Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    52-ci fəsil
    HƏRİLLİK BAYRAMLAR

    (Bu fəsil Levililər Kitabının 23-cü fəslinə əsaslanır)

    İldə üç dəfə bütün İsrail məbəddə Allaha səcdəyə toplaşırdı (bax Çıxış 23:14-16). Bir müddət bu yığıncaqlar Şiloda oldu, lakin sonralar milli ibadətin mərkəzi Yerusəlim oldu və təntənəli bayram günləri buraya İsrail xalqının bütün soyları axışırdı.AP 479.1

    Xalqı vəhşi döyüşkən qəbilələr əhatə edirdilər, onlar İsrail torpağını ələ keçirmək üçün fürsət gözbyirdilər. İldə üç dəfə hərbə qadir bütün kişilər və səfərə çıxa bilən hər kəs öz evlərini tərk edirdilər və ölkənin mərkəzi hissəsinə ibadət yerinə yola düşürdülər. Onların düşmənlərinə müdafıəsiz qalmış evlərə basqın etməyə və onları yandırıb qılıncdan keçirməyə nə mane ola bibrdi? İsraili onları əsir edə bilən istilaçıların hücumundan nə qoruya bilərdi? Allah Öz xalqının müdafiəsi olmağı vəd etmişdir. “Rəbdən qorxanları Onun mələyi müdafıə edər, onlara zəfər verər” (Məzmur 34:7). İsrail Allaha ibadətə yola düşdüyü zaman İlahi qüvvə onun düşmənbrini ram edirdi. Allah əhdində deyilirdi: “İldə üç dəfə sizin bütün kişibriniz sahibləri İsrailin Allahı Rəbbin hüzuruna gəlsinlər. Çünki Man sizin qarşınızdan millətləri qovub sərhədlərinizi eb genişləndirəcəyəm ki, siz ildə üç dəfə öz Allahınız Rəbbin hüzurunda ” (Çıxış 34: 23,24).AP 479.2

    Bu bayramlardan birincisi qıcqırmamış maya bayramı Pasxa idi. O, yəhudi ilinin birinci ayı olan və martin axırına, aprelin əvvəlinə uyğun gələn Əviv ayına düşürdü. Bu zaman qış soyuqları keçirdi, son yağışlar qurtarırdı və təbiət baharın təravətinə və gözəlliyinə sevinirdi. Dərələr və təpələr yaşıl ota bürünürdü, tarlalarda isaə hər yerdə çöl çiçəkləri göz oxşayırdı. Bu günlərdə bütövləşən ay isə axşamları xüsusilə gözəlləşdirirdi. Bu, Süleymanın belə gözəl təsvir etdiyi həmin vaxt idi:AP 479.3

    “Budur, artıq qış keçib,
    Yağıntılar kəsilib.
    Hər yanda güllər bitib,
    Nəğmə oxumağın zamanı yetib,
    Qumrunun səsi torpağı bürüyüb.
    Əncir yaşıl bar gətirib,
    Üzüm çiçəklənib ətrini saçır”
    AP 480.1

    (Nəğmələr nəğməsi 2: 11- 13).

    Hər yerdən səyahətçilər Yerusəlimə üz tuturdular. Öz sürülərini tərk edən və dağ otlaqlarından gələn çobanlar, Qaliley dənizinin sahilindəki balıqçılar, tarlalardakı əkinçilər, müqəddəs məktəblərdəki peyğəmbər övladları - hamı Allah əzəmətinin olduğu yerə üz tuturdu. Onlar kiçik keçidlər edirdilər, çünki çoxu piyada gedirdi. Bütün yol boyunca səyahətçilərə yeni qruplar birləşirdilər və müqəddəs şəhərə yaxınlaşdıqca onların sayı getdikcə artırdı.AP 480.2

    Ətrafdakı təbiətin gözəlliyi İsrailin qəlbində sevinc və bütün nemətləri Bəxş Edənə minnətdarlıq oyadırdı. Yolla gedə - gedə insanlar qədim ibrani himnlərini oxuyurdular və Tanrının şöhrətini və əzəmətini tərənnüm edirdilər. İşarə borularının sədaları altında, kimvalların müşayiəti ilə yüzlərlə səs Allahı vəsf edirdi:AP 480.3

    “Mənə “Rəbbin evinə gedək”
    Deyilərkən sevindim.
    Ey Yerusəlim, sənin Darvazalarından keçdim,
    Torpağına qədəm qoydum.
    Qəbilələr, Rəbbin qəbilələri,
    Rəbbin isminə şükür etmək üçün
    Buranı ziyarət etməyə gəlirlər...
    Hamı Yerusəlim üçün sülh diləsin:
    “Qoy səni sevənlər dinc həyat sürsün!””
    AP 480.4

    (Məzmur 122:1-6).

    Nə vaxtsa bütpərəstlərin öz qurbangahlarında od qaladıqları təpələri öz ətraflarında görərək İsrail oxuyurdu:AP 481.1

    “Gözlərimi dağlara tərəf dikmişəm,
    Haradan mənə gömək gələcək?
    Göylərdən və yeri yaradan Rəbdən
    Mənə kömək gələcək”
    AP 481.2

    (Məzmur 121:1,2).

    “Rəbbə güvənənlər Sion dağı kimi
    Sarsılmaz, əbədi qalar.
    Dağlar Yerusəlimi dövrəyə aldığı kimi
    Rəbb də indidən sonsuzadək
    Xalqının ətrafındadır”.
    AP 481.3

    (Məzmur 125:1,2).

    Nəhayət təpələrin zirvəsindən israillilərin gözləri önündə müqəddəs şəhərin mənzərəsi görünəndə onlar məbədə yönələn pərəstişkarların dəstələrinə pərəstiş hissi ilə baxırdılar. Onlar göyə qalxan xoş ətirli buxurdan tüstüsünü görürdülər və müqəddəs ibadətin başlanmasını xəbər verən levililərin boru səslərini eşidərək ilhamla oxuyurdular:AP 481.4

    “Allahımızın şəhərində,
    Öz Müqəddəs dağında
    Rəbb çox əzəmətlidir,
    Bol həmdlərə layiqdir.
    Şimala tərəf böyük Padşahın şəhəri —
    Sion dağı ucalığı ilə gözəldir,
    Dünyanın sevincidir”.
    AP 481.5

    (Məzmur 48:1,2).

    “Qoy qala divarlarının içində sülh olsun!
    Qoy saraylarındakılar dinc yaşasın!”
    AP 481.6

    (Məzmur 122:7).

    “Salehlik darvazalarını üzümə açın,
    Qoy oradan keçib Rəbbə şükür edim”.
    “Rəbbə Onun bütün xalqı qarşısında
    Əhd etdiyim təqdimləri verəcəyəm
    Rəbbə evin həyətində ey Yerusəlim,
    Sənin mərkəzində Rəbbə həmd edin”.
    AP 482.1

    (Məzmur 118:19; 116:18,19).

    Yerusəlimdəki bütün evlər səyahətçilər üçün açıq idi və otaqlar pulsuz gecələmək üçün hazırlanmışdı, lakin bu, belə çoxlu sayda xalqa kifayət etmirdi, buna görə də şəhərin bütün boş yerlərində və onu əhatə edən təpələrdə çadırlar qurulmuşdu.AP 482.2

    Ayın on dördüncü günü, axşam, Pasxa bayram edilirdi, onun təntənəli mərasimləri xalqın Misir köləliyindən azad edilməsini xatırlatmağa xidmət edirdi və insanları günahın köləliyindən azad etməli olan gələcək qurbanı göstərirdi. Xilaskar Öz həyatını Qolqotada qurban verəndə Pasxa öz mənasını itirdi, lakin simvolu Pasxa olan həmin hadisənin xatirəsi kimi Rəbbin Axşamının əsası qoyuldu.AP 482.3

    Pasxadan sonra yeddi gün davam edən qıcqırmamış maya bayramı gəlirdi. Birinci və yeddinci gün müqəddəs yığıncaqlar günləri idi, bu zaman hər cür kölə əməyi qadağan edilirdi. Bayramın ikinci günü yeni məhsulun nübarları Allah önünə gətirilirdi. Fələstində sünbüllərin içərisində bayram başlayana qədər ən tez yetişəni buğda idi. Allah məbədi önündə buğda sünbül dəstəsini silkələməklə kahin hər şeyin Allaha məxsus olduğuna şəhadət edirdi. Yalnız bu mərasim icra olunduqdan sonra məhsul yığımına başlamaq olardı.AP 482.4

    Məhsulların gətirilməsindən əlli gün sonra Əllinci Gün başlayırdı, o da biçin bayramı və həftələr bayramı adlanırdı. Çörək üçün təşəkkür əlaməti olaraq Allahın önünə turş xəmirdən hazırlanmış iki çörək gətirilirdi. Əllinci Gün bayramı yalnız bir gün davam edirdi və dini ibadətə həsr olunurdu.AP 482.5

    Yeddinci ayda çadır və ya yığım bayramı başlayırdı, bu bayram, sayəsində bağların, zeytunluqların və üzümlüklərin məhsul verdiyi Allah səxavətini tanıma simvolu idi. Bu, yığılmış məhsulun şərəfınə yekun bayramı idi. Yer öz bol bəhrəsini vermişdi, məhsul anbarlara yığılmışdı, meyvələr, yağ və şərab ehtiyat saxlanılırdı. Birinci bəhrələr artıq gətirilmişdi, indi isə xalq onlara bu cür bol bərəkət verən Allaha səcdə etmək üçün təşəkkür töhfələri ilə gəlirdi.AP 482.6

    Bu bayram xüsusilə sevindirici olmalı idi. O, böyük paklaşma Günündən dərhal sonra başlayırdı, bu zaman xalq günahlannın bağışlanması və bir daha xatırlanmayacağı haqda yəqinlik alırdı. Allahla barışan insanlar Rəbbin hüzuruna gəlirdilər ki, Onun lütfkarlığını etiraf etsinlər və Onun mərhəmətini vəsf etsinlər. Çöl işləri qurtarırdı, yeniləri isə hələ başlamayırdı və qayğılardan azad xalq öz vaxtını müqəddəs, sevindirici saatlara rahatca həsr edə bilirdi. Yalnız atalara və oğullara bu cür bayramlarda iştirak etmək əmr olunsa da, insanlar, mümkün olduğu qədər, aibliklə gəlirdilər və öz qonaqpərvər çadırlarına levililəri, qəribləri, qullar və yoxsulları dəvət edirdilər. Pasxa kimi çadır bayramı da əlamətdar hadisəyə həsr olunmuşdu. Səhradakı sərgərdan həyatın xatirəsinə xalq indi öz evlərini tərk etməli və çadırlarda, yaxud gözəl ağacların budaqlarından, palma budaqlarından və sıxyarpaqlı ağacların budaqlarından, çay kənarında bitən qovaq ağaclarının budaqlarından hazırlanmış komalarda yaşamalı idi.AP 483.1

    Birinci gün müqəddəs yığıncaq olurdu və bayramın yeddi gününə eb bu cür bayram edibn səkkizinci gün də əlavə edilirdi.AP 483.2

    Bu hərillik yığıncaqlar gənclərin və qocaların qəlblərini Allaha ibadətə ruhlandırırdı, ölkənin müxtəlif guşələrindən olan insanların ünsiyyəti isə onların Allaha və yaxınlarına məhəbbətlərinin möhkəmbnməsinə kömək edirdi. Yaxşı olardı ki, Allah xalqı indi də bayramı - ona bəxş edilən Allah bərəkətləri haqda sevincli xatirəni - qeyd edəydi. İsrail xalqı Allahın onlarm atalan üçün etdiyi azadlığı və onların Misirdən səfəri zamanı Onun möcüzəli müdafıəsini bayram etdiyi kimi, biz də Onun bizi yönəltdiyi müxtəlif yolları - bizi günah və zülmət dünyasından Özünün gözəl həqiqət və mərhəmət işığına çıxartdığı yolları- minnətdarlıqla xatırlamalıyıq.AP 483.3

    Məbəddən uzaqda yaşayanlar hərillik bayramlarda iştirak etmək üçün bir aydan artıq vaxt sərf etməli olurdular. Allaha həsr olunmanın bu nümunəsi dini səcdənin vacibliyini və bizim eqoist, dünyəvi maraqlarımızın bütün ruhani və əbədi olana tabe olmasının zəruriliyini göstərir. Bir - birimizi möhkəmbtmək və Allaha ibadətə ruhlandırmaq üçün bir yerə yığışmaq imkanına etinasızlıq göstəririksə biz çox şey itiririk. Bu halda Onun Sözünün həqiqiliyi bizim üçün öz aydınlığını və mənasını itirir. Allah Ruhunun müqəddəs təsiri bizim qəlblərimizi işıqlandırmır və biz ruhən zəifləməyə başlayırıq. Öz məsihçi ünsiyyətimizdə bir - birimizə canıyananlığın olmamasından biz çox şey itiririk. Kim yalnız öz aləminə qapılırsa, Allahın onun köməyilə etmək istədiyini yerinə yetirməyəcəkdir. Biz bir Atanın övladlarıyıq və bizim xoşbəxtliyimiz bir- birimizdən asılıdır. Allaha və bəşəriyyətə münasibətdə bizim üzərimizə vəzifələr qoyulmuşdur. İnsanın təbiətinə xas olan cəmiyyətdə yaşamaq təlabatlarının düzgün inkişafı qardaşlarımıza canıyananlıq hissi doğurur və biz başqalarını xoşbəxt etməyə çalışanda bizi xoşbəxt edir.AP 483.4

    Çadır bayramı yalmz xatirə deyil, həm də rəmzi mənaya malik idi. O, təkcə səhradakı keçmiş sərgərdanlığı deyil, həm də biçin bayramı kimi yerin bütün məhsullarının yığılması şərəfinə qeyd edilirdi, eyni zamanda da dəlicələri yandırmaq məqsədilə dərzlərlə bağlamaq, buğdanı isə anbara yığmaq üçün biçini Sahibinin Öz biçinçilərini göndərəcəyi həmin sonuncu böyük biçin gününü göstərirdi. Həmin saat bütün allahsızlar məhv ediləcəklər. Elə görünəcək ki, “Sanki əvvəldən yox idilər” (Avdiya 16). Onda bütün Kainat birlikdə Allahı sevinclə vəsf edəcəklər. Yəhya deyir: “Və mən, göydə və yer üzündə, yerin altında və dənizdə olan hər məxluqun və bunlardakı bütün varlıqların: “Taxtda Oturana və Quzuya əbədi olaraq bərəkət və hörmət, izzət və qüdrət olsun!” - dediklərini eşitdim” (Vəhy 5:13).AP 484.1

    israillilər çadır bayramı zamanı Allahı vəsf edirdilər, onlar bu zaman onların Misir köləliyindən azad edilməsində onlara göstəribn Allah mərhəmətinin və onların səhrada sərgərdan həyatları zamanı Onun nəvazişkar qayğısını xatırlayırdılar. Onlar əfv olunduqları haqda fikirdən və bu bayramın önündə gələn böyük barışma və paklaşma Günündə ibadət sayəsində Allah tərəfındən qəbul olunmaları haqda fıkirdən sevinirdilər. Lakin nə vaxt ki, Rəbb tərəfindən əfv edilənlər, altında “bütün xilqətin indiyə qədər birdən inildəyib əzab çəkdiyi” lənətin köləliyindən həmişəlik azad olunanlar Səmavi Kənanda toplaşacaqlar, onda onlar təsviredilməz şadlıqla və minnətdarlıqla şənlənəcəklər. Məsih tərəfındən insanlar üçün yerinə yetirilən böyük barışma işi sona yetəcək və günahlar həmişəlik silinəcək.AP 484.2

    “Səhra və quru torpaq sevinəcək,
    Çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək.
    Hər yan gül açacaq, şadlanacaq, sevincdən nəğmə oxuyacaq.
    Livanın gözəlliyi, şan-şöhrəti,
    Karmelin və Şaronun cahcalalı ona veriləcək.
    Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək”.
    “O vaxt korların gözləri, karların qulaqları açılacaq.
    Axsaqlar ceyran kimi hoppanacaq,
    Lalların dili sevinclə nəğmə deyəcək,
    Çünki səhrada bulaqlar fışqıracaq,
    Quru torpaqda çaylar axacaq.
    Qızğıl qum hovuza,susuz torpaq su bulaqlarına çevriləcək...
    Orada bir yol olacaq,
    O yol “Müqəddəs yol” adlanacaq.
    Murdar adam oradan keçməyəcək,
    O yol qurtuluş tapanların yoludur.
    Ora ilə gedənlər heç biri,
    Hətta ağılsızlar da keçsələr,
    Əsla yolunu azmayacaq.
    Orada şirlər olmayacaq,
    Yırtıcı heyvanlar o yola çıxmayacaq,
    Onlara orada rast gəlməyəcəklər.
    Ancaq qurtuluş tapanlar o yol ilə gəzəcək.
    Rəbbin satın alınmış adamları qayıdacaq,
    Sevinclə nəğmə deyərək Siona gələcək.
    Üzlərində əbədi sevinc olacaq,
    Onlar fərəh və şadlıq tapacaq,
    Kədər və qəm-qüssə yox olacaq!”.
    AP 485.1

    (Yeşaya 35:1,2,5-10).

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents