Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    46-cı fəsil
    EYİR-DUALAR VƏ LƏNƏTLƏR

    (Bu fəsil Yeşua Kitabının 8-ci fəslinə əsaslanır)

    Akan üzərində hökmün icra olunmasından sonra Yeşuaya əmr olundu ki, müharibə etməyə qadir bütün adamlarla yenidən Qaya hücum etsin. Allahın qüvvəsi israillilərlə idi və tezliklə onlar şəhəri ələ keçirdilər.AP 443.1

    Bundan sonra hərbi fəaliyyət bir müddət dayandırıldı ki, bütün İsrail təntənəli ibadətdə iştirak edə bilsin. İnsanlar Kənanda məskən salacaqları vaxtı səbirsizliklə gözləyirdilər; onların nə evləri, nə də öz ailələri üçün torpaqları yox idi, bütün bunlara malik olmaq üçün kənanlıları qovmaq qarşıda dururdu; lakin az əhəmiyyətli olmayan bu iş onların diqqətini tələb edən daha ciddi vəzifə önündə ikinci plana çəkilirdi.AP 443.2

    Öz miraslarına sahib olmazdan əvvəl onlar Allaha sədaqət əhdini təsdiq etməli idilər. Özünün sonuncu nəsihətlərində Musa onlara iki dəfə əmr etmişdi ki, Allah Qanununu təntənəli surətdə tanımaq üçün Şekem yaxınlığmda, Eval və Gerizim dağlarında toplaşsınlar. Onun sözünə itaət edərək bütün israillilər - yalnız kişibr deyil, həm də qadınlar və uşaqlar, aralarında olan gəlmələrlə birlikdə - Qilqaldakı düşərgəni tərk etdilər və öz düşmənlərinin torpaqlarından keçərək ölkənin mərkəz hissəsinin yaxınlığında olan Şekem vadisinə yola düşdübr. İtaətsiz düşmənlər onları əhatə edirdilər, lakin nə qədər ki onlar Allaha sadiq qalırdılar, onların təhlükəsizliyi Onun qüdrəti ilə təmin olunurdu. Onda, Yaqubun günlərində olduğu kimi, “Allah ətraf şəhərlərin sakinlərini dəhşətə salmışdı” və ibranilərin səyahəti rahat keçirdi (Yaradılış 35:5).AP 443.3

    Təntənəli ibadət üçün təyin edilmiş yer artıq bir dəfə onların atalarının hüzuru ilə müqəddəsləşdirilmişdi. Burada, Kənan torpağında İbrahim özünün Tanrıya birinci qurbangahını ucaltmışdı. İbrahim də, Yaqub da öz çadırlarını burada qurmuşdular. Sonralar İsrailin Yusifın cənazəsini dəfn edəcəyi sahə də buradan satın alınmışdı. Yaqubun qazdığı quyu və onun öz aibsinin bütlərini dibində basdırdığı palıd da burada idi.AP 444.1

    Şekem Fəbstinin ən gözəl guşələrindən biri idi və burada icra ediləcək təntənəli və əzəmətli mərasimlərə tamamilə yararlı idi. Çılpaq təpələrin arasında yaşıl, çöl çiçəkləri ilə dolu talalan olan gözəl vadi uzanırdı, burada bol sulu çaylarla və çeşmələrlə suvarılan zeytun sahələri boy atırdı. Vadinin hər iki tərəfində Eval və Gerizim dağları ucalırdı, onların, demək olar ki, bir-birinə toxunan ətəkləri təbii meydança yaradırdı; bir dağda deyilən hər bir söz o birisində dəqiq və aydın eşidilirdi, hər iki dağın ətəyində isə çoxlu adam yerləşə bilərdi.AP 444.2

    Musanın göstərişlərinə əsasən Eval dağında böyük daşlardan abidə ucaltdılar. Əvvəlcədən əhəng qatı ilə örtülmüş bu daşlarda qanun həkk olunmuşdu: yalnız Sinada bəyan edilən və daş lövhələrdə həkk olunan On Qanun deyil, həm də Musaya verilən və onun tərəfindən kitaba yazılan qanunlar. Bu abidənin yaxınlığında yonulmamış daşdan olan qurbangahda Allaha qurbanlar gətirildi. Üzərində lənət əslənməli olan Eval dağında qurbangahın qurulmasının mənası bu idi: İsrail Allah Qanununu pozmuşdu, özünü Allahın qəzəbinə düçar etmişdi və simvolu bu qurbangah olan Məsihin əfvedici qurbanı olmasaydı, ibranilər Allahın cəzasına düçar ola bibrdibr.AP 444.3

    Altı soy qolu, Leanın və Rəhilənin törəmələri, Gerizim dağında durmuşdular, mənşəyi qulluqçu qadınlardan olan qalanları isə Ruven və Zevulunla birlikdə Eval dağına çıxdılar, kahinbr mücrü ib birlikdə vadidə onların arasında yerbşdilər. Boru səsi sükuta çağırdı və sonra dərin sükutun içində bütün yığışanların hüzurunda Nun oğlu Yeşua müqəddəs mücrünün yanında duraraq daşların üstündə yazılanları oxudu, - o əvvəlcə Allah Qanununa itaət edənlərə vəd olunan xeyir-duaları sadaladı. Gerizim dağındakı bütün soylar bir səslə cavab verdi: “Amin!” Sonra o, lənətləri bəyan etdi və Eval dağındakı bütün soylar da bu cür razılıq cavabı verdilər. Min-min səs bu təntənəli cavabda bir səs kimi birləşdi. Bundan sonra Musa tərəfindən verilən qərar və hökmlərlə birlikdə Allah Qanunu oxundu.AP 444.4

    İsrail Sinada qanunu birbaşa Allahın dilindən almışdı və Onun əli ilə həkk olunan Rəbbin müqəddəs hökmləri əvvəlki kimi mücrüdə qorunurdu. İndi qanun bir daha yazılmışdı və hamının onu oxuya biləcəyi yerdə yerləşdirilmişdi. İbranilərin Kənan torpağını aldıqları əhdin şərtlərini hər kəsin görmək imkanı var idi. Hər kəs hökmün şərtlərinin qəbuluna öz razılığını göstərməli olacaqdı və onlara riayət etdiyi halda xeyir-duaları və yaxud onları pozduğu halda lənətləri seçəcəkdi. Qanun yalnız abidənin daşları üzərində yazılmamışdı, Nun oğlu Yeşua özü bütün İsrailin önündə onu ucadan oxumuşdu. Musanın Qanunun təkrarı Kitabını xalqa verməsindən çox keçməsə də, lakin indi Yeşua qanunu yenidən oxudu.AP 445.1

    İsraildə yalnız kişilər deyil, həm də bütün qadınlar və uşaqlar da qanunun oxunmasını eşitdilər - vacib idi ki, onlar da öz borclarını bilsinlər və yerinə yetirsinlər. Allah Öz qanunları haqda İsrailə əmr etmişdi: “Buna görə də mənim bu sözlərimi ürəyinizdə və ağlınızda saxlayın, qolunuza bir nişan kimi, gözlərinizin arasına alın bağı kimi bağlayın, öladlarımza öyrədin... Belə etsəniz, Rəbbin atalarmıza vəd etdiyi torpaqlarda sizin də, övladlannızın da ömrü uzun olar və göy yer üzərində durduqca orada yaşayarsmız” (Qanunun təkrarı 11:18-21).AP 445.2

    Musanın əmr etdiyi kimi, hər yeddi ildən bir bütün İsrailin hüzurunda bütün qanun oxunmalı idi: “Hər yeddi ilin sonunda, borcların bağışlanma ilində, Çardaqlar bayramında, bütün İsraillilər Allahımz Rəbbin hüzurunda olmaq üçün Onun seçəcəyi yerə gələndə bu qanunu İsraillilərə oxuyun. Xalqın kişi, qadın və uşaqlarım, həmçinin şəhərinizdə yaşayan yadelliləri toplayın. Qoy hamı eşidib öyrənsin və Allahımz Rəbdən qorxub qanunun bütün sözlərinə dəqiq əməl etsin. Qoy qanunu bilməyən uşaqlar da eşitsinlər və mülk olaraq almaq üçün İordan çayından keçib gedəcəyiniz ölkədə ömür boyu Allahınız Rəbdən qorxmağı öyrənsinlər” (Qanunun təkrarı 31:10-13).AP 445.3

    Şeytan yorulmadan Allahın bütün dediklərini təhrif etməyə çalışır ki, insanlar düzgün dərk edə bilməsinlər və onları günaha sövq etmək asan olsun. Bu səbəbə görə də Rəbb Öz tələblərini tam aydın söyləmişdir ki, heç kim yanılmasın. Hər zaman Allah insanları qorumağa çalışır ki, iblisin məhvedici, qəddar, yoldançıxarıcı qüvvəsi onlara hakim olmasın. O, o səviyyəyə qədər güzəştə getmişdir ki, Özü onlarla danışmışdır və həyatverici həqiqətləri Öz əli ilə həkk etmişdir. Həyatla dolu və həqiqətlə işıqlanan bu xeyir-dualı sözlər insanlara ən etibarlı bələdçi kimi verilmişdir. İnsanın diqqətini yayındırmağa və Rəbbin əhdlərinə, tələblərinə məhəbbətin qüvvəsini zəiflətməyə şeytan həmişə hazır olduğu üçün böyük səy göstərmək vacibdir ki, onları öz şüurunda saxlayasan və qəlbinə həkk edəsən.AP 445.4

    Dini müəlimlər Müqəddəs Kitab tarixi dərslərini insanlara elə izah etməyə çalışmalıdırlar ki, onlar Allahın bütün xəbərdarlıqlarını və tələblərini dərk etsinlər. Bu haqda sadə dildə danışmaq lazımdır ki, uşaqlara da aydın olsun. Gəncləri Müqəddəs Yazıların həqiqətləri ilə istiqamətləndirmək həm ruhani xadimlərin, həm də valideynlərin işinin bir hissəsi olmalıdır.AP 446.1

    Valideynlər öz uşaqlarını müqəddəs səhifələrdəki biliklərin rəngarəngliyi ilə cəlb etməlidirbr. Onlar öz oğul və qızlarını Allah Sözü ilə maraqlandırmaq istəyirbrsə, özbri də Müqəddəs Sözlə maraqlanmalıdırlar. Valideynbr Müqəddəs Kitab təlimini bilməlidirbr və Allahın əmr etdiyi kimi, onun haqqmda “evində oturanda və yolla gedəndə, uzananda və qalxanda” danışmalıdırlar (Qanunun təkrarı 6:7; 11:19). Övladlarının Allahı sevməsini və hörmət etməsini istəyənlər bu haqda Allah Sözündə xəbər verildiyi kimi və yaradılış işbrinin şəhadət etdiyi kimi Allahın xeyirxahlığı və qüdrəti haqda danışmalıdırlar.AP 446.2

    Müqəddəs Kitabın hər fəsli və hər ayəsi Allahdan insanlara xəbərdir. Onun hökmləri, bizim Məsihə məxsus olduğumuza şəhadət edərək, əlbrimizdə işarə və alnımızda sarğı olmalıdırlar (bax. Çıxış 13:16). Əgər Allah xalqı bu hökmləri öyrənsə və ona itaət etsə, onda, əvvəl israillilərlə olduğu kimi, onun yolunu gündüz bulud sütunu və gecə alov sütunu göstərəcəkdir.AP 446.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents