Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Həyat Dərsləri - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Tövsiyəli məsəllər

    Öz təlimində məsəllərdən istifadə edərək, Məsih bu dünyaya gəlişinin əsas məqsədini nümayiş etdirdi. Öz İlahi təbiətini və həyatını bizə açmaq üçün Məsih insan bədənini qəbul etdi və insanların arasında yaşadı. İlahi Olan bəşər təbiətində açıldı; gözəgörünməz izzət bəşər təbiətində görünən oldu. Beləliklə, insan ona məlum olmayanı məlum olan vasitəsilə öyrəndi; göylərə məxsus olan yerdəkilərin vasitəsilə açıldı; Allah insana bənzər şəkildə göründü. Məsihin məsəllərində məhz bu cəhət nəzərə çarpırdı: naməlum şeylər məlum şeylərlə, İlahi həqiqətlər ən adi həyat hadisələri ilə insanlara açılırdı.HD 5.1

    Müqəddəs Kitabda oxuyuruq: “İsa bütün bu şeyləri xalqa məsəllərlə öyrədirdi... ki, peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin: “Ağzımı məsəllərlə açacağam. Dünya yaranandan bəri gizli qalan şeyləri bəyan edəcəyəm” (Matta 13:34,35). Beləliklə, təbii və adi olan şeylər ruhlu olanı dərk etmək üçün vasitə oldu; Məsihi dinləyənləri daim əhatə edən və onlara həyat təcrübəsindən tanış olan hər şey Müqəddəs Kitabdakı həqiqətlərlə bağlanırdı. Məsihin adi həyatla ruhlu həyat arasında körpü olan məsəlləri insanı Allahla, yeri göylə birləşdirən həqiqət zəncirinin həlqələridir.HD 5.2

    öz təlimində təbiətdən istifadə edərək, Məsih Öz əlləri ilə yaratdığı və hər birinə özünəməxsus keyfiyyətlər və güc bəxş etdiyi şeylərdən bəhs edirdi. Öz ilkin kamilliyində bütün yaradılış Allahın təfəkkürünün nəticəsi olaraq mövcud olmuşdur. Adəm və Həvvanın yaşadıqları Ədəm bağında təbiət Allahın hikmətini və təxəyyülünü əks etdirirdi. Müdriklik göz qabağında idi və ürəyə qəbul edilirdi; çünki Allahın уагаdılış işlərində onlar Onun hüzurunda olurdular. Lakin müqəddəs cütlük Qadir Allahın qanununu pozduğu andan etibarən Onun nuru təbiətdən üz döndərdi. Günah yer üzünü qaranlığa qərq etdi. Amma bu acınacaqlı halda da təbiət özünün gözəl keyfiyyətlərini saxlamaqdadır. Odur ki, Allah tərəfindən istifadə olunan təbiət bu gün də öz tərbiyəvi gücünü itirməyib, onu düzgün dərk etməklə biz Allah haqqında çox şeyləri öyrənə bilərik.HD 5.3

    Məsihin zamanında bu öyüdlər çoxları tərəfindən qəbul edilmirdi, o zaman insanlar artıq Allahın yaratdıqlarında Onu görmürdülər. İnsanların günahkar xislətləri Allah tərəfindən gözəl yaradılmış hər şeyi qaranlığa bürümüşdü; Allahın işləri Onun haqqında şahidlik etmək əvəzinə, Onu gizli saxlayan səddə çevrilmişdi. İnsanlar “Xaliq əvəzinə məxluqa pərəstiş və ibadət etdilər”. Beləliklə, bütpərəstlər “düşüncələrində batil oldular və onların anlayışsız ürəklərinə qaranlıq çökdü” (Rom. 1:21, 25). Beləcə, İsraildə Allahın təlimini bəşəri təlimlər əvəz etdi. Allahı dərk etmək üçün verilmiş təbiət, qurbangətirmə xidməti və hətta Müqəddəs Yazılar da o qədər təhrif olunmuşdu ki, onlardan İlahi həqiqəti gizlətmək üçün istifadə edirdilər.HD 6.1

    Məsih həqiqəti gizlədən hər şeyi kənarlaşdırırdı. O, təbiəti bürümüş günah pərdəsini qaldırıb, ondakı ruhlu gözəlliyi açmaq üçün gəlmişdi. Onun sözləri həm təbiətdə baş verən hadisələrdə, həm də Müqəddəs Kitab təlimində yeni məna açırdı.HD 6.2

    İsa gözəl zanbağı qoparıb uşaqlara və gənclərə verdi. İlahi lütf işığından siması nura boyanmış, hələ Özü də gənc olan Məsih ətrafındakılara belə dedi: “Tarla zanbaqlarının necə böyüdüklərinə baxın; nə zəhmət çəkirlər, nə də iplik əyirirlər. Fəqət sizə deyirəm: Süleyman belə, bütün izzətində bunlardan biri kimi geyinməmişdi”. Bu sözlərin ardınca təsəlli dolu inamverici nəsihət gəlir. “Lakin əgər bu gün mövcud olub, sabah ocağa atılan tarla otunu Allah belə geyindirirsə, bizi daha çox geyindirməzmi, ey az imanlılar?”HD 6.3

    Dağ moizəsində səslənən buna bənzər sözlər isə uşaq və gənclərə deyil, həyatın һәг üzünü görmüş ümidsiz insanlara yönəlmişdi. İsa davamında buyurur: “Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?”, “Nə geyinəcəyik?” — deyə qayğı çəkməyin. Çünki bütpərəstlər bütün bu şeyləri axtararlar; Səmavi Atanız da bütün bu şeylərə ehtiyacınız olduğunu bilir”. Sonra O, əllərini açıb ətrafdakı bolluğu göstərdi: “Fəqət əvvəlcə Onun Padşahlığını və Onun salehliyini axtarın və bütün bu şeylər sizə artırılacaqdır” (Mat. 6:28-33).HD 7.1

    Beləliklə, Məsih zanbaq və tarla otları haqqındakı məsəlin mənasını açmış oldu. O bu mənanı hər bir zanbaq və otdan oxumağımızı istəyir. Onun sözləri əminliklə doludur və Allaha imanımızı artırır.HD 7.2

    Məsihin həqiqəti o qədər geniş və həcmli idi ki, təbiətin һәг guşəsi onu əks etdirirdi. Hər gün göz qabağında olan mənzərələrin hamısı İlahi həqiqətlərlə bağlı idi və təbiət Müəllimin məsəlləri ilə əhatə olunmuşdu.HD 7.3

    Öz xidmətinin ilkin mərhələsində Məsih insanlara çox aydın ifadələrlə müraciət edirdi ki, onu dinləyən hər kəs başa düşə bilsin və xilas olsun. Ancaq bu həqiqətlər insanla rın böyük qismi tərəfindən tez unudulub getdi. “Mən ona görə onlara məsəllərlə söyləyirəm ki, gördükləri halda görməsinlər, eşitdikləri halda eşitməsinlər və anlamasınlar... Çünki bu xalqın ürəyi kobudlaşıb, qulaqları ilə ağır eşidirlər və gözlərini yummuşlar ki, görməsinlər” (Mat.13:13-15).HD 7.4

    İsa onlarda maraq oyatmaq istəyirdi. O, etinasızları oyadıb, qəlblərinə həqiqət toxumu səpmək istəyirdi. Məsəllərlə öyüd vermək o zamanlar yalnız israillilərdə deyil, başqa xalqlarda da məşhur idi. Ondan daha güclü təsir vasitəsi yox idi. İlahi həqiqətlər barədə bilik almaq аг- zusunda olanlar Onun sözlərini başa düşə bilərdilər. Çünki O, səmimi suallara böyük həvəslə aydınlıq gətirirdi.HD 7.5

    Məsihin məsəllər ilə danışmağının bir səbəbi də ondan ibarət idi ki, insanlar bəzi İlahi həqiqətləri qəbul etməyə hazır deyildilər və ya sadəcə olaraq, başa düşmürdülər. İlahi həqiqətləri təbiətdə baş verən hadisələrlə bağlayaraq və dinləyicilərin öz həyat təcrübələrinə müraciət edərək, Məsih məsəlləri daha aydın və yaddaqalan edirdi. Beləliklə, dinləyicilər gələcəkdə də Məsihin öyüdlərindəki hadisələrlə rastlaşaraq, Onun sözlərini yada salırdılar. Müqəddəs Ruhun təsiri altında Xilaskarın sözləri daha da aydınlaşırdı. Məsəllərin əvvəlki qəlizliyi aradan qalxır və onlar daha da dərindən dərk edilirdi.HD 8.1

    İsa hər qəlbə yol axtarırdı. Müxtəlif təsvirlərdən istifadə edərək, O həm həqiqətin hərtərəfli qavranılmasını, həm də dinləyicilərinin müxtəlif təcrübələrini və bilik səviyyələrini nəzərə alırdı. Onların maraqları gündəlik həyatlarını əhatə edən obrazlar vasitəsilə ifadə olunurdu. Dinləyicilərin heç biri diqqətdən kənarda qalmırdı. Ən nəcib, ən günahlı dinləyici də bu sözlərin ona yönəldiyini hiss edirdi.HD 8.2

    Xidmət etdiyi illərdə Məsihin məsəllərdən istifadə etməsinin başqa bir səbəbi də vardı. Ətrafında cəmləşənlərin arasında Onun təlimində һәг hansı bir qüsur axtaran dünyəvi, şöhrətpərəst, barışmaz mövqe tutan kahinlər, din müəllimləri, ağsaqqallar da vardı. Onların göndərdikləri adamlar Məsihin ardınca gəzir, Onu izləyirdirlər ki, bir bəhanə tapıb məhkum etsinlər və bütün əhalinin sevdiyi və tapındığı bir Şəxsi əbədi susdursunlar. Xilaskar onların niyyətini bilərək həqiqəti elə formada söyləyirdi ki, sözlərində bir bəhanə tapıb, Onu mühakimə edə bilməsinlər. Məsəllərdə O, yüksək vəzifə sahiblərinin zalımlığından, ikiüzlülüyündən bəhs edir və həqiqəti alleqorik bir formaya salırdı. Bu sözlər aydın şəkildə ifadə olunsa idi, onlar Onu dinləməzdilər və fəaliyyətinə son qoyardılar. Onu izləyənlərə heç bir bəhanə yeri qoymadan, həqiqəti elə aydın izah edirdi ki, şər ifşa olunurdu və namuslu insanlar öz səhvlərini görüb, Onun öyüdündən lazımi nəticələr çıxarırdılar. Dinləyicilərin diqqətini Allahın təbiətdə yaratdıqlarına cəlb edərək, Məsih insanlara Yaradanın dərkedilməz müdrikliyini və sonsuz rəhmdilliyini nümayiş etdirirdi. Beləliklə, təbiət və həyat təcrübəsi vasitəsilə insanlar Allah haqqında öyrənirdilər. “Dünya yaranandan bəri Onun gözlə görülməz xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi edilmiş şeylərlə anlaşılaraq, açıqca aşkara çıxır” (Rom.1:20).HD 8.3

    Xilaskarın məsəllərlə təlimini həqiqətən “ali təhsil” adlandırmaq lazımdır. Məsih insanlara ən dərin elmi həqiqətləri aça bilərdi. Əsrlərlə zəhmət və axtarışlar sərf olunan sirləri O, bir anda aça bilərdi. Bununla da O, dövrün sonuna kimi insanların istifadə edə bilməsi və yeni-yeni ixtiralar üçün mənbə yarada bilərdi. Ancaq O bunları etmədi. O, insana dünyanı sevdirən və onun şöhrətinə qida verəcək heç nə söyləmədi. O Öz təlimində çalışırdı ki, insan təfəkkürünü Sonsuz təfəkkürlə bağlasın. O, adamları Allah, Onun Kəlamı və işləri haqqındakı bəşəri nəzəriyyələri öyrənməyə dəvət etmirdi. O, Allahı Onun yaratdıqları, Kəlamı və uzaqgörənliyi vasitəsilə dərk etməyə çağırırdı.HD 9.1

    Məsih mücərrəd nəzəriyyələr deyil, insanın inkişafı üçün zəruri olan, onun Allahı tanımaq qabiliyyətini artıran və yaxşılıq etmək imkanlarını inkişaf etdirən təlimlər verirdi. O həm yerdəki həyata, həm də əbədiyyətə aid olan həqiqətdən danışırdı.HD 9.2

    Məsih İsrailin təhsil prosesinə rəhbərlik edirdi. Allahın əhdləri və qanunu haqqında danışaraq, O buyururdu: “Bunları övladlarınızın şüuruna yaxşı-yaxşı yeridin! Evinizdə oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danışın. Onları qolunuza bir nişanə kimi bağlayın. Gözlərinizin arasına alın bağı olaraq taxın, evlərinizin qapı çərçivələrinə, şəhərlərinizin darvazalarına yazın” (Təs. 6:7-9). Öz təlimində İsa bu qanunları necə yerinə yetirməyin yolunu göstərmiş oldu. O, Göylərin səltənətinin qanunlarını elə nümayiş etdirdi ki, onların gözəlliyi və ölçüyəgəlməz dərəcədə qiymətli olduğu dərk edilsin. İsrail övladlarını Özünün yer üzərindəki nümayəndələri kimi öyrədərkən, Rəbb onları təpələr və vadilərdə məskunlaşdırdı. Gündəlik həyatda da, ibadət xidməti zamanı da onlar təbiət və Kəlamla təmasda olurdular. Məsih şagirdlərini gölün sahilində, dağın ətəyində və yaxud ağaclıqda öyrədirdi ki, təbiətdən əyani surətdə istifadə etmək mümkün olsun. Şagirdləri Məsihdən öyrəndiklərini Onunla birlikdə işdə istifadə edirdilər.HD 9.3

    Beləliklə, yaradılmışa baxaraq, biz Yaradanı dərk edirik. İnsanlara Allahı tanıtmaq və azmışları düz yola gətirmək üçün Yazılarla bərabər böyük təbiət kitabından da istifadə olunmalıdır. Allahın yaratdıqlarını müşahidə etdiyimiz zaman, Müqəddəs Ruh imanımızı gücləndirir və əminliyimizi artırır. Bu əminlik məntiqi idrakın məhsulu deyil. Təfəkkür burada gücsüzdür, çünki Allahı dərk etmək üçün çox tutqunlaşıb, göz isə Onu görmək üçün çox korlanıb və qulaq Onun səsini eşitmək qabiliyyətini itirib. Müqəddəs Kitabın dərin mənası, yüksək, ruhlu həqiqətləri insanın ürəyinə həkk olunur.HD 10.1

    Təbiət vasitəsilə verilən İlahi dərslərin yüksək dəyəri ondadır ki, onlar təbii və sadədirlər. Hər kəs mənbəyə müraciət etməlidir. Təbiətin gözəlliyi insanı günahlardan və dünyəvi işlərdən çəkindirir, qəlbləri paklığa, sülhə və Allaha yönəldir. Təəssüf ki, çox tez-tez insanların fikri yanlış olaraq fəlsəfə və elm adlandırılan bəşəri nəzəriyyələrə qapılır. İnsanları təbiətlə sıx təmasa yönəltmək lazımdır. Qoy yaradılışın və məsihçiliyin bir Allaha malik olduğunu öyrənsinlər. Qoy təbii şeylərlə ruhlu şeylərin harmoniyasını görməyi öyrənsinlər. Qoy təbiətdə gördükləri və toxuna bildikləri hər şey onlarda insani keyfiyyətləri artırsın. Bu onların idrakını gücləndirəcək, xasiyyətini inkişaf etdirəcək və bütün həyatlarını mənalı edəcəkdir.HD 10.2

    Məsihin Öz təlimində məsəllərdən istifadə etməsi Şənbə gününün daşıdığı məqsədlərə tam uyğundur. Allah Şənbəni insana bəxş etdi ki, əllərinin yaratdıqlarını görüb Onu yada salsın. Şənbə günü Allahın qüdrətini və şöhrətini Onun yaratdıqlarında görmək üçün verilmişdir. Məhz ona görədir ki, İsa Öz qiymətsiz dərslərini təbiətdə yaratdıqları ilə bağlayırdı. Hər hansı bir gündən fərqli olaraq, müqəddəs istirahət günü biz Allahın təbiət vasitəsilə bizlərə demək istədiklərini böyük həssaslıq və diqqətlə oxuyub, dərk etməyə çalışmalıyıq. Xilaskarımızın məsəllərini Onun söylədiyi yerlərdə — zəmilər və ağaclıqlarda, açıq səma altında, güllər və çiçəklər içində öyrənmək lazımdır. Təbiətdə olarkən, Məsihin mövcudluğunu, Onun sülh və məhəbbətini daha da aydın hiss edirik.HD 10.3

    Məsih Öz təlimini yalnız istirahət günü ilə yox, həm də iş həftəsi ilə sıx bağlayırdı. Öz təlimi ilə O həm yer şumlayana, həm də toxum səpənə bilik verir. Adi görünən təsərrüfat işlərində O, Allahın lütfünün insan qəlbindəki işini göstərir. Beləliklə, O, hər bir işdə və həyatda baş verən hər bir hadisədə Allahın həqiqətlərini dərk etməyə sövq edir. Beləliklə, gündəlik işlərimiz Allahı unutduracaq qədər diqqətimizi cəlb etməyəcək və gördüyümüz işlərdə biz Allahı və Xilaskarı yada salacağıq. Allah haqqında düşüncələr, qızıl ilmə kimi, iş və qayğılarımızın içindən keçəcəkdir. Bizim üçün Onun nuru yenidən təbiətin üzərində olacaqdır. İlahi həqiqətin yeni-yeni dərslərini davamlı surətdə öyrənərək, biz də Onun kimi pak və kamil olmaq istəyəcəyik. Beləliklə, biz “Rəbb tərəfindən öyrədiləcəyik” və çağırıldığımız zaman olduğumuz vəziyyətdə “Allahla birlikdə qalacağıq” (Yeş. 54:13; 1 Ког. 7:24).HD 11.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents