Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Атаnin Mövqeyi Və Vəzifələri

    Allah belə fikirləşib ki, ailə - ata, ana və uşaqlar - bu dünyada ayrılmaz tam kimi mövcud olsunlar.XAS 54.1

    Ailəni xoşbəxt etmək təkcə ananın işi deyil. Ataların da yerinə yetirməli olduqları bəzi vəzifələr var. Kişi ailə münasibətlərinin birləşdirici halqasıdır, o, öz güclü, səmimi, nəvazişli bağlılıgı ilə möhkəm ittifaq yaradaraq, ailə üzvlərini, ananı və uşaqları birləşdirir.XAS 54.2

    Kişi və ata ailənin başçısıdır. Qadın ondan məhəbbət, uşaqların tərbiyəsində iştirak və kömək gözləyir; bu ədalətli tələbdir. Uşaqlar anaya məxsus olduqları kimi, ataya da məxsusdurlar, ata da eyni dərəcədə onların yaxşı yaşaması ilə maraqlanmalıdır. Uşaqlar dəstək və rəhbərlik üçün atalarına müraciət edirlər; o həyat haqqında düzgün təsəvvürə malik olmalı və ailəsi üçün hansı şəkildə ünsiyyətin yararlı olduğunu bilməlidir. Lakin hər şeydən əvvəl Allaha və Onun sözünə məhəbbət və hörmət onlara başçılıq etməlidir ki, övladlarını doğru yolla apara bilsinlər.XAS 54.3

    Ata ailənin xoşbəxtliyi üçün öz əməyini əsirgəməməlidir. Qayğı və işlər nə qədər ağır olsa belə, ailənin sevincinə maneçilik törətməməlidirlər; o, evə təbəssümlə və xoş sözlərlə gəlməlidir.XAS 54.4

    Əsl kişilik. Ata uşaq kimi yalnız coşqunluqla hərəkət etməməlidir. “Mən körpə ikən, - həvari Pavel deyir, - körpə kimi danışır, körpə kimi düşünür, körpə kimi dərk edərdim; boya-başa çatdıqda isə, körpəliyi tərk etdim” (1 Kor. 13:11). Ata özünün ailə başçısı rolunu lazımınca oynamağı bacarmalı, möhkəm xarakterə malik olmalı və özünü ələ almağı bacarmalıdır. Onun ailə həyatındakı davranışı əxlaqi prinsiplərlə idarə olunmalıdır. Ailəsini saxlamaq üçün əlindən gələni edərək, əməksevərliyi özündə inkişaf etdirməlidir. Bu, qadının da ona qarşı hörmət hissini artırar.XAS 54.5

    Kişi öz kişiliyini ailə başçısı mövqeyini möhkəmlətməklə sübuta yetirmir. Öz avtoritetini saxlamaq üçün daim Müqəddəs Kitabdan sitat gətirməsi ona qarşı hörməti heç də artırmır. Öz qadınından, uşaqlarının anasından onun planlarına uyğun hərəkət etməyi tələb etmək, öz planlarının səhvsiz olduğunu düşünmək heç də onun kişiliyinin səviyyəsini yüksəltmir. Allah kişini qadına başçı təyin etmişdir ki, hər zaman onun müdafiəsində dursun. Lakin Allah öz avtoritetini müdriklik və mərhəmətdə izhar edir. Kişi də öz mövqeyini bu şəkildə saxlamalıdır.XAS 55.1

    Ata və ana yalnız birlikdə işləməklə Allahın tapşırdığı işi yerinə yetirə bilərlər.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents