Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    İşdə Düzgünlük

    Qanuni fəaliyyətin elə bir sahəsi yoxdur ki, Müqəddəs Kitabda onun haqqında həyati əhəmiyyət kəsb edən məsləhətlər verməsin. Müqəddəs Kitabın səy, düzgünlü, qənaətcillik, təmkin və əxlaqlılıq prinsipləri həqiqi uğurun sirləridir. “Süleyman peyğəmbərin məsəlləri” kitabında verilmiş bu prinsiplər əməli müdriklik xəzinəsidir. Hər hansı işgüzar sahədə fəaliyyət göstərən tacir, usta və rəhbərlər özləri və şagirdləri üçün bu müdrik insanın sözlərindəki nəsihətlərdən daha yaxşısını tapa bilərlərmi?XAS 125.1

    “İşində mahir olanı görürsənmi? Sıravi adamların deyil, şahların hüzurunda dayanar” (22:29).XAS 125.2

    Hər zəhmətdə bir fayda var, boş sözlər insanı ehtiyac içində qoyar” (14:23).XAS 125.3

    “Tənbəl arzulayar, lakin çatmaz ona, çalışqan qovuşar bolluğa” (13:4).XAS 125.4

    “Əyyaş və qarınqulu yoxsullaşar, yeyib-içib məst olan cır-cındır içində qalar” (23:21).XAS 125.5

    “Etibarlı insan alar bol bərəkəti, cəzasız qalmaz sərvət hərisi” (28:20).XAS 125.6

    “Kələklə gələn var-dövləti külək aparar, zəhmətlə qazanılan var-dövlət artar” (13:11).XAS 125.7

    “Yalançılıqla qazanılan xəzinə havaya yayılan sis-dumandır, bir ölüm tələsidir” (21:6).XAS 126.1

    “Borclu adam borc verənə qul olar” (22:7).XAS 126.2

    “Başqasına zamin duran bəlaya düçar olar; belə zaminlikdən zəhləsi gedənə etibar etmək olar” (11:15).XAS 126.3

    Əgər Müqəddəs Yazıda tez-tez təkrarlanan xəbərdarlıqlara əməl edilsəydi, neçə-neçə insan maliyyə uğursuzluqlarından və müflislikdən xilas ola bilərdilər.XAS 126.4

    Səkkizinci qanun oğurluğu və qarəti mühakimə edir. Bu qanun sahibkarlıq işlərində fırıldaqçılığı qadağan edir və borcların və əməkhaqlarının ödənilməsini tələb edir.XAS 126.5

    Yalan danışan və fırıldaqçılıqla məşğul olan kəs özünə hörməti itirir. O, dərk etmir ki, Allah onu görür və onun şübhəli işləri haqqında bilir. Lakin onun əməlləri bəşəriyyətin də, Allahın da nəzərlərindən gizli qalsaydı belə, bu haqda özünün xəbərdar olması faktı onun təfəkkürünü və xarakterini mənfi istiqamətə yönəldərdi. Yalnız bir əməl xarakterin göstəricisi deyil, lakin o, sərhədi aradan qaldırırvə onun ardınca gələn növbəti sınaq böyük hazırlıqla qarşılanır. Bu, o vaxta qədər davam edir ki, nəticədə yalan danışmaq və işlərində əyriliyə yol vermək vərdişi yaranır; əlbəttə ki, bu cür adama artıq etibar etmək olmaz.XAS 126.6

    Yaxınlarımıza münasibətdə kiçik işlərdə necə ləyaqətsizlik göstəririksə və ya açıq-aydın yalan necə nümayiş etdiririksə, Allahla da bu cür davranacağıq. Aldatmaq vərdişini tərgitməyən adamlar öz prinsiplərini o vaxta qədər həyata keçirəcəklər ki, artıq öz ürəklərinin yolunu azdıracaqlar və əhəmiyyətsiz ötəri mənfəətlərdən ötrü əbədi həyatlarını qurban verərək itirəcəklər.XAS 126.7

    Gələcək ücün qavğı.XAS 127.1

    Əgər siz zaman-zaman böyük gəlir gətirən bir işdə işləyirsinizsə, onda qazandığınız pulları qənaətlə yığın və artıq vəsaitlərin bu cür asanlıqla əldə edilməyəcəyi vaxta saxlayın. Allah bizə öz zövq və arzularımızın tələbi ilə hərəkət etməməyi və yalnız bugünkü günün deyil, gələcəyin də qaygısına qalmağı tapşırıb. Ailədə həmişə dar gün üçün vəsait saxlanılmalıdır.XAS 127.2

    “Doğru, ehtiramlı, ədalətli, təmiz, cazibəli, etibarlı olan nə varsa, bir fəzilət və tərifə layiq bir şey varsa, bunları düşünün”. (Flp. 4:8).

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents