Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Həyat Dərsləri - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Son günlərdə

    Zəngin adamla Lazar haqqındakı məsəlin sonu dünya tarixinin axır səhnələrini təsvir edir. Zəngin adam özünü İbrahimin oğlu hesab edirdi, lakin əslində o, İbrahimdən dərin uçurumla — öz düzgün formalaşmamış xasiyyəti ilə ayrılmışdır. İbrahim Allaha xidmət edərək, Onun sözünə sədaqət və itaətlə riayət edirdi. Zəngin isə nə Allahı eşidir, nə də əzablı bəşəriyyətin ehtiyaclarını ödəməyə çalışırdı. Onunla İbrahim arasındakı nəhəng uçurum — itaətsizlik uçurumudur. Bu gün çoxları həmin yol ilə gedirlər. Bəzən imanlılar cəmiyyətinin üzvü olaraq, onlar əslində imansız qalırlar. Onlar Allaha sitayiş edə bilərlər, onlar “maral axar sulara həsrət qalan kimi, ey Allah könlüm Sənin həsrətini çəkir!” (Məz. 42:1) deyə oxuya da bilərlər; ancaq onlar yalan şəhadət edirlər. Allahın gözündə onlar ən qatı günahkardan çox saleh deyildirlər. Dünya ləzzətlərinə can atan qəlb, şöhrətpərəstliklə dolmuş şüur Allaha xidmət edə bilməz. Məsəldəki zənginə bənzəyərək, belə bir adam öz cismani ehtiraslarına qarşı tamamilə müharibə aparmaq iqtidarında deyildir. O, günahkar istəklərinə yol verir. O, günah atmosferini seçir. Qəflətən ölüm onu aparır və o, qəbirə iblisin əlaltılarının köməyi ilə formalaşmış xasiyyətlə düşürülür. Qəbirdə isə artıq yaxşı ilə pis arasında seçmək imkanı yoxdur, çünki insan öldükdən sonra onun bütün düşüncələri yox olur (Məz. 146:4; Vaiz 9:5, 6).HD 203.2

    Allahın səsi ölüləri oyatdığı zaman onlar qəbirlərindən həyatda bəslədikləri ehtiras və istəklərilə, sevdikləri və nifrət etdikləri şeylərlə duracaqdırlar. Yeni insan olmaq istəməyənləri bərpa etmək üçün Allah heç bir möcüzə yaratmayacaqdır, çünki onlara bundan ötrü hər cür imkan verilmişdir. Həyatda olduğu zaman o, Allahda sevinc tapmırdı, Ona xidmət etməkdən həzz almırdı. Onun xasiyyəti Allahla ahəngdar deyildi, buna görə o, səma ailəsində bəxtiyar ola bilməzdi.HD 204.1

    Bizim günlərdə də özlərini saleh sayan insan kateqoriyası vardır. Onlar qarınqulu, şərab aludəçisi, yaxud zinakar deyildirlər; lakin onlar Allah üçün deyil, yalnız özləri üçün yaşamaq istəyirlər. O onların fikirlərində yoxdur, buna görə onları imansız hesab etmək lazımdır. Hətta Allahın şəhərinin darvazasından içəri girmək imkanı verilsəydi belə, onların həyat ağacına heç bir hüquqları olmazdı, çünki onlara Allahın əmrləri və onlardan irəli gələn vəzifələr təqdim olunduğu zaman onlar yox cavabı verərdilər. Onlar Allaha burada, yerdə xidmət etmirdilər, ona görə Ona əbədiyyətdə də xidmət etmək istəməzdilər. Onlar yerdə Onun hüzurunda yaşaya bilmirdilər, buna görə gələcəkdə də hər hansı bir başqa yeri göylərdən üstün tutardılar.HD 204.2

    Məsihi dərk etmək Onun xasiyyətini əks etdirən lütfünü qəbul etmək deməkdir. Göylərin artıq yerdə olduğumuz zaman göndərdiyi qiymətli imkanları və müqəddəs təsirini dəyərləndirib istifadə etməyənlər göylərdəki müqəddəs sitayişdə iştirak etməyə layiq deyildirlər. Onların xasiyyətləri Allaha bənzər formalaşmamışdır. Onların Allaha qarşı olan şəxsi etinasızlıqları və hörmətsizlikləri keçilməz uçurum yaratmışdır. Belə insanlarla salehlər arasına “böyük bir uçurum qoyulmuşdur”.HD 205.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents