Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Anаnin Başlica Vəzifəsi

    Allah uşağın potensial imkanlarını görür. O, çox böyük maraqla izləyir ki, valideynlər Onun planını həyata keçirəoəklər, yoxsa öz yersiz xeyirxahlıqları ilə Allahın niyyətlərinin üstündən xətt çəkərək, uşaqlarının indiki və əbədi həyat üçün məhv olmasına yol verirlər. Köməksiz bir məxluqu şəxsiyyətə çevirmək böyük və vacib bir işdir. Öz uşaqlarınızla bağlı vəzifələrinizi yerinə yetirməkdə heç nəyin sizə mane olmasına yol verməyin.XAS 85.1

    Siz dövlət işçiləri sırasına daxil olmaya bilərsiniz. Lakin Allah üçün və vətəniniz üçün böyük işlər görməyə qüdrətiniz çatar. Siz uşaqlarınızı tərbiyə edə, şərə qarşı durmaları və başqalarını da ədalətə səsləmələri üçün xarakterlərini kamilləşdirməkdə onlara kömək edə bilərsiniz.XAS 85.2

    Ailə tərbiyəsi. Təhsil sahəsində əhəmiyyətli dərəcədə nailiyyətlər əldə edilsə də, uşaqların bugünkü tərbiyəsi acınacaqlı haldadır. Ailə tərbiyəsinə etinasız yanaşırlar. Valideynlər, xüsusilə də analar üzərlərinə düşən vəzifənin vacibliyini tam dərk etmirlər. Uşaqlara öyüd-nəsihət vermək üçün səbirləri, onları idarə etmək üçünsə düzgün düşüncə tərzləri kifayət qədər deyil.XAS 85.3

    Allah Onun köməyi sayəsində edə bilməyəcəyimiz, bizim şəxsi xeyrimiz və uşaqlarımızın xeyri üçün xidmət etməyəcək heç bir şeyi bizdən tələb etmir.XAS 86.1

    Uşaqlarınızın vərdişlərinin və meyllərinin formalaşması üçün bütün imkanlardan istifadə edin. Onların xarakterinin inkişafını diqqətlə izləyin, artıq olan şeyləri təmizləməyə və çatışmayan cəhətləri bərpa etməyə çalışın. Öz həyatınızı uşaqlarınız üçün saf və nəcib bir nümunəyə çevirin.XAS 86.2

    Uşaqlarınızın tərbiyəsinə cəsarət və enerji ilə can atın və bütün səylərinizdə Allahın sizə kömək edəcəyinə şübhə etməyin. Uşaqlarınızda mənfi meyllərdən uzaq əxlaqi yüksəliş görüncəyə qədər, onların həyat məqsədləri əyləncələrə meyldən daha artığına çevrilənədək durmadan çalışın. Uşaqlarınız sizin bütün fikirlərinizdən yüksəkdə durmalıdırlar.XAS 86.3

    Həyatın hər bir anına diqqətlə yanaşın - hər bir an hədsiz dərəcədə qiymətlidir. Yadda saxlayın ki, uşaqlar irəliyə gedirlər və özünüz də hiss etmədən sizin təsiriniz altından çıxa və ailə təlim-tərbiyəsini rədd edə bilərlər. Bütün digər işlərdə uğursuz olsanız da, bu işə diqqət və aktiv yanaşın. Əgər ailə tərbiyəsi sayəsində uşaqlarınız gözəl insanlar kimi böyüyürlərsə, onda sizin həyatınızı uğursuz adlandırmaq olmaz və vicdan əzabı çəkməniz üçün heç bir səbəb yoxdur.XAS 86.4

    Uşaqlar ananın güzgüsüdür, burada o, öz vərdiş və davranışlarını görə bilər. Onun hər bir hərəkətini izləyən balaca şagirdlərinin yanında ana öz danışığı və hərəkətlərinə nə qədər diqqət yetirməlidir! Övladlarında görmək istədiyi cəhətləri əvvəlcə özündə inkişaf etdirməlidir.XAS 86.5

    Uşaqlar - Allahdan qalan mirasdırlar, mülldyyətinin idarə olunmasına görə Onun qarşısında cavabdehik.XAS 86.6

    Məsih və uşaqlar. Məsihin dövründə analar övladlarını Onun yanına gətirirdilər ki, O, əllərini onların üstünə qoysun və onları xeyir-dualasın. Bu hərəkətləri onlar İsa Məsihə inandıqlarını və onlara tapşırılmış körpənin bu həyatda və gələcəkdə rifahının qayğısına qaldıqlarını göstərirdilər. Lakin Məsihin şagirdləri başa düşə bilmirdilər ki, Müəllimin onların uşaqlarına diqqət yetirməsi üçün Onu narahat etməyə necə cürət edirlər. Odur ki, inadla onları geri qaytarırdılar. İsa şagirdlərini məzəmmətlədi və camaata əmr etdi ki, anaları uşaqları ilə birlikdə Onun yanına buraxsınlar. O, dedi: “Buraxın uşaqları Mənim yanıma gəlsinlər, onlara mane olmayın; çünki Allahın Padşahlıgı bunlar kimilərinindir” (Lk. 18:16). Analar hələ də tozlu yolla Xilaskara yaxınlaşmaqda davam edirdilər, O isə artıq uşaqları üçün ürəklərində səssizcə dua edərkən, onların gözlərindən qeyri-ixtiyari axan yaşları və titrəyən dodaqlarını görürdü. O, şagirdlərin dilindən çıxan irad kəlmələrini eşitdi və onların əmrlərini təxirə saldı. Onun məhəbbətlə dolu böyük ürəyi uşaqları qəbul etmək üçün açıqdır. O, uşaqları bir-birinin ardınca qucağına götürdü və xeyir-dualadı.XAS 87.1

    Bu, bütün dövrlərdəki analar üçün ruhlandırıcı bir dərsdir. O, analar və övladlarına sülh, ümid və xoşbəxtlik bəxş edəcəkdir. Hər şeyin ən yaxşısını uşaqlarınıza vermək istəyirsinizmi? Onda onların Allaha gətirin.XAS 87.2

    Qoy analar öz problemlərilə Məsihin yanına gəlsinlər. Uşaqların tərbiyəsi işində Ondan kömək alacaqlar. Öz yükünü Xilaskarın ayaqları önündə qoymaq istəyən hər bir qadın üçün qapılar açıqdır. O, yenə də anaları dəvət edir ki, övladlarını Onun yanına gətirsinlər və O, onları xeyirdualasın.XAS 87.3

    Məsih Özünü məzlumlarla, ehtiyac içində olanlarla və ümidsiz, dərdli insanlarla eyniləşdirirdi. O, balaca uşaqları qucağına götürürdü və gənclərlə onların həmyaşıdı kimi söhbət edirdi. Onun böyük sevən ürəyi onların problem və ehtiyaclarını başa düşürdü və onların sevincinə O da sevinirdi. Onun adamla dolu şəhərin mənasız həyatından və həyəcanlarından, hiyləgər və ikiüzlü insanlarla ünsiyyətdən yorğun düşmüş qəlbi, günahsız uşaqların əhatəsində sakitlik və sülh qazandı. Məsihin onların yanında olması heç vaxt uşaqları qorxutmurdu. Səma alisi o dərəcədə alçalırdı ki, onların bütün suallarına cavab verirdi və Öz vacib dərslərini o qədər sadələşdirirdi ki, uşaqlar da qavraya bilsinlər. İsa onların düşüncəsinə həqiqət toxumları əkirdi ki, bu toxumlar cücərə və yaşa dolduqları vaxtda bol məhsul verə bilərdi.XAS 87.4

    “Buraxın uşaqları mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı bunlar kimilərindir” (Mk. 10:14). Bu sözlər valideynləri ruhlandırmalıdır ki, uşaqlarını Məsihin yanına gətirsinlər. Onun ismilə Allahdan xahiş etsinlər ki, O, onların bütün ailələrini xeyir-dualasın.XAS 88.1

    Uşaqlar səmanın gözüylə. Sizin uşaqlarınız Məsihin gözündə o qədər qiymətlidirlər ki, O, onlardan ötrü Öz canını qurban verdi. Allahı sevən və Allahdan qorxan ən balaca uşaq Rəbbin gözündə böyük xilasa etinasız yanaşan ən istedadlı və savadlı adamdan daha qiymətlidir. Məsihə iman edən uşaq ürəyi Rəbbimizin gözündə Onun taxtı yanındakı mələklər kimi qiymətlidir. Uşaqları valideynlər dünyaya gətirirlər, lakin bununla belə, onlar həyatı Allahın yaradıcı qüdrəti sayəsində qazanmışdırlar, çünki Allah həyat Bəxş Edəndir.XAS 88.2

    Məsih Özü də nə vaxtsa uşaq olmuşdur. Onun xatirinə uşaqlarınızla nəvazişli davranın. Onlar sizə ona görə etibarXAS 88.3

    edilməmişdirlər ki, hər bir arzularını həyata keçirməyə çalışaraq, onları ərköyün böyüdəsiniz və ya yerli-yersiz onlara təpinib onların ürəyini qırasınız, əksinə onlara təmiz, yüksək həyatla yaşamağı öyrədəsiniz. Onlar Allahın mülkiyyətidirlər; O, onları sevir və sizi də səsləyir ki, Onunla əməkdaşlıq edərək, uşaqlarınızda kamil xarakterin formalaşmasına kömək edəsiniz.XAS 89.1

    Uşaqlara izah etmək lazımdır ki, onlarda olan qabiliyyətlər şəxsi mülkiyyətləri deyil. Güc, vaxt, təfəkkür - bizə borc verilmiş dövlətdir. Bunlar Allaha məxsusdur, ona görə də hər bir insan qərar verməlidir - öz qabiliyyətlərini ali məqsədə həsr etmək.XAS 89.2

    İsa bizim zəif cəhətlərimizi bilir, günah işlətməkdən başqa keçdiyimiz yolların hamısından O da keçmişdir. Odur ki, O, bizə qüvvəmiz və qabiliyyətimizə uyğun yol hazırlamışdır. O, Öz yaxın iştirakı ilə bizi dəstəkləyə və təsəlli verə, bizim üçün əbədi Müəllimə çevrilə bilər. O, uşaqların da həyat cığırını hamarlaşdırır. Allah bizə gücümüz çatan dərəcədə və qabiliyyətlərimizə uyğun yol hazırlamışdır.XAS 89.3

    “İş bizi üç böyük şərdən xilas edir: darıxqanlıqdan, əxlaqsızlıqdan və ehtiyacdan”. Volter.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents