Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Məhəbbət Və Əməkdaşliq

    Həyat maraqlarını birləşdirən iki şəxs tamamilə fərqli xarakterə malikdirlər. Toydan sonra onlar əvvəllər etmədikləri vəzifələri yerinə yetirməlidirlər.XAS 20.1

    Müqəddəs Kitab göstərir ki, ailənin başçısı kişidir: “Qadınlar, ərlərinizə tabe olun”. Əgər verilmiş əmr yalnız bu sözlərlə qurtarsa idi, onda qadınların vəziyyətinə həsəd aparmağa dəyməzdi. Lakin əmrdə bu sözlər də verilmişdir: “...Rəbbə tabe olur kimi...”.XAS 20.2

    Allah insana şüur bəxş etmişdir və qadının fərdiyyəti kişinin fərdiyyətinin kölgəsində qala bilməz. Ərinin söylədiklərinin onun bədəni və ruhuna zərər toxunduracağını biləbilə, qadının gözüyumulu və məcburi şəkildə onları yerinə yetirməli olduğunu düşünmək böyük səhvdir. Ərdən ölçüsüz dərəcədə yüksəkdə duran Biri vardır. Qadın öz ərinə hörmət etməlidir. Ər isə öz növbəsində arvadını sevməli və qorumalıdır. Belə oxuyuruq: “Ey ərlər, öz arvadlarınızı sevin və onlarla sərt davranmayın”.XAS 20.3

    Nə ər, nə də arvad üstünlük qazanmağa çalışmalıdırlar. Нәr iki tərəf bir-birini incitmədən və qəlbinə toxunmadan, səmimilik ruhunu saxlamalıdır.XAS 20.4

    Yoldaşınızı һәг şeyi sizin istədiyiniz şəkildə etməyə və sizin arzularınıza tabe olmağa məcbur etməyin. Bu cür rəftar etsəniz, bir-birinizə qarşı məhəbbəti qoruya bilməyəcəksiniz. Şəxsi iradəni yeritmək ailədəki sülh və xoşbəxtliyi aradan qaldırır. Qoy sizin ailə həyatınız ucsuz-bucaqsız qarşıdurmalardan azad olsun. Düşünmədən hərəkət edəгәк, heç biriniz xoşbəxtliyi dada bilməyəcəksiniz. Xeyirxah, səbirli, təmkinli və diqqətli olun.XAS 21.1

    Güzəştə gedin. Ailə həyatında kişilər də, qadınlar da çox vaxt özlərini intizamsız, inadkar uşaqlar kimi aparırlar. Hər kəs öz dediyinin üstündə durur və heç biri güzəştə getmək istəmir. Bu, böyük bədbəxtliyə gətirib çıxara bilər. Әг və arvad qarşı tərəfin rəyi və nöqteyi-nəzərilə razılaşmağa hazır olmalıdırlar. Nə qədər ki hər iki tərəf öz fikrində inadkarlıq göstərir, ailədə hansısa xoşbəxtlikdən söhbət gedə bilməz.XAS 21.2

    Ailə həyatı ilə bağlı ayrı-ayrı fikirlərə malik ər və arvad, eyni zamanda möhkəm məhəbbət telləri ilə necə birləşə bilərlər? Onlar ailəyə aid olan hər bir məsələdə fikir birliyinə gəlməlidirlər. Ailə ocağının istisi ölçüyəgəlməz var-dövlətdir. Əgər bir tərəf səhv edərsə, qoy o biri tərəf səbirli olsun və incik halda üz çevirməsin.XAS 21.3

    Ailədəki sülh və birliyi zəiflədə biləcək hər bir problemi qəti şəkildə aradan qaldırmaq, bunun əvəzində xeyirxahlıq və məhəbbət bəsləmək lazımdır. Nəvaziş, səbir və məhəbbət bəsləyən kəs ən sonda görəcəkdir ki, elə həmin münasibət onun özünə qarşı da yönəlmişdir.XAS 21.4

    Düşünmək Ücün Suallar

    “Sözdə və dildə deyil, əməldə və həqiqətdə sevək” (1 Yəh. 3:18).XAS 22.1

    1. Hansı səbəbdən özünüzü sevimli insan hiss edirsiniz?XAS 22.2

    2. Həyat yoldaşımın özünü sevimli insan hiss etməsi üçün nə edirəm?XAS 22.3

    3. Həyat yoldaşınızın özünü sevimli insan hiss etməsi üçün bu həftə edə biləcəyiniz şeyləri sadalayın.XAS 22.4

    4. Öz həyat yoldaşınıza sevginizi bəyan etmək üçün istifadə edə biləcəyiniz bir neçə yeni söz yazın. Əgər mümkünsə, bu suallara həyat yoldaşınızla birlikdə cavab verin, sonra isə bu sualları müzakirə edin.XAS 22.5

    Ailə həyatında uğur qazanmaq üçün əlimdən gələni etmək üçün nə dərəcədə hazıram.XAS 22.6

    Bizim evimiz - bizim qalamız və sığınacağımızdır, zor hücumlardan müdafiəmiz və istirahət yerimizdir. Edvard Kok.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents