Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    X. Mübarizənin sonu

    Min il başa çatdıqda Məsih yenidən yerüzünə qurtulmuşlar dəstəsinin və mələklər cərgəsinin müşayiəti ilə gələcəkdir. O sarsıdıcı əzəmətilə endiyi zaman, öz aqibətlərini qəbul etmək üçün bütün ölmüş natəmizlərə dirilməyi əmr edir. Onlar, külli miqdarda, dənizin qumları kimi saysızhesabsız qəbirlərdən çıxırlar. Onlar ilk dirilmədə dirilənlərdən necə də kəskin surətdə fərqlənirlər! Salehlərə ölməz gənclik və gözəllik nəsib olub! Kafirlər isə özlərində xəstəlik və ölüm daşıyırlar.iMQ 179.1

    Hər kəsin nəzəri Allahın Oğlunun şöhrətinə yönəldilib. Külli miqdarda natəmizlər bir səslə bağıraraq: “Rəbbin Adı ilə gələnə həmd olsun!” - deyirlər. Lakin onları bu sözləri deməyə məcbur edən İsaya qarşı olan məhəbbəti deyildir. Həqiqətin gücü onların ağzından qeyri-ixtiyari olaraq bu sözləri çıxardırdı. Natəmizlər qəbirlərinə - ora girdikləri günə qədər Məsihə qarşı həmin düşmənçilik, həmin hiddət və barışmazlıq ruhu ilə çıxırlar. Keçmiş həyatlarındakı qüsurlarını düzəltmək üçün lütfə ayrılmış zamanları bir daha olmayacaq. Bu heç nəyi dəyişməzdi. Qanunsuzluqlarla keçmiş həyatları onların ürəklərini itaətə gətirmədi. Və əgər lütf üçün zaman onlara yenidən bəxş olsa idi, onlar onu əvvəlki kimi - Allaha qarşı duraraq və Onun tələblərini yerinə yetirməkdən boyun qaçıraraq keçirərdilər.iMQ 179.2

    Məsih Öz dirilişindən sonra göylərə yüksəldiyi yerə və mələklərin Onun dönəcəyi haqda əhdini təkrar etdiyi yerə - Zeytun dağına çıxır. Peyğəmbər deyir: “Mənim Rəbb Allahım və Onunla bütün müqəddəslər gələcək” . “Və o günü Onun ayaqları Yerusəlim qarşısında şərqə doğru olan Zeytun dağında duracaq; və Zeytun dağı çox böyük vadi şəklində aralanacaq”. “Və Rəbb bütün yer üzünün Padşahı olacaq; o günü Rəbb vahid və Onun adı da - vahid olaca.qdır” (Zək. 14:5,4,9). Sonra gözqamaşdırıcı əzəmətilə göydən Yeni Yerusəlim endiyi zaman, o, bizim üçün təmizlənmiş və hazırlanmış yerə enəcək. Və Məsih Öz xalqı və mələkləri ilə birlikdə müqəddəs şəhərə girəcək.iMQ 180.1

    İndi şeytan Kainatda hökmranlığı naminə son böyük döyüşə hazırlaşır. İnsanları aldatmaq imkanından və gücündən məhrum olarkən iblis yazıq və məyus halda idi, lakin indi, kafirlərin dirilişi zamanı o gördü ki, onun tərəfində külli miqdarda adam var. Onun ümidləri canlanır və o, böyük mübarizədə təslim olmamaq qərarına gəlir. O, məhv olmuş ordunun hamısını öz ələmi altında aparacaq və onların köməyi ilə öz planını həyata keçirməyə cəhd göstərəcək. Kafirlər - onun əsiridir. Məsihi rədd edərkən onlar qiyamçıların başçısının hakimiyyətini tanıdılar və onun əmrlərinə və göstərişlərinə əməl etməyə hazırdılar. Lakin məkrli hiyləsinə sadiq qalaraq o, iç üzünü onlara. açmır. O özünü qanunsuz yolla malik olduqlarının əlindən alınmış, bu dünyanın tamhüquqlu hökmdarı kimi qələmə verir. O öz aldanmış rəiyyətinə xilaskar kimi təqdim olunarkən, onları inandırmağa. çalışaraq deyir ki, onlar onun gücü ilə qəbirlərdən çıxarılıb və indi o onları ən dəhşətli zülmkardan azad etmək niyyətindədir. Məsih olmadığı zaman şeytan öz iddialarının haqlılığını sübut etmək üçün möcüzələr yaradır. Zəifləri qüvvətləndirərək öz ruhu və enerjisi ilə hamını ruhlandırırdı. O, müqəddəslərin düşərgəsinə getməyi və hücumla. Allahın şəhərini ələ keçirməyi təklif edir. Bədxahlıqla. şadlanaraq o, saysız-hesabsız milyonlarla. ölülərdən dirilmişləri göstərərək bəyan edir ki, onların başçısı olaraq şəhəri yıxmaq və öz taxttacını və padşahlığını özünə qaytarmaq iqtidarındadır.iMQ 180.2

    Bu, saysız-hesabsız izdihamda bədnam olmuş mələklərin təsiri altına düşərək, öz bilik və vergilərini özlərinin yüksəlişinə həsr edən külli miqdarda Nuh əyyamından qalan uzun ömürlülər, nəhəng qəddiqamətli və böyük zehinə malik olan insanlar vardır. Bu insanlar incəsənətin şah əsərini yaratdılar, onların dahiliyi qarşısında. dünya. baş əyirdi, lakin öz qəddarlıqları və dəhşətli ica.dla.ri ilə onlar yeri murdarladılar, Allahın surətini təhrif etdilər və Rəbbi məcbur etdilər ki, onları yer üzündən silsin. Burada. bir çox xalqlara qalib gələn sərkərdə və padşahlar, heç bir döyüşdə məğlubiyyət bilməyən, yaxınlıqlərında.n pa.dşa.hlıqla.rı lərzəyə gətirən qürurlu və dikbaş döyüşçülər vardır. Ölüm onları dəyişmədi. Qəbirlərindən çıxarkən ölümlərindən əvvəl onları narahat edən şeylər barəsində düşünməyə davam edirdilər. Keçmişdə onları əhatə edən, nailiyyətlərinə qarşı оlan ehtirasları onları idarə edirdi.iMQ 181.1

    Şeytan öz mələkləri ilə və eləcə də o dünyanın padşahları, istilaçıları və güclüləri ilə məsləhətləşir. Öz güclərini və say üstünlüyünü dərk edərək onlar bəyan edirlər ki, şəhərin divarları arxasındakı qoşun onların gücü ilə müqayisədə çox azdır və ona qalib gəlmək mümkündür. Onlar Yeni Yerusəlimin şöhrət və vardövlətini ələ keçirmək planını qururlar. Və hamı o saat döyüşə hazırlanmağa başlayır. Mahir silah ustaları hərbi sursat hazırlamaqla məşğuldurlar. Öz qələbələri ilə ad-san qazanmış qoşun başçıları döyüşçüləri cərgəyə düzürlər.iMQ 182.1

    Nəhayət hücuma keçmək üçün əmr verilir və saysız-hesabsız qoşun dəstələri irəli çıxır. Yer üzündə müharibələr başlayandan bəri yer üzünün sərkərdələrində bütün dövrün gücünü birləşdirən belə bir ordu yox idi. Şeytan ən möhtəşəm fateh kimi irəlidə gedir və onun mələkləri bu son döyüş üçün bütün qüvvələrini birləşdirirlər. Onun sıralarında - padşahlar və döyüşçülər, ayrı-ayrı qoşunlara. bölünmüş saysızhesabsız insanlar var və onların hər birinin öz sərkərdəsi var. Tam hərbi niza.m-intiza.mla sıxlaşmış cərgələr qabarmış və xarab olmuş torpağın üstü ilə Allahın şəhərinə doğru hərəkət edirlər. İsanın əmri ilə Yeni Yerusəlimin qapıları bağlanır və şeytanın qoşunu hücuma hazırlaşaraq şəhəri mühasirəyə aJır.iMQ 182.2

    İndi isə Məsihin düşmənləri Onu yenidən görürlər. Uzaqda, şəhərin üzərində binövrəsi gözqamaşdırıcı qızıldan olan yüksək və göylərə ucalmış taxt-tac yüksəlir. Onun üstündə Allahın Oğlu, Onun əhatəsində isə - Onun Padşahlığının təbəələri oturur. Heç bir qələm və heç bir dil Məsihin gücü və əzəmətini təsvir etmək iqtidarında deyil. Atanın əbədi şöhrəti Oğulu əhatə edir. Onun işığı bütün şəhəri işıqlandırır və bu işıq darvazalardan keçərək öz nuru ilə bütün torpağı işıqlandırır.iMQ 182.3

    Taxt-tacın qarşısında vaxtı ilə can-başla şeytana xidmət eləyənlər də dayanmışdı, lakin digərləri də oddan çıxarılmış kösövə bənzər, qəlbən və səmimiyyətlə öz Xilaskarlarının ardınca getdilər. Onların ardınca - bütün məsihçi aləmi Allahın qanunlarına riayət edilməsini lazımsız bildiyi zaman, məsihçi kamilliyinə yalanlar və inamsızlıqlar içərisində nail olmuş insanlar; və sonra. - bütün əsrlər boyunca inamlarına görə milyonlarla şəhidlər dururdu. Və bunlardan başqa “hər millətdən, bütün qəbilələrdən, xaJqlardan və dillərdən olan, kimsənin saymağa qadir olmadığı böyük bir izdiham, ağ libas geyib, əllərində palma budağı taxtın və Quzunun qarşısında durublar” (Vəhy 7:9). Onlar mübarizəni qurtarıb qələbə çaldılar. Onlar həyatın sınaqlarından çıxdılar, belə ki, mükafata layiq görüldülər. Onların əlindəki palma budaqları - şadlıqlarının rəmzi, ağ libasları isə indi onlara da məxsus olan - Məsihin ləkələnməmiş salehliyini təcəssüm etdirirdi.iMQ 183.1

    Qurtulmuşlar göy qübbəsi altında əks-səda verən tərif nəğmələri: “Qurtuluş, taxtda oturan Allahımıza və Quzuya məxsusdur!” - deyərək oxuyurdular. Mələklərin səsi heyranlıqla bir-birinə qarışırdı. Qurtulmuşlar şeytanın gücü və qəzəbini gördükləri zaman başa düşəcəklər ki, ancaq Məsihin gücü onları müzəffər edə bilib. Bütün bu gözqamaşdırıcı saysızhesabsız qurtulmuşlar içərisində elə bir adama rast gəlmək mümkün deyil ki, xilasını özünə aid etsin və desin ki, qələbəyə öz gücü və comərdliyi sayəsində nail olub. Onların etdikləri və çəkdiyi əzabları barəsində heç bir söz deyilmir. Hər nəğmənin və himnin leytmotivi bu sözlər olacaqdır: Qurtuluş Allahımıza və Quzuya məxsusdur.iMQ 183.2

    Yerin və Göyün bir yerə toplaşmış sakinləri son dəfə olaraq Allahın Oğlunu öz Hökmdarları kimi qəbul edirlər. Və indi, ən yüksək möhtəşəmlik və qüvvə ilə əhatə olunmuş şahlar Şahı Onun idarə üsuluna. qarşı üsyan etmişlərin üzərində Öz hökmünü səsləndirir və Onun xalqına əziyyət verən və Onun qanunlarını pozan kəslərin üzərində ədaJətli hökmü yerinə yetirir. Allahın peyğəmbəri deyir: “Sonra böyük ağ bir taxt və onda Oturanı gördüm. Yer və göy Onun hüzurundan qaçdı; və onlar üçün bir yer tapılmadı. Və mən, ölüləri, böyükləri və kiçikləri taxtın qarşısında duran gördüm. Tumarlar açıldı və həyat kitabı olan başqa. bir tumar da açıldı. Ölülər, kitablarda yazılanlara əsasən, hər kəs öz əməllərinə görə məhkəmə olundu” (Vəhy 20:11,12).iMQ 184.1

    Qeydiyyat kitabı açılan kimi və İsanın nəzərləri günahkarlara yönələndə, onlar bir vaxtlar elədikləri bütün günahları xatırlayacaqlar. Onlar paklıq və müqəddəslik yolundan nə vaxt kənara çıxdıqlarını, qürur və müqavimət onları Allahın qanunlarını pozmaq üçün necə sövq etdiklərini görəcəklər. Sanki odlu qələmlə yazılmış olanlar, onların günah ilə özünü qane etmək vasitəsilə güzəşt etdikləri məftunedici tamah; xeyir-duaların düzgün istifadə edilməməsi; Allahın müjdəçilərinə qarşı həqarətli münasibətlər; onlar tərəfindən rədd edilmiş xəbərdarlıqlar; onların inadla tövbə etməmiş qəlblərinə dəyib parçalanmış İlahi mərhəmətin dalğaları kimi qarşısında duracaqdır.iMQ 184.2

    Taxtın üzərində çarmıx yüksəlir, aldatma və Adəmin yolunu azması və böyük xilas planının sonrakı hadisə səhnələri bir-birini əvəz edərək keçib gedir. Xilaskarın sadə doğuluşu; Onun itaətdə və sadəlikdə keçib gedən gəncliyi; Yordahda Onun vəftizi; səhrada oruc və imtahanları; Göyün ən qiymətli xeyir-dualarını insanlara açıb göstərmiş olan Onun xidməti; məhəbbət və mərhəmətli əməllərlə dolmuş günlər; dağlarda yalqızlıq içərisində dua və ayıqlıq gecələri; Onun yaxşılıqlarına əvəz olaraq paxıllıqla, nifrətlə və acıqla meydana gəlmiş sui-qəsdlər; bütün dünyanın məhvedici günahının yükü altında. Getsemaniyada sirli, dəhşətli əzablar; budur O, qaniçən xaJqin əlinə verilib; həmən dəhşətli gecənin qorxunc hadisələri budur ki, müqavimət göstərməyən, ən yaxın şagirdləri tərəfindən tərk edilmiş Onu - Məhbusu kobudcasına qabağa itələyərək Yerusəlimin küçələri ilə aparırdılar; camaat tərəfindən bədxah şadlıqla. Hannanın yanına gətirilən Allahın Oğlu baş kahinin sarayında mühakimə olunur; Pilatın məhkəməsində, qorxaq və qəddar Hirodun qarşısında O, lağa qoyulmuş, söyülmüş, əzab verilmiş və ölümə məhkum edilmişdir, - bütün bunların hamısını insanlar açıq aşkar görürdülər.iMQ 184.3

    indi isə lərzəyə gəlmiş xalq qarşısında son səhnə açılır - dözümlü Əzabkeş Öolqotaya gedir; Göylər Padşahı çarmıxda asılıb; dikbaş kahinlər və istehzaJı avam xalq Onun ölümqabağı əzablarını lağa qoyur; qeyri-adi qaranlıq; titrəyən yer, parçalanmış qayaların gurultusu, açılmış qəbirlər, dünyanın Xilaskarının ölüm anını bununla qeyd edirdi.iMQ 185.1

    Bu qorxunc mənzərə özünün bütün əsilliyi ilə göz qabağına gəlirdi. Şeytan, onun mələkləri və tərəfdarları öz əməllərinin mənzərəsindən gözlərini çəkə bilmirdilər. Və hər bir iştirakçı oynadığı rolu xatırlayır. İsrail Padşahını məhv etmək üçün Hirodun əmrilə Beyt-Lehemdə günahsız körpələr öldürüldü; vicdanında Vəftizçi Yəhyanın qanı olan alçaq Hirodias; şəraitə və zamana uyğunlaşmış iradəsiz Pilat; rişxənd edən əsgərlər; “Onun qanı bizə və bizim övladlarımızın üzərinə olsun”, - qışqıraraq deyən ağlını itirmiş xalq, rəislər və kahinlər, - onların hamısı öz günahlarının dəhşətliliklərini görürlər. Öz parlaqlığı ilə günəşin şöhrətinə üstün gələn, Onun üzünün İlahi möhtəşəmliyindən onlar nahaq yerə gizlənməyə cəhd göstərirdilər ki, bu zaman da qurtulmuşlar öz çələnglərini Xilaskarın ayaqlarına ataraq: “O məndən ötrü ölüb!” - deyə nida edirdilər.iMQ 185.2

    Saysız-hesabsız qurtulmuşlar içərisində Məsihin həvariləri də vardır. Burada cəsur Polad, alovlu Peter; sevən və sevilən Yəhya və onların təmizürəkli yoldaşları və onlarla birlikdə külli miqdarda şəhidlər vardır; divarın arxasında isə, onları təqib edən, həbsxanalara salan, onları öldürən, cürbəcür qüsur və əclaflıqla dolmuş olan kəslər vardı. Burada qəddar və əxlaqsız yırtıcı - Neron vardı. O, vaxtilə ələ saldığı kəslərin indi sevincini və xoşbəxtliyini görür və vaxtilə həmin kəslərin dəhşətli əzablarından şeytani həzz alardı. Eləcə də onun anası da buradadır - o, öz əməyinin bəhrəsini görür: axı onun Oğlu ondan xasiyyətinin müəyyən cizgilərini irsən almış, onun təsiri aJtında. olaraq, onun örnək olmasını rəhbər tutaraq dünyanı lərzəyə gətirən cinayətlər edib.iMQ 186.1

    Burada özlərini Məsihin elçiləri kimi qələmə verən papa xidmətçiləri və prelatlar var ki, işgəncələrlə, həbsxanalarla, tonqallarla Onun xalqının vicdanını əsarət altına alaraq əllərindən gələnləri edirdilər. Burada. özlərini Allahdan yüksək tutan və Tanrının qanunlarını dəyişmək hüququnu mənimsəyən təkəbbürlü papalar var. Kilsə ataları kimi adlandırılanlar Rəbbə boyun qaçırmaq istədikiəri hesabatı verməli olacaqlar. Çox gec onlar əmin oldular ki, Tanrı Allah - Öz qanununun Qayğıkeşidir, və O, heç bir vəchlə günahkara bəraət qazandırmır. İndi onlar görürlər ki, Məsih əzabkeşlərin tərəfindədir və Onun sözlərinin bütün gücünü dərk edirlər: “Madəm ki bunu ən kiçik qardaşlarımdan birinə etdiniz, Mənə etmiş oldunuz” (Matta. 25:40).iMQ 186.2

    Göylər idarəçiliyinə xəyanətdə ittiham olunan bütün günahkarlar, indi Allahın məhkəməsi qarşısında durublar. Onların müdafiəçisi yoxdur; onlar üçün bəraət yoxdur; və onlara əbədi ölüm hökmü çıxarılır.iMQ 187.1

    İndi hamıya. məlum olur ki, günahın cəzası - əbədi həyat və müstəqilliyin yüksək dərəcəsi deyildir, lakin əsarət, xarabalıq və ölümdür. Günahkarlar öz müqavimətlərinin nəticəsində nədən məhrum olduqlarını görürlər. Onlaratəklif olunan əbədi və üstün gələn şöhrətə nifrətlə yanaşdılar, lakin indi o, onlara necə də arzu olunan kimi görsənir! Məhv olmuş günahkar nidaeləyərək deyir: “Bütün bunları mən əldə edə bilərdim, lakin onu özümdən uzaqlaşdırılmasına yol verdim”. “Ah, dəhşətli korluq! Mən sülhü, xoşbəxtliyi və şərəfi məyusluğa, bədbəxtliyə və rüsvayçılığa dəyişdim!“. Hamı başa düşür ki, onları Göylərə ədalətli olaraq qoymadılar. Öz həyatları ilə onlar bəyan etdilər: “Biz istəmirik ki, bu adam-İsabizə padşahlıq etsin”.iMQ 187.2

    Günahkarlar məftun olmuş halda Allahın Oğlunun taxta oturmasına baxırlar. Onlar Onun əlində rədd etdikləri və pozduqları qərarlart, İlahi qanunun lövhəsini görürlər. Onlar qurtulmuşların tam heyranlıqla, sevinclə və məftunluqla səsini, eşidir və musiqinin mö'cüzəli səsi şəhərin darvazaları arxasında dayanan xalqa çatanda, hamı bir səslə ucadan deyir: “Ey Küll-İxtiyar Rəbb Allah! Sənin işlərin böyük və xariqul'adədir. Ey millətlərin Padşahı! Sənin yolların doğru və həqiqidir. Ya Rəbb!”, və uzanaraq həyatın Knyazına. səcdə edirlər.iMQ 187.3

    Məsihin şöhrətini və əzəmətini şeytan görəndə, sanki onu ildırım vurur. Vaxtilə qoruyucu mələk olan kəs haradan aşağı düşdüyünü xatırlayır. “Şəfəq Oğlu”, parlaq mələk, necə də dəyişib! O necə də süquta. uğrayıb! Vaxtilə hörmət qazandığı şuradan o, həmişəlik qovulmuşdur. O görür ki, indi Atanın qarşısında. Onun şöhrətilə kölgələndirilmiş digəri dayanıb. O, əzəmətli qaməti və möhtəşəm görkəmi olan mələyin Məsihin başına tacı necə qoyduğunu görür və bilir ki, bu yüksək şərəf ona - Lüsiferə məxsus ola. bilərdi.iMQ 188.1

    Allaha. qarşı narazılıq və Məsihə paxıllıq edənə qədər, onun malik olduğu günahsızlığının və təmizliyinin, daxili aləminin və məmnunluğunun iqamətgahı yadına gəlir. O mələklərin rəğbətini qazanmaq və öz tərəfınə çəkmək üçün ittihamlarını, üsyanını və əl atdığı cürbəcür hiyləgər fəndləri necə də heyranedici dəqiqliklə xatırlayır, - o zaman hələ Allah onu əhf edə bilərdi, lakin o, inadlıqla tövbə etməkdən boyun qaçırdı. Onun etdiyi hər bir şey gözləri önündən xəyalən gəlib keçir: insanlar arasında düşmənçilik; ölümlə nəticələnən dəhşətli davalar; padşahlıqların əmələ gəlməsi və dağılması; taxt-tacın devrilməsi və uzun zancirvari üsyanlar, münaqişələr və inqilabiar. O, Məsihin işinə daima müqavimət göstərmək və insanları günahın girdabında daha dərin batırmaq cəhdlərini xatırlayır. O, onun cəhənnəm sui-qəsdlərinin İsaya etibar edən kəslərin məhv edilməsində gücsüz olduğunu gördü. Və, öz padşahlığına, öz əməyinə nəzər salarkən, şeytan ancaq məğlubiyyət və fəlakət görür. O, bu külli miqdarda xaJqı Allahın şəhərinin asan qənimət olacağına inanmağa məcbur etdi, lakin bunun yalan olduğunu o bilirdi. Dəfələrlə o, bu böyük mübarizədə məğlubiyyətə uğrayır və geri çəkilməyə məcbur olurdu. Və eləcə də ona Əbədinin əzəməti və gücü yaxşı tanış idi.iMQ 188.2

    Böyük üsyançı həmişə qarşısında - təmizə çıxmaq və üsyana görə bütün məsuliyyəti Allahın idarəsinin üzərinə qoymaq məqsədini güdürdü. Bunun üçün o, öz qüvvətli zehninin bütün gücünü toplayırdı. Ətraflı düşünərək, ardıcıl surətdə işləyərək və qəribə müvəffəqiyyət əldə edərək, o, əsrlərlə davam edən bu mübarizə xüsusunda. nöqteyi-nəzərini külli miqdarda insanlara qəbul etdirməyə vadar edirdi. Minilliklər ərzində bu böyük konspirator həqiqəti yalanla. qəsdən dəyişdirirdi. Lakin vaxt gələcək onun qiyamının sonu gələcək və şeytanın mətləbi və niyyəti aşkar olacaq. Bu böyük yalançı sonuncu cəhdi ilə Məsihi taxttacından məhrum etmək, Onun xaJqını məhv etmək və Allahın şəhərini ələ keçirməklə özünü tamamilə ifşa edir. Onunla birləşmiş olanların hamısı öz niyyətlərinin tam iflasa uğramasını görürlər. Allahın idarəsinə qarşı şeytanın fitnə-fəsadları Məsihin ardıcıllarına və sədaqətli mələklərə aşkar olur. Və hamı ona. nifrət hissi bəsləyir.iMQ 189.1

    Şeytan gördü ki, onun özbaşına. qiyamı onun Göydə olmasını imkansız etdi. O, Allaha qarşı mübarizədə öz gücünü inkişaf etdirirdi; Göydə olan ahəngdarlıq, paklıq və əmin-amanlıq onun üçün ən yüksək dərəcədə əzab olardı. Onun Allahın mərhəmətinə və ədalətinə qarşı olan ittihamları indi susdurulur. Allaha yönəltdiyi tə'nələr tamamilə onun özünə yönəldi. İndi şeytan başını əyib və ona çıxarılmış hökmün ədalətli olmasını e'tiraf edir.iMQ 189.2

    “Ya Rəbb! Kim qorxmayacaq və Sənin ismini izzətləndirməyəcəkdir? Çünki yalnız Sən müqəddəssən, zira bütün millətlər gələcək və Sənin önündə səcdə edəcəklər, çünki Sənin adil işlərin izhar olundu” (Vəhy 15:4). Uzun mübahisələrin mövzusu olan həqiqət və yanılmaların bütün sualları indi aydın olur. Bütün yaradılmış ağıllı məxluqatın gözləri önündə qiyamın aqibəti, İlahi göstərişlərin rədd edilməsinin nəticəsi açılıb göstərilir. Bütün Kainat şeytanın idarə etməsinin nəyə gətirib çıxardığını və Allahın idarə etməsinin isə nəyə gətirib çıxardığını görür. Şeytan öz işləri ilə məhkum olunur. Allahın müdrikliyinə, Onun ədalətinə və rəhmdilliyinə haqq qazandırıldı. Hamı başa düşəcək ki, bu böyük mübarizədə Özünün bütün fəaliyyətində, Öz xalqı üçün və eləcə də Onun tərəfındən yaradılmış bütün aləmlər üçün O, əbədi rifah məqsədini güdürdü. “Rəbdir əbədi hökmranlıq edən, ey Sion, Allahındır nəsillərcə hökm verən! Həmd olsun Rəbbə” (Zəbur 146:10). Günahın tarixi daima şəhadətlik edəcək ki, Rəbbin yaratmış olduğu bütün məxluqların xoşbəxtliyi Allahın qanununa riayət edilməsindən ayrılmazdır. Bu böyük mübarizənin aşkarlığı qarşısında bütün Kainat, Allaha sədaqətli olanlar və qiyamçılar bir səslə etiraf edəcəklər: “Ey millətlərin Padşahı! Sənin yolların doğru və həqiqidir”.iMQ 190.1

    Bütün Kainata insan naminə Ata və Oğul tərəfindən gətirilmiş böyük qurban aydın göstərilmişdi. Məsihin - Ona layiqli olan yerin tutulması vaxtı gəlib çatıb. O bütün rəhbərlərdən, hakimiyyətlərdən və hər bir addan üstün olaraq şöhrətləndirilmişdir. Bir çox oğulları şöhrətə gətirmək sevinci naminə - O, çarmıxa dözdü və rüsvayçılıqdan qorxmadı. Və hərçənd O, ağlasığmaz dərəcədə əzab və rüsvayçılığı yaşasa da, Onun sevinci və şöhrəti - müqayisə edilməz dərəcədə yüksəkdir. O, qurtulmuşlara, onlarda bərpa olunmuş Öz surətinə, ilahiliyin kamil möhürünü daşıyan hər bir ürəyə, öz Padşahına bənzəyən hər bir simaya baxır. O, məmnunluqla onlarda Onun qəlbinin etdiyi fədakarlıq bəhrələrini görür. Sonra isə bütün möminlər və günahkarlar Onun sözlərini eşidirlər: “Mənim qanımla qurtulmuşlar bunlardır! Onlara görə əzab çəkib, onlardan ötrü öldüm ki, onlar əbədiyyən Mənimlə bir yerdə olsunlar”. Və taxt-tacın qarşısında ağ libaslarda dayanmış qurtulmuşlar mədhiyyə oxuyurlar: “Boğazlanmış Quzu, qüdrəti və sərvəti, hikməti və qüvvəti,. hörməti, izzəti və bərəkəti almağa layiqdir” (Vəhy 5:12).iMQ 190.2

    Hərçənd şeytan Allahın ədalətini və Məsihin ali hakimiyyətini etiraf etməyə məcbur olsa da, onun mətləbi dəyişməz qalır. Qüvvətli axına bənzər hiddət ruhu yenidən onu bürüyür. Qəzəblə dolu, o, böyük mübarizədə təslim olmamaq qərarına gəlir. Göylər Padşahı ilə son şiddətli mübarizə anı gəlib çatdı. O, öz təbəəsini cəngəlliyə ataraq onları öz qəzəbi ilə ruhlandırmağa və dərhal mübarizəyə girmək üçün inandırmağa çalışır. Lakin üsyana onun tərəfindən cəlb olunmuş saysız-hesabsız milyonlardan başqa heç kim onun ali hakimiyyətini bir daha tanımır. Onun hakimiyyətinin sonu gəldi. Şeytan kimi günahkarlar da Allaha qarşı nifrətlə doludurlar, lakin onlar görürlər ki, onların işləri ümidsizcəsinədir və onlar Allaha. üstün gələ bilməzlər. Şeytana. və onun ortaqlarına. qarşı hiddətlə alovlanaraq onlar iblisanə azğınlıqla onların üstünə atılırlar.iMQ 191.1

    Rəbb deyir: “Madəmki sən ağlını Allahın ağlı ilə bir səviyyədə qoydun, budur, Mən sənin üzərinə yadelli, millətlərin yırtıcılarını gətirəcəyəm, və müdrikliyinin gözəlliyinə qarşı qılınclarını sıyıracaqlar, və sənin parlaqlığını murdar edəcəklər; səni qəbirə endirəcəklər”. “Mən səni murdar şey kimi Allahın dağından atdım; və səni, kölgə salan mələyi alovlu daşlar arasında qovdum... Mən səni yerə yıxacağam, padşahlar qarşısında rüsvay edəcəyəm... Mən bütün səni görənlərin gözü qarşısında səni yer üzündə külə döndərəcəyəm... sən bir dəhşət olacaqsan; və əbədiyyən sən olmayacaqsan” (Yezekiel 28:7,8,1619).iMQ 192.1

    “Zira müharibə zamanı döyüşçülərin bütün ayaqqabıları və al qana bulaşmış libasları yandırılacaq, atəşə yem olacaq”. “Zira Rəbbin qəzəbi bütün xaJqlara, və Onun hiddəti onun döyüşçüləri üzərinədir. O, onları ovsunladı, onları boğazlanmağa verdi”. “Yağdırdığı odlu közlər, kükürdlər bürüyəcək pisləri, kasalärının payı olacaq səmum yeli” (Yeşaya 9:5,34:2; Zəbur 11:6). Atəş göydən Allah tərəfindən yağır. Yer aralanır və onun dərinliklərində gizlənən silah çıxarılır. Bütün dərinliklərdən məhv edən atəş çıxır. Hətta qayalar - onlar da. yanırlar. Soba kimi alovlanan gün gəldi. Təbiət qüvvələri, yer və onun üzərindəki işlər aJovlanan oddan əriyirlər (bax. Məlaki 4:1; 2 Peter 3:10). Bütün yer üzü bir əridilmiş kütlə kimi, böyük qaynayan aJovlu dəniz kimi görünür. Məhkəmə və günahkarlar üçün ölüm günü gəldi, “Rəbbin qisas günü, Siona görə əvəz il var” (Yeşaya 34:8; Məs. 11:31).iMQ 192.2

    Günahkarlar öz cəzalarını yerdə aJacaqlar (Məs.11:31). “Soba kimi yandıran o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaqlar. Gələn o gün onları yandıracaq” (Məlaki 4:1). Biriləri o an məhv olacaq, digərləri isə bir çox gün əzab çəkəcəklər. Hamı öz əməlinə görə cəzalandırılacaq. Möminlərin günahı şeytanın üzərinə qoyulacaq və buna görə də o, ancaq öz qarşı durmasına görə deyil, lakin Allahın xalqını günaha sövq etdiyinə görə də əziyyət çəkməlidir. O, onun tərəfindən tovlanmışlardan daha ciddi şəkildə cəzalandmlacaq. Onun tərəfindən aldanmış olanların hamısı məhv olandan sonra, o hələ də yaşayacaq və əzab çəkəcək. Təmizləyici odda günahkarlar - kök və budaqlar tamamilə məhv olacaq; şeytan - kök, onun ardıcılları isə - budaqdırlar. Qanun pozğunluğuna görə tam cəzalandırılma yerinə yetdi; ədalətin tələbləri tə'min edildi, Yer və Göy Allahın doğruluğunu etiraf edirlər.iMQ 192.3

    Şeytanın məhvedici işinə həmişəlik son qoyuldu. Altı min il ərzində o, yer üzərini bəla ilə dolduraraq və bütün Kainata əzab verərək özbaşına hərəkət edirdi. Bütün məxluqlar ağrıdan inildəyib əzab çəkirdi. Indi Allahın məxluqları əbədi olaraq onun iştirakından və tovlamalarından qurtulmuşdular. “Bütün dünya dincəlir, istirahət edir, sevincindən qışqırır” (Yeşaya 14:7). Bütün məğlub olmamış Kainat tə'rif söyləyib şadlıq eləyir. “Və sanki böyük bir izdihamın səsini, bir çox suların təlatümünü, qüvvətli göy gurultularının səsini eşitdim; onlar deyirdilər: “HaJeluya! Çünki KüllİXtiyar Rəbb Allahımız padşahlıq edir!” (Vəhy 19:6).iMQ 193.1

    Məhvedici alov yer üzünü bürüyən zaman, möminlər müqəddəs şəhərdə, tam təhlükəsizlikdə olacaqlar. Birinci dirilmənin iştirakçıları üzərində ikinci ölümün hakimiyyəti yoxdur. Əgər günahkarlar üçün Allah məhvedici oddursa, Öz xalqı üçün isə O, “Günəş və Qalxandır” (Vəhy 20:6; Zəbür 83:12).iMQ 193.2

    “Sonra mən, yeni bir səma və yeni bir yer gördüm. Zira əvvəlki səma. və əvvəlki yer keçdi” (Vəhy 21:1). Günahkarları məhv edən od, yer üzünü də təmizləyir. Hər bir lənətin izi kənarlaşdırılır. Əbədi yanän cəhənnəm qurtulmuşlara günahın qorxunc nəticələrini heç vaxt xatırlätmayacaq.iMQ 194.1

    Əbədi ancäq bir şey qalacaq: ‘Xilaskarımızın bədənindəki çarmıx izləri. Onun qanamış alnındakı, böyüründəki, əlləri və ayaqlarındakı yaralar günahın qəddarlığr haqda yeganə xatırlatma olacaq. Məsihin izzətinə nəzər salaraq peyğəmbər deyir:’ “Əlindən şüalar çıxır, və gücünün gizli yeri oradadır!” (Həvarilərin işləri 3:4). İnsanı Allahla barışdıran, deşilmiş böyründən şırnaqla axan al qan, - budur Xilaskarın izzəti, “Onun gücünün sirri” - buradadır.; Bağışlanma qurbanı vasitəsilə “xilas etmək üçün güclü” olan O, Allahın mərhəmətini rədd edənlərin üzərində hökmü icra edə bilər. Və Onun alçaqlığının riişanı - Onun ən yüksək ləyaqətidir, və sonsuz əsrlər boyu Qolqota yaraları Onu şöhrətləndirəcək və Onun gücü haqda təbliğ edəcək.iMQ 194.2

    “Sən, ey sürünün qülləsi, Sion qızının uca yeri, sənə əvvəlki hakimiyyət qayıdacaq, Yerusəlim qızının səltənəti gələcək” (Mika 4:8). İlk ər-arvadın Ədəmə gedən yolunu odlu qılıncla kəsən vaxtdan bəri bütün müqəddəs ərlərin gözlədiyi, həsrəti çəkilən saat - “Allahın Öz mülkünün qurtuluşu” (Efeslilərə 1:14) zamanı gəlib çatıb. Başlanğıcda insanın sahibliyinə verilmiş, lakin o, onu şeytana güzəştə getmiş və bu qədər zaman ərzində bu əzəmətli düşmənin hakimiyyətində olmuş torpağı böyük qurtuluş planı yenidən insana qaytarır. Günahla itirilmiş hər bir şey qaytarılır. “Zira. dünyanı düzəldən və onu yaradan, onu bərqərar edən və onu əbəs yerə yaratmayan. yaşayış üçün onu düzəldən Rəbb belə deyir” (Yeşaya 45:18). Qurtulmuşların əbədi evi olan zaman dünyanı yaradan vaxt Allahın başlanğıc niyyəti yerinə yetirilir. “Salehlər ölkəni mülk tək alacaq, onlar orada əbədi məskən salacaq” (Zəbur 37:29).iMQ 194.3

    Gələcək müqəddəslərin mirası son dərəcə alçaldılmış şəkildə görünəcəyindən ehtiyat edərək, bir çoxları bizim gələcək vətənimizə öz evimiz kimi baxmağa imkan verən bu həqiqətlərə belə, yaJnız ruhi şərh verməyə cəhd göstərirdilər. Məsih öz şagirdlərinə vəd edib ki, O gedib Atasının evində onlar üçün yer hazırlayacaq. Allah Kəlamının təlimini qəbul edən kəslər səmavi məskən haqda tam məlumatsız olmayacaqlar. Və yenə də: “Allahm Onu sevənlər üçün hazırladığı şeyləri, nə göz görmüş, nə qulaq eşitmiş və nə də insanın ürəyi duymuşdur” (1 Korinflilərə 2:9). Insanın dili salehlərin mükafatını təsvir etmək iqtidarında deyildir. O, ancaq onu görənlər üçün anlaşılan olacaq. Heç bir dardüşüncəli idrak Allahın cənnətinin şöhrətini dərk etmək iqtidarında deyil.iMQ 195.1

    Müqəddəs Kitabda qurtulmuşların mirası “vətən” adlandırılır (İbranilərə 11:14-16). Orada Səmavi Çoban Öz qoyunlarını dirilik suyunun mənbəyinə aparır. Orada. həyat ağacı hər ay öz barını gətirir, və onun yarpaqları xaJqın xeyrinə xidmət eləyir. Orada billur kimi təmiz, əbədi çaylar axır, və onların yaninda böyüyən ağaclar Rəbdə qurtulmuş olanlar üçün hazırlanmış cığırlara öz kölgələrini salırlar. Orada geniş vadilər yumşaqlıqla gözəl təpələrə keçir və Allahın dağları öz zirvələrini yuxarı qaldırır. Və orada, əmin- amanlıq vadilərində, dirilik sularının sahilində Allahın xalqı - yorğun yurdsuzlar və yolçular - nəhayət öz Vətənlərinə sahib olacaqlar.iMQ 195.2

    “O zaman Mənim xalqım əmin-amanlıq yurdunda və təhlükəsiz məskənlərdə, və rahat yerlərdə yaşayacaq”. “Artıq yurdunda zorakılıq, məmləkətində - xarabazarlıq və səfalət eşidilməyəcək; divarlarını qurtuluş və qapılarını şükür adlandıracaqsan; və evlər tikəcəklər və onlarda yaşayacaqlar, və üzümlüklər əkəcəklər və onların meyvələrini yeyəcəklər. Tikməyəcəklər ki, başqası yaşasın, əkməyəcəklər ki, başqası yesin... və seçdiklərim öz əllərinin işləri ilə uzun müddət faydalanacaqlar” (Yeşaya 32:18; 60:18; 65:21,22).iMQ 196.1

    Orada “səhra və qurumuş yer şadlanacaq, və məskun olmayan ölkə sevinəcək, və nərgiz kimi çiçəklənəcək”. “Çaqqal gavalısının yerinə sərv ağacı böyüyəcək; kicitkənin yerinə mərsin yetişəcək”. “Və qurd quzu ilə yaşayacaq, və bəbir çəpişlə yatacaq... və kiçik uşaq onları gəzdirəcək” (Yeşaya 35:1; 55:13; 11:6,9).iMQ 196.2

    Göydə qəm-qüssə ola bilməz. Orada bir daha göz yaşı, dəfn mərasimləri, acı hönkürtülər olmayacaq. “Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi” (Vəhy 21:4). “Və oradakı sakinlərdən heç biri: “Xəstəyəm” deməyəcək; orada yaşayan xalqın günahları bağışlanacaq” (Yeşaya 33:24).iMQ 196.3

    Orada Yeni Yerin şöhrətlənmiş paytaxtı, Yeni Yerusəlim, “Rəbbin əlində gözəllik tacı, və Allahının əlində şahlıq çələngi” vardır. “Oranın nuru, billurlaşan yəşəm daşına bənzər çox qiymətli daşa oxşayırdi”. “Millətlər onun işığında yeriyəcəklər; və dünyanın padşahları öz izzətlərini onun içinə gətirəcəklər”. Rəbb deyir: “Yerusəlimlə sevinəcəyəm və xalqımlaiMQ 196.4

    şadlanacağam”. “Budur, Allahın çadırı insanlarla bərabərdir və o, onlarla bərabər yaşayacaq. Onlar Onun xalqı olacaq və Allahın Özü onlarla olacaqdır” (Yeşaya 62:3; Vəhy 21:11,24; Yeşaya 65:19; Vəhy 21:3).iMQ 197.1

    Allahın şəhərində “gecə olmayacaq”. Heç kəsin istirahətə ehtiyacı olmayacaq və yaxud onun arzusunda olmayacaq. Allahın iradəsini yerinə yetirmək və Onun adını izzətləndirmək yorğunluq gətirməyəcək. Biz həmişə sonsuz səhərin təravətini hiss edəcəyik. “Gecə də artıq olmayacaq və nə çırağın, nə də günəşin işığına ehtiyacları olacaq, çünki Rəbb Allah onlara nur verəcək” (Vəhy 22:5). Günəş şüalarını bir çox dəfə günorta işığının parlaqlığına üstün gələn, xoşagələn mülayim parlaqlıq əvəz edəcək. Allahın və Quzunun izzəti müqəddəs şəhəri sönməz işıqla doldurur. Qurtulmuşlar əbədi günün izzətində gəzirlər, hərçənd o, günəşdən gələn nur deyildir.iMQ 197.2

    “Bu şəhərdə məbəd görmədim, çünki onun məbədi Küll-İxtiyar Rəbb Allah və Quzudur” (Vəhy 21:22). Allahın xalqı Ata və Oğulla azad və açıq ünsiyyət üstünlüyünə malik olacaqlar. “İndi biz, sanki güzgüdə görər kimi xəyalən görürük” (1 Korinflilərə 13:12). Biz Allahın surətini təbiətin xəlq olunmuşlarında və Onun insanlarla münasibətində güzgüdə əks olunmuş kimi görürük, lakin o zaman biz Onu üz-üzə görəcəyik, aramızda pərdə olmayacaq. Biz Onun qarşısında dayanacağıq və Onun simasının izzətini görəcəyik.iMQ 197.3

    Orada. qurtulmuşlar onlar dərk olunduqları kimi dərk edəcəklər. Allahın Özünün insanın qəlbində yerləşdirdiyi incə məhəbbət hissi və şəfqət, orada. həqiqətən ən gözəl surətdə ifadə ediləcək. Müqəddəs varlıqlarla təmiz ünsiyyət, öz libaslarını yuyub və Quzunun qanı ilə ağardan bəxtiyar mələklərin və əsrlərin sadiq olanlarının mühitindəki ahəngdar həyat, “göylərdə və yer üzündə hər ailəni” (Efeslilərə 3:14) bir yerə bağlayan müqəddəs tellər - bütün bunlar qurtulmuşların xoşbəxtliyini təşkil edəcək.iMQ 197.4

    Orada ölməz idrak ayıq heyranlıqla yaradıcılıq gücünün möcüzəsini və bağışlama. məhəbbətinin sirrini dərk edəcək. Orada Allahı unutmaq üçün yoldan çıxaran qəddar azdıran-düşmən olmayacaq. Bütün qabiliyyətlər inkişaf edəcək, hər bir istedad artacaq. Əldə edilmiş biliklər həddindən artıq zehni yorğunluğa. və ya. həyati vacib qüvvələrin tükənməsinə gətirib çıxarmayacaq. Orada ən möhtəşəm layihələri yerinə yetirmək olar: ən yüksək təşəbbüsləri, ən cəsarətli planları həyata keçirmək olar; lakin bundan sonra da. fəth edilən yeni zirvələr; heyranlıq doğuran yeni möcüzələr; dərk olunası yeni həqiqətlər; can, bədən, ağıl, güc tələb edən yeni obyektlər olacaq.iMQ 198.1

    Allahın qurtulmuş xalqı qarşısında tədqiq etmək üçün Kainatın bütün sərvətləri açılacaq. Ölümün buxovundan azad olaraq, onlar usanmaz düşüncələrini uzaq dünyalara, insanın dərdlərini görərək dərindən kədərlənən və hər bir canın xilasını şən mədhiyyələrlə salamlayan dünyalara yönəldəcəklər. Son dərəcə güclü sevinclə yer üzünün uşaqları müzəffər varlıqların fərəhinə və müdrikliyinə qoşulurlar. Onlar bir çox əsrlər boyunca Allahın işlərini görərək əldə etdikləri bilik və müdrikliklərinin sərvəti ilə onlarla bölüşəcəklər. Aydın nəzərlə onlar xəlq olunmuşların izzətini - qoyulmuş qaydada Allahın taxttacının ətrafında. fırlanan günəş, ulduz və səma sistemini görəcəklər. Kiçikdən böyüyə qədər bütün yaranmışların üzərində Yaradıcının adı həkk olunub və hər şey özündə Onun gücünün dövlətini açır.iMQ 198.2

    Əbədiliyə gedən illər Allah və Məsih haqqında daha. dərin və şərəfli həqiqətləri açacaqlar. Və bilik çoxaldıqca. məhəbbət, ehtiram və xoşbəxtlik də artacaq. İnsanlar Allahı daha çox dərk etdikcə, Onu daha çox yüksəldəcəklər. İsa qurtuluşun varını və şeytanla böyük məhəbbətlə alışacaq, və daha. böyük coşğunluqla. onlar qızıl arfalarda çalacaqlar, və saysızhesabsız minlərlə səslər möhtəşəm mədhiyyə xoruna qoşulacaq.iMQ 199.1

    “Və mən, göydə və yer üzündə, yerin altında və dənizin üstündə olan bütün şeylərin: “Taxtda Oturana və Quzuya əbədi olaraq bərəkət və hörmət, izzət, və qüdrət olsun” - dediklərini eşitdim” (Vəhy 5:13).iMQ 199.2

    Böyük mübarizə sona yetdi. Günah və günahkarlar yoxdur. Bütün Kainat təmizdir. Bütün saysız-hesabsız məxluqlar razılıq və fərəhlə doludur. Hüdudsuz fəzanın hər tərəfinə hər şeyi Yaradandan həyat axını, nur və sevinc axır. Ən xırda atomdan ən böyük kainat sisteminə qədər - bütün canlı və cansızlar öz gözəlliyi və mükəmməl sevinci ilə bəyan edir: “Allah məhəbbətdir”.iMQ 199.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents