Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Bir-Birinə Kömək Edərək

    Uşaqlara münasibətdə atanın üzərinə düşən vəzifələri ananın boynuna qoymaq olmaz. Əgər ana öz vəzifələrini ləyaqətlə yerinə yetirirsə, bu, onun üçün kifayətdir. Ata və ana yalnız birlikdə işləməklə Allahın tapşırdığı işi yerinə yetirə bilərlər.XAS 56.1

    Ata özünü uşaqların həyat və əbədiyyət üçün tərbiyəsi işindən kənarda tutmamalıdır. O, bu məsuliyyəti ana ilə bölüşdürməlidir. Həm atanın, həm də ananın üzərinə düşən bir sıra vəzifələr vardır. Əgər valideynlər uşaqlarının məhəbbət və hörmət kimi keyfiyyətlərə malik olmasını istəyirlərsə, bir-birlərinə bu cür münasibət bəsləməlidirlər.XAS 56.2

    Kişi öz ruhlandırıcı baxışı və nəvazişli sözlərinə qadını iş və qayğılarında həvəsləndirməli və dəstəkləməlidir. Qadınınızın düşdüyü ziddiyətli vəziyyətlərdən çıxmaq üçün kömək edin. Sözlərinizi seçərkən ehtiyatlı davranın, özünüzdə gözəl davranış, nəzakət, xeyirxahlıq kimi cəhətləri inkişaf etdirin, zaman keçdikcə əvəzini layiqincə alacaqsınız.XAS 56.3

    İşdəki xoşagəlməz halların ailə həyatınızı tutqunlaşdırmasına yol verməyin. Ata nə ilə məşğul olursa olsun, işdə hansı çətinliklərlə qarşılaşırsa qarşılaşsın, evə üzündə təbəssümlə gəlməli, bütün gün ərzində başqaları ilə danış- dıgı kimi mülayim səslə danışmalıdır. Qadın kişinin dəstəyinə ümid bəsləyə bilirsə, bu, çox yaxşıdır, kişinin mülayim münasibəti ona güc verəcəkdir.XAS 56.4

    Həyat yoldaşları bir-birinin qaygısına qalmalıdırlar. Belə bir tendensiya mövcuddur ki, kişi özünü ailə ocağının idarəçisi kimi deyil, daha çox kirayənişin kimi apararaq, istədiyi vaxt evdən gedə, istədiyi vaxt gələ bilər. Ailə vəzifələri müqəddəs və vacibdirlər; lakin bununla belə ona etinasız yanaşaraq, adəti monotonluqla barışırlar. Əgər heç bir müxtəliflik, dəyişiklik və istirahət yoxdursa, çoxsaylı qayğı və çətinliklər narahatçılıq yaratmağa başlayır. Ümumi mövqeyi heç də çox yüksək olmayan ananın həyatı tükənməz fədakarlıqlarla doludur və əgər ər arvadın payına düşən çətinlikləri başa düşmür və ona dəstək vermirsə, qadının yükü daha da ağırlaşır.XAS 57.1

    Kişi öz ailəsinə böyük maraq göstərməlidir. Nəvazişli, sevincli, ruhlandırıcı sözlər ən güclü dərmanlardan daha təsirlidir. Xeyirxah işlərlə və həvəsləndirici sözlərlə ailəyə gətirilmiş xoşbəxtlik və nur sərf olunmuş əməyin yüz qat artığını ödəyir. Ər yadda saxlamalıdır ki, uşaqların tərbiyəsinin əsas hissəsi qadının üzərinə düşür, onların təfəkkürünün formalaşması qadından əhəmiyyətli dərəcədə asılıdır. Bu fikir kişidə ən xeyirxah hissləri oyatmalıdır və o, qadının işinin yüngülləşdirilməsi qayğısına qalmalıdır. O, evə əzgin vəziyyətdə gəlməli deyil, əksinə, öz gəlişi ilə evə nur gətirməlidir və qadınının ona güvənməsi üçün şərait yaratmalıdır.XAS 57.2

    Sərt olmayın. Bir çox ərlər və atalar Yaqubun hekayətindən yaxşı dərs götürə bilərlər. Təcili və çətin səyahətə çıxmaq məcburiyyətində qalmış Yaqub dedi: “Uşaqlar zəifdirlər, yanımda olan qoyun-keçi və mal-qara da sağmaldır. Sürüləri daha bir gün sürsələr, hamısı tələf olar. Mən qabağımda olan qoyun-keçinin və uşaqların yerişinə görə yavaş gedəcəyəm” (Yar. 33:13, 14).XAS 57.3

    Qoy ağır həyat yolunda ata və ər onunla yola çıxan yaxınının gedə bildiyi şəkildə, “yavaş-yavaş getsin”. Pul və hakimiyyət dalınca qaçan dünyada yaşayaraq, o, onunla bərabər getməyə çağırılmış şəxsə təsəlli vermək və dəstəkləmək üçün dayanmağı bacarmalıdır.XAS 58.1

    Kişi qadınına mehribanlıq və tükənməz rəğbət göstərərək, kömək etməlidir. Əgər kişi qadınının həmişə gümrah və şən olmasını, evdə parlayan günəş şüalarına bənzəməsini istəyirsə, ona kömək etməlidir. Onun məhəbbətlə izhar olunmuş xeyirxahlığı və nəzakəti qadın üçün qiymətli ruhlandırma olacaq, qadına bəxş etdiyi xoşbəxtlik isə onun öz ürəyinə sevinc və sülh gətirəcək.XAS 58.2

    Əməkdasliq Ruhunu Necə Tərbiyə Edirsiniz?

    Fikrinizə daha çox uyğun gələn cavabı qeyd edin.XAS 58.3

    1. Uşaqların tərbiyəsi ilə bağlı fikirləriniz üst-üstə düşürmü? (Bəli, xeyr, hərdən).XAS 58.4

    2. İntizamın yaradılması metodları ilə bağlı fikirləriniz üst-üstə düşürmü? (Bəli, xeyr, hərdən).XAS 58.5

    3. Hər ikiniz uşaqların tərbiyəsi üçün daşıdıgınız cavabdehliyi dərk edirsinizmi? (Bəli, xeyr, hərdən).XAS 58.6

    4. Uşaqların üstünə qışqırmamaq üçün özünüzü ələ almağa çalışırsınızmı? (Bəli, xeyr, hərdən).XAS 58.7

    5. Uşaqların yanında mübahisə etməməyə və savaşmamağa çalışırsınızmı? (Bəli, xeyr, hərdən).XAS 58.8

    6. Müəyyən işlərdə uşaqlarınızın sizə kömək etmələrinə icazə verirsinizmi? (Bəli, хеуг, hərdən).XAS 58.9

    7. Hansısa işi başa çatdırmaqda uşaqlarınıza kömək edirsinizmi? (Bəli, xeyr, hərdən).XAS 59.1

    8. Uşaqlarınızın işə vərdiş etməsindən ötrü cəlbedici, oyun formasından istifadə edirsinizmi? (Bəli, xeyr, hərdən).XAS 59.2

    9. Uşaqlarınızın gücü çatmayan işlərin yerinə yetirilməsini onlardan tələb edirsinizmi? (Bəli, xeyr, hərdən).XAS 59.3

    10. Yaxşı yerinə yetirdikləri işin əvəzində uşaqlarınızı tərifləyirsinizmi? (Bəli, xeyr, hərdən).XAS 59.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents