Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Övlad Dünyaya Gələnə Qədər

    Ana olmağa hazırlaşmaq üçün qadın böyük səbir göstərməlidir. Əksər valideynlər hesab edirlər ki, bətndaxili dövrdə uşağa olan təsir davamlı deyil və buna görə də böyük əhəmiyyət kəsb etmir.XAS 78.1

    İnsanların meyl və maraqları müəyyən prinsiplərə əsaslanmalıdır. Əgər ana uşağının dünyaya gəlməsi ilə bağlı Allahın niyyətlərini həyata keçirmək istəyirsə, bəzi şeylərdən imtina etməyi bacarmalıdır. Əgər uşaq dünyaya gəlməzdən əvvəlki vaxtlarda ana öz arzularına uyğun, eqoist, əsəbi, tələbkar həyat tərzi keçirirdisə, onda onun bu cəhətləri uşağın xarakterində əks olunacaq. Bunun nəticəsində bir çox uşaqlar irsi olaraq öhdəsindən gəlmək mümkün olmayan şərə meyllilik əldə edirlər. Lakin əgər qadın səbirli və fədakar ruha malikdirsə, əgər o, xeyirxah, nəvazişli və qərəzsizdirsə, bu gözəl xüsusiyyətləri uşaqlarına da ötürə bilər.XAS 78.2

    Gələcək ananın ətrafını xoşagələn və sevincli etmək işinə diqqətli yanaşmaq lazımdır. Qadın və ananın üzərinə düşən yükü azaltmaqdan ötrü əlindən gələni etmək üçün ər və atanın üzərinə çox böyük məsuliyyət düşür. Ər qadı- nın vəziyyətini nəzərə alaraq, bacardığı qədər ona kömək etməlidir. O, gülərüz, nəzakətli, xeyirxah, nəvazişli olmalı və qadının bütün ehtiyaclarına xüsusi diqqət yetirməlidir.XAS 78.3

    Qidalanma ilə bağlı yanlış fikirlər. Hamiləlik dövründə qadının istədiyi hər şeyi yeyə bilməsi fikri yanlışdır və bu fikir sağlam düşüncəyə deyil, adətlərə əsaslanır. Hamilə qadının iştahası aldadıcı və çətin doyurulandır, artıq mövcud olan adətlərə görə o, yediyi qidanın onu doyurdacağı və uşağının inkişafını təmin edəcəyi haqqında fikirləşmədən, qarşısına keçən hər şeyi qəbul edə bilər. Qəbul olunan qida qıcıqlandırıcı deyil, doyurducu olmalıdır.XAS 79.1

    Məhz hamiləlik dövründə qadınlar sadə qida qəbul etməli və istifadə etdikləri məhsulun keyfiyyətinin qayğısına qalmalıdırlar.XAS 79.2

    Bu prinsiplərə uyğun hərəkət edən və ətraflı məlumatlara malik olan qadınlar hamiləlik dövründə sadə qidalardan imtina etməyəcəklər. Onlar unutmayacaqlar ki, gələcək uşağın həyatı onlardan asılıdır, ona görə də öz vərdişlərinə, xüsusilə də qidalanma tərzlərinə diqqətli yanaşacaqlar. Onlar qidanı yalnız yaxşı daddığına görə yeməli deyillər. Sağlam düşüncə tərzinə görə etməməkləri gərəkən şeyləri etməyi tövsiyə edənlər çox olacaq. Uşaqların bir çoxunun xəstə doğulmasının səbəbi anaların öz iştahalarına güzəştə getmələrindədir.XAS 79.3

    Qadının fiziki təlabatlarına diqqətsiz yanaşmaq olmaz. O, iki həyat üçün cavabdehlik daşıyır; onun arzularını diqqətlə dinləmək və təlabatlarını ödəmək lazımdır. Lakin qadın da eyni zamanda qida, yaxud digər məsələlərlə bağlı olmağından asılı olmayaraq, öz fiziki və əqli qüvvəsini zəiflətməkdən uzaq durmalıdır.XAS 79.4

    Uşağın düzgün xarakterinin əsası, o, hələ dünyaya gəlməzdən qabaq ananın öz qarşısına qoyduğu qəti özünüidarə sayəsində qoyulur.XAS 80.1

    Daxili vəziyyət. Ana olmağa hazırlaşan qadın şəraitdən asılı olmayaraq, həmişə şən, sakit əhval-ruhiyyəni saxlamalıdır və bilməlidir ki, uşağının fiziki sağlamlıgı və sakit, təmkinli xarakteri ilə onun bütün səylərinin əvəzi səxavətli şəkildə ödəniləcəkdir. Lakin bu, hələ hamısı deyil. O, həyata nikbin baxışı özündə vərdiş halına sala bilər və bu yolla şən əhval-ruhiyyəni saxlaya, öz ailəsini və ünsiyyət saxladığı insanları xoşbəxtlik ruhu ilə doldura bilər.XAS 80.2

    Valideyn Olmağa Hazirsinizmi?

    Aşağıdakı fikirlərdən hər birini diqqətlə oxuyun və sizin hisslərinizə daha çox uyğun gələn cavabı qeyd edin.XAS 80.3

    1. Körpələri müşahidə etmək və qucağıma almaq xoşuma gəlir. (Bəli, xeyr, hərdən).XAS 80.4

    2. Həyat yoldaşımın köməyi olmadan da uşağın qayğısına qala bilərdim. (Bəli, xeyr, hərdən).XAS 80.5

    3. Mən öz emosiami bürüzə vermədən gecə qalxıb ağlayan körpəni sakitləşdirməyə hazıram. (Bəli, xeyr, hərdən).XAS 80.6

    4. Uşağın qayğısına qalmaqla bağlı ənənəvi işləri görməkdən xoşlanıram: onu çimizdirmək, alt paltarlarını dəyişdirmək, yedizdirmək, yırğalamaq və s. (Bəli, xeyr, hərdən).XAS 80.7

    5. Uşaq öz davranışına görə sevgiyə layiq olmasa da, onu sevməyə hazıram. (Bəli, xeyr, hərdən).XAS 80.8

    6. Uşağımın xarici görünüşü nə cür olsa belə, onu qəbul etməyə hazıram. (Bəli, xeyr, hərdən).XAS 80.9

    7. Bizim ailə gəlirlərimiz uşağı vacib olan hər şeylə təmin etməyə imkan verir. (Bəli, xeyr, hərdən).XAS 81.1

    8. Dostlarımla görüşə getmək əvəzinə xəstə uşağımla evdə qalmağa hazıram. (Bəli, xeyr, hərdən).XAS 81.2

    9. Mən öz valideynlərimdən asılı deyiləm və valideynlik vəzifələrini yerinə yetirməyə hazıram.XAS 81.3

    10. Əvvəllər yalnız ikimizə aid olan vaxtın çox hissəsini indi övladımıza sərf etdiyimizi başa düşürəm və buna güzəştə getməyə hazıram.XAS 81.4

    Bu suallara cavab verərkən öz fikrinizi həyat yoldaşınızla bölüşdürün. Əgər övlad dünyaya gətirmək üçün qərar vermisinizsə, məsləhət və müdriklik üçün Allaha üz tutun, O, böyük məmnunluqla sizə kömək edəcəkdir.XAS 81.5

    “Ananın boynunu bəzəyə biləcək ən gözəl boyunbağı onu qucaqlayan övladının əlləridir “. Qarsiya Matos.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents