Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Allahin İnsana Məhəbbəti

    Təbiət və vəhy Allahın məhəbbətinə eyni şəhadət edir. Bizim Səmavi Atamız həyat, müdriklik və sevinc mənbəyidir. Təbiətin qəribə və gözəl möcüzələrinə baxın. Hər şeyin, yalnız insanın deyil, hətta bütün canlı varlıqların ehtiyac və xoşbəxtliyi üçün necə də heyratamiz şəkildə uyğunlaşdığı haqda düşünün. Yeri, dağları, dənizləri və düzləri sevindirib canlandıran günəş şuası ilə yağış — hər şey bizə Yaradanın məhəbbətindən danışır. Özünün bütün məxluqlarının gündəlik tələbatlarını ödəyən də Odur. Zəbur oxuyan bu haqda gözəl deyib:AAY 3.1

    “Ya Rəbb, hamının gözü Sənə baxır, Vaxtlı - vaxtında onlara azuqə verirsən. Əlini açırsan, Bütün canlıları doyunca yedirirsən” (Zəbur 145:15,16).AAY 3.2

    Allah insanı təmamilə müqəddəs və xoşbəxt yaratmışdı. Yaradanın əli ilə yarandığı yer də gözəl idi; onun üzərində nə düşkünlük izi, nə də lənət kölgəsi görünürdü. Məhz Allahın qanununun - məhəbbət qanununun — pozulması dünyaya iztirab və ölüm gətirdi. Lakin günahdan doğan iztirab içərisində də Allahın məhəbbəti açılır. Yazılmışdır ki, Allah yeri insana görə lənətləmişdi (Yaradılış 3:17). Günahın nəticəsi olan cırlaşma və ölümdən bəşəriyyəti xilas etmək üçün Allah öz planında, tərbiyə prosesinin bir hissəsi kimi, insanın öz xeyrinə olan və onu zəhmət, qayğı ilə dolu həyata məhkum edən tikanlar və qanqallar — çətinliklər və sınaqlar — nəzərdə tutmuşdu. Dünya düşgünləşmiş olsa da, onda yalnız kədər və iztirablar hökm sürmür. Təbiətin özündə də ümid müjdəsi parlayır. Qanqallar üzərində gül bitir və tikanlar qızılgüllərlə örtülür.AAY 3.3

    Hər bir açılan tumurcuqda, yerdən cücərən hər bir otda yazılmışdır: “Allah məhəbbətdir”. Hər yeri şən nəğmələrə qərq edən qəşəng quşlar, zərif, rəngarəng və mükəmməl dərəcədə gözəl, ətirli güllər, meşədəki sıx yaşılyarpaqlı hündür ağaclar — hər şey Allahın nəvaziş, ata qayğısı və yaratdığı övladlarını xoşbəxt etmək istəyinə şəhadət edir.AAY 4.1

    Allahın xasiyyəti Onun Kəlamında açılır. O Özü Öz tükənməz məhəbbətini və mərhəmətini bəyan edir. Musanın: “İzzətini mənə göstər” duasına Allah belə cavab verir: “Mən bütün xeyirxahlığımı sənin qarşından keçirəcəyəm və Rəbb olan adımı qarşında bəyan edəcəyəm...”(Çıxış 33:18,19).Onun əzəməti də elə bundadır. Tanrı Musanın önündən keçərək bəyan etdi: “Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm, minlərlə nəslinə məhəbbətimi göstərərəm, cəzanı, qanunsuzluğu və gunahı bağışlayaram; lakin cəzasız qoymaram, ataların cəzasını üçüncü - dördüncü nəslə qədər nəvə-nəticələrinə verərəm” (Çıxış 34:6,7). O, “hədsiz səbirli, məhəbbətlə dolu”, “çünki məhəbbətini göstərməyi sevir” (Yunus 4:2; Mikeya 7:18).AAY 4.2

    Allah göylərdəki və yerdəki saysız - hesabsız əlamətləri ilə qəlblərimizi özünə cəlb etdi.Təbiət hadisələri və insan qəlbinin ən zərif, ən həssas tellərindəki duyğular vasitəsilə Allah Öz varlığını bizə açmaq istəyirdi. Lakin bu da onun məhəbbəti haqqında tam təsəvvür yaratmırdı. Bütün bu göstərilən əlamətlərə baxmayaraq, haqqin düşməni insanların şüurunu o dərəcədə kor etmişdi ki, onlar Allahı sərt və amansız hesab edərək, Ona qorxu ilə baxmağa başladılar. İblis insanlara təlqin etmişdi ki, Allaha xas olan əsas xüsusiyyət — sərt haqq məhkəməsidir və Onu insanlara qəzəbli hakim, tələbkar və güzəştə getməz kimi tanıtmışdı. O, Yaradanı qısqanc gözlərlə insanları izləyən, onların səhlənkarlıq və səhvlərini qeydə alaraq sonra cəzaya dücar edən kimi təsvir etmişdir. Bu zülməti dağıtmaq və dünyaya Allahın hədsiz məhəbbətini açmaq üçün, İsa bu dünyaya gələrək insanlar arasında yaşadı.AAY 4.3

    Allahın Oğlu göylərdən gəldi ki, Atanı bizə tanıtsın: “Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanitdı.” (Yəhya 1:18). “Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz” (Matta11:27). Şagirdlərdən biri xahişlə “Atanı bizə göstər”, — dedikdə, İsa cavab verdi: “Xeyli müddətdir ki, Mən sizinləyəm, Məni tanımadınmı, Filip? Məni görən, Atanı görmüş olur; bəs sən niyə “Atanı bizə göstər”, — deyirsən?” (Үəһуа 14:8,9)AAY 5.1

    Öz yerdəki missiyası haqda İsa demişdir: “Çünki fəqirlərə Müjdəni bildirmək üçün O Məni məsh etdi. Əsirlərə azadlıq, Korlara gözlərinin açılmasını elan etmək üçün, Məzlumları sərbəstliyə buraxmaq üçün... Məni göndərdi” (Luka 4:18). Bu, Onun işi idi. O hər yerdə xeyirxahlıq yayaraq, iblisin zülmü altında olanlara şəfqət bəxş edirdi. Onun keçdiyi yerlərdə elə kəndlər olurdu ki, heç bir evdə xəstə iniltisi eşidilmirdi, çünki həmin kəndlərdən keçərkən, O, bütün iztiraba düçar olanlara şəfa gətirirdi. Etdiyi işlər Onun Allah tərəfindən məhs olduğunu sübut edirdi. Həyatında Onun bütün əməlləri sevgi, şəfqət, mərhəmət saçırdı, çünki O, insan övladına bütün qəlbilə bağlılıq duyurdu. O, insan təbiətini qəbul etmişdi ki, onların ehtiyaclarını duysun. Ən yoxsul və sadə adamlar Ona yaxınlaşmaqdan qorxmurdular. Balaca uşaqlar Onda bir cazibə hiss edirdilər. Onlar Onun dizləri üstündə oturub məhəbbətlə parlayan düşüncəli gözlərinə baxmağı sevirdilər.AAY 5.2

    İsa heç bir həqiqi sözü gizlətmirdi, lakin onu məhəbbətlə söyləyirdi. İnsanlara münasibətində O, böyük nəzakət və həssaslıq göstərirdi. O heç vaxt kobudluq etmirdi, heç vaxt ehtiyac olmadıqda sərt söz demirdi, kövrək qəlblərə lazımsız yara vurmurdu. O, insan zəifliklərini ittiham etmirdi. O, həqiqəti həmişə məhəbbətlə deyirdi. O, ikiüzlülüyü, inamsızlığı və qanunsuzluğu muhakimə edirdi; lakin acı ittiham sözlərini söyləyərkən Onun səsində göz yaşları titrəyirdi. İsa, onu—haqq və həyat yolunu—qəbul etməkdən imtina etmiş sevimli şəhəri Yerusəlim üçün ağlayırdı. Onlar özlərinin Xilaskarını rədd etmişdilər, ancaq O onlara mərhəmət və həssaslıqla yanaşırdı. Onun həyatı fədəkarlıq və başqalarına qayğıkeşlik abidəsi oldu. Hər bir insan Onun üçün qiymətli idi. O, Allah ailəsinin hər bir üzvünə — hər bir kəsə — İlahi ləyaqət və həssaslıqla yanaşırdı. O hər bir insanda günahkar ruhu görürdü və onları xilas etmək də onun vəzifəsi idi.AAY 6.1

    İsanın həyatı boyu açılan xasiyyəti belə idi. Bu, Allahın xasiyyətidir. Bu,ata qəlbindən süzülüb insan övladına tərəf axaraq İsada təzahür edən mərhəmət nurudur. İsa — həssas,rəhmli Xilaskar— “bədəndə zühur edən” Allah idi (1 Tim.3:16).AAY 6.2

    İsa bizi xilas etmək naminə yaşadı, iztirab çəkdi və öldü. O, “Kədərlər Əri” oldu ki, bizi əbədi sevincə qovuşdursun. Allah Öz lətif və olduqca səmimi olan sevimli Oğlunun Özünün təsəvvürəgəlməz dərəcədə şərəfli məskənini tərk edib, pozulmuş və günahla zəhərlənmiş, lənət və olüm kölgəsi ilə tutqunlaşmış dünyaya enməsinə razı oldu. O icazə verdi ki, Ata məhəbbətinin dərinliklərində məskən salan Oğlu, Onu və mələklərin səcdəsini tərk edib rüsvayçılıq, təhqir, həqarət, nifrət və ölümə dözsün. “Dünyamızın cəzasını çəkmək Onun üzərinə düşdü və Onun yaraları ilə biz sağaldıq” (Yeşaya 53:5). Onun Getsamanidə, çarmıx üzərindəki iztirablarına nəzər salın! Allahın pak Oğlu günahın ağır yükünü Öz üzərinə götürdü. O hər şeydə Allahla vəhdət təşkil etdiyi üçün, günahın Allahla insan arasında törətdiyi uçurumun bütun dəhşətini Öz qəlbində hiss etdi. Buna görə Onun dodaqlarından fəryad qopmuşdu: “Ey Allahım, Allahım, niyə Məni tərk etdin?” (Matta 27:46). Günahın ağırlığı, onun dəhşətli mahiyyətini və insanı Allahdan ayırmasını dərk etməsi - Allah Oğlunun qəlbini sarsıdan bu idi.AAY 7.1

    Ancaq bu böyük Qurban ona görə verilməmişdi ki, Atanın qəlbində insana məhəbbət və xilas etmək arzusu oyatsın. Yox, Yox! “Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi” (Yəhya 3:16). Ata bizi ona görə sevmir ki, böyük Qurban verilmişdir, əksinə, O bu Qurbanı bizi sevdiyi üçün vermişdir. Günaha batmış dünyanı Allahın Öz hədsiz məhəbbətinə qərq etməsi üçün İsa bir vasitəçi oldu. “Allah, Özü ilə dünyanı barışdıranda,...Məsih içində idi” (2 korinflilərə 5:19). Allah Öz Oğlu ilə birgə iztirab çəkdi. Getsamanidəki daxili çarpışma, Qolqota çarmıxındakı ölüm, hədsiz məhəbbətlə bizim bağışlanmamızın bahası oldu.AAY 7.2

    İsa deyib: “Buna görə də Ata Məni sevir, çünki Mən canımı qurban verirəm ki, sonra onu geri alım” (Yəhya 10:17). Yəni “Atam sizi elə sevdi ki, sizin bağışlanmanız üçün Öz həyatımı verdiyimə görə, məni daha çox sevir. Sizin Əvəzediciniz və Zəmanətçiniz olmaqla, Öz həyatımı verməklə, sizin borclarınızı və cinayətlərinizi Öz üzərimə götürməklə Atam üçün daha qiymətli oluram; çünki Mənim qurbanıma görə, Allah İsaya insanlar üçün ədalətli və haqq qazandıran ola bilər”.AAY 8.1

    Allah Oğlundan başqa heç kim bizim günahlarımızı təmizləyə bilməzdi; çünki ancaq Atanın Özündə olan Allahı göstərə bilərdi. Təkcə O, Tanrı məhəbbətinin ucalığını və dərinliyini bilən, bunu bəyan edə bilərdi. İsanın hədsiz böyük qurbanı Atanın yolunu azmış insanlara məhəbbətini yalnız günahkar üçün olduğunu izhar edə bilərdi.AAY 8.2

    Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi”. O, İsa Məsihi yalnız insanlar arasında yaşaması, onların günahını daşıması və onların qurbanı kimi ölməsi üçün vermədi. O, Məsihi günaha batmış bəşəriyyət üçün verdi. İsa Özü onların qayğıları və ehtiyacları ilə yaşamalı idi. O, Allahla bir vəhdət təşkil etdiyi halda, Özünü insan övladı ilə qırılmaz tellərlə bağladı. “İsa, onları qardaş adlandırmaqdan utanmır” (İbranilərə 2:11). O Özü tərəfindən günahı bağışlanan bəşəriyyətlə əbədi birləşərək insan simasında Ata taxtı önündə duran Qurbanımız, Vəkilimiz, Qardaşımızdır insan Oğludur. Bütün bunlar ona görədir ki, insan ölümcul günah uçurumundan qalxıb, İlahi məhəbbətə cavab verə bilsin və müqəddəs həyatın sevincinə şərik olsun.AAY 8.3

    Əfv olunmamızın bahası olaraq, Öz Oğlunu ölümə verən Səmavi Atanızın hədsiz böyük qurbanı bizdə İsanın köməyilənecə ola biləcəyimiz haqda yüksək təsəvvür yaratmalıdır. Məhv olmaqda olan bəşəriyyətə Ata məhəbbətinin ucalığından, dərinliyindən, genişliyindən ilham alan həvari Yəhya heyrət, ehtiramla dolu və bu məhəbbətin əzəmət və incəliyini izhar etmək üçün layiqli sözlər tapmayaraq, Onu dünyaya göstərməyə çalışdı: “Görün Ata bizə necə məhəbbət göstərib ki, biz Allahın övladları adlanırıq. Doğrudan da beləyik” (1 Үәһуа З:1). İnsan necə də yüksək qiymətləndirilmişdir! Mənən pozulan insan övladı iblisin təbəqəsi olur. İsanın əfv qurbanına daxili inam nəticəsində, Adəm övladları yenidən Allahın övladları ola bilər. İnsan təbiətini qəbul edərək, İsa bəşəriyyəti ucaltdı. Günahkar insanlar İsa ilə mənəvi bağlılıq nəticəsində, həqiqətən, “Allah övladı” kimi yüksək ada layiq ola bilərlər.AAY 9.1

    Bu cür məhəbbət heç nə ilə müqayisə edilə bilməz. Səmavi Padşahın övladları! Çox qiymətli vəddir! Bu fikirlər ən dərin düşüncələr üçündür! Bu Ona dönük çıxan dünya üçün Allahın bənzərsiz məhəbbətidir! Bu fikir qəlbi fəth etməyə və zəkanı Allaha itaətə gətirməyə qadirdir. İlahi xasiyyəti çarmıx işıgında nə qədər çox öyrəniriksə, mərhəmət, həssaslıq və əfvin haqq və ədalətlə o qədər çox bağlı olduğunu öyrənirik. Eyni zamanda, ananın azmış körpəsinə rəhmdən daha yüksəkdə duran Allahın hədsiz məhəbbətinin və zərif mərhəmətinin saysız-hesabsız dəlilləri də bizim üçün daha aydın olur.AAY 9.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents