Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Ailədə Dindarliq

    Ailədə din uşaqların Allahın iradəsinə uyğun şəkildə tərbiyə edilməsini nəzərdə tutur. Dini tərbiyə adi təlimdən daha böyük əhəmiyyətə malikdir. O, nəzərdə tutur ki, siz uşaqlarınızla birlikdə dua etməli, onlara Məsihə yaxınlaşmağı və öz ehtiyaclarını Ona söyləməyi öyrətməlisiniz; öz həyatınızla göstərməlisiniz ki, Allah sizin üçün birinci yerdədir və Onun məhəbbəti sizi səbirli, xeyirxah və təmkinli edir.XAS 110.1

    Dinin praktik şəkildə mövcud olduğu ailə bundan əhəmiyyətli dərəcədə faydalanır. Valideynlərin imanı onları məhz Allahın onların ailəsi üçün nəzərdə tutduğu işi yerinə yetirməyə vadar edəcək. Uşaqlar Rəbbin və Onun iradəsinin önündə ehtiramla böyüyəcəklər.XAS 110.2

    Din cəmiyyətə, ilk növbədə isə ailəyə təsir göstərməlidir. Əgər evdə uşaqlar Allaha məhəbbət və hörmət ruhunda tərbiyə olunublarsa, onlar böyüyən zaman öz uşaqlarını da buna uyğun şəkildə tərbiyə edəcəklər. Beləliklə, həqiqət prinsipləri cəmiyyətdə kök atacaq və dünyaya hiss edilə biləcək dərəcədə böyük təsir göstərəcəkdir. Dini ailə tərbiyəsindən xaric etmək olmaz. Öz ailələrinizi Allaha həsr edin, sonra isə evlərinizdə məsihçi kimi danışın və hərəkət edin.XAS 110.3

    Ailəvi dindarlığın olmadığı yerdə imanın nümayiş etdirilməsi heç bir əhəmiyyət kəsb etmir. Çoxları özlərini aldadaraq belə fikirləşirlər ki, xarakter gələcək həyatda yeniləşəcək, lakin yer həyatının axırına qədər ürəkdə dəyişiklik baş verməyəcək. Əgər əbədi həyata girmək istəyirsinizsə, onda əvvəlcə yer üzündə müqəddəs olmalısınız. Özünüzdə inkişaf etdirdiyiniz xarakter cəhətləri öldükdən sonra, yaxud dirilmə zamanı dəyişilməyəcək. Siz həyatda olarkən hansı xarakteri daşıyırdınızsa, o xarakterlə də qəbirdən qalxacaqsınız. Məsih Öz gəlişi zamanı sizin xarakterinizi dəyişdirməyəcək. Bizim gündəlik həyatımız gələcək aqibətimizi təyin edir. Ailə ocağı səma ailəsinə hazırlaşmaq üçün seçilmiş yerdir.XAS 111.1

    Əksər hallarda valideynlər uşaqlarını məsihçi vəzifələrini yerinə yetirmək üçün çox gənc hesab edərək, onların dindən uzaq şəkildə böyüməsinə icazə verirlər. Uşaqlara Allahı tanımadan böyümək imkanı vermək çox təəssüf doğurucu haldır. Uşaqlarını dini tərbiyədən məhrum edərək, valideynlər çox dəhşətli səhvə yol verirlər. Onlar belə fikirləşirlər ki, gələcəkdə, artıq yetkinləşən zaman onların həyatında hər şey yaxşı olacaq və onlar özləri dini təcrübə qazanmağa can atacaqlar. Ey valideynlər, əgər uşaqlarınızın ürəklərinə qiymətli həqiqət toxumları əkməsəniz, şeytan ürəyin tarlasına dəlicə toxumları səpəcək.XAS 111.2

    Siz hansı yolla gedirsiniz? Dini məsələlərdə uşaqlannızın һәг cür məhdudiyyətlərdən azad olmalarının vacibliyi fikri iiə hərəkət edirsinizmi? Bəikə siz uşaqlıq və gənclik iiiərində onlan məsləhət və nəsihətlərdən тәһгит edirsiniz? Özlərinin istədikləri kimi hərəkət etməiərinə icazə verirsiniz? Əgər belədirsə, onda siz Allahın sizin üzərinizə qoyduğu vəzifələrə etinasız yanaşmış olursunuz.XAS 111.3

    Körpələr başa düşməyə qabil olduqları zaman, valideynlər onlara İsa haqqında - Beyt-Lehemli Körpə haqqında danışmalıdırlar. Uşaqlarınızın yaşına və qabiliyyətlərinə uyğun şəkildə onların beyninə adi dindarlıq hissini yazmağa çalışın. Uşaqlarınıza İsaya dua etməyi öyrədin. Uşaqlar erkən yaşlarında İlahi təsiri tez qavrayırlar. Rəbbimiz bu cür uşaqları Öz himayəsinə götürür.XAS 112.1

    Qoy valideynlər bu məsələdə rəhbərlik üçün Allaha müraciət etsinlər. Rəbbin önündə diz çökərkən, onlar özlərinin vacib vəzifələrini həqiqətən dərk edəcək və beləliklə, uşaqlarını Öz məsləhət və nəsihətlərində heç vaxt yanılmayan Kəsə etibar edə biləcəklər.XAS 112.2

    Valideynlər uşaqlarını dinə yalnız zahiri formada əməl etməyə məcbur etməməlidirlər, əksinə, sevinc, məsihçi nəzakəti, nəvazişi və rəğbəti izhar edərək, əbədi prinsipləri onlara cəlbedici işıqda çatdırmalıdırlar.XAS 112.3

    Özünüzün və uşaqlarınızın dini tərbiyəsinə etinasız yanaşmayın. Onlara erkən yaşlarından oxumağı, yazmağı və saymağı öyrətmək lazımdır. İdraklarını inkişaf etdirərək, irəliyə gedə bilərlər. Lakin hər şeydən əvvəl onlara öyrətmək lazımdır ki, müdrikliyin başlanğıcı Allaha hörmətdir.XAS 112.4

    Rəhbimiz tükənməz dərəcədə lütfkardır. Öz ailənizdə bunu hiss edirsinizmi?XAS 112.5

    Nikahınızla bağlı Allaha minnətdarlığınızı bildirmək istədiyiniz halları sadalayın.XAS 112.6

    1.XAS 112.7

    2.XAS 112.8

    3.XAS 112.9

    4.XAS 112.10

    5.XAS 113.1

    6.XAS 113.2

    7.XAS 113.3

    “Ya Rəbb, bizə bu qədər şeylər bəxş edən Sən bir şey də - nəcib ürək də bəxş elə”.XAS 113.4

    “Din əxlaqdan deyil, əxlaq dindən doğulur”. Şatobrian.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents