Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Kiçik Yaşli Uşaqlara Qayği

    Körpə üçün ən yaxşı qida təbiətin ona bəxş etdikləridir. Bu imkanı gərəksiz hesab edərək, rədd etmək lazım deyil. Uşağı yedizdirmək kimi vacib vəzifədən şəxsi rahatlığı naminə boyun qaçırmaq ananın insafsızlığını göstərir.XAS 82.1

    Uşağın xarakteri müəyyən dərəcədə anasından aldığı qidadan asılıdır. Buna görə də ananın körpəni yedizdirərkən şən olması və eyni zamanda özünü ələ ala bilməsi çox vacibdir. Uşaqla ünsiyyət zamanı ananın sakit, təmkinli davranışı körpənin əqlinin formalaşmasına müsbət təsir göstərəcək. Əgər körpə əsəbi və özündən tez çıxandırsa, ananın ehtiyatlı, aramlı hərəkətləri ona sakitləşdirici və tənzimləyici təsir göstərəcək və körpənin sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.XAS 82.2

    Körpəyə qayğı. Körpənin həyatı nə qədər sakit və sadə keçsə, onun fiziki və əqli inkişafı da bir o qədər müsbət istiqamətdə gedəcək. Ana həmişə sakit təbiətli, təmkinli olmağa çalışmalıdır. Südəmər uşaqlarla qeyri-düzgün rəftar, demək olar ki, öldürücü təsirə malikdir. Onlar şıltaqlıq edəndə, adətən, sakitləşdirmək məqsədilə yedizdirməyə başlayırlar. Beləliklə, hələ beşikdən uşaqlara öyrədirlər ki, onlar yemək üçün yaşayırlar. Çox vaxt analar gün ərzində müəyyən işləri yerinə yetirmək üçün plan qururlar və uşaqlar onları işlərindən ayıran zaman, ana onları sakitləşdirmək və əyləndirmək əvəzinə, yemək yedizdirirlər. Bu üsuldan istifadə edərək, müəyyən müddətlik məqsədlərinə nail olurlar, ümumilikdə isə vəziyyəti daha da çətinləşdirirlər. Körpənin qidaya ehtiyacı olmayan bir vaxtda onun mədəsi qidayla doldurulur. Bu halda tələb olunan yeganə şey ana diqqətidir.XAS 82.3

    Körpənin paltarını hazırlayarkən, dəbə uyğun və qürur doğuran şeylərə deyil, rahatlıq, sərbəstlik və sağlamlıq üçün gərəkli olanlara üstünlük vermək lazımdır. Körpənin istiliyə ehtiyacı var, lakin çox vaxt böyük bir səhvə yol verirlər. Körpəni təmiz havadan əsaslı dərəcədə məhrum edərək, həddindən çox qızdırılmış otaqlarda saxlayırlar.XAS 83.1

    Körpəni onun orqanizmini zəiflədə və ona zərər gətirə biləcək şeylərin təsirindən qorumaq lazımdır. Körpənin ətrafında xoşagələn və təmiz mühitin yaradılmasına xüsusi diqqət ayırmaq lazımdır. Körpəni gözlənilməz şəkildə və kəskin dəyişən tempraturdan qorumaq vacibliyi ortaya çıxa bilər. Həmçinin, körpə yatanda və ya ayıq olan zaman, gündüz və ya gecə, onun təmiz, orqanizmi möhkəmləndirən hava ilə qidalanmasının qayğısına qalmaq vacibdir.XAS 83.2

    Xəstə uşaqlara qulluq. Bütün valideynlər uşaq xəsətələnən zaman ona qulluq etməyi, xəstəliyin qarşısını almağı və naxoşlamış körpəni müalicə etməyi öyrənməlidirlər. Xüsusilə analar xəstə uşağa qulluq etməyi yaxşı bacarmalıdırlar. Uşaqların xəstələnməsinin səbəbi bir çox hallarda qeyri-düzgün qulluqda olur. Rejimsiz qidalanma, qeyridüzgün geyim tərzi, düzgün qan dövranı üçün fiziki məşğələlərin azlığı və qanın təmizlənməsi üçün təmiz ha- va çatışmazlığı xoşagəlməz hallara səbəb ola bilər. Mümkün qədər tez bir müddətdə xəstəliyin səbəbini təyin etmək və səhvləri aradan qaldırmaq lazımdır.XAS 83.3

    “Uşaqları tərbiyə edin... Onda böyükləri cəzalandırmağa ehtiyac olmayacaq “. Pifaqor.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents