Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    VII. Bizim yeganə müdafiəçimiz

    Qanuna və peyğəmbərlik vəhyinə müraciət edin. Əgər onlar bu söz kimi danışmırlarsa, onlarda işıq yoxdur” (Yeşaya 8:20). Yalan tədris edənlərdən və şeytan hiyləsindən müdafiə üçün Allahın xalqı Müqəddəs Yazılara müraciət etməlidir. İnsanların Müqəddəs Kitabı öyrənmələrinə mane olmaq üçün iblis hər hiylədən istifadə edir, çünki bu kitabın aydın ayələri onun yalanlarını ifşa edir. Hər dəfə Allah işində yeni oyanış başlayanda iblis öz fitnəfəsadlarını artırır. Hal-hazırda o, var qüvvəsilə Məsihi və Onun ardıcıllarını məğlub etməyə çalışır. Tezliklə biz son böyük saxtakarlıqla üzləşəcəyik. Mürtəd gözlərimiz qarşısında öz möcüzələrini yaradacaq. Onun bənzətmələri o dərəcədə həqiqətə oxşayacaqdır ki, haqqı batildən yalnız Müqəddəs Kitabın köməyilə ayırd etmək mümkün olacaq. Hər möcüzə və müddəa Kitabın şəhadət ilə yoxlanmalıdır.iMQ 117.1

    Allahın bütün nəsihətlərinə tabe olanlar özlərini istehza və nifrət hədəfi edəcəklər. Onlar müdafiə və qüvvəni yalnız Allahda. tapacaqlar. Qarşıdakı sınaqdan şərəflə çıxmaqdan ötrü, onlar Allahın Öz Sözündə əks olunmuş yolunu və iradəsini dərk etməlidirlər - yalnız Onun xasiyyəti, niyyəti, idarəçilik üslubu haqqında. düzgün təsəvvürə malik olub, bunlara. uyğun hərəkət etsələr, Onalayiqincə ehtiram göstərmiş olarlar. Yalnız Müqəddəs Kitab həqiqətlərilə öz ağlını möhkəmləndirənlər böyük son döyüşə tab gətirə bilərlər. Mən Allaha. çox ta.be olmalıyam, ya. insa.nla.ra? - hər kəs bu suala. cavab verməli olacaq. Bu sınaq vaxtı olduqca. yaxındadır. Sarsılmaz Allah Sözü qayasında möhkəmmi dayanmışıq? Allah qa.nunlarına və İsaya imanımızı qətiyyətlə müdafiə etməyə hazırıqmı?iMQ 117.2

    Xilaskar edam olmazdan qabaq, ölümə məhkum ediləcəyini və yenidən qəbirdən dirilib qalxacağını şagirdlərinə söyləyəndə, mələklər Onun sözlərini həvarilərin ürəklərinə həkk etməyə çalışırdılar. Lakin Məsihin şagirdləri, müvəqqəti də olsa. roma. əsarətindən xilas olmağı arzulayırdılar və buna. görə, onların bütün ümidlərinin təcəssümü olan Şəxsin rüsvaycasına. ölə bilməsi fikrinin özü onlar üçün dözülməz idi. Və onların ürəklərində qalmalı olan sözlər unuduldu və sınaq anı onlar üçün gözlənilməz oldu. İsanın ölümü onları elə sarsıtdı ki, sänki O, heç onlara. bu haqda xəbərdarlıq etməmişdir. Qarşıdakı hadisələr İsanın şagirdlərinə tam aydınlığıyla. necə açılmışdırsa, peyğəmbərlik vəhylərində də gələcək bizə açılmışdır. Lütfün tükənməsi vaxtına aid olan hadisələr və iztirablar dövrünə hazırlaşmağın vacibliyi aydın və aşkar surətdə göstərilib. Lakin-insanların əksəriyyəti bu mühüm həqiqətlər barəsində elə cüzi təsəvvürə malikdir ki, sanki Müqədaəs Kitabın səhifələrində bunlar heç yox imiş. İblis insanların diqqətini xilas almağa yönəldən biliklərdən yayındıraraq çalışır ki, iztirablar dövrünün gəlməsi onlar üçün gözlənilməz olsun.:iMQ 118.1

    Allah insanlara göndərdiyi xəbərdarlığın bəyan edilməsini göyün ortasıyla uçan müqəddəs mələklərə tapşırırsa, deməli xəbər çox əhəmiyyətlidir və O, təbii olaraq tələb edir ki, hər ağlı başında olan adam bu xəbərə lazımi diqqət yetirsin. Vəhşi məxluqa və onun surətinə baş əyənləri (bax Vəhy 14:9-11)gözləyən dəhşətli aqibət, vəhyləri diqqətlə araşdırmağa insanları vadar etməlidir ki, onlarda vəhşi məxluqun rəmzi haqqında və ondan necə can qurtarmaq haqqında düzgün təsəvvür yaransın. Lakin xalq həqiqətə qulaq verməyib rəvayətlərə üz tutacaq. Həvari Polad axirətin gələcəyini öncə görərək yazırdı: “Çünki vaxt olacaqdır ki, sağlam təlimə təhəmmül etməyəcəklər” (2 Timoteyə 4:3). Bu vaxt artıq gəlib çatmışdır. Günahlı ürəklərinin istəklərinə uyğun gəlmədiyinə görə, insanlar Müqəddəs Kitab həqiqətini qəbul etmək istəmirlər və iblis aldadıcı xəyallarla onların başını qatır.iMQ 119.1

    Lakin yer üzündə Allahın bir xalqı var ki, ondan ötrü Müqəddəs Kitab və yalnız Müqəddəs Kitab - bütün təlimlərin meyarı və bütün islahatların əsasıdır. Nə alimlərin mülahizələri, nə elmin çıxardığı nəticələr, nə dini nəzəriyyə və ümumkilsə şurasının (bu şuraya. üzv olan kilsələrin özləri kimi) çoxsaylı və biri-birinə zidd qərarları, nə əksəriyyətin səsi - bunların heç biri dinin hər hansı bir müddəasıni nə sübut, nə də inkar edə bilməz. Hər hansı bir təlimi və ya göstərişi qəbul etməzdən əvvəl, biz gərək bunların Allah Sözü ilə: “Allah belə deyir” - əsaslanmasına əmin olaq.iMQ 119.2

    İblis həmişə bizim diqqətimizi Allaha deyil, insanlara yönəldir. Müqəddəs Kitabı öyrənib öz borcunun nədən ibarət olduğunu dərk etməsi əvəzinə, o, insanları mürəbbi sifətində - yepiskopları, cəmiyyət rəhbərlərini, ilahiyyət müəllimlərini görsün deyə təhrik edir. Və bu minvalla, rəhbərlərin şüurunu ələ alaraq, iblis onların vasitəsilə xalqın iradəsinə təsir göstərə bilir.iMQ 120.1

    Məsih yer üzünə gəlib Xoş Xəbər həqiqətlərini təbliğ edəndə, Onu sevinclə yalnız sadə xalq deyil, bir çox keşişlər və rəhbərlər də dinləyib qəbul etmişlər. Lakin kilsə və millət başçıları Onun təlimini rədd, Özünü isə məhkum etmək haqda qəti qərara gəlmişdilər. Onu təqsirləndirmək üçün heç bir bəhanə tapa bilməsələr də, Onun sözlərinin müdrikliyi və İlahi təsirini duysalar da, lakin mövhumat əsiri olduqlarından Onun peyğəmbərliyinin təkzibedilməz sübutlarını rədd etdilər, çünki əks təqdirdə Onun şagirdləri sırasına daxil olmalıydılar. İsanın rəqibləri elə adamlardan ibarət idi ki, onların səlahiyyətləri və nüfuzu çox böyük idi. Yəhudilər uşaqlıqdan bu adamlara ehtiram göstərmək, onların qarşısmda sözsüz baş əymək ruhunda tərbiyə edilmişdilər. “Nə üçün - deyə onlar sual edirdilər - bizim başçılar və din xadimlərimiz İsaya inanmırlar? O, doğrudan Məsih olsaydı bu zahid adamlar Onu rədd edərdilərmi?” Məhz bu cür mürəbbilərin təsiri ona gətirdi ki, yəhudi xalqı öz Xilaskarını rədd etdi.iMQ 120.2

    Yəhudilərin dini və mülət başçılarınm fəaliyyətində özünü göstərən ruh, bu gün də zahirən mömin olan bir çox adamlarda. yaşamaqdadır. Onlar Müqəddəs Kitabın məxsusən müasir zamana aid həqiqətlərinə diqqət yetirmək istəmirlər. Onlar zəngin olmalarıyla, üzvlərinin sayı və təlimlərinin geniş yayılmasıyla. qürrələnir, və bir ovuc, imanları dünyavi aləmlə tutuşmayan və bu səbəbdən geniş kütlənin rəğbətini qazana bilməyən, yoxsul həqiqət müdafiəçilərinə istehza ilə baxırlar.iMQ 120.3

    Məsih bilirdi ki, yəhudi mövhumatçıları və fəriseylərin əməlində özünü göstərmiş - qanunu mənimsəmək, yəhudi xalqının dağılması ilə bitməyəcək. Dünyavi hakimiyyətin güclənməsini və onun vicdan üzərində hökmranlıq edəcəyini, bunun isə əsrlər boyu kilsə üçün bir bəla olacağını o, peyğəmbər nəzəriylə görürdü. Onun yəhudi mövhumatçılarına və fəriseylərə oxuduğu vahimə doğuran ittihamları və xalqa, bu kor müəllimlər arxasınca getməməyi tapşırması, gələcək nəsillər üçün nəsihət olaraq yazılmışlar.iMQ 121.1

    Roma-katolik kilsəsi israr edir ki, Yazıları şərh etməyə yalnız din xadimlərinin hüququ var. Allah Sözünün şərhini, savadlı olmaları bəhanəsilə din xadimlərinə həvaJə etməklə, Müqəddəs Kitabı xalqdan gizlədirlər. Reformasiya hərəkatı artıq Müqəddəs Kitabı hər adama çatdırsa. da, Romadan miras qalan vərdişlər protestant kilsələrində də Müqəddəs Kitabın müstəqil şəkildə təhlil edilməsinə mane olur. Camaat yalnız kilsə şərhini qəbul etməlidir. Minlərlə adam Müqəddəs Kitabda. bu qədər aydın izah olunan həqiqətlərlə razılaşmağa ona görə ürək etmir ki, bu, onlar mənsub olan kilsənin ənənəvi təlimi, yaxud müddəalarına ziddir.iMQ 121.2

    Kitabın dönə-dönə saxta müəllimlər əleyhinə verdiyi xəbərdarlıqlarına baxmayaraq, çoxları asanlıqla öz ürəklərini din xadimlərinə verirlər. Xristianların əksəriyyəti, sitayiş etdikləri dini müddəaları əsaslandırmaq üçün - “keşiş belə buyurub” - deməkdən başqa heç bir sübut gətirə bilmir. Onlar korkoranə kilsə xadiminə inanaraq, Xilaskarın sözlərinə, demək olar heç bir əhəmiyyət vermirlər. Lakin bu din xadimləri günahsızdırlarmı? Əgər Allah Sözü onların dediklərində işığın olmasını təsdiq etmirsə, onlara necə etibar etmək olar? Adi yoldan kənara çıxmaq üçün mənəvi cəsarət tələb olunur, bunun çatışmaması isə çoxlarını din xadimlərinin arxasınca getməyə vadar edir; Müqəddəs Kitabı müstəqil surətdə öyrənməmək ucbatından, onlar yanlışlıq zənciri ilə möhkəm qandadlanırlar. Onlar, Müqəddəs Kitab səhifələrində aydın açıqlanan, müasir zamana aid həqiqətin olmasını anlayırlar; onun yayılmasını müşayiət edən Müqəddəs Ruhun təsirini hiss edirlər və bütün bunlara baxmayaraq, işığın qarşısının din xadimləri tərəfindən kəsilməsinə yol verirlər. Bu adamların vicdanı və ağlı onları həqiqətin danılmaz olduğuna inandırır, lakin ruhi köləlikdə tərbiyələndiklərindən öz nöqteyi-nəzərlərini söyləməyə cürət etmirlər və beləliklə, əbədi həyat kimi tale yüklü məsələlər, dinsizliyin, təkəbbürün və din xadimlərinin mövhumatçılığının qurbanı olur.iMQ 121.3

    İnsanı köləyə döndərmək üçün iblis müxtəlif vasitələrdən istifadə edir. Məsihə düşmən kəsilən adamların başqaları ilə könül bağlılığından istifadə edərək, iblis çox ürəkləri özünə tərəf çəkir. Bu bağlılığın hansı qəbildən olmasının fərqi yoxdur - valideyn, ya ər-arvad, ya. dost, yaxud ictimai olsun - nəticəsi eynidir: həqiqət əleyhdarları adamın vicdanına təzyiq göstərməyə başlayır və onların nüfuzu altına düşənlər, özlərində kifayət qədər cürət və qətiyyət tapmırlar ki, Allah qarşısındakı borclarına əməl etsinlər.iMQ 122.1

    Həqiqət və Allah şərəfi ayrılmazdır; Müqəddəs Kitabı başa düşə-düşə yanlış fikirlər söyləməklə biz Allahı şöhrətləndirə bilmərik.iMQ 123.1

    Çoxları deyir ki, nəyə inanmağımız vacib deyil, əsas məsələ düzgün yaşamaqdır. Ancaq axı, həyat tərzimizi müəyyən şəkilə salan elə məhz bizim imanımızdır. Işıq və zülmət bizim ixtiyarımızda olduğu halda biz onları təhlil etmək imtiyazından istifadə etmiriksə, deməli faktiki olaraq biz həqiqəti inkar edir, zülməti işıqdan üstün tuturuq.iMQ 123.2

    “Yol var ki, insanın qarşısında düz görünür, amma sonu ölümdür” (Məs. 16:25). Bir halda ki, Allahın iradəsini öyrənmək imkanı mövcuddur, artıq bilməməzlİklə günaha bəraət qazandırmaq olmaz. Yolçu yollar ayrıcında çaşır və yazılı göstəricilər hər yolun hara getdiyirii ona nişan verir. Əgər bunlara fikir vermədən, ona etibarlı görünən yolu seçsə, o, tam səmimi olsa, görər ki, səhv yol seçib.iMQ 123.3

    Allah bizə Öz Sözünü verib ki, biz Onun təlimi ilə taniş olaq və bizim qarşımıza qoyduğu tələbləri bilək.. Yəhudi qanunşünası İsaya yaxınlaşıb soruşdu: “Əbədi həyat varislərindən olmaqdan ötrü mən nə etməliyəm?” Xilaskar onun diqqətini Müqəddəs Kitaba yönəldib dedi: “Qanunda necə yazılıb? Necə oxuyursan?” Bilməməzlik nə cavan, nə qoca adam üçün üzürlü səbəb deyii və Allah qanununu pozanları bilməməzlik cəzadan azad etmir, çünki bu qanunun tam etibarlı şəhadətnaməsi, onun prinsip və tələbləri insanlara verilmişdir. Yalnız xoş niyyət bəsləmək kifayət deyildir; insanın xeyirxah hesab etdiyi, İbadətgah rəhbərinin ədalətli saydığı işlər görürsə də, yenə də kifayət deyildir. insan öz xilası məsələsini yalnız özü həll edir və buna görə o, Müqəddəs ‘Yazıları müstəqil surətdə özü öyrənməlidir. O, nə qədər əqidəsində möhkəm də olsa, kilsə xadimlərinin həqiqəti bilmələrinə heç bir şübhə etməsə də - bütün bunlar onun imanının əsası öla bilməz və olmamalıdır. Onun əlində, göyə ediləcək səyahətin xəritəsi var. Qarşıdakı yolun bütün mərhələləri və dönüş nöqtələri bu xəritədə göstərilmişdir və o, heç bir şeydə gümana əsaslanmamalıdır.iMQ 123.4

    Hər adamın ən birinci və yüksək borcu Müqəddəs Yazıları öyrənməkdir. Həqiqəti anlamaq və onun nurunu yaymaq, başqalarını da öz nümunəmizlə bu işə cəlb etmək - bizim borcumuzdur. Biz hər gün Müqəddəs Kitabı səylə tədqiq etməli, hər fikri götürqoy edib mətn parçalarını tutuşdurmalıyıq. Allahın köməyilə biz şəxsi nöqteyi-nəzərimizi müəyyənləşdirməliyik, çünki hər kəs Allah qarşısında özü özünə cavabdehlik daşıyır.iMQ 124.1

    Müdriklikdə ad çıxarmağa cəhd edən alimlər, Kitabda son dərəcə aydın çatdırılan həqiqətləri şübhə aJtına alaraq, onların mistik, sirli və insana anlanması guya mümkün olmayan sətiraltı mənasının olduğunu söyləyirlər. Bunlar “yalançı müəllimlər”-dirlər. isa peyğəmbər məhz belələrinə deyib: “Siz Yazıları və Allahın qüdrətini anlamadığınıza. görə, yanılırsınız. Elə deyilmi?” (Mark 12:24). Müqəddəs Kitabı necə yazılıb elə də başa düşmək lazımdır, əlbəttə rəmzi və məcazi mənalar istisna olunmaqla. Məsih vəd. etmişdir: “Kim Onun iradəsini yeritmək istəyərsə, öyrətdiklərimi biləcəkdir” (Yəhya. 7:17). İnsanlar Müqəddəs Kitabı yazıldığı kimi anlasaydılar və onun mətnlərinə təhriflərlə kölgə salan saxta müəllimlər olmasaydı, onda hal-hazırda. qäranlıqda yoldan azan min-min nəfərin artıq Məsih firqəsinə qoşulmasına mələklər göydə sevinərdilər.iMQ 124.2

    Allahın iradəsi və niyyətlərini dərk etmək məqsədini qarşımıza. qoyaraq, biz,insan imkanı çərçivəsində, ağlımızın bütün gücünü Müqəddəs Yazıların öyrənilməsinə həsr etməliyik. BunUnla belə, heç vaxt yaddan çıxarmaq olmaz ki, həqiqi şagird ruhu - uşaq inamı və sadəliyidir. Müqəddəs Kitabın çətin yerlərinin mənasını açmaq üçün, fəlsəfi məsələlərin həllində kara. gələn metodlardan istifädə etmək mümkün deyil. Müqəddəs Kitabı öyrənməyə başlayanlar, alimlərin çoxuna. xas olan özünə güvənmə hissindən azad olmalı və Allahdan, dua vasitəsilə, asılılıq hiss edərək, səmimi qəlbdən Onun idarəsini başa düşməyi arzulamalıdırlar. Biz öz məşğələlərimizə itaətli ürəklə və Böyük Haqdan bilik almaq istəy ilə başlamalıyıq. Əks təqdirdə şər qüvvələr bizim ağlımızı elə kor və ürəyimizi elə sərt edəcəklər ki, həqiqəti qəbul edə bilməyəcəyik.iMQ 125.1

    Müqəddəs Yazılarda alimlərə anlaşılmaz, yaxud əhəmiyyətsiz görünən yerlər az deyildir, lakin Məsih məktəbi şagirdi üçün bu yerlər nəsihət və təsəlli ilə doludur. İlahiyyətçi alimlərin bir çoxu Allah Sözünü çox səthi qavrayırlar, - səbəb budur ki, onlar, əməl etmək istəmədikləri həqiqətlərə göz yumurlar. Müqəddəs Kitab həqiqətlərinin dərk edilməsi, zehnin gücündən daha çox, salehliyə na.il olmaq niyyətinin səmimiliyi və qətiliyindən asılıdır. Müqəddəs Kitabı duasız öyrənmək olmaz. Yalnız Müqəddəs Ruh, dərk etməyə qadir olduğumuz şeyləri bizə başa saJar, yaxud açılması hələ mümkün olmayan həqiqətləri dərk etmək cəhdindən bizi saxlaya bilər. Mələklər bizim ürəklərimizi Allah Sözü ilə görüşə elə hazırlayırlar ki, Onun gözəlliyi bizi fəth etsin, xəbərdarlıqları qulaqda sırğa olsun, vədləri ürək-dirək versin. Zəbur surəsindəki dua, bizim duamız olmalıdır: “Qoy görə bilim, aç gözlərimi Sən, Tövratındakı xariqələrinə baxım mən” (Zəbur 118:18).iMQ 125.2

    Bəzən tamah basılmaz görünür, çünki dua edilməsi və Müqəddəs Kitabın öyrənilməsinə laqeydlik göstərildiyi üçün, şirnikdirilən adam Allahın vədlərini dərhal yada sala və şeytanı Müqəddəs Kitab silahı ilə qarşılaya bilmir. Lakin Allah nəsihətlərinə həvəslə qulaq asanları mələklər əhatə edir və böyük kədər dövrü gəldikdə, onlar lazım olan həqiqətləri himayə etdikləri adamın yadına salaCaqlar. Buna görə: “düşmən çay kimi gəlsə, Allahın üfürüyü onu qovar” (Yeşaya. 59:19).iMQ 126.1

    İsa peyğəmbər Öz şagirdlərinə söz vermişdir: “Fəqət Mənim ismimlə Atanın göndərəcəyi Yardımçı, Müqəddəs Ruh - O, sizə hər şeyi öyrədəcək və sizə söylədiyim hər şeyi sizə xatırladacaqdır” (Yəhya 14:26). Lakin Məsihin nəsihətləri əvvəlcə bizim şüurumuzda həkk olmalıdır ki, təhlükəli anda Allah Ruhu onları bizim yadımıza sala. bilsin. Davud deyir: “Və'dini qoymaram çıxsın ürəyimdən, Sənə qarşı günah etməyim deyə mən” (Zəbur 118:11).iMQ 126.2

    Əbədilik haqqında düşünənlər şəkk-şübhə ruhunu öz ürəklərinə yaxın buraxmamalıdırlar. Həqiqətin ən başlıca dayaqları tənqid atəşinə tutulacaq. Lağa qoyulmaqdan, müxtəlif yalançı əllaməlikləıdən, müasir inamsızlığın məkrli və yoldan eləyən təlimlərindən уаха qurtarmaq mümkün deyil. Hər birimiz üçün iblisin tovlama fəndi var. Savadı az olanı cəfəngiyyatla, qondarma ilə, lağbazlıqla başdan eləyir; savadlıların qarşısına elmi mübahisə və fəlsəfi nəzəriyyələr atır; lakin hər iki halda məqsəd Müqəddəs Kitaba qarşı şübhə, yaxud ən azı etinasızlıq oyadılmasıdır. Hətta təcrübəsiz gənclər belə, məsihçiliyin əsas müddəaları haqqında mübahisə etməkdən çəkinmirlər. Gənclərin bu inamsızlığı sadəlövhlük kimi qiymətləndirilsə də, bu, müəyyən mənfi təsir göstərir. Çoxları bu minvalla öz atalarının inamını lağa qoymağa. və xeyir-dua Ruhunu təhqir etməyə yönəldilirlər (İbranilərə 10:29). Allahı şöhrətləndirə və dünyaya fayda verə biləcək bir çox istedad nişanələrinə malik adamlar, allahsızlığın üfunətli nəfəsilə zəhərlənmişlər. Təkəbbürlü insan düşüncəsinə inanaraq, Allahın köməyi olmadan həqiqətə yetişib ilahi sirlərin öyrənilməsini mümkün hesab edənlər, iblisin toruna düşürlər.iMQ 126.3

    Biz bu dünyanın tarixinin ən məsuliyyətli dövrünü yaşayırıq. Yer sakinlərinin aqibəti tezliklə həll olunacaq. Bizim gələcəyimiz və başqa insanların xilası, bizim hansı yolu seçməyimizdən asılıdır. Biz Həqiqət Ruhunun rəhbərliyi və başçılığına möhtacıq. Hər bir Məsihin ardıcılı səmimiyyətlə axtarmalıdır: “Ya Rəbb, mənə nə etməyi buyurursan?” Biz oruc tutub dua oxumaqla Allah qarşısında itaətli olmalıyıq, təslim etməli, Onun Sözü, xüsusən axirət səhnələri üzərində dərindən düşünməliyik. Allah həqiqətlərində biz zəngin həyat təcrübəsi axtarmalıyıq.iMQ 127.1

    Biz bir anı belə itirə bilmərik. Bizim ətrafımızda böyük hadisələr baş verir; biz iblis tilsimlədiyi dünyada. yaşayırıq. Allah keşikçiləri! Yuxudan oyanın, çünki düşmən yaxınlıqda gəzib-dolaşır və siz, yorulub yuxuya getsəniz, həmin an hücum çəkib sizi məhv etməyə hazırdır.iMQ 127.2

    Çoxları özlərinin Allah qarşısındakı həqiqi vəziyyəti haqqında yanlış təsəvvürə malikdir. Onlar özlərini pis işlərdən saxlamaqla kifayətlənirlər, lakin unudurlar ki, Allah onlardan alicənab və xeyirxah işlər görməyi tələb edir. Allah bağının ağacı olmaq azdır. İnsanlar gərək bar gətirərək Allahın ümidini doğruldalar. İnsanlar Allahın qüvvətverici kəraməti vasitəsilə etməyə qadir olduqları vəzifələri yerinə yetirməmələrinə görə Onun qarşısında. məsuliyyət daşıyırlar. Göydəki kitablarda onlar barsız ağac kimi qeydə alınırlar. Lakin onların vəziyyəti hələ ümidsiz deyil. Allah Onun kəramətinə etinasızlıq göstərib, lütfündən üz döndərənlərə hələ müraciət etməkdədir: “Ey yatan, oyan və ölümdən diril və Məsih sənə işıq saçacaqdır. Beləliklə nə cür davrandığınıza diqqət verin,.. Hər fürsətdən istifadə edin, çünki günlər şərdir” (Efeslilərə 5:14-16).iMQ 128.1

    Sınaq vaxtı gələndə, Allah Sözünü öz həyat norması etmiş adamların hamısı üzə çıxacaq. Yay fəslində adi ağadarla. həmişəyaşıl ağaclar bir-birindən seçilmir, lakin soyuqlar düşüb boranlı qış gəldikdə, həmişəyaşıl ağaclar öz görkəmini dəyişmir, ba.şqa.la.rının isə yarpaqları tökülür. Beləcə də bu gün; zahirən dindar olan həqiqi inanandan seçilmir. Lakin bu gün, sabah vaxt gələcək, bu fərq aşkar olacaq. Mübarizə başlayan kimi, fanatizm və dini ayrıseçkilik yenidən özünü güclü surətdə göstərəcək; təqiblər başlayan kimi yarımçıqlar, dərin imanı olmayanlar sa.rsınaca.qla.r və öz dinindən dönəcəklər, lakin həqiqi Məsih ardıcılı qaya kimi möhkəm dayanıb duracaq; onun inamı əmin-amanlıq dövründə olduğundan daha möhkəm, ümidi daha işıqlı olacaqdır.iMQ 128.2

    Zəbur surəsində deyilir: “Axı öyüdlərin üzərində düşünürəm dərindən” (Zəbur 119:99). “Qaydaqanunlarından mən ağıl götürürəm, buna görə hər yanlış yola nifrət edirəm” (Zəbur 119:104).iMQ 129.1

    “Müdriklik axtaran insan bəxtiyardır”. “Çünki o, çeşmə yanında əkilmiş, köklərini axar suya sallamış ağaca bənzəyəcək; onun bürküdəh xəbəri olmaz; onun yarpağı həmişə yaşıldır və quraqlıq gəlsə də qorxusu yoxdur və həmişə bar gətirməkdədir” (İrməyə 17:8).iMQ 129.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents