Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    39-cu fəsil
    BAŞANIN FƏTH EDİLMƏSİ

    (Bu fəsil Təsniyə Kitabının 2; 3:1-11-ci fəsillərinə əsaslanır)

    Edomun cənub Hissəsinə çataraq israillilər şimala döndülər və yenidən əhd olunan torpağa yönəldilər. İndi onların yolu hər tərəfdən qonşu təpələrin sərin küləkləri ilə sərinlənən geniş yaylaqlardan keçirdi. Onların keçdikləri qızmar səhradan sonra bu, xoş dəyişiklik idi və indi şən və ümidlə dolu olaraq onlar gümrahlıqla irəliləyirdilər. Zered diyarını keçərək onlar şərqə Moav torpağına getdilər, çünki onlara əmr edilmişdir: “Siz bu gün Moav torpağında yerləşən Ardan keçəcəksiniz. Ammon övladlarına yaxınlaşanda onları incitməyin və münaqişə yaratmayın, çünki sizə Ammon öladlarının torpağından mülk olaraq heç nə verməyəcəyəm, ona görə ki, oranı Lut övladlarına vermişəm”. Həmçinin Lutun törəmələri olan ammonlular haqqında da eyni cür əmr verildi.AP 383.1

    Şimala getməkdə davam edərək israil dəstələri tezliklə Emorluların ölkəsinə çatdılar. Bu güclü və dö)aişkən xalq əvvəllər Kənan torpağının cənub hissəsini tuturdu, lakin sayca artaraq İordanı keçdi, moavlılarla müharibəyə başladı və onların ərazisinin bir hissəsini ələ keçirdi. Burada bina salaraq emorlular şimalda Arnondan Yabboqa qədər danılmaz hakimiyyətə malik oldular. İsraillilərin keçirmək istədiyi İordan yolu məhz onların torpağından keçirdi və Musa Xeşbon padşahı Sixonun yanına dost məktubu göndərdi: “Rica edirik, sənin torpağından keçmək üçün bizə izin verəsən. Yalnız yol keçəcəyik, oradan nə sağa, nə də sola dönəcəyik. Pulla bizə yemək satsanız, yeyəcəyik, su satsanız, içəcəyik. Bizə ölkəni piyada keçmək kifayətdir”. Bu xahişə cavab olaraq qəti etiraz edildi və emorluların bütün ordusu yığışdı ki, gəlmələrin qarşısını kəssin. Rəqibin yaxşı silahlanmış və nizamlı ordusu ilə müqayisədə uduzan israilliləri bu təsirli ordu dəhşətə gətirdi. Onların düşmənləri döyüşmək bacarığında böyük üstünlüyə malik idilər. İnsani mühakiməyə görə İsraili tezliklə ölüm gözləyirdi.AP 383.2

    Lakin Musanın gözləri bulud sütununa yönəlmişdi və o, xalqı bununla ruhlandırırdı ki, İlahi hüzurun əlaməti əvvəlki kimi onlarladır. Eyni zamanda o, döyüşə hazırlaşmaq üçün mümkün olan hər şeyi etməyi əmr etdi. Onların düşmənləri döyüşün başlanmasını səbirsizliklə gözləyirdilər. Onlar tamamilə əmin idilər ki, müharibəyə hazır olmayan İsrail xalqını yer üzündən siləcəklər. Lakin bütün yer üzünün Hökmdarı İsrailin rəhbərinə əmr etdi: “Qalxıb köç edin, Arnon vadisindən keçin. Bax Xeşbon padşahı Emorlu Sixonu və onun ölkəsini sizə təslim etdim. özünüz üçün mülk olaraq oranı almağa başlayın. Onlarla döyüşə girin. Bu gündən Mən səma altında olan bütün xalqları sizə görə qorxu və vahiməyə salmağa başlayıram. Sizin sorağınızı eşidənlər qarşınızda titrəyib büzüşəcəklər”.AP 384.1

    Əgər İsrailin hərəkətinə mane olaraq Allah Sözünə müqavimət göstərməsəydilər, Kənan sərhədində yaşayan xalqlar məhv edilməzdilər. Hətta bu bütpərəst xalqlara münasibətdə də Rəbb Öz çoxsəbirliliyini, böyük rəhmini və həssas mərhəmətini göstərdi. İbrahim yuxuda biləndə ki, onun törəmələri, İsrail övladları özgə torpağında dörd yüz il qərib olacaqlar, Rəbb ona əhd verdi: “Sənin dördüncü nəslin buraya qayıdacaq, çünki Emorluların günah kasası hələ dolmayıb” (Yaradılış l5:16). Emorlular özlərinin böyük qanunsuzluqları üzündən mövcud olmağa bütün hüquqlarını itirmiş bütpərəstlər olsalar da, Allah onlara dörd yüz il ərzində rəhm etdi, danılmaz sübutlar göndərdi ki, O, vahid canlı Allahdır, yeri və göyü Yaradandır. Onlar Onun İsrailin Misirdən çıxışı zamanı onları müşayiət edən bütün möcüzələrini yaxşı bilirdilər. Sübutlar kifayət qədər idi, əgər bütpərəstliyi və allahsızlığı tərk etmək istəsəydilər, onlar həqiqəti dərk etmək imkanına malik idilər. Lakin öz bütlərindən yapışaraq onlar aldıqları işığı rədd etdilər.AP 384.2

    Allah Öz xalqını ikinci dəfə Kənan sərhədinə gətirəndə bütün bütpərəst xalqlar Onun qüdrətinin əlavə sübutlarını aldılar. Onlar gördülər ki, Arlılar və Kənanlılar üzərində qazanılan qələbədə də, onları ilanların ölümcül sancmalarından möcüzəli surətdə qurtaranda da Allah İsraillə idi. İsraillilərə Edom torpağından keçməyə icazə vermədi və onlar Qırmızı dənizə tərəf uzun və ağır səfər etməli oldular, lakin öz səfərləri zamanı hər yerdə dayanaraq Edom, Moav və Ammondan keçərək, heç kimə heç bir düşmənçilik göstərmədilər, nə insanlara, nə də onların mülklərinə ziyan vurmadılar. Emorluların sərhəddinə çataraq İsrail yalnız onların torpağından keçməyi xahiş etdi, başqa xalqlarla qarşılıqlı münasibətdə mövcud olan bütün şərtlərə riayət etməyi vəd etdi. Xeşbon padşahı nəzakətli xahişə etirazla cavab verəndə və döyüş üçün ordunu yığanda emorluların qanunsuzluq kasası doldu və Allah üçün Öz qüdrətini göstərmək və onları məhv etmək vaxtı çatdı. İsraillilər Arnon axınını keçdilər və düşmənin qarşısına hərəkət etdilər. Döyüş başlandı və ibranilərin qələbəsi ilə qurtardı. Onlar qazanılan üstünlükdən istifadə edərək tezliklə emorlulann bütün ölkəsini ələ keçirdilər. Öz xalqının düşməninə qalib gələn Rəbb, ordusunun Rəhbəri idi və İsrail Ona inansaydı, O, həmin şeyi otuz səkkiz il əvvəl də edərdi.AP 385.1

    Ümid və gümrahlıqla dolaraq, israil ordusu əvvəlki kimi şimal istiqamətində gedərək sürətlə irəliləyirdi. İsraillilər tezliklə yenidən onların cəsarəti və imanı sınağa çəkilən ölkəyə çatdılar. Onların önündə qüdrətli və əhalisi sıx olan Başan padşahlığı dururdu, onun ərazisində indiyədək bütün dünyanı heyrətə salan möhkəmlənmiş şəhərlər yerləşirdi. “Hamısının darvazaları cəftəli idi və hündür divarlarla əhatə olunmuş” altmış şəhər var idi (Qanunun təkrarı 3:111). Evlər qara rəngli və qeyri-adi ölçülü böyük daşlardan tikilmişdilər və tamamilə yenilməz, o zamanlar mövcud olan heç bir divardağıdan silaha təslim olmayacaq tikililər idi. Bu, vəhşi mağaralar, başgicəlləndirən uçurumlar, dərin dərələr və möhkəm qalalar ölkəsi idi. Onun sakinləri nəhənglərin törəmələri idilər, qeyri-adi boylu və güclü insanlar idilər, coşqunluqları və qəddarlıqları ilə fərqlənirdilər. Onlar ətrafdakı bütün xalqları dəhşətə gətirirdilər. Ölkənin padşahı Oq isə hətta öz xalqının nəhəngləri arasında da boyca və şücaətcə seçilirdi. Lakin bulud sütunu irəli gedirdi. İbrani dəstələri də onu təqib edərək Edreiyə gedirdilər. Orada nəhəng padşah öz ordusu ilə onların yaxınlaşmasını gözləyirdi. Oq döyüş yerini bacarıqla seçmişdi. Edrei şəhəri yaylaqda yerləirdi, bu yaylağa düzənlik üzərindəki sərt cığırlarla qalxmaq olardı. Məğlubiyyət vaxtı onun döyüşçüləri qayalar arasında sığınacaq tapa bilərdilər, burada yadellilər onları təqib edə bilməzdilər.AP 385.2

    Döyüşün uğurlu nəticəsinə əmin olan padşah öz çoxsaylı ordusu ilə düzənliyə çıxdı, bu zaman yaylaqdan döyüşə can atan min döyüşçünün qələbəyə əmin qışqırıqları gəlirdi. İbranilər bu nəhənglər nəhənginin öz ordusunun döyüşçüləri arasında yüksələn güclü cüssəsini, onu əhatə edən on minlərlə adamı, şəhərlərin yenilməz qalasını görəndə, (hələ bu qalaların arxasında düşmən ordusunun minbrb döyüşçüləri gizbnmişdi), İsraildə çoxlarının qorxudan ürəyi əsdi. Lakin Musa möhkəm və sakit idi. Rəbb Başan padşahı haqda dedi: “Ondan qorxma, çünki Mən onu, bütün xalqını və torpağını sənə təslim edirəm. Xeşbonda yaşayan Emorluların padşahı Sixonun başına gətirdiyini onun da başma gətir”.AP 386.1

    Rəhbərin sakit inamı xalqda Allaha inam hissi oyadırdı. Onlar Onun qadir əlinə etibar etdibr və O, onları tərk etmədi. Nə nəhənglər, nə möhkənlənmiş şəhərlər, nə silahlı ordu, nə qayalıq qalalar Rəbb ordusunun Sərkərdəsi önündə dura bilməzdibr. Rəbb orduya rəhbərlik edirdi, O, rəqibin ordusunu pərən-pərən etdi, Rəbb İsrail uğrunda döyüşürdü. Nəhəng padşah və onun ordusu məhv edildi və israillibr bütün ölkəni ələ keçirdilər. Allahsızlığa və murdar bütpərəstliyə uymuş bu qeyri-adi xalq yer üzündən beb silindi. Gileadın və Başanın fəth edilməsində, qırx il əvvəl Qadeşdə baş verən və İsraili səhrada bu qədər uzun sərgərdanlığa düçar edən hadisələri yaxşı xatırlayanlardan bir çoxu da iştirak edirdilər. Onlar gördübr ki, casusların əhd olunan torpaq haqda söylədikbrinin çoxu düz çıxdı. Şəhərlər hündür divarlarla dövrələnmişdi və möhkəmlənmişdilər, onların sakinləri nəhəng insanlar idilər, onlarla müqayisədə israillilər liliput kimi göründülər. İndi onlar dark etdilər ki, onların atalarının fəlakətli səhvi onda idi ki, onlar Allahın gücünə inanmamışdılar. Yalnız bu səbəbə görə onlar bu gözəl torpağa girməmişdilər.AP 386.2

    Birinci dəfə Kənana girmək indikindən çox asan idi. Allah öz xalqına vəd etmişdi ki, əgər israillilər Onun sözünü eşitsələr, O, onların önündə gedəcək və onlar uğrunda vuruşacaqdır. O, eşşəkarıları göndərəcəkdir ki, bu torpağın sakinlərini qovsunlar. O vaxt xalqlar hələ ümumi qorxu altında idibr və buna görə də İsrail xalqı öz yolunda ciddi maneələrə rast gəlməzdilər. Lakin indi Allah onlara irəli getməyi əmr edəndə onlar güclü və qüdrətli düşmənbrə qarşı çıxmalı idilər və çoxsaylı, müharibəyə səylə hazırlaşmış ordu ilə vuruşmalı idilər.AP 386.3

    Başan və Sixonla müharibədə xalq öz atalarının dözmədiyi sınaqlara məruz qalmışdılar. Lakin indi sınaqlar əvvəlkindən, Allahın İsrailə irəli getməyi əmr etdiyi vaxtdakından daha sərt olmuşdu. Onlar Allah naminə getməkdən imtina etdikləri vaxtdakından daha çox çətinliklərlə toqquşmuşdular. Rəbb Öz xalqını həmişə belə sınayır. Əgər insanlar birinci sınağa dözməmişlərsə, O onlan ikinci dəfə daha sərt olan sınağa məruz qoyur. Bu o vaxta qədər davam edir ki, nəhayət onlar sınağa dözürlər, əgər hələ də Allaha qarşı üsyan edirlərsə, O, onlardan Öz işığını alır və onlan zülmətdə qoyur.AP 387.1

    İndi ibranilər xatırladılar ki, onların ordusu döyüşdə bir dəfə necə darmadağın edilmişdilər və minləri həlak olmuşdur. Lakin onda onlar İlahi əmrə zidd hərəkət etmişdilər; onlar Allah tərəfindən təyin edilmiş rəhbərləri Musasız, onlar üçün İlahi hüzurun əlaməti olan bulud sütunu olmadan və mücrüsüz çıxmışdılar. İndi onlan ümid və iman sözləri ilə möhkəmlədərək Musa onlarla gedirdi. Bulud sütununa bürünmüş Allah Oğlu onlara yol göstərirdi, müqəddəs mücrü isə onların dəstəsini müşayiət edirdi. Bu hadisələr bizim üçün böyük dərsdir. İsrailin qüdrətli Allahı bizim Allahımızdır. Biz ona inana bilərik və əgər Onun tələblərinə itaət etsək, O, vaxtilə qədim xalq üçün etdiyini bizim üçün də edər. Öz borcunu yerinə yetirən hər bir kəsi hərdən şübhə və inamsızlıq cənginə keçirəcəkdir. Qorxaqlığa təslim olanları ümidsizliyə düçar etmək üçün, yolda hərdən keçilməz görünən maneələr qarşıya çıxa bilər, lakin Allah bebbrinə deyir: “İrəli gedin! Nəyin bahasına olursa olsun, öz borcunuzu yerinə yetirin. Əgər siz bundan sonra mütilikb Allaha inanaraq itaət yolu ilə getsəniz, keçilməz görünən və sizin qəlblərinizi qorxu ilə dolduran çətinliklər itəcəkdir”.AP 387.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents