Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    11-ci fəsil
    İBRAMIN HAQQ VƏZİFƏSİ

    (Bu fəsil Yaradılış Kitabının 12-ci fəslinə əsaslanır)

    Babil toqquşmasından sonra insanlar dağılanda və bütpərəstlik demək olar ki bütün yer üzünə yayılanda, Allah nəhayət qəddarlaşmış qanunsuzlan günah yolu ilə getməkdə buraxdı, Samın nəslindən isə O, İbramı seçdi və onu gələcək nəsillər üçün Öz qanununun qoruyucusu etdi. İbram dini mövhumat və bütpərəstlik havasında böyümüşdü. Allah haqqında bilik onun atasının ailəsinin sayəsində qorunmuşdusa da, hətta bu ailə də ətrafdakıların azdırıcı təsirinə uyaraq, Allaha xidmət etmək əvəzinə, bütlərə xidmət edirdilər. Lakin əsl iman hələ tam məhv edilməmişdi. Allah Ona xidmət edən qalığı həmişə qoruyurdu. Adəm, Şet, Xanok, Mətuşeləx, Nuh, Sam uzun yüzillikbr ərzində fasibsiz olaraq Onun iradəsinin qiymətli vəhylərini nəsildən-nəsilə ötürürdübr. Tərahın oğlu bu müqəddəs xəzinənin varisi oldu. Tamah hər yerdə onu pusurdu, lakin şeytanm səybri əbəs idi. İmansızlıq içərisində imanlı, çiçəklnən pozğunluq içərisində ləkəsiz olaraq o, vahid həqiqi Allaha sarsılmaz imanını qorudu. “Rəbb Onu çağıran bütün insanlara, Onu sidq ürəklə səsləyən bütün insanlara yaxındır” (Məzmurl45:18). Allah Öz iradəsini İbrama açdı və ona Öz qanunu haqqında, Məsih vasitəsilə yerinə yetməli olan xilas haqqında aydın təsəvvür verdi.AP 95.1

    İbrama o dövrün insanları üçün xüsusib qiymətli olan, onun törəmələrinin çoxsaylılığı və bu xalqın qüdrəti haqqında əhd verildi. “Səndən böyük bir milbt törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və sən bərəkət qaynağı olacaqsan”. İman varisi üçün bütün qalan əhdlərdən daha qiymətli olan bir əhd də verildi, -onun şəcərəsindən dünyanı Bağışlayan çıxacaqdır: “Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaqlar”. Bəli, əhdin həyata keçməsi üçün ilk şərait yaranmışdı, onun imanı sınağa çəkilməli idi; qurban tələb olunurdu.AP 95.2

    İbram, Allahdan əmr aldı: “Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get”. Allahın İbramı müqəddəs həqiqətlərin qorunması kimi böyük iş üçün hazırlaya bilməsi üçün o, gənclik illərini keçirdiyi yerləri tərk etməli idi. Onun qohumlarının və dostlarının təsiri Rəbbin Öz xidmətçisinə vermək istədiyi tərbiyəyə mane olardı. İndi İbram Səma ilə xüsusi surətdə bağlandıqdan sonra o, yadlar arasında yaşamalı idi. O heç kimə bənzəməməli idi. O, hətta öz hərəkətlərini belə izah edə bilmirdi ki, dostları onu başa düşsünlər. Ruhani şeylər ruhani halda başa düşülür və onun bütpərəst qohumları fıkirlərini və əməllərini qəbul etmirdilər. “İbrahim iman vasitəsilə miras alacağı yerə getməyə çağırıldıqda itaət etdi və haraya getdiyini bilməyərək, yola çıxdı” (İbranilərə 11:8). İbramın tam itaəti bizim Müqəddəs Kitabda tapdığımız iman nümunələrinin ən heyranedicilərindən biridir. İman onun üçün “ümid edilən şeylərə etimad, görünməyən şeylərə inamdır” (İbranilərə 11:1). İlahi əhdə arxalanaraq və onun yerinə yetməsi üçün kiçicik də olsa, zahiri sübuta malik olmayaraq, o öz evini, qohumlarını, yurdunu tərk etdi və Rəbbin onu hara aparacağını bilməyərək getdi. “O, iman vasitəsilə vəd edilmiş ölkədə yad və qərib kimi məskən saldı və eyni vədin həmvarisləri olan İshaq və Yaqubla birlikdə çadırlarda yaşadı” (İbranilərə 11:9).AP 96.1

    İbramı çətin sınaq gözləyirdi, ondan az qurban tələb olunmurdu. O, öz yurdu, qohumları və evi ilə sıx tellərlə bağlı idi, lakin səslənən çağırışa tərəddüdsüz itaət etdi. O, əhd edilmiş yer haqqında heç nə soruşmadı: orada torpaq məhsuldardırmı və iqlim xoşdurmu? O diyar münasib coğrafı mövqeyi ilə fərqlənirmi və sərvət toplamaq üçün lazım olan imkanlara malikdirmi? Allah dedi və Onun xidmətçisi itaət etməlidir. Rəbb onu göndərdiyi yer onun üçün yer üzündə ən xoşbəxt yer idi. Bizim günlərimizdə də çoxları İbramın məruz qaldığı sınaqlara çəkilirlər. Əlbəttə, Allahın səsi onlara Səmadan birbaşa müraciət etmir. O, onları Öz Sözünün həqiqətləri vasitəsilə və qabaqgörənliyin yaratdığı vəziyyətlər vasitəsi ilə çağınr. Ola bilsin ki, onlar özünüinkar, məhrumiyyətlər və iztirablar cığırı ilə getmək üçün onlara sərvət və şərəf, faydalı əlaqələr vəd edən mövqelərini və hətta qohumlarını da tərk etməli olacaqlar. Allahın niyyətinə görə onların müəyyən işi yerinə yetirmələri vacibdir, lakin qayğısız həyat, dostlarının və qohumlarının təsiri bunun üçün vacib olan xarakter cizgilərini inkişaf etdirməyə mane olacaqlar. O, onları bu yollardan azad olmağa çağınr və onlan elə aparır ki, özünü onlara aça bilmək üçün onlar Onun köməyinə ehtiyac hiss etsinlər və yalnız Ondan asılı olsunlar. Bəslənən arzudan və dostluğun zərif tellərindən imtina edərək, kim qabaqgörənliyin çağırışına cavab verməyə hazırdır? Hər bir itkinin Məsihi əldə etmək naminə olduğunu hesab edərək kim öz üzərinə yeni vəzifələr götürər və Allahın işini həvəslə, təkidlə yerinə yetirərək, naməlum ölkələrə yola düşər? Belə hərəkət edərək insan İbramın imanını göstərər və “həddindən artıq olan əbədi şöhrəti” onunla bölüşdürər, bu şöhrətlə müqayisədə “indiki müvəqqəti iztirablar bizə izhar ediləcək izzətlə heç müqayisəyə dəyməz” (2 Korinfliləro 4:17; Romalılara 8:18).AP 96.2

    İbram İlahi çağırışı birinci dəfə “Xaldeylilərin Ur şəhərində” yaşayanda eşitmişdi və ona itaət edərək Kənana yola düşdü. Buna qədər İbram öz atasının ailəsinin əhatəsində idi, çünki onlar həm bütlərə, həm də həqiqi Allaha sitayiş edirdilər. İbram öz atası Terahın ölümünə qədər burada qaldı. Lakin İlahi səs ona atasının uyuduğu yeri tərk edib uzaqlara getməyi əmr etdi. Onun qardaşı Naxor öz ailə üzvləri ilə birlikdə evə və bütlərə güclü bağlı olduqlan üçün heç yerə getməməyi qərara aldılar. İbramın arvadı Saraydan başqa artıq çoxdan ölmüş olan Haranın oğlu Lut da ulu davamçı ilə köçəri həyat keçirməyi qərara aldı. Yenə də Mesapotamiyanın sərhədlərini böyük bir qrup tərk etdi. İbrahim artıq o vaxta kimi Şərqdə əsas sərvətləri təşkil edən böyük sürübrə malik idi, onun çoxlu qulluqçulan və köməkçiləri var idi. İbram öz atalannın torpağını tərk edirdi ki, bir daha oraya qayıtmasın, o malik olduğu hər şeyi özü ib götürdü: “bütün əmlakı və özünün bütün nökərbrini götürüb Kənan torpağına tərəf yola düşdü”. Çoxlu eb adamlar da var idi ki, onlara şəxsi maraqlarından və işdən çox daha yüksək duyğular rəhbərlik edirdi. Özbrinin Xaranda olduqları dövrdə İbram və Saray çoxlarını həqiqi Allahı tanımağa və Ona xidmət etməyə yönəltmişdilər. Onlar ulu rəhbərin ailəsinə o qədər bağlanmışdılar ki, onlarla birlikdə əhd edilmiş yerə yola düşdülər. “Kənan torpağına tərəf yola düşdü. Onlar Kənan torpağına gəldibr”.AP 97.1

    Onların birinci dayandıqları yer Şekem adlanırdı. More palıdlarmın kölgəliyində, zeytun meşəlikləri və çayların arasında İbrahim öz düşərgəsini saldı. Ulu ata gözəl və varlı ölkəyə gəldi, Rəbb Allah onu -çay və gölləri olan, dərə və təpələrində bulaqlar çağlayan yerlərə aparır. O torpaq buğda, arpa, üzüm, əncir, nar, yağlı zeytun və bal yetirir” (Qanunun təkrarı 8:7,8). Lakin Allahın ardıcılı üçün meşələr, təpələr və barlı-bəhərli tarlalar üzərində kölgə bürünmüşdu, çünki “o vaxt bu torpaqda Kənanlılar yaşayırdılar”. İbrahim öz səyahətinin arzu olunan məqsədinə çatdı, lakin yadellilərlə məskunlaşmış və bütpərəstliyə batmış torpağı gördü. Meşələr yalançı allahların məbədləri ilə dolu idi və qonşu təpələrdə insan qurbanları gətirilirdi. İbram İlahi əhdə tamamib inanırdısa da, lakin öz çadırlarını orada əzabverici ehtiyaclar keçirmədən salmadı. Onda “Rəbb İbrama görünüb dedi: “Bu torpağı sənin nəslinə verəcəyəm”. İlahi hüzurun inandırması onun imanını möhkəmbndirdi və indi o bilirdi ki, şərəfsizlərin əllərinin ixtiyarına buraxılmamışdır. “İbram ona görünən Rəbbə orada bir qurbangah düzəltdi”. Köçərilikdə davam edərək o tezlikb Beyt-Eb yola düşdü və orada yenidən qurbangah tikərək Allahın adını çağırdı.AP 98.1

    “Allahın dostu” İbram bizim üçün bənzəməyə çalışmağa layiq nümunədir. Onun həyatı dua həyatı idi. O öz çadırını harada qururdusa, onun yanında qurbangah tikirdi və hamını səhər, axşam ibadətinə çağırırdı. Qəbib yola düşəndə qurbangah yerində qalırdı. Getdikcə səyyar kənanlıların arasında elələri meydana çıxdılar ki, İbramdan həqiqət işığı aldılar və bir yerdən başqa yerə köçəndə qurbangaha rast gələrkən, onlar artıq bilirdibr ki, onu kim ucaldıbdır. Həmin yerdə öz çadırlarını quraraq onlar qurbangahı yenibşdirirdibr və orada Yaşar Allaha sitayiş edirdilər.AP 98.2

    İbram cənub istiqamətində getməkdə davam edirdi və onun imanı yenidən sınağa çəkildi. Səma yağış göndərmədi. Çaylar qurudu, düzənlikbrdəki otu günəş yandırdı. Heyvanlar üçün otlaq yox idi və aclıq dəhşəti bütün köçü bürüdü. Ulu rəhbər qabaqgörənliyin rəhbərliyinə indi şübhə etmədi ki? O, indi təəssüflə məhsuldar gildanlılar düzənliklərinə tərəf boylanmadı ki? Qayğılar İbramın üzərinə hücum çəkdiyi zaman hamı gərginliklə gözləyirdi ki, o nə qərara gələcəkdir. Onun arxayınçılığını görərək onlar hiss edirdilər ki, hələ ki hər şey itməmişdir. Onlar inanırdılar ki, Allah onun Dostudur və indi də ona O rəhbərlik edir.AP 98.3

    İbram, Allahın qabaqgörənliyinin işini izah edə bilmədi; onun gözlədikləri doğrulmamışdı, lakin o, əhdə möhkəm inanırdı: “Ona görə susmayacağam, Səni ucadan tərənnüm edəcəyəm. Ya Rəbb Allahım, Sənə daim şükür edəcəyəm!”. Səmimi dua edə-edə o fikirbşirdi ki, insanlann və heyvanların həyatını necə qorusun və vəziyyət onun İlahi sözlərə imanını sarsıtmasın. Aclıqdan qurtarmaq üçün o, Misirə tərəf hərəkət etdi. O, Kənanı tərk etmədi və ehtiyac üzündən çörəyi bol olan gəldiyi Gildanlılar torpağına qayıtmadı, lakin yalnız müvəqqəti sığınacaq axtardı və Allahın onu məskunlaşdırdığı yerə tezliklə qayıtmaq niyyəti ib əhd edilmiş yerdən uzaq düşməməyə çalışırdı. Öz İlahi qabaqgörənliyi ib Rəbb ona görə İbramı bu sınağa çəkmişdi ki, ona itaət, səbir və iman dərsləri versin. Bu dərslər gələcəkdə müxtəlif cür sınaqlara çəkilməli olanların xeyri üçün yazılmışlar. Allah öz övladlarını onlara məlum olmayan yollarla apanr, lakin Ona etibar edənləri O, unutmur və tərk etmir. O icazə verdi ki, Əyyub sınaqlara çəkilsin, lakin O, onu unutmadı. O, imkan verdi ki, sevimli Yəhya məskunlaşmamış Patmos adasına sürgün edilsin, lakin Allah Oğlu onu ziyarət edirdi və onun orada aldığı vəhylər ölməz şöhrət səhnələri ib boldur. Allah imkan verir ki, Onun xalqı sınaqlara çəkilsin, çünki sədaqət və itaət göstərərək, o, ruhən zənginbşəcəkdir, başqaları üçün güc mənbəyi olacaqdır. “Çünki sizin barənizdə fıkirlərimi Özüm bilirəm, Rəbb belə bəyan edir, Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim” (Yeremya 29:11). Bizim imammızın bu qədər sərt sınaqlara çəkilməsi isə düşünməyə məcbur edir ki, yəqin Allah bizi yaddan çıxanbdır, həqiqətdə isə onlar bizi Məsihə gətirirlər ki, biz öz çətinliklərimizi Onun ayaqları altına ataq və iztirabların əvəzində Onun bizə göndərdiyi sülhü dadaq.AP 99.1

    Allah öz xalqını həmişə sınaqlar kürəsindən keçirir. Çünki məsihçi xarakterinin əsl qızılı hər cür qarışıqlardan yalnız qızmar sobada təmizlənir. İsa sınaqları müşahidə edir. O bilir ki, Onun məhəbbətinin panltısının qiymətli metalda öz əksini tapması üçün bu metalın saflaşmasına nə lazımdır. Allah Öz qullarını çətin sınaqlarla Haqq yola yönəldir. O görür ki, bəzi insanlar Rəbbin zəmisində çalışmaq qabiliyyətinə malikdirlər və O, onlara müəyyən sınaqlar göndərir. Öz qabaqgörənliyi ilə O, onları elə şəraitə salır ki, onların mahiyyəti yoxlanılır və onların özlərinin də şübhə etmədikləri qüsurları və zəiflikləri üzə çıxır. Allah bu qüsurları düzəltmək üçün imkan verir və bu yolla Onun işini yerinə yetirməyə hazırlaşdırır. İnsanlara öz rəzilliklərini göstərərək O onlarda Ona etibar duyğusu yaradır, çünki yalnız O, dayaq və müdafıəçi olmağa qadirdir. O, Öz məqsədinə belə çatır. İnsanlar ziyalanmış, intizamlı və məhz onların yerinə yetirmələri üçün qabiliyyət verildiyi xeyirxah işə hazır olurlar və onların qabiliyyətləri məhz bu məqsədlə onlara verilmişdir. Rəbbin çağınşı səslənir - və onlar hazırdırlar. Səma mələkləri yerdə yerinə yetirilməli olan işlərdə onlarla əməkdaşlıq edə bilərlər.AP 99.2

    İbram Misirdə olduğu zaman göstərdi ki, insan zəifliklərindən və qüsurlarından o da azad deyildir. Öz arvadını bacısı kimi təqdim edərkən o, İlahi himayəyə etibarsızlıq göstərdi, tez-tez ona xeyirxah nümunə olan yüksək imanın və cəsarətin yoxluğunu üzə çıxartdı. Saray çox gözəl idi və İbrahim ehtiyat edirdi ki, yadelli gözələ məftun olan qarabəniz misirlilər onu ələ keçirmək üçün istənilən vasitələrə, hətta ərini öldürməyə də əl ata bilərlər. O hesab edirdi ki, əgər o, Sarayı öz bacısı kimi təqdim etsə böyük bir günah olmaz, çünki Saray həqiqətən də onun atasının qızı idi, ancaq analan ayrı idi. Lakin onların həqiqi əlaqələriini bu cür gizlədilməsi yanlış addım idi. Tam düzgünlükdən heç bir kənara çıxmaya Allah razı ola bilməz. İbrahimin imansızlığı sayəsində Saray böyük təhlükəyə məruz qaldı. Misir padşahı onun gözəlliyi haqqında bilərək öz arvadı etmək niyyəti ilə onu saraya gətirməyi əmr etdi. Lakin Allah Öz böyük mərhəmətində padşahın ailəsinə cəza göndərərək, Sarayı müdafıə etdi. Bu yolla həqiqəti öyrənərək, padşah yalana görə qəzəblənib İbrahimi danladı və arvadını özünə qaytardı. O dedi: “Mənə qarşı nə üçün bu işi etdin? Nə üçün “bu mənim bacımdır” dedin ki, mən də onu arvad olaraq aldım? İndi isə arvadını da götür, get”.AP 100.1

    Misir hökmdarı İbrama xoş münasibət göstərirdi; hətta yalan üzə çıxdıqdan sonra da, İbrahim və onun adamlarına heç bir pislik etməyə imkan vermirdi. O, keşikçilərə əmr etmişdi ki, onlar onun torpağının hüdudlarını tərk edənə qədər onları qorusunlar. O vaxtkı qanunlara görə misirlilər yadelli çobanlarla yaxınlıq etmək, məsələn onlarla yeyib-içmək, hüququna malik deyildilər. Firon İbramla genişqəlbli və hörmətlə davranırdı, lakin onu öz yanında saxlamamağı qərara alaraq, ona Misiri tərk etməyi əmr etdi. Heç nə bilmədən o, az qala İbrama ciddi zərər vurmuşdu, lakin Allah mane oldu və fıronu böyük günahdan xilas etdi. Misir hökmdarı başa düşdü ki, bu yadelli, Rəbbin xüsusi himayəsi altındadır və onu yanında saxlamaqdan qorxdu. Əgər İbram Misirdə qalsa idi, onun artan sərvəti mütləq misirlilərin paxıllığına səbəb olacaqdı və onlar ona pislik etməyə çalışacaqdılar, onda padşah öz evi ilə birlikdə layiqincə cəzalanardılar.AP 100.2

    Firona edibn xəbərdarlıq İbramın bütpərəst xalqlar arasındakı sonrakı səyahəti zamanı onun qorunmasına xidmət etdi, çünki Misirdə onunla əlaqədar olaraq baş verən hadisələr haqqında şayiələr hər yerə yayılmışdı və aydın olmuşdu ki, İbramın səcdə etdiyi Allah öz xidmətçisini qoruyur və ona edibn hər bir pislik özü ilə müəyyən qisas gətirəcəkdir. Səmavi Padşahın övladlarından hansı birinəsə pislik etmək çox təhlükəlidir. Zəbur oxuyan İbramın bu təcrübəsinə işarə edərək deyir ki, Allah seçilmiş xalqın qayğısına qalır, “Rəbb onlara görə padşahları tənbeh etdi. Dedi: Məsh etdiklərimə dəyməyin, peyğəmbərlərimə pislik etməyin” (Məzmur 105:14,15).AP 101.1

    İbramın Misirdəki yaşantıları və bir neçə əsrdən sonra onun törəmələrinin təcrübələri arasında maraqlı oxşarlıq var. Onun törəmələri də İbrahim kimi aclıq üzündən Misirə gəldilər və müəyyən vaxt ərzində orada yaşadılar. Allahın işə qarışması misirlilərin onlardan güclü qorxmasına səbəb oldu. Onda bütpərəstlərin bəxşişləri ib varlanaraq, onlar ölkəni böyük mülklə tərk etdibr.AP 101.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents