Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Oxucuya Bir Neçə Söz

    Bəşəriyyətin ruhi oyanışına və yüksəlişinə həqiqətən yaxşı təsir edən bütün kitablardan az bir qismi, “Allaha aparan yol” kitabı kimi, belə böyük tirajlarla və bu qədər çoxlu dillərdə çap olunurlar. Yer kürəsinin ən ucqar güşələrinə qədər dünyanın, demək olar ki, bütün ölkələrinin ciddi düşüncəli insanların çoxu onun güclü təsirini özlərində hiss etmişlər.AAY 117.1

    Bu kitabın müəllifi Yelena Uayt (1827-1915) öz dövründə dini dairələrdə öz ruhani xidmətini üç qitədə yerinə yetirən yazıçı və moizəçi kimi tanınmışdı. O, ABŞ-ın şimal - şərq hissəsindəki Men ştatında anadan olmuş və gəncliyini orada keçirmişdir. Sonrakı illərdə o başqa ştatlarda da çox gəzməli olmuşdur. 1885-1887-ci illərdə o, Qərbi Avropanın bir sıra ölkələrində yaşamış və işləmişdir. Orada o, yazıçı fəaliyyəti ilə yanaşı, tez-tez böyük auditorialar qarşısına mənəviyyat, ruhaniyyət və sağlam həyat tərzi mövzularında danışaraq çıxış edirdi. Sonralar o, yeddi il Avstraliyada və Yeni Zelandiyada olmuşdur. Onun qələminə ilahiyyət, təhsil, sağlamlıq, ailə həyatı və praktik məsihçilik mövzusunda çoxlu kitab və məqalələr məxsusdur. Onun kitablarından bəziləri azəri türkcəsinə tərcümə edilmişdir. Bunların içərisində “Allaha aparan yol” — ən çox yayılandır.AAY 117.2

    Kitabın adı onun məzmununu açır. Bu gün genişlənən azadlıqlar sayəsində bizim ölkədə də daha çox insan Xilaskarın Xoş Müjdə çağırışını eşidə bilər: “Mənə gəlin”. Lakin Foma (Məsihin ilk şagirdlərindən biri) ilə birlikdə çoxları soruşmağa hazırdır: “Yolu necə tanıya bilərik?” Bu kitabın səhifələrində Allaha aparan yol sadə və aydı göstərilmişdir. Oxucunun nəzəri axtaran qəlbin bütün ehtiyaclarını təmin edən İsa Məsihə yönəlmişdir. İlhamlanmış müəllif inamsıza və şübhə edənə, Allaha birgə olan, sülhə və həyata aparan Yolu görməyə kömək edir. Həqiqəti və xasiyyət kamilliyini axtaran hər kəs burada təklif olunan məsləhətlərə əməl etməklə, addım-addım, bizi Yaradan və Bağışlayan Rəbbə yaxınlaşdıra bilərAAY 118.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents