Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    60-ci fəsil
    ŞAULUN ÖZÜNƏ ARXAYINÇILIĞI

    (Bu fəsil Şamuelin Birinci Kitabının 13 və 14-cü fəsillərinə əsaslanır)

    Qilqaldakı yığıncaqdan sonra Şaul onun əmri ilə Amonlularla müharibə üçün yığışmış ordunu buraxdı, özü ilə Mikmasda yalnız iki min nəfər və oğlu Yonatanın sərəncamında Giveada min nəfər saxladı. Burada Şaul ciddi səhvə yol verdi. Şaulun döyüşçüləri arasında yüksək əhvali-ruhiyyə hökm sürürdü. İnsanlar yenicə qazandıqları qələbə münasibəti ilə sevinir və şadlanırdılar və əgər Şaul bundan istifadə etsəydi və tezcə İsrailin başqa düşmənlərinin üzərinə müharibəyə getsəydi, onda onları sarsıdaraq o, öz xalqını azad edərdi. Bu vaxt onların döyüşkən qonşuları Filiştlilər yatmırdılar. Even-Ezer yaxınlığındakı məğlubiyyətdən sonra, İsrail torpağındakı bəzi qalalar hələ də onların əllərində qalırdı və indi onlar ölkənin düz ürəyində möhkəmlənmişdilər. Orduya, sursata və başqa xalqlar tərəfindən dəstəyə qaldıqda isə, Filiştlilər bunda İsraillilərdən böyük üstünlüyə malik idilər. Uzun zülm illəri ərzində onlar İsraillilərə dəmirçiliklə məşğul olmağı qadağan etmişdilər ki, beləliklə onların sursat hazırlamaq imkanlarını əllərindən alsınlar. İbranilərin silaha ehtiyacı yarandığı üçün, onlar sülh bağlayaraq Filiştlilərə bu məsələ barədə müraciət etməkdə davam edirdibr. Öz qayğılarına qalmağa vərdiş etməmiş, öz kölə vəziyyətləri ilə sıxılmış İsrail ərləri öz silahlarına malik olmaq üçün heç bir şey etmirdibr. Hərbi əməliyyatlar zamanı yay-oxdan və sapanddan geniş istifadə edirdilər və İsraillilər bunu özləri üçün düzəltməyi bacarırdılar, lakin Şauldan və onun oğlu Yonatandan başqa heç kimin nə nizəsi var idi, nə də qılıncı.AP 557.1

    Yalnız Şaulun hökmranlığının ikinci ilində Filiştliləri fəth etmək cəhdləri oldu. Birinci zərbəni padşahm oğlu Yonatan vurdu, o, Giveada Filiştlilərin dəstəsinə hücum etdi və onu darmadağın etdi. Bu məğlubiyyətdən qəzəblənmiş Filiştlilər tələsik İsrailə qarşı müharibəyə hazırlaşdılar. İndi Şaul bütün ölkəyə elan etməyə məcbur oldu ki, müharibə etməyə qadir olan bütün kişilər, İordandan o tərəfdə yaşayan soylar da daxil olmaqla, Qilqalda toplaşsınlar. Bu əmri yerinə yetirdilər.AP 558.1

    Filiştlilərin nəhəng ordusu Mikmasda yerləşdi - “üç min döyüş arabası və altı min atlı və dənizdəki qum dənələrinin sayı qədər camaat”. Bu xəbər Qilqalda Şaula və onun adamlarına çatanda, hamı bu cür qüdrətli rəqiblə gələcək vuruşmadan çox qorxdu. Onlar düşmənlərlə vuruşa hazır deyildilər, çoxları elə qorxurdular ki, döyüşə girməyə cəsarət etmədilər. Bəziləri İordanı keçdilər, bəziləri isə bu zaman mağaralarda, çuxurlarda və qayaların arasında gizləndilər, həmin ölkə bu cür yerlərlə zəngin idi. Hərbi əməliyyatların başlanğıcı yaxınlaşırdı və bununla yanaşı fərarilərin sayı getdikcə artırdı, Şaulla qalanlar isə ən tutqun və dəhşətli hisslərə bürünmüşdülər.AP 558.2

    Şaul İsrailin üzərində padşahlığa məsh olunanda, belə vaxtda nə cür fəaliyyət göstərmək barədə o, qabaqcadan müəyyən göstərişlər almışdı. Peyğəmbər demişdi: “Sən məndən əvvəl Qilqala enəcəksən, mən də yandırma qurbanları təqdim etmək və ünsiyyət qurbanları kəsmək üçün oraya enəcəyəm. Amma mən yanına gəlib nə edəcəyini sənə bildirənədək yeddi gün gözbməli olacaqsan” (1 Şamuel 10:8).AP 558.3

    Şaul günbəgün gözbyirdi və adamları ruhlandırmaq üçün, onlara Allaha güvənməyi təlqin etmək üçün heç bir qəti cəhdlər göstərmirdi. Peyğəmbərin təyin etdiyi vaxt qurtaranda, artıq gözləyə bilmədi və bu cür ağır vəziyyətdən sıxılaraq acı məyusluğa qapıldı. Xalqı Şamuelin gəlməli olduğu ibadətə hazırlamaq və onu yerinə yetirmək əvəzinə, o, özünə imansızlığa və şübhəyə qapılmağa imkan verdi. Qurbanın vasitəsilə Allahla ünsiyyət yaratmaq yüksək dərəcədə təntənəli və vacib ibadət idi və Allah təbb edirdi ki, Onun xalqı öz qəlbinə nəzər salaraq günahlardan tövbə etsin ki, qurban qəbul olunsun və Allah Öz xalqının düşmən üzərində qələbəsinə xeyir-dua verə bilsin. Lakin Şaulun narahatçılığı getdikcə artırdı, xalq isə kömək üçün Allaha müraciət etmək əvəzinə, idarə etməli və rəhbərlik etməli olan padşaha ümid edirdi.AP 558.4

    Lakin Rəbb əvvəlki kimi İbranilərin qayğısına qalırdı və onları bədbəxtliyə düçar etmədi. Əgər onların yeganə dayağı fani insanın əli olsaydı, bu bədbəxtlik qaçılmaz olardı. Allah onları bu cür vəziyyətlərlə əhatə etmişdi ki, onlar özlərinin insana olan ümidlərinin ağılsızlığını dərk etsinlər və yalnız Onun köməyinə ümid bəsləyərək, Ona dönsünlər. Şaul üçün sınaq vaxtı çatmışdı. O, indi göstərməli idi ki, Allaha ümid bəsləyir, ya yox və özünü Allahın Öz xalqının rəhbəri kimi çətin dəqiqələrdə ona güvənə biləcəyi adam kimi göstərərək, Allahın ona əmr etdiyi kimi, səbrlə gözləməyə qadirdirmi, yaxud əksinə, o, tərəddüd edəcək və öz müqəddəs vəzifəsinə layiq olmayacaqdır. İsrailin seçdiyi padşah padşahlar Padşahını eşidəcəkmi? O, öz ruhdan düşmüş təbəələrinin diqqətini güc və qurtuluşun əbədi mənbəyi olan Allaha yönəldə biləcəkmi?AP 559.1

    Şaul getdikcə daha da artan səbirsizliklə Şamuelin gəlişini gözləyirdi və orduda hökm sürən qarışıqlığın, məyusluğun və fərariliyin səbəbini peyğəmbərin olmamasında görürdü. Təyin olunan vaxt çatdı, lakin Allah adamı görünmədi. İlahi uzaqgörənlik Öz xidmətçisini ləngidirdi. Lakin narahat Şaul daha gözləyə bilmədi. Xalqı sakitləşdirmək üçün nəsə etməyin lazım olduğunu hiss edərək o, insanları dini ibadətə toplamağı və qurbanın vasitəsi ilə İlahi kömək diləməyi qərara aldı. Allah yalnız xüsusi həsr olunmuş adamların Onun önündə qurban gətirməsini əmr etmişdi. Lakin Şaul əmr etdi: “Yandırılma qurbanını və ünsiyyət qurbanını yanıma gətirin” və hərbi geyimdə, qılınc belində o, qurbangaha yaxınlaşdı və Allaha qurban gətirdi.AP 559.2

    “Yandırma qurbanmm təqdimi qurtaranda Şamuel gəlib çıxdı və Şaul salamlaşmaq üçün onu qarşılamağa çıxdı”. Şamuel o dəqiqə gördü ki, Şaul ona verilən göstərişlərə zidd hərəkət etmişdir. Rəbb demişdi ki, həmin böhran anında İsrailin nə etməli olacağını O, peyğəmbər vasitəsilə bu zaman açacaqdır. Əgər Şaul İlahi köməyin vəd olunduğu bütün şərtləri yerinə yetirsəydi, onda Rəbb padşaha sadiq qalmış olardı. Lakin Şaul özündən və öz əməllərindən o qədər razı idi ki, irada deyil, tərifə layiq adam kimi peyğəmbəri qarşılamağa çıxdı. Həyəcan Şamueli tərk etmirdi, lakin onun “Sən nə etmisən?” sualına cavab olaraq Şaul özünə arxayın hərəkətinə haqq qazandırmağa başladı. O dedi: “Gördüm ki, ətrafımdkı xalq dağılır, sən isə təyin etdiyin gün gəlmədin və Filiştlilər Mikmasda toplanıb. Dedim ki, indi Filiştlilər Qilqala, üstümə gələcəklər, man isə hələ Rəbbin razılığını almamışam. Ona görə də özümü məcbur edib yandırma qurbanını təqdim etdim”.AP 559.3

    Şamuel Şaula dedi: “Ağılsızlıq etdin, Allahın Rəbbin sənə verdiyi əmrə əməl etmədin. Belə olmasaydı, Rəbb İsrail üzərində sənin padşahlığını əbədi saxlayacaqdı. Lakin indi padşahlığın davam etməyəcək. Rəbb Özü üçün Öz ürəyinə yatan bir adam tapıb. Həmin Adamı Rəbb xalqına başçı təyin etdi... Bundan sonra Şamuel qalxdı və Qilqaldan Binyaminlilərin Givea şəhərinə çıxdı”.AP 560.1

    İsrail ya Allahın xalqı olmamalı idi, ya da İlahi qüvvəni rəhbər tutmaq yolu ilə monarxiyanın əsaslandığı prinsiplərdən uzaqlaşmamalı idi. Əgər İsrail bütünlüklə Rəbbə təslim olsaydı və öz iradəsini Allahın iradəsinə tabe etsəydi, onda O, İsrailin Hökmdarı olaraq qalardı. Padşah və xalq Ona itaət etdikləri vaxta qədər O, onların Müdafiəçisi olaraq qala bilərdi. Əgər Allahın hakimiyyəti hər şeydən yüksək tutulmasaydı, İsraildə heç bir idarə uğurlu ola bilməzdi.AP 560.2

    Əgər həmin sınaq vaxtı Şaul Allahın tələbbrinə hörmət göstərsəydi, onda Allah onun vasitəsilə Öz idarəsini yerinə yetirərdi. Padşahın ləyaqətsiz davranışı göstərdi ki, o, Rəbbin canişini olmağa və Onun xalqına başçılıq etməyə qadir deyildir. O, İsraili yanlış yola aparardı. O, Allahın iradəsini deyil, öz iradəsini rəhbər tutardı. Əgər Şaul sadiq qalsaydı, onda onun padşahlığı həmişəlik təsdiq olunardı, lakin o, layiq olmadı və Allahın niyyəti Onun seçdiyi başqa adam vasitəsilə həyata keçirilməli idi. İsrailin idarəsi o adamın əlinə keçməli idi ki, o, xalqı Göybrin iradəsinə uyğun idarə etsin.AP 560.3

    Çox vaxt biz bilmirik ki, sınaqlar özündə nə gizbdir. Yeganə təhlükəsiz çıxış yolu Allahın Sözünə tamamilə tabe olmaqdır. Onun bütün vədləri sadiq və itaətkar olmaq şərtilə verilmişdi, Onun əmrlərinə itaətkar olmadıqda isə, biz Müqəddəs Yazıda vəd olunan zəngin xeyir-dualardan məhrum oluruq. Coşqunluğun təsiri altında hərəkət etmək və ya insanların düşüncələrinə arxalanmaq lazım deyildir. Biz allahın bizə göstərilən iradəsini rəhbər tutmalıyıq və bizi əhatə edən şəraitə baxmayaraq, Onun aydın əmrlərinə uyğun hərəkət etməliyik. Allah Özü nəticələrin qayğısına qalır. Sınaqlar və çətinliklər günlərində Onun sözünə sadiq qalmaqla biz həm insanların, həm də mələklərin önündə sübut edə bilərik ki, çətin anda Rəbb bizə Onun iradəsini yerinə yetirməyi, Onun adını izzətləndirməyi və Onun xalqı üçün xeyir-dua olmağı etibar edə bilər.AP 560.4

    Şaul Allahın gözündən düşmüşdü, lakin o, öz qəlbini itaətə gətirmək və tövbə etmək istəmirdi. Əsl möminlik üçün onda çatmayanı o, dini mərasimləri səylə yerinə yetirməklə əvəz etmək istəyirdi. Xofni və Pinkas tərəfındən Allahın əhd mücrüsünün düşərgəyə gətirildiyi zaman İsrailin məğlub olması haqda Şaul bilirdi, lakin yenə cəsarət etdi ki, əhd mücrüsünün və onu müşayiət etməyə təyin olunmuş kahinin arxasınca adam göndərirsin. Əgər bu, xalqın ruhunu qaldırsaydı, onda o, qaçan döyüşçübri toplaya bilər və Filiştlibrb döyüşə girə bilərdi. O, indi Şamuelin hüzurundan və köməyindən yaxa qurtarmaq istəyirdi ki, beləliklə onun narazılıqlarından azad olsun.AP 561.1

    Şaulun şüurunu ziyalandırmaq və qəlbini itaətə gətirmək üçün ona Müqəddəs Ruh verilmişdi. Nə etmək haqda o, dəqiq göstəriş almışdı, o, Allah peyğəmbəri tərəfindən üzə çıxarılmışdı. Lakin buna baxmayaraq o, öz bildiyi kimi hərəkət etdi - onun inadı çox böyük idi! israilin birinci padşahınm həyat tarixi gəncliyin ilk çağlarında qazanılan pis vərdişlərin gücünə kədərli nümunədir. Şaul gəncliyində Allahı sevmirdi və Ondan qorxmurdu, o, cavanlıqdan öz məğrur ruhunu əhliləşdirməmişdi və İlahi hakimiyyətə qarşı üsyan etməyə həmişə hazır idi. Gənclikdən İlahi iradəyə müqəddəs hörmət bəsbyənbr və öz vəzifələrini imanla yerinə yetirənlər bebliklə özlərini gəbcəkdə ali xidmətin yerinə yetirilməsinə hazırlayırlar. Lakin mümkün deyildir ki, Allahın verdiyi qabiliyyətləri illərlə pozasan və hesab edəsən ki, sonra nə vaxt dəyişmək istəyəndə, onları olduğu kimi görə və tamamilə əks istiqamətə yönəldə bilərsən.AP 561.2

    Şaulun xalqın ruhunu qaldırmaq cəhdi bəhrəsiz oldu. Yalnız altı yüz döyüşçü ilə qalaraq o, Qilqalı tərk etdi və bu yaxınlarda Filiştlilərdən geri aldığı Givea qalasına qayıtdı. Bu şəhər Yerusəlimdən bir neçə mil şimalda olan dərin, daşlı dərənin, daha doğrusu yarğanın cənub tərəfində yerbşirdi. Bu dərənin şimal tərəfındə, Mikmasda Filiştlilər düşərgə salmışdılar, onlar basqınlar edərək ölkəni talayırdılar.AP 561.3

    Allah İsrail xalqı üçün ağır olan bu vəziyyətə imkan verirdi ki, Şaulun inadcıllığını ifşa etsin və hamıya itaət və tövbə dərsi versin. Şaul özünə arxayıncasına Allaha qurban gətirəndə onun günahı üzündən buna imkan verdi, - O, imkan verə bilməzdi ki, Filiştlilər üzərindəki qələbənin şöhrəti Şaulun adma yazılsın. Padşahın oğlu, Allahdan qorxan adam olan Yonatan İsraili xilas etməli idi. İlahi qüvvə tərəfindən idarə edilərək, o, öz silahdarına təklif etdi ki, düşmənin düşərgəsinə gizli hücüm etsinlər. O tövsiyə edirdi: “Bəlkə Rəbb bizim üçün bir iş gördü. Çünki həm çox, həm də az adamların üzərində qələbə çalmaq üçün Rəbbə Mane olan yoxdur”.AP 562.1

    İman və dua əri olan silahdar da bu planı bəyəndi və onlar ikilikdə, onlara mane olmasınlar deyə, gizlicə düşərgəni tərk etdilər. Atalarına yol göstərən Allaha səmimi dualar etdikdən sonra onlar sonrakı fəaliyyətlərinin başlanğıcını bildirəcək işarə haqda razılaşdılar. Sonra iki ordunu ayıran dərin dərəyə enərək qayaların kölgəsi ilə, hərdən də təpələr arxasında və dağların çıxıntıları arxasında gizlənərək onlar sakitcə irəli hərəkət etdibr. Filiştlilərin qalasına yaxınlaşanda onlar öz düşmənlərinin gözlərinə göründülər, onları görənlər kinayə ilə qışqırdılar: “Bax İbranilər gizləndikləri deşikbrdən çıxırlar” və onları cırnatdılar: “Yanımıza çıxın, sizin dərsinizi verək”, onlar iki İbraniyə cəsarətləri üçün dərs verməyi nəzərdə tuturdular. Eb bu sözlər də Yonatan və onun yoldaşının Allahın onların başladıqları işə xeyir-dua verməsinin sübutu kimi gözləməyi şərtləşdikləri həmin işarə idi. Filiştlilərin gözlərindən gizlənərək döyüşçülər gizlin, çətin keçilən cığırla qayanın zirvəsinə çıxdılar, bu qaya keçilməz hesab edilirdi və buna görə də çox da qorunmurdu. Onlar beləcə düşmənin düşərgəsinə daxil oldular, keşikçiləri öldürdülər, keşikçibr qəfıl yaxalandıqları üçün heç bir müqavimət göstərmədilər.AP 562.2

    Səma məbkləri Yonatanı və onun yoldaşını qoruyurdular. Mələklər onların tərəfində döyüşürdübr və filiştlilər bir-birinin ardınca həlak oldular. Yer titrəyirdi, sanki çoxsaylı atlılar və hərb arabaları yaxınlaşırdı. Yonatan bunu İlahi köməyin əlamətləri kimi qiymətləndirdi və hətta Filiştlilər də başa düşürdülər ki, Allah İsrailə kömək edir. Həm döyüş meydanında, həm də düşərgədə ordunu böyük qorxu bürüdü. Qarışıqlıqda öz əsgərlərini düşmən hesab edərək, Filiştlilər bir-birlərini öldürürdülər.AP 562.3

    Tezliklə döyüş səsi israillilərin düşərgəsinə çatdı. Padşah keşikçiləri Filiştlilər arasındakı dəhşətli təşviş haqda və onların sıralarının nəzərə çarpacaq dərəcədə seyrəlməsi haqda məlumat verdilər. Lakin ibrani ordusunun hansısa hissəsinin olmaması hələ üzə çıxmamışdı. Baxış keçirildikdən sonra məlum oldu ki, Yonatan və onun silahdarından başqa hamı yerindədir. Lakin Filiştlilərin geri çəkildiklərini görərək Şaul öz ordusunu hücuma apardı. Əvvəlcə düşmənlərdən qorxan ibranilər indi onların üstlərinə cumdular, çoxlu gizlənənlər də öz gizləndikləri yerlərdən çıxdılar və Şaulun ordusu özünü itirərək qaçan düşməni təqib edib dəhşətli qırğın törətdi.AP 563.1

    Yaranmış vəziyyətdən daha çox faydalanmağı qərara alaraq, padşah fikirləşmədən öz əsgərlərinə əmr etdi ki, bütün günü heç nə yeməsinlər və öz əmrini təntənəli andla möhkəmlətdi: “Axşama qədər, Şaul düşmənlərindən qisas alana qədər kim çörək yesə, lənətə gəlsin!”. Qələbə artıq Şaulsuz da qazanılmışdı, lakin məğlub olmuş düşməni tam məhv etməklə, o, özünə şöhrət qazanmaq ümidində idi. Özünü yeməkdən saxlamaq əmri xudbin iddialardan irəli gəlirdi və göstərirdi ki, adamlarının ehtiyacları onun özünü yüksəltmək istəyinə zidd olduqda, padşah öz adamlarının ehtiyaclarına biganə yanaşır. Öz əmrini təntənəli andla möhkəmlətməklə Şaul ağılsızlıq və nadanlıq göstərdi. And sözlərinin özü şəhadət edirdi ki, o, Allahı deyil, özünü şöhrətləndirmək istəyir. O, “Rəbb Öz düşmənlərindən qisas alana qədər” - deməmişdi, “Şaul öz düşmənlərindən qisas alana qədər” -demişdi.AP 563.2

    Bu qadağan ona gətirib çıxartdı ki, xalq Allah əmrini pozdu. Onlar bütün günü döyüşdübr və aclıqdan zəiflədilər, qadağan vaxtı qurtaran kimi isə, şikarın üstünə cumdular və əti qanlı-qanlı yedilər, beləliklə qan yeməyi qadağan edən qanunu pozdular.AP 563.3

    Padşahın əmri haqda eşitməyən Yonatan gündüz döyüş vaxtı meşədən keçərkən tapdığı baldan bir qədər yemişdi. Axşam Şaul bunu bildi. O dedi ki, onun əmrinin pozulması ölümb cəzalandırılacaqdır və Yonatan onu qəsdən pozmasa da, Allah onun həyatını möcüzəli şəkildə qorusa da və onun vasitəsilə İbraniləri xilas etsə də, padşah elan etdi ki, hökm yerinə yetirilməlidir. Oğluna rəhm etmək Şaul üçün belə düşünülməmiş əmr verməklə günah etdiyini etiraf etmək idi, bu isə öz növbəsində onun qüruruna toxunurdu. “Yonatan, əgər mən səni öldürməsəm, Allah mənə beləsini və bundan betərini etsin! Sən mütləq ölməlisən”AP 563.4

    Şaul qələbəni öz adına çıxa bilmirdi və öz andının pozulmazlığına riayət etməklə şöhrətlənməyə ümid edirdi. Hətta öz oğlunu qurban verməklə, o, özünün bütün təbəələrinə göstərmək istəyirdi ki, padşah hakimiyyətini saxlamaq lazımdır. Bundan bir az əvvəl Qilqalda Şaul kahin kimi Allahın əmrinə zidd hərəkət etməyə cəsarət etmişdi. Şamuel onu ifşa edəndə o, inadla öz hərəkətinə haqq qazandırırdı. İndi isə onun öz əmri pozulanda, - üstəlik də mənası olmayan əmr və həm də qəsdən deyil, məlumatsızlıqdan pozulan əmr, - padşah və ata öz oğlunu ölümə məhkum etdi.AP 564.1

    Xalq hökmü yerinə yetirməkdən imtina etdi. Padşah qəzəbini cəsarətlə qarşılayaraq adamlar elan etdilər: “İsraildə belə böyük qurtuluş zəfəri salan Yonatanmı öləcək? Var olan Rəbbə and olsun, onun başından bir tük belə, yerə düşməyəcəkdir. Çünki bu gün o, Allahın köməyi ilə iş gördü”. Məğrur monarx xalqın yekdil tələbinə zidd hərəkət etməyə cəsarət etmədi və Yonatanın həyatı əfv edildi.AP 564.2

    Şaul hiss etməyə bilməzdi ki, onun oğlu Allahın və xalqın yanmda ondan çox hörmətə malikdir. Yonatanm əfv edilməsi padşahın başısoyuqluğuna sərt irad idi. O, hiss etməyə başlamışdı ki, lənəti öz başında çatlayacaq. Filiştlilərlə müharibə davam etdirilmədi, Şaul qaşqabaqlı və narazı halda evə qayıtdı.AP 564.3

    Etdikləri günah üçün özlərini bağışlamağa və ya özlərinə haqq qazandırmağa həmişə hazır olanlar, çox vaxt başqalarını ən sərt şəkildə mühakimə və tənbeh edirlər. Çoxları Şaul kimi Allahın narazılığına səbəb olurlar, lakin məsləhətlərə etinasızlıq göstərirlər və ifşalara nifrət edirlər. Hətta onlar əmin olanda ki, Rəbb onlarla deyildir, onlar öz bədbəxtliklərinin səbəbini özlərində görməkdən imtina edirlər. Məğrurluğa və özündən razılığa qapılaraq, onlar özlərindən yaxşı olanları amansızcasına mühakimə edir və töhmətləndirirlər. Yaxşı olardı ki, bu cür özlərinə arxayın hakimlər Məsihin bu sözləri üzərində düşünəydilər: “Çünki nə hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsımz və hansı ölçü ilə ölçərsinizsə, o ölçü ilə də sizə ölçüləcəkdir” (Matta 7:2).AP 564.4

    Çox vaxt özlərini ucaltmağa çalışanlar elə vəziyyətə düşürlər ki, onların əsl xasiyyəti üzə çıxır. Şaulla da belə oldu. Onun davranışı xalqı əmin etdi ki, padşahlıq şərəfı və hakimiyyəti onun üçün ədalətdən, mərhəmətdən və insafdan qiymətlidir. Allahın idarəsini rədd edən xalq beləcə öz səhvini gördü. İnsanlar duaları onlara xeyir-dua, bərəkət gətirən, Allahdan qorxan peyğəmbəri korkoranə canfəşanlıqla onlara lənət ilə dua edən padşaha dəyişdirmişdilər.AP 564.5

    Əgər israillilər Yonatanın tərəfini saxlamasaydılar, onların xilaskarı padşah əmrinin qurbanı olardı. Bütün baş verənlərdən sonra Şaulun idarəsi altında qalan insanların həyəcanlarını təsəvvür etmək çətin deyildir! Şaulun onların öz səyləri ib taxt-taca çıxmasını dərk etmək necə də acı idi! Allah insanların inadcıl hərəkətbrinə uzun müddət səbirlə dözür və hamıya öz günahlarını görmək və tövbə etmək üçün imkan verir. Ola bilsin ki, eb görünür ki, O, Onun iradəsinə zidd gedənlərin və xəbərdarlıqları rədd edənlərin çiçəkbnməsinə şərait yaradır, - öz vaxtında O, onların ağılsızlıqlarını mütləq ifşa edəcəkdir.AP 565.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents