Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Həyat Dərsləri - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Bağışlama dərəcəsi

    (Mt. 18:21-35)

    Peter Məsihə yaxınlaşaraq sual verdi: “Qardaşım mənə qarşı neçə dəfə günah işlədərsə, mən ona bağışlamalıyam? Yeddi dəfəmi?” Kahinlər üçüncü günaha qədər bağışlamağı vacib bilirdilər. Peter özünü Məsihin təliminə riayət edən adam hesab edərək, bu rəqəmi yeddiyə qədər artırdı. Bu rəqəm kamillik simvolu hesab olunurdu. Məsih isə öyrədirdi ki, bağışlamaq bizi heç zaman bezdirməməlidir. “Yeddi dəfə yox, — O deyir, — yetmiş kərə yeddi dəfə”.HD 180.1

    Davam edərək, O, həqiqi bağışlamağın nəyə əsaslandığını göstərir və eləcə də özündə bağışlamamaq ruhunu bəsləyən insanın qarşılaşacağı təhlükədən danışır. O onlara padşah və onun padşahlığının işlərini idarə edən qulluqçuları haqqında məsəl söyləyir. Bu xadimlərin bəziləri dövlətə mənsub olan böyük pul məbləğinə nəzarət edirdilər. Padşah növbəti dəfə yoxlama keçirdiyi zaman bu adamların birini onun yanına gətirdilər. Məlum oldu ki, o, hökmdarın xəzinəsinə nəhəng məbləğ — on min talant borclu qalmışdır. Bu nəhəng borcu qaytarmağa onun imkanı yox idi və mövcud olan adətə görə, padşah borcunu ödəmək üçün onun bütün var-dövlətini satmağı əmr etdi. Ancaq həmin adam qorxudan padşahın ayaqlarına düşüb yalvardı: “Ağa, səbir et! Mən hamısını ödəyəcəyəm”. Ağası qula acıdı, onu buraxdı vә borcunu bağışladı.HD 180.2

    “Fəqət o qul çölə çıxıb ona yüz dinar borclu olan bir yoldaşını tapdı. Onu yaxaladı və: Borcunu ödə! — deyərək boğazından yapışdı. Yoldaşı yerə qapandı və ona: Səbir et! Sənin borcunu qaytararam, — deyə yalvardı. O isə istəmədi; fəqət gedib borcunu ödəyincəyə qədər, onu zindana atdı. Həmin adamın yoldaşları baş verən hadisəni gördükləri zaman çox kədərləndilər və gedib ağalarına bütün olanı nəql etdilər. O zaman ağası onu yanına çağırıb dedi: Ey pis qul, bütün o borcu sənə bağışladım, çünki mənə yalvardın. Mən sənə mərhəmət etdiyim kimi, sən də yoldaşına mərhəmət etməli deyildinmi? Və ağası qəzəblənib bütün borcunu ödəyincəyə qədər onu işgəncə verənlərin əlinə verdi”.HD 181.1

    Bu məsəldə yalnız ümumi təsvir yaratmaqdan ötrü işlədilən, ancaq hekayədən hasil olan ruhlu həqiqətə bilavasitə aid olmayan bir çox təfsilat vardır. Bunların üzərində dayanmağa dəyməz. Bu məsəl bəzi böyük həqiqətləri təsvir edir ki, biz məhz onların üzərində dayanacağıq.HD 181.2

    Bu padşahın bəxş etdiyi borcun bağışlanması Allahın bütün günahları bağışlamasını göstərir. Məsih burada acıyaraq öz qulunun borcunu bağışlayan padşah kimi təsvir edilmişdir. İnsan pozulmuş qanunun lənəti altındadır. O öz-özünü xilas etmək iqtidarında deyildir. Bu səbəbə görə Məsih bizim dünyaya gəlmişdir. O Öz ilahiliyini insan bədəninə bürüdü və saleh və saleh olmayanlardan ötrü Öz həyatını qurban verdi. Özünü bizim günahlarımızın əvəzinə verdi və Öz müqəddəs qanı ilə alınmış bağışlanmanı hər kəsə müftə verir. “Rəbdə məhəbbət var, Onda bol-bol qurtuluş var” (Məz. 130:7).HD 181.3

    Bizim öz günahkar qardaşlarımıza qarşı şəfqətli olmamızın əsası budur. “Əgər Allah bizi belə sevdisə, biz də biri-birimizi sevməliyik” (1Yəh.4:11). “Müftə aldınız, müftə veriniz”, — deyir Məsih (Mt. 10:8).HD 181.4

    Borclu borcunun qaytarılması üçün möhlət istəyib, “Səbr et, mən hamısını ödəyəcəyəm”, — deyə padşaha vəd etdiyi zaman ona qarşı verilmiş hökm ləğv edildi. Borcun hamısı bağışlandı. Bir müddətdən sonra onu bağışlamış ağasının nümunəsində hərəkət etmək üçün özünə də imkan verildi. Padşahın yanından çölə çıxıb, ona yüz dinar borclu olan bir yoldaşını tapdı. Ancaq bir az əvvəl böyük mərhəmətlə qarşılaşmış bu adam ona borclu olana tamamilə başqa cür yanaşdı. Onun yoldaşı ona özünün bir az əvvəl padşahın qarşısında etdiyi yalvarışlarla müraciət elədi, ancaq bu dəfə yalvarışlar təsirsiz qaldı. Bir az əvvəl özü bağışlanmış insan öz ağası kimi ürəyiyumşaq və acıyan deyildi. Ona göstərilmiş mərhəməti, o öz yoldaşına göstərmədi. O bir az səbir edib gözləməyə razılaşmır. Bu zalım qul qarşısında yalnız o xırda məbləği görür və yalnız onu qaytarmağı düşünür. O, hüququ olan şeyin hamısını tələb edir və öz tərəfindən ona qarşı mərhəmətlə ləğv edilmiş qərarı həyata keçirir.HD 181.5

    Nə qədər adam bu gün də bu ruhda hərəkət edir. Naşükür borclu öz ağasından rəhm dilədiyi zaman öz borcunun miqdarı haqqında düzgün təsəvvürə malik deyildi. Öz köməksizliyini dərk etmirdi. Öz canını qurtarmağa ümid edirdi. O deyir: “Ağa, səbir et! Mən hamısını ödəyəcəyəm”. Buna bənzəyərək, bizim dövrümüzdə də bir çox adamlar öz əməlləri sayəsində Allahın iltifatını qazanmaq ümidindədirlər. Onlar öz vəziyyətlərinin nə qədər ümidsiz olmasını dərk etmirlər. Qül güman edirdi ki, hər hansı bir yol ilə borcundan canını qurtaracaqdır. Belə adamlar Allahın iltifatını könüllü, təmənnasız olaraq verilən ənam kimi qəbul etmir, onu özlərinin salehliyi sayəsində qazanmaq istəyirlər. Onlar ürəkdən itaət etməyərək, günahkar olduqlarına görə xəcalət çəkmirlər. Bu səbəbdən də onlar digərlərinə münasibətdə bu qədər rəhmsiz və tələbkardırlar. Onların Allahın hüzurunda etdikləri günahlar qardaşlarının onlara qarşı etdikləri haqsızlıqlarla müqayisədə on min talantla yüz dinarın fərqinə (bir milyonla birin fərqinə) bərabərdir; lakin buna baxmayaraq, onlar yenə də mərhəmətsizdirlər.HD 182.1

    Məsəldə padşah zalım qulu yanına çağırıb, ondan soruşur: “Ey pis qul, bütün o borcu sənə bağışladım, çünki mənə yalvardın. Mən sənə mərhəmət etdiyim kimi, sən də yoldaşına mərhəmət etməli deyildinmi? Və ağası qəzəblənib bütün borcunu ödəyincəyə qədər onu işgəncə verənlərin əlinə verdi”. “Hər biriniz qardaşlarınıza ürəkdən bağışlamasanız, — deyir İsa, — səmavi Atam da sizə elə edər”. Əfv etməkdən imtina edən şəxs özünün bağışlanmasına əngəl olur.HD 182.2

    Lakin bu məsəli birmənalı şərh etmək düzgün olmazdı. Allahın bizi bağışlaması bizim Ona qarşı itaətli olmağımızı ləğv etmir. Beləcə də qardaşlarımıza münasibətdə olan mərhəmət ruhu onların bizə olan borclarını ödəməkdən imtina etmələrinə icazə vermir. Şagirdlərinə öyüd verdiyi duasında Məsih deyir: “Və bizə borclu olanlara bağışladığımız kimi, bizim borclarımızı da bizə bağışla” (Mt. 6:12). Bununla O demək istəmir ki, günahlarımızın bağışlanması üçün biz digərlərindən bizə qarşı olan vəzifələrini ədalətlə icra etmələrini tələb etməməliyik. Əgər onlar bizimlə hesablaşa bilmirlərsə, ola bilsin ki, hətta pis işlədiklərinə görə yenə də onları həbs etdirmək, sıxışdırmaq, yaxud da kobud rəftar etmək lazım deyildir; ancaq məsəl bizə tövsiyə etmir ki, biz onları qayğısızlığa və avaralığa həvəsləndirməliyik. Allah buyurmuşdur: “İşləmək istəməyən, yemək də yeməsin” (2 Sal. 3:10). Rəbb tələb etmir ki, kimsə öz ağır zəhmətilə digərlərində tənbəllik təşviq etsin. Çoxlarının kasıb və yoxsul olmalarının səbəbi, onların kifayət qədər işgüzar olmadıqlarında və vaxtlarını boş keçirməklərindədir. Belələrinə yardım etməyin xeyri, cəvahirləri deşilmiş kisəyə yığmaqdan çox deyildir. Ancaq bəzən, yoxsulluq insandan asılı olmayan səbəblərdən baş verir və bu zaman biz bu zavallılara qarşı yumşaqlıq və mərhəmət göstərməliyik. Biz başqalarına özümüz onların vəziyyətində olduğumuz zaman arzuladığımız münasibəti göstərməliyik.HD 183.1

    Həvari Pavel vasitəsilə Müqəddəs Ruh bizə deyir: “Beləliklə, əgər Məsihdə olmaqdan cəsarət, Onun məhəbbətindən təsəlli almışsınızsa, əgər ruha şəriksinizsə, şəfqət və mərhəmətiniz varsa, mənim sevincimi tam edin: eyni fikrə, eyni məhəbbətə malik olun, həmrəy və həmfikir olun; rəqabət və ya şöhrətpərəstliklə heç bir şey etməyin; fəqət təvazökarlıqla biri-birinizi özünüzdən yuxarı sayın, hər kəs yalnız öz mənfəətini deyil, digərlərinin də mənfəətini güdsün. Məsih İsada olan fikir sizin aranızda da olsun”(Flp.2:13).HD 183.2

    Lakin günaha laqeyd və qeyri-ciddi yanaşmaq olmaz. Rəbb bizi qardaşlarımızın yola gəlmələrinə təsir etməyə çağırır. O deyir: “Əgər qardaşın sənə qarşı günah işlədərsə, onu məzəmmət et” (Lk. 17:3). Günahı öz adı ilə çağırmaq lazımdır və onu günahkara aydın göstərmək vacibdir.HD 184.1

    Pavel özünün Timoteyə verdiyi nəsihətində Müqəddəs Ruhdan ilham alaraq deyir: “Allahın sözünü təbliğ et, vaxtlı, ya vaxtsız hazır ol, tam səbirlilik və təmkin ilə ifşa et, məzəmmətlə, təşviq et” (2 Tim. 4:2). Titusa isə yazır: “Çoxlu intizamsız, boşboğaz və yalançı vardır... Bu səbəbdən onları sərt şəkildə məzəmmətlə ki, imanda sağlam olsunlar” (Tit. 1:10-13).HD 184.2

    “Əgər qardaşın sənə qarşı günah işlədərsə, — deyir Məsih, — get onu təklikdə ifşa et; səni dinlərsə, qardaşını qazandın. Fəqət səni dinləməzsə, yanına bir və ya iki kişi daha al ki, iki və ya üç şahidin ağzı ilə sənin һәг sözün təsdiq olunsun. Və əgər onları dinləmək istəməzsə, cəmiyyətdə söylə. Və əgər cəmiyyəti də dinləmək istəməzsə, qoy o sənin üçün bir bütpərəst və vergiyığan kimi olsun” (Mt. 18:15-17).HD 184.3

    Rəbb bizi öyrədir ki, məsihçilər arasında baş verən anlaşılmazlıqlar imanlılar cəmiyyətinin daxilində həll edilməlidir. Onları Allahdan qorxmayanların qarşısında açmaq düzgün deyildir. Əgər məsihçi öz din qardaşı tərəfindən incidilibsə, o, imansızlara, onların məhkəməsinə müraciət etməməlidir. Qoy o, Məsihin bu nəsihətinə uyğun şəkildə hərəkət etsin. Öz qisasını almağa can atmaq əvəzinə, qoy o, qardaşını xilas etməyə cəhd eləsin. Allah Onu sevənlərin və Ona itaət edənlərin maraqlarını himayə edəcəkdir, buna görə də biz cəsarətlə öz çətinliklərimizi Ona etibar edə bilərik, çünki O, ədalətlə hökm edir.HD 184.4

    Bəzən belə də olur ki, bir adam təkrar-təkrar eyni hərəkət və qüsurlara yol verir və hər dəfə öz günahını etiraf etməsinə baxmayaraq, incimiş insan yorulur və qərara gəlir ki, kifayət qədər bağışlayıb. Ancaq Xilaskar bizə aydın şəkildə deyir ki, günah etmiş adamla necə rəftar etmək lazımdır: “Əgər qardaşın sənə qarşı günah işlədərsə, onu məzəmmət et və əgər tövbə edərsə, onu bağışla” (Lk. 17:3). Sizin etibarınıza layiq olmayan kimi, ondan çəkinməyin. “Özünüzə fikir verin ki, imtahan olunmayasınız” (Qal. 6:1).HD 184.5

    Sizin qardaşınız büdrəmişdirsə, siz onu bağışlamalısınız. O sizin yanınıza öz günahını etiraf etmək üçün gəldiyi zaman siz onun kifayət qədər itaət edib öz təqsirini tam dərk etdiyinə şübhə etməməlisiniz. Məgər siz onun ürəyini Görən kimi mühakimə edə bilərsinizmi? İlahi Kəlam deyir: “Əgər tövbə edərsə, onu bağışla və əgər gündə yeddi dəfə sənə qarşı günah işlədərsə və gündə yeddi dəfə qayıdıb sənə: “tövbə edirəm” deyərsə, onu bağışla” (Lk. 17:3, 4). Yalnız yeddi dəfə yox, yetmiş kərə yeddi dəfə — Allah sizi bağışladığı qədər çox bağışlamalısınız.HD 185.1

    Biz özümüz hər şeyimizlə Allahın bəxş etdiyi lütfə borcluyuq. Əhdin lütfü bizim övladlığımızı təsdiq edir. Xilaskarda verilən lütf isə bizim xilasımızı, bərpamızı və Məsihin həmvarislərinin arasına daxil olmağımızı yerinə yetirir. Qoy bu mərhəmətli lütfkarlıq digərlərinə də açılsın.HD 185.2

    Büdrəyənləri ruhdan düşməyə qoymayın. İmkan verməyin ki, sizi fərisey daşürəkliliyi tutsun və siz qardaşınıza əzab verəsiniz. İnsafsız istehzanın sizin ürəyinizdə, yaxud şüurunuzda yer tutmasına imkan verməyin. Qoy sizin səsinizdə nifrət kölgəsi olmasın. Əgər siz öz nitqinizi tarazlaya bilməsəniz, öz hərəkətlərinizlə günahkara qarşı münasibətinizdə laqeydlik göstərsəniz, yaxud da ona şübhə ilə və etibar etməyərək yanaşsanız, bu zaman siz xilasa möhtac olan bir qəlbi həmişəlik qeyb etmiş olarsınız. Büdrəyən üçün Böyük Qardaşın ürəyinə bənzər ürəkli qardaş gərəkdir, şəfqətlə dolu olan, buna görə də günahkarın ürəyinə yol aça bilən qardaş. Ona güclü Əllərin şəfqət və dəstəyini hiss etdirin və dua etməyə dəvət edən pıçıltını eşitdirin. Allah sizin münasibətlərinizi zənginləşdirə bilər. Dua bizi bir-birimizlə və Allahla birləşdirir. Dua İsanı köməyimizə çağırır və zəifləmiş, cəsarətsiz qəlbə dünya ilə, öz bədəni və iblislə mübarizə etmək üçün yeni güc verir. Dua şeytanın hücumlarını dəf etməyə kömək edir.HD 185.3

    Biz öz nəzərimizi insani qüsurlardan çəkib İsaya yönəltdiyimiz zaman Allah bizim xasiyyətimizdə yeniləşmə aparır. Məsihin Ruhu ürəyimizdə iş apararaq, onu Öz surətinə uyğun şəklə salır. Qoy sizin səyləriniz İsanın yüksəldilməsinə və izzətləndirilməsinə həsr edilsin. Qoy sizin nəzərləriniz “dünyanın günahını ortadan qaldıran Allahın Quzusuna” yönəlsin (Yəh. 1:29). Büdrəyənin xilasına yönəlmiş səylər göstərdiyiniz zaman unutmayın ki, “günahkarı yanlış yolundan döndərən, onun canını ölümdən qurtarır və bir çox günahın üstünü örtür’’ (Yaq. 5:20).HD 186.1

    “Fəqət siz insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz” (Mt.6:15). Heç nə kinliliyə bəraət qazandıra bilməz. Başqalarına qarşı münasibətində mərhəmətli olmayan insan, bununla göstərir ki, onun özünün Allahın hər şeyi bağışlayan lütfündə payı yoxdur. Allahın bağışlaması sayəsində günahkarın ürəyi Əbədi Məhəbbətin böyük ürəyinə daha çox yaxınlaşır. İlahi şəfqət axını onun qəlbinə, onun vasitəsilə isə digərlərinin qəlblərinə daxil olur. Özünün dəyərli, şəxsi həyatında izhar etdiyi həlimlik və mərhəmət Onun Lütfünü bölüşdürənlərin həyatlarını bəzəyəcək və əksinə, “lakin kimdə Məsihin Ruhu yox isə, o adam Məsihə aid deyildir” (Rom. 8:9). O, özünü Allaha yad edir, özünü Ondan əbədi ayrılığa məhkum edir.HD 186.2

    Ola bilsin ki, bu adam artıq nə vaxtsa Allah tərəfindən əfv edilmişdir, lakin indi bunu unudaraq və rəhmsizlik göstərərək, əslində Allahın hər şeyi bağışlayan məhəbbətini rədd edir. O, Allahdan ayrılaraq, yenidən əfv olunduqdan əvvəlki vəziyyətə düşür. Öz tövbəsindən də imtina edir və heç tövbə etməmiş kimi, onun günahları üzərində qalır. Məsəlin böyük ibrəti ondan ibarətdir ki, o, Allahın mərhəməti ilə insanın qəddarlığı arasındakı təzadı göstərir; Allahın mərhəməti bizim bağışlamaq qabiliyyətimizin ölçüsü olmalıdır. “Mən sənə mərhəmət etdiyim kimi, sən də yoldaşına mərhəmət etməli deyildinmi?”HD 186.3

    Biz bağışladığımıza görə yox, bağışladığımız zaman əfv edilirik. Həqiqi əfv etməyin əsasında layiq olmadığımız İlahi məhəbbət durur, bizim başqalarına münasibətimiz isə aydın şəkildə bu məhəbbəti özümüzünkü edib-etmədiyimizi göstərir. Məhz bu haqda Məsih deyir: “Nə hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsımz; və hansı ölçü ilə ölçərsinizsə, o ölçü ilə də sizə ölçüləcəkdir (Mt. 7:2).HD 187.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents