Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    42-ci fəsil
    QANUNUN TƏ KRARLANMASI

    (Bu fəsil Qanunun təkrarı 4-6 və 28-ci fəsillərinə əsaslanır)

    Rəbb Musaya İsrail xalqının Kənan torpağına girəcəyi və ona sahib olacağı vaxtın yaxınlaşdığım elan etdi. Qocalmış peyğəmbər təpənin üstündə duraraq və İordana, əhd olunan torpağa nəzər salaraq öz xalqının vərəsəsinə çox böyük maraqla baxırdı. Bəlkə də onun Qadeşdə etdiyi günah üçün çıxanlan hökm dəyişiləcəkdir? O, səmimi qəlbdən Allaha yalvardı: “Ya Xudavənd Rəbb, Sən Öz böyüklüyünü və qüdrətli əlini bu quluna göstərməyə başladın.Göydə və yerdə hansı allah var ki, Sənin etdiyin böyük işləri görə bilsin, Sənin kimi hər şeyə qadir olsun! Rica edirəm, qoy İordan çayını keçib onun qərb tərəfində olan gözəl torpağı - o gözəl dağlıq bölgəsini və Livanı görüm”.AP 410.1

    Bu duaya o cavab aldı: “Bəsdir, bu barədə bir daha Mənə müraciət etmə! Pisqa təpəsinə çıxıb qərbə, şimala, cənuba, və şərqə göz gəzdir. Qoy gözlərin onları görsün, çünki sən İordan çayını keçməyəcəksən” (Qanunun təkrarı 3:24-27).AP 410.2

    Musa Allahın qərarına şikayətsiz itaət etdi. İndi onun həyəcanına səbəb olan əsas şey İsrail idi. Onun kimi belə ürəkdən kim İsrailin qayğısına qalacaqdır? O, qüssə və həyəcan dolu qəlblə dua etməyə başladı: “Rəbb - bütün bəşər ruhlarının Allahı, icma üzərinə bir adam nəsib etsin, o da onların önündə girib-çıxsın, onların önündə döyüşə gedib-gəlsin. Qoy Rəbbin icması çobansız sürü kimi olmasın” (Saylar 27:16,17). Rəbb Öz qulunun duasını eşitdi və ona dedi: “İçində Ruh olan bir adamı - Nun oğlu Yeşuanı yanına gətirərək əlini onun üzərinə qoyacaqsan. Onu kahin Eleazar və bütün icma qarşısında dayandırıb onların gözləri önündə ona vəzifə tapşır. Ona öz səlahiyyətindən ver ki, bütün İsrail icması ona itaət etsin” (Saylar 27:18-20). Yeşua Musaya çoxdan kömək edirdi və müdrik, bacarıqlı və sədaqətli ər olaraq onun davamçısı olmalı idi.AP 410.3

    Musanın əlini Nun oğlu Yeşuanın üzərinə qoyması vasitəsib o, təntənə ilə böyük işə həsr edildi və İsrailin rəhbəri elan edildi. Onu da idarəetmədə iştiraka buraxdılar. Rəbb Musaya əmr etdi ki, Nun oğlu Yeşua barədə bütün camaata bunlan çatdırsın: “O göstəriş almaq üçün kahin Eleazara müraciət etməlidir. Eleazar isə Urim vasitəsilə Rəbdən soruşmalıdır. Yeşua ilə bütün İsraillilər icması Eleazarın əmri ilə döyüşə gedib gəlsinlər” (Saylar 27:21).AP 411.1

    İsrailin rəhbəri məsuliyyətini öz üzərindən götürməzdən əvvəl Musaya əmr edildi ki, bütün xalq önündə Misirdən azad olma və səhrada sərgərdanlıq tarixini təkrar etsin, həm də Sinada elan edilən qanunu ikinci dəfə söyləsin. Bu qanun elan ediləndə indiki İsrail camaatından ancaq bəziləri həmin anın böyük təntənəsini dərk etmək üçün kifayət qədər böyük idilər. İsraillilər yaxın gələcəkdə İordanı keçməli və əhd olunan torpağı ələ keçirməli olacaqlan üçün Allah istəyirdi ki, Öz qanununun təbblərini yenidən onlara söyləsin və itaətin onların əmin-amanlığının zəmanəti olmasına xüsusi diqqət yönəltsin.AP 411.2

    Musa son xəbərdarlıq sözlərini söyləməkçün xalqın önündə durdu. Onun özü müqəddəs işıqdan işıqlanaraq nur saçırdı. Onun saçları qar kimi ağarsa da, qaməti düzlüyünü saxlamışdı və üzündə solmaz sağlamlıq möhürü var idi, gözləri isə təmiz və aydın idi. Vacib an çatdı və Musa onların Qadir Himayəçisinin Məhəbbətini və mərhəmətini dərin hisslər ilə təsvir etdi.AP 411.3

    “İndi Allahınızın yer üzərində insan yaratdığı gündən bəri sizə əvvəlki dövrün günləri barədə göylərin bir başından o biri başına qədər hamıdan soruşun. Belə böyük hadisə olubmu? Belə bir şey eşidilibmi? Hansı bir xalq sizin kimi alov içərisindən danışan Allahın səsini eşitdi və sağ qaldı? Yaxud hansı allah Allahınız Rəbb kimi Misirdə gözləriniz önündə sizin xeyrinizə işləyərək imtahanlarla, əlamətlərlə, möcüzələrlə, döyüşlərlə, qüvvətli əli ilə, uzanan qolu ilə, böyük zəhmi ilə başqa millətin üstünə gedib onlardan öz millətini aldı? Bütün bunlar sizə ona görə göstərildi ki, bunu biləsiniz: yalnız Rəbb Allahdır, başqası yoxdur”. (Qanunun təkrarı 4:33-35)AP 411.4

    “Rəbbin sizi sevməsi, seçməsi o bin xalqlardan daha çox olduğunuz üçün deyil. Həqiqətən, siz onlardan azsınız. Rəbb sizi sevdiyi və atalarınıza verdiyi vədi yerinə yetirmək istədiyi üçün qüvvətli əli ilə sizi Misirdən çıxartdı. O sizi köləlik diyarından, Misir padşahı fırondan satın aldı. Bilin ki, Allahınız Rəbb əsl Allahdır. O vəfalı Allahdır. Əhdinə sadiq qalıb Onu sevənlərin, əmrlərini yerinə yetirənlərin minlərlə nəslinə məhəbbətini göstərir”( Qanunun təkran 7:7-9).AP 412.1

    Əvvəllər İsrail xalqı Musanı hazırlıqla özünün bütün çətinliklərinin təqsirkan hesab edirdi, lakin indi ona məğrurluğun, şöhrətpərəstliyin, yaxud eqoizmin rəhbərlik etməsi haqda şübhələr dağılmışdı, insanlar onun sözlərini etibarla dinləyirdilər. Musa onların səhvlərini və onlann atalarının qanunsuzluqlarını çox aydın izah etdi. Onlar çox vaxt səbirsiz olurdular və şikayət edirdilər ki, uzun zaman səhrada dolaşmağa məcburdurlar, lakin Rəbb bunda təqsirkar deyildir. O, onlardan çox kədərlənirdi ki, onlan birbaşa əhd olunan torpağa apara və bununla bütün insanlara Öz xalqının qurtuluşunda Öz qüdrətini göstərə bilmir. Onlar Allaha etibarsızlıqları, məğrurluqları və imansızlıqları üzündən Kənana girməyə hazır deyildilər. Onlar, olduqlan kimi, Allahı Rəbb olan xalqı heç cür təmsil edə bilməzdilər, çünki Allaha xas olan paklığa, mərhəmətə və xeyirxahlığa malik deyildilər. Əgər onların ataları Allahın bütün göstərişbrinə imanla əməl etsəydilər və Onun əmrlərini yerinə yetirsəydibr, onlar artıq çoxdan Kənanda məskunlaşardılar. Onlar əhd olunan torpağa o saat girməməkb Allahı təhqir etmiş oldular və Onun şöhrəti bütün ətraf xalqlann gözlərində solğunlaşdı.AP 412.2

    Allah Qanununun mahiyyətini və mənasını başa düşən Musa camaatı inandırdı ki, heç bir başqa xalq ibranilərə verildiyi kimi müdrik, ədabtli və mərhəmətli hökmbrə malik deyildir. “Baxın Allahım Rəbbin mənə əmr etdiyi qayda və hökmləri sizə öyrətmişəm ki, mülk olaraq almaq üçün daxil olacağınız torpaqda bunlara əməl edəsiniz. Onlara diqqətlə riayət edin. Bu, digər xalqlara nə qədər müdrik və aqil olduğunuzu göstərər. Onlar bu qaydalan eşidəndə deyəcəklər ki, bu böyük millət, həqiqətən, müdrik və aqil bir xalqdır!”.AP 412.3

    Musa xalqa Xorevdə özünün Rəbbi Allah önündə durduğu günü xatırlatdı. İsrail dəstələrinə müraciət edərək o dedi: “Allahımız Rəbb hər dəfə dua edərkən bizə yaxın olar. Axı hansı millət belə üstündür ki, Allahı ona bu cür yaxın olsun? Hansı millət belə üstündür ki, bu gün qarşınıza gətirdiyi bu Qanun kimi ədalətli qaydalara və hökmlərə malik olsun?” Bu sualları bu gün də müasir İsrailə vermək olar. Allahın qədim İsrailə verdiyi qanunlar dünyanın ən inkişaf etmiş xalqlarının qanunlarından çox-çox müdrik, yaxşı və humanistdir. İnsan cəmiyyətinin qanunlarında yeniləşməmiş insan qəlbinin zəifliklərinin, həvəslərinin və qeyri-kamilliyinin izləri vardır, Allah Qanunları isə İlahi möhürlə təsdiqlənmişdir.AP 413.1

    Musa dedi: “Sizə gəldikdə isə, Rəbb sizi götürüb dəmir əridən soba içindən - Misirdən çıxarıb ki, bugünkü kimi Ona məxsus xalq olasınız”. Tezliklə onların girməli olacaqları və itaət etmələri şərtilə onların torpağı olmalı olan yeri o, necə gözəl sözlərlə təsvir etdi və israillilər xatırlayanda ki, onların günahı üzündən o, öz xalqının mirasına şərik olmayacaqdır, bu sözlər onların qəlblərində necə acı hisslər doğurmalı idi:AP 413.2

    “Çünki Allahınız Rəbb sizi gözəl torpağa - çay və gölləri olan, dərə və təpələrində bulaqlar çağlayan yerlərə aparır”, bu torpaq, - “Çünki mülk olaraq almaq üçün girəcəyiniz torpaq çıxmış olduğunuz Misir ölkəsinə bənzəmir. Orada toxumunuzu əkirdiniz, bostan kimi ayağınızla sulayırdınız. Amma mülk olaraq almağa gedəcəyiniz torpaq dağlı-dərəli bir diyardır. Bu torpaq göydən yağış suyu içər. Ora Allahınız Rəbbin lütf göstərdiyi elə bir torpaqdır ki, ilin əvvəlindən sonuna qədər Allahınız Rəbbin nəzəri altındadır” (Qanunun təkrarı 8:7-9;ll:10-12). “Allahın Rəbb səni ata-babaların İbrahimə, İshaqa və Yaquba etdiyi anda görə verəcəyi torpağa aparacaq. Orada inşa etmədiyin böyük və gözəl şeylərlə dolu evlər, zəhmətini çəkmədiyin qazılmış su quyuları, salmadığın üzümlüklər və zeytunluqlar var. Yeyib-doyanda isə diqqətli ol. Səni Misir torpağından - köləlik diyarından çıxaran Rəbbi unutma”. “Ehtiyatlı olun ki, Allahınız Rəbbin sizinlə etdiyi əhdi unutmayasınız... Çünki Allahın Rəbb hər şeyi yandırıb-yaxan alovdur. O, qısqanc Allahdır” (Qanunun təkran 6:10-12; 4:23-24).AP 413.3

    Bütün xalqın önündə qanunu təkrarlamaqla Musa, Allahdan aldığı bütün qanunları, qaydaları, əhdləri, həm də qurbangətirmə sistemi haqda bütün göstərişləri yazmaq işini başa çatdırdı. Bütün bu yazıları əhatə edən Kitab müvafıq şəxslərə verildi və qorunmaq üçün mücrüyə qoyuldu. Lakin böyük rəhbər hələ də narahat olurdu ki, xalq Allahdan uzaqlaşa bilər. O, xeyir-dua və lənət şərtlərini onlara əzəmətli və təsirli sözlərlə söylədi. “Əgər Allahınız Rəbbinn sözlərinə yaxşı-yaxşı qulaq asıb bu gün sizə buyurduğum bütün əmrbrinə riyaət etsəniz,... Allahınız Rəbbin sözünü dinləsəniz, bütün bu bərəkətbr sizə gələcək və üzərinizdə qalacaq. ... Səbət və xəmir təknələriniz bərəkətli olacaq. Hər girişiniz, hər çıxışınız xeyir-dualı olacaq. Rəbb sizə hücum edən düşmənlərinizi önünüzdə məğlub edəcək.... Rəbb anbarlarınıza, əl atdığınız hər işə “Bərəkətli olsun!” deyə əmr verəcək və Allahınız Rəbb sizə verəcəyi torpağa bərəkət yağdıracaq” (Qanunun təkrarı 28:1-8).AP 413.4

    “Amma Allahınız Rəbbin sözlərinə qulaq asmasanız, bu gün sizə buyurduğum əmrlərin, qaydaların hamısına dəqiq əməl etməsəniz, bu lənətlər gəlib üzərinizə tökübcək”.”Rəbb sizi dünyanın bu başından o biri başınadək bütün xalqların arasına pərən-pərən salacaq. Orada sizin də, atalanrınızın da tanımadığı, ağacdan və ya daşdan düzəldilmiş yad allahlara sitayiş edəcəksiniz. Bu millətlər arasında nə sülhünüz, nə də rahatlığınız olacaq. Rəbb sizə orada ürəkqopması, ümidsizlik, gözbməkdən yorulan gözlər verəcək. Daim canınızın qayğısını çəkəcək, gecə-gündüz vahimə içərisində yaşayacaqsınız. Həyatınızın asayişi olmayacaq. Ürəyinizə dolan vahimədən və gözünüzlə gördüyünüz hadisələr üzündən səhər olanda “kaş axşam olaydı”, axşam olanda “kaş səhər olaydı” deyəcəksiniz”. (Qanunun təkrarı 28:15,64-67)AP 414.1

    Peyğəmbərlik ruhu vasitəsilə, əsrbrin dərinliyinə baxaraq, Musa İsrailin millət kimi tam tənəzzülünün və Yerusəlimin Roma ordusu tərəfindən dağıdılmasının dəhşətli səhnələrini təsvir etdi: “Rəbb uzaqdan, dünyanın ucqarlarından bir milləti - dilini başa düşmədiyiniz bir milləti qartal kimi üzərinizə şığıdacaq. Bu eb sərt sifətli bir millətdir ki, nə qocaların şəxsiyyətinə hörməti var, nə də uşaqlara rəhmi gəlir”. O, ölkənin tam boşalmasını və Tit tərəfindən Yerusəlimə basqın zamanı İsrailin keçirəcək olacağı o dəhşətli iztirabları yüzilliklər öncə canlı təsvir etdi: “Bu millət sizi həlak edincəyə qədər heyvanlarınızın balalarını, torpağınızın məhsulunu yeyib qurtaracaq... Bütün şəhərbrinizi mühasirəyə alıb ölkənizdəki güvəndiyiniz möhkəm və hündür divarlarınızı tamamilə yerlə yeksan edəcəklər... Mühasirəyə düşəndə düşmənlərinizin sizə verəcəyi aclıqdan doğulan övladlarınızın - Allahın Rəbbin sənə verdiyi oğul-qızlarınızan ətini yeyəcəksiniz”. “Aranızda ən ürəyinazik, həssas qadın - zərifliyindən və incəliyindən ayağını yerə basmaq istəməyən qadın belə, sevdiyi ərinə, öz öğluna, eləcə də qızına rəhm etməyəcək. Bətnindən çıxan cifti və doğduğu uşaqları verməyib gizli yeyəcək, çünki bütün şəhərləriniz mühasirəyə düşəndə aclıq olacaq”. (Qanunun təkran 28:51-53,56-57)AP 414.2

    Musa öz nitqini bu cür təsirli sözlərlə bitirdi: “Qarşınızda həyatla ölümü, bərəkətlə lənəti qoyduğum üçün bu gün göyü və yeri sizə şahid tuturam. Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz. Allahınız Rəbbi sevin, sözü qulağınızda qalsın və Ona bağlanın. Çünki sizin həyatınız Odur. Belə etsəniz, Rəbbin ata-babalarınız, İbrahimə, İshaqa və Yaquba verməyi vəd etdiyi torpaqda sizi uzun ömürlü edəcək”( Qanunun təkrarı 30:19,20).AP 415.1

    Bu həqiqətlərin xalqın şüurundan silinməməsi üçün Musa onları yalnız tarixi deyil, həm də peyğəmbərcəsinə olan mahnının sözlərinə düzdü. Allahın Öz xalqı ilə keçmişdə gözəl rəftarından xəbər verməkdən başqa, onda Məsihin şöhrət və qüdrətlə yenidən gələcəyi zaman gələcəyin böyük hadisələri, salehlərin son qələbələri haqqında xəbər verilirdi. Xalqa əmr edildi ki, bu tarixi mahnının sözlərini əzbər öyrənsinlər, öz övladlarına öyrətsinlər və onu nəsildən-nəslə ötürsünlər. O, hamılıqla birlikdə, ibadətə toplaşarkən və gündəlik məşğuliyyətlər zamanı oxunmalı idi. Hər bir ata və ananın borcu ondan ibarət idi ki, bu mahnının sözlərini həssas uşaq şüurunda həmişəlik həkk etsinlər.AP 415.2

    İsraillilər Allah Qanununun qorucuyuları və riayətçiləri olmalı olduqlan üçün Onun göstərişlərinin əhəmiyyəti və Ona itaətin vacibliyi onların, onların uşaqlarının beynində xüsusi həkk olunmalı idi və nəsildən-nəslə belə ötürülməli idi. Rəbb Öz göstərişləri haqda əmr etmişdir: “Onları övladlarına təlqin et və evində oturanda, yolla gedəndə, uzananda və qalxanda onlar haqqında danış... və onları evinin çərçivələrinə və qapılarına yaz”.AP 415.3

    Gəbcəkdə övladları onlardan “Allahınız Rəbbin sizə əmr etdiyi bu qaydalar, qərarlar və qanunlar nə deməkdir?” - deyə soruşanda, valideynlər Allahın onlarla rəhmli rəftarı tarixi haqqında, Onun qanununa riayət edə bilmələri üçün onları necə azad etməsi haqqında onlara danışmalıdırlar. Onlar övladlarına deməlidirlər: “Allahımız Rəbdən qorxaq, bütün günlər bizə xeyirli olsun və bu gün olduğu kimi bizi sağ buraxsın deyə, Rəbb bütün bu qanunları tutmağı bizə əmr etdi. Allahımız Rəbbin önündə bütün bu əmrləri bizə əmr etdiyi kimi etməyə diqqət etsək, bizim salehliyimiz olacaqdır”.AP 415.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents