Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    VIII. Kədər dövrü

    Ovaxt sənin xalqının övladlarına arxa duran, qüdrətli knyaz Mikayıl zühur edəcək; və insanlar yaranandan bu günə “kimi misli görünməmiş agır bir dövr başlayacaq; lakin bu zaman sənin xalqından, adları kitaba yazılmış tapılanların hamısı xilas olacaqlar” (Dan. 12:1).iMQ 130.1

    Üçüncü mələk xəbərdarlığını verib qurtardıqda, Allah lütfü günahkar yer sakinlərinin üzərindən çəkiləcəkdir. Allahın xalqı öz işini başa çatdırmışdınonlar “Allah verdiyi neməti” “son yağış”-ı aJmışlar və qarşıdakı sınaq saatına. hazırlaşmışlar. Göydə mələklər hərəsi bir yana tələsir. Yer kürəsindən qayıdan mələk elan edir ki, o, artıq öz işini qurtarmışdır. Dünya son sınağa. çəkilmiş və Allah qanunlarına sadiqlik göstərənlərin hamısı “Allah möhürü” ilə möhürlənmişlər. Bu vaxt İsa. Məsih göydəki Müqəddəs Yerdə Öz vasitəçilik xidmətini tamamlayır. O, əllərini yuxarı qaldıraraq ucadan: “Tamamlandı”deyir. Onun təntənəli tərzdə ərz etdiyi: “Haqsızlıq edən, bir də haqsızlıq etsin. Murdar olan, bir də murdar olsun. Saleh isə, yenə saleh işlər görsün. Müqəddəs də, bir də müqəddəs olsun” (Vəhy 22:11) - sözlərini eşitdikdə, bütün göy ordusu öz taclarını başlarından götürür. Hər kəsin taleyinə nə düşdüyü - həyatmı ya. ölümmü - artıq həll olunub. Məsih Öz xalqının barışdırılması üçün gördüyü işi qurtarmış, onların günahlarını silib-hamarlamışdır. Onun təbəəsinin sayı çoxalmışdır; “Bütün aləmdə səltənət və hakimiyyət, və şahanə əzəmət” xilasa varis olanlara veriləcək və İsa Məsih bu aləmdəki şahların Şahı olacaqdır.iMQ 130.2

    Məsih Müqəddəs Yeri tərk etdikdə yer üzü zülmətə qərq olacaq. Bu dəhşətli zamanda salehlər müqəddəs Allahın önündə Vasitəçisiz yaşamalı, olacaqlar. Günahkarları pis yoldan çəkindirən heç bir qüvvə olma.ya.caq və tövbə etməmişlər bütövlüklə iblisin ixtiyarı altına. düşəcəklər. Allahın səbr kasası artıq dolmuşdur. Bəşəriyyət Onun lütfündən nankorluqla. üz döndərdi, məhəbbətini cavabsız qoydu və Onun qanunlarmı pozdu. Günahkarlar üçün lütf dövrü qurtarmışdır. İnadkarlıqla. eşitmək istəmədikləri Allah Ruhu. nəhayət onlardan uzaqlaşdı. Allah lütfünün himayəsindən məhrum olaraq onlar qəddar düşmənin əlinə keçmişlər. Bu zaman iblis yer sakinlərini son böyük bəlaya. düçar edəcək. Allah mələkləri insan ehtiraslarının şiddətli küləklərini saxlamaqdan əllərini çəkdikdə, bütün düşmən qüvvələr azğınlaşacaq. Bütün dünya, qədim Yerusəlim düçar olduğu bəladan dahaağırfəlakətə uğrayacaq.iMQ 131.1

    Tək bir nəfər Mələk, Misir ailələrində ilkin doğulmuşların hamısının məhv etməklə bütün o torpağı matəmə batırdı. Davud peyğəmbər, xalq arasında. siyahıya alma tədbiri aparmaqla Allah qarşısında günaha batdıqda, tək bir mələk dəhşətli dağıntı törətmişdi. Müqəddəs mələklər Allahın izniylə günahkarları məhv edirdilər - beləcə də cinlər, Allah yol verəndə - yer üzündə dağıntılar törədəcəklər. Qara qüvvələr yeri viran etmək üçün artıq hazırdılar və yalnız Allahın izn verməsini gözləyirlər.iMQ 131.2

    Allah qanununu saxlayanlar artıq təqsirləndirilmişlər və indi onlara - bəşəriyyəti müsibətlərə düçar edən dəhşətli təbii fəlakətlərin, düşmənçiliyin və qanlı toqquşmaların səbəbkarları kimi baxacaqlar. Son xəbərdarlığı müşayiət edən Müqəddəs Ruhun qüvvəsi mürtədləri özündən çıxaracaq və bu xəbərdarlığı qəbul edənlərə qarşı onların qəzəbi artacaq, iblis isə düşmənçilik və təqib ruhunu daha da qızışdıracaqdır.iMQ 132.1

    Allah yəhudi xaiqını tərk eləyəndə və Onun yeri boş qaldıqda kahinlərin və xalqın bundan xəbəri yox idi. Ən dəhşətli və məhvedici ehtiraslara qurşanaraq, bütövlüklə iblisin təsiri altına düşdüklərinə baxmayaraq, onlar hələ də özlərini Allahın seçilmiş xaJqı hesab edirdilər. Məbəddə dini mərasimlər davam edir, murdar olunmuş qurbangahda qurbanlar kəsilir və hər gün Allahdan bu xalqa xeyir-dua istənilirdi; o xalq üçün ki, Tanrı Oğlunun müqəddəs qanını tökmüş, Onun ardıcıllarını və həvarilərini isə təqib edib öldürməkdəydi. Beləcə də göydəki Müqəddəs Yerdə son qəti qərar çıxarıldıqda və dünyanın taleyi birdəfəlik həll olunanda, yer üzünün sakinlərinin bundan xəbəri olmayacaq. Allah Ruhundan məhrum olmuş xalq əvvəlki qaydada dini mərasim və adətlərini icra edəcək. Şər knyazı öz məkrli niyyətlərini həyata. keçirmək üçün onlara. təlqin etdiyi inadkarlıq ruhu, Allah yolunda fədakarlıq görkəmi alacaq. Bütün məsihçi aləmində şənbə məsələsi ətrafında mübarizə qızışacaq. Dini rəhbərliklə dövlət hakimiyyəti birləşib bazar gününün qeyd edilməsini məcburi həyata keçirdikdə, xalqın əksəriyyətindən fərqli olaraq bir ovuc adamın bu qərara heç bir vəchlə baş əymək istəməməsi.onları ümummilli nifrət hədəfinə döndərəcək. Və belə bir qərara gəlinəcəkdir ki, kilsə göstərişləri və dövlət qanunlarına müqavimət göstərən bu bir ovuc adama heç bir güzəşt olmamalıdır; xalq arasında qarışıqlıq düşməkdənsə, onların qurban verilməsi daha məsləhətdir - deyəcəklər. On səkkiz əsr bundan əvvəl “xalqın rəhbərləri” tərəfindən Məsihə qarşı da bu cür ittihamlar irəli sürülmüşdür. Kayafa dedi: “Xalq uğrunda bir adamın ölməsi, bütün millətin məhv olmasından bizim üçün daha yaxşıdır?” (Yəhya. 11:50). Bu dəlil tutarlı görünəcək və tezliklə qanunun dördüncü bəndinə əsasən şənbəni saxlayanların ən sərt cəzaya layiq olduqlarını bəyan edən qərar veriləcək və müəyyən müddətdən sonra camaata ixtiyar veriləcəkdir ki, belə adamları məhkəməsizfilansız təqib edib öldürsünlər. Bizim mədəni əsrimizin dönük protestantları, Allah qanununa sadiq olanlarla, keçmişdə katoliklərin rəftar etdiyi kimi rəftar edəcəklər.iMQ 132.2

    Bu vaxt Allahın xalqının keçirdiyi əzab və bədbəxtliklər Yaqubun başına gələn müsibətləri xatırladacaq: “Allah belə dedi: sülh yox, təlatüm və dəhşət səsi biz eşidirik... Hamının üzünün rəngi qaçıb. Nə fəlakətdir! Mühüm gündür o gün,onun bərabəri olmamışdır; bu - Yaqubun müsibətli dövrüdür, lakin o, bundan xilas olunacaq” (İrməyə 30:5-7).iMQ 133.1

    Gecə vaxtı dua edərək, Esavın əlindən canını qurtarmaq uğrunda mübarizə aparan Yaqubun keçirdiyi daxili iztirablar (Yaradılış 32:24-33), kədər dövründə Allah xalqının başına. gələcəkləri nişan verir. Esavın qisməti olan ata xeyir-duasını ədalətsizliklə onun əlindən alan Yaqub, qardaşının təhdidlərindən qorxaraq, canını xilas etmək üçün qaçaq düşür. Qürbətdə bir çox illər keçirdikdən sonra o, arvad-uşaq və sürüiərilə doğma torpağa. qayıtmaq haqqında Allahdan göstəriş alır. Vətənin sərhəddinə çatanda Yaqub həyəcanla eşidir ki, Esav silahlı dəstəylə ona. qarşı gəlir. O, şübhə etmirdi ki, qardaşı qisas almaq üçün gəlir. Ona. elə gəlirdi ki, Yaqubun və onun siiahsız yoldaşlarının zorakılıq və qəsd qurbanı olmaları qaçılmazdır. Həyəcan və qorxudan savayı o, vicdan əzabı da keçirirdi, çünki başa. düşürdü ki, onun günahı ucbatından hamı bu cür təhlükə altına düşüb. O, yalnız Allah mərhəmətinə ümid bağlayırdı; onun yeganə müdafiəsi dua. olmalıydı. Eyni zamanda o, başı üzərindəki təhlükənin sovuşdurulması və qardaşı qarşısında. öz günahının bağışlanması üçün nə mümkün idisə elədi. Beləcə də Məsihin ardıcılları yaxınlaşan kədər dövrünün astanasında özlərini adamlara lazımı işıqda. göstərməli və vicdan azadlığını qorumaq üçün var qüvvələrini sərf etməlidirlər.iMQ 134.1

    Onun ruh düşkünlüyünün şahidi olmasınlar deyə, Ya.qub bütün yaxınlarını öz yanından yolladı və tək qalıb Allaha dua etdi. Allaha, Onun mərhəmətinə görə minnətdarlıq etdi; təvazökarcasına. onun ulu babaları ilə bağlanmış əhd-peymanı və onun özünə qürbətdə, Beyt-Eldə gecə verilmiş vəhyi yada. saldı. O, bu vaxt həyatının həlledici anlarını yaşayırdı; hər şey tükdən asılıydı. Qaranlıqda və tənhalıqda o, Aliaha namaz qılaraq yalvarmaqda davam edirdi. Qəflətən çiyninə əl qoyulduğunu hiss etdi. O, zənn etdi ki, bu, onu öldürmək istəyən düşməndir və bu naməlum şəxsdən yapışıb, onunla şiddətlə güləşməyə başladı. Dan yeri sökülməyə başlayanda naməlum şəxs öz fövqəladə qüvvəsini göstərdi: o.barmağı ilə yüngülcə Yaquba. toxunmaqla bu qüvvətli adamı sanki iflic vəziyyətinə saldı. Yaqub taqətsiz haJda, bayaqdan güləşdiyi bu şəxsin köksünə sindi və ağladı. Yaqub indi dərk etmişdi ki, əcdadlarının əhd-peyman bağladığı Mələklə güləşirmiş. Tam gücdən düşmüş olsa, şiddətli ağrılar hiss etsə də, o, ümidini kəsmək istəmirdi. Yaqub neçə illər idi öz günahları ucbatından bəlalara və çaşqınlığa düşür, vicdan əzabı çəkirdi, indi isə o, bağışlandığına əmin olmaq istəyirdi. İlahi qonaq onu sanki artıq tərk etməyə hazırlaşırdı, lakin Yaqub ondan yapışıb yalvararaq Onun xeyir-duasını diləyirdi. O Şəxs dedi: “Burax gedim, çünki səhər açılır”, lakin o ərklə: “Mənə xeyir-dua verməsən, səni buraxmaram” - deyir. Necə də sadə inamıdır, necə dönməzlik və qətiyyətdir! Əgər Yaqubun sözləri özündən razılıq kimi səslənsəydi o, dərhal məhv edilərdi, lakin bu, öz zəifliyi və acizliyini etiraf edən günahkarın, tövbəsinin qəbul olunması üçün göstərdiyi inadı idi. Eyni zamandabu, Allahın Öz andına. sadiq və təbiətinin rəhmli olmasına Yaqubun dərindən inandığını sübut edirdi.iMQ 134.2

    “Mələklə güləşib ona üstün gəldi” (Huşə 12:4). Öz itaəti, tövbəsi və fədakarlığıyla bu sapmış günahkar, fani insan, Göylər əzəmət ilə çəkişdi və müzəffər oldu. Çünki o, ürək çırpıtısıyla. özünü Allah vədlərinin ixtiyarına verdi və Hüdudsuz Məhəbbətin ürəyi günahkarın yalvarışını eşitməyə bilməzdi. Bu qələbəni qeyd etmək və başqalarına da onun hərəkətini örnək göstərmək üçün, patriarxın əvvəlki, günahı xatırladan adı, onun qalibliyini göstərən başqa adla əvəz olundu. Yaqub Allaha güc gəldi - bu, onun insanların da qollarını qatlaya biləcəyinin rəhniydi. İndi o, artıq öz qardaşından qorxmurdu, çünki Allah onun müdafiəçisiydi.iMQ 135.1

    İblis mələklər qarşısında Yaqubu ittiham edir və deyirdi ki, Yaqubu, törətdiyi günahlarına görə məhv etməyə onun haqqı var; Esavı Yaquba qarşı çıxmaga təhrik edən də o idi; bütün gecə mübarizədə olan Yaqubun ümidini qırmaq və Allaha güvənmə hissini onun ürəyindən çıxarmaq üçün iblis patriarxda üzücü suçluluq hissi oyatmağa çaJışırdı. Göylərdən kömək almasa məhv ediləcəyini dərk edən Yaqub, az qala artıq hər şeydən əlini üzmüşdü. O, böyük günahlar etdiyini tam səmimiyyətlə boynuna alıb onlardan tövbə edərək, Allahın mərhəmətinə pənah gətirmişdi. O, öz məqsədindən dönmədi; Mələyin ətəyindən bərk-bərk yapışıb, kədərli göz yaşları tökərək, qələbəyə çatanacan inadla yalvarırdı.iMQ 136.1

    iblis Esavı necə Yaquba qarşı çıxmaga təhrik edirdisə, eləcə də kədər dövründə kafirləri fitnələcəyək ki, Allahm xalqını məhv etsinlər. Necə ki, Yaqubu ittiham edirdisə, eləcə də Allahın xalqını günahlandıracaq. O, yer əhlini öz rəiyyəti sanır, lakin çox da böyük olmayan bir qrup insan var ki, onlar Allahın nəsihətlərinə əməl edir, onun isə hökmünə baş əymirlər. Bunları da məhv edə bilsəydi, o tam qələbə çalmış olardı. O, görür ki, bu adamları müqəddəs mələklər qoruyur və deməli onların günahları bağışlanıb, lakin o, göydəki məbəddə bunların talelərinin artıq qəti həll olunub-olunmamasından xəbərsizdir. Bu adamların günahları ona məlumdur, axı o, insanları özü yoldan azdırır, sonra isə Allah qarşısında onları rüsvay edib göstərir ki, onunla bərabər bu insanlar da Allah rizasından məhrum edilməlidirlər. iblis bunu bəyan edir ki, əgər Allah ədalətlidirsə, onda bu adamları bağışlayıb, onu isə başqa cin-şeytanlarla birgə məhv edə bilməz. Bu adamları iblis öz şikarı sayır və onların, məhvə məhkum edilərək, onun ixtiyarına verilməsini tələb edəcək.iMQ 136.2

    Allahın xalqına qarşı iblis tərəfindən iddia irəli sürüldüyünə görə, onların ağır sınaqlara çəkilməsinə Allah icazə verəcək. Onların Allaha. inamı, etiqadlarının möhkəmliyi ağır sınaqlara məruz qalacaq. Geriyə dönüb baxdıqda, onlar ümidlərini itirirlər, çünki keçirdikləri ömürlərində çox az yaxşı bir şey tapa bilirlər. Onlar, zəif və kamillikdən çox uzaq olduqlarını yaxşı dərk edirlər. Vəziyyətlərinin ümidsiz olması, qəbahət və günahdan yaxa qurtara bilməyəcəkləri fikriylə, iblis onları qorxutmağa çalışır. Bu adamlar Allaha dönük çıxıb onun hiylələrinə uysunlar deyə, iblis onların inamını qırmaq istəyir.iMQ 137.1

    Allah övladları onları məhv etməyə çalışan düşmənlərlə əhatə olunsaJar da, haqq yolunda məruz qaldıqları təqiblər təhlükəsi onları o qədər usandırmayacaq, nə qədər ki, hansısa günahın bağışlanmaz qala. biləcəyi təhlükəsi. Buna görə, Xilaskarın verdiyi: “Mən də səni, > yer üzündə yaşayanları imtahana çəkmək üçün bütün dünya üstünə gələcək imtahan saatından qoruyacağam” (Vəhy 3:10) - vədinə layiq olmamaq qorxusu onları usandıracaq. Onlar bağışlanmaJarına əmin olsaydılar nə işgəncələr, nə ölüm onları qorxuda bilməzdi.lakin onlar ləyaqətlərini qoruya bilməyiblərsə və günahları onları məhvə sürükləyirsə, bu, müqəddəs Allah adına ləkədir.iMQ 137.2

    Onlar hər yanda sui-qəsdlər haqqında eşidir, Allah əleyhinə qiyamın aşkar nişanələrini görürlər və bütün varlıqlarıyla bu böyük dönüklüyə və kafirlərin pozğunluğuna son qoyulmasını istəyirlər. Onlar qiyama son qoyması haqda Allaha yalvarırlar, lakin bu zalımlıq selinin qarşısını almağa, ona müqavimət göstərməyə özlərində güc tapmadıqlarından vicdan əzabı çəkirlər. Onlar dərk edirlər ki, əgər həmişə bütün qüvvələrini Məsihin xidmətinə sərf etsəydilər və bu yolda qüvvədən qüvvəyə keçərək güclənsəydilər, iblis onlara güc gələ bilməzdi.iMQ 138.1

    Onlar ürəklərini Allaha təslim edirlər və xatırladırlar ki, keçmişdə Allah onların çox günahlarını bağışlamışdır. Xilaskarın: “Məgər Mənim himayəmə sığına və Mənimlə sülhə girərmi? Onda qoy Mənimlə sülh bağlasın” (Yeşaya 27:5) - sözlərinə bel bağlayaraq, onlar, hətta. dərhal dualarına cavablar almasalar belə, inamlarında möhkəm qalmaqdadırlar. Onlar nigarançılıq, qorxu və ümidsizləşmədən üzülsələr də, namaz qılmağı unutmurlar. Yaqub Mələkdən yapışdığı kimi, onlar da Allahın qüdrətli qolundan yapışıb: “Mənə xeyir-dua verməsən, səni buraxmaram” - deyə yalvarıb-yaxarırlar.iMQ 138.2

    Əgər Yaqub günahından - qardaşının “böyük oğul” haqqını onün əlindən hiyləgərliklə almasından peşman olmasaydi, Allah onun duasını qəbul etməz və rəhmdillik göstərib onu xilas etməzdi. Kədər dövründə də bunun kimi olacaq: əgər Allah övladları öz günahlarını boyunlarına. almasalar, qorxu və qüşsə onları sındıracaq. Ümidsizlik onların inamını sarsıdacaq və onlar xilas edilmələri üçün Allaha lazımı dəyanətlə yalvara bilməyəcəklər. Lakin dərindən öz ləyaqətsizliyini hiss etsələr, onların gizli günahları qalmaz. Onların günahları artıq məhkəməyə çıxarılmış və silinmiş ölacaqdır, buna görə həmin günahları onlar yada sala bilməyəcəklər.iMQ 138.3

    İblis çoxlarını inandırır ki, guya Allah xırda səhvlərə fikir vermir, lakin İlahinin Yaquba münasibəti, Allahın şərlə heç bir şəkildə barışa bilməməsini və onu müdafiə etməməsini göstərir. Öz günahlarım gizlədən, yaxud onlara bəraət qazandıranlar, bu günahları kitablarda tövbə edilməmiş və deməli bağışlanmamış günahlar siyahısında saxlayaraq, özlərini iblisin əlinə verirlər. Belələrinin cəmiyyətdəki mövqeyi nə qədər yüksəkdirsə, törətdikləri haqsızlıqlar o qədər Allahın nəzərində daha. ağırdır, və onların düşməni daha asan qalib gələcəyinə şübhə etmir. Özlərini hazırlamaq məsələsini Rəbb gününəcən saxlayanlar, bunu kədər dövründə, yaxud başqa. bir gələcək zamanda. edə bilməyəcəklər. Onların işləri fənadır.iMQ 139.1

    Özlərini “məsihçi” adlandırıb son müsibətli döyüşə hazırlaşmayanlar, canfəşanlıqla öz günahlarını etiraf etməyə başlayanda, kafirlər onların dərd-kədərini yalnız lağa. qoyacaqlar. Onların peşimançılığı Eşavın, yaxud Yəhudanın peşimançılığını xatırladacaq. Bu, günahın özünə görə peşimançılıq deyil, onun doğurduğu nəticələrdən məyuslanmaqdır. Onlar həqiqi təəssüf duyğuları keçirmir və günaha qarşı dərin nifrət hissi bəsləmirlər. Onlar yalnız cəzadan qorxub tövbə edirlər, lakin, qədimdə firon etdiyi sayağı, cəza təhlükəsi sovuşan kimi yenidən Göylərə meydan oxumaga başlayırlar.iMQ 139.2

    Yaqubun həyatı bizə bir daha göstərir ki, yolundan azaraq günaha batmış adamlar, tam səmimiyyətlə tövbə edib Allaha dönsələr, Allah onları darda qoymaz. Onları təskinlik və müdafiə etmək üçün O, Öz mələklərini göndərəcək. İblisin həmlələri kəskin və təhlükəlidir; onun fitnə-fəsadları qorxuncdur, lakin Allahın gözü Öz xalqının üstündədir və O, bütün onların ürək ağrılarını eşidir. Onların əzabları böyükdür, qızmar sobanın od-alovu onları udmağa hazırdır, lakin Böyük Əridici onları odda yoxlanmış qızıl kimi götürüb saxlayacaq. Ən sərt sınaqlar dövründə də, Allah öz övladlarına - onların ən xoşbəxt və qayğısız günlərində olduğu kimi dərin və həssas məhəbbət hissi bəsləməkdə davam edir. Lakin onlar soba odalovundan keçməlidirlər: dünyavilik odda yanmalıdır ki, onlar Məsihə bənzəyə bilsinlər.iMQ 140.1

    Bu kədər və ümidsizlik dövründə, yorğunluğa, intizaravə aclığa tab gətirə biləcək inam bizə gərəkdir, elə bir inam ki, ən sərt sınaqlar qarşısında o zəifləməsin. Böyük kədər dövrünə hazırlaşmaqdan ötrü, sınaq vaxtından hamı keçməlidir. Yaqub qətiyyətli və təkidli olduğuna görə zəfər qazana bildi. Onun qələbəsi israrla dua etməyin gücünü göstərir. Allah vədlərinə bel bağlayanların hamısı müvəffəqiyyət əldə edəcəklər. Öz “mənəm”-liyindən imtina etmək istəməyən və gecə-gündüz namaza durmayanlar isə Onun xeyir-duasını almayacaqlar. Allahla. mübarizə etmək - bunun nə demək olduğunu çox az adam bilir! Çox az adamda bütün qüvvəsini toplayaraq Allahı axtarıb-tapmaq arzusu var. Təsviredilməz ümidsizlik qasırğası dua əhlinin ayağı altından yeri qaçıranda, çox az adam tapılar ki, bu anlarda belə, Allahın vədlərinə sarsılmaz inamını saxlayaraq təşvişə düşməsin!iMQ 140.2

    İnamları zəif olanlar, iblisin hiylələrinə aldanaraq vicdan azadlığını boğan qərara tabe olmaq təhlükəsi altındadırlar. Oniar sınaq dövrünə tab gətirsələr də, kədər dövrü onlarda daha dözülməz ümidsizlik əhvalruhiyyəsi doğuracaq, çünki onlar Allaha təvəkkül etməyə alışmayıblar. Onlar, bir vaxt etinasızlıqla yanaşdıqları din-iman dərslərini dəhşətli məyusluq əsarəti altında öyrənməyə məcbur olacaqlar.iMQ 141.1

    Biz indi Allahın vədlərini yoxlayıb, Onu tanımalıyıq. Mələklər hər bir ciddi və səmimi duanı yazıb qeyd edirlər. Allahla ünsiyyətə laqeyd olmaqdansa şübhəsiz, kef və eyş-işrətdən ayrılmaq daha yaxşıdır. Var-dövlət, şan-şöhrət, naz-nemət, dost-tanış və bu kimi şeylərdə ləzzət taparaq Allah tərəfindən unudulmaqdansa, əlbəttə ən ağır yoxsulluqda, bir həsirin üstündə yaşayaraq Onun xoş münasibətini qazanmaq daha yaxşıdır. Biz namazı yaddan çıxarmamalıyıq. Biz dünyavi maraqlar girdäbına düşsək, Allah bizi cah-cəlal, evlər və bərəkətli torpaqlardan məhrum etməklə, Özünü yadımıza sala bilər.iMQ 141.2

    Gənclər, Allahdan xeyir-dua istəyə bildikləri yolları seçib, başqa yollardan imtina etməklə özlərini günahdan qorumağa qadirdilər. Əgər bu dünyaya son xəbərdarlığı çatdıran Allah carçıları, Onun xeyir-duasını almaq üçün - laqeydlik, sönüklük və soyuqqanlılıqla deyil, Yaqub kimi inamla - dua etsəydilər, onlar da neçə dəfə: “Allahı üz-üzə gördüm və salamat qaldım” (Yaradılış 32:30), - deyə bilərdilər. Onlar insanları təslim etməyi və Allahın Özünü yumşaltmağı bacaran, böyük mənəvi gücə malik knyazlar hesab edilərdi. “Görünməmiş” kədər dövrü tezliklə baş verəcək. O vaxt bizə, hələ malik olmadığımız və çoxlarının tənbəllik səbəbindən əldə edə bilmədiyi təcrübə lazım gələcək. Çox vaxt gözlənilən bədbəxtlik olduğundan daha qorxulu görünür, lakin bu, qarşıdakı sınağa aid deyil. Hətta ən güclü təxəyyül belə, bu ağır iztirabların təsvirini verə bilməz. Bu sınaq vaxtı hər kəs özü Allah qarşısında cavab verməli olacaq: “Nuh, Daniel və Eyyub... - diriyəm Mən, deyir Allah - nə oğul, nə qızlarını xilas edə bilməzdilər; öz salehliklərilə onlar yalnız öz canlarını xilas edə bilərdilər” (Yezekiel 14:20). Indi, Böyük dini Rəhbərimiz bizim barışdırılmağımızı yoluna qoyduqda, biz Məsih kamilliyinə nail olmağa can atmalıyıq. Bizim Xilaskarımız tovlamalara. yol verməmək fikrinin özünü belə yaxına buraxmırdı. İblis insan ürəyində, ilişməyə imkan verən zəif cəhətlər axtarıb tapır; bircə dənə belə bəslədilən günahlı həvəs varsa, onun hiylələrinin təsir etməsi üçün kifayətdir. Lakin Məsih Özü barədə deyib: “Bu dünyanın rəisi gəlir; və Mənə heç bir təsiri yoxdur” (Yəhya. 14:30). İblis, Tanrı Oğlu üzərində qələbə çaJmağa. imkan verən heç bir şeyi Onda. tapa. bilmədi. Çünki Məsih Öz Atasının nəsihətlərinə sadiqliklə əməl edirdi və Onda. iblisə üstünlük verə biləcək günah yox idi. Kədər dövrünə tab gətirmək istəyənlərin hamısı belə vəziyyətdə olmalıdırlar.iMQ 141.3

    Bu həyatda. biz, Məsih qanının vasitəsilə günahı bağışlaya bilməsinə inanmaqla, günahı özümüzdən uzaqlaşdırmalıyıq. Bizim Xilaskarımız bizi Onunla birləşməyə; bizim acizliyimizi Onun qudrətilə, bizim nadanlığımızı Onun müdrikliyilə, bizim layiqsizliyimizi - Onun hünərlərilə birləşdirməyə dəvət edir. Allah hikməti məktəbində biz Allaha İsa Məsih kimi itaətli və tabe olmağı öyrənməliyik. Biz özümüzə seçmək istədiyimiz asan və ürəyə yatan yoldan fərqli olaraq, АПаһ bizə həmişə həqiqi dəyərlərə doğru yol seçir. Bizim üçün isə, xasiyyətimizi İlahi Nümunəyə döndərmək üçün Göylərdən verilən vasitələri qəbul etmək qalır. Bu işdə gecikmə, yaxud laqeydlik hər insan üçün böyük riskdir. Həvari Yəhya vəhydə ucadan deyilən: “Yerə və dənizə vay olsun, çünki iblis, vaxtının az olduğunu bilərək böyük qəzəblə yanınıza endi” (Vəhy 12:12),sözlərini eşitmişdi. Bu nidanı doğuran səhnə, həqiqətən necə də vahiməlidir! Vaxtının tamam olması yaxınlaşdıqca, iblisin qəzəbi qızışır, onun törətdiyi fitnə-fəsad və dağıntılar kədər vaxtı özünün ən yüksək nöqtəsinə çatacaqdır.iMQ 142.1

    Tezliklə biz göydə qorxunc fövqəltəbii hadisələr - möcüzələr törədən şeytani qüvvələrin rəmzini görəcəyik. İblisanə ruhlar dünya padşahlarının və bütün bəşəriyyətin qarşısına çıxıb, onları saxtalıqlar torlarına cəlb edəcək və iblislə birləşib göylərin hakimiyyətinə qarşı son yürüşdə iştirak etməyi onların boyunlarına qoyacaqlar. Onlar həm başçıları, həm xalqı aJdada biləcəklər. Yalnız bəşəriyyət Xilaskarının layiq olduğü adı və rütbəni mənimsəyən, özlərini Məsih kimi qələmə verən adamlar meydana çıxacaqlar. Onlar heyrətamiz möcüzələrlə xəstələr sağaldacaq və göydən vəhy aldıqlarını iddia. edəcəklər, lakin bu vəhylər Müqəddəs Kitabın şəhadətinə zidd olacaqdır.iMQ 143.1

    Bəşər övladını yoldan çıxarma dramının son aktı - iblisin Məsih rolu oynaması olacaq. Kilsə çoxdan deyir ki, öz ümidlərinin yerinə yetməsi kimi Xilaskarın zühur etməsini gözləyir. İndi böyük hiyləgər Məsihin gəlişinə bənzətmə düzəldəcəkdir. Dünyanın müxtəlif bölgələrində iblis gözqamaşdırıcı, parlaq işıq saçan, əzəmətli, Yəhyanın vəhyində (1:13-15) Tanrı Oğlunun təsvirinə bənzər bir məxluq şəklində insanların qabağına çıxacaq. Onu əhatə edən şərafət, insanların bütün nə vaxtsa gördüklərini ötüb keçəcək. “Məsih gəlib! Məsih gəlib!” - sevinc sədaları hər yana yayılacaq. İnsanlar böyük heyranlıqla onun qarşısında diz çökəcəklər, o da onlara, Məsih yerdə olduğu zaman etdiyi kimi, əllərini yuxarı qaldıraraq xeyir-dua verəcək. Səsi mülayim və eyni zamanda asta və lətifdir. Canıyananlıq və şəfqət dolu sözlərlə o, Məsihin vaxtilə dedikləri xeyir-bərəkətli İlahi həqiqətlərin bəzilərini təkrar edəcək; o, xəstələr sağaldacaq və sonra Məsih qiyafəsində qalmaqda davam edərək, şənbəni bazar gününə keçirdiyini və onun xeyir-dua verdiyi bu günü hamıya müqəddəs tutmağı buyurduğunu elan edəcək. O, deyəcəkdir ki, inadkarlıqla şənbəni qeyd edənlər onun adını ləkələyir, onlara işıq və həqiqət gətirən mələkləri dinləmək istəmirlər. Bu yalan necə də təsirli və demək olar ifşaedilməzdir. Və cadugər Şimeon tərəfindən aldadılmış Samariyalılar sayağı, kiçikli-böyüklü bu caduya çoxları uyub deyəcək: “bu həqiqətən böyük Allab qüdrətidir” (Həvarilərin işləri 8:10).iMQ 144.1

    Lakin Allahın xalqını aldatmaq mümkün olmayacaq. Saxta. “Məsihin” dedikləri Müqəddəs Kitaba ziddir. Onun xeyir-dua verdikləri kəslər vəhşi məxluqa. və onun surətinə səcdə edənlərdir. Müqəddəs Kitab göstərir ki, məhvedici Allah qəzəbi məhz bunların başına. yağdırılacaqdır.iMQ 144.2

    Bundan əlavə, Məsihin gəliş tərzini yamsıla.ma.ğa iblisə izn verilməyib. Xilaskar Öz gəlişi ərəfəsində nələrin baş verəcəyini öz xalqına aydın göstərmiş və tapşırmışdır ki, bu cür ya.la.nla.ra uymasınlar. “Çünki yaJançı “Məsihlər” və yalançı “peyğəmbərlər” qalxıb böyük əlamətlər və xariqələr göstərəcəklər ki, mümkünsə, seçilmiş olanları da aldatsınlar. Əgər sizə: “Budür, səhradadır”, - desələr də, çıxmayın; “Budur, daxili otaqlardadır” - desələr də, inanmayın. Çünki, şimşək şərqdə çaxıb, qərbdə belə göründüyü kimi, İnsan Oğlunun gəlişi də belə olacaqdır” (Matta. 24:2427,31; 25:31; Vəhy 1:7; 1 Saloniklilərə 4:16,17). Bu cür gəlişi saxtalaşdırmaq mümkün deyil. Hər yerdən bu bilinəcək, bunu bütün aləm seyr edəcək.iMQ 145.1

    Yalnız Müqəddəs Kitabı öyrənən və Haqqın məhəbbətini qəbul edənlər, bütün aləmi valeh edən böyük hiyləbazdan müdafiə olunacaqlar. Allah Sözünün köməyilə onlar saxtakarı ifşa. edəcəklər. Hamı üçün sınaq vaxtı başlayacaq. Bu sınaqlar Məsihin həqiqi ardıcıllarını müəyyən edəcək. Bu şeytan oyunlarına uymamaqdan ötrü Allahın xalqı bu gün Onun Sözündə möhkəmmi qərar tutub? Bu həlledici vaxtda. o, Müqəddəs Kitabı və yalnız Müqəddəs Kitabı meyar kimi tutacaqmı? İblis, imkanı dairəsində bu günə hazırlaşmağa mane olacaq. O, müxtəlif maneələr quracaq ki, insanlar dünya. malına uysun, ağır həyat şəraiti ucbatından hər şeydən beziksin, digərlərinin başları - gündəlik həyat qayğılarından açılmasın və beləliklə, onlar üçün sınaq vaxtı oğru gəlişi kimi sezilməz olsun.iMQ 145.2

    Müxtəlif xristian hökumət başçıları tərəfindən, Allah nəsihətlərinə əməl edənlər əleyhinə qərar çıxarıldıqda və onlar dövlət müdafiəsindən məhrum edilərək qənimlərinin ixtiyarına buraxıldıqda, Allah övladları kənd və şəhərlərdən təcili çıxıb ucqar və kimsəsiz yerlərə daldalanacaqlar. Çoxları özlərinə əlçatmaz dağlarda. sığınacaq tapacaq. Pyemont məsihçiləri kimi onlar uca dağ zirvələrində məbədgah düzəldəcək və Allaha “əl çatmaz qayalar” (Yeşaya 33:16) üçün şükr edəcəklər. Lakin bütün millətlərdən və təbəqələrdən olan, zadəganlar və sadə insanlar, ağ və qara. dərililərdən xeyli adam ən zalım və ədalətsiz şəkildə köləyə döndəriləcəkdir. Allahın sevimliləri qandallanıb dustaqxanalara. salınacaq, ölüm cəzasına. məhkum ediləcək, ən ağır günlər yaşayacaqlar. Bə’ziləri yeraltı zindanlarda aclığa məhkum ediləcək. Heç kəs onların fəryadını eşitməyəcək, onlara sarı bir kömək əli belə uzadılmayacaqdır.iMQ 146.1

    Bu sınaq vaxtı Allah Öz xalqını unudacaqmı? Qədim aləmi tufansy sularına qərq edəndə O, sadiq Nuhu unutmuşdumu? Göydən od yağıb şəhərləri məhv edəndə O, Lutu unutmuşdumu? Unutmuşdumu O, Misir bütpərəstləri əhatəsində olan Yusifi? İezevel İlyası Bəəl peyğəmbərlərinin taleyilə təhdid edəndə - O, onu unutmuşdumu? Unutmuşdumu O, qaranlıq, üfunətli zindanda. əzab çəkən İrmeyanı? Sobanın aJovuna. atılan üç yeniyetmə gənci, yaxud aslanlar quyusuna. atılan Danieli O, unutmuşdumu? Sion isə deyirdi: ‘Tanrı məni tərk edib, Allahım unudub məni!” Ana öz körpəsini, bətninin balasının qayğısını çəkməyi unudarmı? Lakin o da unutsa, Mən səni unutmaram. Budur, Mən ovcumun içində yazmışam səni” (Yeşaya 49:14-16), “Çünki sizə toxunan, Onun gözünün bəbəyinə toxunur” (Zəkərya 2:8).iMQ 146.2

    Düşmənlər Allah qullannı zindanlara atsalar da, divarlar onların qəlbini Məsihdən ayıra bilməz. Onların hər zəif cəhətini bilən, hərsınaqdan xəbəri olan O Kəs, yer üzündəki bütün hakimiyyətlərdən ucadır;qalın dustaqxana divarlarını keçib mələklər onlara baş çəkəcək və özlərilə onlara ilahi işıq və rahatlıq gətirəcəklər. Və zindan saraya çevriləcək, çünki orada inamla zənginlər oturur; və qaranlıq tavanı ilahi işıq işıqlandıracaq. Bir vaxt Filip şəhərinin dustaqxanasına salınan həvari Polad və Sila gecə yarı namaz qılıb dua. oxuyanda. məhz bu cür möcüzə baş vermişdir.iMQ 147.1

    Allahtn xalqına. zülm verən, onu məhv etmək istəyənlərin hamısını Allahın qəzəbi haqlayacaq. Allahın kafirlərlə səbrlə davranması onları cürətləndirir, lakin ləngiməsinə baxmayaraq, cəzaları labüd və müdhiş olacaq. “Çünki Allah Peratsim dağında olduğu kimi zühur edəcək; Qavaon dərəsində qəzəbləndiyi kimi qəzəblənəcək ki, öz işini görsün, fövqəladə işini və Öz hərəkətini etsin - heyrətamiz hərəkətini” (Yeşaya 28:21). Bizim rəhmdil Allahımız üçün cəza - “fövqəladə iş” - dir. “Diriyəm Mən, deyir Allah: günahkarın ölümünü istəmirəm” (Yezekiel 33:11). Allah -’insanpərvər və mərhəmətli, geniş səbrli və rəhmdil və həqiqi... təqsiri, cinayəti və günahı bağışlayan” - dır. Lakin “Cəzasız qoymayan” - dır. “Allah qəzəbə ləngdir və qüdrətdə böyükdür və qanunu saymayanı cəzasız qoymur” (Çıxış 34:6,7; Nəxum 1:3başqa tərcümədə: “Onun məhkəməsi amansız olacaq və O, Öz ayaq altına atılmış qanununun nüfuzunu bərpa edəcək”). Günahkarı gözləyən cəzanın ağır olacagını, Allahın cəzadan necə könülsüz istifadə etməsindən də yəqin etmək olar. Onun bu qədər dözümlü münasibət göstərdiyi və Allah qarşısında. qanunsuzluqları məlum həddə çatmadığından hələ məhv edilməyən xalq, günlərin bir günü mərhəmət qatılmamış Allah qəzəbini son damlasınacan içəcək.iMQ 147.2

    Məsih göydəki məbəddə Öz vasitəçilik xidmətini qurtardıqda, amansız Allah qəzəbi vəhşi məxluqa və onun surətinə səcdə edən, onun rəmzini qəbul edənlərin başına. yağdırılacaq (Vəhy 14:9,10). Allahın xalqının tam azad olması ərəfəsində dünyanın başına. gələcək bədbəxtliklər, İsrail xalqının azad olması ərəfəsində Misirin düçar edildiyi bədbəxtliklərdən daha dəhşətli olacaq. Həvari Yəhya bu vahiməli cəzanı belə təsvir edir: “... vəhşi məxluqun rəmzini daşıyan və onun surətinə səcdə edən adamlarda əzabverici, çirkli və iyrənc yaralar əmələ gəldi”. Dəniz “ölü qanına. bənzər oldu, və dənizdəki bütün canlılar öldülər”. “Çaylar, çeşmə suları qana döndü”. Bu fəlakətlər dəhşətli olsa da, Allah tamamilə ədalətlidir. Allahın mələyi deyir: “Ey Var olan və Var olmuş Müqəddəs Varlıq! Sən ədalətlisən, çünki, belə hökm etdin. Çünki, onlar müqəddəslərin və peyğəmbərlərin qanını tökdülər. Və Sən onlara. içmək üçün qan verdin, onlar buna. layiqdirlər” (Vəhy 16:2-6). Allahın xalqını ölümə məhkum edənlər, onların qanının tökülməsi günahını öz əllərilə etmiş kimi boyunlarına. götürmüşlər. Beləcə də İsa peyğəmbər.Habilin vaxtından salehlərin müqəddəs qanının tökülməsində Öz zəmanəsinin yəhudilərini günahlandırırdı, çünki həminruhun təsiri altındaydılar və peyğəmbərlərin qatillərini təqlid etməyə can atırdılar.iMQ 148.1

    Sonrakı bəlada. günəşə “insanları atəşlə yandırmaq qüdrəti verildi. İnsanlar böyük istiliklə yandırıldılar” (Vəhy 16:8,9). Bu dəhşətli zamanda adamların vəziyyətini peyğəmbər belə təsvir edir: ‘Torpaq ağlayır, çünki taxıl zay oldu; ...çölün bütün ağacları qurudu. Görün ki, insan övladı arasından sevinc yox oldu”. “Torpaq kəsəkləri altında toxumlar çürüdü, heyvanlar necə də inildəyirlər! Naxırlar çaşbaş qalıb, çünki onlar üçün otlaq yoxdur.... çünki axar sular qurudu, çölün otlaqlarını alov yandırıb yaxdı.” “Həmin gün saray nəğmələri fəryada çevriləcək” - bu, Xudavənd Rəbbin sözüdür. “Meyit meyit üstə düşəcək, hər yerə atılacaq. Sonra. sükut olacaq” (Yoel 1:1012,17-20; Amos 8:3).iMQ 149.1

    Lakin hamı bu bəlalara düşməyəcək, yoxsa. yer əhalisi tamam məhv olardı. Bütün zamanlarda adamları gözləmiş cəzaların bu ən dəhşətlisi olacaq. Sınaq vaxtının sonuna. kimi, insanların qarşılaşdıqları bədbəxtliklərdə mərhəmətə də yer var idi. Məsihin qanı Allaha xahiş edərək, günahkarın cəzasının bütöv ölçüylə verilməsini saxlayırdı, lakin son məhkəmə zamanı Allah qəzəbi mərhəmət qatışdırılmadan yağdırılacaq.iMQ 149.2

    O gün çoxları, bu vaxta kimi rədd etdikləri Allahm mərhəmətinə sığınmaq istəyəcəklər. “Budur, gələn günlər” - bu, Xudavənd Rəbbin sözüdür, ölkəyə aclıq göndərəcəyəm; çörəkdən aclıq olmayacaq, sudan susuzluq olma.yaca.q, Rəbbin sözlərini eşitmək üçün susayacaqla.r. Rəbbin sözünü axta.ra.raq cənub dənizindən qərb dənizinə, şimaldan şərqə qədər gəzib-dolaşacaqlar, lakin onu tapmayacaqlar” (Amos 8:11,12).iMQ 149.3

    Allahın xalqı da əzablardan kənarda. durmayacaq, lakin təzyiq və təqiblərə, aclıq və məhrumiyyətlərə məruz qalsa da, onun məhv olunmasına. yol verilməyəcək. İlyasın qeydinə qalan Allah, özlərini şəhid edən balalarının birinin də yanından düz ötüb keçməz. Onların başındakı tükləri saymış O Kəs, onların qeydinə qalacaq; aclıq vaxtı onlar doyuzdurulacaqlar. Kafirlər aclıq və bəlalardan öldükləri halda, mələklər salehləri qoruyacaq, onların ehtiyaclarının qeydinə qalacaqlar. Həqiqətdə yaşayana vəd edilmişdir ki: “Ona çörək veriləcək; suyu əskilməyəcək”. “Kasıblar və məzlumlar su axtarır, o da. yoxdur; onların susuzluqdan dilləri quruyur: “Mən, Allah onları eşidəcəm, Mən, İsrail Allahı onları darda qoymaram” (Yeşaya 33:16; 41:17). “Əncir ağacı tumurcuqlanmasa. da, meynələr bar gətirməsə də, boşa çıxsazeytun ağaclarına çəkdiyim zəhmət, tarlalar məhsul yetişdirməsə də, qoyun-keçi ağıllarda, ma.Iqara tövlələrdə yox olsa. da., mən yenə də Rəbdə sevinc ta.pa.cağam. Xilasımın Allahı ilə şadlıqdan coşacağam” (Xəvəqquq 3:17,18). “Rəbdir səni qoruyan, bir kölgə kimi sağında olan. Gündüzün günəşinin sənə ziyanı dəyməz, gecənin ayı sənə zərər verməz. Rəbb qoruyar səni hər cür şərdən, canını qoruyar səni hər şeydən” . “Bil ki, O qurtarar səni ovçunun tələsindən, ağır xəstəliyə düşüb ölməkdən. Səni qanadlarının altına alar, pərlərinin altında sığındırar. Sənin qalxanın, sipərindir sədaqəti. Qorxmazsan nə gecənin kabusundan, nə də gündüz atılan oxdan, nə zülmətdə dolanan ağır xəstəlikdən, nə də günorta. məhvedici qırğından sən. Bunlardan qırılsa. da yanında min nəfər, sağından on min nəfər, sənə dəyməz xətər. YaJntz baxıb gözlərin görəcək cəzasını pislərin. “Ya. Rəbb, pənahgahımsan!” dediyin üçün, Haqq-Təalaya sığındığın üçün Şərə olmazsan düçar, belə evindən uzaq qaçar” (Zəbur 121:5-7; 91:3-10).iMQ 150.1

    İnsan məntiqi baxımından elə görünə bilər ki, Allah övladları keçmişin şəhidləri kimi öz kəlmeyişəhadətlərini qanla. yazmalı olacaqlar. Onlar bundan ehtiyat edəcəklər ki, Allah onları düşmən ixtiyarına buraxıb gedə bilər. Bu böyük bir ümidsizlik vaxtı olacaq. Gecə və gündüz onlar Allaha üz tutub Ondan xilas diləyəcəklər. Kafirlər isə qəhqəhə çəkərək istehza. ilə: “Bəs hanı indi sizin inandığınız? Əgər siz həqiqətən Onun xalqısınızsa, nə üçün Allah sizi bizim əlimizdən xilas etmir?”deyə qışqırışacaqlar. Lakin Məsihin ikinci gəlişini gözləyənlər bu vaxt, İsa. peyğəmbərin çarmıxda can verdiyi anlarda. yəhudi kahinlərinin və başçılarının istehzayla: “Başqalarını xilas edirdi, ancaq Özü Özünü xilas edə bilmir! Əgər O, İsrail Padşahıdırsa qoy çarmıxdan ensin, onda iman gətirərik Ona” (Matta. 27:42)dediyi sözləri xatırlayacaqlar. Onlar hamısı Yaqub kimi Allahdan yapışacaqlar. Onların gözlərində daxilən gərgin mübarizənin getməsi görünür. Bənizlərinin rəngi qaçıb. Lakin onlar Allaha. duaları ilə yalvarmaqda davam edirlər.iMQ 151.1

    Əgər insanlar ruhi görmə qabiliyyətinə malik olsaydılar, onda. Məsihin səbr sözünü sa.xla.ya.nla.rın ətrafındakı qüdrətli mələkləri görə bilərdilər. Mələklər onların dualarını eşidir, onların əzab-əziyyətlərini can yanğısı və ürək ağrısıyla. müşahidə edirlər. Onlar Allah xalqım təhlükədən qurtarmaq üçün yalnız öz Hökmdarlarının sözünü gözləyirlər. Lakin bir qədər də gözləmək lazımdır. Allahın xalqı qismət camını içməli və qeyri-adi vəftizlə vəftiz olunmalıdırlar. Və onlar üçün nə qədər dözülməz görünsə də, məhz bu gecikmə onların dualarına. ən yaxşı cavabdır. Allahın hərəkətə gələcəyini uşaq sadəlövhlüyü ilə gözləyərək, onlar çox vaxt malik olmadıqları inam, ümid və səbr kimi ruhi keyfiyyətlər əldə etməyi öyrənirlər. Ancaq seçilmişlər üçün kədər vaxtı qısaldılacaq. “Məgər Allah, gecə gündüz Ona fəryad edən Öz seçdiklərini müdafiə etməyəcəkmi?... Sizə deyirəm ki, onları tezliklə müdafiə edəcəkdir” (Luka 18:7,8). Hər şey insanlar gözlədiyindən tez sona. çatacaq. Allaha. aparılması üçün buğda. dərzlərə bağlanacaq, ot-alaq isə yandırılmaqdan ötrü yığışdırılacaq.iMQ 151.2

    Öz vəzifə borclarına. sadiq göy gözətçiləri oyaqdırlar. Allah qanunlarını sa.xla.yanla.rin hamısınm ölümə məhkum edilməsinin vaxtı artıq qərarla. müəyyən olunsa. da, düşmənlər buna tez başlamağa çaJışacaqlar. Lakin hər sadiq bəndəni müdafiə edən güclü gözətçilər cərgəsini heç kəs yarıb keçə bilməz. Şəhər və kəndlərdən qaçanda. bəziləri hücuma məruz qala bilər, lakin onların üzərinə çəkilmiş qılınclar saman çöpü kimi sınıb töküləcəklər. Digərlərini, əsgər görkəmi almış mələklər müdafiə edəcəklər.iMQ 152.1

    Bütün əsrlərdə Allah Öz xaJqının müdafiə və azad olunmasmı müqəddəs mələklər vasitəsilə həyata. keçirmişdir. Onlar ildırım parıltısıyla pa.rla.yan geyimdə, yaxud səyyahlar görkəmində zühur etmişlər. Onlar Allah bəndələrinin yanına. adi insanlar kimi də gəlmişlər. Onlar günorta. vaxtı, sanki yolda. yorulduqlarından, kölgəli ağaclar altında istirahət edirdilər. Onlar qonaqpərvər insanlara mehman olurdular. Onlar gecə qaranlığında yolda qalmış adamlara istiqamət göstərmişlər. Öz əllərilə onlar qurbangahın odunu aiışdırmışlar. Onlar dustaqxana qapılarını açıb bəzi Allah bəndələrini azadlığa çıxarmışlar. Xilaskarın qəbrindən daşı yuvarlamaq üçün onlar İlahi geyimdə yerə enmişlər.iMQ 152.2

    İnsan surətində mələklər tez-tez salehlərin yığıncaqlarında iştirak edirlər. Kafirlər yığıncaqlarına da bəzən baş çəkirlər. Misal üçün, bir vaxtlar Sodoma baş çəkib, onun sakinlərinin əməllərini qeydə almalı və bunların Allah səbrinin həddini aşıb-aşmaması haqqında qərara gəlməliydilər. Allah bağışlamağı sevir və Ona səmimi qəlbdən sadiq olan azlıq xatirinə, cəzanın verilməsini uzun bir müddətə təxirə saJır və çoxlarının firavanlıq dövrünü uzadır. Allah əleyhinə küfr edənlər hələ yaşadıqları üçün, sıxışdırıb lağa qoymağa xoşladıqları bir dəstə Allahın sadiq övladlarına borclu olduqlarını çox güman ki, dərk etmirlər.iMQ 153.1

    Dünya hökmdarlarının bundan xəbəri olmasa da, onların məşvərət yığıncaqlarında mələklər tez-tez çıxış edirlər. İnsanlar onları görür, onların nitqlərini dinləyir, onların verdiyi təklifləri tənqid edir, lağa qoyurlar. Onlara şər atır, təhqir edirlər. İclas və məhkəmə saJonlarında bu göy elçiləri bəşər tarixinə dərindən bələd olduqlarını nümayiş etdirirlər. Onlar sübut edirlər ki, məzlumların haqqını, gözəl natiqliyə və qabiliyyətə malik vəkillərdən daha yaxşı qoruyurlar! Onlar məkrli planları pozur və Allahın işinə ziyan, Onun xalqına əzab verə biləcək zalım işlərin qarşısını alırlar. Təhlükə və fəlakət vaxtı “Rəbdən qorxanları Onun mələyi müdafiə edər, onlara zəfər verər” (Zəbur 34:7).iMQ 153.2

    Allahın xalqı həsrətlə öz Padşahının gəlişinin əlamətlərini gözləyir. Keşikçilərdən soruşanda: “Gecə nə qədərdir?” onlar tərəddüd etmədən: “Səhər yaxınlaşır, ancaq hələ gecədir!” (Yeşaya. 21:11,12) - deyirlər. Dağın zirvəsini örtən buludlar artıq işıqlanmağa başlayıblar. Tezliklə Onun şan-şöhrəti açılacaq və Müqəddəslik Günəşi çıxacaqdır. Salehlərin əbədi günlərinin başlanğıcı - Səhər və kafirlərin əbədi gecəsi - alaqaranlıq yaxınlaşmışdır.iMQ 154.1

    Allah övladları dua.la.rda Allahla yarışmaqlarım davam etdikləri vaxt, görünməzi onlardan gizlədən pərdə açılmağa başlayır. Göylər əbədi günün şəfəqilə şölələnir və onlar, mələklər nəğməsi tək şirin: “Öz inamınızda möhkəm olun. Kömək yaxınlaşır” - kəlamı eşidirlər, Məsih - Qadir Müzəffər - Öz taqətdən düşmüş döyüşçülərinə əbədi şərəf çələngləri hazırlamışdır və açıq qapılardan onlar Onun səsini eşidirlər: “Budur, Mən sizinləyəm.Qorxmayın. Sizin bütün kədərləriniz Mənə məlumdur. Mən sizin əzabınızı çəkdim. Siz də Mən vuruşduğum düşmənlərə qarşı vuruşursuz. Mən sizə görə vuruşurdum, siz isə Mənim adıma görə, - sizin qələbə fövqəladə qalibiyyətdir”.iMQ 154.2

    Xilaskar bizim köməyimizə ən lazımı vaxtda gələcək. Göyə aparan yol Onun ayaq izlərilə müqəddəsləşib. Bizim bədənimizi didən bütün tikanlar Onu da yaralamışlar. Hər kəs, ona. tale yazısıyla. qismət olan həyat çarmıxını daşıyarkən yada. salmalıdır ki, bunların hamısını bizdən əvvəl O, Öz çiynində daşımışdır. Rəbb bizim ruhumuza rahatlıq hazırlamaq məqsədilə mübarizəyə izn verir. Kədər dövrü Allahın xalqı üçün müsibətli sınaqdır, lakin hər bir həqiqi Məsih ardıcılı inamla göyə nəzər salıb Rəbbi əhatə edən və vədlər timsalı olan Göy qurşağını görməlidir.iMQ 154.3

    “Və Rəbb tərəfindən xilas olunanlar qayıdacaqlar, və mahnı ilə Siona. gələcəklər və əbədi sevinc onların başı üstündədir; sevinc və şadlıq onlara yar olacaq; qəm-qüssə, ah-zar uzaqlaşacaqdır. Mən, Mən Özüm - sizin Təsəllivericinizəm. Nə üçün sən ot kimi ölübgedən bəşər övladından qorxur, səni yaradan Allahı isə yaddan çıxarırsan... və sanki hər vaxt səni məhv etməyə hazır düşmənin qəzəblənəcəyindən təşvişlənirsən? Ancaq zülmkarın qəzəbi haradadır? Əsir edilən tezliklə azad olacaq, zindanda. ölməyəcək və çörəyə möhtac qalmayacaqdir. Mən Rəbb, dənizləri təlatümə gətirib dalğalara. nərə çəkdirən sənin Ailahınam; Onun adı - Savab Sahibi Allahıdır. Və Mən Öz sözlərimi sənin dilinlə deyəcəm və səni Öz əlimin gölgəsi altında saxlayacam” (Yeşaya. 51:11-16).iMQ 155.1

    “Buyur dinlə bunu, şərabdan sərxoş olmamış əzabkeş. Öz xalqının qisasmı alan Rəbbin, Rəbbin və Allahın sənin belə deyir: bax, Mən, səni sərxoş etmiş, Mənim qəzəbimin lərzəsi camını sənin əlindən alıram: sən artıq bunları içməyəcəksən. Və onu: “qarşımızda. səril ki, sənin üstünlə yeriyək” - deyən, və öz belini ayaqlar altında. sanki torpağa, ya. küçəyə döndərməyə səni məcbur edərək, səni əzaba. düçar edənlərin əllərinə verəcəyəm” (Yeşaya. 51:21-23).iMQ 155.2

    Allah əsrləri yarıb keçən nəzər ilə görürdü ki, Onun xalqı əleyhinə yerdəki hakimiyyətlərin hücuma keçməsi vaxtı yaxınlaşır. Qaçaq düşmüş əsir sayağı, onlar aclıq, yaxud işgəncələrdən ölməyə qorxacaqlar. Lakin dəniz sularını israillilərin qarşısında. aralayan Müqəddəs Şəxs, Öz qüdrətini göstərib xalqını xilas edəcək. “öz xalqımı ayıracağım gün onlar Mənim olacaqlar. Bir ata xidmət edən oğlunu necə bağışlayarsa, Mən də onları eləcə bağışlayacağam” (Məlaki 3:17). O vaxt Məsihə şahidlik edənlərin qanının tökülməsinin mənası olmazdı. Bu qan, Allah zəmisində toxum kimi səpilib bar yetirən, ilk şəhidlərin qanı kimi ola bilməz. Onların sədaqəti, başqalarını haqqa inandıran şahidlik vəzifəsi daşıya bilməz, çünki mərhəmət dalğaları qartlaşmış ürəklərə dəyib bir daha qayıtmayacaqlar. Bu vaxt salehlər öz düşmənləri tərəfindən məhv edilsəydi, bu, zülmət knyazının böyük sevincinə səbəb olardı. Zəbur surəsində oxuyuruq: “Dar gündə məskənində gizlər məni, çadırının örtüyü ilə örtər məni, əlçatmaz qaya başına çıxarar məni” (Zəbur 27:5). Məsih deyir: “Get, xalqım Mənim, öz mənzilinə gir, və qapılarını içəridən bağlayaraq bir anlığa, bəla keçib getməyincə gizlən; çünki budur, yer sakinlərini qanunsuzluqlarına görə cəzalandırmaq üçün Allah Öz məkanından çıxır” (Yeşaya 26:20,21). Onun gəlişini səbrlə gözləyənlərin və adları həyat kitabına yazılanların qurtuluşu heyrətamiz olacaqdır.iMQ 155.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents