Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Valideynlərə Münasibət

    Uşaqlar başa düşməlidirlər ki, dünyaya göz açandan onların qayğısına qalan və xəstələnən zaman onlara qulluq edən valideynləri qarşısında borcludurlar. Onlar həm də başa düşməlidirlər ki, valideynlər onlardan ötrü narahat olurlar.XAS 96.1

    “Ata və anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun” (Çıx. 20:12). Bu qanunda əhd də verilmişdir.Uşaqlar da, gənclər də, orta və ahıl yaşlı adamlar da bu qanunu yerinə yetirməlidirlər. Həyatda elə bir dövr yoxdur ki, uşaqları valideynlərə hörmət etmək məcburiyyətindən azad etmək mümkün olsun.XAS 96.2

    Valideynlərə məhəbbət. Valideynlərin başqa heç bir insanın layiq olmadığı dərəcədə məhəbbət və hörmətə haqları çatır. Allah Özü buyurmuşdur ki, uşağın ilk yaşlarında valideynlər onunçün Allahı əvəz etsinlər. Öz valideynlərinin qanuni haqlarını rədd edənlər Allahın hakimiyyətini də rədd etmiş olurlar.XAS 96.3

    Beşinci qanun tələb edir ki, uşaqlar valideynlərinə hörmət etmək, itaət etmək və qulaq asmaqla bərabər, onlara məhəbbət və nəvazişlə yanaşsmlar, qayğılarını yüngülləşdirsinlər,XAS 96.4

    təmiz adlarını qorusunlar və qoca vaxtlarında onlara təsəlli olsunlar.XAS 97.1

    Bizim dövrümüzdə əksər uşaqlar valideynlərə münasibətdə öz borclarını düzgün dərk etmirlər. Valideynlər övladları üçün nə qədər çox çalışsalar da, övladların bir o qədər naşükür olması və valideynlərinə daha az hörmət etməsi hallarına da az təsadüf edilmir. Böyüklərin əzizlədiyi uşaqlar bunun həmişə belə davam edəcəyinə ümid edirlər və onların ümidləri özünü doğrultmadıqda məyus olurlar və ümidsizliyə qapılırlar. Bu vəziyyət onların bütün həyatı boyu davam edəcək. Onlar köməksiz olacaqlar, başqalarında dəstək axtaracaq və onların xeyirxahlığına və güzəştlərinə ümid bəsləyəcəklər. Artıq böyüyən zaman qarşıdurmalarla rastlaşanda, özlərini təhqir olunmuş hesab edəcəklər. Onların yaşamını sürünmək adlandırmaq daha doğru olacaq, hər dəfə hadisələrin onların istədiyi kimi getmədiyini gördükdə əsəbləşəcəklər.XAS 97.2

    Uşaqların valideyn sevgisinə böyük ehtiyacı var, əks halda çox bədbəxt olacaqlar. Bəs uşaqların da öz valideynlərini sevmələri, öz sevgilərini mehriban baxışlarda, xoş sözlərdə və sevinc bəxş edən səmimi ünsiyyətdə izhar etmələri, ata və anaya işlərində kömək etmələri lazım deyilmi?XAS 97.3

    Uşaqlar üçün məsləhətlər. Uşaqlar və gənclər erkən yaşlarından Allahın yoluna gəlməlidirlər, çünki erkən əldə edilmiş vərdiş və düşüncələr çox vaxt bütün həyatı boyu insanın xarakterinə böyük iz buraxır. Məsih istəyir ki, uşaqlar və gənclər necə ki öz valideynlərinə etibar edirlər, eləcə də Ona etibar edərək, yanına gəlsinlər. Rəbbimiz istəyir ki, körpə ac olanda ata-anasından çörək istədiyi kimi, siz də ehtiyacınız olan şeyləri Ondan istəyin.XAS 97.4

    İsa uşaqların ehtiyaclarını bilir və onların dualarını dinləməyi çox sevir. Ürəyinizdəki sirləri Ona açın, çünki O, sizin qəlbinizdəki ən gizli guşələri də aydın görür və düşüncələrinizi açıq kitab kimi oxuyur. Qəlbinizin xeyri üçün nə isə istədikdə, onu alacağınıza inanın və alacaqsınız.XAS 98.1

    Bu gün heç nəyin fərqinə varmadan ləyaqətli davranan insanlara çox böyük ehtiyac duyulur. Bu gün dünyaya təmiz ürəklər və güclü, möhkəm əllər lazımdır. Allahın planı belə idi ki, insan gündən-günə inkişaf edərək kamiliyin yeni zirvələrini fəth etsin. Əgər özümüz-özümüzə kömək etməyə çalışsaq, O da bizə kömək edəcək. Bizim bu dünyada və gələcək həyatdakı xoşbəxtliyimiz yer həyatındakı kamilləşməmizdən asılıdır.XAS 98.2

    Zövqləriniz, meylləriniz və vərdişlərinizdəki nöqsanları aradan qaldırın. Allah sizi mənəvi rahatlıq, aydın təfəkkür, sağlam düşüncə və iti qavrayışla mükafatlandıracaq.XAS 98.3

    Allahın bizə əhd verdiyi qanununa diqqət yetirin: “...Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun”. Uşaqlar, siz əbədi yaşamaq istəyirsinizmi? Onda valideynlərinizi sevin və hörmət edin. Onların qəlblərinə toxunmayın, məyus etməyin, sizdən ötrü həyəcan və narahatçılıq keçirərək yuxusuz gecələr keçirmələrinə yol verməyin. Əgər indiyə qədər onları sevmirdinizsə və sözəbaxan deyildinizsə, bu andan dəyişilin. Başqa cür hərəkət edə bilməzsiniz, çünki bu sizin üçün əbədi həyatı itirmək deməkdir.XAS 98.4

    Qoca valideynlər. Əgər valideynlər uşaqlarının erkən yaşlarında onlara hörmətsiz yanaşmalarına, onlarla əsəbi, hətta kobud danışmalarına yol verirlərsə, nəticədə acı bəhrəsini görəcəklər. Əgər valideynlər öz övladlarından təxirəsalınmaz və tam itaət tələb etmirlərsə, onda onların xarakterlərini düzgün formalaşdırmırlar. Bu cür valideynlərin övladları qoca valideynləri qəbir evinə yaxınlaşan zaman onları məyusluğa düçar edirlər. Uşaqları elə tərbiyə etmək lazımdır ki, ata-analarını sevsinlər və qayğısına qalsınlar.XAS 98.5

    Bizim valideynlər qarşısında borcumuz heç vaxt bitmir. Bizim onlara, onlarm da bizə qarşı sevgisini illərlə yaxud məsafələrlə ölçmək mümkün deyil, bizim onların qarşısında daşıdığımız cavabdehlik heç vaxt üzərimizdən götürülə bilməz.XAS 99.1

    Uşaqlar bütün ömürləri boyu valideynlərə ehtiram göstərməyə borcludurlar. Əgər valideynlər qoca və zəifdirlərsə, onda övladlar onları lazımınca sevməli və diqqət göstərməlidirlər. Övladlar, hətta onlardan fədakarlıq tələb olunsa belə, qətiyyətli və alicənab davranmalıdırlar ki, valideynlər narahat olmasınlar.XAS 99.2

    Hətta ən ideal şəraitdə belə qoca valideynlərə sevinc və təsəlli bəxş edə biləcək şeylər çox azdır. Valideynlərin qəlbini uşaqların etinasız münasibətindən daha çox nə yaralaya bilər? Övlad üçün qoca, köməksiz ata-ananı kədərləndirməkdən daha böyük günah nə ola bilər?XAS 99.3

    Yetkin yaşa çatmış bəzi uşaqlar belə hesab edirlər ki, valideynlərini yaşayış yeri ilə təmin etməklə öz borclarını yerinə yetirmiş hesab edilə bilərlər. Valideynlərə yemək və sığınacaq yeri verməklə kifayətlənərək, onları sevgi və təsəllidən məhrum edirlər. Ahıl yaşlarında valideynlər məhəbbət və acımaya daha çox ehtiyac duyurlar, lakin övladlar böyük amansızlıqla onları diqqətdən məhrum edirlər. Nə qədər ki valideynlər sağdırlar, uşaqlar onları sevməli və hörmət etməlidirlər. Bacardığınız qədər qoca valideynlərinizin həyatına sevinc və nur bəxş edin.XAS 99.4

    Oğul və ya qız öz ata-anasını necə sakitliklə yad insanların əlinə verə bilər ki, onların qayğısına qalsınlar? Hətta əgər ananın xarakteri çox ağır olsa belə, bu, övladları Allahın onların üzərinə qoyduğu vəzifələrdən onları azad etmir.XAS 99.5

    Ola bilsin ki, övladlar uşaqlıqda onlarla sərt rəftar edildiyini hesab edirlər. Lakin əgər onlar valideynlərinə qarşı, xüsusilə də qoca və köməksiz çağlarında, qisas hissi ilə yaşasalar, Allahla sülhdə ola bilərlərmi? Valideynlərin köməksizliyi uşaqların sevgisinin əsasında durmalı deyilmi? Qoca ata-ananın ehtiyacları ürəklərdə nəcib hissləri oyandırmazmı, övladlar öz valideynlərinə xeyirxah və hörmətlə yanaşmazlarmı? Ata-analarınıza qarşı ürəklərinizi daşlaşdırmayın.XAS 100.1

    Artıq qocalmış, zəifləmiş və xəstə anasına qarşı ikrah hissi ilə yaşayan insan haqqında düşünmək xüsusilə çətindir. Övladlar bu cür anayla nə qədər təmkinli və nəvazişli davranmalıdırlar! Onlara yalnız xoş kəlmələr, ürəklərinə toxunmayan sözlər söyləmək lazımdır.XAS 100.2

    Qoy sizin xəstə, artıq özlərinə qulluq etməyi bacarmayan valideynləriniz son günlərini rahatlıq, sülh və məhəbbət içində keçirsinlər. Qoy onlar sizin dodaqlarınızdan yalnız xeyirxahlıq, məhəbbət, mərhəmət və bağışlanma kəlmələri eşitsinlər. Rəbbin sizi sevməsini, mərhəmət göstərməsini, bağışlamasını və xəstələnib yatağa düşdüyünüz zaman sizin üçün əlindən gələni etməsini istəyirsinizmi? Elə isə özünüzə qarşı hansı münasibəti arzulayırsınızsa, ətrafınızdakılara da həmin münasibəti göstərin. Valideynlərinizə qulluq edin, çünki sizdən başqa heç kəs kiçik xeyirxahlıq işlərini bu cür minnətdarlıqla edə bilməz.XAS 100.3

    Valideynlərin xeyri üçün xidmət etdiklərini dərk etmək övladlara bütün həyatları boyu məmnunluq bəxş edir və özlərinin acıma və məhəbbətə ehtiyacları olan zaman xüsusi sevinc gətirir. Sevimli valideynlərinin son günlərində onlara rahatlıq və sülh bəxş etdikləri üçün sevinəcəklər. Başqa cür hərəkət etmək, qoca valideynləri oğul və qızlarının xeyirxah qulluğundan məhrum etmək o deməkdir ki, əgər ürəklərimiz hələ sərtləşməyib və hissiyyatsız daşa çevrilməmişiksə, bu cür hərəkətdən sonra qəlbimizi vicdan əzabı ilə doldururuq, həyatımızın yerdə qalan hissəsini isə təəssüf hissi ilə keçiririk.XAS 100.4

    Uşaqların ehtiyaclarını onlan Yaradandan daha yaxşı kim bilə bilər?

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents