbət, həssaslıq və qayğı, valideynlərin şərəfini qorumağı tələb edir; tələb edir ki, övladlar onlarm ixtiyar yaşlarında onlara kömək və təsəlli olsunlar. Bu qanuna riayət edilməsi həm də xidmətçilərə, rəislərə, Allahın hakimiyyət verdiyi bütün şəxslərə hörməti nəzərdə tutur.AP 262.1

    Həvari deyir: “Bu, daxilində vəd olan ilk əmrdir” (Efeslilərə 6:3). Tezliklə Kənanda məskən salacağını gözləyən İsrail üçün bu qanuna riayət etmək əhd olunmuş torpaqda uzun həyatın zəmanəti idi, lakin o, daha geniş mənaya malikdir və bütün Allah İsrailinə aiddir, bu qanuna əməl edənlərə günahın lənətindən azad olunmuş yerdə əbədi həyat vəd edir.AP 262.2

    “Qətl etmə”.AP 262.3

    Ömrün gödəlməsinə səbəb olan bütün ədalətsiz hərəkətlər; nifrət və qisas ruhu, yaxud başqalarını yaralayan hərəkətlərə aparan istənilən ehtirasa uymaq, yaxud bizi başqalarının pisliyini istəməyə məcbur edən ehtiraslara uymaq (çünki “qardaşına nifrət edən insan qatilidir”); ehtiyacı olanlara, yaxud iztirab çəkənlərə biganə, etinasız münasibət; özünə hər cürə güzəşt, yaxud da əksinə, lazımsız məhdudiyyətlər, yaxud həddindən artıq zəhmətlə sağlamlığı pozmaq - bütün bunlar çox və ya az dərəcədə altıncı qanunun pozulmasıdır.AP 262.4

    “Zina etmə”.AP 262.5

    Bu qanun yalnız çirkin və mənəviyyatsız əməlləri deyil, həm də şıltaq fıkirləri və istəkləri, yaxud da bunların oyanmasına aparan hər cür başqa hərəkətləri qadağan edir. Hər kəsdən yalnız zahiri həyatın deyil, həm də qəlbin ən gizli niyyətlərinin və hisslərinin təmizliyi tələb olunur. İnsanların Allah Qanununda göstərilən vəzifələrini dərindən dərk etməyi öyrədən Məsih demişdir ki, natəmiz fıkir və yaxud baxış da cinayətkar iş kimi günah sayılır.AP 262.6

    “Oğurluq etmə”.
    Bu qadağa həm aşkar, həm də gizli günahlara aiddir. Səkkizinci qanun insanların oğurlanmasını, qul alverini və işğalçı müharibələri mühakimə edir. O, oğurluğu və qarəti mühakimə edir. O, bütün az əhəmiyyətli məişət işlərində tam düzgünlüyü tələb edir. O, ticarətdə fınldaqçılığı qadağan edir və borcların, yaxud da bədbəxtliyindən hər bir mənfəət götürmək cəhdi səma kitablarında aldatma kimi yazılır. “Heç kimə qarşı yalan şahidlik etmə”.
    AP 262.7

    Hər bir yalan, öz yaxınımızı hər bir aldatmaq cəhdi, yaxud niyyəti bu qanuna aiddir. Aldatmaq niyyəti yalan doğurur. Bir baxışla, ani bir hərəkətlə, üzün ifadəsi ilə sözlə olduğu kimi yalan demək olar. Yalançı, yaxud ötəri təəssürat və ya hətta fakt təsviri yaratmaq, anlaşılmazlığa yönəltmək üçün edilən hər bir qəsdən şişirtmə, işarə, yaxud böhtan yalan sayılır. Bu prinsip ya həqiqəti yanlış rəngdə təsvir etməklə, ya əsaslanmamış şübhələrlə, şər atmaqla, yaxud qeybət etməklə yaxınlanmızın adına hər bir ləkə gətirmək cəhdini qadağan edir. Hətta başqalarına ziyan vura bilən qəsdən həqiqəti gizlətmək də doqquzuncu qanunun pozulması deməkdir.AP 263.1

    “Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qaravaşına öküzünə, eşşəyinə - heç bir şeyinə tamah salma”.AP 263.2

    Onuncu qanun qanunsuz əməllərin mənbəyi olan xudbin istəklərdən çəkindirərək bütün günahların kökünü məhv edir. Allah Qanununa itaətlə hətta qəlbində günahkar istəkləri gizlətməkdən ehtiyat edən, başqalarına məxsus olan şeyi istəməyən, yaxınlarına münasibətdə heç bir şərəfsiz iş etməyəcəkdir.AP 263.3

    Böyük Qanunvericinin gücünü və əzəmətini möcüzəli şəkildə ifadə edən, gurultu və od içərisindən səslənən On Qanunun on müqəddəs prinsipi belədir. Allah Qanununun elan edilməsi Onun gücünün və şöhrətinin belə qüdrətli təzahürü ilə ona görə müşayiət edilirdi ki, xalq bunu heç zaman unutmasın, insanlar qanunu Yaradana, göyü və yeri Yaradana dərin hörmtlə dolsunlar. Allah həm də insanlara Öz qanununun müqəddəsliyini, vacibliyini və sarsılmazlığını göstərmək istəyirdi.AP 263.4

    Bütün İsrail xalqını dəhşət bürüdü. Elə gəlirdi ki, titrəyən ürəklər daha Onun sözünün qüdrətli gücünə dözməyəcəklər. Çünki həqiqətin böyük tərəzi insanların önündə dayananda onlar əvvəllər heç vaxt olmadığı kimi - günahın murdar xarakterini dərk etdilər və Allahın gözləri önündə öz günahlarını gördülər. Onlar dəhşət və pərəstişkar qorxu içərisində dağdan sıçradılar. Xalqın çoxu Musaya fəıyad etdi: “Sən danış, biz də eşidək. Qoy Allah bizimlə danışmasın, yoxsa ölərik”. Lakin israillilərin rəhbəri cavab verdi: “Qorxmayın, Allah ona görə gəlib ki, sizi sınağa çəksin və sizin günah etməməyiniz üçün, Onun qorxusu qarşınızda olsun”. Lakin xalq aralıda qalaraq o vaxt baş verən bütün şeylərə qorxu ilə baxanda, Musa “Allahın olduğu qatı qaranlığa yaxınlaşdı”.AP 263.5

    Köləlik və bütpərəstliklə korlaşan və əzilən insanlar Allahın On Qanununun dərin prinsiplərini tam dəyəri ilə qiymətləndirməyə hazır deyildilər. On Qanunun təbblərini onların daha tam dərk etmələri üçün və onları öz həyat qaydaları edə bilmələri üçün əlavə qərarlar verildi, bunlar On Qanunun prinsiplərinin tətbiq edilməsini izah edirdibr. Bu qanunları məhkəmə adlandırırdılar: birincisi, ona görə ki, onlar hədsiz müdrikliyə və ədalətliliyə bürünmüşdübr və ikincisi, ona görə ki, hakimbr xalqı onlara əsasən mühakimə etməli idilər. On Qanundan fərqli olaraq onlar şəxsən Musaya verilmişdilər, Musa isə öz növbəsində onlan xalqa bildirməli idi.AP 264.1

    Bu qanunlardan birincisi qullara aid idi. Bəzən qədimlərdə cinayətkarlar hakimbr tərəfındən qul kimi satılırdılar; bəzi hallarda sələmçilər öz borclulannı satırdılar; yoxsulluq isə insanları hətta özbrini, yaxud öz uşaqlarını satmağa məcbur edirdi. Lakin ibrani ömürlük qul kimi satıla bilməzdi. Onun qulluq müddəti altı ilb məhdudlaşırdı, yeddinci il isə o, azadlıq əldə edirdi. İnsanların oğurlanması, qəsdən öldürmə, valideyn nüfuzuna qarşı üsyan ölümlə cəzalanmalı idi. Mənsubiyyətcə israilli olmayan qullara malik olmağa icazə verilirdi, lakin onların da həyatı və hüquqları ciddi qorunurdu. Qulun qatili cəzalanmalı idi; qula vurulan zərər, bir dişinin itirilməsi də olsa, qula azad olmaq hüququ verirdi.AP 264.2

    İsraillibr özləri keçmişdə köbliyi görmüşdülər və indi, şəxsi qullara malik olaraq, onlar həssaslıq göstərməli idilər, qullarla münasibətdə, nə vaxtsa Misir nəzarətçibrinin sərəncamında olarkən, üzündən iztirab çəkdikləri qəddarlığa, həddindən artıq təbbkarlığa yol verməməli idibr. Köləlikdə keçən ağır zaman haqqında xatirə onlarda mərhəmət, xeyirxahlıq və özlərinə nə cür münasibət istəyirdilərsə, başqalarına da o cür münasibət oyatmalı idi.AP 264.3

    Dulların və yetimbrin hüquqları xüsusib qorunurdu, onların köməksiz vəziyyətinə həssas münasibət tələb olunurdu. “Əgər bunlardan birinə əziyyət versəniz və o Mənə fəryad etsə, Mən hökmən fəryadını eşidəcəyəm və qəzəbbnib sizi qılıncdan keçirəcəyəm. Arvadlarınız dul, uşaqlannız isə yetim qalacaqlar”. İsrailə qoşulan qəriblər də zülm və haqızlıqdan müdafıə olunmalı idilər. “Qərib adama nə haqsızlıq, nə də zülm etməyin, çünki siz özünüz də Misir ölkəsində qərib idiniz”.AP 264.4

    Yoxsullardan faiz almaq qadağan olunurdu. Yoxsuldan girov götürülmüş paltar, yaxud yorğan gün batana qədər qaytarılmalı idi. Oğurluqda günahlandırılan ikiqat qaytarmalı idi. Qanun hakimlərə qeyri-düzgün mühakimə etməyi, ədalətsiz əməllərə haqq qazandırmağı, yaxud rüşvət götürməyi qadağan edirdi. Böhtan, şər atmaq da qadağan olunurdu və qanun hətta şəxsi düşmənlərlə münasibətdə də iltifat tələb edirdi.AP 265.1

    Şənbəyə münasibətdə müqəddəs borc haqqında xalqa yenidən xatırlatdılar. İllik bayramlar tətbiq edildilər, bu bayramlarda bütün ərlər Rəbbin önündə toplaşmalı idilər, Ona şükranlıq qurbanları və məhsul nübarları gətirməli idilər. Bütün bu göstərişlərin məqsədi aydın idi: onlar despotik hakimiyyətin ifadəsi deyildilər, ancaq İsrailin xeyrinə xidmət edirdibr. Rəbb demişdir: “Mənim üçün müqəddəs xalq olun” - müqəddəs Allah tərəfındən tanınmağa layiq insanlar.AP 265.2

    Musa bu qanunlan yazmalı və onları On Qanunun izahı kimi, verilən milli qanunun əsası kimi On Qanunla birlikdə diqqətlə qorumalı idi. İsraib İlahi əhdlərin yerinə yetirilməsi şərtləri bu cür qurulmuşdu.AP 265.3

    Sonra onlara Tanrının sözbrini çatdırdılar: “Budur, Mən yolda səni qorumaq və hazırladığım yerə gətirmək üçün qarşında bir mələk göndərirəm. Onun hüzurunda ehtiyatlı ol və səsinə qulaq as. Ona qarşı üsyan qaldırma, O asiliyinizi bağışlamaz, çünki Mənim adım onun üzərindədir. Əgər Onun səsinə qulaq asıb dediyimə əməl etsəniz, onda Mən sizin düşmənlərinizə düşmən, yağılarınıza isə yağı olacağam”. İsrailin səhrada bütün səfəri ərzində Məsih bulud və od sütununda onların rəhbəri oldu. Simvollarda gəbcək Xilaskar kimi təsvir olunan, artıq onda onların qəlbində idi. O, bunu Musaya əhdində xəbər vermişdi və onlar üçün xeyir-duanın Yeganə Mənbəyi idi.AP 265.4

    Dağdan enərkən Musa “Rəbbin bütün sözlərini və hökmbrini xalqa nəql etdi. Bütün xalq bir səslə cavab verib dedi: Rəbbin söybdiyi sözlərin hamısına əməl edəcəyik”. Bu əhd onları itaət etməyə borclu edən Rəbbin sözləri ilə birlikdə Musa tərəfindən kitaba yazıldı.AP 265.5

    Sonra əhd təsdiqbndi. Dağın ətəyində qurbangah quruldu və onun yanında “israilin on iki qəbiləsinə görə” on iki sütun yerləşdirdilər, bu sütunlar onlar tərəfındən əhdin qəbul edilməsinə şəhadət edirdi. Sonra xidmət üçün seçibn gəncbr qurban gətirdilər.AP 266.1

    Qurbangahı qurban qanı ilə çilədikdən sonra Musa “əhd kitabını əlinə alıb xalqa ucadan oxudu”. Bebliklə, əhdin şərtləri təntənəli surətdə yenidən səsləndi və hamı onları seçməkdə, yaxud rədd etməkdə azad idi. Onlar hələ əvvəlcə Allahın sözünə itaət etməyi vəd etmişdilər, bu qanunun prinsipləri çox ətraflı izah olunmuşdu ki, insanlar əhdin mahiyyətini yaxşı təsəvvür etsinlər. Yenidən bütün xalq bir səslə elan etdi: “Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq!”. “Çünki Musa, Müqəddəs Qanuna görə hər əmri bütün xalqa elan etdikdən sonra su, tünd qırmızı yun və zufa otu ilə dana və keçilərin qanını götürüb, həm kitabın özünə, həm də bütün xalqın üstünə çiləyərək dedi: “Allahın sizə buyurduğu əhdin qanı budur” (İbranilərə 9:19,20).AP 266.2

    İndi müəyyən addımlar atmaq lazım idi ki, seçilmiş xalqın üzərində Tanrının idarəsini onun Padşahı kimi qəti təsdiq etsin. Musa əmr aldı: “Sən, Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfər Rəbbin yanına çıxın. Uzaqdan səcdə edin. Sonra yalnız sən, ey Musa, Rəbbin hüzuruna yaxınlaş”. Xalq dağın ətəyində səcdə etdiyi vaxt seçilmiş ərlər dağa qalxdılar. Bu yetmiş ağsaqqal Musaya İsraili idarə etməkdə kömək etməli idibr və Allah onları Öz Ruhu ib doldurdu və onları Onun qüdrətini və şöhrətini görməyə layiq etdi. “İsrailin Allahını gördübr. Onun ayaqları altında göy yaqutdan döşəmə kimi, səmaya bənzər aydın bir şey var idi”. Onlar Allahı deyil, Onun hüzurunun şöhrətini gördübr. O vaxta qədər onlar o mənzərəyə dözmək iqtidarında deyildibr, lakin İlahi qüdrətin təzahürü onları tövbəyə gətirdi; onlar Onun şöhrətini, paklığını, mərhəmətini gördübr və nəhayət, onların düşüncəbrinin diqqət mərkəzi olan Zata yaxınlaşa bildibr.AP 266.3

    İndi Musa və onun xidmətçisi Yeşua dağa çağırıldılar ki, Rəblə görüşsünlər. Onlar bir müddət olmayacaqları üçün Musa öz əvəzinə Harunu və Xuru təyin etdi, ağsaqqallar da onlara kömək edirdilər. “Musa... dağa çıxdı. Bulud dağı bürüdü. Rəbbin izzəti Sina dağının üstündə məskən saldı”. Allahın hüzurunun xüsusi əlaməti olaraq altı gün ərzində bulud dağı örtdü; lakin bütün bu vaxt ərzində O, Özünü göstərmədi və Öz iradəsi haqda heç nə bildirmədi. Uca Tanrı onu çağırana qədər Musa səbirlə gözlədi. Ona deyildi: “Mənim yanıma dağa çıx”, onun səbri və itaəti sınağa məruz qalsa da, yenə də intizar onu yormurdu və o, öz mövqeyini tərk etmirdi. Bu intizar vaxtı onun üçün hazırlıq və özünü diqqətlə yoxlama vaxtı idi. Hətta Allahın bu sevimli qulu Ona birbaşa yaxınlaşa bilməzdi və Onun şöhrətinin əzəmətinə dözə bilməzdi. öz Yaradanı ilə birbaşa ünsiyyətə girə bilməkdən əvvəl o, altı gün ərzində Allah haqqında düşünərək, dua edərək və öz qəlbini yoxlayaraq hazırlaşmalı idi.AP 266.4

    Yeddinci gün, şənbə, Musa buluda daxil olmağa çağırıldı. Bütün İsrailin gözləri önündə six bulud endi və Rəbbin izzəti alovlu atəş kimi zühur etdi. “Musa buludun içinə girib dağa çıxdı və qırx gün qırx gecə dağda qaldı”. Altı hazırlıq günü Musanın dağda olduğu bu qırx günə daxil deyildi. Altı gün ərzində Yeşua Musa ilə bir yerdə oldu və onunla bir yerdə manna yedi və “dağdan axan bulaqdan” içdi. Lakin Yeşua Musa ilə birlikdə buluda daxil olmadı. O, onun qayıtmasını gözlədi və hər gün manna yeməkdə və su içməkdə davam etdi, Musa isə bütün qırx gün ərzində oruc tutdu.AP 267.1

    Musa dağda olduğu müddətdə məbəd qurmaq haqqında göstərişlər aldı, bu məbəddə Allahın hüzuru xüsusi surətdə görünməli idi. “Mənim üçün müqəddəs məskən düzəltsinlər ki, aralarında məskunlaşım” (Çıxış 25:8), - Rəbbin əmrində deyilirdi. Şənbənin bayram edilməsi haqqında əmr üçüncü dəfə səsləndi. “Mənimlə İsrail övladları arasında əbədi bir əlamətdir”, - Rəbb dedi. “Onu bilmək üçün bir əlamətdir ki, sizi təqdis edən Rəbb Mənəm. O gün iş görən hər kəs xalqı arasından qovulsun” (Çıxış 31:17; 13-14). Allaha ibadət etmək üçün səyyar məbədin təcim qurulması haqqında göstərişlər də beləcə verildilər. Bu qurğu Onun adının izzətlənməsi üçün nəzərdə tutulduğuna görə və bundan başqa, xalqın ibadətgaha çox ehtiyacı olduğuna görə bütün bunlar xalqı belə bir yanlış nəticəyə gətirib çıxara bilərdi ki, guya bu işi şənbə günü də görmək qanun pozulması olmayacaqdır. Buna görə də onları bu günahdan çəkindirdilər. Hətta Allah üçün edilən xüsusi işin müqəddəsliyi və təxirəsalınmazlığı da Onun şənbəsinin müqəddəs rahatlığmı pozmağa haqq qazandıra bilməz.AP 267.2

    Bu vaxtdan etibarən xalqın Padşahı həmişə onlarla olacaqdır. “İsrail övladları arasında məskunlaşacağam və onların Allahı olacağam”. “Hüzur çadın Mənim izzətimlə təqdis olunacaq” (Çıxış 29:45,43) -Musa bu cür əmin edilmişdi. İlahi hakimiyyətin simvolu və Onun iradəsinin təcəssümü kimi Musaya Allahın barmağı ilə On Qanun yazılmış iki daş lövhə təqdim edildi (bax Təsniyə 9:10; Çıxış 32:15,16), - onlar məbəddə, ibadət edən bütün xalqın gözləri önündə yerləşdirilməli idi.AP 268.1

    Padşahlar Padşahının xüsusi xəzinəsi olmaq üçün israillilər kölələr millətindən ucaldılaraq, bütün millətlərdən yüksəyə qaldırıldılar. Müqəddəs həqiqətləri etibar etmək üçün bütün yer üzərində yaşayanlar içərisində Allah israilliləri seçdi. O onlan Öz qanununun qoruyucusu etdi ki, beləliklə, insanlar arasında Özü haqda biliyi saxlasın. Zülmətə batmış dünyaya səmavi nur işıq saçmalı idi və bütün xalqlar çağırışı eşitməli, bütpərəstliyi tərk etməli və canlı Allaha ibadət etməyə başlamalı idilər. İsraillilər öz Haqq vəzifələrinə sadiq qalsa idilər, onlar bu dünyada qüdrətli qüvvəyə çevrilərdilər. Allah onların müdafıəçisi olardı, O, onları bütün xalqlardan yüksəyə qaldırardı. O, onlar vasitəsilə Öz işığını və həqiqətini açardı və onlar Onun müdrik və müqəddəs tövsiyələrinə əməl edərək Allaha ibadətdə ən uca yüksəkliyə çatardılar ki, bu da bütpərəstliyin bütün mümkün formalan arasında xüsusilə aydın nəzərə çarpardı.AP 268.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents