Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    İstirahət Vacibdir

    Yanlış təsəvvürə malik olan insanlar vardır ki, dini dəmir çubuğun köməyilə hökm edən zalım hökmdar kimi qəbul edirlər. Bu cür adamlar daim öz pisliklərindən şikayətlənir və yalançı şərin həsrəti ilə yaşayırlar. Onların ürəyində məhəbbət izi yoxdur; simaları isə həmişə qaşqabaqlıdır. Onlar gənclərin, digər insanların da məsum gülüşlərindən çəkinirlər. Onlar hər cür istirahət və əyləncəni günah hesab edirlər və daim tələbkar və sərt olmaq lazım gəldiyini düşünürlər. Bu bir cür ifratçılıqdır. Başqaları isə belə hesab edirlər ki, beyin daim yeni əyləncələr axtarışında olmalıdır və guya bu, sağlamlıq üçün faydalıdır. Onlar daim həyəcan vəziyyətində yaşamağa alışırlar və bunsuz özlərini pis hiss edirlər. Belə adamlar isə başqa cür ifratçılığa varırlar. Həqiqi məsihçilik prinsipləri hər bir insan üçün sevinc mənbəyi, ölçüyəgəlməz genişliq və davamlılıq, dərinlik və yüksəklikdir.XAS 147.1

    Biz özümüzə layiq əyləncələrlə ruhumuzu təzələməli və bədənimizi möhkəmləndirməliyik və öz fiziki və əqli qüvvəmizi Allahın izzətləndirilməsinə sərf etməyə can atmalıyıq. Bizim əyləncələrimiz zərərli, şadyanalıqdan məhrum absurda bənzəməməlidir. Biz boş vaxtlarımızı elə keçirə bilərik ki, ünsiyyət etdiyimiz adamlar ondan faydalana və yüksələ bilsinlər. Biz həm sakitlik, həm istirahət, həm də düşünmək üçün ayrıca vaxt ayırmalıyıq. Dərslə məşğul olan və ya ofisdə işləyən adamlar hökmən istirahət etməlidirlər. Beyni daim işləməyə məcbur etmək olmaz, çünki bu incə mexanizm tez sıradan çıxa bilər.XAS 147.2

    Ağıl kimi bədənin də işləməyə ehtiyacı vardır. Fiziki məşğələlərə sərf olunan vaxt hədər getmir. Bütün bədən üzvlərinin yaxşı işləməsi üçün müəyyən məşğələlərin keçirilməsi vacibdir. Beyin işləyib, digər orqanlarsa hərəkətsiz qalan zaman həm fiziki, həm də əqli qüvvənin zəifləməsi baş verir. İnsan sağlam tonusu itirir, ağlın cəld işi zəifləyir. Bunun nəticəsində insan xəstəhal olur.XAS 148.1

    Necə əylənməli? Gənclər yaşlılar kimi sakit və ciddi davrana bilmirlər, uşaqlarsa valideynləri kimi təmkinli olmurlar. Valideynlər pis əyləncələri mühakimə edərkən, əvəzində nə isə də təklif etməlidirlər. Gəncləri sərt qaydalar və məhdudiyyətlərlə bağlamayın ki, özlərini məzlum hiss etməsinlər. Uşaqlarınızı möhkəmlik, xeyirxahlıq və qaygıkeşliklə idarə edin ki, hər şeyi onların xeyri üçün etdiyinizi başa düşsünlər.XAS 148.2

    Uşaqlara qəmli həyat təcrübələri lazım deyil. Allahın verdiyi tapşırıq və əhdlər də bunu təsdiqləyir. Müdriklik yolu - “bəyənilən və əmin-amanlıq gətirən” yollardır (Məs. 3:17).XAS 148.3

    Tarixin başlanğıcında insan həyatı çox sadə idi. İnsanlar təbiətə daha yaxın yaşayırdılar. Uşaqlar valideynlərin əməklərini onlarla bölüşdürür və təbiət xəzinəsinin gözəlliklərini və sirlərini açırdılar. Meşələrin və çöllərin sükutunda onlar böyük həqiqətlər haqqında düşünür və öz müqəddəs imanlarını nəsildən-nəsilə ötürürdülər. Bu cür tərbiyə insanları güclü edirdi.XAS 148.4

    İndiki dövrdə isə həyat tamamilə fərqlidir. Bütünlüklə qədim dövrün adət-ənənələrinə qayıtmaq imkanımız olmasa da, hər halda oradan bir dərs götürə və istirahət vaxtımızı lazımi şəkildə qura bilərik. Yəni bu vaxt bədənimizin, əqlimizin və ürəyimizin həqiqətən bərpasına sərf olunmalıdır.XAS 149.1

    Şəhərdə yaşayan bir neçə ailə bir yerə yığışaraq, kənd yerinə, gözəl bir gölün sahilinə və ya xoş mənzərəli bir meşəyə gedə bilərsiniz. Özünüzlə sadə, sağlam qida, təzə meyvə və paxlalı bitkilərdən götürün, ağacların kölgəsində və ya səma çadırının altında süfrə açın. Yol yorğunluğu, xırda çətinliklər və ətraf mühit iştahınızın yüksəlməsinə kömək edəcək və siz öz süfrənizdən padşahların belə həsəd aparacağı dərəcədə böyük həzz alacaqsınız.XAS 149.2

    Bu cür şəraitdə həm böyüklər, həm də uşaqlar özlərini qayğı, zəhmət və problemlərdən azad hiss edəcəklər.Uşaqlarla ünsiyyət zamanı valideynlər müəyyən mənada özləri də uşaqlaşmalıdırlar və övladlarının məmnun qalması üçün əllərindən gələni etməlidirlər. Bütün gününüzü istirahətə həsr edin. Qapalı binada oturaq işlə məşğul olanlar üçün açıq avada keçirilən məşğələlər çox faydalıdır. Hər kəs bacardığı qədər aktiv istirahətə can atmalıdır. Heç nə itirməyəcək, əksinə qazanacaqsınız. Bu cür istirahətdən sonra adamlar işə yeni ruhda başlayacaqlar, onların orqanizmi isə xəstəliklərə sinə gərməyə hazır olacaq.XAS 149.3

    Nəhəng ağacları yaradan, onları sıx yarpaqlarla geyindirən, bizim üçün gözəl və əlvan çiçəkləri yaradan, bütün təbiət padşahlığında bacarıqlı əlini və gözəl işlərini gördüyümüz Rəbb Allah bizi bədbəxt görmək istəmir; əksinə, O istəyir ki, biz ətrafımızdakı gözəlliklərə etinasız yanaşmayaq, onlardan həzz alaq. O arzu edir ki, biz Onun yaratdığı füsunkar təbiətə baxaraq, özümüzü xoşbəxt hiss edək.XAS 149.4

    Çox vaxt valideynlər uşaqlarının əyləncəyə məhəbbətini təqdirəlayiq hesab edirlər. Onlar əksəriyyətin qəbul etdiyi fikirlə - erkən uşaqlıq və gənclik illərini avaraçılığa sərf etmək, əyləncələrə və axmaq-axmaq işlərə göz yummaq lazım gəldiyi fikrilə razılaşırlar. Beləliklə, uşaq və gənclərdə həyəcan doğuran əyləncələrə həvəs oyanır, dava-dalaş səhnələrində sevinc tapmağa alışırlar və çox da nəzəгә çarpmayan, lakin vacib olan həyati vəzifələrə açıq-aydın ikrahla yanaşmağa başlayırlar.XAS 150.1

    Ünsiyyət. Kiçik yaşlı uşaqlar ünsiyyəti çox sevirlər. Adətən onlar uzun müddət tək qala bilmirlər və ana başa düşməlidir ki, uşaqlar evdə və ya otaqda olan zaman, o da orada olmalıdır. Onda o, onlara nəzarət edə, baş qaldırmış münaqişələri yatırda, mənfi vərdişləri aradan qaldıra, eqoizmin yaranmasına mane ola və onların şüurlarım düzgün istiqamətə yönəldə bilərlər. Uşaqlara elə gəlir ki, onların xoşuna gələn şeylər analannm da xoşuna gəlir və öz kiçik problemləri ilə analarına müraciət etməyi təbii hal hesab edirlər. Ana isə uşağın suallarına soyuqqanlıqla yanaşaraq və ya bu cür əhəmiyyətsiz işlərə baş qoşmaqdan imtina edərək, onun kövrək ürəyini yaralamamalıdır. Vaxtında verilmiş nəsihət və ya xəbərdarlıq çox vaxt hədsiz dərəcədə qiymətli olur.XAS 150.2

    Öz səs-küyləri ilə onu narhat etməmələri və saysız-hesabsız sualları ilə bezdirməmələri üçün uşaqları özündən kənarlaşdırmaq əvəzinə, ana başa düşməlidir ki, ünsiyyət vaxtında istifadə etməyin ən yaxşı yolu uşaqların kədərini onlarla bölüşmək, onların narahat, bir yerdə qərar tutmayan şüurlarını sevinc bəxş edən şən oyunlar və yüngül tapşırıqlarla məşğul etməkdir. Ana uşaqlarına əyləncə tapmağa sərf etdiyi vaxtı və qüvvəsinin əvəzində səxavətlə mükafatlandırılacaqdır.XAS 150.3

    Cəmiyyətin indiki vəziyyətində uşaqları səhv yoldan çəkindirmək və düzgün yola yönəltmək valideynlər üçün asan başa gəlmir. Çox vaxt qoyulmuş məhdudiyyətlər gəncləri əsəbləşdirir, onlar öz istədikləri kimi hərəkət etmək, ürəkləri istəyən vaxt gəlmək və ürəkləri istəyən vaxt getmək istəyirlər. Xüsusilə on-on səkkiz yaş arasındakı uşaqlar öz yaşıdları ilə vaxt keçirməkdə heç bir pis şeyin olmadığını düşünməyə meyllidirlər. Lakin kifayət qədər təcrübəyə malik valideynlər uşaqlarının xarakter cəhətlərini və bu cür vəziyyətlərin onların idrakına göstərdiyi təsiri bilirlər. Onlar uşaqlarının xeyri üçün onları qorumalıdırlar.XAS 151.1

    Uşaqlarınızın xilasının sirri evinizi rahat və cəlbedici etməkdədir. Valideynlərin uşaqlara hər şeydə sərbəstlik vermələri onları evə bağlamayacaq. Uşaqlarınızı həvəsləndirin və onları ailə ocağına cəlb edə biləcək və sizin onlara qayğı göstərdiyinizi başa düşmələrinə kömək edəcək vasitələr axtarın.XAS 151.2

    Sağlam istirahət üçün uşaqlarıma nə təklif edə bilərəm?XAS 151.3

    “Əsl məsihçi evi - səma həyatına bənzəyir”. Eleanor L. Doan.XAS 152.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents