Şübhələrlə Nə Etməli
Search Results
- Results
- Related
- Featured
- Weighted Relevancy
- Content Sequence
- Relevancy
- Earliest First
- Latest First
- Exact Match First, Root Words Second
- Exact word match
- Root word match
- EGW Collections
- All collections
- Lifetime Works (1845-1917)
- Compilations (1918-present)
- Adventist Pioneer Library
- My Bible
- Dictionary
- Reference
- Short
- Long
- Paragraph
No results.
EGW Extras
Directory
Şübhələrlə Nə Etməli
Çoxları, əsasən də məsihçi həyat yoluna təzəcə qədəm qoyanlar, skeptik şübhələrdən əzab çəkirlər. Müqəddəs Kitabda onların başa düşə bilmədikləri və izah edə bilmədikləri şeylər az deyildir, iblis isə bundan istifadə edərək, onların Müqəddəs Yazıya olan imanını laxlatmaq istəyir. Bu cür insan soruşur: “Mən doğru yolu necə tapım? Əgər Müqəddəs Kitab həqiqətən Allah Kəlamıdırsa, onda mən öz şübhələrimdən və məni narahat edən fikirlərdən necə azad olum?”AAY 95.1
Əgər Allah bizim imanımızı təsdiq etmək üçün kifayət qədər əsaslı dəlillər verməsəydi, Ona inanmağımızı heç vaxt xahiş etməzdi. Onun varlığı, Onun xasiyyəti, Onun Sözünün həqiqiliyi idrakımıza çatan dəlillərə əsaslanır və belə dəlillər kifayət qədərdir. Lakin Allah şübhənin mümkünlüyünü də yox etməmişdir. Bizim imanımız sübutlara əsaslanmalıdır, lakin bunlar hər hansı bir xüsusi təzahürlər olmamalıdır. Şübhə axtaranlar bunun üçün həmişə bir səbəb tapa bilərlər, lakin həqiqəti doğrudan da axtaranlar öz imanlarını əsaslandırmaq üçün kifayət qədər dəlil və sübut tapacaqlar.AAY 95.2
Bizim məhdud ağlımız nəhayətsiz Allahın xasiyyət və işlərini tam dərk etməyə qadir deyildir. Hətta ən dərrakəli və savadlı adam üçün də bu Müqəddəs Varlıq həmişə əlçatmaz sirr olaraq qalacaqdır. “Allahın dərin sirlərini dərk edə bilərsənmi? Külli - İxtiyarın sərhədlərinə çata bilərsənmi? Onlar göylər qədər ucadır, axı nə edə bilərsən? Ölülər diyarından dərindir, nəyi dərk edə bilərsən” (Əyyub 11:7,8).AAY 96.1
Həvari Pavel nida edir: “Allahın zənginliyi nə böyük, hikməti və biliyi nə dərindir! Onun hökmləri necə də ağlasığmaz, yolları necə də anlaşılmazdır!” (Romalılar 11:33). Baxmayaraq ki, deyilmişdir:” Buludlar və zülmət Onun ətrafındadır, salehliklə ədalət taxtının təməlidir.” (Zəbur 97:2), Onun bizim üçün qayğıları və duyğuları haqqında düşünərkən, biz Onun hədsiz gücü ilə birləşmiş təsvir edilməz məhəbbətini və lütfünü görə bilərik. Biz Onun niyyətlərini yalnız o dərəcədə dərk edə bilərik ki, bu dərk etmə bizim xeyirimizə xidmət etmiş olur. Bütün qalan hər şeyi biz, qəlbi bizə məhəbbətlə dolu olan hər şeyə Qadir Allaha etibar etməliyik.AAY 96.2
Allah Sözü, Onun İlahi Müəllifinin xasiyyəti kimi, insanların heç vaxt dərk edə bilməyəcəyi sirlərə malikdir. Günahın meydana gəlməsi, Məsihin təcəssüm etməsi, olülərin dirilməsi, dirçəliş və Müqəddəs Kitabda təsvir edilən bir çox başqa şeylər insan ağlının dərk və izah edə bilməyəcəyi dərəcədə dərin sirlərdir. Lakin biz Allah Sözünə yalnız ona görə şübhə edə bilmərik ki, Onu axıra qədər dərk edə bilmirik. Biz təbiətdə daim elə sirlərə rast gəlirik ki, onu axıra qədər dərk edə bilmirik. Hətta həyatın ən sadə formalarında da tapmacalarla rastlaşmaq olar ki, ən müdrik filosoflar onları izah edə bilməz. Biz hər yerdə elə möcüzələr görə bilərik ki, bizim idrakımıza sığışmazlar. Buna görə biz təəccüblənməliyikmi ki, ruhani aləmində də bizim izah etməyə qadir olmadığımız sirlər vardır? Bütün çətinlik yalnız insan ağlının zəifliyində və məhdudluğundadır. Müqəddəs Yazılar özlərinin Allahdan gəldiklərinə kifayət qədər dəlillərə malikdirlər. biz Onun Sözlərinə ona görə şübhə etməməliyik ki, Onun sirlərini dərk edə bilmirik.AAY 96.3
Həvari Peter deyir ki, Müqəddəs Yazılarda “çətin anlaşılan bəzi şeylər vardır ki, cahillər və səbatsızlar, digər Yazıları olduğu kimi, bunları da öz həlakları üçün yalnış başa düşürlər” (2 Peter 3:16). Əgər Müqəddəs Kitab Allah haqqında yalnız bizim başa düşə biləcəyimiz şeyləri xəbər versəydi, əgər məhdud fani ağıl Onun əzəmət və qüdrətini axıra kimi dərk edə bilsəydi, onda Müqəddəs Kitab İlahi Müəllifin möhürünü daşımazdı. Məhz Onun əzəməti və malik olduğu sirlər Müqəddəs Kitabın həqiqətən əsl Allah Sözü olduğuna bizim inamımızı möhkəmlədə bilər.AAY 97.1
İnsan qəlbinin ehtiyaclarına və dərdlərinə tamamilə cavab verərək, Müqəddəs Kitab həqiqəti sadə sözlərlə açır, bu isə ən savadlı ağılları da heyran qoyur. İtaətkar və savadsız olanlar bu kitabda yol tapırlar. Bununla yanaşı, Müqəddəs Kitabın sadə sözləri insan idrakının səviyyəsindən yuxarıda duran elə yüksək, dərin və sonsuz həqiqətlərdən danışır ki, biz onları yalnız Allahın Özü tərəfindən açıldığı üçün qəbul edə bilirik. Allahın xilas planı o qədər aydın göstərilmişdir ki, Allah önündə tövbə və Məsihə iman bizə yeganə xilas yolu kimi açılır.AAY 97.2
Lakin bu həqiqətlər dərk oluna bilirsə də, onların arxasında İlahi şöhrətin sirləri gizlənmişdir. Bu sirlər insan ağlı ilə tədqiq oluna bilməsə də, eyni zamanda, yorulmadan həqiqət axtaranı pərəstiş və imanla doldurur. O, Müqəddəs Yazıları nə qədər çox tədqiq edirsə, onların canlı Allahın sözləri olduğuna bir o qədər dərindən inanır və insan ağlı İlahi vəhyin əzəməti önündə səcdə edir.AAY 98.1
Böyük Müqəddəs Kitab həqiqətlərini tam başa düşməyə qadir olmadığımızı dərk etməklə, biz etiraf edirik ki, bizim fanı ağlımız əbədi şeyləri tam qavramağa qadir deyildir, insan öz məhdud bilikləri ilə hər şeyin aparıcısı olan Allahın məqsədlərini başa düşə bilməz.AAY 98.2
Hər şeyə şübhə ilə yanaşanlar və imansızlar Allah Sözünü ona görə inkar edirlər ki, onun bütün sirlərini dərk edə bilmirlər. Lakin Müqəddəs Kitaba inandıqlarını söyləyənlərin heç də hamısı bu təhlükədən azad deyildirlər. Həvari yazır: “Ey qardaşlar, diqqətli olun ki, sizlərdən heç birinizdə var olan Allahdan uzaqlaşan şər və imansız ürək olmasın” (İbranilərə 3:12). İnsanın Müqəddəs Kitab təlimini səylə tədqiq etməsi və “Allahın dərinliklərinə” Müqəddəs Yazılarda açıldıqları qədər girməsi yaxşıdır (1 Korinflilərə 2:10). Eyni zamanda, “Allahımız Rəbbin sirləri var, lakin bəzi şeyləri bizə və övladlarımıza əbədilik aşkar etdi ki, bu qanunun bütün sözlərinə əməl edək” (Qanunun Təkrarı 29:29). İblis çalışır ki, insan ağlının tədqiq etmək qabiliyyətini zəiflətsin. Qürur özünü Müqəddəs Kitab həqiqətlərində öyrənilməsində heç də az göstərmir. Buna görə də bəzi insanlar Müqəddəs Yazılardakı hər bir yeri kafi izah edə bilməyəndə əsəbiləşirlər və özlərini təhqir olunmuş sanırlar. İlhamlı sözləri başa düşməyə qadir olmadıqlarını etiraf etməyi onlar özləri üçün təhqir hesab edirlər. Onlar Allahın həqiqəti açmağı lazım biləcəyi vaxtı səbirlə gözləmək istəmirlər. Bu cür adamlara elə gəlir ki, Müqəddəs Yazıları müstəqil olaraq başa düşmək üçün, onlar kifayət qədər müdrikliyə malikdirlər, lakin buna müvəffəq olmadıqda onlar bu kitabın nüfuzunu inkar etməyə başlayırlar. Doğrudur, bir çox nəzəriyyə və dini təlimlərin Müqəddəs Kitaba əsaslandığı hesab edilir, lakin həqiqətdə isə onlar İlahi Ruhu Yazıların ümumi məzmununa ziddirlər. Bu, çoxlarında şübhə və anlaşılmazlıq doğurur. Lakin bunda günah Allah Sözündə deyil, insanların Müqəddəs Kitabı təhrif etməsindədir.AAY 98.3
Əgər Allahın yaratdığı məxluqlar Allahı və Onun işlərini tam dərk etməyə çata bilsəydilər, onda bir vaxt buna nail olduqdan sonra, onlar həqiqətin daha dərinliklərinə getmək idraklarını genişləndirmək, ağıllarını və qəlblərini inkişaf etdirmək imkanlarına malik olmazdılar. Allah isə artıq onlar üçün Ali Varlıq hesab edilməzdi; insan isə biliklərin və nailiyyətlərin son həddinə çataraq daha inkişaf etməzdi. Allaha şükür edək ki, bu belə deyildir. İlahi hədsiz dərəcədə böyükdür. “Çünki hikmət və biliyin bütün xəzinələri Məsihdə gizlədilmişdir.” (Kolosselilərə 2:3). Və bütün əbədiyyət boyunca insanlar öyrənərək dərk edəcəklər və Onun müdriklik, lütfkarlıq və güc xəzinələri heç bir zaman tükənməyəcəkdir.AAY 99.1
Allah istəyir ki, Onun Sözünün həqiqələri Onun xalqına artıq indi, bu həyatda açılsın. Bu cür idrakı yalnız bir yolla əldə etmək olar: Allah Sözünün verildiyi Müqəddəs Ruhla ziyalanmaq vasitəsi ilə. “Axı insanın düşüncələrini insanın daxilində olan ruhdan savayı kim bilər?”, “Çünki Ruh һәr bir şeyi, Allahın dərin düşüncələrini belə, araşdırır” (1 Korinflilərə 2:11,10). Xilaskar Öz davamçılarına vəd etmişdir: “Lakin O - həqiqət Ruhu gələndə sizə һәr həqiqətə yol göstərəcək.... O Məni izzətləndirəcək, çünki Mənim olandan götürüb sizə bildirəcək” (Yəhya 16:13,14).AAY 99.2
Allah istəyir ki, insan öz zehni qabiliyyətlərini inkişaf etdirsin. Heç bir başqa məşquliyyət Müqəddəs Kitabın öyrənilməsi kimi, bizim ağlımızı möhkəmlədə və yüksəldə bilməz. Lakin bizə ağlı heç cür ilahiləşdirmək olmaz, çünki o, zəif və qeyri-kamildir. Allah Sözünü, hətta Onun ən sadə həqiqətlərini düzgün dərk etmək üçün, biz kiçik uşağın sadəliyinə və inamına, öyrənmək və Müqəddəs Ruhdan kömək istəmək hazırlığına malik olmalıyıq. Allahın gücünü və müdrikliyini, həmçinin Onun əzəmətinə çatmaqda gücsüzlüyümüz dərk etmək bizi itaətlə doldurmalıdır. Biz Onun Sözünü elə pərəstişlə açmalıyıq ki, elə bil bilavasitə Onun hüzurundayıq. Müqəddəs Kitabı oxumağa başlayarkən biz etiraf etməliyik ki, bizim üzərimizdə Ali Müəllif vardır: bizim qəlbimiz və ağlımız o böyük “Mən Varam” deyənin önündə sitayiş etməlidir.AAY 100.1
Artıq yuxarıda deyildiyi kimi, Müqəddəs Kitabda aydın dərk edilmə çətin olan çoxlu yerlər vardır ki, onları dərrakə axtaranlar üçün yalnız Allah aça bilər. Və Müqəddəs Ruhun rəhbərliyi olmadan, biz həmişə Müqəddəs Yazını təhrif etmək və tərsinə izah etmək təhlükəsi içərisində olacağıq. Elə adamlar da vardır ki, Müqəddəs Kitabı heç bir xeyri olmadan, bəzi hallarda isə özlərinin ziyanına olaraq oxuyurlar, ona görə ki, buna xeyir-duasız və dua etmədən başlayırlar. Əgər düşüncələr və hislər Allaha yönəlməmişdirsə və Onun iradəsi ilə ahəngdarlıqda deyildirsə, oxuyana şübhələrdən qurtarmaq çətindir. Belə halda Müqəddəs Kitab oxumağın özü skeptisizmi gücləndirir, insanın düşüncələri oxuyana yalnız izah təlqin edən şər ruhun hakimiyyəti altına düşür. Əgər insanlar bütünlüklə Allah ilə ahəngdarlıqda olmağa can atmırlarsa, onda onların nə qədər savadlı olmalarına baxmayaraq, onları Müqəddəs Yazıları dərk etməkdə yanılmaq təhlükəsi hədələyir. Və buna görə də onların izahlarına etibar etmək təhlükəlidir. Müqəddəs Yazılarda ziddiyyətlər axtaran insan ruhi görmə qabiliyyətinə malik deyildir. Öz əcaib baxışları ilə o, şübhələr üçün və həqiqətən sadə və aydın olanlara inamsızlıq üçün çoxlu səbəblər tapacaqdır.AAY 100.2
Bu necə gizlədilmiş olsa da, əksər hallarda şübhələrin və skeptisizmin əsl səbəbi günaha həvəsdir. Allah Sözünün tövsiyələri və məhdudlaşdırmaları məğrur, günaha həvəskar qəlb üçün qəbuledilməzdir. Və Müqəddəs Yazıların tələblərinə tabe olmaq istəməyənlər onun nüfuzuna şübhə etməyə hazırdırlar. Həqiqəti tapmaq üçün, bizim onu dərk etməyə və ona itaət etməyə səmimi istəyimiz olmalıdır. Müqəddəs Kitabın öyrənilməsinə bu cür yanaşanların hamısı onun Allah Sözü olduğuna çoxlu dəlillər tapacaqdır. Onlar onun xilas olmağı öyrədən həqiqətlərini başa düşə biləcəklər.AAY 101.1
Məsih demişdir: “Kim Onun iradəsini yerinə yetirmək istəyirsə, təlimimin Allahdan olduğunu, yoxsa Özümdən söylədiyimi biləcək” (Үəһуа 7:17). Müqəddəs Kitabı şübhə altına qoymaq və sizə aydın olmayan şeyə irad tutmaq əvəzinə diqqətinizi o işığa yönəldin ki, artıq sizi ziyalandırır və onda siz daha çox işıq alacaqsınız. Məsih lütfünün gücü ilə siz artıq sizin dərrakənizə açılmış olan hər bir vəzifəni yerinə yetirəcəksiniz və hələ şübhə etmədiyiniz şeyləri dərk etmək və yerinə yetirmək qabiliyyəti əldə edəcəksiniz.AAY 101.2
Hamı üçün, həm savadlı, həm də ən sadə adamlar üçün, başa düşülən bir sübut vardır - bu, şəxsi təcrübənin şahidliyidir. Allah bizim özümüzə Onun Sözünün həqiqiliyini və Onun vədlərinin doğruluğunu yoxlamağı təklif edir. O bizi çağırır: “Dadın, görün Rəbb nə qədər şirindir” (Zəbur 34:8). Gəlin başqalarının sözlərinə arxalanmayaq, biz özümüz dadmalıyıq və əmin olmalıyıq. O vəd edir: “Diləyin, alacaqsınız” (Yəhya 16:24). Xilaskar həmişə Öz sözünə sadiq olmuşdur. Onun vədləri yerinə yetəcəkdir. Onlara etibar edənlər məyus olmamışlar. Biz İsaya yaxınlaşanda və Onun məhəbbətinin dolğunluğundan həzz alanda, bizim şübhələrimiz və ruhi zülmətimiz Qnun hüzurunun işığında itir.AAY 102.1
Həvari Pavel demişdir ki, Allah “O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun Padşahlığına köçürtdü” (Kolosselilərə 1:13). Və ölümdən həyata keçən hər bir kəs “Allahın haqq olduğuna möhür basıb” (Yəhya 3:33). O şəhadət edə bilər: “Mən köməyə möhtac idim və onu İsada tapdım. Rəbb mənim bütün ehtiyaclarımı ödədi və mənim qəlbimin aclığını doydurdu. Və indi Müqəddəs Kitab mənim üçün İsa Məsihin vəhyidir. Siz soruşursunuz ki, mən nə üçün İsaya inanıram? - Ona görə ki, O mənim İlahı Xilaskarımdır. Mən nə üçün Müqəddəs Kitaba inanıram? Mən başa düşdüm ki, o mənim qəlbimə müraciət edən Allah səsidir”. Müqəddəs Kitabın həqiqət, Məsihin isə Allah Oğlu olduğuna təsdiqi biz özümüz özümüzdə tapa bilərik. Və biz əmin ola bilərik ki, hiylə ilə hazırlanan bir uydurmaya inanmırıq.AAY 102.2
Həvari Peter öz qardaşlarını çağırır: “Rəbbimiz və Xilaskarımız İsa Məsihin lütfündə və Onu tanımaqda böyüyün” (2 Peter 3:18). Allah xalqı lütfdə inkişaf edərək Allah Sözünü daha aydın başa düşür və Onun müqəddəs həqiqətlərində yeni işıq və yeni gözəllik görməyi öyrənir. İmanlılar cəmiyyətinin tarixində bütün əsrlərində belə olmuşdur və axıra kimi də belə olacaqdır. “Salehlərin yolu dan yeri tək şəfəq saçar, nurunu artıraraq gündüzə qovuşar (Məsəllər 4:18).AAY 103.1
Biz gələcəyə inamla baxa bilərik və qəlbimizin, ağlımızın qabiliyyətlərinin, işıq Mənbəyi ilə bilavasitə canlı əlaqədə olaraq, getdikcə daha yeni güc alacağı haqda Allah vədini dərk edə bilərik. Biz sevinə bilərik ki, bizi Allahın bəsirətində (qabaqcadan görməsində) çaşdıran hər şey o vaxt aydın olacaqdır və bütün çətin başa düşülən şeylər məhz o vaxt izah olunacaqdır. Və bizim məhdud ağlımızın yalnız çaşqınlıq və yerinə yetməyən ümidlər gördüyü yerdə, biz mükəmməl ahəngdarlıq görəcəyik. “İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm” (1 Korinflilərə 13:12).AAY 103.2