Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Həyat Dərsləri - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Nitqin inkişafı

    Nitq mədəniyyəti səylə inkişaf etdirilməli olan istedadlardan biridir. Bizim Allahdan aldığımız hədiyyələrdən heç biri başqalarına bunun qədər xeyir-dua verə bilməz. Nitqin köməyi ilə biz dəvət edir və inandırırıq, Allaha dua və alqış edirik, başqalarına Xilaskarın məhəbbətini açırıq. Buna görə nitqin hərtərəfli inkişafı nə qədər vacibdir.HD 259.2

    Bəzən ən yüksək intellektli insanlar da öz məsihçi fəaliyyətlərində nitq mədəniyyətinə və səsin düzgün istifadə edilməsinə etinasızlıq göstərirlər. Çoxları o qədər sakit, yaxud elə sürətlə oxuyur, yaxud danışırlar ki, bəzən onları başa düşmək olmur. Bəzilərinin zəif səsi və aydın olmayan tələffüzü vardır; digərləri isə dinləyicilərin çətin qavradıqları sərt, kəsici nitqə malikdirlər. Mətnlər, himnlər, məruzələr və digər çıxışlar bəzən elə bir tərzdə auditoriyaya təqdim olunur ki, onların bütün gücü və təsiri itirilirHD 259.3

    Bu qüsuru ləğv etmək mümkündür və lazımdır. Bu barədə Müqəddəs Kitab tövsiyə verir. Əzranın dövründə Yazıları xalqa oxuyan levililər haqqında deyilmişdir: “Onlar Allahın Qanun kitabından oxuyub aydınlaşdırdılar və mənasını camaata izah etdilər ki, oxunan ayələr başa düşülsün” (Nəx. 8:8).HD 259.4

    Ciddi səylər ilə hamı aydın oxumaq və dolğun, təmiz səslə, aydın və təsirli danışmaq qabiliyyətinə malik ola bilər. Belə etsək, biz Məsihin işçiləri kimi öz səmərəliliyimizi olduqca artıra bilərik.HD 259.5

    Hər bir məsihçi başqalarına Məsihin tükənməz zənginliyini çatdırmağa dəvət olunubdur; buna görə o öz nitqini kamilləşdirməlidir. O, İlahi Kəlamı elə təqdim etməlidir ki, dinləyiciləri cəlb etsin. Allahın niyyətində yoxdur ki, Onun Kəlamının çatdırılmasının insan vasitələri yararsız olsunlar. Allah istəmir ki, insan Onun vasitəsilə dünyaya axan səmavi axının gücünü zəiflətsin və sarsıtsın.HD 260.1

    Biz Məsihə kamil bir nümunə kimi baxmalıyıq, Müqəddəs Ruhun yardımını istəməliyik və Onun gücü ilə bədənimizin һәг bir hissəsini qüsursuz iş üçün hazırlamalıyıq.HD 260.2

    Bu, xüsusilə ictimai xidmətə çağırılanlara aiddir. Hər bir moizəçi, һәг bir müəllim daim yadında saxlamalıdır ki, o, insanlara əbədiyyət haqqında xəbərləri çatdırır, çünki son ödənişin böyük günü insanları bu həqiqət mühakimə edəcək. Bəzi adamlar üçün xəbərin necə çatdırılması onun qəbul, yaxud rədd edilməsində əsas amil olacaq. Kəlamı elə çatdırın ki, o, şüuru çağırsın və ürəyə toxunsun. Qoy o rahat, aydın və təntənəli və eyni zamanda səmimi, bu sözün əhəmiyyətini təsdiq edən inandırıcılıqla deyilsin.HD 260.3

    Nitq mədəniyyəti, sözün gücündən düzgün istifadə etmək məsihçi həyatının bütün sahələrində — ailədə, evdə ünsiyyət zamanı, yaxud başqa insanlarla söhbətimizdə lazımlıdır. Biz özümüzü məlahətli səslə, bununla bərabər düzgün və təmiz nitqlə, nəzakətli və xeyirxah sözlər seçərək danışmağa öyrətməliyik. Məlahətli və xoşagələn sözlər qəlb üçün şeh və mülayim yağmur kimidir. Yazılar Məsih haqqında yazırlar ki, Onun “dodaqlarından lətafətli sözlər tökülür” və O “yorğunlara sözlə dayaq olurdu” (Məz. 45:2; Yeş. 50:4). Rəbb də bizi öyrədir: “Qoy sözünüz həmişə nəvazişli olsun” ki, (Kol.4:6), “sizi dinləyənlərə nemət versin” (Ef. 4:29).HD 260.4

    Başqalarını düzəltmək, yaxud öyrətmək istəyiriksə, öz sözlərimizi həssaslıqla seçməliyik, çünki onlar canverən ətir ola bildikləri kimi, məhvə sürükləyən yol da ola bilərlər. İnsanı məzəmmət edərkən, yaxud ona tövsiyə verərkən çoxları sərt, çətin sözlər işlədirlər ki, bu şözlər də yaralı qəlbə şəfa verə bilmir. Belə nitq yalnız ruhu qızışdırır və çox vaxt səhv edən kəsdə kortəbii müqavimət oyadır. Həqiqət prinsiplərini qoruyan hər bir şəxs səmavi məhəbbət yağına möhtacdır. Hər cür şəraitdə məzəmmət məhəbbətlə ifadə edilməlidir. Bu zaman bizim sözlərimiz üsyana yox, düzəlməyə gətirəcəkdir. Məsih Müqəddəs Ruh vasitəsilə bizim sözlərimizə güc və hökm verəcəkdir. Axı bu Onun işidir.HD 260.5

    Heç bir söz düşünülmədən söylənməməlidir. Nə acıdillilik, nə boşboğazlıq, nə qəzəbli ifadələr, yaxud qeybət sözləri Məsihin davamçılarından eşidilməməlidir. Müqəddəs Ruhun təsiri altında həvari Pavel deyir: “Ağzınızdan heç bir çürük söz çıxmasın” (Ef. 4:29). Burada yalnız nalayiq ifadələr deyil, lakin müqəddəs prinsiplərə və dinin paklığına zidd olan hər bir ifadə nəzərdə tutulur. Buraya kinayəli sözlər və şərin üstüörtülü pıçıldamaları da aiddir. Bunun qarşısı dərhal alınmazsa, bunların hamısı böyük günaha səbəb olacaqdır.HD 261.1

    Hər bir ailəyə, ayrılıqda hər bir məsihçinin üzərinə nalayiq ifadələrin qarşısını almaq vəzifəsi qoyulmuşdur Əgər biz boşboğazlıq edənlərin arasında olsaq, bizim borcumuz mümkün qədər söhbətin mövzusunu dəyişdirməkdir. Allahın lütfünün köməyi ilə gözəçarpmaz tərzdə, bir neçə rahat sözlə söhbətin mövzusunu xeyirxah məcraya yönəltmək olar.HD 261.2

    Valideynlərin vəzifəsi də öz övladlarını lazımi danışıq qaydalarına öyrətməkdir. Bunu ən yaxşı ev şəraitində görmək olar. Körpə yaşlarından uşaqlara öz valideynlərinə və digər insanlara hörmət etməyi öyrətmək lazımdır. Bilməlidirlər ki, onların dilindən yalnız nəvaziş, həqiqət və təmiz sözlər çıxmalıdır. Qoy valideynlərin özləri hər gün Məsih məktəbinin səliqəli şagirdləri olsunlar. Onda yalnız öyüdlə deyil, öz şəxsi nümunələrilə də onlar öz övladlarını “təkzibedilməz sağlam sözlər” danışmağa öyrədə biləcəklər (Tit. 2:8). Bu, ən mühüm və ən məsuliyyətli vəzifələrdən biridir.HD 261.3

    Məsihin sədaqətli davamçıları olaraq, biz öz sözlərimizlə bir-birimizə məsihçi həyatımızda kömək edib sınaqlarda bir-birimizi dəstəkləməliyik. Biz olduqca çox və tez-tez Allahla ünsiyyətimizdən danışmalıyıq. Bir-birimizə Allahın mərhəmət və məhəbbətindən, Məsihin sonsuz məhəbbətinin həyatımızdakı təzahüründən danışmalıyıq. Bizim sözlərimiz alqış və minnətdarlıq sözləri olmalıdır. Əgər insanın şüur və ürəyi İlahi məhəbbətlə doludursa, bu, mütləq onun sözlərində də ifadə ediləcəkdir. Bu təqdirdə o, qəlbini dolduran hissləri ifadə etməkdə çətinlik çəkməyəcəkdir. Ali fikirlər, nəcib arzular, həqiqət haqqında aydın təsəvvür, təmənnasız məqsədlər, insanın İlahi və müqəddəs Olana yanğısı mütləq öz məhsullarını ürəyin xəzinəsini açan sözlərdə verəcək. Beləliklə, Məsih nitqimizdə açılan zaman sözlər qəlbləri Ona cəlb etmək gücünə malik olacaq.HD 261.4

    Biz Məsih haqqında hələ Onu tanımayanlara danışmalıyıq. Bu zaman Məsih kimi hərəkət etmək lazımdır. O hər yerdə — havrada, yol kənarında, qayıqda, fəriseyin verdiyi ziyafətdə, yaxud vergiyığanın masası arxasında səmavi olan şeylər haqqında danışırdı. Təbiət hadisələrini, gündəlik həyat əhvalatlarını O, həqiqət kəlamları ilə bağlayırdı. Dinləyənlərin ürəkləri Ona yönəlirdi, çünki O, xəstələri müalicə edir, kədərlilərə rahatlıq verir, onların uşaqlarını əlinə götürüb, xeyir-dua verirdi. O danışmağa başlayan zaman hamının diqqəti Ona yönəlirdi və Onun hər sözü kimdən ötrü isə canlandıran ətir olurdu.HD 262.1

    Bu bizim üçün nümunə olmalıdır. Harada olsaq da, biz başqalarına Xilaskar haqqında danışmaq imkanı tapmalıyıq. Əgər biz Məsih kimi yaxşılıq etsək, insanların ürəkləri bizə də Ona açılan kimi açılacaq. Sərt və kobud tərzdə deyil, İlahi məhəbbətin bizə göstərdiyi yolla biz “on minlərlə digərlərindən yaxşı Olan” və “büsbütün lütfkarlıq” Olan haqqında danışa biləcəyik (Nəğ. nəğ. 5:10, 16). Bu bizim öz nitq istedadımızdan istifadə edə biləcəyimiz ən yüksək əməkdir. O bizə məhz ondan ötrü verilmişdir ki, insanlara Məsihi rəhmli və bağışlayan Xilaskar kimi aça bilək.HD 262.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents