Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Tövbə

    İnsan Allah ilə düzgün münasibəti necə yarada bilər? Günahkar necə mömin ola bilər? Biz yalnız Məsih vasitəsilə Allah ilə müqəddəs harmoniyada ola bilərik; lakin Məsihə necə yaxınlaşaq? Əllinci Gündə olduğu kimi, öz günahlarını dərk etmiş insanları narahat edən həmin sualları çoxları verir. Onlar soruşurdular: “Biz nə edək?” Cavabında: “Tövbə edin” (Həvarilərirı işləri 2:37,38), — Peterin birinci sözü oldu. Başqa vaxt, az sonra, o dedi: “Beləliklə, günahlarınız silinsin deyə tövbə edib Allaha tərəf dönün” (Həvarilərin işləri 3:19).AAY 16.1

    Tövbə, günah üçün peçman olmaq ondan uzaqlaşmaqdır. Günahın ziyanını dərk etmədən, ondan imtina etməyəcəyik; onu qəlbimizdən rədd etməyənə qədər həyatımızda həqiqi dönüş olmayacaq.AAY 16.2

    Tövbənin əsl mahiyyətini anlamayan çoxları var. Yalnış əməlləri üçün özlərinin əzab çəkəcəklərindən qorxaraq, əksəriyyət etdiyi günahın peşmanlığını çəkir və hətta, zahirən davranışlarınıda dəyişirlər. Lakin bu, Muqəddəs Kitabda anladılan tövbə deyildir. Onlar günahın özündən çox, onun verəcəyi əzab üçün ağlayırlar. Öz ilkinlik hüququnu həmişəlik itirdiniyi başa düşən Esavın kədəri bu cür idi. Yolunda siyirmə qılıncla dayanan mələkdən qorxaraq, Bilam həyatdan məhrum olmamaq üçün günahını etiraf etdi; lakin bu, günah üçün səmimi peşmançılıq, dəyişmək niyyəti və şərə qarşı nifrət deyildi. Yəhuda Iskaryot Rəbbinə xəyanət etdikdən sonra qışqırmışdı: “mən təqsirsiz qanı təslim etməklə günah işlətdim” (Matta 27:4).AAY 16.3

    Yaxınlaşan dəhşətli məhkəmənin vahiməsindən və məhkum olunmaqdan onun günahkar qəlbinə dolan qorxu hissi onu bu etirafı etməyə məcbur etdi. Əməlinin nəticələri onu dəhşətə gətirirdi, lakin qəlbinin dərinliklərində Allahın pak Oğluna xəyanət etdiyi və İsrailin Müqəddəsinə dönük çıxdığı üçün peşmançılıq çəkmirdi. Allahın muhakiməsinə düçar olan firon sonrakı əzablardan yaxa qurtarmaq üçün günahını etiraf etdi, lakin cəza dayandırılan kimi, o yenidən Allaha qarşı təkəbbürlük etdi. Onlar hamısı günahın nəticələri üçün kədərlənirdilər, lakin günahın özü üçün peşmancılıq çəkmirdilər.AAY 17.1

    Amma ürək Allah Ruhunun nuru ilə dolduqda, vicdan oyanır və günahkar yeri - göyü idarə edən Allah qanununun müqəddəsliyini və dərinliyini başa düşməyə başlayır. Qəlbin gizli guşələrini nura qərq edərək orada zülmətdə gizlənən hər şeyi əyan edən “Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı.” (Yəhya 1:9). Günahkar suçunu ağlı və qəlbi ilə dərk edir. O, Tanrının haqlı olduğunu duyur və qəlblər Bilincisinin hüzurunda qüsurlu, natəmiz görünməkdən qorxur. O, Allahın məhəbbətini, müqəddəsliyin gözəlliyini və paklığın sevincini hiss edərək, Göylərlə ünsiyyətə olmaq üçün dəyişib paklaşmaq arzusu ilə alışır.AAY 17.2

    Davudun günah etdikdən sonrakı duaları günah üçün çəkilən qəmin həqiqi nümunəsidir. Onun tövbəsi səmimi və dərindən idi. O, günahını yumşaltmağa çalışmırdı və üzərini alan cəzadan qaçmaq xatirinə dua etmirdi. Davud cinayətinin dəhşətini və qəlbinin korlandığını görürdü; o, günahından ikrah edirdi. O yalnız əfv olunması üçün deyil, həm də qəlbinin paklanması üçün dua edirdi. O, müqəddəslik sevincinin — Allahla harmoniya və ünsiyyəti bərpa etməyin həsrətini çəkirdi. Budur onun həsrətlə çırpınan qəlbinin nitqi: “* Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan nə bəxtiyardır! Rəbb tərəfindən təqsirkar sayılmayan, qəlbində hiylə olmayan insan nə bəxtiyardır!” (Zəbur 32:1,2). “Məhəbbətinə görə, ey Allah, mənə rəhm et, bol mərhəmətinə görə qanunsuzluqlarımı sil. Təqsirimi tamamilə yu, günahımdan məni təmizlə. Çünki qanunsuzluqlarımı bilirəm, günahım daim gözümün qarşısındadır. Sənə, yalnız Sənə qarşı günah işlətmişəm, gözündə pis sayılanı etmişəm. Mənə görə çıxarılan hökmündə ədalətlisən, məni məhkum etməkdə haqlısan. Mən doğulandan bəri günahkaram, Ana bətnindən belə, təqsirkaram. Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən, Mənə daxilən hikmət öyrət. Məni züfa ilə pak et, təmiz olum, Məni yu, qardan da ağ olum. Mənə şadlıq, sevinc səsini eşitdir, qırdığın sümüklərim xoşhallansın. Üzünü tut, günahlarımı görmə, bütün təqsirlərimi sil. Ey Allah, məndə təmiz ürək yarat, daxilimə yenidən sədaqət ruhunu ver. Məni Öz hüzurundan atma, Müqəddəs Ruhunu məndən götürmə. Xilasının sevincini mənə qaytar, itaətkarlıq ruhu verib mənə dayaq ol. Qoy Sənin yollarını qanunsuzlara öyrədim,günahkarlar Sənə sarı dönsünlər. Ey Allah, məni azad et, qan tökmək təqsirindən məni qurtar, dilim ədalətini mədh etsin.” (Zəbur 51:1-14).AAY 17.3

    Belə bir tövbəni öz gücümüzlə etmək mümkün deyil; onu yalnız yüksəkliyə qalxan və insanlara bəxşişlər verən Məsihdən almaq olar.AAY 19.1

    Çoxları məhz bu məsələdə yanılır və buna görə də Məsihin onlara etmək istədiyi köməyi ala bilmirlər. Onlar düşünürlər ki, tövbə etməzdən əvvəl Məsihə gələ bilməzlər və tövbə günahlarının bağışlanmasına yol hazırlayır. Həqiqətən tövbə günahların bağışlanmasına gətirir və yalnız sarsılmış və peşman olmuş qəlb Xilaskara ehtiyac duyur. Lakin günahkar tövbə edənə qədər gözləməlidirmi ki, sonra Məsihə gəlsin? Tövbə Xilaskar ilə günahkarı ayıran maneyəmi çevrilməlidir?AAY 19.2

    Müqəddəs Kitab bunu öyrətmir ki, günahkar əvvəl mütləq tövbə etməlidir və yalnız bundan sonra Məsihin bu dəvətini qəbul edə bilər: “Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahathq verərəm.” (Matta 11:28). Axı əsl tövbəyə Məsihdən gələn qüvvə aparır. Peter israillilərə müraciətində bunu izah edərək deyib: “İsrailə günahlarından tövbə və bağışlanma imkanı vermək üçün Allah Onu Bani və Xilaskar olaraq Öz sağ tərəfinə qaldırdı” (Həvarilərin işləri 5:31). Biz Məsihsiz əfv oluna bilmədiyimiz kimi, vicdanları oyadan Məsih Ruhu olmadan da tövbə edə bilmərik.AAY 19.3

    Məsih bütün xeyirxahlıqların Mənbəyidir. Yalnız O bizdə günaha qarşı ikrah hissi yarada bilər. Günahkarlığımızın dərk edilməsi kimi, həqiqətə və paklığa edilən һәr bir cəhd də, Onun Ruhunun bizim qəlbimizə təsirinə şəhadət edir.AAY 19.4

    İsa demışdir: “Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm” (Yəhya 12:32). Məsih, günahkara dünyanın günahı üçün olən Xilaskar kimi açılmalıdır; Qolqota çarmıxı üzərindəki Allah Quzusuna nəzər yetirdikdə, biz bağışlanmanın sirrini daha yaxşı başa düşməyə başlayarıq və Allahın lütfkarlığı bizi tövbəyə aparır. Günahkarların xilası üçün ölməsi ilə Məsih anlaşılmaz məhəbbətini göstərdi; və günahkarın, başa düşərkən, düşüncələrini əsir edən bu məhəbbət, onun qəlbini yumşaldaraq tövbə doğurur.AAY 19.5

    Düzdür, hərdən insanlar günahkar həyatları üçün xəcalət çəkərək, hələ Məsihə gəlməmişdən, bəzi xoşa gəlməz vərdişlərini tərkidirlər. Amma onların bütün yaxşılaşmaq cəhdləri, səmimi düzgün hərəkət etmək arzuları Məsihin onları cəlb edən qüvvəsinin özünü göstərməsindən başqa bir şey deyildir. Onlar tərəfindən dərk edilməyən təsir qəlbdəki vicdanı oyadır və həyatda yaxşılığa doğru nəzərə carpacaq dönüş baş verir. Məsih onları Öz çarmıxına baxmağa cəlb edir ki, onların günahı üçün çarmıxa çəkilən Qurbanı görsünlər. Bu zaman onlara həyatlarının pozğunluğu, günahın qəlblərində necə dərin kök saldığı əyan olur. Onlar Məsihin haqlı olduğunu başa düşdükcə, heyrətlə deyirlər: “Günah nədir ki, ona əsir olanların əfvi üçün belə böyük qiymət tələb olunur? Nə qədər məhəbbət, iztirab və təhqirlərə dözmək tələb olunmuşdur ki, biz ölməyərək əbədi həyat alaq! Doğurdanmı Allah bizi belə sevir?”AAY 20.1

    Günahkar, Məsihin bu güclü məhəbbətinin cazibəsinə müqavimət göstərə bilər; ancaq müqavimət göstərməzsə, mütləq İsaya cəlb olunacaqdır; xilas planını dərk edərək, o, Allahın sevimli Oğluna bu qədər iztirablar gətirən öz ğünahları üçün tövbə edib, çarmıx altına gələcəkdir.AAY 20.2

    Təbiət möcüzələrini yaradan həmin İlahi Zəka insanlara muraciət edərək, onların qəlbinə təsvirəgəlməz həsrət yanğısı salır. Bu dünyada heç bir şey həmin yanğını söndürməyə qadir deyildir. Allahın Ruhu onları sülh və rahatlıq mənbəyini — Məsihin lütfkarlığını, müqəddəslik sevincini axtarmağa çağırır. Görünən və görunməz təsirlər vasitəsilə Xilaskarımız daim insanları qəlbi doydura bilməyən günahkar ləzzətlərdən çəkindirməyə və onların diqqətini Onda əldə edə biləcəkləri saysız-hesabsız üstünlüklərə cəlb etməyə çalışır. Bu dünyanın sınıq çənlərindən içməyə can atan bütün qəlblərə İlahi xəbər göndərilir: “Ruh da, gəlin də deyir: «Gəl!” Qoy eşidən də desin: «Gəl!” Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün” (Vəhy 22:17).AAY 20.3

    Əgər siz bütün qəlbinizlə bu dünyanın verə bilmədiyi hər hansı yaxşı bir şeyə can atırsınızsa, onda bu istəyi sizin qəlbinizdən ğələn Allah səsi kimi tanıyın. Ondan xahiş edin ki, sizə tövbə versin və Məsihi bütün hədsiz məhəbbəti, mütləq paklığı ilə açsın. Allaha və insana məhəbbət — Allah qanununun prinsipləri — Xilaskarın həyatında öz əksini tam tapmışdır. Onun qəlbi xeyirxahlıq və təmənnasız məhəbbətlə döyünərək yaşayırdı. Nə vaxt ki, biz Ona nəzər yetiririk və Xilaskardan gələn nur bizi ziyalandırır, onda biz qəlbimizdəki günahları görürük.AAY 21.1

    Biz Nakdimon kimi özümüzü tərifləyə bilərik ki, düzgün həyat keçiririk, mənəvi aləmimiz təmizdir və düşünə bilərik ki, başqa günahkarlar kimi qəlbimizi Allaha təslim etmək lazım deyil: lakin Məsihdən gələn nur qəlblərimizi işıqlandırdıqda görə bilərik ki, biz necə düşkünük, necə bizim hər bir əməlimiz riyakar niyyətlərə Allaha qarşı yönəlmişdir. Biz dərk etməyə başlayırıq ki, bizim düzgünlüyümuz çirkin bir geyimə bənzəyir və yalnız Məsihin qanı bizi günahın çirkabından təmizləyərək, qəlbimizi yeniləşdirib Onun kimi edə bilər.AAY 21.2

    Onda məlum olur ki, qəlbə daxil olan Allah şöhrətinin bircə şuası, Məsih paklığının bircə parıltısı kifayətdir ki, xasiyyətdəki bütün ləkələr aydın görsənsin, çatışmamazlıqlar və qüsurlar açılsın. Bu nur boş arzuları, qəlbin inamsızlıgını, nitqin natəmizliyini açıq-aydın göstərir. Günahın Allah qanununa zidd olan arzularının çirkliyi onun gözləri önündə canlandıqda, Allah Ruhunun təsirindən onun qəlbi sıxılır. Məsihin təmiz, qüsursuz xasiyyətini gördükdə, o özünə ikrah edir.AAY 22.1

    Daniel peyğəmbər ona göndərilən səma müjdəçisini əhatə edən şöhrəti gördükdə, öz zərifliyini və qeyri - mükəmməlliyini dərk edərək sarsıldı. O bu heyrətamiz mənzərəni seyr edərkən keçirdiyi hisləri təsvir edərək deyir: “Mən tək qaldım. Bu böyük görüntünü görəndə məndə qüvvət qalmadı, üzümün siması dəyişdi və taqətdən düşdüm” (Daniel 10:8). Öz üzərində belə bir təsiri hiss edən insan öz xudbinliyinə nifrət edəcək və Allahın qanununu, Məsihin xasiyyəti ilə ahəngdar olan mənəvi saflığa nail olmağa atacaqdır.AAY 22.2

    Pavel demişdir: “Qeyrət çəkməyə gəlincə, Allahın cəmiyyətini təqib edirdim. Qanuna əsaslanan salehliyə gəlincə, nöqsansız idim” (Filipiylilərə 3:6); lakin qanunun mənəvi tərifi ona aydın olanda, o öz günahkarlığını gördü. Qanunda deyilən zahiri davranışlara gəldikdə, o, günahkar deyildi; lakin müqəddəs qanunun mahiyyətini dərk etdikdə, özünü Allahın iradəsinə təslim olaraq günahını etiraf etdi. O deyir: “Bir vaxt Qanun məndə yox ikən mən sağ idim, amma o əmr mənə gələndə günah dirildi, mənsə öldüm. Beləcə anladım ki, mənə həyat verməli olan bu əmr mənə ölüm gətirdi.” (Romalılara 7:9,10). Allah qanununun ruhi təbiəti ona əyan olduqda, günah əsl murdarlığı ilə onun önündə canlandı və onun mənəmliyi yox oldu.AAY 22.3

    Allah bütün günahları eyni dərəcədə ağır hesab etmir; O da insanlar kimi günahkarlıgın dərəcəsini müxtəlif cür qiymətləndirir, lakin hec bir günah Onun nəzərində xırda deyildir. İnsanın mühakiməsi natamam və qeyri - mükəmməldir, ancaq Allah hər şeyi olduğu kimi mühakimə edir. Sərxoşa həqarətlə baxırlar, ona deyirlər ki, onun günahları göylərin yolunu ona bağlayacaq; təkəbbürlülük, xudbinlik və xəsislik isə çox vaxt məzəmmət olunmur. Amma bu günahlar Allah üçün xüsusilə təhqiramizdir; çünki onlar Allahın xasiyyətinə, kainatın günaha batmayan mühitində hökm sürən təmənnasız məhəbbətə ziddir. Ağır günah edən adam əməllərinin natəmizliyini dərk edərək, bundan utanıb Məsihin lütfkarlığına ehtiyac hiss edə bilər; amma məğrurun heç nəyə ehtiyacı yoxdur, buna görə də onun qəlbi Məsih üçün, Onun saysız-hesabsız xeyir - duası duası üçün bağlıdır.AAY 23.1

    “Ya Allah! Mən günahkara rəhm et!” (Luka 18:13) — deyərək dua edən yazıq vergiyıgan özünü olduqca əxlaqsız hesab edirdi. Başqaları da ona bu cür baxırdılar. Lakin o öz günahlarının ağırlığından əzab çəkərək, Allahdan mərhəmət diləməyə, Onun şəfqətinə ehtiyac duyurdu. Onun qəlbi günahın əsarətindən azad edən Allah Ruhunun şəfavericı təsiri üçün açıq idi. Öz düzgünlüyü ilə öyünən fariseyin lovğa duası, onun qəlbinin Müqəddəs Ruhun təsiri üçün bağlı olduğunu göstərirdi. O, Allahdan, İlahi müqəddəslikdən uzaq olduğu üçün öz pozğunluğunu dərk etmirdi. O, buna ehtiyac duymurdu və duasının nəticəsində heç nə almırdı.AAY 23.2

    Əgər öz günahkarlığınızı dərk etmişsinizsə, daha yaxşı olacağınız vaxtı gözləməyin. Çoxları Məsihə gəlmək üçün özlərini kifayət qədər layiqli hesab etmirlər. Siz öz gücünüzləmi düzəlməyə ümid bəsləyirsiniz? “Kuşlu öz dərisini, bəbir öz xallarını dəyişdirə bilərmi? Pislik etməyə alışmış siz də yaxşılıq edə bilməzsiniz. (Yeremya 13:23). Bizim köməyimiz yalnız Allahdır. Biz o vaxta kimi gözləməliyik ki, daha güclü inamımız, daha yaxşı imkanımız, daha müqəddəs mənəviyyatımız olsun. Biz özümüz heç nə edə bilmərik. Biz Məsihə olduğumuz kimi gəlməliyik.AAY 24.1

    Lakin heç kim özünü arxayın etməməlidir ki, Allah böyük məhəbbəti və rəhminə görə hətta Onun lütfünü rədd edənləri də xilas edəcəkdir. Günahın eybəcərliyini yalnız Allahın məhəbbətini və hikmətini canlandıran çarmıx işığında dərk etmək olar. Kim israr edir ki, Allah Öz lütfkarlığına görə günahkarı rədd etməz, qoy Xilaskarın çarmıxdakı ölümündən nəticə çıxartsın; bu ölüm günahın və onunla birlikdə günahdan xilas olmaq istəməyənlərin məhvə məhkum olduğunu göstərir. Məsih insanların günahını Öz üzərinə götürərək, onların əvəzinə bu iztirabları ona görə çəkirdi ki, insanlar vacib bir məsələni dərk etsinlər: bəşəriyyəti günahdan xilas etmək üçün Öz sevimli Oğlunu qurban verən Allah, günahın tam məhv olmasına müqavimət göstərən hec kimi ölümdən xilas etməyəcəkdir. Bu qurbansız bəşəriyyat günahın məhvedici qüvvəsindən xilas olub müqəddəs varlıqlarla ünsiyyəti bərpa edə bilməz. Allahın Müqəddəs Ruhundan doğularaq Onun mahiyyətini canlandıran Allah Oğlunun məhəbbəti, iztirabları və ölümü günahın necə dəhşətli varlıq olduğuna şəhadət edir. Bu günahın əsarətindən qurtararaq müqəddəs həyatla yaşamaq üçün Məsihə təslim olmaq lazımdır.AAY 24.2

    Bəzən tövbə etmək istəməyənlər məsihçi adlandırılanları göstərərək deyirlər: “Mən onlardan da yaxşıyam. Onların fədakarlığı, dərrakəsi, xeyirxahlığı mənimkindən çox deyildir. Onlar mənim kimi kef çəkməyi, həzz almağı sevirlər”. Beləliklə, onlar başqalarının nöqsanlarından öz laqeydliklərinə haqq qazandırmaq üçün istifadə edirlər. Lakin başqalarının günah və qüsurlarını bizə haqq qazandıra bilməz, çünki Rəbbimiz bizə nümunə olaraq nöqsanlı insanı deyil, pak Allah Oğlunu gətirmişdir. Məsihçilərin nalayiq hərəkətlərindən şikayətlənənlər öz həyatları ilə daha yaxşı nümunə göstərməlidilər. Əgər onlar məsihçinin necə olmalı olduğunu belə yaxşı bilirlərsə, necə düzgün davranmağı bilə - bilə bundan imtina edirlərsə, bununla öz günahlarını daha da artirmırlarmı?AAY 25.1

    Ləngimək təhlükəlidir. Öz günahlarınızı etiraf edərək Məsih vasitəsilə qəlbinizi saflaşdırmağa tələsin. Minlərcə insan öz əbədi məhv olmaqlarına səbəb olan bu səhvi edirlər. Burada ömrün qısa və qeyri - müəyyən olması haqda danışmağa ehtiyac yoxdur. Lakin insanların çoxu tərəfindən başa düşülməyən təhlükə haqda susmaq olmaz. Bu təhlükə ondan ibarətdir ki, insanlar təxirə salmadan Allah Ruhunun çağırışına təslim olaraq günahla əlaqəni qırmaq istəmirlər. Günah necə kicik olursa olsun, onu törədən hər bir kəs əbədi məhv olmaq təhlükəsi qarşısındadır. Qalib gələ bilmədiyimiz günah axırda bizi üstələyərək məhv edir.AAY 25.2

    Adəm və Həvva özlərini inandırırdılar ki, qadağan olunmuş meyvəni yemək çox kiçik günahdır və bu Allahın xəbərdarlıq etdiyi dəhşətli nəticələrə səbəb ola bilməz. Lakin bu kiçik günah Allahın dəyişilməz müqəddəs qanununun pozulması idi. O, insanı Allahdan ayırdı və dünyanı olümə, kədərə qərq etdi. Əsrlər boyunca yerdən iztirab çəkənlərin iniltisi qalxır. İnsan itaətsizliyinin nəticələrindən bütün canlılar əzabla inildəyir. İnsan itaətsizliyinin izləri Göylərdə də qalmışdır. Qolqota çarmıxı Allah qanununu pozanların əfv olunması üçün vacib olan heyrətamiz Qurbanın abidəsi kimi durur. Gəlin günaha laqeydliklə baxmayaq.AAY 25.3

    Allah qanununun hər birinin pozulması, Məsihin lütfkarlığına etinasızlıq özümüzə təsir edərək qəlbimizi sərtləşdirir, iradəmizi zəiflədir, zehnimizi kütləşdirir. Biz yalnız itaətsiz deyil, həm də Allahın Müqəddəs Ruhunun lətif çağrışına da laqeyd oluruq.AAY 26.1

    Çoxları öz narahat vicdanlarını sakitləşdirmək üçün fikirləşirlər ki, şər yolunu istədikləri vaxt tərk edə bilərlər. Onlar hesab edirlər ki, Allahın mərhəmət dolu çağırışlarına etinasızlıq edə - edə onu həmişə eşidə bilərlər. Onlar fikirləşirlər ki, həyatları boyu lütfkar Ruhu kədərləndirərək iblis tərəfdə olduqları halda, ən təhlükəli anda öz yollarını dəyişə bilərlər. Lakin bunu etmək o qədər də asan deyildir. Günah təsiri içində keçən həyat xasiyyəti o qədər korlayır ki, nəticədə az bir insanda Məsihə oxşamaq istəyi yaranır.AAY 26.2

    Hətta xasiyyətdəki bircə xoşagəlməz cizgi, həmişə qəlbdə daşınan bircə günahkar istək axırda xoş Müjdənin qüvvəsini onun üçün heçə endirə bilər. Hər bir günahı qane etmək istəyi qəlbi Allahdan uzaqlaşdırır. İlahi həqiqətə inadkar inamsızlıq və laqeydlik göstərən, axırda əkdiyini özü biçəcək. Bütün Müqəddəs Kitabda şərə yüngül münasibət göstərməyin ən ciddi xəbərdarlıq müdrik Süleymanın bu sözləridir ki, günahkar “günahının kəməndinə dolanar” (Məsəllər 5:22).AAY 26.3

    Məsih bizi günahdan azad etməyə hazırdır, lakin O bizi buna zorla məcbur etmir. Əgər biz günahın içərisində boğularaq şər tərəfə tamamilə meyl etmişiksə və azad olaraq Allahın xilaskar lütfünü qəbul etmək istəmiriksə, onda O bizim üçün daha nə edə bilər? Onun məhəbbətini inadkarlıqla rədd edərək biz özümüz özümüzü məhv edirik. “Budur indi münasib vaxt, indi xilas günü” (2 Korinflilərə 6:2). “Bu gün əgər Onun səsini eşitsəniz, ürəkləriniz ...inadkar olmasın.” (İbranilərə 3:7,8).AAY 27.1

    “İnsan zahirə, Rəbb isə ürəyə baxar” (1 Şamuel 16:7). Dəyişkən, xudbin insan qəlbi isə ziddiyətli sevinc və qəm hisləri ilə natəmizlik və yalanla doludur. Allaha bizim istəklərimiz, niyyətlərimiz və məqsədlərimiz əyandır. Qəlbimizin necə qüsurlu olsa da, Ona pənah gətirin! Zəbur oxuyan kimi biz də qəlbimizi hər şeydən Xəbərdar olanın önünə açaraq xahiş edək: “Ey Allah, məni yoxla, qəlbimi öyrən, Sən məni sınaqdan keçirib bütün fikirlərimi bil. Gör qəlbimdə pisliyə yol verirəmmi? Əbədi yolda mənə rəhbər ol!” (Zəbur 139:23,24).AAY 27.2

    Çoxları ağıl dini və xeyirxah görkəmlə kifayətlənsələr də, qəlbləri natəmiz qalır. Dua edin: “Ey Allah, məndə təmiz ürək yarat, daxilimə yenidən sədaqət ruhunu ver.” (Zəbur 51:10). Özünüzə qarşı düzgün olun. Həyatınız təhlükə altında olduğu zaman Allaha necə ehtiyac duyursunuzsa, Ona olan bu ehtiyacı həmişə duyun! Bu məsələ Allaha sizin öz qəlbiniz arasında həll olunmalıdır — əbədiyyət üçün həll olunmalıdır. Fərz etdiyiniz boş ümid sizin üçün fəlakət ola bilər.AAY 27.3

    Allah Kəlamını dua edərək öyrənin! Bu Kəlam sizə Allah qanunundakı və İsa Məsihin həyatındakı böyük müqəddəslik prinsiplərini açır. Bu prinsiplərsiz “heç kim Rəbbi görməyəçək” (İbranilərə 12:14). O bizi günahkar olduğumuza inandırır və xilas yolunu aydın göstərir. Onu qəlbimizə yönlənən Allah səsi kimi qəbul etməliyik.AAY 27.4

    Günahın dəhşətliyini və qəlbinizin həqiqi halını görərək ruhdan düşməyin. Axı Məsih günahkarları xilas etməyə gəlib. Dünya Məsihi özü ilə barışdırmayıb, çünki Allah ecazkar dərəcədə heyrətamız məhəbbətində “...dünyanı Məsihdə Özü ilə barışdırmaqda idi” (2 Korinflilərə 5:19). Öz zərif məhəbbəti ilə O, azmış övladlarının qayğısına qalır. Yerdəki valideynlərdən heç biri öz səhv edən və günahkar övladlarına Allah Yer övladlarına yanaşdığı kimi səbir ilə yanaşmırlar. Heç kim Onun kimi böyük məhəbbətlə azmışı çağıra bilməz. Bütün vədləri və xəbərdarlıqları Onun təsvir edilməz məhəbbətinin izharından başqa bir şey deyildir.AAY 28.1

    İblis sizə təlqin edəndə ki, siz böyük günahkarsınız, Zəmanətçinizə baxaraq Onun xidmətlərini deyin. Ondan gələn nura baxaraq sizə kömək edəcəkdir. Günahınızı etiraf edin, amma iblisə deyin ki, “Məsih İsa günahkarları xilas etmək üçün dünyaya gəldi” (1 Timoteyə 1:15) və siz Onun hədsiz məhəbbəti ilə xilas oluna bilərsiniz. Bir dəfə İsa Şimona iki borclu haqda danışdı. Onlardan biri sahibinə az miqdarda pul borclu idi, digəri isə daha çox. Sahibləri onların hər ikisinə borclarını bağışlayır. Məsih Şimondan soruşur: “De görüm, bu adamlardan hansı onu daha çox sevəcək? Şimon cavab verdi: «Güman edirəm, o adam ki ona daha çox bağışlandı»” (Luka 7:42,43). Biz böyük günahkarlar idik, ançaq Məsih bizə bağışlanma bəxş olunması üçün öldü. Onun qurbanı kifayət qədər böyükdür ki, Atadan bizim xilas olunmamız haqda xahiş etsin. Çox bağışlananlar Onu daha çox sevəcəklər. Onlar Onun taxtına başqalarından daha yaxın durub, Onu böyük məhəbbəti və hədsiz qurbanı üçün vəsf edəcəklər. Biz Allahın məhəbbətini nə qədər tam dərk ediriksə, günahın öldürücülüyünü o qədər yaxşı başa düşürük. Biz dərk edəndə ki, Allahın bizə ğüzəşti nə qədər böyükdür, Məsihin bizim üçün gətirdiyi hədsiz qurbanın böyüklüyünü başa düşməyə başlayanda qəlbimizdə nəsə baş verir. Qəlbimiz məhəbbət hislərinin axınindan və peşmançılıqdan əriyir.AAY 28.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents