Biz Məsihə Məxsusuqmu?
Search Results
- Results
- Related
- Featured
- Weighted Relevancy
- Content Sequence
- Relevancy
- Earliest First
- Latest First
- Exact Match First, Root Words Second
- Exact word match
- Root word match
- EGW Collections
- All collections
- Lifetime Works (1845-1917)
- Compilations (1918-present)
- Adventist Pioneer Library
- My Bible
- Dictionary
- Reference
- Short
- Long
- Paragraph
No results.
EGW Extras
Directory
Biz Məsihə Məxsusuqmu?
“Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi.” (2 Korinflilərə 5:17).AAY 48.1
Bəzən insan Məsihə dönüşünün dəqiq vaxtını və yerini deyə bilmir, yaxud buna səbəb olan bütün vəziyətləri xatırlaya bilmir. Lakin bu o demək deyildir ki, o dönməmiş qalır. Məsih, Naktimona demişdir: “Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir” (ҮәһуаЗ:8). Allah Ruhunun insan qəlbinə təsiri küləyin təsirinə bənzəyir. Biz küləyi görmürük, lakin onu hiss edirik. Insan gözü ilə görünməyən dirçəldici qüvvə yeni həyata təkan verir. O, Allaha bənzəyən yeni insan yaradır. Müqəddəs Ruh sakit və nəzərə çarpmadan fəaliyyət göstərir, amma onun işlərinin bəhrəsi aydın görünür. Əgər insan qəlbi Allah Ruhu tərəfindən yeniləşmişsə, bu, həyatda özünü mütləq göstərir. Biz özümüzü dəyişmək və yaxud Allaha ahəngdar yaşamaq üçün müstəqil heç nə edə bilmərik, həm də özümüzə və xeyirxah işlərimizə arxalanmamalıyıq, ancaq Allahın lütfü bizə oz təsirini göstərirsə, bu gizli qalmayacaqdır. Bizim xasiyyətimizdə, vərdişlərimizdə və məşguliyyətlərimizdə nəzərə çarpacaq dəyişikliklər baş verəcəkdir. İnsanlar əvvəlki və yeni həyat arasındakı aydın fərqi görəcəklər. İnsanın xasiyyəti təsadüfi xeyirxah və şər işlərdə deyil, adətən onun danışığında və işlərində, həyatımın ümümi istiqamətində açılır.AAY 48.2
İnsanın davranışı Məsihin yeniləşdirici qüvvəsi olmadan da zahiri cəhətdən xeyirhah ola bilər. Ətrafındakılara təsir edərək hamının hörmətini qazanmaq arzusu bizi özümüzü ləyaqətli aparmağa məcbur edə bilər. Şəxsi ləyaqət hissi Allahın Kəlamına zidd olan işlərdən çəkinməyə kömək edir, çünki eqoist adam da xeyirxah işlər görməyə qadirdir. Onda xeyir və yaxud şər tərəfində olduğumuzu necə müəyyən edək?AAY 49.1
Bizim qəlbimiz kimə məxsusdur? Bizim düşüncələrimizə kim hakimdir? Kimin barəsində danışmağı sevirik? Ən zərif duyğularımız kimə həsr olunmuşdur, qüvvəmizi kimə veririk? Əgər biz Məsihiniksə, onda Onun haqqında düşünmək bizə hər şeydən xoşdur. Biz özümüzü və malik olduğumuz hər şeyi Ona veririk. Biz Onun surətini canlandırmaq, Onun Ruhu ilə dolmaq, Onun iradəsi ilə yaratmaq və hər şeydə Onu razı salmaq ilə doluruq.AAY 49.2
Məsih İsada yenidən yaranan hər kəs öz həyatına Müqəddəs Ruhun bəhrələrini gətirəcək: “Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur.” (Qalatiyalılara 5:22,23). Belə adamlar öz əvvəlki həvəslərinə uymayacaqlar, lakin Allah Oğlunun arxasınca gedərək, Onun xasiyyətini canlandırıb əks etdirəcəklər, Onun kimi təmiz olmaq üçün özlərini təmizləyəcəklər. Əvvəl nifrət etdikləri şeylər xoşlarına gələcək və əvvəllər bəyəndikləri şeylərə nifrət edəcəklər. Məğrurlar və özlərinə güvənənlər həlim və qəlbən itaətkar olacaqlar, lovğalar və dəymə - düşərlər təvəzökar və ciddi olacaqlar. Sərxoşlar ayıq olacaqlar və əxlaqsızlar saf olacaqlar. Dünyəvi adətlər və zövqlər rədd ediləcək. “Qoy sizin bəzəyiniz saçlarınızı hörüb qızıl bər-bəzək taxmaq və gözəl geyimlər geyməklə zahiri şeylər deyil, gizli olan daxili varlığınız, həlim və sakit ruhun solmayan gözəlliyindən ibarət olsun. Bu, Allahın qarşısında çox dəyərlidir. Çünki qədim zamanlarda Allaha ümid bağlayan müqəddəs qadınlar öz ərlərinə tabe olaraq belə bəzənərdilər” (1 Peter 3:3,4).AAY 49.3
Əgər tövbədən sonra insan öz əməllərini düzəltmirsə, onda belə tövbəni səmimi hesab etmək olmaz. Nə vaxt ki, günahkar götürdüyü girovu qaytarır, oğurladığını geri verir, günahlarını etiraf edir, Allahı və yaxınlarını sevməyə başlayır, onda o əmin ola bilər ki, ölumdən həyata keçmişdir.AAY 50.1
Biz Məsihə gələndə öz yanılmalarımızı və günahlarımızı dərk ediriksə, Onun əfvedici lütfkarlığı ilə ünsiyyətdə oluruqsa, onda bizim qəlbimiz məhəbbətlə dolur. Heç bir yük ağır görsənməyəcəkdir, çünki Məsih bizə gücümüzdən artıq qəbul etdirmir. Vəzifələr sevincə çevrilir, xidmət qurbanı isə zövqə, əvvəllər zülmətə qərq olan yol, möminlik günəşinin şuaları ilə işıqlanır.AAY 50.2
Məsihin xasiyyətinin gözəlliyi Onun davamçılarında görsənəcəkdir. Məsih Allahın iradəsini sevinclə yerinə yetirirdi: O, Allaha məhəbbətlə və Onu şöhrətləndirmək arzusu ilə idarə olunurdu. Məhəbbət Onun bütün hərəkətlərinə xüsüsi alicənablıq və cazibə verirdi. Məhəbbət Allahdan gəlir. O, Allaha həsr Olunmayan qəlbdə doğula bilməz. O yalnız Məsihin padşahlıq etdiyi yerdə yaşayır. “Biz sevirik, çünki öncə O bizi sevdi” (1 Yəhya 4:19). Allahın lütfü ilə yeniləşmiş qəlbdə məhəbbət һәr bir əməlin əsası olur. O, xasiyyəti dəyişir, istəkləri idarə edir, ehtirasları cilovlayır, düşmənçiliyi yatırır və duyğuları ülviləşdirir. Qəlbdə yaşayan bu məhəbbət insanı xoşbəxt edir və ətrafdakılara ülvi təsir göstərir.AAY 50.3
İki cür təhlükə vardır ki, Allah övladları, xüsusilə Onun lütfünə yenicə etibar etməyə başlayanlar, bunlardan qorunmalıdılar. Birinci, artıq yuxarıda deyildiyi kimi, fikirləşmək lazım deyildir ki, Allahla ahənkdarlığa yalnız öz işləriniz vasitəsi ilə nail ola bilərsiniz. Qanuna yalnız öz gücləri vasitəsi ilə riayət edərək, müqəddəsliyə nail olmağa cəhd edənlər özlərini uğursuzluğa məruz qoyurlar. İnsanın Məsihsiz etdiyi bütün hər şey eqoizm və günahla murdarlanmışdır. Yalnız inam vasitəsi ilə alınan Məsihin lütfü bizi müqəddəs edə bilər.AAY 51.1
Məsihə inamın insanı Allah qanununa riayət etməyin vacibliyindən azad etdiyini düşünmək də az təhlükəli deyildir. Belə düşünmək lazın deyildir ki, biz yalnız inam vasitəsi ilə Məsihin lütfünə şərik olduğumuz üçün, bizim əllərimizin əfv olunmamıza heç bir dəxli yoxdur.AAY 51.2
Lakin diqqətinizi ona yönəldin ki, itaət — yalnız sadəcə olaraq tələblərin formal surətdə yerinə yetirilməsi deyil, məhəbbətlə edilən qulluqdur. Allahın qanunu Onun İlahi təbiətinin təcəssümüdür, böyük məhəbbət prinsipinin ifadəsidir, buna görə də, yerdə və göydə İlahi idarə etmənin əsasını təşkil edir. Əgər bizdə Allaha oxşarlıq və qəlbimizdə İlahi məhəbbət varsa, Allah qanununu yerinə yetirmək bizim üçün təbii bir şey deyildirmi? Nə vaxt ki, məhəbbət insan qəlbinə hakim olur, nə vaxt ki, insan qəlbi yeniləşib Allaha bənzər xüsiyyətlər alır, onda onlar üçün Əhdi — Cədiddə olan bu əhdi — peyman yerinə yetir: “O günlərdən sonra Onlarla bağlayacağım Əhd belədir” Rəbb bəyan edir, “Qanunlarımı onların ürəyinə qoyub zehinlərinə yazacağam” (İbranilərə 10:16). Əgər qanun qəlbə həkk olunubsa, məgər bu, həyata təsir edə bilməzmi? Məhəbbətlə edilən itaət və qulluq Məsihə məxsus olmağın həqiqi əlamətidir. Yazılarda deyilmişdir: “Çünki Allah məhəbbəti Onun əmrlərinə riayət etməyimizi tələb edir. Onun əmrləri isə ağır deyil”; “Kim «Onu tanıyıram” deyir, amma Onun əmrlərinə riayət etmirsə, yalançıdır və onun daxilində həqiqət yoxdur” (1 Yəhya 5:3; 2:4). Inam insanı itaətdən azad etmir. O, bizi itaətə güc verən Məsih lütfünə qovuşdurur.AAY 51.3
Biz yalnız öz itaətimizlə xilasa layiq deyilik. Allah xilası havayı bəxş edir və o, inamla qəbul edilir. İtaət inamın bəhrəsidir. “Siz bilirsiniz ki, Məsih günahları aradan qaldırmaq üçün zühur etdi. Onda günah yoxdur. Onda qalan hər kəs günahını davam etdirməz. Günahını davam etdirən һәг kəs nə Onu görüb, nə də Onu tanıyır” (1 Yəhya 3:5,6). Bizim inamımız bu cür sınaqdan çıxarılır. Əgər biz Məsihdəyiksə, əgər Allah məhəbbəti bizdə yaşayırsa, onda bizim hislərimiz, düşüncələrimiz, niyyətlərimiz və əməllərimiz Allahın müqəddəs qanununda təcəssüm edən Allah iradəsi ilə harmoniya olur. “Ey övladlar, heç kəs sizi aldatmasın; saleh iş görən şəxs Məsihin saleh olduğu kimi salehdir” (1 Yəhya 3:7). Allahın sina dağında verdiyi on hökmdən ibarət müqəddəs qanunu salehlik meyarıdır.AAY 52.1
İnsan Allaha itaətin vacibliyindən guya azad edən inam, inam deyildir, özündən razılıqdır. “Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir.” “İman da elədir, əgər yaxşı əməlləri yoxdursa, özü-özlüyündə ölüdür” (Efeslilərə 2:8; Yaqub 2:17). İsa onun haqqında hələ yerə gəlməmişdən qabaq demişdir: “Ey Allahım, Sənin iradəni yerinə yetirmək mənə zövq verir, Qanunun qəlbimdədir” (Zəbur 40:8). Özünün göylərə qaldırılmasından bir qədər əvvəl isə O elan etmişdi: “Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki, Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram.” (Yəhya 15:10). Yazılarda deyilmişdir: “Onu tanıdığımızı bundan bilirik ki, Onun əmrlərinə riayət edirik. Kim Onda qaldığını deyirsə, İsa Məsihin həyat sürdüyü kimi həyat sürməlidir” (1 Yəhya 2:3,6). “Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz” (1 Peter 2:21).AAY 52.2
Əbədi həyatı almaq şərti həmişə necə olmuşdursa, indi də elə qalmışdır. Bu şərt bizim əcdadlarımızın cənnətdə günaha batmasından əvvəl də belə idi, — bu, Allah qanununa tam itaətdir, mütləq salehlikdir. Əgər əbədi həyat hər hansı bir kiçik şərtlərə təklif olunsaydı, bu bütün kainatın əmin - amanlığı üçün təhlükə yaradardı. Özü ilə qurtarmaq bilməyən bəlalar və iztirablar gətirən günahın əbədiləşməsi ehtimalı törəyə bilərdi.AAY 53.1
Günaha batmazdan əvvəl Adəm Allah qanununa itaət vasitəsi ilə xasiyyətdəki salehlikdə daha çox yetkinliyə nail ola bilərdi, saleh xasiyyətini inkişaf etdirərdi. Lakin o bu yolla getmədi. Onun günahı üzündən bizə düşkün və günahkar təbiət miras qaldı, indi isə özümüz-özümüzü saleh edə bilərik. Özümüzün günahkarlığımıza və pozğunluğumuza görə biz müqəddəs qanunu kamil surətdə yerinə yetirməyə qadirdir deyilik. Bizim özümüzdə Allah qanununun tələblərini ödəyə bilən salehlik yoxdur. Lakin Məsih xilasa aparan yolu bizə açmışdır. O da yerdə bizim rastlaşdığımız sınaqlar içərisində yaşamışdır, buna baxmayaraq Onun həyatı günahsız olmuşdur. O bizim üçün ölmüşdür və bu gün də bizi günahlardan azad edib, Öz salehliyini bizə vermək istəyir. Əgər siz özünüzü Ona verərək, Onu öz Xilaskarınız kimi qəbul edirsinizsə, onda bütün öz günahlarınıza baxmayaraq, Onun xidmətləri sayəsində saleh sayılırsınız və Məsihin xasiyyətinə malik olursunuz. Bu vaxt Allah sizi elə qəbul edir ki, elə bil heç vaxt günah etməmisiniz.AAY 53.2
Həm də ki, Məsih qəlbinizi dəyişir; siz Ona etibar etdiyiniz üçün O sizin qəlbinizdə məskən salır. Sizin üçün vacibdir ki, inam vasitəsi ilə Məsihlə bu əlaqəni saxlayasınız və həmişə öz iradənizi Ona tabe edəsiniz. Əgər bu vəziyyətdə olsanız, O sizdə Öz xeyirxahlığına üyğun olan istək və fəaliyyət yaradacaqdır. Buna görə də siz deyə bilərsiniz: “Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram.” (Qalatiyalılara 2:20). İsa Öz şagirdlərinə demişdir: “çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur” (Matta 10:20). Və onda sizdə fəaliyyət göstərən Məsihlə birlikdə siz də həmin ruhu göstərməyə və xeyirxah işlər — salehlik və itaət göstərməyə qadir olacaqsınız.AAY 54.1
Beləliklə, bizim özümüzdə elə bir şey yoxdur ki, onunla öyünə bilək. Bizdə özümüzü ucaltmaq üçün kiçik bir özül də yoxdur. Bizim yeganə ümidimiz bizdə fəaliyyət göstərən Məsih Ruhunun salehliyidir.AAY 54.2
İman haqqında mühakimə yürüdərkən, bir şeyi nəzərə almaq lazımdır ki, danılmaz faktları qəbul etmək, hələ həqiqi iman göstərmək demək deyildir. Hər şeyə qadir olan Allahın varlığı, Onun Sözünün həqiqiliyini faktı hətta iblisin özü və onun ordusu da inkar edə bilmir. Müqəddəs Kitab deyir: “Cinlər də buna inanır və əsirlər!” (Yaqub 2:19). Lakin bu, Allahın bizdən gözlədiyi iman deyildir. Həqiqi iman özünü məhəbbətlə görülən işlərdə göstərir və qəlbi təmizləyir. Bu yalnız Allah sözünü tanımaq deyil, həm də öz iradəmizi Ona itaət etdirməkdir, fəth olunmuş və Ona bağlanmış qəlbin özünü tam verməsidir. Bu cür iman insanı yeniləşdirir və ondakı Allah surətinin bərpasına gətirir. Buna qədər insan Allah qanununa tabe olmamışdır və tabe ola bilməzdi də. İndi isə onu müqəddəs hökmlər sevindirib və o, Zəbur oxuyanla birlikdə nida edir: “Qanununu nə qədər sevirəm! Həmişə onun üzərində dərindən düşünürəm” (Zəbur 119:97). İndi qanunun saleh tələbləri bizdə, bədənlə deyil, ruhda, “Məsih İsada olanlarda” yerinə yetir (Romalılar 8:1).AAY 55.1
Elələri də vardır ki, Məsihin hər şeyi bağışlayan məhəbbətini dərk edərək, bütün qəlbləri ilə Allahın oğlu və yaxud qızı olmağı arzu edirlər. Lakin onlar öz qeyri - kamilliklərini, öz çatışmamazlıqlarını görürlər və buna görə də onların qəlblərinin Müqəddəs Ruh vasitəsi ilə yeniləşməsinə şübhə etməyə meyillidilər. Belələrinə demək istəyirəm ki, ümidsizliyə qapılmasınlar. Biz hələ dəfələrlə Məsihin ayaqlarına döşənərək, öz yanılmalarımız və səhvlərimiz üçün ağlayacağıq, lakin biz ruhdan düşməməliyik. Hətta əgər düşmən qalib gəlsə də, Allah bizi nə tərk edir, nə də rədd edir. Yox, Məsih Rəbbin qarşısında durmuşdur ki, bizim üçün xahiş etsin. Sevimli şagirdi demişdir: “Övladlarım, bunları sizə yazıram ki, günah etməyəsiniz. Əgər kimsə günah etsə belə, Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir” (1 Yəhya 2:1). Və məsihin sözlərini yaddan çıxarmayın: “Axı Ata Özü sizi sevir...” (Yəhya 16:27). O Öz surətini sizdə bərpa etmək istəyir ki, Onun paklığı və müqəddəsliyi sizdə əks olunsun. Əgər təslim olsanız, sizdə xeyir işlər görməyə başlayan Allah onu İsa Məsihin zühuru gününə qədər başa çatdıracaqdır. Özünüzü günaha qısqanaraq dua edin, imanda təsdiq olun! Öz gücümüzə inamı itirərkən, Zəmanətçimizin gücünə arxalanaq və Onu, qəlblərimizin Şəfaçisinı vəsf edək.AAY 55.2
Məsihə nə qədər çox yaxın olursunuzsa, öz xasiyyətinizdə bir o qədər çox nöqsanlar görürsünüz, zira mənəvi görmə qabiliyyəti güclənir. Onun kamilliyi ilə müqaisədə sizin zəiflikləriniz daha dəqiq görsənir. Bu onu göstərir ki, iblisin tamahlandırmaları sizin ürəyinizdə hakimiyyəti itirmişdir və Allah Ruhunun həyatverici təsiri sizi oyadır.AAY 56.1
Öz günahkarlığını dərk etməyən insanda Məsihə dərin məhəbbət ola bilməz. Məsihin lutfu ilə yeniləşən qəlb həmişə Onun İlahi xasiyyətinə heyran qalacaqdır. Lakin əgər biz öz mənəvi qüsurlarımızı görmürüksə, onda bu, heç bir şübhəsiz, ona dəlalət edir ki, biz Məsihin xasiyyətinin gözəlliyini hələ dərk etməmişik.AAY 56.2
Biz qurrələnməyə və özümüzü yüksək tutmağa nə qədər az meyilliyiksə, Xilaskarımızın təsvirə sığışmayan paklığı və cazıbəsini bir o qədər çox qiymətləndiririk. Günahkarlığımızı dərk etməmiz bizi təhrik edir ki, bizi həmişə Bağışlaya Bilənin yanına gedək. Öz köməksizliyini hiss edəndə qəlb Məsihi axtarır, bu zaman Məsih bütün qüdrəti ilə ona açılır. Biz Ona və Allah sözünə nə gədər çox ehtiyac duyuruqsa, Onun xasiyyəti haqqında o qədər yüksək təsəvvürə malik oluruq və Onun surətini o qədər tam əks etdiririk.AAY 56.3