Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Vacib Qərar

    Əgər nikahınızın toydan sonra acınacaqlı vəziyyətə düşməsini istəmirsinizsə, onda bu məsələ haqqında yubanmadan ciddi və ətraflı şəkildə düşünməlisiniz. Qadının əri kimi heç bir kəs onun xoşbəxtliyini əlindən ala və həyatını dözülməz edə bilməz; öz qadını kimi heç bir qadın kişinin ümid və arzularını heçə endirə, qüvvəsini əlindən ala və onun nüfuzunu və nailiyyətlərini yox dərəcəsinə endirə bilməz. Bir çox qadınlar və kişilər bütün müvəffəqiyyətlərinin və uğursuzluqlarının başlanğıcını nikah günündən başlayaraq hesablayırlar, gələcəyə ümidlərini bu güniə bağlayırlar. Nikah - sizin indiki və gələcək həyatınıza böyük təcir göstərən qeyri-adi bir mövhumdur.XAS 14.1

    Allah qadını yaratdı ki, o, öz əri üçün həyat yoldaşı və köməkçi olsun, onunla bir bədən olsun, ona ruh və xeyirdua versin; ər isə öz növbəsində qadınının etibarlı dayağı olsun. Müqəddəs məramla nikaha girənlər - ər, qadının ürəyinin təmiz rəğbətini qazanmaq üçün, qadın, ərinin xasiyyətini yumşaltmaq və yaxşılaşdırmaq üçün - Allahın onlar üçün nəzərdə tutduğu məqsədləri yerinə yetirirlər.XAS 14.2

    Məsih və nikah. Məsih nikahı məhv etmək üçün deyil, onu ilkin müqəddəsliyinə və ucalığına qaytarmaq üçün gəldi. O, Allahın əxlaqi obrazını insanda bərpa etmək üçün gəldi və Öz işini nikah münasibətlərini təqdir etməkdən başladı.XAS 14.3

    Məsihdə izhar olunan İlahi məhəbbət heç vaxt insani məhəbbətə zərər toxundura bilməz, əksinə onu daha da genişləndirir. Bunun sayəsində insani məhəbbət incəlir və saflaşır, ucalır və nəcibləşir. Əgər insani məhəbbət İlahi məhəbbətlə birləşməzsə, heç vaxt qiymətli bəhrə verə bilməyəcək və Səmaya ucalmaq üçün yüksələ bilməyəcəkdir. Allah xoşbəxt nikahlar, xoşbəxt ailələr görmək arzusundadır.XAS 15.1

    Allahın insanlara bəxş etdiyi bütün digər ənamlar kimi, nikah da günahla ləkələndi, lakin Müjdənin məqsədi onun saflığını və gözəlliyini bərpa etməkdir. Rəbbimiz çox istəyir ki, ailə yer üzündə ən xoşbəxt yer, səmavi ailənin simvolu olsun.XAS 15.2

    Həyat məktəbi. Birgə həyatın ilk ili - təcrübə toplamaq ilidir, uşaqlar məktəbdə yeni şeylər öyrəndikləri kimi, ərlə arvad da bir-birinin xasiyyətinin müxtəlif tərəflərini öyrənirlər. Qoy sizin ailə həyatınızın bu ilk fəslində elə səhifələr olmasın ki, gələcək xoşbəxtliyinizin üstünə kölgə düşməsin.XAS 15.3

    Ömürlük bağladığınız ittifaqda həm kişi, həm də qadının meylləri hər ikinizin xoşbəxtliyinə qulluq etməlidir. Hər biriniz qarşı tərəfin xoşbəxtliyi üçün əlindən gələni etməlidir. Bu, Allahın sizinlə bağlı iradəsidir. Lakin bir bədəndə birləşərkən, hər kəs öz fərdiyyətini qoruyub saxlamalıdır. Sizin fərdiyyətiniz Allaha məxsusdur. Yaradılışınızın əsasında duran məqsədi hansı yolla daha yaxşı həyata keçirə biləcəyinizi yalnız Ondan soruşmalısınız.XAS 15.4

    Nikah münasibətlərinin məğzini başa düşmək üçün bütöv bir həyat yaşamaq lazımdır. Nikaha daxil olanlar elə bir məktəbə daxil olurlar ki, bu həyatda onu bitirə bilməyəcəklər. Nikah nə qədər ehtiyatlı və müdrik şəkildə başlasa da, yalnız nadir hallarda elə bir cütlüyə rast gəlmək olar ki, nikah mərasiminin yenicə başa çatdığı bir vaxtda heç bir şeydə fikir ayrılığı olmasın. Nikahda birləşmiş iki insanın həqiqi ittifaqı qarşıda duran illər ərzində formalaşır.XAS 15.5

    Gənc ailə həyat çətinlikləri və uğursuzluqlarla qarşılaşan zaman, ailədə hökm sürən romantika get-gedə itirilir. Ər və arvad bir-birinin xasiyyətini əvvəllər öyrənə bilmədikləri bir şəkildə öyrənirlər. Bu, onların birgə həyatının böhranlı dövrüdür. Onların bütün gələcək həyatının xoşbəxtliyi və uğuru indi düzgün yolu seçə bilmələrindən asılıdır. Çox vaxt onlar öz yoldaşlarında əvvəllər görmədikləri zəif cəhətləri və çatışmazlıqları görürlər, lakin məhəbbətlə birləşən ürəklər əvvəllər görə bilmədikləri müsbət keyfiyyətləri də ayırd edə bilərlər. Qoy həyat yoldaşları bir-birinin mənfi cəhətlərini deyil, müsbət cəhətlərini görməyə çalışsınlar. Çox vaxt bizim şəxsi münasibətimiz, ətrafımızda yaratdığımız ab-hava başqaları haqqında nə düşündüyümüzü təyin etməyə imkan verir.XAS 16.1

    Nikah - məhəbbətin başlanğıcı. İlk vaxtlarda çətinliklər, anlaşılmazlıqlar və maneələr yaranmasına baxmayaraq, nə ər, nə də arvad nikahlarının səhv və məyusluq olduğu fikrini özlərinə yaxın buraxmalıdırlar. Qərar verin ki, bir-biriniz üçün edə biləcəyiniz hər şeyi edəcəksiniz. Yenə də bir-birinizə əvvəllər olduğu qədər diqqət yetirməkdə davam edin. Həyat mübarizəsində bir-birinizə dəstək verin. Qoy qarşılıqlı məhəbbət və güzəşt sizi sevindirsin. O zaman sizin nikahınız məhəbbətin sonu deyil, əvvəllər olduğu kimi onun başlanğıcı olacaqdır. Xoş xasiyyət və təmkin göstərməklə, qəlbi isidən həqiqi məhəbbəti qorumaq mümkündür.XAS 16.2

    Öz nitqinizə diqqət yetirin, çünki o, həm xeyirə, həm də şərə böyük təsir göstərir. Dodaqlarınızdan kəskin kəlmələrin çıxmasına yol verməyin.XAS 17.1

    Məhəbbətin izhar olunması. Bir çoxları məhəbbətin izharını zəiflik hesab edirlər və başqalarının rəğbətini tapdalayan və onları özündən uzaqlaşdıran davranışlarında davam edirlər. Əgər səmimi nəcib hisslər gizli saxlanılarsa, onlar zaman keçdikcə tamamilə itəcəklər və qəlbiniz boş və soyuq olacaq. Bu səhvə yol verməkdən özümüzü gözləməliyik. Əgər məhəbbətimizi heç cür izhar edə bilmiriksə, o, öz mövcudluğunu uzun müddət saxlaya bilməz. Qoy nikah telləri ilə bağlandığınız şəxsin ürəyi xeyirxahlıq və rəğbət kasadlığından əziyyət çəkməsin.XAS 17.2

    Qoy hər kəs tələb olunandan çox məhəbbət bəsləsin. Özünüzdə ən nəcib xasiyyətləri inkişaf etdirin və bir-birinizin müsbət cəhətlərini etiraf etməyə tələsin.XAS 17.3

    Layiqincə qiymətləndirildiyini dərk etmək çox gözəl stimul yaradır və məmnunluq bəxş edir. Rəğbət və hörmət kamilliyə canatmaya təkan verir.XAS 17.4

    Dünyamızda bu qədər amansız insanların mövcudluğunun əsas səbəbi odur ki, səmimi bağlılıq zəiflik kimi qiymətləndirilir və insan çaşqınlıq və təzyiq hiss edir.XAS 17.5

    Qarşılıqlı qayğı. Həddindən çox qayğılar ailələrimizi ağuşuna alır və təbii sadəlik, sülh və xoşbəxtlik çox az hiss olunur. Dünyəvi qayğılar haqqında düşünməkdən daha çox yaxınlarımızın qayğısına qalmağa diqqət yetirmək lazımdır. Ailə üzvləri yalançı, zahiri nəzakət göstərmək əvəzinə, bir-birinə daha çox nəvaziş və məhəbbət bəsləməlidirlər. Bir çoxları evi daha cəlbedici və sevincli yerə çevirməyin yolunu öyrənməlidirlər. Minnətdar ürək və nəvazişli baxış, var-dövlət və cah-calaldan daha qiymətlidir. Əgər ailədə məhəbbət hökm sürürsə, adi şeylərdən məmnunluq, xoşbəxtlik bəxş edir.XAS 17.6

    Biz öz məhəbbətimizi baxışımızda, davranışımızda, yaxınlanmızla danışıq tərzimizdə nümayiş etdirməliyik.XAS 18.1

    Allahın ailədə mövcudluğu. Qarşılıqlı güzəşt və məhəbbət olmadan heç bir dünyəvi qüvvə qadınla kişini birgə həyat telləri ilə bağlaya bilməz. Sizin nikah münasibətləriniz yaxın, incə və uca, həyatınızı ruhlu qida ilə doldura biləcək şəkildə olmalıdır, çünki Müqəddəs Yazılar belə tələb edir. Allahın sizin üçün nəzərdə tutduğu səviyyəyə çatanda, özünüzü səmadakı kimi hiss edəcək və Allahın həyatınızda mövcudluğunu duyacaqsınız.XAS 18.2

    İnsanlar Allahı öz Köməkçilərinə çevirsələr, Onun qabaqcadan onlar üçün təyin etdiyi ideala çata bilərlər. Məhəbbətlə Rəbbə güvənənlər üçün Onun lütfü insan ağlının edə bilmədiklərini edəcəkdir. Rəbbin yzaqgörənlijı ürəkləri səmavi tellərlə bağlaya bilər. Səmavi dəzgahlar yerdəki dəzgahlardan daha incə və möhkəm özül yaradır, bütün imtahanlara və çətinliklərə dözə biləcək örtüklə örtür. Ürəklər ucu-bucağı bilinməyən qızıl bağlarla birləşəcək.XAS 18.3

    Üç Məsləhət

    Öz qadınına necə sevinc bəxş etməli.
    * Gül-çiçək mağazasına girin və bir buket qızılgül yaxud başqa çiçəklərdən alın. Çiçəklərin arasına “Səni düşündüm və ürəyimdən keçdi ki, səni nə qədər çox sevdiyimi söyləyim” sözləri yazılmış açıqca qoyun və buketi qapının kandarında və ya nahar vaxtı təqdim edin.
    * Həftə ərzində bir neçə dəfə telefonla zəng edin. Bunu heç bir səbəbi olmadan, yalnız bu sözləri demək üçün edin: “Mən səni sevirəm və səninlə olduğum üçün özümü dünyanın ən xoşbəxt kişisi hesab edirəm”.
    * Öz əllərinizlə açıqca hazırlayın və həyat yoldaşınızı ad günü və ya evlənmənizin ildönümü münasibətilə təbrik edin. Düzəltdiyiniz açıqcanı sənət əsəri hesab etmək mümkün olmasa da, inanın ki, bu hədiyyəniz onun üçün daha yaddaqalan olacaq. Öz ərinə məhəbbətini necə izhar etməli.
    * Ailə seçkiləri aparın. Ərinizə söyləyin ki, uşaqlarla birgə onu ilin ən yaxşı əri və atası seçmisiniz. Fəxri qramota hazırlayın və görünən yerdən asın.
    * Açıqca alın və ya özünüz hazırlayın. Öz hisslərinizi ona çatdırın və onu nə qədər sevdiyinizi, onun sizin əriniz və uşaqlarınızın atası olmasından məmnun olduğunuzu söyləyin. Bu açıqcanı xüsusi hazırlanmış nahar zamanı təqdim edin, yaxud da poçt vasitəsilə göndərin.
    XAS 18.4

    Tez-tez onu tərifləyin. Onun müsbət cəhətlərini qeyd etməyi unutmayın: uşaqların tərbiyəsində göstərdiyi səbri, ağıllı olmasını, işdə qazandığı uğurları, fiziki qüvvəsini və s.XAS 19.1

    Rəbbin Ruhunun olduğu yerdə nikah münasibətlərinin uyğunsuzluğundan söhbət gedə bilməz.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents