Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    56-ci fəsil
    ELİ VƏ ONUN OĞULLARI

    (Bu fəsil Şamuelin birinci kitabının ikinci fəslinin 12-36-cı ayələrinə əsaslanır)

    Eli İsraildə kahin və hakim idi, Allah xalqı içərisində o, ən yüksək və məsul mövqe tuturdu. Allah tərəfindən müqəddəs vəzifələrin yerinə yetirilməsi üçün seçilərək və ölkə üzərində ali məhkəmə hakimiyyəti kimi qoyularaq o hamı üçün nümunə idi və İsrail soyları üzərində çox böyük nüfuza malik idi. Lakin o, İsraili idarə etmək üçün seçilsə də, özünün şəxsi evini idarə etmirdi. Eli zəif xarakterli ata idi. Sülh və rahatlığı sevərək, o, öz övladlarının pis vərdiş və meyllərini düzəltmək üçün öz avtoritetindən istifadə etmirdi. Onların mənəviyyatları ilə mübarizə aparmaq və yaxud onları cəzalandırmaq əvəzinə, o, onların iradəsinə tabe olurdu və onlara tam fəaliyyət azadlığı verirdi. Oğullarırın tərbiyəsinə ən vacib vəzifələrdən biri kimi yanaşmaq əvəzinə, o, buna az əhəmiyyət verirdi. İsrailin kahini və hakimi kimi o, Allahın onun himayəsinə etibar etdiyi uşaqların tərbiyə prinsiplərini bilməyə bilməzdi. Lakin Eli bu vəzifədən ona görə yayınırdı ki, bu, onun oğullarının iradəsinə zidd olardı və onları cəzalandırmağa, nədə isə məhdudlaşdırmağa məcbur edərdi. Öz rəftarının dəhşətli nəticələri haqda düşünməyərək o, övladlarına istədiklərini etməyə icazə verirdi və Allaha xidmət üçün, həyati vəzifələrinin yerinə yetirilməsi üçün onların tərbiyəsinə etinasızlıq göstərirdi.AP 517.1

    Allah İbrahim haqqında demişdir: “Man onu seçdim ki, öz oğluna və özündən sonrakı nəslinə saleh və ədalətli işlər görmək üçün Rəbin yolu ilə getməyi tapşırsın” (Varlıq l8:19). Lakin Eli öz uşaqlarına onu idarə etməyə icazə verirdi. Ata öz övladlarına tabe olmuşdu. Onun oğlanlarının davranışının alçaq və pozğun olmağında günahın təsiri aydın hiss olunurdu. Onlar özləri Allahın mahiyyətini və Onun qanununun müqəddəsliyini dərk etmirdilər. Allaha ibadət onlar üçün adi iş idi. Onlar uşaqlıqdan məbədə və onda ibadətə vərdiş etmişdilər, lakin böyüdükcə bu ibadət önündə daha çox pərəstiş etmək əvəzinə, onlar müqəddəslik haqqında hər bir təsəvvürü və bu ibadətin mənası haqda təsəvvürü itirdilər. Ata onlardan özünə hörmət tələb etmirdi və onların məbəddə təntənəli ibadətlərə hörmətsiz münasibətlərinin qarşısını almırdı və onlar kişiləşəndə artıq onların qəlbləri şübhə və üsyankarlığın ölümcül bəhrələri ilə zəhərlənmişdi.AP 517.2

    Elinin oğlanları səyyar məbəddə xidmət etməyə tamamilə yaramasalar da, onları məbədə kahin təyin etmişdilər. Allah qurbangətirmələr haqda xüsusi göstərişlər vermişdi, lakin bu allahsız adamlar hakimiyyətə və Allaha xidmətə hörmətsiz münasibət göstərirdilər və ən təntənəli şəraitdə keçirilməli olan qurbangətirmələr haqda qanuna heç bir əhəmiyyət vermirdilər. Məsihin ölümünü göstərən qurbanlar xalqın şüurunda gələcək Zəmanətçiyə imanı saxlamalı idi, buna görə də Allahın bu haqda bütün göstərişlərinə ciddi riayət etmək çox vacib idi. Sülh qurbanları Allaha minnətdarlığın xüsusi ifadəsi idi. Bu qurbangətirmələr zamanı qurbangahda yalnız piy yandırılırdı, sonra müəyyən hissə kahinə verilirdi, çox hissəsi isə qurbanı gətirənə qaytarılırdı ki, o, öz dostları ilə birlikdə onu qurban naharında yesin. Beləliklə hər bir qəlb minnətdarlıqla və imanla bütün dünyanın günahlarını Öz üzərinə götürən Böyük Qurbana yönəlirdi.AP 518.1

    Elinin oğulları bu rəmzi ibadətin ciddiliyini dərk etmək əvəzinə, yalnız onu öz istəklərini təmin etmək vasitəsinə necə çevirmək barədə düşünürdülər. Sülh qurbanlarının onlara məxsus olan hissəsi ilə kifayətlənməyərək onlar əlavə hissə tələb edirdibr və hər il bayramlar zamanı külli miqdarda gətirilən bu qurbanlar onlar üçün xalqın hesabına varlanmaq imkanı yaradırdı, onlar nəinki hüquqları çatan hissədən çox tələb edirdilər, həm də Allaha gətirilən qurbanın piyinin yanmasını gözləməkdən imtina edirdilər. Xoşlarına gələn hissənin onlara verilməsini təbb edirdibr və əgər etiraz cavabı alırdılarsa, onda onu zorla almaqla hədələyirdilər.AP 518.2

    Kahinlər tərəfındən bu cür qeyri-pərəstişkar münasibət ibadəti müqəddəs və təntənəli mənasından məhrum edirdi və onlar insanları “Rəbbə qurbanlar gətirməkdən çəkindirirdilər”. Onlar gələcəkdə gözləməli olduqları daha böyük rəmzi Qurbanı dərk etmirdilər. “Bu Rəbb gözü qarşısında bu gənclərin günahı çox böyük idi”.AP 519.1

    Bu allahsız kahinlərin Allah Qanununu pozmaqlarına və müqəddəs xidməti alçaq, murdar əməlləri ilə şərəfsizləşdirdiklərinə baxmayaraq, onlar Allah məbədini öz hüzurları ilə murdarlamaqda davam edirdilər. Xalqın çox hissəsi Xofni və Pinxasın pozğunluğundan qəzəblənərək ibadət üçün təyin olunmuş yerə daha gəlmirdilər. Beləliklə, insanlar Allah tərəfındən təşkil olunmuş ibadətə gəlmirdilər və allahsız ərlərin günahlarını görərək onlara etinasızlıq göstərirdilər, şərə meylli ürəklər isə günaha daha çox batırdılar. Allahsızlıq, pozğunluq və hətta bütpərəstlik dəhşət doğurucu miqyas almışdı.AP 519.2

    Öz oğullarına səyyar məbəddə müqəddəs xidməti yerinə yetirməyə icazə verməklə, Eli böyük səhvə yol vermişdi. Onların davranışlarına bu və ya başqa cür haqq qazandırdıqca, o, onların günahlarını tamamilə nəzərdən qaçınrdı. Nəhayət, bunlar eb bir həddə çatdı ki, o, oğullarının cinayətbrinə daha göz yuma bilmədi. Xalq onların nalayiq hərəkətlərinə narazılığını gizbtmirdi və baş kahin kədərlənirdi. O, daha susmamağı qərara aldı, lakin onun yalnız özləri haqda düşünməyə adət etmiş oğulları indi də heç kimin qayğısını çəkmədilər. Onlar atalarının necə kədərləndiyini görürdübr, lakin bu, onların ürəklərinə təsir etmirdi. Onlar onun həlim xəbərdarlıqlarını eşidirdibr, lakin bu da onlara heç bir təsir etmirdi. Öz günahlarının mümkün olan nəticələrini bilsələr də, öz əvvəlki həyat tərzlərindən əl çəkməyə onlarda kiçicik də olsa istək yox idi. Əgər Eli ədalətb hərəkət etsəydi, onda onun allahsız oğulları müqəddəs ibadətdə iştirak etmək hüququndan məhrum olardılar və ölüm cəzasına məhkum olardılar. Lakin onları kütləvi təhqirə və ittihama məruz qoymaqdan ehtiyat edərək, o, onlara ən müqəddəs vəzifələri etibar etməkdə davam edirdi. O, əvvəlki kimi onlara həqiqətə düzəlməz ziyan vuraraq, Allahın müqəddəs xidməti ib günah olanı qanşdırmağa icazə verirdi. İsrail hakimi öz üzərinə düşən borca biganə qaldığı üçün Allah bu işi Öz öhdəsinə götürdü.AP 519.3

    “Bir Allah adamı Elinin yanına gəlib söylədi: Rəbb belə deyir: Misirdə atan və onun nəsli fıronun xalqına kölə olarkən Özümü onlara aydın göstərmədimmi? Qurbangaha çıxaraq buxur yandınb önümdə efod geyməsi üçün bütün İsrailin qəbilələri arasından yalnız atanı Özümə kahin seçmədimmi? İsraillilər üçün buyurduğum təqdimləri atanın nəslinə vermədimmi? Bəs nə üçün məskənimə buyurduğum qurban və təqdimlərə hörmətsizlik edirsiniz? Nə üçün oğullarını Məndən üstün tutursan? Xalqım İsrailin bütün təqdimlərinin ən əlası ib özünüzü kökəltdiyinizə görəmi? Ona görə də İsrailin Allahı Rəbb beb deyir: “Həqiqətən, aibn və ata nəslin əbədilik Mənə xidmət edəcək” demişdim, amma indi deyirəm: Yox, Mən beb etməyəcəyəm. Mənə hörmət edənləri hörmətə çatdıracağam, Məni saymayanlar isə rüsvay ediləcək!.. Özümə istəklərimi və arzularımı yerinə yetirən vəfalı bir kahin seçəcəyəm. Onun nəslini əbədibşdirəcəyəm. Məsh etdiyimin önündə o xidmət edəcək”.AP 520.1

    Allah Elini onda ittiham edirdi ki, o, öz oğullarını Ondan yüksəyə qoymuşdur. Oğullannı onların allahsız və murdar işlərinə görə utandırmaq əvəzinə, Eli imkan verirdi ki, Allah tərəfindən İsrail üçün xeyir-dua kimi təyin olunan qurbangətirmələrə onlar xor baxsınlar. Öz övladlarını kor-koranə sevənlər onların eqoist istəklərinin təmin olunmasına kömək edirlər və Allahın avtoritetini əsas tutaraq onların günahlarını məzəmmət etmirbr, peyda olan şəri düzəltməyə çalışmırlar, öz allahsız övladlarını Allahdan yüksək tuturlar. Onlar öz övladlarının hörmətini qorumağa daha çox maraqlıdırlar, nəinki Allahı izzətləndirməyə, öz övladlarını sevindirməyə daha çox maraqlıdırlar, nəinki Rəbbi razı salmağa və yaxud Onun ibadətini hər cür şərdən qorumağa.AP 520.2

    Allah Elini İsrailin kahini və hakimi qoymuşdu və o, Onun xalqının mənəvi və dini vəziyyəti üçün məsuliyyət daşıyırdı, xüsusilə də, öz oğullarının davranışı üçün. Əvvəlcə o, şərb yumşaq mübarizə aparmalı idi, bu kömək etməyəndə isə ən sərt tədbirlərə əl atmalı idi. O, Allahın qəzəbinə ona görə düçar oldu ki, günahı töhmətləndirmədi və günahkara ədaləti göstərmədi. O, İsrailin saflığını qorumağa qadir olmadı. Günahı ifşa etmək üçün kifayət qədər cəsarətə malik olmayanlar və yaxud da aibnin və ya Allah məbədinin saflaşması üçün ciddi səy göstərməyə tənbəlik edən və ya biganəlik göstərənlər, öz vəzifələrinə ehtiyatsız münasibətin gətirə biləcəyi kədərli nəticələr üçün cavabdehdirlər. Öz ata və ya rəhbər hakimiyyətimizdən istifadə edərək qarşısını almağa qadir olduğumuz şərə görə də biz onu etdiyimiz qədər cavabdehik.AP 520.3

    Eli öz ailəsini Allah prinsiplərinə uyğun idarə etmirdi. O, öz mühakiməsinə uyğun hərəkət edirdi. Oğullarının böyüdükdə öz pis meyllərindən əl çəkəcəklərinə ümid edən sevən ata uşaqlıqda onların səhvlərinə və günahlarına barmaqarası baxırdı. Bizim günlərimizdə çoxları bu cür səhvə yol verir. Valideynlər çox vaxt fikirləşirlər ki, övladlarını tərbiyə etməyi Allah Sözünün bunu öyrətdiyindən yaxşı bilirlər. Onlar uşaqlarının pis vərdişlərinə haqq qazandırırlar: “Uşaqlar onları cəzalandırmaq üçün hələ balacadırlar. Onların böyüyəcəyini və daha dərrakəli olacaqlannı gözləyək”. Beləliklə də pis vərdişlər kök atırlar və xasiyyətə çevrilirlər. Valideynlərin bu cür münasibəti üzündən böyüyən uşaqlarda elə xüsusiyyətlər inkişaf edir ki, bunlar onların bütün qalan həyatları üçün lənətə çevrilə bibr və asanlıqla başqalarına da keçə bilər.AP 521.1

    Aib üçün uşaqlara istədikləri hər şeyi etməyə icazə verməkdən böyük cəza yoxdur. Əgər valideynlər uşaqların hər bir istəyinə güzəştə gedirlərsə və onlara xeyirbrinə olmayan şeybr etməyə icazə verirbrsə, tezliklə bu cür uşaqlar valideynlərinə, Allahın avtoritetinə və ya insanlara hər cür hörməti itirirlər və şeytanın quluna çevrilirbr. Ailədə möhkəm əlin çatışmamazlığı tez-tez rast gəlinən haldır, bu, bütün cəmiyyət üçün öldürücüdür. Ailələri, cəmiyyətləri və hökumətləri bürüyən şər axını bu cür törəyir.AP 521.2

    Yüksək mövqe tutan Eli adi insandan daha çox təsirə malik idi. Onun aib həyatını bütün İsrail təqlid edirdi. Onun fərsiz, məsuliyyətsiz davranışının məhvedici təsirini ondan nümunə götürən minlərlə evdə müşahidə edirdilər. Əgər uşaqlar özlərini pis aparırlarsa, onların valideynləri isə imanlı adamlardırsa, onda Allah həqiqəti mühakiməyə məruz qalır. Məsihçi ailənin ən yaxşı yoxlanması onun təsiri altında formalaşan xarakterdir. Dindarlıq haqda səslənən ən gözəl şəhadətlərdən də işlər ucadan danışır. Əgər həqiqətə iman gətirənlər öz ailələrini lazımi yüksəkliyə qaldıraraq, bununla Allaha imanın qüdrətini sübut etməyə xüsusi səy göstərmirlərsə, əgər onlar öz vəzifələrinə məsuliyyətsiz yanaşırlarsa və uşaqlarının şıltaqlıqlarına uyurlarsa, onlar, Eli kimi, Allah işinə şərəfsizlik gətirirlər və özlərini, ailələrini məhv edirlər. Valideyn imansızlığından törəyən şər nə qədər böyük olsa da, belə ailələrdə xalqın müəllimləri vardırsa, bu şər də on qat artır. Onlar öz ailələrinə layiqli başçı ola bilmədikdə, öz nümunələri ilə çoxlarını məhv edirbr. Onların tutduqları mövqe nə qədər məsuliyyətlidirsə, başqalarına nisbətən onların günahları da bir o qədər ağır olur.AP 521.3

    Harunun ailəsinə vəd olunmuşdu ki, onun evi əbədi olaraq Allah önündə gedəcəkdir, lakin yalnız bir şərtlə ki, onlar bütünlüklə özbrini ibadət işinə həsr etsinbr və özbrinin bütün yollarında Allahı izzətləndirsinlər, özlərinə xidmət etməsinlər və ya öz pis meyllərinə uymasınlar. Eli və onun oğulları sınandılar və Rəb onları Ona xidmət üçün yüksək kahin vəzifəsinə tamamilə layiq görmədi. Rəbb dedi: “Qoy beb olmasın”. O, onlar üçün etməyi nəzərdə tutduğu yaxşılığı həyata keçirə bilmədi, çünki onlar da öz tərəflərindən etməli olduqlarını etmədilər.AP 522.1

    Müqəddəs vəzifələr tutanların hamısı öz həyatları ilə eb nümunə göstərməlidirlər ki, xalq pərəstişlə Allaha hörmət etsin və Onu təhqir etməkdən qorxsun. Xalqa Allahın mərhəməti və barışması haqqında xəbəri moizə etmək üçün “Məsih adından göndəribn” (2 Korinflilərə 5:20) ərlər öz müqəddəs vəzifələrindən özbrinin eqoistik və ya hissi istəklərinin təmin olunması üçün bir örtük kimi istifadə edəndə, onlar şeytanın ən fəal köməkçiləri olurlar. Onlar Xofni və Pinxas kimi “Rəbbə qurbangətirmələrdən diksindirirlər”. Onlar bir müddət gizli fəaliyyət göstərə bilərbr, lakin nəhayət onların əsl mahiyyətləri açılanda, xalqın imanına eb zərbə vurulur ki, insanlar çox vaxt dinə hər cür etibarı itirirlər. Bu, onları Allah Sözünü moizə edən hər bir kəsə və Məsihin həqiqi xidmətçilərinin sözlərinə şübhə ilə yanaşmağa məcbur edir. Onlan qarşısıalınmaz suallar narahat edir: “Bir dəfə açılmayacaqmı ki, bu da həmin haqqında müqəddəs olduğunu fıkirləşdiyimiz kimi pozğundur?” Allah Sözü insan qəlbinə öz təsirini itirir.AP 522.2

    Elinin oğullarına söylədiyi ifşaedici sözlər müqəddəs vəzifə tutan hər bir kəsin üzərində fikirləşməli olduğu təntənəli və hədələyici sözlərdir. “İnsan insana qarşı günah işlədərsə, onun üçün Allaha yalvarmaq olar. Amma Rəbbə qarşı günah işlədənə kim yalvarışla zamin durar?” Əgər onların cinayətləri yalnız yaxınlarını təhqir etsəydi, hakim lazımi cəzanı və zərərin ödənməsini təyin edə bilərdi və beləliklə də təqsirkarlar bağışlanardı. Əgər onlar xudbinlik günahında təqsirkar olsaydılar, onlara görə qurban gətirərdilər. Lakin Tanrının kahinləri tərəfindən Allah naminə olan iş o qədər murdarlanmışdı ki, heç bir qurban onların günahlarını əfv etdirə bilməzdi. Doğma ataları baş kahin olsa da, onlar üçün zəmanət verməyə cəsarət etmədi. O, onları Müqəddəs Allahın qəzəbindən müdafiə edə bilmədi. Bütün günahkarlardan ən günahkarları o adamlardır ki, onlar insanların əfv olunması üçün Səmanın təyin etdiyi vasitələrə ikrah edirlər, - onlar “Allahın Oğlunu özləri yenidən çarmıxa çəkib, Onu rüsvay edirlər” (İbranilərə 6:6).AP 522.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents