Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    65-ci fəsil
    DAVUDUN MƏRDLİYİ

    (Bu fəsil Şamuelin Birinci Kitabının 22: 20-23; 23- 27- ci fəsillərinə əsaslanır)

    Şaulun Rəbbin kahinləri ilə vəhşicəsinə davranışdan sonra “Axituvun oğlu Aximelekin oğullarından Evyatar aldı bir nəfər qurtulub Davudun yanına qaçdı. Evyatar Şaulun Rəbbin kahinlərini öldürdüyünü Davuda xəbər verdi. Davud Evyatara dedi: “O vaxt Edomlu Doeq orada olanda mütləq bunu Şaula çatdıracağını anlamışdım. Atanın külfətinin qırılmasına səbəb mən oldum. Yanımda qal, qorxma, çünki mənim canımı almaq istəyən sənin də canını almaq istəyir. Əgər yanımda qalsan, rahat olarsan””.AP 597.1

    Padşah tərəfindən təqib olunan Davud nə istirahət, nə də sığınacaq tapa bilirdi. Qeilanda onun cəsur döyüşçüləri sakinləri Filiştlilərin əsirliyindən xilas etdilər, lakin orada da, azad etdikləri adamlann arasında da onlar təhlükəsizlikdə deyildilər. Qeilandan onlar Zif səhrasına yola düşdülər.AP 597.2

    Bu zaman, Davudun həyatında fərəhli dəqiqələr bu qədər az olduğu vaxtda Yonatanın qəfıl gəlişi onu sevindirdi. O, Davudun sığınacağının harada olduğunu bilərək onun yanına gəlmişdi. İki dost üçün ünsiyyət dəqiqələri necə də qiymətli idi. Onlar bir-birlərinə başlarına gələnləri danışdılar və Yonatan Davudu ruhlandıraraq dedi: “Qorxma, atam Şaulun əlinə düşməyəcəksən, İsrailin padşahı sən olacaqsan, mən səndən sonra ikinci olacağam. Bunu hətta atam Şaul da bilir”. Onlar Allahın Davuda olan möcüzəli qayğısı haqda danışanda əzab çəkmiş qaçqın ruhən dirçəldi: “Sonra ikisi də Rəbbin önündə əhd bağladı və Davud Xoreşdə qaldı, Yonatan isə evinə qayıtdı”.AP 597.3

    Yonatanın ziyarətindən sonra Davud arfada çalıb, oxumağını müşayiət edərək qəlbini vəsf himnləri ilə ruhlandırırdı.AP 598.1

    “Rəbbə pənah gətirmişəm.
    Könlümə necə deyə bilərsiniz ki,
    Quş kimi dağlara uç?
    Bax pislər ox-kaman qurublar,
    Oxlarını yayın ustünə qoyublar,
    Qaranlıqda dayanıblar,
    Ürəyidüz olanları nişan alıblar.
    Əgər hər şey təməlindən dağılarsa,
    Salehlər nə edə bilər?
    Rəbb Öz müqəddəs məbədindədir,
    Onun taxtı göylərdədir.
    Rəbbin görən gözləri var,
    Gözünü açar,
    Bəşər övladlarına diqqətlə baxar.
    Rəbb saleh adamı sınaqdan keçirir,
    Pisə, zülmkarasa nifrət edir.
    AP 598.2

    (Məzmur 11:1-5).

    Ziflilər, Davudun Qeiladan gəldiyi həmin vəhşi yerlərin sakinləri Giveaya Şaulun yanına adam göndərdilər ki, Davudun harada gizləndiyini bildiklərini və həmin yeri padşaha göstərə biləcəklərini ona desin. Lakin onların niyyətindən xəbərdar edilən Davud oradan getdi və Maon ilə Ölü dəniz arasındakı dağlarda gizləndi.AP 598.3

    Yenidən Şaula xəbər çatdı: “Budur, Davud En-Gedi səhrasındadır”. Şaul bütün İsraildən üç min seçmə ər götürdü və Davudla adamlannı dağ keçiləri qayası yaxınlığında axtarmağa getdi. Davudun cəmi altı yüz adamı olduğu halda, onun arxasınca düşən Şaulun üç min adamı var idi. Davud öz adamları ilə birlikdə mağaralardan birində gizlənib nə etmək barədə Allahdan göstərişlər gözlədi. Dağlara çıxarkən Şaul yana döndü və təkcə olaraq Davudun öz dəstəsi ilə gizləndiyi həmin mağaraya girdi. Davudun adamları bunu görəndə, onlar Şaulu öldürmək üçün öz rəislərini dilə tutdular. Padşah onların əllərində idi və onlar bunu Allahın Özünün bu düşməni məhv etmək üçün onu onların əllərinə verməsinin aşkar sübutu kimi izah edirdilər. Davud bu fikri qəbul etməyi meyl etdi, lakin vicdanının səsi ona dedi: “Allahın məsh olunmuşuna toxunma”.AP 598.4

    Davudun adamları Şaulu buraxmaqla heç cür razılaşa bilmirdilər və öz rəislərinə Allahın sözlərini xatırladırdılar: “Budur, Rəbbim sənə “bax düşmənini sənə təslim edəcəyəm, gözündə nə xoşdursa, ona edəcəksən” dediyi gün bu gündür”. Davud qalxdı və Şaulun üst paltarının ətəyini yavaşca kəsdi”. Lakin sonra vicdanı hətta buna görə də ona əzab verdi ki, padşahın paltarını korlamışdır.AP 599.1

    Şaul axtanşı davam etdirmək üçün qalxıb çıxanda, qəfıldən heyrət içərisində bu sözbri eşitdi: “Ağam padşah!” O, çağıranı görmək üçün geri çevrildi və nə gördü? Öldürmək üçün bu qədər vaxt arxasınca düşdüyü adamı, Yesseyin oğlunu gördü. Davud padşaha baş əydi, bununla ona öz ağası kimi hörmətini ifadə etdi. Sonra o dedi: “”Davud sənin pisliyini istəyir”, deyən adamların sözünə niyə qulaq asırsan? Bax öz gözbrinlə gördün ki, bu gün Rəbb mağarada səni mənə necə təslim etdi. Mənə təklif etdilər ki, səni öldürüm, lakin mən sənə rəhm qıymadım. Dedim ki, ağama qarşı əl qaldırmaram, çünki o, Rəbbin məsh olunmuş padşahıdır. Ey atam, əlimdəkinə bax bu sənin cübbənin ətəyidir. Cübbənin ətəyindən kəsib səni isə öldürmədiyimdən gör və sənə qarşı pislik və qiyam etmək əlimdən gəlmir. Sən canımı almaq üçün məni ovladığın halda mən sənə qarşı günah etmədim”.AP 599.2

    Bu sözbr Şaulu sarsıtdı. O, onların səmimiliyinə heyran qalmaya bilmədi, indicə bütünlüklə öldürməyi arzu etdiyi adamın ixtiyannda olduğunu dərk edəndə o, dərindən riqqətə gəldi. Tam safqəlbli Davud onun qarşısında durmuşdu. Yumşalaraq Şaul nida etdi: “”Oğlum Davud, bu sənin səsindirmi?” dedi və bərkdən ağladı.O, Davuda dedi: “Mən sənin qədər saleh deyiləm, çünki sən mənə pisliyimin əvəzinə yaxşılıq etdin. Bu gün də mənə yaxşı münasibətini bəlli etdin, çünki Rəbb məni sənə təslim etdi, sən isə məni öldürmədin. Əgər bir insan düşmənini taparsa, onu salamat buraxarmı? Buna görə də bugünkü işinin əvəzini Rəbb sənə yaxşılıqla ödəsin. İndi isə bax bilirəm ki, sən mütləq padşah olacaqsan və İsrailin padşahlığı sənin əlinə keçib güclənəcək””. Davud Şaulla ittifaq bağladı ki, o, padşah olanda Şaulun evi ilə rəhmli rəftar edəcəkdir və onun adını məhv etməyəcəkdir.AP 599.3

    Keçmişi xatırlayaraq, Davud padşahın vədlərinə tamamilə etibar etmirdi və inanmırdı ki, bu barışıq uzun sürsün. Şaul öz evinə qayıdanda Davud dağlarda qaldı.AP 600.1

    Şeytana təslim olanların Allah xidmətçilərinə düşmənçiliyi bəzən peşmançılıq və təəssüf hissi ilə əvəz olunur, lakin bu dəyişiklik həmişə uzun və möhkəm olmur. Bədniyyətlər Rəbbin qullarına qarşı çıxaraq ifşa olunanda, onlar əmin oldular ki, haqsızdırlar. Allah Ruhu onlarla mübarizə edir və onlar Allah önündə və nüfuzlarını məhv etməyə çalışdıqlarının önündə həlimləşirlər və onlara münasibətlərini dəyişə bilirlər. Lakin onlar hiybgərin pıçıltılarına yenidən qulaq asmağa başladıqda, əvvəlki şübhələr dirilir, əvvəlki düşmənçilik oyanır və onlar əvvəl peşman olduqları və bir müddətə tərk etdikləri fəaliyyətlərinə yenidən başlayırlar. Onlar yenidən xoşagəlməz sözlər danışırlar və nə vaxtsa səmimi olaraq üzr istədikləri adamları ittiham və mühakimə edirlər. Bu cür hallarda şeytan bu canlardan əvvəlkindən daha müvəffəqiyyətlə istifadə edir, çünki onlar daha parlaq işığa etinasızlıq göstərmişlər.AP 600.2

    “Şamuel öldü və bütün İsrail yığılıb onun üçün yas qurdu. Onu Ramada - öz evinin yanında dəfn etdilər”. Şamuelin ölümü İsrail üçün geriyə qayıtmaz itki idi. Böyük və mömin peyğəmbər, görkəmli hakim öldü və xalqın kədəri ağır və dərin idi. Şamuel ilk gəncliyindən İsrailə şərəflə və salehliklə xidmət etmişdi. Şaul tanınmış padşah olsa da, Şamuelin nüfuzu daha çox idi, çünki onun həyatı sadiqlik, itaət və sədaqət nümunəsi idi. Biz oxuyuruq ki, o, İsrailə öz həyatının bütün günlərində hakimlik etmişdir.AP 600.3

    İnsanlar Şaulun həyatını Şamuelin həyatı ilə müqayisə etdikdə görürdülər ki, ətrafdakı xalqlardan heç nə ilə seçilməmək üçün padşaha malik olmaq istəməklə, onlar necə böyük səhvə yol vermişlər. Çoxları imansızlığa və allahsızlığa qərq olmuş cəmiyyətə həyəcanla baxırdılar. Padşahın şəxsi nümunəsi böyük təsir göstərirdi və İsrail həqiqətən kədərlənə bilərdi ki, Allah peyğəmbəri Şamuel ölmüşdür. Şamuelin simasında xalq müqəddəs məktəblərinin banisini və başçısını itirmişdi, lakin bu, hələ hamısı deyildi. İsraillilər müxtəlif suallarla və həyəcanlarla yanına gəlməyə vərdiş etdikləri insanı itirmişdilər. Onlar Allah önündə həmişə onlar üçün xahiş edən vasitəçini itirmişdilər. Şamuelin vasitəçiliyi onlara rahatlıq və təhlükəsizlik hissi aşılayırdı, çünki “Saleh adamın duası güclü və təsirlidir” (Yaqub 5:16). İndi onlar hiss edirdilər ki, Allah onları tərk edir. Onların padşahı, demək olar ki, dəli idi. Ədalət təhrif olunmuşdu və qayda-qanun qarışıqlıqla əvəz olunmuşdu.AP 600.4

    Məhz ölkədə daxili mübarizə getdiyi zaman və Şamuelin sakit və mömin məsləhəti bu qədər zəruri olduğu zaman Allah Öz qocalmış qulunu rəhmətə apardı. Onun dəfn olunduğu yerə baxanda və sanki bütün İsraili Tanrının taxt-tacına bağlayacaq qədər Səmaya yaxın olan Şamuelin idarəsini düşüncəsizcəsinə rədd etdiklərini xatırlayanda, onlara necə kədərli düşüncələr hakim olurdu. Allahı sevməyi və ona itaət etməyi onlara Şamuel öyrətmişdi, lakin indi, o öləndə insanlar hiss edirdilər ki, şeytan tərəfindən idarə olunan və xalqı Allah və Səmadan ayıran padşahın ixtiyarına qalmışlar.AP 601.1

    Davud Şamuelin dəfnində iştirak edə bilmədi, lakin sədaqətli oğul öz ölmüş sevimli atası üçün necə kədərlənirsə, o da eləcə dərindən kədərlənirdi. O bilirdi ki, Şamuelin ölümü ilə Şaulu cilovlayan sonuncu iplər qırılmışdır; peyğəmbərin sağlığında o, özünü daha böyük təhlükəsizlikdə hiss edirdi. Şaul Şamuelin yası ilə məşğul olduğu vaxtda Davud özünə daha təhlükəsiz yer tapdı və bundan sonra Paran səhrasına getdi. Orada o, 120-ci və 121-ci zəburları qoşdu. Həmin vəhşi yerlərdə peyğəmbərin ölümündən kədərlənərək və padşahın ona düşmən olduğunu bilərək o oxuyurdu:AP 601.2

    “Göyləri və yeri yaradan Rəbbdən Mənə kömək gələcək.
    O, ayaqlarını büdrəməyə qoymaz,
    Səni qoruyan yatmaz.
    Bax İsraili qoruyan yuxulamaz,
    Yatıb qalmaz.

    Səni qoruyan Rəbbdir,
    O, sağ tərəfındədir,sənə kölgədir.
    Sənə gündüz günəşin ziyanı dəyməz,
    Gecənin ayı sənə zərər verməz.
    Rəbb səni hər cür şərdən qoruyar,
    Canını hər şeydən qoruyar.
    Rəbb gediş-gəlişini hifz edər
    İndidən sonsuza qədər.
    AP 601.3

    (Məzmur 121:2-8).

    Paran səhrasında olarkən Davud öz adamları ilə həmin yerdə malikanəsi olan Naval adlı bir varlının sürüsünü quldur basqınlarından qoruyurdu. Naval Kalevin nəslindən idi, lakin xasiyyətcə kobud və xəsis adam idi.AP 602.1

    Qoyunlann qırxım vaxtı çatmışdı, bu zaman mövcud olan adətə görə məclislər qurulur və qonaqlar gəlirdi. Davud və onun adamlarının ərzağa çox ehtiyacları var idi və o dövrün adətinə görə o, Navalın yanına on oğlan göndərdi, onlara əmr etdi ki, öz ağalarının adından onu salamlasınlar və əlavə etdi: “ömrün uzun olsun! Sən və evin, səninkilərin hamısı qoy var olsun! Eşitmişəm ki, indi sizdə yun qırxımıdır. Sənin çobanların bizim yanımızda olanda biz onları incitmədik və Karmeldə qaldıqları günlər ərzində heç nəyi əskilmədi. Bunu öz nökərlərindən də soruşa bilərsən və onlar da sənə deyər. Qoy nökərlərim sənin gözündə lütf tapsın, çünki yanına bayram zamanı gəlmişik. Rica edirəm ki, qullarına və oğlun Davuda əlində olanından ver”.AP 602.2

    Davud və onun adamları çobanlara və Navalın sürülərinə etibarlı müdafiə idilər və indi onlar bu varlı adamdan xahiş edirdilər ki, ona beb qiymətli xidmət göstərənlərə nəsə ayırsın. Davud və adamları onun sürüsündən özləri də götürə bibrdilər, lakin onlar bunu etmədilər. Onlar özlərini şərəflə apardılar. Lakin onların xeyirxahlığını qiymətləndirmədilər. Navalın Davuda göndərdiyi cavab bu adamın mənəviyyatını açırdı: “Davud kimdir? Yessey oğlu kimdir? İndibrdə ağasından qaçan çox qullar var. Çörəyimi, suyumu və qırxınçılar üçün kəsdiyim heyvanların ətini götürüb haradan olduğunu bilmədiyim adamlaramı verim?”AP 602.3

    Oğlanlar boş əllə qayıdıb hər şeyi Davuda söyləyəndə, o çox hiddətləndi. O, döyüşə hazırlaşmağı əmr etdi, çünki haqqı olduğu şeydə ona kömək etməyə etiraz edən, üstəlik də öz ədalətsiz münasibətinə təhqir əlavə edən adamı cəzalandırmaq qərarına gəldi. Bu cür hiddətli qərar Davuddan çox Şaulu xatırladırdı, lakin Yesseyin oğlu hələ iztirablar məktəbində səbr öyrənməli idi.AP 602.4

    Davudun göndərdiyi adamlar gedəndən sonra, xidmətçilərdən biri Navalın arvadı Aviqailin yanına tələsdi və hadisəni ona danışdı. “Bax ağamızı salamlamaq üçün Davud səhradan qasidlər göndərdi, ağamız isə onları təhqir etdi. Amma həmin adamlar bizə çox yaxşılıq etmiş və bizi incitməmişdilər. Çöldə olduğumuz, onlarla gəzdiyimiz bütün günlər ərzində heç nəyimiz əskilməmişdi. Qoyunları otararkən yanlarında olduğumuz günlər gecə və gündüz bizə dayaq oldular. İndi isə budur, bax nə edəcəyini düşün, çünki ağamıza, onun bütün külfətinə qarşı pis qərar verilmişdir.”.AP 603.1

    Əri ilə məsləhətləşməyərək və öz niyyəti barədə ona heç bir şey deməyərək, Aviqail kifayət qədər ehtiyat götürdü, onları uzunqulaqlara yüklədi və Davudun qabağına göndərdi, sonra isə arxasınca özü yola düşdü. O, Davud və onun dəstəsilə təpədə rastlaşdı. “Aviqail Davudu görcək cəld eşşəkdən düşdü və Davudun önündə üzünü yerə qoyaraq təzim etdi. Sonra onun ayaqlarına düşüb dedi: “Ey ağam, bu günahı mənim üzərimə qoy. İzin ver ki, kənizin səninlə danışsın. Nə olar, kənizinin sözlərinə qulaq as”. Naval kinayə ilə qışqırmışdı: “Kimdir Davud?”, Aviqail isə ona belə müraciət etmişdi: “Mənim ağam!” Xoş sözlərlə onun hiddətini yumşaltmağa çalışırdı və öz əri üçün yalvarırdı. Hər cür məğrurluqdan və saxtakarlıqdan kənar olan, lakin müdriklik və Allah məhəbbəti ilə dolu olan Aviqail öz ailəsinə sədaqət göstərdi və Davuda bildirdi ki, ərinin ona kobud münasibəti düşünülmüş şəxsi təhqir deyil, miskin, xudbin adamın düşünülməmiş hərəkətidir.AP 603.2

    “Madam ki Rəbb səni indi qana batmaqdan və öz əlinlə qisas almaqdan saxladı, var olan Rəbbə və canına and olsun, ağamın düşmənləri və bədxahlan Naval kimi olsun”. Aviqail Davudu öz niyyətini həyata keçirməkdən saxlamağa nail olmaq şərəfini özünə aid etmədi, ancaq bu şöhrət və şərəfı Allaha aid etdi. Sonra o, gətirdiyi töhfələri sülh qurbanları kimi Davudun adamlarına təqdim etdi, sanki onların rəislərində güclü qəzəb oyatmaqda o özü təqsirkar idi.AP 603.3

    “Yalvarıram, kənizinin günahını bağışla, çünki Rəbb mütləq ağam üçün möhkəm sülalə yaradacaq, ona görə ki, ağam Rəbbin döyüşlərini edir və ömrün boyu səndə şər olmayacaq. Kimsə qalxıb səni qovmaq və canını almaq istəyəndə ağamın canını Rəbb Allah asayiş altında saxlayajaq, sənin düşmənlərinin cam isə sapandın ortasından atılan daş kimi atılacaq. Rəbb ağama dediyi yaxşılıqların hamısını həyata keçirəndə və səni İsrailə hökmdar edəndə ağam nahaq qan töküb özü üçün qisas aldığına görə peşman olmayacaq, vicdan əzabı çəkməyəcək. Rəbb ağama yaxşılıq edəndə kənizini də yadına sal”. (1 Şamuel 25: 2931).AP 603.4

    Bu sözləri yalnız göylərin müdriklik bəxş etdiyi adam söyləyə bilərdi. Aviqaelin möminliyi gül ətri kimi qeyri-şüuri şəkildə onun üzərində, sözlərində və hərəkətlərində əks olunurdu. Allah Oğlunun Ruhu onun qəlbini doldurmuşdu, onun nitqi ətrafa göylərin rayihəsini yayaraq mərhəmət, xeyirxahlıq, sülhsevərliklə nəfəs alırdı. Davudun hissləri dəyişdi və o, öz düşünülməmiş qərarının nəticələri haqda fikirdən titrədi. “Nə bəxtiyardırlar sülh edənlər, çünki onlara Allahın övladı deyiləcək” (Matta 5:9). Allah eləsin ki, bu israilli qadın kimi qəzəbli hissləri yumşaldan, düşünülməmiş qərarların qarşısını alan və sakit, nəcib nitqlərlə şərin yolunu kəsən qadınlar çox olsunlar.AP 604.1

    Məsihə həsr olunan həyat həmişə öz ətrafına işıq, təsəlli və sülh yayır. Bu cür həyatı təmizlik, həlimlik, sadəlik və faydalılıq fərqləndirir. O, elə təmənnasız məhəbbəti rəhbər tutur ki, ətrafda hər şeyə nur saçır. Bu cür həyatda hər şeydə Məsih görünür. Belə adam hara gedirsə, hər yerdə nurlu iz qoyur. Aviqail müdrik, ifşaedici və məsləhətçi idi. İndi Davud əmin idi ki, ağılsız hərəkət etmişdir və öz üzərində nəzarəti itirmişdir.AP 604.2

    O, ifşanı müti qəlblə qəbul etdi və onda baş verən bu dəyişiklik məzmurun sözlərinə tam uyğun gəlirdi: “Saleh insan məni vursa, məhəbbətinə görə tənbeh edər, bundan imtina etmərəm, çünki başıma yağ çəkər”. (Məzmur 140:5). O, Aviqailə təşəkkür etdi və ona xeyir-dua verdi, çünki o, ədalətli danışırdı. İfşanı dinləyərək iradı hiddətsiz qəbul etdiklərini düşünənlər çoxdurlar və bu artıq tərifə layiqdir, lakin ifşa üçün səmimi minnətdarlıqla təşəkkür edənlər və onları şər əməllərdən xilas etməyə çalışanlara xeyir-dua verənlər necə də azdırlar.AP 604.3

    Aviqail evə qayıdanda Navalı və onun qonaqlarını böyük məclis arxasında gördü, onlar bu məclisi əyyaşlığa çevirmişdilər. O, yalnız gələn səhər ərinə Davudla görüş haqda danışa bildi. Naval xasiyyətcə çox qorxaq idi və dərk edəndə ki, öz axmaqlığı üzündən ölümə nə qədər yaxın olmuşdur, onu sanki iflic vurdu. Davudun hər-halda ondan qisas alacağından ehtiyat edərək, o, çox qorxdu və huşunu itirdi, onu ayılda bilmədilər, on gündən sonra o öldü. Allahın ona verdiyi ömür dünya üçün yalnız lənət idi. Şənlik idi, qonaqlıq içərisində, məsəldəki zəngin adama olduğu kimi, Allah ona dedi: “Bu gecə sənin canını alacaqlar” (Luka 12:20).AP 604.4

    Nəticədə Davud Aviqailə evləndi. Onun artıq arvadı var idi, lakin o dövrdə hökm sürən adət ona öz təsirini göstərdi. Hətta böyük və xeyirxah ərlər də dünyanın adətlərini təqlid edərək yanılırdılar. Çoxarvadlılığın acı bəhrələri Davudun bütün həyatında hiss olunurdu. Şamuelin ölümündən sonra Davud yalnız bir neçə ay rahat yaşadı. O, yenidən səhrada ziflilərin yanma getdi, lakin bu düşmən əhval-ruhiyyəli adamlar padşahın lütfünü qazanmağa ümid edərək, ona Davudun olduğu yeri xəbər verdilər. Bu xəbər Şaulun qəlbində yenidən qəddar hisslər oyatdı. O, yenidən öz adamlarını topladı və Davudu tutmaq üçün onlarla yola düşdü. Lakin dostları Davuda xəbər verdilər ki, Şaul yenidən onu təqib edir və Davud özü ilə bir neçə nəfər götürərək düşmənin harada olduğunu bilmək üçün yola düşdü. Gecə idi, onlar ehtiyatla irəliləyərək Şaulun düşərgəsinə gəlib çıxdılar, qarşılarında padşahın və adamlarının çadırlarını görürdülər. Onları görən olmadı, çünki düşərgə dərin yuxuya dalmışdı. Davud dostlarına onunla birlikdə düşmənin lap qoynuna daxil olmağı təklif edir. Onun “Kim mənimlə Şaulun yanına - ordugaha enər?” - sualına cavab olaraq Avişay dərhal cavab verdi: “Mən səninlə enərəm”.AP 605.1

    Təpələrin kölgəsində gizlənərək Davud və onun köməkçisi düşmənin düşərgəsinə daxil oldular. Rəqiblərin dəqiq sayını bilmək istəyərək onlar yatmış Şaula rast gəldilər, onun nizəsi yerə sancılmışdı, başının üstündə isə içərisində su olan bardaq var idi. Yanında ordu başçısı Avner uzanmışdı, ətrafda əsgərlər möhkəm yatırdılar. Avişay nizəni qaldırdı və Davuda dedi: “Allah bu gün düşmənini sənə təslim etdi. İndi isə qoy nizə ilə onu birdəfəlik yerə yapışdırım ki, ikinci dəfə vurmağa ehtiyac olmasın”. O, izn gözbyirdi, lakin cavabında pıçıltı eşidildi: “Yox, onu öldürmə! Bax Rəbbin məsh etdiyinə əl qaldıran günahsız sayılarmı? Var olan Rəbbə and olsun, Rəbb onu mütləq vuracaq. Eb gün gələcək ki, öz əcəli ilə öləcək ya da döyüşdə həlak olacaq. Qoy Rəbbin məsh etdiyinə əl qaldırmaqdan Rəbb Özü məni uzaq etsin. Rica edirəm, indi başının yanındakı nizəsini və su qabını götür gedək. Davud Şaulun başının yanındakı nizə ilə su qabını götürdü və onlar getdibr. Onları görən olmadı. Bu işi bibn və oyanan da olmadı. Rəbb tərəfindən onların üzərinə dərin yuxu gəldiyinə görə hamı yatmışdı”. Rəbb güclünü necə də asanlıqla zəiflədə bilər, müdriki ağıldan məhrum edə bilər və ən diqqətli adamın diqqətini yayındıra bilər!AP 605.2

    Təhlükəsiz məsafəyə çəkilərək Davud təpənin zirvəsinə qalxdı və xalqa, Avnerə müraciət edərək uca səslə qışqırdı: “Sən igidsən? İsraildə sənə bənzər kim var ki? Bəs niyə ağan padşahın keşiyini çəkmirsən? Axı xalq arasından bir ağan padşahı öldürmək üçün gəlmişdi. İşini yaxşı görmürsən. Var olan Rəbb haqqı, hamınız ölümə layiq adamlarsınız, ona görə ki ağanızın - Rəbbin məsh etdiyinin keşiyini çəkmirsiniz. Bax, padşahın başının yanında olan nizə və su qabı indi haradadır? Şaul Davudun səsini tanıyıb dedi: Bu sənin səsindirmi, oğlum Davud? Davud dedi: Mənim səsimdir, ağam padşah. Sonra sözünə davam etdi: Ağam nə üçün qulunu belə təqib edir? Nə etmişəm ki? Əlimdən nə pislik gəlib? Rica edirəm, ağam padşah indi qulunun sözlərinə qulaq assın”. Padşahın dodaqlarından yenidən etiraf qopdu: “Günah etdim, qayıt, oğlum Davud. Mənim canım bu gün sənin gözündə qiymətli olduğu üçün bir daha sənə pislik etməyəcəyəm. Bax ağılsızlıq edib lap çox yanıldım”. Davud cavab verdi: “Budur nizən, ey padşah! Qoy nökərlərindən biri gəlib onu aparsın”. Şaul vəd etsə də: “Bir daha sənə pislik etməyəcəyəm”, - Davud yenə də ondan ehtiyat edirdi.AP 606.1

    Davudun artıq ikinci dəfə padşahın həyatına hörmətlə yanaşması Şaulda dərin təəssürat yaratdı və onun köksündən öz günahkarlığı haqda müti etiraf qopardı. O bu cür xeyirxahlıqdan heyrətlənmiş və təslim olmuşdu. Davuddan ayrılarkən Şaul ucadan dedi: “Oğlum Davud, bəxtiyar olasan!”. Lakin Yesseyin oğlu padşahın bu cür əhvali-ruhiyyədə çox qalacağını düşünmürdü.AP 606.2

    Davud Şaulla barışmağa bütün ümidini itirmişdi. Sanki o, əvvəl-axır padşahın acığının qurbanı olacaqdı və bu onu yenidən filiştli torpağında sığınacaq axtarmağa təhrik etdi. Altı yüz nəfərin müşayiəti ilə o, Qat padşahı Akişin yanına yola düşdü.AP 606.3

    Bu barədə Allahdan heç bir göstəriş olmasa da, Davud qərara gəldi ki, Şaul öz məkrli niyyətini mütləq həyata keçirəcəkdir. Hətta Şaul onu öldürməyə cəhd edəndə də Rəbb çalışırdı ki, padşahlıq Davuda çatsın. İnsan gözlərində sirrə bürünsə də, Allah öz planlarını həyata keçirir. İnsanlar Allahın işlərindən baş aça bilməzlər, onlar səthi mühakimə yürüdürlər, Allahın iradəsi ilə məruz qaldıqları bütün sınaqları, tamahları, çətinlikləri düşmənçilik və məhvedici kimi qəbul edirlər. Mahiyyəti dərk etmədən, Allahın əhdləri haqda düşünmədən Davud da belə mühakimə yürüdürdü. O, padşah olacağına şübhə edirdi. Uzun sürən sınaqlar onun imanını zəiflətdi və səbrini tükətdi.AP 606.4

    Rəbb Davudu israillilərin qəddar düşmənləri olan filiştlilərin yanında sığınacaq axtarmağa göndərməmişdi. Məhz bu xalq onun ən qəddar düşmənləri sırasında idi, lakin o, çətin vaxtda kömək axtarmaq üçün onların yanına qaçmışdı. Şaula və ona xidmət edənlərə inamını itirərək, öz xalqının düşmənlərinin mərhəmətinə etibar etdi. Davud şanlı sərkərdə idi və özünü müdrik, cəsur döyüşçü kimi göstərmişdi, lakin filiştlilərin yanına gedərkən öz maraqlarının əksinə hərəkət etmişdi. Rəbb onu seçmişdi ki, öz bayrağını Yəhudeya torpağı üzərində ucaltsın, lakin imanın azlığı ona Allahın iradəsini yerinə yetirməyə imkan vermədi.AP 607.1

    Davud imansızlığı ilə Allaha şərəfsizlik göstərmişdi. Filiştlilər Şauldan və onun ordusundan daha çox Davuddan qorxurdular və onlardan himayə istəməklə o, öz xalqının zəyifliyini onalar göstərmiş oldu. Bununla o, amansız düşmənləri israilliləri təqib etməyə ruhlandırdı. Davud məsh olunmuşdu ki, Allah xalqını müdafiə etsin və Allah istəmirdi ki, onun xidmətçiləri Allah xalqının zəif tərəflərini büruzə verərək və ya onun müvəffəqiyyətinə biganəlik göstərərək allahsızlara ümid versinlər. Bundan başqa, Davudun qardaşları düşünməyə başladılar ki, o, bütpərəslərin allahlarına xidmət etmək üçün onların tərəfinə keçib. Bu hərəkət Davudun davranışına yanlış izah verməyə bəhanə oldu və çoxları ona başqa əqidə ilə baxmağa başladılar. Davud məhz şeytanın istədiyini etmişdi, çünki filiştlibrdən sığınacaq istəməklə Davud Allahın və Onun xalqının düşmənlərinə böyük sevinc bəxş etmişdi. Davud əvvəlki kimi Allaha xidmət edirdi və Ona sadiq qalırdı, lakin öz təhlükəsizliyi naminə Ona etibarı qurban vermişdi və bununla Allah xidmətçisinin şərəfinə və sədaqətinə ləkə gətirmişdi, -lakin Allah Öz qullarında məhz bu keyfiyyətləri görmək istəyir.AP 607.2

    Filiştli padşah Davudu xoş qəbul etdi: birincisi, bu, onun hərbi qabiliyyətləri önündə pərəstişlə izah olunurdu, ikincisi, ibraniyə himayədar olmaq padşahın şöhrətpərəstliyinə xoş gəlirdi. Akiş yanında Davud özünü təhlükəsizlikdə hiss edirdi. O öz ailəsini və ev əşyalarını buraya gətirdi. Onun adamları da belə etdilər. Hər şeydən belə nəticə çıxartmaq olardı ki, onlar orada uzun müddətə yerbşmişlər. Akiş bütün bunlarda qızğın iştirak etdi və israilli qaçqınlara kömək vəd etdi. Davudun xahişi ilə padşah Ziqlaqı mərhəmətlə ona bəxş etdi. Davud dark edirdi ki, ham onun üçün, həm də adamları üçün bütpərəstliyin təsiri təhlükəsiz deyildir. Tamamilə onların ixtiyarına verilmiş şəhərdə onlar Allaha azad ibadət edə bilərdilər, nəinki büdpərəst mərasimləri onlar üçün bəla və şər mənbəyi ola biləcək Qefdə yaşayaraq.AP 607.3

    Ziqlaqda olduğu vaxt ərzində Davud Geşurlularla, Girzlilərlə, Amaleqlilərb müharibələr apanrdı və heç kimi sağ qoymurdu ki, onun haqqında Qatda danışmasınlar. Döyüşdən qayıdarkən o, Akişa öz həmqəbiləliləri yəhudilərlə vuruşduğunu söybyirdi. Akiş isə həqiqəti bilməyərək fikirbşirdi ki, Davudun sayəsində onun dövləti möhkəmlənəcəkdir və düşünürdü: “Artıq o öz xalqının - İsrailin gözündən tamamib düşüb və bundan sonra həmişəlik qulum olacaq”. Davud bilirdi ki, Allahın iradəsinə görə bütpərəst xalqları məhv etməlidir, lakin yalana əl atmaqla o, Allah iradəsi ilə hərəkət etməmişdi.AP 608.1

    “Həmin dövrdə İsrailə qarşı döyüşmək üçün Filiştlibr ordularını döyüşə yığdılar. Akiş Davuda dedi: Bunu yaxşı bil ki, sən və adamların mənimlə bir orduda döyüşəcəksiniz”. Davudun öz xalqına əl qaldırmağa heç bir niyyəti yox idi, lakin nə edəcəyini bilmirdi və inanırdı ki, vəziyyət özü ona borcunu göstərəcəkdir. Birbaşa cavabdan yayınaraq, o dedi: “Əla! Sən qulun nə edəcəyini”. Akiş onun sözlərini qarşıdakı müharibəyə kömək etmək vədi kimi başa düşdü və Davuda öz sarayında böyük şərəf göstərməyə və ona yüksək vəzifə verməyə and içdi.AP 608.2

    Davudun Allahın əhdinə imanı hərdən sarsılsa da, həmişə xatırlayırdı ki, Şamuel onu İsrail üzərində padşahlığa məsh etmişdir. O, Allahın əvvəllər düşmən üzərində ona qazandırdığı qələbələri xatırlayırdı. Allahın onu Şaulun əlindən qoruyan böyük mərhəməti haqqında düşünürdü və öz müqəddəs ümidinə xəyanət etməməyi möhkəm qərara aldı. Hətta İsrail padşahının onu öldürmək istəməsinə baxmayaraq, öz xalqının düşmənləri ib birləşmədi.AP 608.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents