Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Allahin Dərk Edilməsi

    Allahın Özünü bizə açması və bizi Özü ilə ünsiyyətə gətirməsi yolları çoxcəhətlidir. Təbiət dayanmadan bizim idrakımıza və hisslərimizə təsir edir. Allahın, yaratdıqlarında təzahür edən, məhəbbət və izzəti açıq qəlbli insanda dərin təəssürat yaradır. Təbiətin əsrarəngiz həyatını diqqətlə dinləyərək, o, Allahın Öz yaratdıqları vasitəsi ilə nə öyrətmək istədiyini eşidir və dərk edir. Yaşıl tarlalar, əzəmətli ağaclar, tumurcuqlar və gül - çiçəklər bizi Allahı dərk etməyə dəvət edirlər; süzən buludlar və göylərin şöhrəti bizə Ondan danışır, yağış damcıları və şırıltılı çay bizim zəkamızı onları Yaradana yönəldir.AAY 74.1

    Bizim Xilaskarımız Öz qiymətli həqiqətlərini təbiət tablolarında canlandıraraq izah etmişdir. Ağaclar, quşlar, tarla çiçəkləri, təpələr, göllər, göylər aləmi, həm də həyatın gündəlik hadisələri - bunlar hamısı həqiqət sözləri ilə və insanın zəhmətli həyatının qayğıları ilə qaynayıb - qarışır.AAY 74.2

    Allah istəyir ki, Onun övladları Onu yada salsınlar və Onun onların yer evlərini bəzədiyi həzin təbiət gözəlliklərindən həzz alsınlar. Allah bu dünyada gözəl olan hər şeyi sevir, lakin xasiyyət gözəlliyi Onun üçün zahiri cazibədən yüksəkdə durur. O, istəyir ki, güllərin bizi özünə cəlb edən paklığını və sadəliyini özümüzdə kamilləşdirək.AAY 74.3

    Əgər biz Allahın kainatdakı xilqətlərinə nəzər salaraq, bizi əhatə edən hər şeyi həssaslıqla dinləsək, onda itaət və etibar dərsləri almış olarıq. Gözlə görünməz və onlar üçün çəkilmiş yollar ilə fasiləsiz olaraq hərəkət edən nəhəng ulduzlardan tutmuş, xırdaca atomlara qədər hər şey təbiətdə Allahın iradəsinə tabedir. Allah hər şeyin qayğısını çəkir və yaratdığı hər şeyi saxlayır. Ucsuz-bucaqsız kainatın saysız-hesabsız dünyalarını İdarə Edən, eyni zamanda, qayğısızcasına öz xoş nəğməsini oxuyan kiçik quşcuğazın da qeydinə qalır. Bizim Səmavi Atamız lətifliklə bizim hamımızın qeydinə qalır: O bizim nə vaxt işə getdiyimizi görür və nə vaxt dua etdiyimizi eşidir. Onun nəzəri biz yatanda da və oyananda da bizim üzərimizdədir. Dövlətlinin öz sarayında şənlik keçirməsi də, yoxsulun öz uşaqlarını kasıb süfrəsi ətrafına toplaması da Ona əyandır. Allah axan hər bir göz yaşından xəbərdardır və heç bir təbəssüm Onun nəzərindən qaçmır.AAY 75.1

    Əgər biz hamımız bunu dərindən dərk etsəydik, onda bizim əsassız narahatçılığımız və artıq həyacanlarımız itərdi. Onda biz öz həyatımızdakı bizə çoxlu kədərlər gətirən bu qədər məyusluqları da keçirməzdik. Ona görə ki, biz böyük və kiçik nə varsa hamısını heç bir qayğı çoxluğundan narahat olmayan Allaha tapşırardıq.AAY 75.2

    Yerin gözəlliklərinə heyran olarkən, heç bir kədərin, günahın və ölümün mövcud olmadığı, təbiətin özündə lənətin kölgəsini də gəzdirmədiyi gələcək dünya haqqında düşünün. Xilas olunanların vətənini təsəvvürünüzə gətirin və yadda saxlayın ki, o, hətta ən cəsarətli və canlı təsəvvürə malik olanın təsəvvür edə biləcəyindən də gözəl olacaqdır. Təbiətdəki cürbəcür Allah bəxşişləri Onun izzətini yalnız ən zəif əksidir. Yazılmışdır: “Amma necə ki yazılmışdı: «Allahın Onu sevənlər üçün hazırladıqlarını nə göz görüb, nə qulaq eşidib, nə də insan ürəyi dərk edib»” (1 Korinflilərə 2:9).AAY 75.3

    Şairlər və alimlər təbiət haqqında çox şey deyə bilərlər, lakin yalnız məsihçi Allahın insana məhəbbətini hər cəhətdən görür və başa düşür ki, dağlar, düzlər, çaylar və dənizlər - hər şey insanın rifahı üçün yaranmışdır. Və yalnız bütün bunların hamısını Səmavi Atanın yaratdığını qəbul edən təbiətin gözəlliyindən həqiqi mənada həzz alaraq, onu yüksək qiymətləndirə bilər.AAY 76.1

    Allah hadisələrə Öz təsiri ilə və Öz Ruhu vasitəsilə qəlbimizə təsir etməklə bizə müraciət edir. Gündəlik həyatımızda rast gəldiyimiz bütün şeylərdən, hər gün ətrafımızda baş verən dəyişikliklərdən biz çox qiymətli dərslər ala bilərik, lakin həmin dərslər üçün bizim qəlbimiz acıq olmalıdır. Ecaskar Allah qayğısı haqqında düşünərkən, Zəbur oxuyan demişdir: “Rəbb salehliyi və ədaləti sevir, yer üzü Onun məhəbbəti ilə dolur.”; “Kimin ağlı varsa, qoy buna fikir versin, qoy Rəbbin məhəbbətini dərk etsin!” (Zəbur 33:5; 107:43).AAY 76.2

    Allah bizə Öz Sözü vasitəsi ilə də müraciət edir. Onun xasiyyətinin xüsusiyyətləri, böyük işi və insanlarla qarşılıqlı münasibət Müqəddəs Kitabda daha aydın və tam açılır. O bizə ulular, peyğəmbərlər və qədim dövrlərin digər şəxsiyyətləri haqqında danışır. Onlar da bizim kimi insanlar idi. onlar da bizim kimi ruhdan düşürdülər və ruh düşkünlüyü ilə mübarizə aparırdılar; necə ki, biz yolumuzdan çıxırdıq, lakin Allahın lütfünün gücü ilə nöqsanlarımıza qalib gələrək düz yola qayıdırdıq. Onlar haqqında oxuyarkən, biz öz səylərimizdə ruhən möhkəmlənirik. Onların keçdikləri heyrətamiz təcrübələri bildikdə, onların necə bir işıqla, necə məhəbbətlə, necə xeyir - dua ilə faydalandıqlarını gördükdə, onlara bəxş edilən lütflə necə işlər gördüklərini öyrəndikdə, onları ruhlandıran həmin ilham verici Ruh bizim qəlbimizdə də müqəddəs sevinc qığılcımı və xasiyyətcə onlara bənzəmək, onlar kimi Allahla getmək arzusu alışdırır.AAY 76.3

    İsa Əhdi - Cədiddə, daha da aydın Əhdi - Ətiq Yazılarında açılan həqiqət haqqında demişdir: “Mənim haqqımda şəhadət edənlər də onlardılar” (Yəhya 5:39), yəni bizim əbədi həyata olan bütün ümidlərimiz cəmləşdiyi Xilaskar haqqında şəhadət edirlər. Elə bütün Müqəddəs Kitab, Məsihdən danışır. Yaradılış haqqındakı birinci qeydlərdən - “olmuş olan şeylərdən heç biri Onsuz olmadı” - sonuncu vədə qədər - “budur, tez gəlirəm!” - biz Onun işləri haqqında oxuyuruq və Onun səsini eşidirik (Yəhya 1:3; Vəhy 22:12). Əgər biz Xilaskarı daha yaxşı tanımaq istəyiriksə, onda Müqəddəs Yazını tədqiq etməyimiz vacibdir.AAY 77.1

    Qoy Allah sözləri bizim qəlbimizə dolsun. Bu - susuzluq yanğısını söndürən həyat suyudur. Bu - göylərdən gələn əbədi həyat çörəyidir. İsa deyir: “Doğrusunu, doğrusunu sizə deyirəm: Bəşər Oğlunun ətindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq”. Sonra O dediyini izah edir: “Həyat verən Ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Sizə söylədiyim sözlər Ruh və həyat gətirir.” (Yəhya 6:53,63). Yerin nemətləri ilə qidalanarkən biz bədənimizi möhkəmlədirik. Maddi aləmdə baş verənlər ruhi həyatda da müşahidə olunur. Haqqında düşündüyümüz, bizim ruhi təbiətimizə mənəvi dayaq və güc verir.AAY 77.2

    Bağışlanma mələklərin özləri üçün açmaq istədikləri sirdir. Bağışlananlar onu əbədiyyət boyunca öyrənəcəklər və vəsf edəcəklər. Məgər bu ən böyük, dərin və damamiyyətli tətqiqata layiq deyildirmi? Artıq indi bunun vaxtı çatmamışdırmı? İsanın hədsiz rəhimdilliyi və məhəbbəti, bizim xilasımız naminə gətirilən qurban ən ciddi və lətif düşüncələrə layiqdir. Biz öz diqqətimizi əziz Zəmanətçimizin və Xahişçimizin xasiyyətinə cəmləməliyik, Onun missiyasının (gəlişinin) məqsədi - Öz xalqını günahlardan xilas etmək - haqqında dərindən düşünərək, dərk etməyə çalışmalıyıq. Əgər biz vaxtımızı səmavi həqiqətlər haqqında düşüncələrə həsr etsək, onda bizim imanımız və məhəbbətimiz möhkəmlənəcək; bizim dualarımız Allaha daha çox çatacaqdır, çünki onlar iman və məhəbbətlə dolu olaraq daha canlı və coşqun olacaqlar, biz İsaya daha çox inanacağıq, hər gün Məsihin Onun vasitəsilə Allaha gələnlərin hamısını bütün xilas edən gücünü görəcəyik.AAY 78.1

    Xilaskarın kamilliyi haqqında düşünərkən, biz yeniləşmək və Onun pak surətinə oxşamaq arzusuna alışırıq. Qəlbimizdə heyranı olduğumuza bənzəmək həsrəti yaranır.AAY 78.2

    Müqəddəs Kitab yalnız alimlər üçün deyil, əksinə, sadə insanlar üçün nəzərdə tutulmuşdur. Xilas üçün vacib olan böyük həqiqətlər burada gün kimi aydındır. Və əgər öz şəxsi mühakiməsini Allahın aydın göstərilən iradəsindən yüksək tutsa, onda heç kim səhv etməyəcək və yolunu azmayacaqdır.AAY 78.3

    Müqəddəs Yazıların nə öyrətdiyini bilmək üçün, biz başqalarının sözlərinə əsaslanmaq əvəzinə, özümüz Allah sözlərini tədqiq etməliyik. Əgər bizim əvəzimizdən düşünməyi başqalarının öhdəsinə buraxsaq, onda bizim ruhi qüvvəmiz zəifləyər və kütləşər. Biz Allah Sözündəki həqiqəti bütün dərinliyi ilə dərk etmək qabiliyyətini itirərik. Və əksinə, əgər biz Müqəddəs Kitabdakı mövzuları müqayisəli şəkildə, mənəvi dəyərləri ilə birlikdə, ciddi sürətdə tədqiq etsək, onda bizim zəkamız möhkəmlənər, İlahi Kəlamın heyrətamiz gözəlliyi və dəyəri bizim üçün açılar.AAY 79.1

    Müqəddəs Yazıları öyrənərkən zəkamızın inkişaf etdirilməsi kimi, heç nə zəkanı möhkəmlətmir. Müqəddəs Kitabdan başqa heç bir kitab öz dərin və ülvi həqiqətləri ilə düşüncələri ucaldan, duyğuları yüksəldən, zəkanı canlandıran belə bir gücə malik deyildir. Əgər Allah Sözü lazım olduğu kimi tədqiq olunsaydı, insanlar ağıl genişliyinə, xasiyyət aliliyinə və məqsəd möhkəmliyinə - hansılar ki, bizim dövrdə çatışmırlar - malik olardılar.AAY 79.2

    Müqəddəs Yazıların ötəri oxunması fayda vermir. Bu qayda ilə bütün Müqəddəs Kitabı başdanayağa oxuyaraq, onun bütün gözəlliyini və məna dərinliyini dərk etməmək də olar. Mənası və İlahi xilas fikri aydın oluncaya qədər Müqəddəs Yazıların bir hissəsini öyrənmək, həyat üçün vacib olan nəticələri çixarmadan, məqsədsiz olaraq ötəri sürətdə bütün surələri oxumaqdan yaxşıdır. Qoy sizin Müqəddəs Kitabınız həmişə sizinlə olsun! Hər imkan tapdıqca Onu oxuyun və oxuduqlarınızı yadda saxlamağa çalışın. Hətta küçə ilə gedərkən siz hər hansı bir hissəni oxuyub, onun mənası haqqında fikirləşə bilərsiniz və beləliklə onu yaddaşınıza həkk edərsiniz.AAY 79.3

    Ciddi tədqiq etmədən və dua etmədən Müqəddəs Kitabı öyrənməklə biz həqiqi müdriklik əldə edə bilərik. Müqəddəs Yazının bəzi hissələri o qədər aydındır ki, onları başa düşməmək mümkün deyildir. Lakin başqa yerlərdə məna aydın deyil və ilk oxunuşda hər şeyi dərk etmək olmur. Buna görə də bir mövzunu başqası ilə müqayisə etmək vacibdir. Diqqətli tədqiqat və dua edərək düşünmək səxavətlə mükafatlandırılır. Yerin ust qatında gizlənmiş qiymətli metal damarını tapan qazmaçı kimi, Allah Sözünün yorulmaz tədqiqatçısı Müqəddəs Kitabın ötəri oxunması üçün mümkün olmayan, böyük həqiqət dəyərləri tapacaqdır. İlhamlı sözlər, əgər onlar qəlbdə olçülüb - biçilmişsə və düşünülmüşsə, əbədi həyat çeyməsindən süzülən axına bənzəyəcəkdir.AAY 80.1

    Müqəddəs Kitabı heç vaxt duasız öyrənməməliyik. Onun səhifələrini açmazdam əvvəl, biz Müqəddəs Ruhla ziyalanmamızı xahiş etməliyik və o bizə veriləcəkdir. Nataniel İsanın yanına gələndə, Xilaskar demişdi: “Bu, həqiqətən, ürəyində hiylə olmayan bir israillidir!” Nataniel soruşmuşdu: “Sən məni haradan tanıyırsan?” İsa cavab olaraq: “Filip səni çağırmazdan əvvəl səni əncir ağacının altında gördüm” - dedi (Yəhya 1:47,48). Biz tənhalıqda dua edərək, həqiqəti dərk etmək üçün bizə idrak verməsini xahiş edəndə, İsa bizi bu gün də görür. İtaətkar qəlblə İlahi rəhbərlik axtaranlara İşıq dünyasından mələklər göndəriləcəkdir.AAY 80.2

    Müqəddəs Ruh Xilaskarı ucaldır və izzətləndirir. Onun işi ondan ibarətdir ki, Məsihi, Onun salehliyinin paklığını, Onun bəşəriyyətə gətirdiyi xilasın əzəmətini bizə açsın. İsa deyir: “O Məni izzətləndirəcək, çünki Mənim olandan götürüb sizə bildirəcək” (Yəhya 16:14). Ancaq Allah Ruhu İlahi həqiqəti öyrədə bilər. Görün insan nəsli Allah üçün nə qədər əzizdir ki, Öz yeganə Oğlunu bizim xilasımız naminə ölümə verdi və Öz Müqəddəs Ruhunu göndərdi ki, daim bizi öyrətsin və yol göstərsin!AAY 80.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents