Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Günahin Etiraf Edilməsi

    “Günahlarını ört-basdır edən uğur qazanmaz, Onu etiraf edərək tərk edən mərhəmət tapar.” (Məsəllər 28:13).

    Allahın mərhəmətini adi, agıllı və ədalətli şərtlərlə almaq olar. Allah tələb etmir ki, biz günahlarımızın bağışlanması üçün özümüzü üzüb taqətdən salaq. Allahı razı salmaq və günahlarımızın bağışlanması üçün uzaq və yorucu ziyarətlərə getmək, yaxud bədənimizə işgəncə vermək lazım deyil. Günahlarını etiraf edən və onlardan əl çəkən əfv olunacaq.AAY 30.1

    Həvarı deyir: “Beləliklə günahlarınızı bir-birinizə etiraf edin və biri-biriniz üçün dua edin ki, sağalasınız” (Yaqub 5:16). Günahlarınızı Allah qarşısında etiraf edin, zira yalnız O, günahlarınızı bağışlaya bilər, nöqsanlarınızı isə bir-birinizə etiraf edin. Əgər öz dostunuzu və yaxud qonşunuzu incitmişsinizsə, ona haqlı olmadığınızı etiraf etməlisiniz, onun borcu isə sizi asanlıqla bağışlamaqdır. Sonra siz bağışlanmanızı Allahdan xahiş etməlisiniz, çünki incitdiyiniz qardaş — Allah oğludur və onu incitməkə, siz onu Yaradana və Zəmanətçisinə qarşı günah etmiş olursunuz. Hər şey barəsində vahid həqiqi Vasitəçiyə, “bizim zəifliklərimizə acıyan” Baş Kahinə danışın ki, hər cür ləkədən və qüsurdan təmizləsin (İbranilərə 4:15).AAY 30.2

    Allaha təslim olmayan və günahlarını etiraf etməyən insanlar Allahın onları qəbul etməsi üçün əsas şərti yerinə yetirməmişlər. Əgər biz səmimi tövbə hisləri keçirməmişiksə, əgər qəlbimizi Allaha həqiqətən təslim edərək, sarsılmış ruhla günahlarımızı etiraf edib azğınlıqlarımıza nifrət etməmişiksə, biz onda həqiqi tövbəyə can atmamışıq. Bunu etmədən biz Allahın sülhünü əldə edə bilmərik. Bizim keçmiş günahlarımız yalnız bir səbəbə görə bağışlanmamış qalır: Biz qəlbimizi təslim edərək, Allah Kəlamında göstərilən şərtlərə əməl etmək istəmirik. Bu münasibətlə bizə aydın və müəyyən nəsihətlər verilmişdir. Günahların etiraf edilməsi harada olursa olsun — cəmiyyətdə və yaxud Allahla təklikdə — səmimi qəlbdən olmalıdır. Ötəri, unutqanlıqla edilən etiraf kimi, məcburiyyətlə edilən etiraf da yaramaz. Əgər insan öz günahının nə qədər iyrənc olduğunu başa düşmürsə, onu etirafa məcbur etmək olmaz. Yalnız qəlbin dərinliklərindən gələn etiraf Allah tərəfindən qəbul edilə bilər. Allah olduqca lütfkar və iztirablara acıyandır. Zəbur oxuyan deyir: “Rəbb qəlbisınıqlara yaxındır, O ruhən əzilmişləri qurtarır.” (Zəbur 34:18).AAY 31.1

    Öz günahlarının səmimi olaraq dərk edilməsi, həmişə konkretliyi müəyyənliyi ilə fərqlənir. Günahların bir qismi yalnız Allah qarşısında etiraf edilə bilər; digər qismi bu günahdan zərər çəkən insanların önündə etiraf edilməlidir; üçüncü qism cəmiyyətə qarşı yönələ bildiyi üçün, hamının önündə etiraf edilməlidir. Lakin hər bir etiraf mahiyyətcə konkret olmalıdır. Siz məhz təqsirkar olduğunuz günahın özünü etiraf etməlisiniz.AAY 31.2

    Şəmuelin dövründə israillilər Allahdan döndülər və öz günahlarının əzabını çəkdilər. Onlar Allaha inamı itirdilər və başa düşmədilər ki, Onun müdrikliyi və gücü onları idarə edir. Onlar Allahın Öz işini qorumaq bacarığına inamı itirdilər. Onlar böyük Kainat Hökmdarından üz döndərib, qonşu xalqlarda olduğu kimi, dövlət quruluşu arzu etdilər. Sülhə gəlməmişdən əvvəl, onlar öz təqsirlərini çox aydın şəkildə etiraf etdilər: “Qulların üçün Allahın Rəbbə yalvar ki, ölməyək, çünki bütün günahlarımızın üzərinə özümüzə padşah istəmək təqsirini də əlavə etdik»” (1 Şəmuel 12:19). Onlar məhz vicdanlarının onların ifşa etdiyi günahı etiraf etməli idilər. Onların naşükürlüyü onların qəlbinə zülm etdı və onları Allahdan ayırdı.AAY 32.1

    Səmimi tövbə və əməllərdə düzəlmə olmadan günahların etiraf edilməsi Allah tərəfindən qəbul edilə bilməz. Həyatda qəti dəyişkliklər baş verməlidir; Allaha xoş getməyən hər şey kənar edilməlidir. Həqiqi tövbənin bəhrəsi belədir. Bizə aydın deyilmişdir ki, bizdən nə gözlənilir: “Yuyunub təmizlənin, Gözümün önündə işlərinizi şərdən uzaqlaşdırın, pislik etməkdən vaz keçin. Yaxşılıq etməyi öyrənin, ədaləti axtarın, məzlumları qurtarın, yetimin haqqını qoruyun, dul qadını müdafiə edin” (Yeşaya 1:16,17). “Girovunu geri verərsə, soyğunçuluqla aldığını geri qaytararsa, pislik etmədən həyatverici qaydalara görə rəftar edərsə, əlbəttə, ölməyib yaşayacaq” (Yezekel 33:15). Həvarı Pavel həqiqi tövbənin bəhrələri haqda belə yazır: “Baxın Allah istəyən tərzdə çəkdiyiniz bu kədər sizdə nə qədər böyük cəhd, təmizə çıxmaq arzusu, qəzəb, qorxu, həsrət, qeyrət, ədalətpərvərlik yaratdı. Bu işdə hər cəhətdən saf olduğunuz barədə zəmanət verdiniz” (2 Korinflilərə 7:11).AAY 32.2

    Günah mənəvi qavramaya təsir göstərir, buna görə də günahkar xasiyyətdəki qüsurları və etdiyi şərin dəhşətini görmür. Əgər o, Muqəddəs Ruhun inandırıcıqüvvəsinə itaət etməzsə, onda öz günahını axira qədər dərk etməyəcək. Onun etirafları səmimi və ciddi olmayacaq. İfşa edilmənin təziqi altında öz günahını etiraf edərkən, o hər dəfə şəraiti bəhanə gətirərək, özünə haqq qazandırmağa cəhd edəcəkdir.AAY 33.1

    Adəm və Həvva qadağan olunmuş meyvəni yeyərkən, bundan dəhşətə gəldilər və utandılar. Əvvəlcə onlar yalnız o barədə fikirləşirdilər ki, öz günahlarına necə haqq qazandırsınlar və ölümdən canlarını qurtarsınlar. Allah onlar tərəfindən edilən günah barəsində soruşanda Adəm verdiyi cavabında etdikləri təqsirin bir hissəsini Allah və Həvva üzərinə atdı: “Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim”. Qadın isə, öz növbəsində ilanı təqsirləndirərək dedi: “İlan məni yoldan çıxartdı, mən də yedim” (Yaradılış 3:12,13). Sən ilanı nə üçün yaratdın? Sən onu niyə Edenə buraxdın? Onun cavabında elə bil ki, bu cür suallar nəzərdə tutulurdu və günaha batmaqlarında Allahı məsul edirdi. Özunə haqq qazandırmaq ruhu yalanın atasından yaranmışdır və Adəmin bütün oğul və qızlarında özünü göstərir. Belə etiraflar Ilahi Ruh tərəfindən vəhy olunmur və Allah tərəfindən qəbul edilə bilməz. Səmimi tövbə edən insan öz günahının bütün məsuliyyətini öz üzərinə götürərərk, heç bir hiyləgərlik və ikiüzlülük etmədən öz günahını etiraf edəcək. Gözünü göyə qaldırmağa cəsarət etməyən yazıq vergiyıgan kimi dua edəcək: “Allah, mən günahkara qarşı mərhəmətli ol!” Öz günahlarını etiraf edənlər haqq qazanacaqlar, çünki Məsihin qanı və xahişi bunu mümkün edəcəkdir. Allahın Kəlmında həqiqi tövbəyə və itaətə misallar gətirilmişdir. Müqəddəs Kitab, haqq qazandırmağa və bağışlanmağa cəhd etmədən, öz günahlarını etiraf edən insanlardan danışır. Həvari Pavel öz günahını gizlətmir. O öz suçunu azaltmağa cəhd etməyərək, onu ən gözgamaşdırıcı işıq qarşısına qoyur. O deyir: “Yerusəlimdə də bunu edirdim. Başçı kahinlərdən aldığım səlahiyyətə əsasən nə qədər müqəddəsi zindanlara saldırdım və edam olunanda onların əleyhinə səs verdim. Bütün sinaqoqları gəzib-dolaşaraq onları tez-tez cəzalandırır və öz etiqadlarına küfr etməyə məcbur edirdim. Mən elə dəli olmuşdum ki, onları ölkə xaricində olan şəhərlərdə belə, təqib edirdim. “(Həvarilərin işləri 26:10,11). Həvari tərəddüd etmədən elan edir: “Məsih İsa günahkarları xilas etmək üçün dünyaya gəldi, bu söz etibarlı və tamamilə qəbul olunmağa layiq sözdür. O günahkarlardan ən betəri mənəm” (1 Timoteyə 1:15). Həqiqi tövbə ilə fəth olunan sarsılmış və itaətkar qəlb, heç olmasa, hərdən Allahın məhəbbətini və Qolqotada gətirilən qurbanı dərk etmək səviyyəsinə çatır. Həqiqi tövbə edən günahkar, sevən ata önündə suçunu etiraf edən oğul kimi, Allaha öz azğınlıqlarını açır. “Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək” (1 Yəhya 1:9).AAY 33.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents