Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    44-cü fəsil
    İORDANDAN KEÇİD

    (Bu fəsil Yeşua Kitabının 1:1-5:12-ci fəsillərinə əsaslanır)

    İsraillilər dünyasını dəyişmiş rəhbərləri üçün dərindən kədərlənirdilər və otuz gün ərzində onun xatirəsinə xüsusi ibadət etdilər. Yalnız indi, Musa onlarla olmadıqda, onlar onun mudrik məsləhətlərinin mənasını, onun ata nəvazişini və sarsılmaz imanını tamamilə qiymətbndirdilər. Onun sağlığında xəsislik etmədiyi qiymətli tövsiyələrini onlar yeni və dərin hisslə dark edirdilər.AP 427.1

    Musa ölmüşdü, lakin əvvəlki kimi öz xalqı ilə birlikdə qalmışdı. Bu müqəddəs və təmənnasız həyat haqqında xatirə insanların qəlbində uzun müddət qalmalı idi və peyğəmbərin sağlığında onun sözlərini beb az qiymətbndirənləri sakitcə, lakin dönmədən fəth etməli idi. Dağların arxasında gizlənən günəşin şüaları zirvələri işıqlandırmaqda davam etdiyi kimi, müqəddəs, alicanab və pak qəlblərin işbri də, artıq onlar özləri çoxdan sağ olmasalar da, hələ uzun müddət öz işıqlarını dünyaya göndərməkdə davam edirlər. Onların əməkləri, sözləri və nümunələri əbədi yaşayacaqdır: “Saleh insan heç zaman unudulmaz” (Məzmur 112:6).AP 427.2

    İnsanlar geriyədönməz itkidən dərin kədərbnsələr də, onlar bilirdilər ki, tərk edilməmişlər. Gündüz bulud sütunu, gecə isə od sütunu səyyar məbədin üzərində duraraq buna işarə edirdi ki, əgər onlar Allahın əmrləri yolu ilə getsələr, O, həmişə onların Himayəçisi və Köməkçisi olacaqdır.AP 427.3

    İsrailin tanınmış rəhbəri indi Nun oğlu Yeşua oldu. O, şanlı döyüşçü kimi tanınmışdı və onun hərbi çarpışmadakı istedadı və bacarığı xalqın tarixində çox vacib rol oynamışdı. Cəsur, qətiyyətli, inadcıl, cəld, düzgün, öz tabeçiliyində olanların rifahı naminə hər şeyi qurban verən və hər şeydən çox Allaha canlı inamdan ilhamlanan - Allahın israillilərin rəhbəri olmaq üçün seçdiyi və onları əhd olunan torpağa aparmağı tapşırdığı adam belə idi. Nun oğlu Yeşua Musanın birinci köməkçisi idi və onun təvazökarlığı, şərtsiz sədaqəti, başqaları möhkəmlikdə fərqlənmədikdə sarsılmazlığı, təhlükəli vaxtda həqiqəti qorumaq prinsipiallığı, Rəb bunu göstərməmişdən qabaq, onun Musanın xələfi olmaq bacanğından xəbər verirdi.AP 428.1

    Yeşua yerinə yetirməli olacağı vəzifəyə böyük narahatçılıq və özünə inamsızlıqla baxırdı, lakin onun narahatçılığı Allahın bu ruhlandırıcı sözləri ilə dağıldı: “Musa ilə necə olmuşamsa, səninlə də elə olacağam; səndən dönməyəcəyəm və səni tərk etməyəcəyəm... atalarına verməyi and içdiyim torpağı bu xalqın ixtiyarına verərsən”. “Ayaqlarınızın pəncəsi dəydiyi hər bir yeri, Musaya dediyim kimi, sizə verirəm”. Livan dağlarının zirvələrindən Aralıq dənizinin sahillərinə və şərqə doğru böyük Fərat çayına qədər hər şey israillilərə məxsus olmalı idi.AP 428.2

    Bu əhd bu sözlərlə möhkəmləndi: “Yalnız möhkəm və mətin ol, qulum Musanın sənə vəsiyyət etdiyi bütün qanunu diqqətlə qoru və yerinə yetir”. “Qoy bu qanun kitabı sənin dodaqlarından ayrılmasın; lakin ondan gecə-gündüz öyrən”. “Ondan nə sağa, nə sola dön”, “onda sənin yolların uğurlu olacaq və ağıllı hərəkət edəcəksən”.AP 428.3

    İsraillilər hələ də İordanın şərq tərəfındə yerləşirdilər - Kənana girmək üçün çay birinci maneə idi. “Qalx, - Allahın Yeşuaya birinci əmri səsləndi, - sən və bütün bu xalq bu İordandan sizə verdiyim torpağa keçin”. Onlann getməli olacaqlan yol haqqında isə heç nə deyilmədi. Lakin Yeşua bilirdi: Rəbb nə əmr etsə də, onların önündə yol hazırlayacaqdır və qorxmaz rəhbər bu inamla da dərhal yola yığışmağa başladı.AP 428.4

    Sahildən bir neçə mil məsafədə, çayın o biri tərəfındə, israillilərin düşərgə saldıqları yerin düz qarşısında böyük və möhkəmlənmiş Yerixo şəhəri yerləşirdi. Bu şəhər doğrudan da bütün yerin qapısı idi və israillilər üçün qeyri-müəyyən maneə təsəvvürü yaradırdı. Buna görə də Yaşua oraya iki gənc göndərdi ki, onlar öyrənsinlər: şəhərdə kim yaşayır, onun xüsusiyyətləri və möhkəmliyi necədir. Bu şəraitdə şəhərin sakinləri çox sayıqlıq göstərdilər və yeni şəxslərin görünməsinə ehtiyat və şübhə ilə yanaşdılar. Təbii ki, ora göndərilən insanlar böyük təhlükədə idilər. Lakin yerli qadın Raxav öz həyatı ilə risk edərək onları xilas etdi.Onun mehribanlığına təşəkkür əlaməti olaraq onlar vəd etdilər ki, şəhər ələ keçiriləndə onu xilas edəcəklər.AP 428.5

    Casuslar müvəffəqiyyətlə belə bir xəbərlə qayıtdılar: “Rəbb bütün bu torpağı bizim əllərimizə tapşırmışdır və yerin bütün sakinləri bizdən qorxurlar”. Yerixoda onlara demişdilər: “Çünki Misirdən çıxdığınız zaman Rəbb önünüzdən Qara dənizin sularını necə qurutdu və İordan arxasında olan Emorların tamamən yox etdiyiniz iki padşahına, Sixona və Oqa, nə etdiyinizi eşitdik. Eşidəndə qəlbimiz əridi və sizin önünüzdə artıq kimsədə can qalmadı; çünki Allahınız Rəbdir yuxarıda göylərdə və aşağıda yer üzündə Allah”.AP 429.1

    Bundan sonra dərhal yola hazırlaşmaq sərəncamı səsləndi. Xalq üç günlük yol üçün ərzaq tədarükü görməli idi, ordu isə döyüşə hazırlaşmalı idi. Harnı rəhbərin əmrlərini sevinclə yerinə yetirirdi və öz sədaqətlərinə və dəstəklərinə onu əmin edirdilər. “Sən nə əmr etsən, hamısını edəcəyik və bizi hara göndərsən, gedəcəyik; Musaya necə qulaq asmışıqsa, sənə də eb qulaq asacağıq: yalnız Allahın Rəbb, Musa ilə necə idisə, səninlə də olsun”.AP 429.2

    Sittimdəki akasiyalar arasındakı dayanacaqlarını tərk edərək israillilər İordan sərhəddinə tərpəndilər. Lakin hamı bilirdi ki, İlahi kömək olmadan onların o biri tərəfə keçmələrinə ümid yoxdur. İlin bu vaxtında, yazda, dağlarda qar əriyəndə çayda su çox qalxırdı, onu adi kəsə yollarla keçmək mümkün deyildi. Allah istəyirdi ki, İsrailin keçməsi möcüzə olsun. İlahi əmrə əsasən, Yeşua xalqa özünü paklaşdırmağı əmr etdi. Onlar öz günahlarından tövbə etməli və yuyunmanı icra etməli idilər. “Çünki sabah, - o dedi, - Rəbb sizin aranızda möcüzə törədəcəkdir. Xalqın önündə əhd mücrüsü aparılmalı idi. İnsanlar görəndə ki, kahinlər əhd mücrüsünü qaldırdılar və onunla birlikdə çaya tərəf yönəldilər, onların arxasınca gedəcəkdibr. İsraillibrə ən ətraflı surətdə onların keçməsinin şəraiti izah edildi. Yeşua dedi: “Kənanlıları sizin qarşınızdan qovacaq canlı Allahın sizin aranızda olmasını bundan bibcəksiniz... budur, bütün dünyanın Rəbbinin əhd mücrüsü sizin önünüzdə İordandan keçəcəkdir”.AP 429.3

    Təyin olunan vaxtda bütün xalq, başda mücrünü aparan kahinlər olmaqla, yola düşdülər. İnsanlara mücrüdən yarım mil məsafədə getmək əmr edilmişdi. Hamı kahinlərin İordanın sahilinə necə enmələrini gərgin diqqətlə izləyirdi. Onlar gördülər ki, kahinlər əhd mücrüsü ilə birlikdə necə qətiyyətlə köpüklənən coşğun axma girdilər və su onların ayaqlarını necə çulğaladı. Sonra birdən axından yuxarıda su geriyə axdı, aşağıda isə çayın dibini çılpaq qoyaraq öz dalğalarını axıtmaqda davam etdi.AP 429.4

    İlahi əmrə əsasən, kahinlər çayın ortasında dayandılar və hamı o biri sahilə keçənə qədər yerlərindən tərpənmədilər. İsrail gördü ki, qırx il öncə onların atalarının önündə Qırmızı dənizin sularını aralayan qüvvə indi İordanın sularını dayandırdı. Bütün xalq çayın qərb sahilinə keçəndə mücrünü də oraya apardılar. Bu edilən kimi və kahinlərin ayaqları torpağa dəyən kimi dayandırılan sular qarşısıalınmaz axınla çayın təbii məcrası ilə aşağı cumdu.AP 430.1

    Bu böyük möcüzə bütün gələcək nəsillərin yaddaşına həkk olunmalı idi. Mücrünü aparan kahinlər İordanın ortasında dayananda əvvəlcədən hər soydan biri seçilmiş on iki ər çaym dibindən, kahinlərin dayandığı yerdən hərəsi bir daş götürdü və onları qərb sahilinə yığdılar. Bu daşlardan çayın qərb sahilində onların birinci dayanacağı şərəfinə abidə ucaldılmalı idi. Allahın törətdiyi bu möcüzəli qurtuluş haqda tarixi nəsildən-nəsilə ötürmək xalqa əmr edilmişdi ki, Nun oğlu Yeşuanın sözləri ilə: “dünyanın bütün xalqları dərk etsinlər ki, Rəbbin əli güclüdür və siz bütün günlərinizdə Allahınız Rəbdən qorxasınız”. Bu möcüzə həm ibranilərə, həm də onların düşmənlərinə böyük təsir göstərdi. İsrail üçün bu onun sübutu idi ki, Allah həmişə onların arasındadır və onları qoruyacaqdır, əvvəllər Musa vasitəsilə fəaliyyət göstərdiyi kimi, O, Yeşua vasitəsilə də fəaliyyət göstərəcəkdir.AP 430.2

    Torpağın fəth edilməsinin - qırx il öncə onların atalarının imanını sarsıdan bu əzəmətli məqsədin lap əvvəlində onların qəlblərini möhkəmlədəcək yəqinliyə onların ehtiyacı var idi. Rəbb keçiddən əvvəl Yeşuaya dedi: “Bu gün Mən səni bütün İsrail oğullarının gözləri önündə şöhrətləndirməyə başlayacağam, qoy onlar bilsinlər ki, Mən Musa ilə necə idimsə, səninlə də elə olacağam”. Bu vəd yerinə yetdi. “Rəbb həmin gün Yeşuanı bütün İsrailin gözləri önündə şöhrətləndirdi və ömrünün bütün günləri ərzində Musadan necə qorxurdularsa, ondan da elə qorxmağa başladılar”.AP 430.3

    İlahi qüdrətin təzahürü bütün ətraf xalqlara da qorxu təlqin etməli idi və beləliklə israillilərə daha asan və tam qələbə təmin etməli idi. Allahın israillilərin önündə İordanın sularını saxlaması haqqında şaiyələr əmorlu və kənanlı padşahlara çatanda onların ürəkləri qorxudan titrədi. İbranilər artıq beş mədyənli padşah üzərində, emorlu hökmdar qüdrətli Sixon və Başan padşahı Oq üzərindən qələbə qazanmışdılar, indi isə onların köpüklənən coşğun İordan sularından keçməsi bütün ətraf xalqları dəhşətə gətirdi. Kənanlılar, bütün İsrail və Yeşua özü buna danılmaz sübut aldılar ki, yerin və göyün Padşahı canlı Allah Öz xalqı ilə birlikdə olmuşdur və O onları tərk etməyəcəkdir və unutmayacaqdır.AP 430.4

    İordanın yaxınlığında ibranilər Kənan torpağında birinci dayanacaqlarını etdilər. Burada Yeşua “İsrail oğullarını sünnət etdi” və “İsrail oğulları Qilqalda düşərgə saldılar və Pasxanı yerinə yetirdilər”. Xalq Kadeşdə qəzəblənəndən sünnət mərasimi yerinə yetirilmirdi və bu daim onu sübut edirdi ki, simvolu sünnət olan Allahla əhd pozulmuşdur. Misirdən azad olmağı xatırladan Pasxa bayramına riayət edilməməsi onların öz köləlik torpaqlarına qayıtmaq arzusundan Rəbbin narazılığına şəhadət edirdi. Lakin indi rədd illəri sona çatmışdı. Allah yenidən İsraili Öz xalqı kimi tanıdı və əhdin əlaməti bərpa edildi. Səhrada doğulanların hamısına sünnət etdilər. Rəbb Yeşuaya dedi: “Man sizin üzərinizdən Misir biabırçılığını götürdüm”; buna xatirə olaraq onların dayandıqları yer “Qilqal” adlandırıldı, yəni “atmaq”.AP 431.1

    Bütpərəstlər Rəbbə və Onun xalqına irad tuturdular ki, Misirdən çıxan kimi Kənanı fəth etmək, gözbdiklərinin əksinə olaraq, ibranilərə qismət olmadı. İsrailin səhrada uzun müddət sərgərdanlıq etməsinə onların düşmənləri bədxahcasına sevinirdlər; onlar rişxəndlə deyirdilər ki, ibranilərin Allahı onları əhd olunan torpağa aparmağa qadir olmadı. öz xalqı önündə İordandan yol açaraq Rəbb Öz qüdrətini və mərhəmətini indi möcüzəli şəkildə göstərdi və düşmənlər susdular. “Ayın on dördüncü günü” axşam Yerixo vadisində Pasxa bayram edildi. “Pasxanın o biri günü bu torpağın məhsullarından yeməyə başladılar, şirin çörəklər və qurudulmuş buğda yedilər həmin günü. Onlar torpağın məhsullarından yeməyə başladıqları günün sabahı isə manna daha düşmədi və İsrail oğullarının daha mannası olmadı, lakin onlar həmin il Kənan torpağının məhsullarından yedibr”. Səhrada üzücü sərgərdanlıq illəri qurtardı. İsrail xalqı nəhayət əhd olunan torpağa daxil oldu.AP 431.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents