Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Əməllərimiz Və Həyatimiz

    Allah bütün kainat üçün həyat, işıq və sevinc mənbəyidir. Onun xeyir - duası bütün varlıqlar üçün günəş şuası və həyat suyudur. Və Allah insanların qəlbində yaşayanda, onlar da məhəbbətlə ətrafdakılara xeyirxahlıq etməyə qadir olurlar.AAY 67.1

    Bizim Xilaskarımız günaha batmış insanları qaldırıb xilas edəndə, sevinc tapırdı. Bunun naminə O, həyatını da əsirgəmədi və bütün təhqirlərə baxmayaraq çarmığa getdi. Mələklər də daima başqalarının xoşbəxtliyi üçün çalışırlar. Onlar da bundan sevinc tapırlar. Xudbin insanlar bədbəxt, iztirab çəkən, günahkar qəlblərə kömək etməyi özləri üçün alçaqlıq hesab edirlər, lakin müqəddəs mələklərin işləri məhz bundan ibarətdir. Məsihin təmənnasız məhəbbətinin Ruhu bütün səmanı bürüyərək, səmavi bəxtiyarlığın mahiyyətinin özünü təşkil edir. Bu O Ruhdur ki, Məsihin davamçılarına nəsib olur və mütləq onların xidmətində təzahür edəcəkdir.AAY 67.2

    Əgər bizim qəlbimizdə Məsihin məhəbbəti yaşayırsa, Onun xoş rayihəsini insanlardan gizlətmək mümkün deyildir. Onun müqəddəs təsirini bizimlə ünsiyyətdə olan һәr bir kəs duyacaqdır. Bizdə olan Məsih Ruhu, yorğun yolçunun susuzluğunu yatıraraq onu təravətləndirən, səhradakı həyatverici çeşməsinə bənzəyəcəkdir.AAY 67.3

    Məsihə məhəbbət bizdə də bəşəriyyətin xeyir - duası və ruhi yüksəlişi uğrunda Onun kimi çalışmaq arzusu yaradacaqdır. Bu məhəbbətin təsiri altında biz daha həssas, mehriban və Yaradanın bütün məxluqlarına qarşı mərhəmətli olacağıq.AAY 68.1

    Xilaskarın yerdəki həyatı yüngül olmamışdır. O Özu üçün yaşamamış, həyatını Özünə həsr etməmişdir. O daima yorulmayan və müqəddəs səylə məhv olmaqda olan insanların xilası üçün çalışırdı. Doğulduğu vaxtdan çarmıxdakı ölümünə qədər, O, çətinliklərdən, əzablı səyahətlərdən, yorucu qayğılardan və zəhmətdən çəkinmədən fədakarlıq yolu ilə getdi. İsa Özü haqqında demişdir: “Beləcə Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin»” (Matta 20:28). Onun həyatının əsas məqsədi bu idi. Qalan hər şey Onun üçün ikinci dərəcəli idi və əsas məqsədin xidmətinə yardım edirdi. Onun əsas qidası Allah iradəsini yerinə yetirmək idi . Yorulmaq bilməyən zəhmətdə İsa Özünü və Öz maraqlarını unudurdu.AAY 68.2

    Məsihin lütfünə şərik olan hər bir insan da başqası ilə səmavi bəxşişi bölüşdürmək və yaşadıqları dünyanı yaxşılaşdırmaq üçün istənilən qurbana hazır olacaqdır. Bu ruh özünü Allaha həsr etməyin əsl sübutudur. İnsan Məsihə gələn kimi, o saat onun qəlbində belə bir arzu yaranır ki, İsada necə qiymətli bir dost tapdığı haqda hamıya danışsın. Xilasedici və təravət verici həqiqət qəlbdə gizli qalmamalıdır. Əgər biz Məsihin salehliyinə bürünmüşüksə və Onun ruhunun bizdə olması qəlbimizi sevincə qərq etmişdirsə, biz susa bilmərik. Əgər biz Rəbbin lütfünü duyub görmüşüksə, onda biz bunu hamıya demək istəyirik. Xilaskarı tapan Filip kimi, biz hamını Onunla ünsiyyətə dəvət edəcəyik. Biz onlara Məsihin cazibəsini və dünyanın görünməyən reallıqlarını təsvir etməyə çalışacağıq. Bizdə İsanın getdiyi yolla getmək həsrəti yaranacaq və hamıya demək istəyəcəyik: “Dünyanın günahını aradan götürən Allah Quzusu budur!” (Үəһуа 1:29).AAY 68.3

    Bizim başqalarına xoşbəxtlik gətirmək səylərimiz bizim özümüzə də xeyir - dua gətirəcəkdir. Rəbb xilas işində bizim iştirakımızı gözləyir. O, insanlara İlahi təbiətə şərik olmaq üstünlüyü vermişdir ki, onlar yaxınlarına xeyir-dua gətirə bilsinlər. Bu, Allahın insanlara bəxş etdiyi ən yüksək şərəf, ən böyük sevincdir. Bu məhəbbət xidmətində iştirak edənlərin hamısı öz Yaradanına yaxın olacaqdır.AAY 69.1

    Allah səma mələklərinə tapşıra bilərdi ki, Onun Xoş Müjdəsini, məhəbbət və ümidin lətif müjdəsini insanlara çatdırsınlar. O Öz məqsədini yerinə yetirmək üçün başqa vasitələrdən də istifadə edə bilərdi. Lakin Öz hədsiz məhəbbətinə görə, O bizi Öz köməkçiləri seçmişdir. Biz Məsihlə və mələklərlə birlikdə çalışa bilərik, onların xeyir - duasina və sevincinə şərik ola bilərik, bu fədakar xidmətdə ruhən inkişaf edə bilərik.AAY 69.2

    Biz Məsihin bizim xilasımız naminə çəkdiyi böyük iztirablarını dərk etdikdə, Onunla ahərkdarlıqda yaşamağa başlayırıq. Başqalarının xeyri üçün edilən hər bir fədakar hərəkət bizi daha rəhmdil edir və dünyanın Zəmanətçisinə daha sıx birləşdirir. Bu Zəmanətçi “Rəbbimiz İsa Məsihin lütfündən xəbərdarsınız: siz Onun yoxsulluğu vasitəsilə varlı olasınız deyə Özü varlı olduğu halda sizin uğrunuzda yoxsullaşdı” (2 Korinflilərə 8:9). Bizim həyatımız bizim üçün yalnız o vaxt əsl xeyir - dua ola bilər ki, biz yerinə yetirilməsi üçün yarandığımız işləri yerinə yetirək.AAY 69.3

    Biz yalnız Məsihin istədiyi kimi çalışdıqda, daha dərin ruhi təcrübənin və Allah haqqında daha dərin dərrakənin vacibliyini hiss edəcəyik. Biz salehliyin həsrətini çəkəcəyik, imanımızı möhkəmləndirən Allahla dua ünsiyyəti axtaracağıq və qəlbimiz öz yanğısını söndürmək üçün xilas çeşməsinə can atacaq. Həyatda rast gələn çətinliklər və sınaqlar bizi daim Müqəddəs Kitabı araşdırmağa və həmişə dua etməyə sövq edəcəkdir. Biz Məsihin lütfündə və idrakında inkişaf edərək, zəngin ruhi təcrübə əldə edəcəyik.AAY 70.1

    Başqalarına təmənnasız xidmət ruhu insan xasiyyətinə möhkəmlik, ardıcıllıq və Məsihin məhəbbət bolluğu verir, ona sülh və səadət gətirir. Onun səyləri daha ülvi olur, qəlbində tənbəlliyə və eqoizmə yer qalmır. Lütfün məsihçi bəxşlərindən istifadə edən insanlar ruhən inkişaf edərək, Allaha xidmətdə güclənəcəklər. Onlar aydın ruhi görmə, tərəddüd etməyən, inkişaf edən iman və dua üçün daha böyük güc əldə edəcəklər. Allah Ruhu insanların qəlbinə təsir edərək, onlarda müqəddəs ahənglər yaradacaqdır. Başqalarının xeyri üçün bu cür təmənnasız çalışanların hamısı öz xilasları üçün çalışmış olurlar.AAY 70.2

    Biz lütfdə yalnız o vaxt inkişaf edirik ki, Məsihin bizim üzərimizə qoyduğu işi təmənnasız və fədakarlıqla yerinə yetiririk, ehtiyacı olanlara kömək edib, onların xoşbəxtliyi üçün bizdən asılı olan hər şeyi edirik. Fasiləsiz fəaliyyət bizi güclü edir - bu, həyatın birinci şərtidir. Məsih üçün heç nə etmədən öz ruhi həyatını qorumaq istəsən, işləmədən yemək istəyənə bənzəyir. Öz bədən üzvlərini hərəkətə gətirmək istəyən adam, tezliklə onlardan istifadə etmək qabiliyyətini itirər. Eləcə də, Allahın verdiyi gücdən istifadə etməyən məsihçi, Məsihdə inkişaf etməyəcəkdir, üstəlik, malik olduğu gücü də itirəcəkdir.AAY 70.3

    Məsihin məbədi - insanların xilası üçün Allahın nəzərdə tutduğu silahdır. Onun vəzifəsi Xoş Müjdəni bütün dünyaya çatdırmaqdır. Və bu vəzifə bütün məsihçilərin üzərinə düşür. Hər bir kəs öz bacarığı və imkanı daxilində Xilaskarın tapşırığını yerinə yetirməlidir. Məsihin bizə açılan məhəbbəti bizi Onu tanımayanların hamısını borclu edir. Allah, işığı bizə yalnız özümüz üçün deyil, həm də başqalarına çatdırmaq üçün vermişdir.AAY 71.1

    Əgər Məsihin davamçıları öz vəzifələrini aydın başa düşsəydilər, onda bu gün birinin yerinə minləri Xoş Müjdəni bütpərəstlərə çatdırardı. Bu işdə şəxsən iştirak edə bilməyənlərin hamısı isə onu öz vasitələri və duaları ilə dəstəkləyəcəklər. Və məsihçi ölkələrə qəlblərin xilası üçün görülən iş daha səmərəli olacaqdır.AAY 71.2

    Əgər biz Məsihin işini öz ailəmizdə və ətrafımızda yaşayanların arasında yerinə yetirməliyiksə, onda bizim uzaq ölkələrə getməyimizə ehtiyac yoxdur. Biz bunu öz evlərimizdə, iş yerlərimizdə də edə bilərik.AAY 71.3

    Bizim Xilaskarımız Özünün yerdəki həyatının çox hissəsini, böyük əmək sərf etdiyi, Nazaretdəki dar dülgər emalatxanasında keçirmişdir. İsa, Onun Allah Oğlu olduğundan xəbərsiz olan əkinçilər və digər zəhmətkeşlərlə ünsiyyət edəndə, mələklər Onunla olurdular. İsa Öz adi sənəti ilə məşğul olanda da, xəstələri sağaldanda da, Qalileya dənizinin coşqun dalğaları ilə gedəndə də Öz borcuna sadiq idi. Beləcə də biz, ən adi vəzifəni yerinə yetirərkən, ən aşağı mövqe tutarkən də Məsihlə yaşayıb çalışa bilərik.AAY 71.4

    Həvari Pavel yazmışdır: “Ey qardaşlar, hər kəs çağırış alanda nə vəziyyətdə idisə, eləcə Allahla birlikdə qalsın” (1 Korinflilərə 7:24). Zəhmətkeş məsihçi öz iş yerində öz vəzifələrini şərəflə yerinə yetirərək, öz Rəbbini izzətləndirə bilər. Əgər o, Məsihin sadiq davamçısıdırsa, onun dini onun bütün əməllərində görsənəcəkdir və insanlara Məsih ruhunu açacaqdır. Zəhmətsevər və sadiq işçidə, Qalileya təpələri arasında yaşayarkən, ən adi işi də böyük səylə yerinə yetirən Məsihin sürəti əks oluna bilər. Məsihçi adlanan hər bir kəs elə çalışmalıdır ki, başqaları da onun xeyirxah işlərini görüb öz Yaradanlarını və Zəmanətçilərini izzətləndirə bilsinlər.AAY 72.1

    Bəziləri öz təbii qabiliyyətlərindən Məsihə xidmət üçün istifadə etməkdən imtina edirlər, çünki başqalarının bu məqsəd üçün daha böyük istedada malik olduqlarını hesab edirlər. Onların fikrincə, Allaha yalnız xüsusi istedadı olanlar xidmət edə bilərlər. Çoxları, hətta, fikirləşirlər ki, Allah bu cür istedadı müəyyən seçilmiş sinifə vermişdir, başqaları isə bu əməkdə iştirak etməyə bə bunun üçün mükafatlandırılmağa təyin edilməmişlər. Lakin məsəldə istedadlar haqqında belə deyilməmişdir. Evin sahibi öz qulluqçularını çağıranda, onların hər birinə müəyyən bir iş tapşırmışdı.AAY 72.2

    Bizim ən adi və nəzərə çarpmayan vəzifələrimizi biz məhəbbətlə, “Rəbb üçün edən kimi”, yerinə yetirə bilərik ( Kolosselilərə 3:23). Əgər Allah məhəbbəti bizim qəlbimizdə yaşayırsa, onda O bizim gündəlik və adi işlərimizdə də təzahür edəcəkdir. Biz Məsihin rayihəsini ətrafa yayacağıq və başqalarına lətafətli təsir göstərəcəyik.AAY 72.3

    Allaha xidmət etmək üçün xoş şəraiti və imakanları, yaxud da qeyri - adi istedadları gözləmək lazım deyildir. Bu dünyanın sizin haqqınızda nə fikirləşəcəyindən narahat olmayın. Əgər sizin gündəlik həyatınız sizin imanınızın paklığına və səmimiliyinə dəlalət edirsə və insanlar sizin onlara xeyir gətirmək istədiyinizə əmin olurlarsa, sizin səyləriniz əbəs olmayacaqdır.AAY 73.1

    İnsanın ən itaətkar və sadə şagirdləri başqaları üçün xeyir-dua ola bilərlər. Çox vaxt onlar xüsusilə yaxşı bir şey etdiklərini hətta dərk etmirlər də. Lakin onların xeyirxah təsiri elə bir xeyir-dua dalğası yarada bilər ki, bu dalğa uzaqlaşdıqca güclənər, amma İsanın davamçıları öz təsirlərinin bəhrəsindən axirət gününə kimi xəbər tutmaya bilərlər. Onlar böyük bir iş gördüklərini hiss etməzlər də. Bu cür insanların müvəffəqiyyət üçün narahat olmalarına ehtiyac yoxdur, onlar sakitcə irəli gedərək Allahın tapşırdığı işi təmiz vicdanla yerinə yetirməlidirlər. Onda onların həyatı əbəs olmayacaqdır. Onlar Məsihə daha çox oxşamağa başlayacaqlar. Allahın bu həyatdakı işçiləri olaraq, onlar gələcək həyatdakı daha yüksək əmələ və parlaq sevincə hazırlaşırlar.AAY 73.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents