Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    III. Böyük azdırmaların ilki

    Bəşər tarixinin ən başlanğıcından iblis insanları azdırmaqla məşğul oldu. Göydə üsyan qaldıran, Allah rəhbərliyi əleyhinə mübarizə aparan kəs məcbur edirdi ki,yer əhli də onun tərəfinə keçsin. Adəm və Həvva. Allah qanununa tabe olaraq tamamilə xoşbəxt idilər, bu isə iblisin uydurmalarını alt-üst edirdi, çünki o, deyirdi ki, İlahi qanun Allah bəndəsini əzir və köləyə döndərir. Saleh ər-arvad üçün necə gözəl bir guşə yaradıldığını gördükdə isə, iblisi paxıllıq hissi bürüdü. O, onları Allahdan ayırıb öz iradəsinə ta.be etməklə yerə yiyələnmək və Tanrının padşahlığına. qarşı duran padşahlıq qurmaq üçün, Adəm və Həvvanı günah törətməyə məcbur etmək qərarına. gəldi.iMQ 38.1

    iblis öz həqiqi üzünü göstərsəydi dərhal rədd edilərdi, çünki bu təhlükəli düşmən barəsində Adəmə və Həvvaya xəbərdarlıq edilmişdir; lakin o, məqsədə maneəsiz çatmaq üçün, qaranlıqda. hərəkət edərək öz niyyətləri və hərəkətlərini gizlədirdi. O zamanlar cəlbedici görkəmə malik olan ilanı bir vasitə kimi istifadə edərək Həvvaya müraciətlə dedi: “Doğrudanmı, Allah sizə “bağda. olan heç bir ağacm bəhrələrindən yeməyin” deyib” (Yaradılış 3:1). Əgər Həvva hiyləgərlə söhbətə girişməsəydi ona heç nə olmazdı, lakin o, danışmağa. cürət etdi və riyakarın toruna düşdü. Bu gün də, çoxları məhz bu tərzdə məğlub olurlar. Onlar Allah nəsihətlərinə şəkk-şübhə ilə yanaşır, onlarla. razılaşmırlar. Allah buyuruqlarına. əməl etmək əvəzinə, onlar iblis uydurmalarından başqa bir şey olmayan insan nəzəriyyələrini qəbul edirlər.iMQ 38.2

    “Qadın ilana dedi: “Bağdakı ağacların bəhrələrindən yeyə bilərik. Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin və ona. toxunmayın, yoxsa ölərsiniz!” İlan isə qadına dedi: “Yox, ölməzsiniz. Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız” (Yaradılış 3:2-5). İlan inandırırdı ki, insanlar müdriklik əldə edərək inkişafın ən yüksək zirvəsinə çatıb Allaha bərabər olacaqlar. Həvva bu hiyləyə uydu, sonra. isə Adəmi də günaha. batırdı. Onlar ilanın dediklərinə uyub inandılar ki, guya. Allah onları aldatmaq istəyirmiş. Onlar Yaradana şübhə ilə baxdılar və belə fikrə gəldilər ki, O, onların azadlığını boğur. Düşündülər ki, Onun qanunundan kənara çıxsalar, onlar böyük müdrikliyə na.il olub yüksələcəklər.iMQ 39.1

    Budur, Adəm günah etdi, və onun üçün: “onlardan daddığınız gün, ölüb məhv olacaqsız” sözlərinin həqiqi mənası açıldı. İblis inandırırdı ki, o daha. yüksək pilləyə qalxacaq, bu belə oldumu? Belə olsaydı, onda iblis insanların havadarı, qanunun pozulması isə çox faydalı hesab edilməliydi. Lakin Adəm gördü ki, Allahın hökmünün mənası tamam başqadır. Allah dedi ki, torpaqdan götürülən insan, günaha. cəza. olaraq, torpağa. qaytarılmalıdır. “Ona görə ki, yerin torpağısan, torpağa. da çevriləcəksən’’ (Yaradılış 3:19). İblisin dediyi: “Gözləriniz açılacaq” cümləsi yalnız o mənada həqiqət idi ki, Allahın sözündən çıxan Adəm və Həvvanın öz səhvlərinə gözləri açıldı: onlar şərin nə olduğunu bildilər və onun acı barından daddılar.iMQ 39.2

    Ədəm bağında. barı əbədi həyat bəxş edən həyat ağacı vardı. Adəm Allaha. sadiq qalsaydı, həyat ağacından istədiyi vaxt istifadə etmək hüququnu saxlayıb əbədi yaşayardı. Lakin o, günah edən zaman bu hüququ itirdi və fani oldu. İlahi hökm: “Yerin torpağısan, torpağa. da çevriləcəksən” - həyatın tamamilə sona. yetməsini göstərir. .iMQ 40.1

    Allah sözündən çıxmaması şərtilə insana. veriləcəyi vəd edilmiş ölməzlik, günaha. ba.tma.dan sonra. itirildi. Adəm, özündə olmayan xüsusiyyəti təbii ki, öz varislərinə verə bilməzdi və Tanrı Öz Oğlunu qurban verib insana. ölməzlik hüququnu qa.yta.rmasa.ydi, xa.r olmuş bəşəriyyətin heç bir` ümidi olmazdı. “Beləliklə, ölüm bütün insanlara. keçdi, çünki Adəmdə hamı günaha. batmışdır”, lakin Məsih “Müjdə va-sitəsilə həyatı və ölməzliyi aydınlığa. çıxartdr’ (Romalılara. 5:12; 2 Timoteyə 1:10). Ölməzlik yalnız Məsih vasitəsi ilə əldə edilə bilər. İsa. deyir: “Oğula. iman edənin əbədi həyatı vardır; fəqət Oğula. itaət etməyən, həya-t görməyəcəkdir, fəqət Allahın qəzəbi onun üzərində qa.laca.qdir” (Үәһуа. 3:36). Bu misilsiz xeyir-duanı hər bir insan əldə edə bilər, əgər o, təklif olunmuş şərtləri yerinə yetirə bilsə. “Yaxşı işdə səbirlə izzət, hörmət və ölməzliyi axtaranlara əbədi həyat” veriləcək (Romalılara 2:7).iMQ 40.2

    Allahın sözündən çıxmaq şərtilə Adəmə həyat vəd edən yeganə o kəs isə yalançı idi. Əslində, ilanın Ədəmdə dediyi: “Siz ölməyəcəksiniz” - iddiası, ruhun ölməzliyi nəzəriyyəsinin ilk təbliğidir. Qəribədir ki, yalnız iblisin nüfuzuna. arxalanan bu fikir, bütün məsihçi cəmiyyətlərində təbliğ olunur və adamların çoxu onları, əcdadlarımız kimi asan qəbul etməyə hazırdırlar. İlahinin: “günah edən ruh öləcək” (İrməya. 18:20) - qərarı, təhrif edilib bu cür təqdim edilir: “Günah edən ruh ölməyəcək, əksinə, əbədi yaşayacaq”. Bu qədər insanın iblis sözlərinə belə korkoranə etibar etdiyini, Allahın dediklərinə isə bu qədər inamsızlıq göstərdiyini gördükdə adam heyrətə gəlir.iMQ 41.1

    Günaha ba.ta.ndan sonra, insan həyat ağacına yaxın buraxılsaydı o, əbədi yaşayar və beləliklə günah da. əbədiləşərdi. Lakin həyat ağacının yanına aparan yolun qorunması, qılmcı oddan olan mələyə tapşırılmışdır (Yaradılış 3:24) və Adəm ailəsindən heç kimə bu səddi addamağa. və həyat bəxş edən bardan bəhrələnməyə icazə verilməmişdir. Buna. görə də günahkar ölməzlikdən məhrum edilmişdir.iMQ 41.2

    Günaha batmadan sonra. iblis öz mələklərindən tələb etdi ki, ada.mla.ri insan təbiətinin ölməzliyinə inandırsınlar. Beləliklə, son nəticədə günahkarın cəhənnəmdə əbədi əzab çəkəcəyi fikrini hamıya inandırmaq mümkün oldu. Elə indi də zülmət knyazı öz əshabələrinin köməyilə, Allahı qisasçı və zülmkar kimi qələmə verərək belə deyirlər ki, guya. O, bütün xoşuna. gəlməyən adamları cəhənnəm oduna. atır və Öz qəzəbliliyindən, onları orada. əbədi əzab çəkməyə vadar edir. İblis hey təkrar edir ki, günahlıların cəhənnəm odunda müsibət çəkmələri Ya.rada.na ləzzət verir.iMQ 41.3

    Bu qatı düşmən öz xüsusiyyətlərini, bütün bəşəri nemətlərin Mənbəyi olan Yaradanın adına. yazır. Qəddarlıq - iblisin xasiyyətidir. Allah isə - məhəbbətdir; və ilk böyük qiyamçı olan iblis dünyaya. günahı gətirməyənə qədər, Allahın bütün yaratdıqları pak, müqəddəs və gözəl idi. İnsanı günaha sürükləyən, sonra. isə mümkünsə, onu məhv edən düşmən - iblisin özüdür. İnsanı ələ alandan sonra o, öz dağıdıcı işini davam etdirir və əlinə düşənləri məhv etməkdən o necə də həzz alır! Onun ixtiyarında. olsaydı, bütün insan nəslini öz torlarına. salardı. Əgər İlahi qüvvə qarışmasaydı, heç bir Adəm övladının xilasa. ümidi olmazdı.iMQ 42.1

    İblis bu gün də, vaxtilə əcdadlarımızı aldatdığı fəndlə - Yara.da.na. inamı qırmaq və Onun rəhbərliyinin müdrikliyinə, qanunlarının ədalətli olmasına. şübhə oya.tma.qla. insa.nla.ri məğlub etməyə çalışır. İblis və onun əshabələri istəyirlər ki, insanların Allaha olan münasibəti, iblisə göstərilən münasibətdən daha. pis olsun. Allahın surətini tünd və boğuq boya.la.rla. təsvir edərək, onlar özlərinin alçaqlıq və həyasızlıqlarına. bəraət qazandırmaq istəyirlər. Böyük hiyləgər özünə xas olan qəddarlıqda. bizim Səmavi Atamızı təqsirləndirməyə çalışır. O, özünü əzabkeş, yalnız çox ədalətsiz bir rəhbərə tabe olmadığı üçün Göydən qovulmuş özbaşınaliq qurbanı kimi qələmə verir. O, dünya. qarşısında. elə azadlıq idea.li təsvir edir ki, belə azadlıqda, Əbədi Varlığın sərt tələblər irəli sürən hakimiyyətinə oxşa.maya.n, iblisin yumşaq və təvazökar rəhbərliyi altında insanlar yalnız kef çək.mək üçün yaşayardılar. Və o, insa.nla.rin qılığına girərək, onları Allaha. sadiqlik yolundan çıxarmağa na.il olur.iMQ 42.2

    Vəfat etmiş günahkarların, bu dünyada. yaşadıqları qısa. ömür müddətində buraxdıqları səhvlərə görə əbədi əzab odunda müsibət çəkmələrini təsvir edən nəzəriyyə nəinki məhəbbət və mərhəmət tələblərinə, hətta bizim adi ədalət anlayışımıza belə uyğun gəlmir. Lakin bu nəzəriyyə hər yerdə tədris edilir və bir çox məsihçi ehka.mla.rına daxil olunur. İlahiyyat elmləri doktoru olan bir alim belə deyir: “Cəhənnəm əzabı çəkənlərə tamaşa etmək, salehlərin daimi sevincini artıracaqdır. Özləri göylərə qaldırıldıqları halda. başqalarının müdhiş vəziyyətini seyr etmək onların şadlığını artıracaq”. Başqa ilahiyyatçı alim isə deyir: “Qəzəbə layiqlərin qulaqlarında. daim ittiham hökmü səslənəcək və odda. yanan günahkarların tüstüsü mərhəmətə layiqlərin yanına gedib çıxacaq, lakin saleh olan kəs bu zavallıların dərdinə şərik olmayıb - “Amin, Halliluya., Şöhrət və şan Sənindir, ya. Rəbb!” - deyəcək.iMQ 43.1

    Müqəddəs Kitabın hansı səhifəsində belə bir tə’limə rast gəlmək olar? Doğrudanmı o dünyada xilas edilənlər hər bir rəhmdillik, ca.myana.nlıq, hətta. adi humanistlik hislərindən məhrum olacaqlar? Bəlkə bu hislərin yerini vəhşi qəddarlıq, yaxud hissiyyatsız daşqəlblilik tutacaq? Yox, və yenə də yox; Müqəddəs Kitabda. buna. oxşar heç bir şey yoxdur. Bu cür ideyaları yayanlar bəlkə də savadlı və hörmətli adamlardır, lakin onlar iblisin hiylələrinə aldanmışlardır. İblis bu adamları Müqəddəs Kitabdakı sərt ifadələrə yanlış yozum verməyə və Kitabda, bizim Xilaskarımıza deyil, onun özünə xas olan qəddarlıq və hədə-qorxu timsalları tapmağa. vadar edir. “Mən yaşayıram, deyir Allah: günahkarın ölümünü istəmirəm, istəyirəm ki, günahkar öz yolundan dönsün və diri olsun. Qayıdın, qayıdın zalımlıq yolundan; nəyə görə ölməlisiz israil övladları?” (Yezekiel 33:11).iMQ 43.2

    Hətta günahkarların çəkdiyi əzab-əziyyətlərinin, cəhənnəm oduna salınanların ahu-nalələrinin Allaha xoş gəldiyini fərz etsək belə, axı bu müsibətlərin mənası nədir? Belə dəhşətli qışqırıq və nalələrin şirin musiqi kimi Hüdudsuz Məhəbbətin qulağında səslənməsi mümkündürmü? Deyirlər ki, kafirlərin sonsuz iztirabları, Allahın Ka.ina.tda sülh və rahatlığı pozan günaha. bəslədiyi nifrəti nümayiş etdirir. Ah, bu necə də təhlükəli küfrdür! Onda belə çıxır ki, Allahın günaha. nifrət etməsi, günahın əbədiləşdirilməsinə səbəbdir. Bir çox ilahiyyatçı alimlər inandırırlar ki, daima iztirab çəkən bu zavallıların mərhəmətə heç bir ümidlərinin olmaması onları daha da. öcəşdirir və onlar qarğış və lənət yağdıra-yağdıra. çabalayaraq öz günahlarını daha. da. artırırlar. Uzun əsrlər boyu günahın müntəzəm olaraq çoxalması Allahın şərəflənməsinə xidmət edə bilməz.iMQ 44.1

    Əbədi əzablar haqqında. cəfəngiyat doktrinasının vurduğu ziyanın dərəcəsini təsəvvür etmək qeyrimümkündür. Məhəbbət və xeyirxahlıqdan yoğurulmuş, qayğıkeşliklə mayalanmış Müqəddəs Kitab dini mövhumatçılıqla. korlanmış, qorxu və dəhşət libasına. geyindirilmişdir. Və Allahın surətinin iblis tərəfindən riyakarlıqla. saxtalaşdırılmasını nəzərə alsaq, bizim rəhmdil Yaradandan qorxanların, hətta Onu gözləri götürməyənlərin olmasına. təəccüb etməyə dəyərmi? Allah haqqında. bu cür vahiməli təsəvvürlərin cəmiyyətlərdə moizələr vasitəsilə bütün dünyaya yayılması, minlərlə, hətta. milyonlarla. imansızlar və allahsızların yaranmasına səbəb olmuşdur.iMQ 44.2

    Əbədi əzablar nəzəriyyəsi - Babilin murdar şərabınm tərkib hissəsi olan, xalqları kefləndirən küfrlərdən biridir. (bax Vəhy 14:8; 17:2). Məsih xidmətçilərinin bu cəfəngiyatı qəbul edib, onu yaymaları doğrudan da. anlaşılmaz sirdir. Şənbənin bazar günü ilə əvəz edilməsi kimi, əbədi əzablar haqqında nəzəriyyə də zorla. qəbul etdirilmişdir. Əfsus ki, bu cür nöqteyi — nəzərləri böyük və xeyirxah insanlar da təbliğ etmişlər, lakin indi bizim üzərimizə şəlalə tək tökülən nurun işığından onlar işıqlandırılmamışdırlar. Onlar o vaxt onlara. verilmiş işığın gücünə müvafiq sorğu-sual ediləcəklər; biz isə bizim günlərimizdə şölə saçan işığa. müvafiq yaşamalıyıq. Əgər biz Allah Sözünün şəhadətindən üz döndərsək və yaxud “atalarımız belə öyrədib” - deyə saxta. təlimləri qəbul etsək, onda Babilə oxunan ittihamnamə bizə də şamil ediləcək, çünki onun qanunsuzluq şərabından deməli biz də içmişik.iMQ 45.1

    Bir çox adamlar əbədi əzablar nəzəriyyəsinə etiraz edərkən digər səhvə yol verirlər. Onlar görürlər ki, Müqəddəs Kitabda təsvir olunan Allah olduqca. insanpərvər və mərhəmətlidir və Onun Öz yara.tdığını əbədi cəhənnəm əzabına. məhkum edə bilməsinə inanmırlar. Lakin ruhun öz mahiyyətinə görə, ölməzliyi nöqteyi-nəzərini qəbul edərək onlar bu qərara gəlirlər ki, son nəticədə bütün bəşəriyyət xilas olunacaq. Çoxları Müqəddəs Kita.bda.ki təhdidləri, qorxu yaratmaqla; insanı itaatdə saxlamaq üçün vasitə hesab edir, lakin bu hədələrin hərfi mənada həyata keçə bilməsinə inanmırlar. Belə çıxır ki, günahkar, Allah qanunlarına etinasızlıq göstərib öz kefi üçün yaşamasına baxma.ya.raq, özünə qarşı Allahın rəğbətlə yanaşacağına. arxayın ola. bilər. Allahın lütfkarlığını qəbul edərək, Onun ədalətliliyinə saymazlıqla yanaşan nəzəriyyə cismani insanın ürəyinə yatır və kafirləri qanuna zidd əməllər törətməyə həvəsləndirir.iMQ 45.2

    Öz zərərli fərziyyələrini əsaslandırmağa çalışarkən, ümumi qurtuluşa inananların Müqəddəs Kitabı necə təhrif etdiklərini göstərmək üçün, onların özlərinin dediklərinə müraciət etmək kifayətdir. Bədbəxt hadisə nəticəsində həlak olmuş, inama. yad bir cavanın dəfn mərasimində tanınmış bir ruhani söz söyləmək üçün Kitabdan Davuda. aid mətni seçmişdir: “Çünki Əmnonun ölümünə görə artıq təsəlli tapmışdı” (2 Şəmuel 13:39).iMQ 46.1

    “Məndən tez-tez soruşurlar — deyir bu keşiş - misal üçün sərxoş halda, yaxud öz paJtarından qanlı cinayət ləkələrini yumamış ölənləri, yaxud Allaha. tapınmaq səadətini dadmamış, bu cavan kimi həlak olub günahlı dünyanı tərk edənləri nə gözləyir? Bu çətin məsələnin həllində biz Müqəddəs Kitabın nüfuzuna arxalanırıq. Əmnon hədsiz dərəcədə günaha. batmış adam idi; o, tövbə etməmiş cinayətkar idi; o, öldürüləndə sərxoş idi. Davud isə Allahın peyğəmbəriydi. Oğluna. o biri dünyada nə qismət olacağı - kədər, yoxsa firavanlıqmı - ona əlbəttə ki, məlum idi. Bəs onun ürəyində nə kimi hisslər oyandı? “Əvşalom üçün padşah Davud ürəyində həsrət çəkirdi, çünki Əmnonun ölümünə görə artıq təsəlli tapmışdı”.iMQ 46.2

    Hansı nəticəni çıxarmaq olar? Məgər aydın deyilmi ki, Davud əbədi iztirabların və sonsuz əzabların mövcud olmasına. inanmırdı? Bu şübhəsiz belədir və burada biz, Kainatda başdan-başa sülhün və paklığın bərqərar olacağını söyləyən daha ziyalı, daha. insanpərvər, daha təsəlliverici fərziyyənin parlaq və aydın təsdiqini tapırıq. O, öz oğlunun ölümünü görərək mütəəssir olmur. Necə yəni? Nə üçün? Ona. görə ki, Davud peyğəmbər nəzəriylə xoşbəxt gələcəyi görür. O oğlunu hər bir nəfsanilikdən qurtulmuş, günah zəncirindən azad edilmiş, qanunsuzluq rəzaləti və kafirliyindən təmizlənmiş, nura qərq edilmiş, onu - digər saleh kəslərin sırasına. qəbul olunmuş görürdü. Davudun təskinliyinin yeganə səbəbi əlbəttə bu idi ki, günah və əzablar təsirindən canını qurtarmış sevimli oğlu artıq elə məkandaydı ki, orada. Müqəddəs Ruh onun tutqun ruhunu öz qoynuna. alıb yüksəldəcək; orada. İlahi müdriklik və əbədi məhəbbət səadəti insanaaçılacaq və beləliklə, onun təqdis edilmiş varlığı səmavi vətənin daimi şadlıq və sevinci üçün hazır olacaq.iMQ 47.1

    Bizə aydın olur ki, göylərdən verilən xilas, bizim bu həyatda nə kimi işlər görməyimizdən asılı deyil; xilasın verilməsi - nə ürəklərin dəyişməsi, nə inamın mövcud olması, nə də hansı dinə e’tiqad edilməsi ilə bağlı deyil”.iMQ 47.2

    Beləliklə, görürük ki, bu, üzdən iraq Məsih xidmətçisi bir vaxtlar Ədəmdə ilanın dediyi aldadıcı sözləri təkrar edir: “Yox ölməzsiniz... yediyiniz gün göziəriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız”. O iddia. edir k'i, ən qatı cinayətkarlar — qatil, soyğunçu və zinakar - öz ölümlərindən sonra. ölməzlik bəxtəvərliyinə varis olurlar.iMQ 47.3

    Müqəddəs Kitabı bu dərəcədə təhrif etmiş bu xidmətçi nəyə əsaslanır? Davudun İlahi qüvvənin iradəsinə ta.be olmasını göstərən yeganə ifadəyə. Davud qəlbən “Əvşalomun yanına. getmək istəyirdi, çünki Amnonun ölümündən mütəəssir deyildi onu ölmüş görcək”. Zaman keçmişdi və itkinin şiddətli ağrısı azalmışdır. Davudun fikirləri ölən oğlundan ayrılıb, sağ qalan və törətdiyi cinayətə görə cəzaya. layiq olduğunu hiss edərək qorxu və iztirab keçirən oğluna yönəldi. Məgər bu, öz bacısını zorlamış sərxoş Əmnonun, ölümündən dərhal sonra müqəddəs məkana yetişməsini və tər-təmiz təmizlənərək müqəddəs mələklər ailəsinin üzvünə dönməsini göstərir?! Bəli, bu əlbəttə ki, şirin səslənən və cismani ürəklərə yatan bir uydurmadır. Bu iblisin uydurmasıdır və bu öz bəhrələrini gətirir. Və insanlar bu cür tərbiyə alırlarsa. eyblərin və günahın çiçəklənməsinə təəccüb etməyə dəyərmi?iMQ 48.1

    Bu, üzdən ira.q müəllimə ruhən yaxın olan və onun kimi “müəllimlik” eləyən başqaları davardır. Müqəddəs Yazıların mətnindən götürülmüş bir neçə sözlə, Müqəddəs Kitab tələbləri ilə heç cür uzlaşmayan mücərrəd dini nəzəriyyələri əsaslandırmağa. çalışırlar, halbuki cümlələri qırıq-qırıq misal gətirilən mətn parçası ümumilikdə götürüləndə tamam əks məna. verir. Sərxoş Əmnonun Göydə məskən tapacağına aid fərziyyə, Tanrı Səltənətində əyyaşların vərəsəliklərinin olma.ma.si haqda. (1 Korinflilərə 6:10) Müqəddəs Kitabın birmənalı və qeyri-şərtsiz göstərişinə zidd olan insan təxəyyülünün məhsuludur. Bütün inamsızlar, şübhəlilər, kafirlər bu yolla. həqiqəti yalana. döndərirlər. Allah qarşısında heç bir məsuliyyətin və qorxunun olmaması nağıl və laylasından məst olan çox-çox insan bu yalana uyub yatırlar.iMQ 48.2

    Bütün adamlar ölümdən sonra. doğrudan da dərhal Göylərə götürülsəydi, onda. biz yaşamaqdan daha çox ölməyə can atardıq. Belə bir inanc çoxlarını intihar etmək qərarına gətirərdi.’ Kədər, çətinliklər və məyusluqla üzləşdikdə, həyata. son qoyub əbədi səadət dünyasına köçmək bizə cəlbedici görünür.iMQ 49.1

    Rəbb Öz Sözündə inkaredilməz dəlillərlə göstərir ki, Onun qanununu pozanlar cəzalandırılacaqlar. Allahın məhəbbətinin tükənməzliyi səbəbindən günahın əvəzinin verilməyəcəyi ilə özlərini arxayın edənlər, Qolqota çarmıxını gözləri önünə gətirsinlər. Günahsız Tanrı Oğlunun ölümü sübut edir ki, “günahın cəzası - ölümdür” və Allahın qanununun pozulması mütləq müvafiq surətdə cəzalandırılmalıdır. Günahı olmayan Məsih, insanların xatirinə günahkar oldu. O, qanunsuzluğa görə günahı Öz üzərinə götürdükdə Atası Ondan üz döndərdi və Onun ürəyi dözmədi, həyatı Onu tərk etdi. Bu böyük qurban günahkarların bağışlanması xatirinə verilmişdir. Günahın cəzasından azad olmaq üçün heç bir başqa yol yoxdur. Və bu, çox yüksək qiymətə alınmış barış imkanmdan imtina edən hər kəs, günahın məsuliyyəti və cəzasını şəxsən özü daşımalı olur.iMQ 49.2

    Gəlin görək müqəddəs və xoşbəxt mələklər kimi, bu xadimlərin göylərə köçürdükləri allahsızlar və tövbə etməyənlər barəsində Müqəddəs Kitab daha nə deyir. “Susayana həyat suyunun qaynağından müftə su verəcəyəm”. Bu və’d yaJnız susamışlara. aiddir. O su yaJnız həqiqətən dirilik suyuna. ehtiyac duyanlara və bütün başqa. hər şeyi unudub onu axta.ra.nlara. verilir. “Qalib gələn bu şeyləri miras alacaq və ona. Allah olacağam və o, Mənə oğul olacaq” (Vəhy 21:6,7). Gördüyümüz kimi, burada. şərtlər izah edilib: hər şeyin varisi olmaq üçün biz günahla. mübarizə edib onun üzərində qələbə çalmalıyıq.iMQ 49.3

    Allah Yeşaya peyğəmbər vasitəsilə deyir: “Saleh kəsə deyin ki, bəxtiya.rdır,çünki o öz zəhmətinin meyvələrindən nuş edəcək; vay qanunu pozanın halına, çünki o, törətdiyi əməllərin cəzasını çəkəcək” (Yeşaya. 3:10,11). Müdrik Süleyman deyir - “Günahkar adam yüz dəfə pislik edib uzun müddət yaşasa. belə, Allahdan qorxanların, Onun hüzurunda ehtiramla duranların yaxşılıq görəcəyini bilirəm. Ancaq pis adam yaxşılıq görməyəcək və onun kölgəyə bənzər günləri uza.dılma.yaca.q, çünki ANahın hüzurunda. ehtiramla durmur” (Vaiz 8:12-13). Həvari Polad da. deyir: “Sənin.sərtliyinə və tövbəetməz ürəyinə görə, özün üçün qəzəb toplayırsan, O Allah ki, hər kəsə öz əməlinə görə əvəzini verəcəkdir”: “pislik edən hər adama. sıxıntı və kədər!”, (Romalılara 2:5-6,9) “Heç bir əxlaqsız, natəmiz, acgöz, yəni bütpərəst, Məşihin və Allahın Padşahlığında. mirasa. malik deyil” (Efeşlilərə 5:5). “Hamı ilə bərabər sülh və qüdsiyyət üçün səy göstərin, çünki onsuz Rəbbi heç kim görməyəcəkdir” (ibranilərə 12:14). “Həya.t a.ğacına. yaxınlaşmaq haqqında., malik olmaq və qapılardan keçib şəhərə girmək üçün öz pa.ltarla.rını.yuya.nlar bəxtiyardılar! İtlər, sehrbazlar, zinakarlar, qatillər, bütpərəstlər və yalanı sevib, icra. edən hər kəs isə şəhərdən kənardadır” (Vəhy 22:14-15).iMQ 50.1

    Allah Öz xasiyyətini və günaha. münasibətini insanlara açmışdır: “Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, məhəbbət və sədaqətlə doluyam, minlərlə nəslinə məhəbbətimi göstərərəm, cəzanı, asiliyi və günahı bağışlayaram” (Çıxış 34:6-7). “Bütün pis adamlarınsa, kökünü kəsər” (Zəbur 145:20). “Amma. bütün asilər birlikdə yox olacaq, pislərin nəsli qırılacaq” (Zəbur 38:38). Allah qiyama. son qoymaqdan ötrü bütün səlahiyyət və gücündən istifadə edəcək, ancaq bununla. belə, Onun məhkəməsi və verdiyi cəzalarının hamısı ədalətli, Onun mərhəmətli, səbrli və rəhmdil xasiyyətinə tam uyğun olacaqdır.iMQ 50.2

    Allah heç kimi məcbur etmir, heç kimin iradəsini sındırmır. Köləlik itaəti Ona zövq vermir. O, istəyir ki, ya.ra.tdıqları, Onun məhəbbətə layiq olmasını dərk edərək Ona məhəbbət bəsləsinlər. O, istəyir ki, insanlar Onun müdrik, ədalətli və mərhəmətli olması səbəbindən Ona itaət etsİnlər. Onun haqqında. düzgün təsəvvürə malik olanlar, Onun xeyirxahlıq və qayğıkeşliyi qarşısında. baş əyərək, Onu sevəcəklər.iMQ 51.1

    Xilaskarın bizə, Öz timsalında. öyrətdiyi xeyirxahlıq, rəhmdillik və məhəbbət prinsipləri, Allahın mahiyyətini tam dolğunluğu ilə əks etdirir. Məsih deyir ki, O, xalqı yalnız Öz Atasından götürdüklərinə öyrədir. İlahi rəhbərliyin prinsipləri Xilaskarın - “Düşmənlərinizi sevin” nəsihətİ ilə tam həmahəngdir. Allah Öz ədalətini mürtədlərə qarşı olan münasibətində göstərəcək və bunu bütün Ka.iha.tin və Onun məhkəməsi qarşısma gələcək adamların xeyri naminə edəcəkdir. O, ədalətə və İlahi qanunlara. uyğun olaraq onları xoşbəxt etrnək istəyirdi. O, onları Öz məhəbbətinin nişanələrilə əhatə edir. Onlara. Öz qanunları haqqında. bilik göndərir, kəramətini onların üzərinə yağdırır, lakin onlar, Onun məhəbbətini rədd edir, Onun rəhmdilliyini və qanunlarını lağa qoyurlar. Dajma göndərdiyi ənamları qəbul edirlərsə də, sovqat verəni hörmətdən salırlar, bilirlər ki, Allahın günahdan zəhləsi gedir və buna görə Ona qarşı kin saxlayırlar. Allah onların höcətliyi müqabilində geniş səbr göstərir, lakin əvvəl-axır onların aqibətini həll edən saat gəlib çatacaq. O, üsyankarları gücləmi Öz tərəfinə çəkəcək? Öz iradəsini məcburi surətdəmi qəbul etdirəcək?iMQ 51.2

    İblisin təsiri altına düşən, onu özlərinə rəhbər seçənlər, Allahın hüzuruna çıxmağa hazır deyillər. Onların üzərində təkəbbürlükr yalan, zina və qəddarlıq damğası durur. Belələri Göylərə yetişsələr, burada, yerdə nifrət etdikləri, zəhlələri getdikləri adamlarla orada necə əbədi yanaşı yaşayarlar? Həqiqət yalanla; mülayimlik - lovğalıq və təkəbbürlə; paklıq - zina ilə və təmənnasız məhəbbət - xudbinliklə heç vaxt razılaşmaz və barışmazlar. Bütövlüklə özlərinin dünyavi təmənna və maraqlarına aludə olanları Göylər nə ilə sevindirə bilər?iMQ 52.1

    Bütün həyalliannı Allaha qarşı üsyan qaldırmağa sərf edənlər, qəflətən Göydə peyda olub, orada müqəddəs kamilliyi seyr edə bilərlərmi? Orada hər kəsin qəlbi sevinclə dolu.hər üzdən-gözdən məhəbbət yağır. Allahın və Quzunun şərəfinə səslənən musiqi sədalarının ardı-arası kəsilmir. Orada taxtda əyləşənin üzündən saçılan nurun şüaları bağışlananların üzərinə tökülür; məgər Allaha, həqiqətə və müqəddəsliyə ürəklərində kin bəsləyənlər, bu müqəddəs məxluqlarla ünsiyyətdə ola, onlarla bərabər mədhiyyələr oxuya bilərlərmi? Allahın və Quzunun şərafətinə onlar tab gətirə bilərlərmi? Yox və bir daha yox; öz xasiyyətlərini Göyün tələblərinə uyğunlaşdırsınlar deyə, onlara sınaq üçün neçə-neçə illər verilmişdir. Lakin onlar özlərini paklığı sevməyə öyrətmədilər; onlar Göylərin dilinə yiyələnmədilər, indi isə artıq gecdir. Allaha qarşı qiyamda. keçən həyatları onları Göylər üçün yararsız etmişdir. Onun paklığı, müqəddəsliyi və rahatlığı onlar üçün - işkəncəyə, Allahın şərafəti isə yaxıb-yandıran oda dönərdi. Bütün bunlara onlar əlbəttə ki, dözməzdilər və yalnız tezcə bu müqəddəs yerdən qaçıb gizlənməyə çalışardılar. Onların bağışlanması xatirinə ölən Kəsin gözünə görünməkdənsə ölməyi üstün tutardılar. Kafirlər öz aqibətini özləri seçəcəklər. Onlar könüllü olaraq Göydən özlərini məhrum etdilər, Allah isə əvvəlki tək ədalətli və rəhmdil olaraq qalır.iMQ 52.2

    Qanunsuzluğu məhkum edən böyük günün odu, Nuh əyyamında baş vermiş tufanın sularına bənzəyəcək. Kafirlər Allahın hakimiyyətini qəbul etməyə heç bir cəhd göstərmədilər. Onların iradəsi özünü üsyankarlıqda aşkar etdi və həyat bitdikdən sonra fikirləri başqa yönə döndərmək artıq mümkün deyildir. Qanunsuzluqdan itaətə və nifrətdən məhəbbətə qayıtmaq çox gecdir.iMQ 53.1

    Qardaşı Habilin qatili olan Qabilə, Allah mərhəmət göstərdi və onun həyatına son qoymadı. Bununla O, günahkara yaşamaq və nə istəsə etmək imkanı verilməsinin nələr ilə nəticələnəcəyini aləmə göstərdi. Qabilin nəslindən bir çoxu onun əməllərinin təsiri altına düşərək, günah işlətməyə sövq olundular və nəhayət “Allahın nəzərində yer üzündəki insanlar pozğunlaşmışdılar və dünya zorakılıqla dolmuşdu” (Yaradılış 6:11). “Hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlmişdir” (a.yə 5).iMQ 53.2

    Allah Nuh dövründə yaşayan yer sakinlərini dünyaya yazığı gəldiyindən məhv etdi. Sodomun əxlaqsız və pozğun əhalisini də həmin səbəbdən məhv etdi. Qanunsuz yaşayanlar xalqı da. iblisanə şirnikdirmələrlə yoldan çıxarır, onların rəğbətini qaza.na.raq tədricən başqalarını da. qiyamçılar sırasına. qoşurlar. Qabilin və Nuhun dövründə İbrahim və Lutun günlərində də beləydi, bizim dövrümüzdə də bu belədir. Kainata. rəhm etdiyinə görə Allah bir vaxt Onun lütfünü rədd edənləri birdəfəlik məhv edəcək.iMQ 54.1

    “Zira. günahın əvəzi ölüm, fəqət Allahın ənamı Rəbbimiz Məsih İsada. əbədi həyatdır” (Romalılara. 6:23). Həyat - salehlərə vərəsə, ölüm isə kafirlərin qismətidir. Musa isra.il xalqına. dedi: “Bax bu gün sizin qarşınızda həyatla. xoşbəxtliyi, ölümlə bədbəxtliyi qoyuram” (Təsniyə 30:15). Burada ölüm haqqında. gedən söhbət yoldan çıxmasına. görə Adəmə və ondan sonra bütün insan nəslinə aid olan ölümü nəzərdə tutmur. Burada., əbədi həyata. qarşı qoyulan “ikinci ölümdən” söhbət gedir.iMQ 54.2

    Adəmin günahı nəticəsində bütün insan nəsli ölümə düçaroldu. Hamı eyni qa.ydada torpağa tapşırılır. Digər tərəfdən, hamıya. gordan xilas olmanı təklif edən xilas planı var. “Həm saJeh, həm də saleh olmayan ölülərin dirilməsi ola.ca.qdir (Həvarilərin işləri 24:15). “Necə ki, Adəmdə hamı ölür, Məsihdə isə hamı diriləcək” (1 Korinflilərə 15:22). Lakin bu iki qrup insanlar arasında. sərhəd qoyulmuşdur. “Qəbirlərdə olanların hamısı Onun səsini eşidəcəklər və çıxacaqlar. Yaxşılıq işlədənlər dirilib həyata. qovuşacaqlar, pislik işlədənlər isə dirilib hökmə uğrayacaqlar (Yəhya. 5:28-29). “İlk dirilmədə iştirakı olan, bəxtiyar və müqəddəsdir”. “İkinci ölümün artıq onları yaxalamağa. haqqı yoxdur” (Vəyh 20:6). Lakin tövbə etməyən, imana gəlməyən və bağışlanmayanlar, qanunu pozduqları üçün öz cəzalarını - “günahın cəzası”-nı çəkməlidirlər. Onlar öz əməllərinə müvafiq cəzalandırılacaq və sonra onları ikinci ölüm yaxalayacaqdır. Özünün ədalət və mərhəmət prinsiplərinə uyğun olaraq, Allah günahlı vəziyyətdə qalan günahkarları xilas edə bilməz. Öz əməllərilə həyata. layiq olmadıqlarını sübut edərək, yaşamaq hüququnu itirənləri Allah həyatdan məhrum edir. Davudun ilham verən sözü belə deyir: “Bir az gözlə, pis yox olacaq, axtarsan da. yeri tapılmayacaq”. “Sanki əvvəldən yox idilər” (Zəbur 37:10; Ovedya 1:16). Rüsvay edilərək onlar birdəfəlik və əbədi unudulacaqlar.iMQ 54.3

    Beləliklə, dünyaya dağıntı və kədər gətirən günaha. son qoyulacaq. Məzmurçu deyir: “Düşmənin sonu çatdı, əbədi viran oldu, şəhərlərini də qopartdın təməlindən, bir nişanə qalmadı” (Zəbur 9:6). Gələcəkdən xəbər tutan həvari Yəhya. Qarşıdakı əbədilikdə, bütün Kainatın oxuduğu mədhiyyə himnlərini eşidə bilmişdi. Bu harmoniyanı heç bir kənar səs pozmurdu. Göydə və yerdə bütün məxluqlar Allaha. bir ağızdan şükürlərini bildirirdilər (Vəhy 5:13). Bu vaxt orada. Allahı pisləyə biləcək heç bir kafir ruh olmayacaq və cəhənnəm əzabı çəkənlərin ahunalələri, xila-s edilmişlərin himnlərinin sədalarına. qa.rışma.yacaq.iMQ 55.1

    Təbii ölməzlik haqqında. doktrina, şüurun ölümdən sonra. da. mövcud olması təsəvvürü yaratmışdır. Bu isə, əbədi əzablar təsəvvürü sayağı, Müqəddəs Kitab elminə, eləcə də adi məntiqə və insanpərvərlik hissinə ziddir. Məşhur olan bir doktrinaya görə, xilas olunmuşlar yerdə baş verən hər hadisəni göydən izləyirlər. Xüsusilə də bu dünyada qalmış dostları və sevgililərinin həyatları ilə maraqlanırlar. Lakin xilas olub Göydə qərar tapanlar öz yaxınlarının çətinliklərini seyr etdikdə, onların törətdiyi günahları, keçirdikləri kədəri, məyusluğu və əzabları gördükdə, özlərini necə xoşbəxt hiss edə bilərlər? Bütün bunları görə-görə onlar özlərini bəxtiyar hesab edərlərmi? Və insanın nəfəsi bədəni tərk edəndən sonra, onun tövbə etməmiş ruhunun dərhal cəhənnəm oduna düşməsinə inanmaq necə də pis bir fikirdir! Öz dost və əzizlərinin ölümə hazır olmadıqlarını və onları günaha görə əbədi əzablar gözlədiyini görənlərin ruhu necə ağır iztirablar keçirməlidir! Bu dəhşətli fikirlər çoxlarının ağlını başından çıxarmışdır.iMQ 55.2

    Bəs Müqəddəs Kitabda bu məsələlərə dair nə deyilir? Davud bildirir ki, ölümdən sonra insanın şüuru yox olur. “Canı çıxan kimi düşər torpağa onlar, niyyətləri bircə anda yox olar” (Zəbur 146:4). Süleyman da həmin fikri təsdiq edir: “Ölülərin sevgiləri, nifrətləri, paxıllıqları çoxdan məhv olub, günəş aJtında görülən işlərdə daha payları olmayacaq”. “Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə müdriklik, nə də hikmət var” (Vaiz 9:5-6,10).iMQ 56.1

    Allah Yezekiya padşahın duasını eşidib onun ömrünü daha 15 il artıranda padşah ona göstərilən böyük mərhəmətə görə Allaha dərin minnətdarlıq izhar edərək deyir: “Çünki Səni izzətləndirən ölənlər deyil, Səni tərifləyən ölüm deyil, Sənin həqiqətlərinə ümid bəsləyənlər qəbirdə uyuyanlar deyil. Mən indi etdiyim kimi, dirilər, yaJnız dirilər Səni şükürtendirər” (Yeşaya 38:18-19). Məşhur olan dini təsəvvürə görə, vəfat - etmiş saleh kəslər guya. Göyə qaldırılır və orada. daima. Allaha mədhiyyələr oxumaqla məşğul olurlar. Lakin Yezekiya, ölümün bu cür parlaq perspektivə maJik olmasını görmürdü. Onun sözlərini məzmurçu da. təsdiq edir: “ölüm Səni yad etmir; qəbir Səni izzətləndirmir”. “Nə ölülər, nə sükut aləminin sakinləri - Allahi izzətləndirmirlər” (Zəbur 6:5; 114:117).iMQ 56.2

    Müqəddəs Ruhun ilk dəfə yer üzünə səpələnməsi, yəni İsa peyğəmbərin çarmıxa çəkilməsinin Əllinci günü, həvari Peter demişdir ki, Davud peyğəmbər “ölüb və dəfn olunub, və onun qəbri bu günə kimi bizimlədir”. “Çünki Davud Göylərə qalxmamışdir” (Həvarilərin işləri 2:29,34). Davud qəbirdə qalmaqdadır, bu isə onu sübut edir ki, sälehlər ölümdən sonra göylərdə olmurlär. Yalnız axirətdə baş verəcək dirilmədə, Məöihin həm dirilməsi, həm qiyamət günündə yerə enməsi sayəsində, Davud nəhayət dirilib göylərdə, Allahın sağında əyləşə bilər.iMQ 57.1

    Həvari Polad deyir: “Əgər ölülər dirilmirsə, Məsih də dirilməmişdir; əgər Məsih dirilməmişdirsə, deməli imaninız da boşdur: siz hələ öz günahlarınız içindəsiniz; buna. görə də Məsihdə ölənlər həlak oldular” (1 Korinflilərə 15:16-18). Vö əgər dörd min il ərzində salehlər Göyə qalxırdılarsa, nə üçün Polad deyir ki, Məsihdə ölənlər məhv olardı, əgər dirilmə olmasaydı? Onda dirilməyə heç bir ehtiyac da olmazdı.iMQ 57.2

    Müşriklər tərəfindən qətlə yetirilmiş Tındeyl ölülərin vəziyyəti haqqında belə demişdir: “Mən açıq deyirəm ki, onların guya. Məsihlə və Allaha sadiq mələklərlə bir yerdə olmalarına qətiyyən əmin deyiləm. Mənim imanım bununla razıiaşmır, çünki bu belə olsaydı, onda insanları cismani diriiməyə inandırmaq əbəsdir”.iMQ 57.3

    Bu da inkafedilməzdir ki, ruhi ölməzliyə ümidin yaradılması, Müqəddəs Kitabın dirilmə nəzəriyyəsinə qarşı etinasızlığın geniş vüsət almasına gətirib çıxarmışdır. Adam Klark bu barədə deyir: “Dirilmə nəzəriyyəsi, ilk məsihçilərin diqqətini indi olduğundan daha artıq cəlb edirdi! Nə üçün bu belə olmuşdur? Həvarilər həmişə dirilmə haqqında xatırladırdılar, bu ümidlə Allah tərəfdarlarının imanını möhkəmləndirir, onlara ürək-dirək və təsəlli verirdilər. Bizim günlərdə onların davamçıları dirilmə haqqında çox nadir halda xatırladırlar. İlk məsihçilər dirilməyə həvarilərin təbliğ etdikləri qüvvə ilə inanırdılar. Lakin bizim necə təbliğ etməyimiz isə dinləyicilərin buna olan inamından görünür. Xoş Xəbərdə hər şeydən artıq diqqəti cəlb edən - dirilmə haqqında verilmiş xəbərdir, və ancaq müasir təbliğat üsulunda. dinin heç bir məsələsinə bu dərəcədə laqeyd yanaşılmır”.iMQ 58.1

    Bu vəziyyət o yerə çatmışdır ki, dirilmə müjdəsi haqqında həqiqət, demək olar bütövlüklə qaranlığa. qərq olunmuş və məsihçi aləmi onu tamamilə az qala. unutmuşdur. Dini mövzuda kitablar yazan görkəmli bir yazıçı həvari Poladın sözlərini (1 Saloniklilərə 4:13-18) belə şərh edir: “Əməli surətdə təsəlli vermək baxımından, salehlərin mübarək ölməzliyi doktrinası, Rəbb İsanın ikinci gəlişi haqqında. hər bir əfsanə və fərziyyəni şüurumuzdan uzaqlaşdırır. Ölümümüzdən sonra Rəbbimiz dalımızca. gəlir. Biz məhz bunu gözləyir, buna. ümid edirik. Ölülər artıq şərəfə qovuşmuşlar. Onlar axirət məhkəməsini və əbədi səadət haqqında car çəkən şeypur səslərini gözləmirlər”.iMQ 58.2

    Lakin isa Öz şagirdlərini tərk etməyə hazırlaşanda deməmişdi ki, onlar tezliklə Onun yanına gələcəklər. “Gedirəm sizə yer hazırlayam - dedi O, - əgər gedib yer hazırlasam, təkrar gəlib sizi Öz yanıma gətirəcəyəm ki, Mən haradayamsa, siz də orada olasınız” (Yəhya. 14:2,3). Və sonra Pölad davam edərək deyir: “Çünki Rəbb Özü yüksək nida ilə, baş məlaikənin sədası və Allahın şeypuru ilə göydən enəcək; və Məsihdə olan ölülər ilk olaraq diriləcəklər; Ondan sonra yaşayıb sağ qalan bizlər, onlarla bərabər Rəbbi qarşılamaq üçün buludlarda havaya qaldırılacaq; və bu minvalla daim Rəbb ilə olacağıq”. Və əlavə edir: “Buna görə, bir-birinizə bu sözlərlə təsəlli verin” (1 Saloniklilərə 4:16-18). Bu təsəlli sözləri, yuxarıda, universalist cəmiyyəti xadiminin yazisından sitat gətirdiyimiz təsəlli anlayışı ilə dabandabana ziddir! Bunlar, qəm-qüssədən bağrı yarılmış öz əzizlərinə təsəlli verirlər ki.heç bir günaha baxmadan, ölənlər göylərə, mələklər icmasına qəbul olunaeaqlar. Həvari Polad isə öz qardaşlarına təsəlli olaraq Məsihin qarşıdäkı gəlişihi göstərir. Yalnız o vaxt ölüm zənciri qırılacaq və “Məsihdə ölənlər” əbədi həyat üçün diriləcəklər.iMQ 59.1

    Səadət diyarına daxil olmamışdan, hər insanın həyatı əsaslı şəkildə öyrənilməli, hər kəsin işləri və xasiyyəti Allah tərəfindən yoxlamlmalıdır. Hamı kitablardakı yazılara müvafiq mühakimə ediləcək və öz işlərinə görə mükafatlandırılacaqdır. Bu məhkəmə ölümdən dərhal sonra qurulmayacaq. Həvari Poladın sözlərinə diqqət edin: “Çünki Allah bir gün təyin etdi və o gündə seçdiyi Adam vasitəsi ilə dünyaya ədalətlə hökm edəcəkdir. Onu ölülərdən dirildərək, bütün insanlara sübut verdi” (Həvarilərin işləri 17:31). Həvari burada dünya üzərində məhkəmə qurulacağı, o vaxt hələ gələcəkdə olan, günün təyin olunmasını açıq göstərir.iMQ 59.2

    Yəhuda da bu zamana isnad .edir: “Öz sahələrini hifz etməyib, məskənlərini tərk edən mələkləri də əbədi qandallarda, qaranlıqda böyük günün məhkəməsi üçün həbsdə saxlamışdır”. Və Xənokun sözlərini sitat gətirərək deyir: “Budur, Rəbb onminlərcə müqəddəsləri (mələkləri) ilə gəldi ki, bütün insanlara hökm etsin”. (Yəhuda 1:14,15) Yəhya. deyir: ‘Və mən, ölüləri, böyükləri və kiçikləri taxtın qarşısında duran gördüm... və həyat kitabı açıldı. Ölülər, kitablarda. yazılanlara əsasən, hər kəs öz əməllərinə görə məhkəmə olundu” (Vəhy 20:12).iMQ 60.1

    Lakin ölülərin bir qismi Göydə şadlıqda, digərləri isə cəhənnəmdə əzab çəkməkdədirlərsə, onda gələcəkdəki bu məhkəmə nəyə gərəkdir? Bu vaçib suallaraaid Allah Sözünün nöqteyi-nəzəri çox aydm və dəqiqdir., Ən sadə, adamlar belə bunları başa düşə bilərlər. Bəs düşünən və həqiqətə can atan adamlar, bu geniş yayılmış nəzəriyyədə ağlabatan və məntiqi nə tapa bilərlər? İstintaq məhkəməsindən, sonra salehlərə: “Afərin, yaxşı ,və sadiq qul!... ağanın sevincinə şərik ol” - necə deyilə bilər, axı onlar, bəlkə də əsrlərdən bəri artıq guya Onun yanındadırlar? Kafirlər isə, bütün yerin hakiminin dilindən: “Ey lənətlilər, Mənim yanımdan əbədi atəşə gedin” (Matta. 25:21,41 )-Hö.kmünü eşitmək üçün cəhənnəmin küncündən-bucağındanmı çağırılacaqlar?,Ah,.necə də acı istehzadır! Allahın ədalət və müdrikliyi neçə də həyasızcasına təhrif edilir!iMQ 60.2

    Ruhun ölməzliyi nəzəriyyəsi, Roma kilsəsinin bütpərəstlərindən götürüb məsihçi dininə yeritdiyi saxta nəzəriyyələrdən biridir. Martin Lüter bu təlimə “Romanın göstəriş və qərarlarının peyin qalağını təşkil edən uydurmalan” adı vermişdir. Vaizin kitabında Şüleymanın dediyi “Ölümlərindən sonra heç nə bijmirlər” sözlərini şərh edərək islahatçı yazır: “Ölülərin heç nə... hiss etmədiklərini sübut edən daha bir.yer. Orada vəzifə borcu, elm, bilik və müdriklik yoxdur. Buna görə də Süleyman deyir ki, onlar yatır və heç nə hiss etmirlər. Çünki ölülər qəbirdə yatarkən nə günü, nə ili hesablamırlar, lakin. oyadılanda onlara elə gələcək ki, onlar yalnız bir anlıq yuxuya. getmişdilər”. Öləndən dərhal sonra salehlərin mükafat və kafirlərin cəza almaları fikrinə Müqəddəs Kitabın heç bir yerində biz rast gələ bilmərik. Nə patriarxlar, nə peyğəmbərlər bizə belə bir təminat verməmişlər. Nə Məsih, nə Onun həvariləri buna aid heç bir işarə etməmişlər. Müqəddəs Kitab aydın göstərir ki, ölənlər dərhal Göyə düşmürlər. Onlar dirçəlmə gününəcən yatmış kimi göstərilirlər (1 Saloniklilərə 4:14; Əyyub 14:10-12). Gümüş zəncir qırılan və qızıl bağ üzülən o gün (Vaiz 12:6), insanın bütün düşüncələri yox olur. Qəbirə gedənlər sükut içindədirlər.iMQ 61.1

    Bundan belə onların bu işıqlı dünyada baş verən işlərdən xəbərləri yoxdur (Əyyub 14:21). Yorulmuş saleh kəslər üçün gözəl istirahətdir! Vaxt uzun ya. qısadırsa. da, onlar üçün yalnız bir ana bərabərdir. Onlar yatırlar və Allahın borusu onları sevinc dolu əbədi həyat üçün oyadacaq. “Qəflətən, bir an içində son boru çalınanda dəyişiləcəyik; zira boru çalınacaq və ölülər qeyri-fani şəkildə diriləcəklər, biz isə dəyişiləcəyik; zira bu fani qeyri-faniliyi geyməli, bu ölücü isə, ölməzliyi geyməlidir. Bu fani qeyri-faniliyi və bu ölücü ölməzliyi geyindikdə isə, “ölüm qələbə ilə məhv edildi” sözü yerinə yetəcəkdir” (1 Korinflilərə 15:52-54) kəlamı həyata keçəcək. Və onlar dərin yuxudan oyanıb, ölüm həyatlarını dayandırdığı andan yaşamağa başlayacaqlar. Ömürlərinin son anında onların şüuru ölüm əzabları ilə dumanlanmışdı; son fikirləri bu idi ki, torpağa gömüləcəklər. Qəbirdən qalxanda isə onların ilk fikri qələbə sədası kimi səslənəcək: “Ölüm! Sənin neştərin hanı? Cəhənnəm! Sənin qələbən hanı?” (ayə 55).iMQ 61.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents