Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Аnanin Sağlamliği Və Xarici Görünüşü

    Analar öz sağlamlıqlarının ciddi şəkildə qayğısına qalmalıdırlar. Çox vaxt başı yaşamaq üçün vacib olan vəsaitlərin əldə olunmasına qarışmış, qayğı və çətinliklərin təzyiqi altında qalmış ər və atalar qadının gücünün tükənməsinə yol verirlər. Ailənin ümumi maraqlarına görə ananı bütün izafi işlərdən azad etmək və Allahın ona bəxş etdiyi həyatı, sağlamlığı və qüvvəni qorumaq üçün bütün mümkün vasitələrdən istifadə etmək lazımdır.XAS 74.1

    Özünüzü ələ almağı öyrənin.XAS 74.2

    Özünü tamamilə ələ ala bilməsi üçün апа, hər hansı fiziki və əqli pozğunluqdan qorunmaq üçün bütün təhlükəsizlik tədbirlərindən istifadə etməlidir. Onun həyatı saglamlıq qanunların uyğun gəlməlidir. Qəbul olunan qida ağıl və xarakterə birbaşa təsir göstərdiyi üçün апа qida qəbulunda diqqətli olmalıdır. O, həyəcanlandırıcı deyil, doyurducu qida qəbul etməlidir ki, əsəbləri və xarakteri sakit vəziyyətdə olsun. O zaman o, uşaqlarının müxtəlif meylləri ilə qarşılaşan zaman təmkinini saxlamağı bacaracaq.XAS 74.3

    Апа depresiya anlarında öz əsəblərini və düşüncəsini idarə etməyi öyrənmək üçün çox çalışa bilər və çalışmalıdır, əgər özünü öyrətsə, hətta xəstə olanda belə, mehriban, şən və daha artıq səs-küyə davamlı ola bilər. Uşaqların ondakı əzgin ruhu görmələrinə, evi qəbir kimi, ananın otağını isə dünyada ən kədərli yer kimi qəbul etmələrinə yol verməməlidir. Əqlimiz və emosiyalarımız yalnız iradəmiz sayəsində bizə tabe olur. Bir çox hallarda iradə əsəblərin sakitləşdirilməsi üçün ən etibarlı vasitəyə çevrilir. Uşaqlarınızın sizi qaşqabaqlı görməsi üçün şərait yaratmayın.XAS 74.4

    Cazibədar görünməvə calışın.XAS 75.1

    Bəzi qadınlar və analar çox güman ki, evdə işləyərkən necə göründüklərinin fərq etmədiyini düşünürlər, evdə isə onları yalnız ərləri və uşaqları görürlər. Lakin küçəyə çıxarkın zövqlə geyinməyi bacarırlar. Məgər ərin və uşaqların fikri və məhəbbəti yad adamların və dostların nöqteyi-nəzərindən daha vacib olmalı deyilmi? Ərin və uşaqların fikri qadın üçün bütün digər insanların fikrindən daha vacib olmalıdır.XAS 75.2

    Əgər analar evdə səliqəsiz geyməyi özlərinə rəva bilirlərsə, uşaqlarını da özləri kimi pinti öyrədirlər. Çox analar belə hesab edirlər ki, evdə hər cür paltarı, hətta çirkli və cırıq olsa da geymək olar. Uşaqlar öz analarının çirkli, əzik paltarlarını həmişə səliqəli geyinən adamların paltarları ilə müqayisə edirlər və ana get-gedə uşaqları arasında hörmətini itirir.XAS 75.3

    Sizə yaraşan paltarlar geyinin. Bu yolla uşaqlarınızın hörmətini daha çox qazanmış olarsınız. Uşaqlarınızın da bu cür geyinməsinə nəzarət edin. Pintiliyə alışmalarına yol verməyin.XAS 75.4

    Bəzək əşyalarının köməyilə deyil, təmiz, yaxşı tikilmiş paltarlar geyinməklə, bacardığınız qədər cazibədar görün- məyə çalışın. Bu yolla siz daim uşaqlarınızı səliqəyə və təmizkarlığa alışdırmış olacaqsınız. Uşaqların məhəbbəti və hörməti hər bir ana üçün ən qiymətli hədiyyə olmalıdır. Ananın geyindiyi paltarlar uşaqları təmizkarlığa və səliqəsəhmana öyrətməli və onların düşüncəsində təmizlik təsəvvürü yaratmalıdır. Hətta ən az yaşlı uşaqlarda da ahəngdarlıq hissi, əşyaların uyğunluğu anlamı mövcuddur; əgər onlar hər gün çirkli paltar və yığışdırılmamış otaqlar görürlərsə, onda təmizkarlığa və səliqəyə necə ehtiyac duya bilərlər?XAS 75.5

    Səliqə-səhman və təmizlik səmavi qanundur; bu İlahi tələblərə uyğun olmaq üçün səliqəli və cazibədar görünməliyik.XAS 76.1

    Qidalandirici Resept

    Səhər yeməyi üçün bu qidanı sınaqdan çıxarın. Çox şübhəsiz o, bütün ailənin zövqünə uyğun olacaq.XAS 76.2

    Myusli.XAS 76.3

    İnqredientlər:
    1/2 kq herkules.
    1 stəkan şəkər tozu.
    50 qr. üyüdülmüş kokos.
    1 stəkan buğda kəpəyi.
    1/3 stəkan ərik qurusu.
    1/3 stəkan çərdək və saplaqlarından təmizlənmiş kişmiş.
    1/3 stəkan badam və ya qoz-fındıq.
    1/3 stəkan su
    1/3 stəkan bitki yağı.
    2 stəkan qovrulmuş qarğıdalı.
    XAS 76.4

    Hazırlanması:
    1. Qarğıdalı və kişmişdən başqa bütün quru inqredientləri qabda qarışdırın.
    2. Yaxşıca qarışdırılmış yağla suyu əlavə edin.
    3. Hazırladığınız qarışıqdan hər tavaya üç stəkan tökərək, azacıq qızdırılmış duxovkaya qoyun. Qarışıq quru, xırçıltılı hala gələnədək vam odda qızardın. Hər 10 dəqiqədən bir qarışdırın.
    4. Qarışığı duxovkadan çıxarın, böyük qaba tökərək yaylaşdırın, yaxşı külək tutan yerə qoyub soyudun.
    5. Qovrulmuş qarğıdalı və kişmişi əlavə edin.
    6. Ağzı yaxşı bağlanmış paket və bankalarda saxlamaq lazımdır.
    7. Soyuducudan kənarda saxlama müddəti 1 aydır.
    8. Süfrəyə süd (isti və ya soyuq), meyvə salatı, yoqurt və sokla vermək olar. Yaxud tort və piroqların yuxarı səthinə səpmək olar.
    XAS 77.1

    Myusli qidalandırıcı ərzaqdır və uşaqlar onu xüsusilə sevirlər.XAS 77.2

    Uşağın düzgün formalaşması bütünlüklə ananın vərdişlərindən asılıdır.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents