Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    38-ci fəsil
    EDOM ƏTRAFINDA SƏYAHƏT

    (Bu fəsil Saylar Kitabının 20:14- 29; 21:1- 9-cu ayələrinə əsaslanır)

    İsraillilərin düşərgə saldıqları Qadeş Edomun lap sərhəddi yaxınlığında yerləşirdi. Musa da, xalq qədər, əhd olunan torpağa getmək üçün bu ölkədən keçməyi çox istəyirdi. Bununla əlaqədar olaraq, İlahi əmrə əsasən, onlar Edom padşahına elçilər göndərdilər. “Qardaşın İsrail belə deyir: “Çəkdiyimiz zəhmətin hamısını bilirsən. Atalanmız Misirə köçdülər və biz bir xeyli vaxt Misirdə yaşadıq. Misirlilər bizimlə və atalarımızla pis rəftar etdilər. Rəbbə fəryad etdik, O da səsimizi eşitdi və bir mələk göndərdi, bizi Misirdən çıxartdı. İndi biz sənin sərhədinə yaxın bir şəhər olan Qadeşdəyik. Sənə rica edib torpağından keçmək üçün izin istəyirəm. Biz tarladan və bağdan geçməyəcəyik, heç bir quyudan su içməyəcəyik. Padşah yolu ilə sənin torpaqlarından keçənədək sağa və sola dönməyəcəyik” (Saylar 20: 1417).AP 372.1

    Bu nəzakətli xahişə hədələyici cavab verildi: “Məndən keçmə, yoxsa mən sənə qarşı qılıncla çıxacağam”.AP 372.2

    Alınan etirazdan təəccüblənən İsrail rəhbərləri ikinci dəfə padşaha müraciət edib vəd etdilər: “Biz böyük yolla gedəcəyik və əgər mən və heyvanlarım sənin suyundan içsək, onda onun haqqını ödəyəcəyəm; yalnız ayaqlarımla keçəcəyəm ki, heç nəyə dəyməz”.AP 372.3

    “Keçmə”, - cavab səsləndi. Ən çətin keçidlərdə edomluların silahlı dəstələri qoyulmuşdu ki, İsrail xalqının sülhlə hərəkət etməsindən söhbət belə ola bilməzdi, güc tətbiq etmək isə İsrailə qadağan edilmişdi. Edom torpağının yanından dolayı yolla keçməli oldular. Əgər sınaq zamanı xalq Allaha inansa idi, Səmavi ordunun Sərkərdəsi onları Edomdan keçirərdi, onun sakinlərini elə bir qorxu bürüyərdi ki, onları xoş üzlə qəbul edərdilər, düşmənçilik göstərməzdilər. Lakin israillilər Rəbbin sözlərinə tezcə itaət etmədilər və onlar hələ şikayət və giley etdikləri zaman bu qiymətli imkan itirildi. Nəhayət onlar toplaşıb padşaha müraciət edəndə isə, rədd cavabı aldılar. Lap əvvəldən, israillilər Misiri tərk edən kimi, şeytan səylə çalışırdı ki, onların önündə müxtəlif maneələr yaratsın, onları tovlasın ki, onlar əhd olunmuş torpağa girmək hüququndan məhrum olsunlar. Öz şəxsi inamsızlıqları ilə, İlahi niyyətlərə müqavimətləri ilə də onlar buna daha çox şərait yaratdılar.AP 372.4

    Nə qədər ki Allahın mələkləri bizi dəstəkləmək niyyətindədirlər, Allah Sözünə inanaraq tezcə fəaliyyətə başlamaq çox vacibdir. Şər mələklər irəliləmək yolunda hər addıma mane olmağa hazırdırlar. İlahi qabaqgörənlik Allah övladlarına irəli getməyi əmr edəndə, Allah onlar üçün böyük işlər görməyə hazır olanda, şeytan onları tovlayır ki, tərəddüdlərlə; Allahı hirsləndirmək o, mübahisə, şikayət, yaxud inamsızlıq oyatmağa çalışır ki, onları Allahın bəxş etmək istədiyi xeyir-dualardan məhrum etsin. Allahın qullan fəal insanlar olmalıdırlar, Allahın qabaqgörənliyi onların önündə yol açan anda həmişə işə başlamağa hazır olmalıdırlar. Hər bir ləngimə onları məğlub etmək üçün şeytana fəaliyyət imkanı verir.AP 373.1

    Həm əvvəldə, Musa Edomdan keçmək üçün göstəriş alanda və həm də sonra, Allah onlara deyəndə ki, bu torpağın sakinləri onların önündə qorxu içərisində olacaqlar, O, onlara bu üstünlükdən istifadə etməyi qadağan etmişdi. Çünki İsraib Allah qüvvəsi vəd edilmişdi, qorxu isə edomluları çox asan şikar edə bilərdi, buna görə də ibranilər onları qarət etməməli idilər. Onlara əmr edilmişdi: “Onlarla münaqişə yaratmayın, çünki torpaqlarından bir qarış da sizə verməyəcəm. Ona görə ki, Mən mülk olaraq Seir dağlıq bölgəsini Esav nəslinə vermişəm” (Qanunun təkrarı 2:4,5). Edomlular İbrahimin və Esavın törəmələri idilər və Öz qulları naminə Allah Esavın övladlarına da mərhəmət göstərdi. O, Seir dağını onların ixtiyanna verdi və onlar öz günahları üzündən Allahın mərhəmətindən məhrum olana qədər onları narahat etmək olmazdı. İsraillilər öz azğınlıq kasalarını doldurmuş Kənan sakinlərini tam məhv etməli idilər, lakin edomlular üçün hələ lütf vaxtı var idi və buna görə də Allah onlara mərhəmət göstərdi. Allah rəhm etməyi sevir və Öz cəzalarını göndərməzdən əvvəl O, mərhəmət edir. İsrailə Kənan sakinlərini məhv etməyi əmr etməzdən əvvəl O, Edom sakinlərinə rəhm etməyi tələb edir.AP 373.2

    Edomun və İsrailin əcdadları qardaş idilər və onların arasında qardaş məhəbbəti və incəliyi olmalı idi. Edom torpağından keçməyə onlara etiraz etdiklərinə görə qisas almaq İsraillilərə qadağan edilmişdi. Nə vaxtsa Edomun heç olmasa bir hissəsinə sahib olmağa ümid etməyə onlar cürət etməməli idilər. İsraillilərin Allahın seçilmiş və üstün xalq olarkən, onlar Allahın onlar üçün qoyduğu məhdudiyyətlərə tabe olmalı idilər. Allah onlara gözəl ölkəni miras verməyi vəd etmişdi, lakin onlar yalnız özbrini dünyanın tam ağası hesab edə və bütün qalanlara zülm edə bilməzdilər. Edomlulara ədalətsizlik etməmək üçün onlar xəbərdarlıq almışdılar. Onlarla ticarət əlaqəsi yaratmağa onlar borclu idibr, yəni ehtiyacları olduqlarını almalı və oradaca haqqını ödəməli idilər. İsrailin sonralar da Allaha ümid etməsi və Onun sözlərini eşitməsi üçün O, onlara xatırlatdı: “Allahınız Rəbb əlinizdə olan hər işə xeyir- dua verib... heç nəyə ehtiyacınız olmayıb” (Qanunun təkrarı 2:7). Onlar edomluların mərhəmətinə möhtac deyildibr, çünki onların öz mərhəmətinə səxavətli olan Rəbbi var idi. Onların nə zorla, nə də yalanla nəsə əldə etməyə haqları yox idi, edomlulara özlərinin bütün rəftarlarında onlar İlahi qanunu təcəssüm etdirməli idibr: “Yaxınını özün kimi sev”.AP 374.1

    Əgər İsrail Edomdan Allahın düşündüyü kimi keçsəydi, bu yalnız onların özü üçün deyil, Edom sakinləri üçün də xeyir-dua olardı, çünki Allah xalqı ilə, onun ibadəti ilə tanış olmağa, Yaqubun Allahının Onu sevənlərə və Ondan qorxanlara necə xeyir-dua verdiyini görməyə imkan verərdi. Lakin İsrailin imansızlığı buna mane oldu. Xalqın tələbinə cavab olaraq Allah israillilərə su verdi, lakin öz imansızlıqlarına görə cəzalarmı çəkməyə imkan verdi. Yenidən onlar səhra ilə getməli və susuzluqlarını möcüzəli bulaqdan su içərək yatırmalı idilər. Əgər Allaha inansaydılar, onlar bu bulağa möhtac olmazdılar.AP 374.2

    Beləliklə, israillilər yenidən cənuba döndülər və bəhrəsiz səhra ilə getdibr. Edom təpələri və dərələri arasındakı yaşıl yerləri görəndən sonra bu səhra onlara daha boz görünürdü. Dağlar arasından boz səhra üzərində Hor dağı yüksəlirdi, onun zirvəsi Harunun ölüm və dəfn yeri olmalı idi. İsraillilər bu dağa çatanda Musaya əmr edildi: “Harun və onun oğlu Eleazarı götür və onları Hor dağına çıxart. Harunun paltarlarını çıxart və onları onun oğlu Eleazara geyindir, Harun isə qoy çəkilsin və orada ölsün”.AP 375.1

    İki qoca ər Eleazarın müşayiəti ilə Hor dağının zirvəsinə getdilər. Musanın və Harunun başları yüz iyirmi ilin qarından ağarmışdı. Onların uzun və hadisələrlə dolu həyatı nə vaxtsa insan qismətinə düşən ən ağır sınaqlarla və ən böyük şərəflərlə qeyd edilmişdi. Bu ərlər böyük ağıla malik idilər və onların bütün qabiliyyətləri Sonsuz Allah ilə ünsiyyətdə inkişaf etmiş, aliləşmiş və yüksəlmişdi. Onların həyatı Allah və yaxınları üçün təmənnasız zəhmətdə keçmişdi. Onların üzlərində böyük intellektual qüvvənin, möhkəmliyin, ali istəklərin və dərin məhəbbətin möhürü var idi.AP 375.2

    Uzun illər ərzində Musa və Harun bir-birilə qarşılıqlı zəhmət və qayğılarla bağlı idilər. Birlikdə onlar saysız-hesabsız təhlükələri sinəbri ilə qarşılamışdılar və möcüzəli Allah xeyir-dualarını bölüşmüşdülər, lakin artıq ayrılıq saatı uzaq deyildi. Onlar çox bng hərəkət edirdilər, çünki hər bir ünsiyyət anı qiymətli idi. Dağa yoxuş dik və yorucu idi, onlar tez-tez dayanaraq dincəlir və keçmişdən, gələcəkdən söhbət edirdilər. Səfər etdikbri səhra onların önündə göz işlədikcə uzanırdı. Aşağıda düzənlikdə İsrail xalqının çoxsaylı dəstələri yerləşmişdi, onlar həyatlarının ən yaxşı illərini bu xalqa vermişdilər, beləcə onun rifahı qayğısına qalmışdılar və onun naminə beb böyük qurbanlar gətirmişdilər. Haradasa Edom dağlarının arxasında əhd olunmuş torpağa yol uzanırdı, Musanın və Harunun bərəkətlərindən həzz ala bilməyəcəkləri torpağa. Onların qəlblərində etiraz yeri yox idi və onların dodaqlarından bir dənə də şikayət sözü çıxmadı. Lakin onları atalarının miras hüququndan məhrum edən şeyi xatırlayanda onların üzlərində dərin kədər ifadəsi göründü.AP 375.3

    Harunun İsrail üçün missiyası başa çatmışdı. Qırx il əvvəl, Harunun səksən üç yaşı olanda, Allah onu böyük və vacib işdə Musa ilə birləşməyə çağırmışdı. İsrail oğullarını Misirdən azad edərək, o, öz qardaşı ilə əməkdaşlıq etmişdi. İbranilər Amaliklə vuruşanda o, böyük rəhbərin əllərini saxlamışdı. Ona Sina dağına çıxmağa, orada Allahın hüzurunda olmağa və Onun əzəmətini görməyə icazə verilmişdi. Rəbb Harunun ailəsinin üzərinə kahinlik xidmətini qoymuşdu və onu baş kahin rütbəsinə layiq görmüşdü. Qorah və onunla əlbir olanlar üzərində İlahi cəzanın dəhşətli təzahürü zamanı o, müqəddəs ibadətdə qardaşını dəstəklədi. Harunun tərəfdarlığı sayəsində məğlubiyyətə son qoyuldu. İlahi əmrə etinasızlığa görə onun iki oğlu məhv ediləndə, o, üsyan etmədi və hətta gileylənmədi də. Lakin onun alicənab həyatı ləkələnmişdi. O, Sinada xalqın təkidinə güzəştə gedərək qızıl buzov düzəldəndə və Məryəmin Musaya paxıllığına və narazılığına şərik olub onunla birləşəndə ağır günah etmişdi. O, həm də Musa ilə birlikdə, qayaya ondan su axmasını demək haqda İlahi əmrə eşitməməzlik edəndə, Qadeşdə Allahı təhqir etmişdi.AP 375.4

    Allah istəyirdi ki, Onun xalqının bu böyük rəhbərləri özləri ilə Məsihi simvolizə etsinlər. Harun sinəsində İsrailin adlarını daşıyırdı. O, xalqa Allahın iradəsini xəbər verirdi. O, Kəffarə Günü İsrailin vəsatətçisi kimi Ən Müqəddəs yerə “əlində qan tutmadan girmirdi”. Sonra oradan çıxırdı və bütün camaata xeyir-dua verirdi. Məsihin onların əfvi naminə etdiyi başa çatanda Məsih də Onu gözləyən xalqa beləcə xeyir-dua verəcəkdir. Böyük Baş Kahinimizin simvolu kimi müqəddəs xidmətin ucalığı Harunun Kadesdə etdiyi günahı belə böyük edirdi. Musa müqəddəs paltarları dərin kədərlə Harunun əynindən çıxartdı və Eleazara geyindirdi. İlahi əmrə əsasən Eleazar ondan sonra baş kahin oldu. Kadesdəki günahı üzündən Harun Allahın baş kahini kimi Kənandakı ibadəti yerinə yetirmək üstünlüyündən, gözəl torpaqda birinci qurbanı gətirməkdən və bununla İsrailin mirasını işıqlandırmaqdan məhrum oldu. Musa isə hələ onun üzərinə qoyulan yükü daşımalı, xalqı Kənan sərhədinə qədər müşayiət etməli idi. O, əhd olunan torpağı yalnız uzaqdan görə bildi, lakin ona daxil olmağa cürət etmədi. Əgər bu Allah qulları Kadesdəki qaya yanında duraraq onlara verilən sınağa şikayətsiz dözsəydilər, onların gələcəyi tamam başqa cür olardı. Heç bir şər nəticəsiz qalmır. Ola bilsin ki, bütün həyatın zəhməti bir tamah anında, yaxud sadəcə ehtiyatsız hərəkətlə itirilənin yerini doldura bilmir.AP 376.1

    Məlum olduğu kimi, müqəddəs xidmətdə Harunun xələfi olmalı olan Eleazarın müşayiəti ilə gedən rəhbərlərin düşərgədə olmaması hansısa tutqun hisslər oyatdı və xalq böyük səbirsizliklə onların qayıtmasını gözlədi. Ətrafdakı böyük yığıncağa baxaraq xalq gördü ki, yetkin olaraq Misiri tərk edənlərin artıq demək olar ki, hamısı səhrada həlak olmuşdular. Haruna və Musaya çıxanlan hökm haqqında fikirləşdikcə onların qəlbini əzabverici qüssə bürüyürdü. Hor dağının zirvəsinə bu sirli çıxışın məqsədini bəziləri başa düşürdülər və rəhbərlərin olmamasından yaranan narahatlıq hissi acı xatirələr və qəlb ağrıları ilə daha da güclənirdi.AP 376.2

    Nəhayət, uzaqdan Musanın və Eleazann qaraltıları göründü, onlar yavaş-yavaş dağdan enirdilər, lakin Harun onların yanlarında deyildi. Eleazarın geyindiyi kahinlik paltarı ona şəhadət edirdi ki, atasının müqəddəs xidmətini onun üzərinə qoymuşlar. Xalq kədərli qəlblə öz rəhbərinin ətrafına toplaşanda Musa onlara dedi ki, Harun Hor dağında onun əlləri üstündə ölmüşdür və onlar onu oradaca dəfn etmişlər. Camaat hönkürtü ilə ağladı və qəmli ağılar dedi, çünki tez-tez ona iztirab vermələrinə baxmayaraq, onlar hamısı onu sevirdilər. “Bütün İsrail evi otuz gün Haruna ağladı”.AP 377.1

    İsrail xalqının baş kahininin dəfni həqqında Yazılarda sadəcə xəbər verilir: “Harun orada ölüb dəfn olundu” (Qanunun təkrarı 10: 6). Allahın göstərişi ilə və müasir adətlə icra olunan bu dəfnlər arasında necə böyük fərq vardı. Bizim dövrümüzdə yüksək mövqe tutan adamın dəfni çox vaxt dəbdəbənin yersiz nümayişinə çevrilir. Yer üzündə nə vaxtsa yaşamış ən məşhur adamlardan biri olan Harun öləndə yalnız iki yaxın dostu onun ölümünün şahidi oldular və yalnız onlar onu son mənzilə yola saldılar, onun Hor dağındakı tənha məzarı isə İsrailin gözlərindən həmişəlik gizli qaldı. Tez-tez təşkil olunan dəbdəbəli dəfnbrlə və fani bədəni torpağa tapşırmaq üçün çəkilən böyük xərclərlə Allah izzətlənmir.AP 377.2

    Bütün camaat Haruna yas tuturdu, lakin heç kim bu itkini Musa kimi kəskin hiss etmirdi. Harunun ölümü qeyri-ixtiyari olaraq ona xatırladırdı ki, onun da sonu yaxındır və onun yer üzündə həb yaşamasına az vaxt qalsa da, o, öz həmişəlik dostunun itkisini dərindən hiss edirdi. Bu dostu necə illər ərzində sevinci və kədəri, ümid və həyəcanlan onunla birlikdə bölüşmüşdü. İndi Musa öz işini tək davam etdirməli idi. Lakin o bilirdi ki, Allah onun dostu olmuşdur və Ona daha çox etibar etdi.AP 377.3

    Hor dağını tərk etdikdən tezliklə sonra İsrail xalqı Kənan padşahlarından biri olan Aradomla toqquşmada məğlubiyyətə uğradı. Lakin onlar səmimi-qəlbdən Allahı köməyə çağıranda onlara İlahi müdafiə göndərildi və onların düşməni dağıdıldı. Bu qələbə onlarda minnətdarlıq və Allahdan asılılıq hissi oyatmaq əvəzinə, onları özlərinə arxayın və özünə öyünən etdi. Tezliklə onlar öz köhnə gileylənmək adətlərinə qayıtdılar. Bu dəfə onlar bundan narazı oldular ki, İsrailə hələ qırx il bundan əvvəl, casusların hekayətinin arxasınca baş verən üsyandan dərhal sonra Kənana girməyə icazə verilməmişdir. Onlar özlərinin səhradakı uzun sərgərdanlıqlarını əbəs hesab edirdilər və fıkirləşirdilər ki, indi olduğu kimi onda da öz düşmənlərinə asanlıqla qalib gələ bilərdilər.AP 378.1

    Cənuba tərəf hərəkət etməkdə davam edərək, onlar hər cür bitkidən məhrum olan qızmar qumsal düzənliklə gedirdilər. Yol onlara çox uzun və çətin görünürdü. Onlar yorğunluqdan və susuzluqdan iztirab çəkirdilər. Öz imanlarının və səbirlərinin sınağa çəkilməsinə onlar yenə də dözə bilmədilər. Daima öz həyatlarının tutqun səhifələrini xatırlayaraq onlar getdikcə Allahdan daha çox uzaqlaşırdılar. Onlar unutmuşdular ki, Kadesdə su olmayanda onların oradakı şikayəti olmasaydı, öz yollarını qısaldardılar, çünki onda Edom ətrafında dolanmazdılar. Onlar Allaha şükür etməli idilər ki, O, onları günahlarına görə belə yüngül cəzalandırmışdır. Lakin bunun əvəzinə onlar özlərinə bu fikirb təsəlli verirdibr ki, əgər Musa və Allah onlara mane olmasaydılar, onlar artıq çoxdan əhd olunan torpağa sahib olardılar. Onlar özbrini bəlaya düçar edəndən və öz qismətlərini Allahın istədiyindən də çox-çox ağır edəndən sonra, Onu özbrinin bütün bədbəxtliklərinin təqsirkarı hesab etdilər. Onlar acı-acı fikirbşirdilər ki, O, onlara necə rəftar edir və nəhayət narazılıqla doldular. Misir onlara azadlıqdan və Allahın onları apardığı torpaqdan daha cəlbedici və istəkli görünürdü.AP 378.2

    Narazılıq ruhuna uyaraq israillilər hətta aldıqları xeyir-duaları da tərsinə yozmağa meyilli idibr. “Xalq Allaha qarşı və Musaya qarşı dedi: “Nə üçün bizi Misirdən çıxartdınız, səhrada ölməyimiz üçünmü? Çünki burada nə çörək var, nə də su, bu yaramaz yeməkdən isə canımız bezib””.AP 378.3

    Musa xalqın günahını ona düzgün təsvir etdi. Yalnız Allahın qüvvəsi sayəsində israillilər “o böyük və qorxunc səhrada, zəhərli ilan və əqrəblərlə dolu olan susuz şoran torpaqlarda” salamat qalmışdılar (Qanunun təkrarı 8: 15). Özlərinin hər bir səfər günü onlar İlahi mərhəmətin möcüzəsi ilə qorunurdular. Allahın apardığı bütün yolda onlar susuzluqlarını yatırmaq üçün su, aclıqlarını yatırmaq üçün səmavi çörək, gündüz bulud sütunu kölgəsi altında və gecə od sütunu işığı altında sülh və təhlükəsizlik tapırdılar. Onlar qayalıq zirvələrə çıxanda və səhranın çətin cığırlarından keçəndə mələklər onlara kömək edirdilər. Keçirdikləri məhrumiyyətlərə baxmayaraq onların heç biri xəstələnməmişdi. Uzun keçidlər zamanı onların ayaqları şişməmişdi, paltarları köhnəlməmişdi. Allah onların önündə vəhşi yırtıcıları mütiləşdirmişdi və zəhərli gürzələr onlara toxunmurdular. Onun Məhəbbətinin bütün sübutlarına baxmayaraq insanların şikayət etməkdə davam etdiklərinə görə, Rəbb Öz mərhəmətli qayğısını onların əlindən almağı qərara aldı ki, onlar onu qiymətləndirsinlər və peşmanlıq və mütiliklə Ona dönsünlər.AP 379.1

    İlahi qüvvə ilə qorunaraq, həmişə onları əhatə edən saysız-hesabsız təhlükələri onlar heç ağıllarına da gətirmirdilər. Naşükürlüyü və imansızlığı qoruyaraq onlar ölümün yaxınlaşdığını hiss edirdilər və indi Rəb imkan vermişdi ki, ölüm onların sıralarını seyrəltsin. Səhrada qaynaşan zəhərli ilanları odlu ilanlar adlandırırdılar, çünki onların sancması kəskin iltihab və tez bir zamanda ölümlə nəticələnirdi. Allahın qoruyucu əli İsrailin üstündən götürüləndə çoxları bu zəhərli məxluqların hücumuna məruz qaldılar.AP 379.2

    Bütün düşərgəni dəhşət və həyəcan bürüdü. Demək olar ki, hər çadırda ölən, yaxud ölü var idi. Heç kim özünü təhlükəsizlikdə hiss etmirdi. Tez-tez gecənin sakitliyi qəlb parçalayan qışqırıqlarla pozulurdu, bu qışqırıqlar yeni qurbanlardan xəbər verirdi. Hamı məşğul idi, hər kəs bədbəxtbrə kömək etməyə çalışırdı, yaxud hələ zərər çəkməyənləri xilas etməyə cəhd göstərirdilər. İndi onların dodaqlarından bir şikayət sözü də qopmurdu. Onların indiki əzabları ilə müqayisədə əvvəlki çətinlikləri və sınaqları haqda hətta fıkirləşməyə də dəyməzdi.AP 379.3

    İndi xalq Allah önündə müti olmuşdur. İnsanlar öz günahlarını etiraf edərək və peşman olaraq Musanın yanına gəlirdilər. Onlar etiraf edirdilər: “Rəbbə qarşı və sənə qarşı damşmaqda günah etmişik”. Bir az əvvəl onlar öz dərdləri və bədbəxtlikləri sayəsində onu qəddar düşmən kimi ittiham edirdilər. Lakin həttə belə deyəndə də onlar bilirdibr ki, bu yalandır və əsl dərdə düçar olan kimi onun, Allah önündə özbrinin yeganə müdafiəçilərinin, yanına qaçdılar. Onlar yalvanrdılar: “Rəbbə dua et ki, O, ilanlan bizdən uzaqlaşdırsın”.AP 379.4

    Musa İlahi əmr aldı ki, misdən canlıya bənzər ilan düzəltsin və onu hündür yerə qoysun ki, hər zərər çəkən ona baxa bilsin və sağalsın. O, beb də etdi və tezliklə hər zərər çəkənin mis ilana baxmaqla sağ qalması haqda şad xəbər bütün düşərgəyə yayıldı. Çoxları artıq ölmüşdübr və Musa ilanı hündür yerdə bərkidəndə bəziləri metal təsvirə adicə baxışın onları sağaldacağına inanmaqdan imtina etdilər. Bu insanlar öz imansızlıqları ilə də ölürdülər. Lakin çoxları dərindən inanırdılar ki, Allah onları bu cür xilas edəcəkdir. Atalar, analar, qardaşlar, bacılar bütün gücləri ib çalışırdılar ki, sönməkdə olan baxışlarını ilana yönəltməkdə yaxınlarına kömək etsinbr. Gücsüzlüyə və yaxınlaşan ölümə baxmayaraq, cəmi bircə baxış kifayət idi və insan tam sağalırdı.AP 380.1

    Xalq yaxşı bilirdi ki, mis ilanın özündə ona baxan hər kəsdə belə dəyişiklik yaradan şəfaverici qüvvə yoxdur. Bu qüvvə yalnız Allahdan gəlirdi. Öz müdrikliyi ilə O, eb üsul seçmişdi ki, Öz gücünü göstərsin. Bu sadə vasitə sayəsində xalq dərk etməli idi ki, baş verən bədbəxtlik öz günahlarının nəticəsidir. Bu həm də ona zəmanət verirdi ki, nə qədər ki insanlar Allaha itaət edirbr, qorxmağa səbəb yoxdur, çünki O, onları qoruyacaqdır.AP 380.2

    Mis ilana bu baxmaq zərurətində də ciddi dərs vardır. Zəhərin fəlakətli təsirindən İsrail özü özünü xilas edə bilməzdi. Yalnız Allah insanları sağaltmağa qadirdir. Lakin onlar Allah tərəfindən onların xilası üçün təklif olunan vasitəyə inanmalı idilər. Yaşamaq üçün onlar baxmalı idilər. Allah yalnız onların imanını qəbul edə bilərdi, bu isə ilana baxmaqla ifadə olunurdu. Onlar bilirdilər ki, ilanın özündə heç bir ləyaqət yoxdur, lakin o, Məsihin simvolu idi və bebliklə, onların şüurunda Onun ləyaqətlərinə inanmaq zərurəti möhkəmlənirdi. Əvvəllər çoxları öz qurbanlarını Allaha gətirirdibr və fikirləşirdilər ki, günahların bağışlanması üçün bu kifayətdir. Onlar bütün bu qurbangətirmələrin simvolu olan gələcək Zəmanətçiyə güvənmirdilər. İndi Rəbb insanları öyrətmək istəyirdi ki, onların qurbanlarının gücü və ləyaqətləri mis ilanınkından artıq deyildir, lakin bunlar yalnız onların şüurlarını Məsihə - günah üçün böyük qurbana yönəltmək vasitəsi idi.AP 380.3

    “Musanın səhrada ilanı yuxarı qaldırdığı kimi, beləcə də İnsan Oğlu yuxarı qaldırılmalıdır ki, Ona iman edənlərin hamısının əbədi həyatı olsun” (Yəhya 3:14-15). Nə vaxtsa yer üzündə yaşayanların hamısı “iblis və şeytan adlanan qədim ilanın” öldürücü sancmasına məruz qalmışlar (Vəhy 12:9). Yalnız Allahın təklif etdiyi vasitədən istifadə etməklə günahın fəlakətli nəticələrini aradan qaldırmaq olar. İsraillilər yuxarı qaldırılan ilana baxanda sağ qalırdılar. Onların baxması imanlarını göstərirdi. Onlar ona görə sağ qalırdılar ki, Allahın Sözünə və onların sağalması üçün verdiyi vasitəyə inanırdılar. Eləcə də günahkar, Məsihə baxanda yaşayacaqdır. O, əfvedici qurbana iman vasitəsilə əfv aldı. Cansız və gücsüz simvolun əksinə olaraq, Məsih Özü Özlüyündə peşman olan günahkarlara şəfa vermək ləyaqətinə və qüdrətinə malikdir.AP 381.1

    Günahkar özü-özünü xilas edə bilməsə də, yenə də öz xilası üçün nə isə etməlidir. Məsih deyir: “Mənim yanıma gələni əsla rədd etmərəm” (Yəhya 6:37). Beləliklə biz Ona pənah gətirməliyik və günahlarımızdan peşman olaraq inanmalıyıq ki, O, bizi qəbul edir və bağışlayır. İman Allah vergisidir, lakin ondan istifadə etmək üçün biz öz tərəfimizdən səy göstərməliyik. İman canın İlahi lütf və mərhəmət bəxşlərindən tutan əlidir.AP 381.2

    Məsih salehliyindən başqa heç nə bizə lütf əhdinin xeyir-dualarını almaq hüququ verə bilməz. Çoxları bu xeyir-duaları almağı ehtirasla arzu edirlər və çalışırlar, lakin almırlar, çünki hesab edirlər ki, onları qazanmaq üçün özləri nəsə edə bilərlər. Onlar yalnız özlərinə baxırlar və unudurlar ki, Məsih bütün ehtiyacları ödəməyə hazır olan Xilaskardır. Biz fıkirləşməməliyik ki, bizim şəxsi xidmətlərimiz bizi xilas edəcəkdir. Məsih xilas üçün yeganə ümiddir. “Çünki səma altında insanlara verilmiş başqa bir ad yoxdur ki, onunla xilas ola bilək” (Həvarilərin işləri 4:12).AP 381.3

    Allaha tam etibar etməklə və günahları bağışlayan Xilaskar Məsihin xidmətlərinə arxalanmaqla biz istəyən kimi bütün zəruri köməyi ala bilərik. Qoy heç kim fıkirləşməsin ki, o, özü-özünü xilas etmək gücünə malikdir. İsa bizim üçün ona görə ölmüşdür ki, biz bunu etməkdə aciz idik. Bizim ümidimiz, haqq qazanmağımız və salehliyimiz Ondadır. Öz günahkarlığımızı dərk edərək biz ruhdan düşməməli və qorxmamalıyıq ki, bizim Xilaskarımız yoxdur, yaxud O, bizə heç bir mərhəmət bəsləmir. Məhz bizim köməksiz dəqiqələrimizdə O, bizi Ona pənah gətirməyə və xilas əldə etməyə çağırır.AP 381.4

    Bir çox israillilər inanmırdılar ki, Səmanın onlara təklif etdiyi vasitə onlara kömək edəcəkdir. Onların ətrafında meyidlər və ölməkdə olanlar sərilmişdilər və onlar bilirdilər ki, İlahi kömək olmadan onların da qisməti belə olacaqdır, lakin onlar öz yaralarından, ağrılarından və öləcəklərindən o vaxta qədər inildəməkdə davam etdilər ki, nəhayət gücləri tükəndi və baxışları dondu. Amma dərhal sağala da bilərdilər.AP 382.1

    Öz ehtiyaclarımızı dərk edərək biz bütün gücümüzü şikayətlənməyə sərf etməməliyik. Məsihsiz öz köməksizliyimizi dərk edərək biz qorxaqlığa qapılmamalıyıq, lakin çarmıxa çəkilən və dirilən Xilaskarın xidmətlərinə güvənməliyik. Baxın və yaşayın. İsa Ona pənah gətirən hər kəsi xilas etməyi Öz öhdəsinə götürmüşdür. Milyonlarla sağalmağa ehtiyacı olanlar Onun mərhəmətini rədd etsələr də, Onun xidmətlərinə güvənənlərdən heç biri həlak olmayacaqdır.AP 382.2

    Xilas planının sirləri onlara açılmaymca, çoxları Məsihi qəbul etmək istəmirbr. Onlar imanla baxmaqdan imtina edirlər, lakin görürlər ki, Məsihin çarmıxına baxmaqla minləri güc əldə edirbr. Nə qədər ki Allah tərəfindən verilən sübutları rədd edəcəklər, çoxları heç vaxt tapmayacaqları sübutların axtarışları ilə fəlsəfə dolambaclarında azırlar. Salehlik Günəşinin parlama səbəbini aydınlaşdırana qədər, onlar Onun işığı ib getməkdən imtina edirlər. Beb edənlərin hamısı həqiqəti dərk etməyə çata bilmirlər. Allah şübhələrin bütün səbəblərini heç vaxt yox etməyəcəkdir. O, imanın möhkəmləməsi üçün kifayət qədər sübutlar vermişdir və əgər insan onları qəbul etmirsə, onda zülmətdə qalır. Əgər ilan sancmışlar baxmaq qərarına gəlməzdən əvvəl şübhələnmək və suallar vermək üçün ləngisəydilər, həlak olardılar. Bizim borcumuz, hər şeydən əvvəl baxmaqdır və iman baxışı bizə həyat verəcəkdir.AP 382.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents