Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Həsr Етмә

    Allah vəd edir: “Məni axtaracaqsınız, əgər bütün qəlbinizlə axtarsanız, tapacaqsınız” (Yeremya 29:13).AAY 35.1

    Dəyişərək, Allaha bənzəyişimizin bərpa ola bilməsi üçün, bizdən Allaha tərəf tam dönmə gözlənir. Təbiətimizə görə biz Allahla yadlaşmışıq. Müqəddəs Ruh bizim halımızı belə təsvir edir: “Siz nə üçün yenə döyüləsiniz, niyə üsyan etməkdə davam edirsiniz? Xoralar başınızı tamamilə bürüyüb, ürəyiniz azara düşüb. Təpədən dırnağacan bədəniniz xəstədir, bir sağlam yeriniz yoxdur: Yaralarınız, zədələriniz, yenə də vurulmuş yaralarınız təmizlənməmiş, sarılmamış, məlhəmlə yumşaldılmamışdır”. Iblis insanları öz torunda tütüb möhkəm saxlayır, o, “ayıq ola bilərlər və istəyini yerinə yetirmək üçün onları əsir edən iblisin torundan çıxarlar.” (Efeslilərə 2:1; Yeşaya 1:5,6; 2 Timoteyə 2:26). Allah bizi sağaltmaq və azad etmək istəyir. Bizim təbiətimizin əsaslı sürətdə yenidən yaranaraq yeniləşməsi üçün, biz tamamilə Ona təslim olmalıyıq.AAY 35.2

    Öz mənliyimiz ilə mübarizə — bu insanların bütün dövrlərdə apardıqları döyüşlərin içərisində ən böyüyüdür. Mənliyimizi itaət etdirib, Allahın idarəsinə tam təslim olmaq üçün, səy göştərmək lazımdır. Özünü Allaha təslim edən, insan üçün yeni müqəddəs həyat mümkün deyildir.AAY 35.3

    Allahın iradəsi, iblisin göstərmək istədiyi kimi, korkoranə itaətkarlığa, şüursuz tabeçiliyə əsaslanmır. Allah öz məxluqlarını şüurluluğa və vicdanlılığa cağırır. O insanlara təklif edir: “Gəlin indi birgə düşünək...” (Yeşaya 1:18). O bizim iradəmizə zorakılıq etmir və yalnız könüllü, şüurlu səcdəni qəbul edir. Məcburi itaətkarlıq hərtərəfli əqli və mənəvi inkişaf etmək imkanından məhrum edərdi və insanı robota çevirərdi. Bu, Yaradanın iradəsinə ziddir. O istəyir ki, insan — Onun yaratdıqlarının tacı — ən yüksək inkişafa nail olsun. Allah bizə ən yüksək bəxtiyarlıq təklif edir və Öz lütfkarlığının gücü ilə bizi ona çatdırmaq istəyir. Biz seçməliyik: Allah övladlarının azadlığına qoşularaq, günahın köləliyindən azad olmaq istəyirikmi?AAY 36.1

    Özümüzü Allaha verərkən, bizi Ondan ayıran bütün şeylərdən mütləq imtina etməliyik. Elə buna görə xilaskar deyir: “Eyni tərzdə sizdən hər biriniz bütün əmlakından əl çəkməsə, Mənim şagirdim ola bilməz” (Luka 14:33). Insanı Allahdan ayıra bilən hər şeyi uzaqlaşdırmaq lazımdır. Var - dövlət çox insanı özünə cəlb edir. Pula məhəbbət, varlanmaq ehtirası — bu onları iblisə bağlayan qızıl zəncirdir. Başqaları daha çox şan-şohrətə can atır. Qayğısız və məsyliyyətsiz həyat isə bir başqalarının pərəstişidir. Lakin bu qul zəncirləri qırılmalıdır. Biz yarı Allaha, yarı da dünyaya məxsus ola bilmərik. Əgər biz Allaha tam məxsus deyiliksə, onun övladı da ola bilmərik.AAY 36.2

    Bəziləri Alllahın qanununu yerinə yetirmək, mömin xasiyyəti formalaşdırmaq və xilas olmaq üçün öz şəxsi səylərinə arxalanırlar və beləcə, Allaha xidmət etdiklərini israr edirlər. Bu insanlar Məsihin məhəbbətini hələ bütün qəlbləri ilə duymamışlar. Onlar öz məsihçi vəzifələrini sözsüz yerinə yetirməyə can atırdılar ki, bu yola özləri üçün əbədi həyat əldə etsinlər. Belə din heç nə vermir. Məsih ürəyimizdə olanda, qəlbimiz Onun məhəbbəti və Onunla ünsiyət sevinci ilə o qədər dolur ki, artıq Onsuz dura bilmir. Onun haqda düşünərək, biz öz mənliyimizi unuduruq və bütün əməllərimiz Məsihə olan məhəbbətdən gəlir. Allahın məhəbbətinin cəzbedici qüvvəsini duyan hər kəs fikirləşmir ki, Allahın tələblərini necə yerinə yetirsin və öz tərəfindən lap az qurbana yol versin. Onlar öz Zəmanətçilərinin iradəsi ilə tam ahənkdarlıqda yaşamağa can atırlar və hər şeyi sevinclə tərk edərək özlərini seçilmiş məqsədə təmamilə həsr etməyə hazır olurlar. Əgər məsihçinin qəlbində bu cür dərin məhəbbət yoxdursa, onun dini — yalnız söz, yalan və ağır yükdür.AAY 36.3

    Bəlkə siz hesab edirsiniz ki, hər şeyi Məsihə verməklə siz çox böyük qurbana yol vermiş olursunuz? Onda özünüzə sual verin: “Məsih mənim üçün nə verdi?” Bizim xilasımız üçün Allahın Oğlu hər şeyini — şəxsi həyatını, məhəbbətini və əzab əziyyətlərini qurban etdi. Doğurdanmı belə məhəbbətə layiq olmayan biz, insanlar, qəlbimizi Ona qarşı bağlayacağıq? Biz hər an Onun xeyir - duasından istifadə edirik və məhz buna görə cəhalətin, iztirablarının hansı dərinliklərdən çıxarıldığımızı tamamılə dərk etmirik. Bizim günahlarımızın ağır yara vurduğu Qurbana nəzər salaraq, Onun məhəbbətinə laqeyd qala bilərikmı? Rəbbin Özünü necə itaətəgətirdiyini görərkən, həyata aparan yolumuzun çətin mübarizələrdən və özünü alçaltmalardan keçdiyindən şikayətlənə bilərikmi?AAY 37.1

    Çox məğrurlar soruşurlar: “Tövbə və itaət etmək nəyə lazımdır? Doğurdanmı bunlarsız mən əmin ola bilmərəm ki, Allah məni qəbul edir?” Məsihə nəzər yetirin: O, günahsız idi; üstəlik də, O, Göylər Padşahı idi, lakin insan nəslinin əfv olunması naminə onların günahı üçün Qurban oldu. “Buna görə Mən ona böyük adamların arasında pay verəcəyəm. O, qəniməti güclülərlə böləcək. Çünki o, canını fəda etdi, üsyankarlara tay tutuldu. Çox adamların günahını üzərinə götürdü, üsyankarlardan ötrü yalvardı” (Yeşaya 53:12).AAY 38.1

    Hər şeyi Məsihə verəndə, biz nədən imtina edirik? Günahın çirkabından, ona görə ki, İsa bizi Öz Qanı ilə təmizləsin və Öz müqayisə edilməz məhəbbəti ilə xilas etsin. Lakin bəzi adamlara elə gəlir ki, hər şeyi tərk etmək çox çətindir! Bu cür fikir və sözlər bizdə xəcalət hissi oyatmalıdır.AAY 38.2

    Allah tələb etmir ki, biz öz xeyirimizə olan şeylərdən imtina edək. O həmişə Öz övladlarının xeyri üçün çalışır. Məsihi hələ seçməyənlərin başa düşmələri vacibdir ki, Allah onlara onların özləri üçün axtardıqları dünyəvi şeylərdən müqaisə edilməz dərəcədə yaxşısını təklif edir. İnsan Allahın iradəsinin əksinə olaraq düşünərkən və hərəkət edərkən, özünə çox böyük ziyan vurur. Allahın qadağan etdiyi yola gedərək əsl xoşbəxtliyə çatmaq olmaz. Axı yalnız O bilir ki, bizim üçün nə daha yaxşıdır və hər şeyi bizim xeyirimiz üçün edir. Günah yolu — iztirab və ölüm yoludur.AAY 38.3

    Bu cür fikirləşənlər yanılırlar ki, Allah Öz övladlarının iztirablarına baxmaqdan həzz alır. Bütün səma insanın xoşbəxtliyini istəyir. Bizim Səmavi Atamız Öz övladları- nı sevincdən məhrum etmək istəmir. Allah bizi yalnız o şeylərdən imtina etməyə çağırır ki, onlar iztirab və peşmançılıq gətirir, xoşbəxtlik və əbədi həyat yolunu bizə bağlayır. Dünyanın Xilaskarı insanları olduqları kimi qəbul edir: bütün çatışmazlıqları,zəiflikləri və qeyri - kamillikləri ilə birgə. O onları yalnız günahdan təmizləyib Öz Qanı ilə əfv bəxş etmir, həm də Onun ağır yükünü daşımağa razı olan hər kəsin qəlb iztirablarına məlhəm olur. O, həyat çörəyi üçün Onun yanına gələnlərə sülh və rahatlıq vermək istəyir. İsa bizi yalnız bəxtiyarlığın zirvəsiə ucaldan vəzifələri yerinə yetirməyə çağırır. Onun iradəsinin əksinə gedənlər bu bəxtiyarlığı heç vaxt duymayacaqlar. Qəlbində Məsih yaşayan insan tam həyat sevincinə malik olur.AAY 38.4

    Çoxları soruşurlar: “Həyatımın idarə olunmasını Allaha necə həvalə edim?” Siz bunu etməyi arzu edirsiniz, lakin özünüzdə mənəvi güc yoxdur, şübhələrin əsarətindəsiniz və günahkar vərrdişlərin hakimiyyəti altındasınız. Sizin vədləriniz və qərarlarınız oyuncaq ev kimi dağılır. Siz öz fikirlərinizi, istəklərinizi, hislərinizi bilmirsiniz. Yerinə yetirilməyən vədlər və vəzifələr sizi öz səmimiliyinizə şübhə etməyə məcbur edir. Sizə elə gəlir ki, Allah sizi qəbul edə bilməz, lakin ruhdan düşməyin. Sizə əsl iradə gücünün nə olduğunu başa düşmək lazımdır. İnsanın təbiətində bu elə idarəedici qüvvədir ki, özünü qərarların qəbul edilməsində göstərir. Hər şey iradənin düzgün fəaliyyətindən asılıdır. Allah insana seçmək bacarığı vermişdir, və bu bacarıqdan istifadə etmək lazımdır. Siz özünüz ürəklərinizi dəyişə bilməzsiniz, lakin Ona ibadət etməyi seçə bilərsiniz. Əgər siz öz iradənizi Ona verməyə qadirsinizsə, onda O sizin istəyinizi və fəaliyyətinizi Öz iltifatına uyğun edəcəkdir. Onda siz təmamilə Məsih Ruhunun rəhbərliyi altında olacaqsınız, sizin məramınız Onunla bir ahəngdə — harmoniyada olacaqdır.AAY 39.1

    Müqəddəsliyə və xeyirxahlığa can atmaq tərifə layiqdir. Lakin yalnız arzularla kifayətlənsək, bu heç bir fayda verməyəcəkdir. Çoxları Məsihçi olmağı arzulamaqlarına və bu cür olduqlarını zənn etdiklərinə baxmayaraq məhv olacaqlar. Onlar öz iradələrini Allaha tabe etməyiblər və bu gün də bu seçkini etmək qərarına gələ bilmirlər.AAY 40.1

    Əgər öz iradənizi düzgün istiqamətə yönəldə bilsəniz, sizin həyatınız tamamilə dəyişər. Hər şeyi Məsihə verməklə, siz kainatın Ən Qadir Varlığına arxalanmış olursuz. Və O, sizə imanlı həyatını yaşamağa qüvvə verə bilər.AAY 40.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents