Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Kişi Necə Olmamalidir

    Bir çox ailələrdə müxtəlif yaşlı uşaqlar böyüyür, onların bəziləri ananın diqqətindən və müdrik nəsihətlərindən əlavə, atanın daha tələbkar, eyni zamanda da dostcasına münasibətinə də chtiyacı var. Çox az atalar buna əhəmiyyət verirlər. Onlar öz borclarını yerinə yetirməkdən boyun qaçıraraq, bu yükü anaların üzərinə qoyurlar. Bununla belə, özlərinin verdikləri qiymətə əsaslanaraq, qadınları tənqid etmək hüququna malik olduqlarını iddia edirlər. Ağır cavabdehlik hissi və daimi məzəmmətlərdən yorğun düşmüş bədbəxt qadın və ana, hətta həmin şəraitdə ən doğru hərəkət etsə belə, təsadüfi hərəkətləri üçün özünü günahkar hiss edir və peşmançılıq çəkir. Hətta qadının böyük səyləri layiqincə qiymətləndirilməli və təriflənməli olduğu halda, qəm-qüssə və töhmət hədəfinə çevrilir. Çünki ər qadının iki nəfərin işinin öhdəsindən gələcəyini fikirləşərək, öz vəzifəsini yerinə yetirməkdən boyun qaçırır.XAS 60.1

    Bir çox ərlər bütün günü çaş-baş vəziyyətdə, bitib-tükənməz ev işlərinin yükü altında qalan qadının qayğı və çətinliklərini kifayət qədər başa düşmür və qiymətləndirmirlər.XAS 60.2

    Çox vaxt ərlər evə narazı halda gəlirlər. Xörək vaxtında süfrəyə verilməyən zaman, qənaətcil, dayə, aşbaz və xadimə vəzifələrini təkbaşına yerinə yetirən qadın ərinin danlaqlarına qulaq asmalı olur. Tələbkar ər o dərəcəyə qədər güzəştə gedə bilər ki, uşağı əldən düşmüş qadının əlindən ala və ailəni tez yedirtməsi üçün ona şərait yarada bilər, lakin əgər uşaq atanın qucağında özünü narahat aparırsa, o, onun nazıyla oynamağı, sakitləşdirməyi özünə borc bilmir. Uşağın şıltaqlıqlarına dözməyin ana üçün necə baha başa gəldiyi haqda düşünməyərək, səbirsizliklə çağırır: “Ey, ana, gəl uşağını götür”. Məgər bu uşaq həm də onunku deyilmi? Məgər atalıq borcu uşaqlarının tərbiyəsi işində yükün bir hissəsini öz boynuna götürməyi ondan tələb etmirmi?XAS 60.3

    Evdə kölgə. Qaşqabaqlı, özündən razı və hökmranlığı sevən ər və ata yalnız özünü bədbəxt etmir, həm də bütün ailə üzvlərinin həyatına qaranlıq çökdürür. Onun arvadı qəmli və naxoşdur, uşaqlar isə atalarının pis xasiyyəti üzündən əsəbi böyüyürlər. Gec ya tez o, ailəyə bu cür münasibətin bəhrəsini görəcək.XAS 61.1

    Əgər xeyirxahlığı, diqqətliliyi və ürəyiyananlığı zəiflik hesab edirsinizsə, qadınla nəvazişli, mülayim və məhəbbətlə davranarkən ləyaqətinizi itirəcəyinizdən qorxursunuzsa, onda siz həqiqi kişilik və ləyaqət haqqında yanlış təsəvvürə maliksiniz.XAS 61.2

    Xeyirxah işləri yarımçıq qoymaq vərdişi zəifiiyin və xarakter çatışmazlığının göstəricisidir.XAS 61.3

    Sizin zəiflik kimi qiymətləndirdiyiniz şeylər Allahın gözündə həqiqi nəzakət kimi qiymətləndirilir.XAS 61.4

    Ey ərlər, qadınlarınızın ruhani həyat yaşaması üçün onlara şərait yaradın. Öz həyat yoldaşınızdan və uşaqlarınızdan həddindən artıq şeyləri tələb etməyin. Onları mühakimə etməyin. Əgər gümrah, şən ab-havanı saxlayaraq, onlarla dostcasına və nəvazişli danışsanız, evinizin üstünü almış kədər və bədbəxtlik buludlarını dağıdaraq, əvəzində nur bəxş etmiş olarsınız. Qadınınıza münasibətiniz haqqında düşünün. Siz ifratçılığa vararaq, öz fikrinizə uyğun һәrəkət edirsiniz və arvadınızın fikrinin sizinkini üstələməsini istəmirsiniz? Qadınınıza hörmət etmirsiniz və uşaqlarınıza ona hörmət etməyi öyrətmirsiniz? Ona sizinlə bərabərhüquqlu şəxs kimi yanaşmırsınız, lakin idarəetməni öz əlinizə almağa çalışırsınız və bu işdən möhkəm-möhkəm yapışırsınız? Onda siz hökmən özünüzdə nəvazişlilik və ürəyi yananlıq kimi keyfiyyətləri inkişaf etdirməlisiniz.XAS 61.5

    Əgər ər arvadına qarşı despot, tələbkar və tənqidi münasibət bəsləyirsə, heç vaxt onun hörmət və bağlılığını qazana bilməyəcək və ər arvad münasibətləri qadında ikrah doğuracaq. Ər arvadının xeyirxah dostuna çevrilmək istəmədiyi üçün onun sevgisini qazana bilməyəcək.XAS 62.1

    Ərlər qayğıkeş, diqqətli, vicdanh, sadiq, ürəyiyanan olmalıdırlar. Məhəbbət və rəğbət bəsləməlidirlər. Əgər әг müsbət xarakterə, təmiz qəlbə, yüksək əqli səviyyəyə malikdirsə, o, ailəsini xoşbəxt edəcəkdir.XAS 62.2

    “Bir-birinizin yüklərini daşıyın və Məsihin qanununu bu yolla icra edin Qal. 6:2.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents