Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    69-cu fəsil
    DAVUDUN PADŞAHLIQ VƏZİFƏSİ

    (Bu fəsil Şamuelin İkinci Kitabının 2:l-5:5-ci fəsillərinə əsaslanır)

    Şaulun ölümü Davudu didərgin edən təhlükələri uzaqlaşdırdı. Öz torpağına qayıtmaq üçün yol indi onun qarşısında açılmışdı. Şaulun və Yonatanın yas günləri keçəndən sonra Davud “”Yəhuda şəhərlərindən birinə qalxımmı?” deyə Rəbbə müraciət etdi. Rəbb “ora qalx” deyə cavab verdi. Davud dedi: “Hara qalxım?” Rəbb dedi: “Xevrona””.AP 629.1

    Xevron Bat-Şevadan iyirmi mil şimalda, bu şəhərlə gələcək Yerusəlim arasındakı yolun təxminən ortasında yerləşirdi. Əvvəlcə bu şəhər Kariaf-Arba (Arba ənaqların atası) şəhəri adlanırdı. Sonra o, Məmre adlandı, orada uluların qəbiristanlığı olan Məxpela mağarası yerləşirdi. Əvvəllər Kalevin olan Xevron indi Yahudeyamn əsas şəhəri olmuşdu. O, bəhrəli təpələr və torpaqlarla əhatə olunmuş dərədə yerləşirdi. Orada Fələstinin ən gözəl üzümlükləri, çoxsaylı zeytun və başqa meyvə ağacları meşəlikləri var idi.AP 629.2

    Davud və onun adamları dərhal Rəbbin əmrini yerinə yetirməyə hazırlaşdılar. Altı yüz silahlı döyüşçü öz arvad və uşaqları, xırda və iri heyvanları ilə birlikdə ləngimədən Xevrona yola düşdülər. Onlar şəhərə daxil oldular, öz gələcək padşahları kimi Davudu salamlamaq üçün yəhudalılar artıq onları orada gözləyirdilər. Onu taxt-taca çıxartmaq üçün zəruri olan bütün hazırlıqlar görüldü. “Orada Davudu Yəhuda evi üzərində padşahlığa məsh etdilər”. Onun hakimiyyətini başqa soylar üzərində zorla təsdiq etməyə heç kim cəhd də göstərmədi.AP 629.3

    Yeni padşah hər şeydən əvvəl Şaulun və Yonatanın xatirəsini yad etmək istədiyini bildirdi. Həlak olmuş rəhbərlərin cəsədlərini xilas edən və onları lazımi surətdə dəfn edən Yaveş-Gileadın şanlı döyüşçülərinin nəcib hərəkətləri haqda bilərək Davud Yaveşə bu sözlərlə adam göndərdi: “Rəbb sizə xeyir-dua versin, çünki ağanız Şaula sədaqətli oldunuz və onu dəfn etdiniz. Bu işinizin əvəzini indi Rəbb sizə qoy xeyirxahlıq və sədaqətlə versin! Bu işinizin və bu yaxşılığınızın əvəzini mən də sizə ödəyəcəyəm”. Özünün Yahuda taxt-tacına yüksəlməsi haqda danışarkən, onların sadiqliyini və səmimiliyini o, xüsusi qeyd etdi.AP 630.1

    Filiştlilər Yəhudeya sakinlərinin Davudu padşahlığa məsh etmələrinə mane olmadılar. Davud didərgin olanda onlar onunla dostluq münasibətləri saxlayırdılar ki, Şaulun padşahlığını sarsıtsınlar və indi bundan lazımi xeyir götürməyə ümid edirdilər. Lakin Davudun hakimiyyəti həyəcanlardan azad olmamışdı. Onun padşahlığa keçdiyi andan qəsdlərin və üsyanların tutqun tarixi başlayır. Davud taxt-taca namərdlik hesabına çıxmamışdı. Allah onu İsrailin padşahı seçmişdi, burada şübhələrə və etirazlara yer ola bilməzdi. Lakin Avnerin sayəsində İsrail taxt-tacına Şaulun oğlu İş-Boşet çıxarılanda, Yahudi camaatı Davudun hakimiyyətini demək olar ki tanımadılar.AP 630.2

    İş-Boşet Şaul evinin zəif iradəli və dövlət işlərindən xəbərsiz nümayəndəsi idi, Davuda isə bu məsuliyyəti öz üzərində daşımaq üçün səxavətlə istedad bəxş edilmişdi. İş-Boşeti taxt-taca çıxaran Avner Şaul ordusunun rəisi, İsrailin ən görkəmli nümayəndələrindən biri idi. O bilirdi ki, Davud Allah tərəfindən İsrail padşahlığına məsh olunmuşdur, lakin çoxillik düşmənçilik ona imkan vermirdi ki, Yesseyin oğlunun Şaulun varisi olması ilə barışsın.AP 630.3

    Hər şey elə baş verdi ki, Avnerin əsli aydın göründü və onun xudbinliyi, prinsipsizliyi üzə çıxdı. Şaulla six bağlı olaraq, o, padşahın təsiri altında Allahın İsrail üzərində padşah olmaq üçün seçdiyi adama nifrət etməyə başlamışdı. Şaulun su qabı və padşah nizəsi oğurlananda, Davud Avneri düşərgədə yatdığı üçün amansızcasına ittiham edəndən sonra onun nifrəti daha çox alovlanmışdı. Avner çox gözəl xatırlayırdı ki, Davud padşaha və xalqa müraciət edərək, hamı eşitsin deyə necə qışqırmışdı: “Sən igidsən? İsraildə sənə bənzər kim var ki? Bəs niyə ağan padşahın keşiyini çəkmirsən?... Var olan Rəbb haqqı, hamınız ölümə layiq adamlarsınız, ona görə ki, ağanızın - Rəbbin məsh etdiyinin keşiyini çəkmirsiniz” (1 Şamuel 26:15-16). Bu irad onun qəlbini didirdi və o qərara gəldi ki, öz qisasını alsın, İsraili parçalasın, özünü isə yüksəltsin. Öz alçaq, xudbin məqsədləri üçün o, əvvəlki padşah evinin nümayəndəsindən istifadə etdi. O bilirdi ki, xalq Yonatanı sevirdi. Xalq onun xatirəsini müqəddəs tuturdu və Şaulun birinci parlaq yürüşləri də onun ordusu tərəfindən hələ unudulmamışdı. Üsyankar rəis öz planını həyata keçirmək üçün möhkəm işə başladı.AP 630.4

    İordanın o biri tərəfində Maxanayim yerləşirdi, bura padşah iqamətgahı kimi istifadə olunurdu, çünki bura Davudun və Filiştlilərin hücumlarına qarşı daha təhlükəsiz idi. Padşahın məsh olunması mərasimi elə orada keçdi. Yeni hökmdarın hakimiyyəti əvvəlcə İordanın şərqində yaşayan soylar tərəfindən, sonra isə Yəhudadan başqa bütün İsrail tərəfindən tanındı. Şaulun oğlu özünün ayrıca paytaxtında iki il həzz aldı. Lakin Avner onun hakimiyyətini bütün İsrailə yaymaq niyyəti ilə işğalçı müharibəyə hazırlaşdı. “Şaul nəsli ilə Davud nəsli arasında çəkişmə çox uzun çəkdi. Getdikcə Davud nəsli qüwətlənir, Şaul nəsli isə zəifləyirdi”.AP 631.1

    Nəhayət, acıq və xudbinliklə qurulan taxt-tac yıxıldı. İş-Boşetin zəif iradəliliyindən və bacanqsızlığından məyuslaşan Avner belə bir təkliflə müraciət etdi ki, onun hakimiyyətini İsrailin bütün soylarına yaysın. Bu təklif qəbul olundu və Avner bu planı yerinə yetirmək üçün hörmətlə buraxıldı. Lakin bu cür şanlı döyüşçünün razılıqla qəbul edilmiş təklifi Davudun ordusunun rəisi Yoavda paxıllıq oyatdı. Avner və Yoav qan düşməni idilər, çünki İsrail ilə Yahuda arasındakı müharibədə Avner Yoavın qardaşı Asaheli öldürmüşdü. İndi Yoav qardaşının qanının qisasını almaq və eyni zamanda bu cür parlaq rəqibdən azad olmaq imkanını görərək fürsətdən istifadə etdi, Avnerə pusqu qurdu və onu öldürdü.AP 631.2

    Davud bu xain hərəkətdən xəbər tutaraq nida etdi: “Rəbb qarşısında Ner oğlu Avnerin qanından ötrü əbədi olaraq mən və padşahlığım günahkar deyil. Qoy bu günah Yoavın başına və atasının nəslinin üstünə dönsün”. Öz padşahlığının möhkəm olmadığım, qatillərin hakimiyyətini və gücünü nəzərə alaraq, çünki Yoavın qardaşı Avişay da bunda iştirak etmişdi, Davud cinayətkarlara əməllərinə görə cəza verə bilmədi, bu alçaq hərəkətə görə öz hiddətini o, bütün xalq qarşısında bildirdi. Avner lazımi hörmətlə dəfn edildi. Ordu Yoavın başçılığı altında dəfndə cırılmış çul geyimində iştirak etməli idi. Padşah kədər əlaməti olaraq bütün günü heç nə yemədi, dəfn arabasının dalınca baş marner kimi gedirdi və qəbir üstündə qatillərə acı töhmət olan vida sözünü söylədi. “Padşah Avner üçün mərsiyə oxudu:AP 631.3

    Avner,bir axmaq kimi ölməli idinmi?
    Əllərin bağlanmamışdı,
    Ayaqlanna zəncir vurulmamışdı.
    Şər adamlar qarşısında yerə düşən
    bir adam kimi yıxıldın”.
    AP 632.1

    Davud onun qəddar düşməni olan bir adama mərdanə münəsibət göstərərək, bütün İsrailin etibarını və heyranlığını qazandı. “Bütün xalq buna fikir verdi, əwəllər padşahın etdiyi hər şey onlara xoş təsir bağışladığı kimi bu iş də gözlərində o cür yaxşı göründü. O gün xalq -bütün İsraillilər başa düşdülər ki, Ner oğlu Avnerin öldürülməsində günahkar padşah deyil”. Öz yaxın adamları arasında padşah bu cinayət haqda danışaraq və qatilləri cəzalandırmaqda öz gücsüzlüyünü etiraf edərək, onları mühakimə etməyi Allahın ixtiyarına verdi: “Bu gün İsraildə bir rəhbərin, böyük bir adamın həlak olduğunu bilirsinizmi? Mən məsh edilmiş bir padşah olduğum halda bu gün nə qədər acizəm. Bu adamlar - Seruyanın oğulları məndən çox güclüdür. Qoy Rəbb pislik edənə əvəzini versin!”AP 632.2

    Davuda olan təkliflərində Avner səmimi idi, lakin o, alçaq və eqoist duyğulardan çıxış edirdi. Əvvəllər özü şöhrətə çatmaq ümidi ilə o, Allah tərəfindən təyin edilən Davudun padşahlığına inadla müqavimət göstərirdi. Yalnız incidilmiş məğrurluğu, hiddəti və coşqunluğu onu öz əvvəlki münasibətini unutmağa və Davudun yanına getməyə məcbur etmişdi; o, onun yanında sarayda ən yüksək və fəxri mövqe tutmağa ümid edirdi. Əgər o, öz məqsədinə çatmağa nail olsaydı, onda onun istedadı və şöhrətpərəstliyi, onun böyük nüfuzu və şöhrət yanğısı Davudun taxt-tacı üçün, sülh üçün və bütün millətin rifahı üçün böyük təhlükə olardı.AP 632.3

    “Şaul oğlu İş-Boşet Avnerin Xevronda öldürüldüyünü eşidəndə əlləri sustaldı və bütün İsraili dəhşət bürüdü”. Aydın idi ki, onun padşahlığı davam gətirməyəcəkdir. Tezliklə başqa bir xəyanət bu laxlamış hakimiyyətin süqutunu başa çatdırdı. İş-Boşet iki sərkərdəsi tərəfmdən xaincəsinə öldürüldü, onlar onun başını kəsərək, onu Yəhuda padşahına aparmağa tələsdilər, bu yolla onun lütfünü qazanmağa ümid edirdilər.AP 633.1

    Onlar əllərində onların şər əməlinə şəhadət edən qanlı başla padşahın yanına gəldilər və dedilər: “Budur, sənin canına qəsd etmək istəyən düşmənin Şaul oğlu İş-Boşetin başı! Rəbb Şauldan və onun övladlarından ağam padşaha bu gün qisaslar ehsan etdi”. Lakin Allahın Özünün taxt-taca çıxartdığı və zülmkarlardan xilas etdiyi Davud öz hakimiyyətini namərd işlərin köməyi ilə təsdiq etmək stəmədi. O, qatillərə Şaulu öldürməsi ilə lovğalananın qismətini xatırlatdı. “”İndi şər adamlar bir günahsızı öz evində, yatağı üstündə öldürərkən sizdən onun qan qisasını alıb sizi yer üzündən yox etməyəcəyəmmi?” Sonra Davud nökərlərinə əmr etdi, nökərlər onları öldürdü... İş-Boşetin başını isə götürüb Xevronda Avnerin qəbrinin yanında basdırdılar”.AP 633.2

    İş-Boşetin ölümündən sonra İsrailin bütün rəhbərləri istəyirdilər ki, Davud bütün soylar üzərində padşah olsun. “İsrailin bütün qəbilələri Xevrona, Davudun yanına gəlib belə dedi: “Bax biz sənin sümüyündən, sənin ətindənik. Əvvəllər - Şaul padşıhımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, İsrail üzərində sən hökmdar olacaqsan”. İsrailin bütün ağsaqqalları Xevrona, padşah Davudun yanına gəldilər və padşah orada Rəbbin önündə onlarla əhd bağladı”. Beləcə Allahın uzaq görənliyi taxt-taca yol açdı. Onu taxt-taca şöhrətpərəstlik gətirməmişdi, çünki o, qazandığı şöhrətə can atmırdı. Harunun və levilibrin səkkiz mindən artıq törəmələri Davudu müşayiət edirdilər. Xalqın əhval-ruhiyyəsində hiss olunacaq qəti dəyişiklik baş vermişdi. Bu çevriliş sülhlə baş vermişdi və hamı onların qarşısında duran böjrük işə hazır idi. Xevronda və ətrafında yarım milyona qədər Şaulun əvvəlki təbələri toplaşmışdı. Təpələrə və dərələrə adamlar səpəbnmişdi. Məsh olunmanın vaxtı təyin edildi, Şaulun sarayından qovulan, dağlarda, təpələrdə dolaşan, öz həyatını xilas etmək üçün mağaralarda gizlənən adam indilərdə insanın öz əhatəsi tərəfindən layiq görülə biləcəyi ən böyük izzətləri qəbul etməli idi. Kahinlik paltarı geyinmiş kahinlər, ağsaqqallar, parlaq qılınc və dəbilqəli döyüşçülər və rəislər, ən uzaq yerlərdən gəlmiş insan kütlələri - hamı seçilmiş padşahın məsh olunmasıda iştirak etmək üçün toplaşmışdı. Davud padşahlıq paltarı geyinmişdi. Baş kahin onun alnına müqəddəs yağ tökdü, çünki Şamuel tərəfındən yerinə yetirilən məshetmə taxt-taca çıxdığı zaman keçiriləcək mərasim haqda peyğəmbərlik idi. Vaxt çatdı və Davud təntənəli surətdə Allahın canişini kimi xidmətə həsr olundu. Onun əlinə padşahlıq əsası verdilər. Onun ali hakimiyyətini xüsusi sənəd təsdiq etdi və xalq Davuda sadiqlik andı içdi. Onun başına tac qoydular və məshetmə başa çatdı. İndi İsrailin Allah tərəfindən təyin edilmiş padşahı var idi. Allah sözünün səbrlə yerinə yetməsini gözləyən Davud Onun əhdinin yerinə yetməsini gördü. “Davud getdikcə yüksəlirdi, çünki Ordular Allahı Rəbb onunla idi” (2 Şamuel 5:10).AP 633.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents