Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    14-cü fəsil
    SODOMUN MƏHVİ

    (Bu fəsil Yaradılış Kitabının 19-cu fəslinə əsaslanır)

    İordan diyarının ən gözəl şəhərlərindən biri öz məhsuldarlığı və gözəlliyi ilə “Rəbbin bağına” bənzəyən düzənlikdə yerləşən Sodom idi. Bura qəşəng tropik bitkilər ilə zəngin idi. Bu, palmalar, zeytunlar, üzümlər vətəni idi. Gözəl güllər bütün il boyu hər yeri öz xoş ətirlərinə qərq edirdilər. Tarlalarda bol məhsul yetişirdi, qoyun və mal-qara sürüləri isə təpələrdə dolaşırdılar. İncəsənət və ticarət bu məğrur şəhərin zənginləşməsinə şərait yaradırdı. Şərqin xəzinələri onun saraylarını bəzəyirdilər, səhradakı karvanlar isə onun bazarlanna һәг cürə qiymətli mallar daşıyırdılar. Bütün tələbatlar xüsusi qayğılarsız və zəhmətlərsiz ödənilirdilər və bütün həyat sanki başdan-ayağa bayram idi.AP 125.1

    Hər tərəfdə hökm sürən bolluq təmtəraq və məğrurluq doğururdu. Şənliklər və zənginlik heç bir zaman ehtiyac və dərd bilməyən insanların qəlblərini bayağılaşdırırdı. Zənginlik və asudəlik ləzzətlərə qarşı ehtiras doğururdu və insanlar hədd gözləmədən hissi ləzzətlərə uyurdular. Peyğəmbər demişdir: “Bacın Sodomun və onun qızlarının günahı bundan ibarət idi: qürur, toxluq və qayğısızlıq içində yaşayarkən məzluma və fəqirə əl tutmadılar. Qürurlanıb Mənim önümdə iyrənc işlər etdilər. Mən bunu görəndə onlan rədd etdim” (Yezekell6:49,50). İnsanlar zənginlikdən və qayğısız həyatdan başqa heç nəyi belə güclü istəmirdilər, elə bu da onları düzənlik şəhərinin məhvinə gətirən günahlara sürüklədi. Mənasız şənliklərdə keçən qayğısız həyat onlan şeytan şirnikbndirmələrinin qurbanı etdi, onlar Allahdan çox şeytana oxşamağa başlayaraq, Allah surətini itirdilər. Avaralıq - insanın ən böyük lənətlərindən biridir: qüsurlar və cinayətlər onun bəhrəsidir. Avaralıq, qayğısızlıq şüuru zəiflədir, anlayışları təhrif edir, ləyaqətdən məhrum edir. Şeytan öz ovunu izləyir və qayğısız canlan məhv etməyə hazırdır, avaralıq isə bu və ya digər şirnikləndirici tələlərin köməyi ilə onları ələ keçirməyə imkan verir. Avaraçılıq edən insanlara yaxınlaşanda hiyləgərin müvəffəqiyyəti təmin olunur.AP 125.2

    Sodomda şənlik hökm sürürdü, qonaqlıqlar və içki məclisbri təşkil edilirdi. Alçaq ehtiraslar heç nə ib cilovlanmırdı. İnsanlar Allaha və Onun qanununa qarşı açıq çıxış edirdibr və zorakılıqdan böyük həzz alırdılar. Onlar bilirdilərsə də ki, Allahın qəzəbi böyük daşqına qədərki dünyanı məhv etmişdir, lakin öz şərəfsiz yollarından dönmürdübr. Lutun Sodomda məskən saldığı vaxtda düşgünlük hələ bu qədər geniş yayılmamışdı və Allah öz mərhəməti sayəsində işıq şüalannın mənəvi zülmət içərisində parlamasına imkan verdi. İbrahim əsir alınmış insanlan elamlıların əlindən qurtaranda xalqın diqqəti həqiqi dinə cəlb edildi. Sodomun sakinləri İbrahimi yaxşı tanıyırdılar, onun gözəgörünməz Allaha xidməti onların arasında istehzaya səbəb olurdu. Lakin onun say cəhətdən üstün olan düşmən üzərindəki qəbbəsi, əsirbrə və qənimətə açıqürəkli münasibəti təəccüb və ümumi heyranlıq doğurdu. Hər yerdə onun çevikliyini və igidliyini tərifləsəbr də, lakin heç kim buna şübhə etmirdi ki, o, bu müharibədən İlahi qüvvənin köməyi ib qalib çıxmışdır. Onun xudbin Sodom sakinlərinə yad olan alicənablığı və təmənnasızlığı onun öz cəsarəti və sədaqəti ilə ucaltdığı dinin üstünlüyünün daha bir sübutu idi.AP 126.1

    Melkisedeq İbrahimə xeyir-dua verərək Allahın onun qüwəsinin və qələbəsinin mənbəyi olduğunu etiraf etdi: “Göyün və yerin sahibi Allah-Taala İbrama xeyir-dua versin. Düşmənlərini sənə təslim edən Allah-Taalaya alqış olsun” (Yaradılış 14:19,20). Allahın qabaqgörənliyi bu insanlara yol göstərirdi, lakin əvvəlki kimi işığın sonuncu şüası zülmətdə söndü.AP 126.2

    Sodom üçün sonuncu gecə çatdı. Artıq aisas buludlan məhkum olunmuş şəhərin üzərində sıxlaşırdılar. Lakin insanlar heç nə görmürdülər. Məbklər ölümə məhkum olunmuş yerə yaxınlaşdıqları vaxt onlar ləzzətlər və öz firavanlıqlar haqqında xəyallarında davam edirdilər. Çatmış sonuncu gün əvvəlkilərdən heç nə ilə fərqlənmirdi. Axşam toranlığı sakit gözəl şəhəri bürüyürdü. Misilsiz gözəllik mənzərəsi batan günəşin şüaları ilə əhatə olunmuşdu. Axşam sərinliyi şəhərin sakinlərini küçələrə cəzb edirdi və ləzzət axtaranlar dəstə-dəstə ötəri əybncəbr axtanşı ib veyilbnirdibr.AP 126.3

    Toranlıqda iki qərib şəhərin qapılarına yaxınlaşdı. Onlar görkəmcə burada gecəbmək istəyən səyahətçilərə bənzəyirdilər. Heç kim bu görkəmcə sadə yolçularda İlahi Haqq məhkəməsinin qüdrətli elçilərini görmədilər və qayğısız şən kütlə heç fıkirbşmirdi ki, həmin gecə onlara qarşı ədəbsizlik edərək, onlar öz azğınlıq kasalarını doldurdular və öz məğrur şəhərlərini ölümə məhkum etdibr. Lakin onların arasında yolçuları nəzakətlə öz evinə dəvət edən adam tapıldı. Lut onların əslində kim olduqlarını bilmirdi, lakin nəzakət və qonaqpərvərlik onun adəti idi. Bu keyfıyyətlər onun dini görüşbrinin tərkib hissəsi idi. O, bunlan İbrahimdən nümunə götürmüşdü. Əgər o, özündə nəzakət ruhu tərbiyə etməsə idi, onda Sodomun qalan sakinləri ilə birlikdə məhv ola bilərdi. Çox aibbr öz evlərinin qapılarını səyahətçibrin üzbrinə bağlayarkən, onları, onlara xeyir-dua, ümid və sülh gətirə bilən allah elçibrinin üzünə bağlayırlar.AP 127.1

    Hər bir əməl nə qədər nəzərəçarpacaq olmasa da, özündə xeyir və yaxud şərin zərrəsini daşıyır. Az əhəmiyyətli görünən vəzifəbrin yerinə yetirilməsinə sədaqət və yaxud da etinasızlıq göstərilməsi birinci halda səxavətli xeyir-dua qapılarını, əks halda böyük bədbəxtliklər qapısını aça bilər. Məhz kiçik şeylərdə xarakter sınanılır. Allah sevinclə, təmiz qəlblə edilən gündəlik həqiqi fədakarlığı görəndə gülümsəyir. Biz özümüz üçün deyil, başqalan üçün yaşamalıyıq. Biz öz həyatımızı yalnız özünüinkar yolu ilə xeyir-duaya çevirə bilərik, yalnız bu yolla özümüzdə məhəbbət və canıyananlıq ruhu yetişdirə bibrik. Bir qədər diqqət, bir qədər adi hörmət bizim ümumiyyətlə xoşbəxtliyimizə səbəb ola bilər; onlara etinasızlıq isə insanların bədbəxtliyinə heç də az dərəcədə səbəb olmur.AP 127.2

    Yolçuların Sodomda məruz qaldıqları təhqirləri bilərək, onları qapının ağzında qarşılayıb öz evində qalmalarını təklif etməyi Lut özünə borc bildi. O, yolçuları hələ şəhər darvazalarına yaxınlaşdıqları zaman görmüşdü və onların qarşısına çıxıb təzim edərək dəvət etdi: “Ağalarım, qulunuzun evinə girib gecələyin”. Lakin onlar onun təklifınə sanki etiraz edərək dedilər: “Yox, biz gecəni şəhər meydanında keçirəcəyik”. Lutun qonaqpərvərliyini rədd edərkən onlar iki məqsəd güdürdülər: birincisi, onun səmimiliyini sınamaq; ikincisi, özlərinin küçədə gecələmək istəklərini bildirməklə, onlar Sodom sakinlərinin həyat tərzləri haqqında təsəwürləri olmadığını göstərmək istəyirdilər. Onların cavabı Lutun onları qara kütlənin ixtiyanna buraxmamaq qərannı möhkəmləndirdi. O, onlan o vaxta qədər dilə tutdu ki, nəhayət onlar Lutun müşayiəti ilə onun evinə yola düşdülər.AP 127.3

    Lut öz niyyətini avaralanan kütlədən gizlətməyə ümid edirdi və yolçulan evinə dolayı yolla apanrdı. Lakin yolçuların tərəddüdü, onların etirazı, Lutun təkidli xahişləri diqqətləri özlərinə cəlb etdi və onlar yatağa uzanmağa macal tapmamış şərəfsiz kütlə evi mühasirəyə aldı. Bu, pozğun ehtiraslar oduna tutulmuş müxtəlif yaşlı insanlar kompaniyası idi. Yolçular Lutdan şəhərin sakinləri haqqında soruşdular, o isə onlan xəbərdar etdi ki, heç vəchlə evdən çıxmasınlar. Bu zaman isə qəriblərin çölə çıxmalannı tələb edən qara kütbnin kinayəli qışqınqları getdikcə daha bərkdən səslənirdi.AP 128.1

    Onların qızışaraq evə soxula bibcəkbrini bibrək, Lut onların yanına çıxaraq dib tutmağa çalışdı: “Qardaşlarım, - o dedi, - pislik etməyin”. Qonşular mənasında “qardaşlar” sözünü işlətməkdə, o, onları yumşaltmağa və murdar niyyətbrindən usandırmağa ümid edirdi. Lakin onun sözbri yalnız ocağa yağ tökdü. Onların qızğınlığı azğın tufan kimi coşdu. Onları mühakimə etməyi ağlına gətirən Luta istehza edərək, hədələdilər ki, onun başına qonaqlarına qarşı nəzərdə tutduqlarından da pis oyun gətirərbr. Onlar qızışaraq onun üstünə cumdular və əgər Allah məbkləri mane olmasaydılar, onu parçalayardılar. Səma elçibri “əlbrini uzadıb, Lutu evin içinə - öz yanlarına saldılar və qapını bağladılar”. Sonrakı hadisəbr göstərdi ki, Lutun qonaq kimi qəbul etdikləri əslində kimdirbr. “Evin qapısı arxasında duran adamları kiçikdən tutmuş böyüyə qədər kor etdibr; bu səbəbdən adamlar qapını tapa bilmədilər”. Əgər qəlblərinin qəzəbi ilə hərəkət edənlər qəlbən kor olmasaydılar, Allah cəzası onları qorxudardı və dəhşətli niyyətlərindən imtina etməyə məcbur edərdi. Həmin sonuncu gecə cinayətlər əvvəlkilərdən çox törədilməmişdi, lakin onların bu qədər uzun müddətdə rədd etdikləri lütf nəhayət tükəndi. Sodomun sakinləri İlahi çoxsəbirliliyin sərhəddini, Onun səbri ib qəzəbi arasındakı gözəgörünməz xətti keçdibr. Onun qisas alovu Siddim dərəsində alışmağa hazır idi.AP 128.2

    Mələklər Luta öz gəlişlərinin məqsədini açdılar: “çünki biz bu yeri məhv edəcəyik. Bu xalqın əleyhinə qalxan fəryad Rəbbə gəlib çatmışdır, buna görə də Rəbb bizi göndərib ki, onu məhv edək”. Lutun əvvəlcə müdafıə etməyə çalışdığı yolçular onları şərəfsiz şəhərdən uzaqlaşdıraraq onun özünü və bütün ailəsini xilas etməyi vəd etdilər. Kütlə küçədən düşüb dağılışanda Lut öz övladlarını xəbərdar etməyə getdi. O, mələkbrin sözbrini təkrar etdi: “qalxıb, bu yerdən çıxın, çünki Rəbb şəhəri məhv edəcək”. Lakin onlar elə bildibr ki, o zarafat edir. Onlar öz fıkirbrincə vəlvələyə düşmüş atalarına güldübr. Onun qızlan öz ərlərinin təsiri altında idilər. Onlar yaxınlaşan təhlükədən heç bir əlamət görməyərək özbrini burada çox gözəl hiss edirdilər. Elə bil ki, hər şey əvvəlki kimi olacaqdı. Böyük sərvətə sahib olaraq onlar inana bilmirdibr ki, gözəl Sodom dağıdılacaqdır.AP 129.1

    Lut kədərlə evə qayıtdı və öz müvəffəqiyyətsizliyindən danışdı. Onda mələklər ona öz zövcəsini və evindəki iki qızını götürüb şəhəri tərk etməjd əmr etdilər. Lakin Lut ləngiyirdi. Baş verən özbaşınalıqları görərək, o, hər gün sarsılsa da, bu pozğun şəhərdə baş verən murdar, iyrənc azğınlıqlar haqqında tam təsəvvürə malik deyildi. O, qanunsuzluğa son qoymaq üçün nəzərdə tutulmuş Allah cəzalarmın tökülməsinin dəhşətli vacibliyini başa düşmürdü. Lutun bəzi övladları Sodoma güclü bağlı idilər, arvadı isə şəhəri onlarsız tərk etməyə razı deyildi. Dünyada onun üçün hər şeydən əziz olanları qoyub getmək haqqındakı fikir ona dözülməz görünürdü. Bəli, öz dəbdəbəli evini və həyatı boyu zəhmətlə yığdığı bütün sərvətini qoyub, yoxsul didərgin kimi getmək Lut üçün ağır idi. Karıxmış və kədərlənmiş halda o yola düşməyi bngidirdi. Əgər Allah mələkləri olmasa idi, hamısı Sodomun xarabalıqları altında həlak olacaqdılar. Səma elçiləri onun, arvadının və qızlarının əlindən tutaraq şəhərdən çıxartdılar.AP 129.2

    Mələklər onları burada qoyub öz dağıdıcı işlərini yerinə yetirmək üçün Sodoma qayıtdılar. İbrahimin yalvarmış olduğu Olan isə Luta yaxınlaşdı. Diyarın bütün şəhərlərində hətta on nəfər də saleh olmadı; lakin ulu rəhbərin xahişinə cavab olaraq Allah qorxusu ilə yaşayan ölümdən qurtuldu. Sarsıdıcı gücə malik səslə O ona əmr etdi: “öz canını qurtar, arxana baxma; bu düzənliyin heç yerində qalma, dağa qalx, yoxsa həlak olarsan”. Qətiyyətsizlik və ləngimə indi faciəli ola bibrdi. Məhkum olunmuş şəhərə bircə baxış, atılmış gözəl ev haqqında qısa təəssüf am onlara həyatlan bahasına başa gələ bilərdi. Allah cəzaları qeyri gücb saxlanılırdı ki, bədbəxt qaçqınların təhlükəsiz yerdə gizlənməyə imkanları olsun.AP 129.3

    Lakin sarsılmış və qorxmuş Lut tələbi yerinə yetirməyə qadir olmayaraq yalvardı. O qorxurdu ki, yolda hər hansı bir bədbəxtliyə düçar olsun, ölməkdən qorxurdu. O, qanunsuzluqla əhatə olunmuş bu şərəfsiz şəhərdə yaşadığı müddətdə onun imanı sönmüşdü. Səmanın Rəisi onun yanında idi, o isə öz həyatı üçün yalvanrdı, ehtiyat edirdi ki, ona bu qədər qayğı və Məhəbbət göstərən Allah onun həyatını qorumasın. O, öz iradəsini və həyatını Rəbbə heç bir şübhə etmədən tapşıraraq, tamamib İlahi Elçiyə etibar etməli idi. Lakin bir çox başqaları kimi o, özü-özünün qeydinə qalmağa çalışırdı: “Yaxınlıqda qaça bibcəyim kiçik bir şəhər var. Qoy oraya - kiçik şəhərə qaçıb canıma qurtarım”. Burada xatırladılan şəhər Bela adlanırdı, sonra adı dəyişdirilib Soar oldu. O, Sodomdan bir neçə mil aralı idi, onun qədər pozğun və ölümə məhkum idi. Lakin Lut öz xahişinin əhəmiyyətsizliyini qeyd edərək xahiş edirdi ki, bu şəhəri əfv etsinbr; onun arzusu yerinə yetirildi. Rəbb onu əmin etdi: “Sənin xatirinə bunu da edərəm; dediyin şəhəri dağıtmaram”. Ah, Allahın öz azmış bəndələrinə mərhəməti necə də böyükdür!AP 130.1

    Tələsmək haqqında təntənəli əmr yenidən səsləndi, çünki odlu tufan indicə coşmağa hazır idi. Lakin qaçanlardan biri geriyə, məhkum olunmuş şəhərə dönüb baxdı - və Allah məhkəməsinin abidəsinə çevrildi. Əgər Lut özü heç bir tərəddüd etmədən mələyin xəbərdarlığına itaət etsəydi və heç bir etiraz və xahiş etmədən tezcə dağlara qaçsa idi, onun arvadı da xilas ola bilərdi. Onun nümunəsi arvadının taleyini həll edən günahdan onu xilas edərdi. Lakin ərinin qətiyyətsizliyi və tərəddüdü, mələyin əmrinə lazımi ciddilikb yanaşmağa ona imkan vermədi. O, şəhəri tərk etsə də, lakin qəlbi orada idi və onunla birlikdə məhv oldu. O, Allaha qarşı üsyan etdi, çünki Onun cəzası onun sərvətini və övladlarını məhv etmişdi. Allahın mərhəməti sayəsində şərəfsiz şəhərdən xilas olaraq, o, fıkirləşirdi ki, uzun illər boyu yığdığı sərvətdən onu məhrum etməkdə Allah ədalətsiz iş görmüşdür. Qurtuluşu minnətdarlıqla qəbul etmək əvəzinə İlahi xəbərdarlığı rədd edənlərin qismətinə təəssüflənərək, o, özünə güvənməklə geriyə baxdı. Onun günahı onu göstərirdi ki, o, xilası üçün bu qədər az şükranlıq hiss etdiyi həyata layiq deyildi.AP 130.2

    Biz çox ehtiyatlı olmalıyıq və Allahm bizim xilasımız naminə nəzərdə tutduğu mərhəmətli ehtiyat tədbirlərinə yüngül münasibət göstərməməliyik. Elə imanlılar var ki, elan edirlər: “Əgər mənim həyat yoldaşım və uşaqlarım mənimlə birlikdə xilas olmayacaqlarsa, mənə heç bir xilas lazım deyildir”. Onlar hesab edirbr ki, onların əzizləri olmadan səma onlar üçün səma olmayacaq. Lakin bu cür fikirləşənbr Allaha öz münasibətləri haqqında və onun onlar üçün çəkdiyi zərif və mərhəmətli qayğı haqqında düzgün təsəvvürə malikdirlərmi? Onlar böyük məhəbbət, şərəf və sədaqətlə onları Yaradana və Bağışlayana xidmət borclarmı unutmamışlarmı? Mərhəmət çağırışı hamıya yönəlmişdir və əgər bizim yaxınlanmız onları öz yanına çağıran Xilaskann Məhəbbətini rədd edirlərsə, biz də ondan dönməliyikmi? Canın bağışlanması çox bahadır. Məsih bizim xilasımız üçün ölçüyəgəlməz böyük qiymət ödəmişdir və bu böyük qurbanı və insan canının ləyaqətini qiymətləndirənlərdən heç biri Allah mərhəmətini yalnız ona görə rədd etməyəcəklər ki, başqaları belə etmişlər. Əksinə, əgər kim isə Onun ədalətli tələblərini qəbul etməzsə, biz Allahı öz həyatımızla daha şöhrətləndirməliyik və kimə təsir edə biliriksə, onlara Allah Məhəbbətini qəbul etməkdə kömək etməliyik.AP 131.1

    “Günəş doğanda Lut Soara gəldi”. Parlaq səhər şüaları sanki diyann bütün şəhərlərinə sülh və əmin-amanlıq gətirirdi. Küçələrdə adi gündəlik vurnuxma başladı, hərə öz işi ilə məşğul idi: kimsə işə tələsirdi, kim isə öz gününü şən keçirməyə. Lutun kürəkənləri “ağlını itirmiş qocanın” qorxusuna və xəbərdarlığına rişxənd etməkdə davam edirdilər. Birdən qəflətən, aydın səmada ildınm kimi, tufan coşdu. Odu və kükürdü Allah şəhərlərin və məhsuldar düzlərin üstünə tökdü: saraylar və təpəbr, zəngin evbr, bağlar və üzümlükbr, hələ keçən gecə səma elçibrini ələ salan qayğısız kütb, - hamısı odla məhv edildi. Tüstü, eb bil ki, böyük sobadan göyə qalxırdı. Nə vaxtsa gözəl olan Sodom diyan bir daha heç vaxt öz əvvəlki görkəmini almayan səhraya çevrildi, bütün nəsillərə Allah qanununu pozmağa görə Allah cəzasının qaçılmazlığının sübutu kimi qaldı.AP 131.2

    Diyann şəhərlərini məhv edən atəş bizim günlərdə də xəbərdaredici püskürmələri ilə işıqlandırır. Bu hadisədə bizim üçün sərt və təntənəli dərs vardır. Baxmayaraq ki, Allah günahkarlara münasibətdə çoxsəbirlidir, insanların günah etməkdə davam edərək keçə bilmədikləri hədd mövcuddur. İnsanlar bu həddə çatanda lütfdən məhrum olurlar və Allah cəzası qızışır.AP 132.1

    Dünyanı Bağışlayanın sözlərinə görə, Sodom və Homorranın məhv edilməsinə səbəb olan günahlardan da ağırları mövcuddur. Günahkarları tövbəyə səsləyən xoş müjdəçi çağınşını eşidib, onu qəbul etməyən insanlar Allah qarşısında Siddim diyarının sakinlərindən də günahkardırlar. Allahı tanıdıqlarını və Onun əmrlərinə riayət etdiklərini deyib, lakin öz xarakterləri və gündəlik həyatları ilə Məsihə dönük çıxanlar özlərinə daha böyük mühakiməni cəlb edirlər. Xilaskar tərəfındən edilən xəbərdarlığın işığında Sodomun taleyi yalnız qatı günahkarlar üçün deyil, həm də Səmadan göndərilən işığa və üstünlüklərə yüngül münasibət göstərənlər üçün də təntənəli xəbərdarlıqdır.AP 132.2

    Sadiq Şahid Efes məbədinə müraciət edərək deyir: “Ancaq səndən bir şikayətim vardır: sən ilk məhəbbətindən əl çəkmisən. Beləliklə, haradan düşdüyünü yadda saxla, tövbə et və əvvəlcə etdiklərinə əməl et. Əks halda, əgər tövbə etməsən, yanına gəlib, çıraqdanını yerindən götürüb aparacağam” (Vəhy 2:4,5). Öz azmış əzab çəkən oğlunu çağıran valideynlərin hisslərindən qat-qat üstün olan həssas canıyananlıqla Xilaskar Öz Məhəbbətinin və bağışlamasının çağınşına cavab gözləyir. O, azmış olanı çağırır: “Mənə tərəf dönün, Mən də sizə tərəf dönərəm” (Malaki 3:7). Lakin əgər günahkar onu bu cür rəhmdil zərif Məhəbbətlə dəvət edən səsi eşitməkdən inadla imtina edirsə, onda lap axırda zülmətdə qalacaqdır. Allah mərhəmətini bu qədər vaxt ərzində rədd edən qəlb günahdan qəddarlaşır və Allah lütfünün təsirini hiss etmir. Dəhşətli qismət o canı gözləyir ki, Xilaskar nəhayət onun haqqında deyəcəkdir: “Bütlərindən yapışdı. Burax onu!” (Huşə 4:17). Məhkəmə günündə İordan düzünün şəhərlərinin halı Məsihin Məhəbbətini dərk edib, lakin günahkar dünyanın ləzzətləri xatirinə onu rədd edənlərin halından şükürlü olacaqdır.AP 132.3

    Ey sizlər, mərhəmət çağırışım bu cür yüngüllüklə rədd edənlər, səmavi kitablarda sizin əleyhinizə şəhadət edən işlərin uzun siyahısı haqqında düşünün; çünki orada xalqların, ailələrin və aynca hər bir insanın qanunsuz hərəkətləri əks olunur. Kitab yazılarla dolduğu vaxta qədər Allah uzun müddət hər şeyə dözə bilər. O, insanlan tövbə etməyə çağırır və onlara Öz əfvini təklif edir. Lakin vaxt gələcək ki, bizim işlərimizin siyahısına yekun vurulacaqdır, insan artıq heç nəyi dəyişdirməyə qadir olmayacaqdır və hər kəsin qisməti öz şəxsi seçkisinə görə həll olunacaqdır. Onda Allah məhkəmələrinin yerinə yetəcəyi vaxt çatacaqdır.AP 133.1

    Müasir dünyanın dini siması ciddi həyəcan doğurur. İlahi mərhəmətə yüngül münasibət göstərirlər. Çoxları Allah qanununu inkar etmişlər, “Ehkam olaraq insan əmrlərini öyrədərək” (Matta 15:9). İmansızlıq bizim ölkənin məbədlərinin bir çoxunda üstünlük təşkil edir - sözün geniş mənasında imansızlıq deyil, İncilin aşkar inkar edilməsi deyil, lakin məsihçilik donuna bürünmüş imansızlıq, İncilin Allah vəhyi olduğuna imanı qıran imansızlıq. Səmimi sədaqət, ikiüzlü olmayan lütfkarlıq öz yerlərini boş formalizmə vermişlər. Bunun da nəticəsi olaraq, dönüklük və hissi ləzzətlərə məhəbbət ön plana keçir: Məsih deyir: “Lutun günlərində də belə oldu:... İnsan Oğlunun zühür edəcəyi gündə də belə olacaqdır” (Luka 17:28-30). Keçmişin hər gün təkrarlanan hadisələri Onun sözünün yerinə yetməsinə dəlalət edir. Dünya tezliklə məhv olmaq üçün yetişəcəkdir. Tezliklə Allah cəzaları kükrəyəcək və onda həm günah, həm də günahkarlar məhv ediləcəklər.AP 133.2

    Xilaskanmız deyir: “Fəqət saqının ki, ürəkləriniz qannqululuq və sərxoşluqla və bu həyatın qayğıları ilə ağırlaşmasm və o gün sizi qəflətən yaxalamasın: zira o gün bir tor kimi yer üzündə yaşayanların hamısına rast gələcəkdir”. Dünyanm diqqəti elə Məsih tərəfındən sadalanan günahlara cəmləşmişdir. “Buna görə də bütün baş verəcək bu fəlakətlərdən qaçınmağa layiq olmaq və İnsan Oğlunun hüzuruna çıxa bilmək üçün, hər an dua edin və oyaq olun” (Luka 21:36). Sodomun dağıdılmasından qabaq Allah elçisini Lutun yanına göndərdi: “Öz canını qurtar, arxana baxma; bu düzənliyin heç yerində qalma, dağa qalx, yoxsa həlak olarsan”. Elə həmin xəbərdarlıq səsini Məsihin şagirdləri də Yerusəlimin dağıdılmasından əvvəl eşitmişdilər. “Qoşunların Yerusəlimi mühasirə etdiyini gördüyünüz zaman bilin ki, onun viranəliyinin vaxtı yaxınlaşmışdır. O zaman Yəhudeyada olanlar qoy dağlara qaçsınlar” (Luka 21:20,21). Mülkiyyətdən özlərinə nə isə götürməyə onlar vaxt itirə bilməzdilər, öz xilasları naminə hər anın qədrini bilməli idilər.AP 133.3

    Bu, qanunsuzlar mühitindən çıxış, onlardan qəti surətdə ayrılmaq, həyatın xilası idi. Nuhun, Lutun günlərində belə olmuşdur, Yerusəlimin dağıdılmasından əvvəl də Məsihin şagirdləri ilə belə olmuşdur, sonuncu günlərdə də belə olacaqdır. Bizim dövrdə Allah Səsi yenidən xəbərdarlıq sözünü söyləyir, Öz xalqına artan qanunsuzluqdan çəkinməyi əmr edir.AP 134.1

    Son günlərdə imanlıların düşkünlüyü və dönüklüyü Yəhya peyğəmbərə “yer üzünün hökmdarları üzərində şahlıq edən böyük şəhər” Babil haqqındakı vəhydə görünmüşdü (Vəhy 17:18). Onun dağıdılmasından əvvəl səmadan əmr səslənəcəkdir: “Ey xalqım, oradan çıxın ki, onun günahlanna şərik olmayasınız və onun bəlalarının birinə düçar olmayasınız” (Vəhy 18:4). Nuhun və Lutun günlərində olduğu kimi, günahdan və günahkarlardan qəti ayrılma baş verəcəkdir. Allahla dünya arasında heç bir güzəşt, geriyə heç bir baxış və dünya xəzinələrini xilas etməyə heç bir cəhd ola bilməz. “Siz Allaha və həm mamona (mamin - Arami sözüdür, bütpərəstlərdə: sərvət tannsı) qulluq edə bilməzsiniz” (Matta 6:24).AP 134.2

    Siddim diyarının sakinləri kimi xalq sülh və əmin-amanlıq haqqında arzulara qərq olmuşdur. “Öz canını qurtar” - Allah məbklərinin xəbərdarlığı eşidilir, lakin başqa səsbr də eşidilir: “Həyəcanlanmayın, çünki narahatçılığa heç bir əsas yoxdur”. Səma tezliklə qanunsuzların qisməti olacaq ölüm haqqında xəbərdarlıq etdiyi halda çox insanlar “sülh və təhlükəsizlik” bəyan edirbr. Ölüm ərəfəsində düzənlik şəhərlərinin sakinləri əyyaşlığa uyaraq, Allah elçilərinin xəbərdarlıqlarına rişxənd edirdilər, lakin allahsızlar odda həlak oldular, məhz həmin gecə lütf qapıları şərəfsiz, qayğısız Sodom sakinləri üçün həmişəlik bağlandı. Allah əbədi olaraq istehzalara və etinasızlıqlara dözməyəcəkdir. “Budur Rəbbin amansız, qəzəbli və qeyzb dolu günü yaxınlaşır ki, yeri səhraya döndərsin, oradakı günahkarları məhv etsin” (Yeşaya 13:9). Yer sakinlərinin böyük hissəsi Allah mərhəmətini rədd edəcəklər və qəfil ölüm onları yaxalayacaqdır. Lakin xəbərdarlığı qəbul edənlər, “Haqq-Təalanın pənahında yaşayan”lar ona sığınacaqlar və “Külli-İxtiyann kölgəsində oturan”lar onda rahatlanacaqlar. Onun həqiqəti onların örtüyü və müdafıəsi olacaqdır. Çünki onlara əhd edilmişdir: “Onu doyuracağam uzun ömürlə Mən, göstərəcəyəm qurtuluşumu ona” (Məzmur 91:1,16).AP 134.3

    Lut Soarda az yaşadı. Sodomda olduğu kimi, orada da hər yerdə qanunsuzluq hökm sürürdü. O, şəhərin dağıdılacağından ehtiyat edərək, orada qalmaqdan qorxurdu və Allahın qabaqcadan müəyyən etdiyi kimi tezliklə belə də oldu. Onda Lut dağlara getdi və orada mağarada yaşadı, o, nəyin naminə ki öz ailəsini şərəfsiz şəhərin tamahlanna məruz qoymuşdu, hamısından məhrum olmuşdu. Lakin Sodomun lənəti onu orada da tapdı. Onun qızlarının ləyaqətsiz hərəkəti həmin pozğun yerlərin pis insanlan ilə ünsiyyətin nəticəsi oldu. Sodomun mənəvi düşkünlüyü onların idrakını o qədər dərindən zəhərləmişdi ki, onlar xeyri şərdən seçə bilmirdilər. Lutun yeganə törəmələri moavitlər və ammonitlər Allaha qarşı üsyan edən və Onun xalqının qəddar düşmənlərinə çevrilən nadan bütpərəst qəbilələr idilər. İbrahimin həyatı Lutun həyatından necə də kəskin fərqlənirdi. Nə vaxtsa onlar dost idilər, ibadəti eyni qurbangahda yerinə yetirirdibr, köçəri çadırlarda böyür-böyürə yaşayırdılar; lakin indi onlar bir-birbrindən necə də kəskin fərqbnirdilər! Lut Sodomu onun ləzzətbrinə və üstünlükbrinə görə seçmişdi. İbrahimin qurbangahını və orada canlı Allaha edilən gündəlik ibadəti tərk edərək, o, öz övladlarına pozğun bütpərəst xalqa yaxınlaşmağa imkan verdi. Yenə də onun qəlbində Allah qorxusu var idi, çünki onun haqqında Müqəddəs Yazıda deyilmişdir ki, o, saleh idi; qarşısını almaqda gücsüz olduğu murdar danışıqları eşidərək və zorakılığı, cinayətləri görərək, o, öz saleh qəlbinin dərinliklərində əzab çəkirdi. Ən nəhayət o, “oddan çıxarılmış, yansı yanmış odun parçası kimi” (Zəkəriyyə 3:2) xilas edildi, lakin sərvətdən, həyat yoldaşından və övladlarından məhrum oldu, ağ saçlarını biabır edərək vəhşi heyvanlar kimi mağaralarda yaşadı. O, dünyaya saleh insanlar nəsli deyil, iki bütpərəst xalq qoyub getdi, bunlar Allaha qarşı düşmənçilik etdilər və Onun xalqı ilə o vaxta qədər mübarizə etdilər ki, onların qanunsuzluq kasası doldu və ölümə məhkum olundular. Bir düşüncəsiz addımın necə dəhşətli nəticələri olur.AP 135.1

    Müdrik məsləhət edir: “Sərvət qazanmaq üçün özünü əldən salma, idraklı ol, bu fıkirdən vaz keç”. “Tamahkar külfətini əzaba salar, rüşvətə nifrət edənin ömrü uzun olar” (Məsəllər 23:4; 15:27). Həvari Pavel deyir: “Varlanmaq istəyənlər isə yoldan çıxır və tora düşürlər və insanları fəlakətə və həlaka aparan bir çox mənasız və ziyanverici ehtiraslara qapılırlar” (1 Timoteyə 6:9).AP 136.1

    Lut Sodomda məskən salanda özünü qanunsuzluqlardan qətiyyətlə təcrid etmək niyyətində idi və özündən sonra bunu öz ev adamlarına tövsiyə etmək niyyətində idi. Lakin o, amansızcasma yanılmışdı. Pozğun mühit onun öz imanına öldürücü təsir göstərdi, onun övladlarının Sodom sakinləri ilə ünsiyyəti isə ümumi maraqların yaranmasına gətirib çıxartdı. Bütün bunların nəticələri isə bizə məlumdur.AP 136.2

    Çoxları bu cür səhvi indi də edirlər. Yaşayış yeri seçərkən onlar daha çox müvəqqəti üstünlükləri nəzərə alırlar, nəinki onları və onların aibbrinin yaşamalı olacaqları mənəvi və ictimai mühiti. Onlar varlanmaq ümidi ilə gözəl məhsuldar yeri seçirbr və yaxud da hər hansı bir çiçəklənən şəhərə gedirbr; lakin tamahlar onların övladlarını əhatə edir və onlar, çox vaxt olduğu kimi, eb tanışlıqlar edirlər ki, bu onların dini hissbrinin inkişafında və xarakterbrinin formalaşmasında öz xoşagəlməz əksini tapır. Pozğun mənəviyyatsızlıq mühiti, imansızlıq, dini məsəbbrə biganəlik valideynlərin təsirini heçə endirir. Gəncliyin gözbri önündə həmişə valideyn nüfuzuna və İlahi nüfuza qarşı üsyan nümunəsi durur. Çoxları şərəfsizbrlə çox yaxın münasibətdə olurlar və nəticədə öz talebrini Allah düşmənləri ilə bağlayırlar.AP 136.3

    Allah istəyir ki, yaşayış yeri seçərkən, biz hər şeydən əvvəl aibmizin duyacağı mənəvi və dini təsiri nəzərə alaq. Biz xoşagəlməz vəziyyətə düşə bibrik, çünki çoxları istədikbri mühiti əldə edə bilmirlər, lakin əgər borcumuz bizi səsləyirsə, onda Allah bizə ləkəsiz qalmaqda kömək edəcəkdir, əgər biz Məsihin lütfünə arxalanaraq ayıq olsaq və dua etsək, Allah Özü köməyimiz olar. Lakin ehtiyac olmadan bizim məsihçi xarakterimizin inkişafmda xoşagəlməz surətdə özünü göstərə bibcək təsirə özümüzü məruz qoymamalıyıq. Əgər biz allahsızların cəmiyyətində könüllü olaraq iştirak ediriksə, onda biz Allahı kədərləndiririk və müqəddəs mələkləri öz evlərimizdən qovuruq.AP 136.4

    Əbədi maraqlar bahasına öz övladlarını dünyəvi sərvət və şöhrətlə təmin edənlər nəticədə anlayırlar ki, bu qazanclar dəhşətli itkilərə çevrilmişlər. Lut kimi çoxları öz övladlarını həlak olmuş, özlərini isə güclə xilas olunmuş görürlər. Onların bütün həyatlarının zəhmətbri hədər getmişdir, onların həyatı qəmgin müvəffəqiyyətsizlikdir. Əgər onlar həqiqətən ağıllı hərəkət etsəydilər, onda onların nisbətən az dünyəvi nemətlərə malik olsalar da, əvəzində ölməz mirası alacaqlarına inamları olardı.AP 137.1

    Allahın Öz xalqına vəd etdiyi miras bu dünyada mövcud deyildir. İbrahim bu dünyada sərvətə malik deyildi: “Orada ona miras olaraq, ayaq qoymağa yer belə vermədi” (Həvarilərin işləri 7:5). Onun böyük var-dövləti var idi, lakin ondan Allahın şöhrəti naminə və öz həmvətənlərinin rifahı naminə istifadə etdi. Lakin o bu yeri öz vətəni hesab etmirdi. Rəbb ona Kənan torpağını əbədi olaraq vəd edərək, onu öz bütpərəst həmqəbilələrini tərk etməyə səslədi. Lakin nə o, nə oğlu, nə də nəvəsi onu almadılar. Mərhumu dəfn etmək üçün yer lazım olanda, o, bu yeri kənanlılardan satın aldı. Əhd olunmuş yerdə onun sahib olduğu yeganə yer Maxpela mağarasında qazılmış məzar idi. Lakin Allah Sözünə sadiq qaldı. Hətta yəhudi xalqı Kənanda məskən salanda da bu, əhdin tam yerinə yetirilməsi demək deyildi. “Vədlər İbrahimə və onun nəslinə verildi” (Qalatiyalılara 3:16). Vərəsəni İbrahim özü bölməli idi. Elə görünə bibrdi ki, Allah əhdinin yerinə yetirilməsi uzun müddətə təxirə salınır, çünki “Rəbbin gözündə bir gün min il, min il də bir gün kimidir” (2 Peter 3:8), lakin müəyyən olunmuş vaxtda “hökmən gələcək, gecikməyəcək” (Habaqquq 2:3). İbrahimin və onun törəmələrinin vərəsəsi yalnız Kənanı deyil, bütün yeri əhatə edirdi. Həvari beb deyir: “Dünyanın varisi olmaq vədi İbrahimə və yaxud onun nəslinə Müqəddəs Qanun vasitəsi ilə deyil, imanla saleh sayılmaq vasitəsi ilə verildi” (Romalılara 4:13). Müqəddəs Kitab aydın öyrədir ki, İbrahimə verilən əhdlər Məsih vasitəsi ilə yerinə yetməlidir. Məsihin bütün ardıcılları “İbrahimin nəslisiniz və vədə görə varissiniz”, “göybrdə sizin üçün saxlanmış, çürüməz, ləbkəsiz, solmaz bir mirasın” - günahın lənətbrindən təmizbnmiş yerin varisbridirlər (Qalatiyalılara 3:29; 1 Peter 1:4). Çünki “padşahlıq, hakimiyyət və göylərin altındakı bütün padşahlıqların əzəməti Allah-Taalanın müqəddəs xalqına veribcək” və “məzlumlar ölkəni mülk olaraq alacaq, əmin-amanlığın bolluğundan zövq tapacaq” (Daniel 7:27; Məzmur 37:11)AP 137.2

    Allah İbrahimə onun ölməz mirasını göstərdi və o bu ümidlə yaşadı. “O, iman vasitəsilə vəd edilmiş ölkədə yad və qərib kimi məskən saldı və vəd edilən eyni şeyin həmvarisləri olan İshaq və Yaqubla birlikdə çadırlarda yaşadı; zira o, memarı və banisi Allah olan, möhkəm təmələ malik şəhəri gözləyirdi” (İbranilərə 11:9,10).AP 138.1

    İbrahimin törəmələri haqqında yazılmışdır: “Onların hamısı vəd edilmiş şeyləri almadan imanlı olaraq öldü, amma bu şeyləri uzaqdan görüb, xoş qarşıladılar və etiraf etdilər ki, onlar yer üzündə yad və qəribdirlər” (İbranilərə 11:13). Əgər biz daha yaxşısını, səmavi olanı arzu ediriksə, burda, yerdə yad və qərib kimi yaşamalıyıq (bax İbranilərə 11:16). İbrahimin övladları “memarı və banisi Allah olan”, öz atalarının səyləri cəmləndiyi şəhərə can atacaqlar.AP 138.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents